Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-214/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 İB-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağa Babaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(103)-988/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 1 mart tarixində Cavabdeh2 MMC və Cavabdeh1 İB-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində əldən çıxmış faydanın (407.200 manat və 92.000 manat) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dek abr tarixli 2-2(103)-988/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
5. Həmin qətnamə 2022-ci il 22 dekabr tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.
6. İddiaçı 2023-ci il 20 fevral tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmad ıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;... ” İİİ. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab e dilməli və icraata qəbul edilməməlidir.
9. Hazırkı kassasiya şikayəti MPM-in 407.1-ci maddəsi (bax yuxarıda § 7) ilə müəyyən edilmiş kassasiya şikayətinin forma və məzmununa dair tələblərə cavab vermir.
10. Belə ki, MPM-in 3 saylı Əlavəsinin 5 və 6-cı bəndindən aydın olur ki, müvafiq cədvəlin sol sütununda pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, sağ sütununda isə göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
11. Hazırkı kassasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində olan cədvəlin maddi hü quq norması göstərilməli olan sol sütununda pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan maddi hüquq normaları göstərilməmiş, sağ sütununda hüquq pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmiş, əvəzində isə yalnız işin halları sadalanmışdır.
12. Bundan başqa, kassasiya şikayətinin “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində olan cədvəlin prosessual hüquq norması göstərilməli olan sol sütununda, apellyasiya instansiya məhkəməsinin pozduğu norma kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi göstərilmiş, lakin cədvəlin sağ sütununda həmin normanın pozulmasına dair dəlillər əvəzinə, yalnız bu normanın məz munu qeyd olunmuş, həmçinin Mülki Məcəllənin və digər normativ aktların maddələri sadalanmış və onların məzmunu verilmiş, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli qərarına istinad olunmuşdur.
13. Bu səbəbdəndir ki, kassasiya şikayətinin müvafiq cədvəlinin sağ sütununda göstərilən dəlillər lazımi qaydada (konkret normalar üzrə) ifadə edilməmişdir.
14. Beləliklə, MPM-in 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, o cümlədən maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Hazırkı halda isə apellyasiya instansiyas ı məhkəməsi sözügedən kassasiya şikayətini geri qaytarmaq əvəzinə, istinad olunan normaların tələblərini pozaraq şikayəti baxılmaq üçün kassasiya məhkəməsinə göndərmişdir.
16. Belə olan halda, verilmiş kassasiya şikayətinin MPM-nin 404-1.2-ci maddəsinə (bax yuxarıda § 7) icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 407.1, 407.1.4, 408.1, 408.1.1 və 408.1.5-ci maddələrini rəhbər tutaraq maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(103)-988/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.