Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-215/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “XXX”nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-215/19 Bakı şəhəri 12 iyun 2019-cu il 12.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı “XXX”nin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-2(103)-189/19 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxı lmışdır. İddiaçı “XXX” (bundan sonra mətndə iddiaçı) cavabdehlər “xxxx” MMC və Cavabdeh2 ASC-yə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin əmlak inzibatçısı Cavabdeh2 ASCnin direktoru XXXun 18 sentyabr 2018-ci il tarixli, İNC$01/02/03/İMP$02/İMPL02-15 №-li qərarının ləğv edilməsi və iddiaçının 1.532.385 ABŞ dolları və 387.822 avro məbləğində pul tələbinin qəbul edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2018-ci il tarixli, 2-2(81)264/2019 saylı qərardadı ilə (hakim Səbinə Nuriyeva) iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsinə dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019cu il tarixli, 2-2(103)-189/19 saylı qərardadı ilə (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Afaq Nuriyeva və Valeh Ağayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərardadı Apellyasiya instansiya məhkəməsinin qərardadı işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2018-ci il tarixli 2-2(81)428/2018 saylı qətnaməsinə əsasən “xxxx” MMC müflis elan olunaraq Cavabdeh2 ASC əmlak inzibatçısı təyin edilmişdir. Cavabdeh2 ASC-nin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının borc tələbi rədd edilmişdir. İşin bu hallarına və sübutlara əsaslanm aqla apellyasiya məhkəməsi bildirmişdir ki, borclunun müflis elan olunması ilə bağlı tələblər iflas prosesi çərçvəsində irəli sürülə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi qanunvericiliyin tələbləri nəzərə alınmadan icraata götürülsə də, daha sonra cavabdehin vəsatətinə əsasən qəbul etdiyi hazırkı qərardadı ilə iş üzrə icraata xitam verməklə maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Çünki, prosessual qanunvericilikdə iddia ərizəsinin icraata qəbul olunmasında buraxılan səhvin aradan qaldırılması imkanları təsbit olunmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi “Müflisləşmə və iflas haqqında” Qanunun 18.2, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiy a şikayəti Sonuncu qərardaddaniddiaçı kassasiya şikayəti verərək,onun ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul olunması xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, qərarda istinad olunan “Müflisləşmə və iflas haqqında” Qanunun 18.2-ci maddəsində göstərilmiş hal olduğu təqdirdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, əgər qəbul edilmiş idisə, icraata xitam verilməməli idi. Hazırki vəziyyətdə qərardad prosessual hüquq pozuntusu ilə qəbul edilmişdir. Dəlilin hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Qanunun 18.2, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qayda da məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ kreditorun borc tələbinin rədd edilməsi barə də qərarın ləğvi və pul tələbinin qəbul ediməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iqtisadi iş üzrə icraata xitam vermiş birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinin düzgün tətbiq edilibedilməməsidir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının hazırki tələbinə məhkəmə qaydasında baxılmalı olmadığına görə yolverilməz hesab edilərək icraata qəbul edilməsindən imtina edilməli idi. Lakin prosessual qanunvericilik işə məhkəmədə baxılmalı olmadığı halda, icraata xitam verilməli olduğunu müəyyən etdiyi üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyə uyğundur. Apellyasiya məhkəməsinin bu mövqeyinə münasibətdə cavabdeh bildirmişdir ki, əgər borclunun müflis elan olunması məqamından etibarən borcluya qarşı tələb lər yalnız iflas prosesi çərçivəsində irəli sürülməli idisə, bu zaman iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli idi. Məhkəmə kollegiyası bildirilmiş dəlillə bağlı aşağıdakıları qeyd edir. “Müflisləşmə və iflas haqqında” Qanunun: - 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; - 45-ci maddəsinə əsasən,
1. Əmlak inzibatçısı borc tələbini tamamilə və ya qismən qəbul və ya rədd edə bilər.
2. Əmlak inzibatçısı tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı səbəblərin yazılı izahını hazırlayıb dərhal poçtla kreditora göndərməlidir.
3. Kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı i lə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən ən azı 21 gün müddətində təqdim edilməlidir. Sadalanmış normaların məzmununa görə, əmlak inzibatçısı tərəfindən kreditor tələbinin qeydə alınmasından imtina edilən şəxs tərəfindən, yalnız iflas prosesi çərçivəsində həmin tələbinin qeydə alınması üçün məhkəməyə ərizə ilə müracət edə bilər. Hazırki inzibati iş üzrə isə“xxxx” MMC-nin əmlak inzibatçısı təyin edilmiş Cavabdeh2 ASC-nin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının borc tələbi rədd edilmiş və sonuncu tərəfindən əmlak inzibatçısına qarşı qərarın ləğvi və pul tələbinin qeydə alınması barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-i n: - 153.2-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Lakin birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina etmək əvəzinə, mülki prosessual qanunverciliyin müvafiq normalarına istinad edərək iqtisadi iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya məhkəməsinin mövqeyini düzgün hesab edir. Çünki birinci instansiya məhkəməsi 07 noyabr 2018-ci il tarixli, 22(81)-1442/2018 s aylı qərardadı ilə qeyd olunan tələb üzrə mülki işə açıq məhkəmə iclasında baxılası üçün kifayət qədər hazırlandığını nəzərə alaraq mümkün hesab etmiş və onu məhkəmə baxışına təyin etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 153-cü maddəsi iddia ərizəsinin qəbul edilməsindən imtinanın əsaslarını müəyyən etmişdir. Artıq icraata qəbul edilmiş iddia ərizəsi ilə isə bağlı məhkəmə hesab etsə ki, iş məhkəmədə baxılmalı deyildir, onda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə. Bununla da, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sad alananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “XXX”nin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019cu il tarixli, 2-2(103)-189/19 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova