Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-217/2021 20.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.A.Dadaşov cavabdeh və vəkilinin şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 1.Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 fevral tarixli, e-2-2(113)-386/2020 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi qismən: - cavabdehdən 25 may 2012-ci il tarixli, 17AV/F20-12 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 77.648,41 manat, faiz borcu üzrə 3405,88 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 88.778,02 manat və 500 manat cərimə olmaqla, cəmi 89.278,02 manat məbləğində pul vəsa itin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, iddiaçının mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli i**-NP-***, şassi NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-NP-***, şassi NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-NP-***, şassi NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-NP-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılmaqla satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi; - cavabdehdən 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184.790,16 manat, faiz borcu üzrə 40.243,19 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixədək ümumilikdə 242.511,41 manat və 50 manat cərimə olmaqla cəmi 242.561,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, iddiaçının mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli**-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobuslar açıq hərracda satılmaqla satışdan əldə edilən pul və saiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi; - cavabdehdən 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22.606,28 manat, faiz borcu 14.932,43 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39.575,33 manat və 700 manat cərimə olmaqla cəmi 40.275,33 manat məbləğində pulun, 20,10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, iddiaçının mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, dövlət qeydiyyat nömrəli **-MZ*** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusun açıq hərracda satılmaqla satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabd ehə olan borcunun ödənilməsi hissəsində təmin edilmişdir. Borc ödənildikdən sonra sərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa həmin məbləğin iddiaçıya qaytarılması və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
2. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 19 noyabr tarixli, 2-2(103)-540/2020 saylı qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına cavabdeh və vəkili tərəfindən kassasiya şikayəti verilmişdir.
4. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən kassasiya qaydasında yoxlanılmasının yolverilməz olduğu üçün onun qəbulundan imtina edilməlidir.
5. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli, 04/2020 saylı qərardadının nəticəvi hissəsinin 2-ci bəndinə əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
6. İş materiallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 mart tarixli, 2-2(102)-103/2021 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan iddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnamə sinin dəyişdirilmədən saxlanılması hissəsində qismən - birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,9 (doxsan iki min altı yüz səksən üç manat doxsan qəpik) manat məbləğində”; cavabdehdən 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 (iki min səksən iki min səkkiz yüz dörd manat altmış qəpik) manat”; cavabdehdən 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “cəmi 55.207,76 manat (əlli beş min iki yüz yeddi manat yetmiş altı qəpik) manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdiril mədən saxlanılmışdır.
7. Beləliklə, hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına verilmiş kassasiya şikayətinə baxılıb, qərar qəbul edilsə də, sonradan cavabdehin verdiyi kassasiya şikayəti üzrə yoxlanılmış hissələrin təkrarən kassasiya qaydasında yoxlanılması yolverilməzdir (bax yuxarıda § 5).
8. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh tərəfindən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım:
11. Cavabdeh və vəkilinin kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.
12. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.