Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-217/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi və faiz borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Qanuni nümayəndə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1121/2024 nöm rəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 2021-ci il 27 sentyabr tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh "xxxx" MMC-yə 35.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 2021-ci il 27 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır.
2. İddiaçı tərəfindən verilmiş 2024-cü il 14 fevral tarixli PB/BPŞ-OUT-00 İ99-2024/1 nömrəli maliyyə arayışına görə, 2021-ci il 27 sentyabr tarixli DCS00371388-01 saylı kredit müqaviləsinə əsasən cavabdehin 32.152,87 manat əsas borc, 4,726.23 manat faiz borcu, 2.232,31 manat cərimə borcu olmaqla, cəmi 39.11 1,41 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər "xxxx" MMC və Qanuni nümayəndə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Qanuni nümayəndə”) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2021-ci il 27 sentyabr tarixli DCS00371388-1 saylı kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən 32.152,87 manat əsas borc, 4.726,23 manat faiz borcu, 2.232,31 manat cərimə borcu olmaqla, cəmi 39.111,41 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı və 8 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında 2021-ci il 6 sentyabr tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC05281lE/2019 saylı Razılaşma imzalanmışdır. İddiaçı ilə MMC arasında kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 2021-ci il “22” sentyabr tarixli ZM1833/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 35.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanun i nümayəndə arasında 2021-ci il 27 sentyabr tarixli DGS**********75 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini 596 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirilməmişdir.
5. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 27 avqust tarixli 9/5333 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə, iş materiallarında olan çıxarış məlumatları kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh MMC-nin 2023-cü il 14 dekabr tarixinə (maliyyə arayışında göstərilən tarix) iddiaçıya olan əsas borc üzrə 32.153,69 manat, faiz borcu üzrə 4.828,82 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər aras ında imzalanmış kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar hesabdan çıxarışlar olmadığı üçün MMC-yə cərimə hesablanmadı.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 20 sentyabr tarixli e-2-2(113)1777/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər MMC və Qanuni nümayəndə birgə qaydada 32.152,87 manat əsas borc, 4.726,23 manat faiz borcu, 661 manat dəbbə pulu, 200 manat mediasiya xərci, ümumilikdə 37.740,10 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 35.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat ı kimi iddiaçı ilə Qanuni nümayəndə arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər isə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərdən (əsas borclu və zamin) kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
8. Cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyini (bax § 5) nəzərə alaraq qeyd edilmişdir ki, cavabdehlərdən tutulacaq əsas və faiz borcları iddia tələbi həddində müəyyən edilməlidir.
9. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1.500 manat müəyyən edilməlidir.
10. İş materiallarında olan ödəniş tapşırıqlarına görə, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən hazırkı kredit müqaviləsi üzrə ümumilikdə 839 manat (2024-cü il 29 may tarixində 297 manat, həmin tarixdə 242 manat, 2024-cü il 30 may tarixində 300 manat) ödəniş edilmiş, iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərilən ödənişlərin müqavilə şərtlərinə əsasən cərimə borcuna silindiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən edilmiş 839 manat ödəniş nəzərə alınmaqla cavabdehlərdən tutulacaq cərimə borcunun məbləği 661 manat (1.500 manat – 839 manat) müəyyən edilməlidir.
11. Birinci instan siya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 470.1, 472.1, 472.2, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun cərimə borcunun tutulması hissəsində ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Həmçinin MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, birinci instansiya məhkəməsində müəyyən edilməmiş hallar araşdırılmaqla əldə edilmiş sübutlar əsasında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1121/2024 nömrəli qətnaməsi apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etmiş və cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh vəsatət verərək, ödənişlərinin əsas borca deyil, faiz borcuna hesablandığını, ödənişlərinin nəzərə alınmadığını, iddiaçının borcu düzgün hesablamadığını bildirərək, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir.
16. Cavabdehin vəsatəti əsasında kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqs ədilə məhkəmədə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla MMC-nin 2023-cü il 14 dekabr tarixinə (maliyyə arayışında göstərilən tarix) olan borcu - əsas borc üzrə 32153,69 manat, faiz borcu üzrə 4.828,82 manat müəyyən edilmişdir.
17. Həmin rəydə qeyd edilmişdir ki, vəsatət göndərilmiş və 3 vərəqdən ibarət əlavə sənədlər ekspertə təqdim edilmişdir. Həmçinin cavabdehin ödənişlərlə bağlı təqdim etdiyi sənədlərə ekspert baxış keçirmişdir. Həmin rəydə cavabdeh tərəfindən 6.849 manat ödəniş edilməsi müəyyən edilmişdir.
18. Bundan başqa, əsas borclu məhkəmə əlavə ekspertiza barədə vəsatət verdiyini və məhkəmənin buna reaksiya vermədiyini şikayətdə qeyd etsə də, işdə olan 2024-cü il 20 sentyabr tarixli qərardadla həmin vəsatət tə min edilməmişdir.
19. MM-in 432.4-cü maddəsinin tələbinə əsasən, iddiaçının ödənişi faizlərə yönəltmə hüququ olmuşdur.
20. Şikayətin iddiaçının iclasın təxirə salınması barədə vəsatətini məhkəmənin əsassız olaraq təmin etməməsi barədə dəlili ona görə nəzərə alınmamalıdır ki, iddiaçı iclasın təxirə salınmasına heç bir əsas və ya sübut təqdim etməmişdir. Bu hal məhkəmənin 2024-cü il 20 sentyabr tarixli qərardadında göstərilmişdir. Məhkəmənin qərardadı qeyd edilən prosessual hüquq normalarının (MPM-in 184.5 və 185.1-ci maddələri) tələblərinə uyğun qəbul edilmişdir.
21. Göründüyü kimi, əsas borclu olan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə formal dəlillər kimi qəbul edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 432.4, 442, 443.1, 462.1, 467, 739 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021ci il 28 iyul tarixli Qərarına, MPM-in 184.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
23. MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, işin isə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 445.1 və 462.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin təqdim etdiyi ödənişlə rin hansı əsasla faiz borcuna yönəldildiyini araşdırmamış, bu barədə iddiaçının yalnız şifahi izahatı ilə kifayətlənmişdir. Ödəniş sənədləri ekspertizaya təqdim olunmadığı üçün borcun əsas məbləğə aid hissəsinin nəzərə alınmaması nəticəsində faiz borcu əsassız şəkildə şişirdilmişdir. Cavabdehin əlavə ekspertiza keçirilməsi barədə vəsatəti də təmin olunmamış, halbuki ödənişdən sonra iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilməmiş, bu isə ödənişlərin təyinatını müəyyənləşdirməyi mümkünsüz etmişdir. Apellyasiya məhkəməsi bu halları araşdırmadan birinci instansiyanın yanaşmasını dəyişmədən qüvvədə saxlamış, işin əsaslı şəkildə araşdırılmasını təmin etməmişdir.
25. MPM-in 9.3, 102.3 və 167.1.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi birinci instansiyada cavabdeh Qanuni nümayəndə prosesdə iştirak etməməsi və iddiaçının təxirəsalma ərizəsinin sistemə daxil edilməsinə baxmayaraq iclasın onun iştirakı olmadan keçirilməsinə etirazlara məhəl qoyulmamasını nəzərə almamış, bununla da çəkişmə prinsipinin pozulmasına qiymət verməmişdir. Həmçinin, ekspert rəyində məhkəmə zamanı edilmiş ödənişlərin əks olunmaması və bu ödənişlərin ekspertizaya təqdim edilməməsi səbəbindən əlavə ekspertiza keçirilməsinə ehtiyac yaransa da, bu vəsatət əsassız şəkildə rədd edilmişdir. Nəticədə apellyasiya məhkəməsi ciddi prosessual pozuntulara yol verməklə qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, iş üzrə aparılmış mühasibatlıq ekspertizasının nəticələri təsdiq edir ki, cavabdehin əsas və faiz bor cu kredit müqaviləsinin şərtlərinə, ödəniş qrafikinə və bank sənədlərinə uyğun olaraq dəqiq müəyyən olunmuşdur. Ekspert rəyi göstərir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər ayrıca qiymətləndirilib və onların məbləği təsdiqlənmişdir. Eyni zamanda, bu ödənişlərin hansı istiqamətə yönəldiyi də müqavilə və qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Belə olan halda, borclunun həmin ödənişlərin faiz borcuna silinməsi ilə bağlı etirazı əsassızdır və hüquqi nəticə doğura bilməz.
27. Tərəflər arasında bağlanmış müqavilədə hər bir öhdəliyin yerinə yetirilməsi qaydası aydın göstərilmiş, borcun vaxtında və düzgün icra olunmaması halında qarşı tərəfin zərərinə görə məsuliyyət də nəzərdə tutulmuşdur. Buna görə də, ödənişlərin hansı istiqamətdə hesablanması məsələsində borc verənin üstün hüququ tanın ır və bu, tərəflər arasında bağlanmış razılaşmalarla da ziddiyyət təşkil etmir.
28. Kassasiya şikayətində təkrar ekspertiza keçirilməsi ilə bağlı irəli sürülən vəsatət isə əsassızdır. Ekspertə bütün zəruri sənədlər təqdim olunmuş, cavabdeh tərəfindən qeyd edilən bütün ödənişlər qiymətləndirilmişdir. Bu səbəbdən əlavə araşdırmaya ehtiyac olmadığı açıq şəkildə sübuta yetirilmişdir.
29. Bundan əlavə, kassasiya instansiyası faktiki halların yenidən araşdırılması üçün nəzərdə tutulmadığından, şikayətdə göstərilən dəlillərə istinad edilməsinə hüquqi yol verilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün sübutları qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirmiş, nəticəyə gələrkən hüququ düzgün tətbiq etmiş və əsaslandırılmış qətnamə qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayəti ndə göstərilən dəlillərin hüquqi əsası yoxdur və onların təmin olunması üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyil. Bu baxımdan, şikayətin rədd olunması və apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması məqsədəuyğundur. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada im tina edə bilər....”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam ol madıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidi.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavadbehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
35. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
36. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
37. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq q anuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1121/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1121/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.