Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-218/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, X7 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqavilələri üzrə borcun tutulması və digər ləğvi, kredit müqavilələri üzrə borcun ödənilməsi, ipoteka predmetlərinə tutm anın yönəldilməsi və digər tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-944/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 ay müddətinə (2021-ci il 28 avqust tarixinədək) aylıq faiz dərəcəsi 16% olmaqla, 150.000 manat məbləğində kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı kimi, Bank "BTB” ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci il 29 avqust tarixli zaminlik müqavilələri bağlanmışdır.
2. Bank "BTB” ASC il ə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 28 avqust tarixli kredit müqaviləsinə 2019-cu il 15 dekabr tarixində 02 saylı əlavə, 2020-ci 31 may il tarixində 1 nömrəli əlavə saziş, 2020-ci il 28 avqust tarixində 1 nömrəli əlavə saziş, 2020ci il 24 dekabr tarixində 1 nömrəli əlavə saziş imzalanmışdır. Həmin kredit müqaviləsinə 2020-ci il 24 dekabr tarixli, 1 nömrəli əlavə sazişə əsasən, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 2020-ci il 28 dekabr tarixindən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 2021-ci il 27 avqust tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16% olaraq müəyy ən edilmişdir. Kredit müqaviləsinə əlavələr edildikdən sonra müvafiq olaraq zaminlik müqavilələrinə də əlavələr olunmuşdur.
3. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında borc alan bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 150.000 manat məbləğində kredit götürmüşdür.
4. Bank "BTB” ASC ilə Cavabdeh3 arasında bağlanmış 2018-ci il 29 avqust tarixli, DENZ-00057-17/18A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN-0005717/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət göt ürmüşdür.
5. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinə 2020-ci il 28 avqust tarixində 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 2020-ci il 30 sentyabr tarixdən hesablamaqla 3 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. - 2-ci bəndinə əsasən, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 2018-ci il 28 avqust tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəni ş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli olan, lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. - 3-cü bəndinə əsasən, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 ay müddətinə 2021-ci il 30 avqust tarixinədək uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17% olaraq müəyyən olunur. - 5-ci bəndinə əsasən, 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq olunur.
6. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinə 2020-ci il 31 may tarixində 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 2020-ci il 26 iyun tarixindən hesablamaqla 3 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. - 2-ci bəndinə əsasən, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 2018-ci il 28 avqust tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli olan, lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. - 3-cü bən dinə əsasən, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 ay müddətinə 2021-ci il 27 avqust tarixinədək uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 faiz olaraq müəyyən olunur. - 5-ci bəndinə əsasən, 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab olunur və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
7. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 250.000 manat məbləğində kredit götü rmüşdür. Qeyd edilən müqavilə üzrə kredit öhdəliyinin təminatı olaraq Bank "BTB” ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 2019cu il 30 avqust tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqavilələri bağlanmışdır.
8. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinə 2020-ci il 31 may tarixində 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 257.885,63 manat; b) Bu Əlavənin imzalandığı günə borcun qalıq məbləği 257.885,63; c) Öhdəliyin faiz dərəcəsi 16%; d) Güzəşt müddəti 3 ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcəkdir. - 2-ci bəndinə əsasən, ödənişlər borcalanla kreditor ara sında imzalanmış 2020-ci il 31 may tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. - 3-cü bəndinə əsasən, 2019-ci il 30 avqust tarixli, SMMZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
9. Bank "BTB” ASC ilə Cavabdeh3 arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinə 2020-ci il 31 may tarixində 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 257.885,63 manat; b) Bu Əlavənin imzalandığı günə borcun qalıq məbləği 257.885,63; c) Öhdəliyin faiz dərəcəsi 16%; d) Güzəşt müddəti 3 ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcəkdir. - 2-ci bəndinə əsasən, ödənişlər borcalanla kreditor arasında imzalanmış 2020-ci il 31 may tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. - 3-cü bəndinə əsasən, 2019-ci il 30 avqust tarixli, SMMZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
10. Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A nömrəli kredit m üqaviləsinə 2020-ci il 31 may tarixində 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 2020-ci il 26 iyun tarixindən hesablamaqla 3 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. - 2-ci bəndinə əsasən, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 2019-ci il 30 avqust tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borcalanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks e tdirir. - 3-cü bəndinə əsasən, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 ay müddətinə 2022-ci il 26 avqust tarixinədək uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16% olaraq müəyyən olunur. - 5-ci bəndinə əsasən, 2019-ci il 30 avqust tarixli, SMM-00164-17/19A nömrəli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir.
11. Bank "BTB” ASC, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri 29 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 2018-ci il 28 avqust tarixli, SMMG00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, SMN-0005517/18A nömrəli əsas kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 3 və ünvan 2-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 29 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 2018-ci il 28 avqust tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 3 və ünvan 2-ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
13. İpoteka saxlayan Bank "BTB” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2018-ci il 28 avqust tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə 2020-ci il 31 may tarixli, 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, bu əlavəni imzalayan şəxslər aralarında bağlanmış 2018-ci il 28 avqust tarixli, SMMG-A0055-17/18A nömrəli ipoteka müqaviləsinə aşağıdakı dəyişikliklərin edilməsinə dair razılığa gəlirlər: İpoteka Müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin faiz dərəcəsi 17%; b) Güzəşt müddəti 3 ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək; c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 2021-ci il 27 avqu st. - 2-ci bəndinə əsasən, ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. 2018-ci il 28 avqust tarixli, SMMG-A0055-17/18A nömrəli ipoteka müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - 3-cü bəndinə əsasən, müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.
14. İpoteka saxlayan Bank "BTB” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2018-ci il 28 avqust tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləs inə 2020-ci il 28 avqust tarixli, 2 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, ipoteka müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) öhdəliyin faiz dərəcəsi 17%; b) Güzəşt müddəti 3 ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək; c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 2021-ci il 27 avqust. - 2-ci bəndinə əsasən, ödənişlər borc alanla kreditor arasında imzalanmış 2020-ci il 31 may tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. 2018-ci il 28 avqust tarixli, SMMG00055-17/18A nömrəli ipoteka müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şə rtləri tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - 3-cü bəndinə əsasən, müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.
15. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 nömrəli notariat ofisi tərəfindən təsdiq edilmiş 2019-cu il 30 avqust tarixli, SMMG-00164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 2ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
16. Bank "BTB” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 nömrəli notariat ofisi tərəf indən təsdiq edilmiş 2019-cu il 30 avqust tarixli, SMMG-A0164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "BTB” ASC ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 3ni Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
17. İpoteka saxlayan Bank "BTB” ASC ilə ipoteka qoyan Cavabdeh1 və borc alan "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2019-cu il 30 avqust tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə 2019-cu il 25 dekabr tarixli, 1 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1.1-ci bəndinə görə, bu əlavə razılaşmaya əsasən, ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və tərəflər arasında 2019-cu il 30 avqust tarixində bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, SMN-0016417/19A saylı kredit müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipoteka qoyduğu əmlakı borcalanın ipoteka saxlayanla bağladığı 2019-cu il 30 avqust tarixli, SMN-0016417/19A saylı kredit müqaviləsindən və ona əlavə olunmuş əlavə razılaşmalardan (2019-cu il 25 dekabr tarixli, 2 saylı əlavə razılaşma) irəli gələn öhdəliklərinin də icrasını təmin etmək üçün ipoteka saxlayana əlavə ipotekaya qoyur. - 1.2-ci bəndinə görə, bu əlavə razılaşmaya əsasən, icrası ipoteka predmeti ilə təmin olunan öhdəliyin əmələ gəlməsinin əsası olan tərəflər arasında bağlanmış SMN-0016417/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 2022-ci il 30 avqust tarixinədək illik 17 faiz ödəmək şərtilə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ipoteka saxlayana qaytarmağı öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən, ipoteka predmeti (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2017-ci il 11 iyul tarixli, RX seriyalı, ******* saylı, **********37-05301- 093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ipoteka qoyana məxsus ünvan 2 nömrəli mənzildir. Həmin razılaşmanın - 1.4-cü bəndinə əsasən, ipoteka predmeti 230.000 mana t dəyərində qiymətləndirilmişdir. - 1.5-ci bəndinə əsasən, ipoteka qoyan ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldildikdə və ya satıldıqda, onu tərk etməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu əlavə razılaşma tərəflər arasında bağlanmış SMMG- 00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır və 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliyi tam icra olunana qədər qüvvədədir. İpoteka qoyanın, ipoteka saxlayanın və borc alanın hüquq və vəzifələri həmin kredit və ipoteka müqavilələri ilə müəyyən olunur.
18. İpoteka saxlayan Bank "BTB” ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2019-cu il 30 avqust tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə 2019-cu il 25 dekabr tarixli, l saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1.1-ci bəndinə görə, bu əlavə razılaşmaya əsasən, ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və tərəflər arasında 2019-cu il 30 avqust tarixində bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, SMN-0016417/19A, saylı kredit müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipoteka qoyduğu əmlakı borcalanın ipoteka saxlayanla bağladığı 2019-cu il 30 avqust tarixli, SMN-0016417/19A saylı kredit müqaviləsindən və ona əlavə olunmuş əlavə razılaşmalardan (2019-cu il 25 dekabr tarixli, 2 saylı əlavə razılaşma) irəli gələn öhdəliklərinin də icrasını təmin etmək üçün ipoteka saxlayana əlavə ipotekaya qo yur. - 1.2-ci bəndinə görə, bu əlavə razılaşmaya əsasən, icrası ipoteka predmeti ilə təmin olunan öhdəliyin əmələ gəlməsinin əsası olan tərəflər arasında bağlanmış SMN-0016417/19A saylı kredit müqaviləsinə əsasən, ipoteka saxlayan borc alana 2022-ci il 30 avqust tarixinədək illik 17 faiz ödəmək şərtilə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ipoteka saxlayana qaytarmağı öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən, ipoteka predmeti (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş 2017-ci il 11 iyul tarixli, RX seriyalı, ******* saylı, **********37- 05301-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) İpoteka qoyana məxsus ünvan 3 nömrəli mənzildir. - 1.4-cü bəndinə əsasən, ipoteka predmeti 230.000 manat dəyərində qiymətləndirilmişdir. - 1.5-ci bəndinə əsasən, ipoteka qoyan ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldildikdə və ya satıldıqda, onu tərk etməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu əlavə razılaşma tərəflər arasında bağlanmış SMMGA0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır və 2019-cu il 30 avqust tarixli, SMN00164-17/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyi tam icra olunana qədər qüvvədədir. İpoteka qoyanın, ipoteka saxlayanın və borc alanın hüquq və vəzifələri həmin kredit və ipoteka müqavilələri ilə müəyyən olunur.
19. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 414 nömrəli reyestr kitabının 38513 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 1 B nömrəli mənzil "xxxx" MMC-nin SMN-00055-17/18A KM-36 ay, 2018-ci il 28 avqust, BKX00056-17/18A KXM-12 ay; 2018-ci il 28 avqust tarixi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 2018-ci il 30 avqust tarixində qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan görünür ki, ipoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. 21. 2018-ci il 2 9 avqust tarixli, N seriyalı ödəniş tapşırığından görünür ki, Bank "BTB” ASC tərəfindən "xxxx" MMC-nin AZ84UBAZ**********0040AZN001 nömrəli hesabına 166.600 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10Y 17-1 saylı müqaviləyə əsasən, kreditin bağlanması üçün qeyd edilmişdir. 22. 2018-ci il 29 avqust tarixli kassa məxaric orderindən görünür ki, Bank "BTB” ASC tərəfindən Cavabdeh1 150.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. 23. 2021-ci il 19 avqust tarixli, RİED 2021/4979 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin 2021-ci il 19 avqust tarixinə 2019-cu il 30 avqust tarixli, SMM-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 257.885,63 manat, faiz borcu 54.667,04 manat və dəbbə borcu 3.641,48 manat olmaqla, ümumilikdə 316.194, 15 manat borcu vardır. 24. 2021-ci il 20 avqust tarixli, RİED 2021/4999 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin 2021-ci il 20 avqust tarixinə 2018-ci il 28 avqust tarixli, SMN00055-17/18A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 102.964,33 manat, faiz borcu 19.447,29 manat və dəbbə borcu 15.258,84 manat olmaqla, ümumilikdə 137.670,46 manat borcu vardır. 25. 2021-ci il 27 avqust tarixli, RİED 2021/5275 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 2021-ci il 27 avqust tarixinə 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 103.632,48 manat, faiz borcu 17.638,32 manat və dəbbə borcu 8.081,96 manat olmaqla, ümumilikdə 129.352,76 manat borcu vardır.
26. Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "BTB” ASC-yə ünvanlanmış 2021-ci il 11 iyun tarixli və 2021-ci il 7 iyul tarixli məktublardan görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 27. "FM Consulting” MMC-nin qiymətləndirmə hesabatlarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin 2018-ci il 18 iyul tarixinə olan orta bazar qiyməti 380.000 manat, likvid qiyməti isə 342.000 manat, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 2018ci il 18 iyul tarixinə olan orta bazar qiyməti 250.000 manat, likvid qiyməti isə 230.000 manat, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B n ömrəli mənzilinin 2019-cu il 3 sentyabr tarixinə olan orta bazar qiyməti 380.000 manat, likvid qiyməti isə 342.000 manat, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 2019-cu il 3 sentyabr tarixinə olan orta bazar qiyməti 250.000 manat, likvid qiyməti isə 230.000 manat müəyyən edilmişdir.
28. Cavabdeh5 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, o Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13 ünvanında yerləşən 1B və 2B nömrəli mənzillərin Bank "xxxx" ASC-yə sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini bildirərək, həmin yaşayış sahələrinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüllü su rətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür.
29. Cavabdeh4 notarial qaydada təsdiq edilmiş 2019-cu il 29 avqust tarixli ərizəsinin məzmunundan görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13 ünvanında yerləşən 2B nömrəli mənzilin Bank "xxxx" ASC-yə sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini bildirərək, həmin yaşayış sahəsinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüllü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür.
30. İddiaçı Bank "BTB” ASC tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanıanmış 2021-ci il 3 iyun tarixli, SUMF-2021/100 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən əsas borc, hesablanmış faizlər və dəbbə pulunun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. 31. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-ci il 15 sentyabr tarixli, 0/6/3 nömrəli Arayışdan görünür ki, cavabdehlər Caspian Plast” MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Seyidova X1 tarixi, saatı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, həmin sessiyada iştirak etməmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
32. İddiaçı Bank "BTB” ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 22 oktyabr tarixində cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək: - iddiaçının “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin(bundan sonra - SMN00055 saylı müqavilə) ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 2021-ci il 20 avqust tarixinə olan 102.964,33 manat əsas borc, 19.447,29 manat faiz borcu, 15.258,84 manat dəbbə borcu, ümumilikdə 137.670,46 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 473,218 manat dövlət rüsumu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat rüsum, həmçinin 140 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 0,40 manat bank xidməti haqqının cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan 2018-ci il 28 avqust tarixli, SMMG00055-17/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 2 və ünvan 3-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, mənzil 2B və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küç əsi, ev 13, mənzil 1B-nin boşaldılması və tutma yönəldildikdən və satıldıqdan sonra ünvan 2-də qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X10 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsini; - iddiaçının “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin (bundan sonra - “SMN00164-17/18A saylı kredit müqaviləsi”) ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 2021-ci il 19 avqust tarixinə olan 257.885,63 manat əsas borc, 54.667,04 manat faiz borcu, 3.641,48 manat dəbbə borcu, ümumilikdə 316.194,15 manat məbləğində borcun, 130 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və C avabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan 2019-cu il 30 avqust tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 2 və iddiaçı ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan 2019-cu il 30 avqust tarixli, SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdeh lər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmasını; - iddiaçının “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsinin (bundan sonra – “DEN-00057-17/18A saylı kredit müqaviləsi”) ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 2021-ci il 27 avqust tarixinə olan 103.632,48 manat əsas borc, 17.638,32 manat faiz borcu, 8.081,96 manat dəbbə borcu, ümumilikdə 129.352,76 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan 2018-ci il 28 avqust tarixli, SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 2 və ünvan 3-yə tutmanın yönəldilməsi, mənzi llərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
33. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2018-ci il 28 avqust tarixli, SMN00055-17/18A saylı kredit müqaviləsi bağlanmış və bank 150.000 manat məbləğində krediti illik 16 faizlə 36 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 2021-ci il 28 avqust tarixinədək faizi ilə birlikdə banka qaytarmağı ö hdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 2018-ci il 28 avqust tarixində iddiaçı ilə SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 2 və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 3-ni ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti "xxxx" ASC-nin “Yasamal” filialı ilə "xxxx" MMC arasında Bakı şəhərində bağlanmış 2017-ci il 13 iyul tarixli, 10Y/17 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC-nin “Yasamal” filialı, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 2017-ci il 13 iyul tarixli, 10Yİ/17 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh1 2018-ci il 29 avqust tarixində iddiaçıyla SMNZ-00055-17/18A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh "xxxx" MMC-nin SMN-00055-17/18A saylı müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
34. Cavabdeh3 2018-ci il 29 avqust tarixində iddiaçıyla SMNZ-00055-17/18A saylı zaminlik müqaviləsi bağlayaraq, cavabdeh "xxxx" MMC-nin SMN-00055-17/18A saylı müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinə 2019-cu il 25 dekabr tarixində 02 saylı əlavə, 2020-ci il 31 may tarixli, 1 nömrəli əlavə saziş, 2020-ci il 28 avqust tarixli, 1 nömrəli əlavə saziş, 2020-ci il 24 dekabr tarixli, 1 nömrəli əlavə saziş imzalanmışdır. Həmin kredit müqaviləsinə 2020-ci il 24 dekabr tarixli, 1 nömrəli əlavə sazişə əsasən, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 2020-ci il 28 dekabr tarixindən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 2021-ci il 27 avqust tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16% olaraq müəyyən edilmişdir. Cavabdehlərin SMN-00055-17/18A saylı müqavilə üzrə 2021-ci il 20 avqust tarixinə hesablanmış və ödənilməmiş əsas borc unun məbləği 102.964,33 manat, faiz borcu 19.447,29 manat, dəbbə pulu 15.258,84 manat olmaqla, cəmi 137.670,46 manat təşkil edir.
35. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2019-cu il 30 avqust tarixli, SMN00164-17/19A saylı kredit müqaviləsi bağlanmışdır və bank 250.000 manat məbləğində krediti illik 17 faizlə 36 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 2022-ci il 30 avqust tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 2019-cu il 30 avqust tarixində iddiaçı ilə SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünva n 2-ni ipotekaya qoymuşdur. Kreditin təminatı qismində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 2019-cu il 30 avqust tarixində iddiaçı ilə SMMGA0164-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 3-ni ipotekaya qoymuşdur.
36. Sonrakı ipoteka predmetləri iddiaçının “Sumqayıt” filialı ilə "xxxx" MMC və Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış SMN-00055-17/18A və DEN-0005717/18A saylı kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün iddiaçının “Sumqayıt” filialı, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, SMMG-00055-17/18A və 2018-ci il 28 avqust tarixli, SMMG-A005517/18A saylı ipoteka müqaviləsinə əsasən, iddiaçının “ Sumqayıt” filialına ipoteka qoyulmuşdur. Cavabdeh1 2019-cu il 30 avqust tarixində iddiaçıyla SMNZ-00164-17/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh "xxxx" MMC-nin SMN-00164-17/19A saylı, 250.000 manat məbləğdə, 36 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh3 2019-cu il 30 avqust tarixində iddiaçıyla SMNZ-00164-17/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh "xxxx" MMC-nin SMN-00164-17/19A saylı, 250.000 manat məbləğdə, 36 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
37. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2019-cu il 30 avqust tarixli, SMN00164-17/19A saylı kredit müqavil əsinə 2020-ci il 31 may tarixli, 1 nömrəli əlavə sazişə əsasən, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 2020-ci il 26 iyun tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 2022-ci il 26 avqust tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 % olaraq müəyyən olunmuşdur. Cavabdehlərin SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə 2021-ci il 19 avqust tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 257.885,63 manat, faiz borcu 54.667,04 manat, dəbbə pulu 36.41,48 manat, cəmi 316.194,15 manat təşkil edir.
38. DEN-00057-17/18A saylı kredit müqaviləsinə əs asən, 150.000 manat məbləğində krediti illik 17 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 2021-ci il 28 avqust tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh1 2018-ci il 28 avqust tarixində iddiaçı ilə SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 2-ni və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 3-ni ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti "xxxx" ASC-nin “Yasamal” filialı ilə "xxxx" MMC arasında Bakı şəhərində bağlanmış 2017-ci il 13 iyul tar ixli, 10Y/17 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC-nin “Yasamal” filialı, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 2017-ci il 13 iyul tarixli, 10Yİ/17 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC-də ipotekaya qoyulmuşdur.
39. Cavabdeh3 2018-ci il 29 avqust tarixində iddiaçı ilə DENZ-00057-17/18A saylı zaminlik müqaviləsi bağlayaraq, cavabdeh "xxxx" MMC-nin DEN-00057-17/18A saylı 150.000 manat məbləğdə, 36 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2018-ci il 28 avqust tarixli, DEN-00057- 17/18A saylı kredit müqaviləsinə 2020-ci il 31 may tarixli, 1 nömrəli əlavə saziş və 2020-ci il 28 av qust tarixli, 1 nömrəli əlavə saziş bağlanmışdır. 2020-ci il 28 avqust tarixli, 1 nömrəli əlavə sazişə əsasən, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 2020-ci il 30 sentyabr tarixindən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 2021-ci il 30 avqust tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 % olaraq müəyyən olunmuşdur. Cavabdehlərin DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 27 avqust tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 103.632,48 manat, faiz borcu 17.638,32 manat, dəbbə pulu 80.81,96 manat olmaqla, cəmi 129.352,76 manat təşkil edir. "xxxx" MMC-nin 2018-ci il 18 iyul tarixli, 007/BT nömrəli və 2019-cu il 3 sentyabr tarixli, 443/BT nömrəli qiymətləndirmə rəylərinə əsasən, ünvan 2-nin bazar dəyəri 380.000, likvid dəyəri 342.000 müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il 18 iyul tarixli, 008/BT nömrəli və 2019-cu il 3 sentyabr tarixli, 444/BT nömrəli qiymətləndirmə rəylərinə əsasən, ünvan 3-nin bazar dəyəri 250.000, likvid dəyəri 230.000 müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya se ssiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
40. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 317, 319.1, 442, 443.1, 472-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34, 39, 59.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.4, 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 30-cu maddəsinə istinad olunmuşdur.
41. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən 2021-ci il 5 dekabr tarixində iddia ərizəsinə qarşı etiraz təqdim olunmuş və qeyd edilmişdir ki, həmin etirazda qeyd olunan hissələrdə iddia tələbi təmin edilə bilməz.
42. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçını n cavabdehlərə qarşı iddiası ilə cavabdehlər yalnız iddiaçıdan kredit götürülməsi hissəsində razıdırlar. Lakin, iddia ərizəsində göstərilən əsas, faiz və dəbbə borc məbləğləri faktiki hesablanmalı olan məbləğlərlə uzlaşmamışdır. Belə ki, iddiaçının cavabdehlərə qarşı olan subyektiv münasibətləri nəticəsində guya cavabdehlərə köməklik edilməsi məqsədilə cavabdehlərlə əlavə sazişlər bağlanılmış və onlar həmin şərtlərlə razılaşmaq məcburiyyətində qalmışdırlar. Ötən müddət ərzində cavabdehlər tərəfindən iddiaçıya kifayət qədər borc vəsaitləri ödənilmişdir. Ona görə hazırkı vaxtda iddiaçı tərəfindən cavabdehlərə qarşı yönəlmiş borc məbləğləri ilə razı olmamışdırlar. Digər halda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 30 avqust tarixli, SMN-00164- 17/18A saylı kredit müqaviləsinin h azırkı iddia ərizəsi ilə mübahisələndirilməsi əsaslı hesab oluna bilməz. Belə ki, həmin müqavilə üzrə öhdəliklərin icra müddətinin son müddəti 2022-ci il 30 avqust müəyyənləşdirilmişdir və bu halda cavabdehlərə qarşı tələb irəli sürülə bilinməz. Daha bir halda SMN-00055-17/18A saylı müqaviləyə görə Cavabdeh3 qarşı zaminlik mövqeyi nəzərə alınmaqla ona qarşı borc tələbinin irəli sürülməsi əsassız olmuşdur. MM-in 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Qeyd olunanlarla yanaşı, kreditlərin təminatı kimi ip otekaya qoyulmuş mənzillərin dəyəri hazırkı bazar qiymətləri ilə uzlaşmamışdır. Etiraz verilən tarixə həmin mənzillər daha yüksək dəyərə malik olmuşdurlar. Həmçinin ipotekaya qoyulmuş mənzillərin hərrac vasitəsilə satılmasından dərhal sonra Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X10 ilə birlikdə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbi əsaslı olmamışdır. Ona görə həmin hissələrdə iddia tələbi təmin edilə bilməz.
43. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 2021-ci il 1 dekabr tarixində vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli, e-2-2(113)-5466/2021 saylı qərardadı ilə vəsatət təmin olunmuş, iş üzrə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmiş, Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, əmlakın qiymətləndirilməsi üzrə ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 23 fevral tarixli, 9/9478 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 2018-ci il 28 avqust tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin 2021-ci il 20 avqust tarixinə Bank "xxxx" ASC-yə olan borcu 12 1.499,24 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101.316,9 manat, faiz borcu 20.182,34 manat; "xxxx" MMC-nin 2021-ci il 22 oktyabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 124.291,09 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101.316,9 manat; faiz borcu 22.974,19 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. - Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsinin və 2020-ci il 31 may tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin 2021-ci il 19 avqust tarixinə Bank "xxxx" ASC-yə olan borcu 300.538,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257.885,6 manat, faiz borcu 42.653,14 manat; "xxxx" MMC-nin 2021-ci il 22 oktyabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 307.759,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257.885,6 manat, faiz borcu 49.873,94 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. - Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 2021-ci il 27 avqust tarixinə Bank "xxxx" ASC-yə olan borcu 116.705,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99.058,3 manat, faiz borcu 17.647,53 manat; Cavabdeh1 2021-ci il 22 oktyabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 119.278,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99.058,3 manat, faiz borcu 20.220,3 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 44. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2022-ci il 28 fevral tarixli, ƏEM/F 112-172/22 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 2022ci il 28 fevral tarixinə likvid dəyəri 232.000 manat, bazar dəyəri 244.000 manat; Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin 2022-ci il 28 fevral tarixinə likvid dəyəri 368.000 manat, bazar dəyəri 388.000 manat məbləğində müəyyən edilmişdir.
45. İddiaçı 2022-ci il 7 aprel tarixində vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 aprel tarixli, e-2-2(113)-348/2022 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməmühasibat ekspertizasının 2022-ci il 3 iyun tarixli, 9/3475 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 2018-ci il 28 avqust tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin 2021-ci il 20 avqust tarixinə Bank "xxxx" ASC-yə olan borcu 121.499,24 manat məbləğində müəyyən edilir. O cümlədən əsas borcu 101.316,9 manat, faiz borcu 20.182,34 manat. "xxxx" MMC-nin 2021-ci il 22 oktyabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 124.291,09 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101.316,9 manat, faiz borcu 22.974,19 manat. "xxxx" MMC-nin 2022-ci il 7 aprel tarixinə Bank "xxxx" ASC-yə olan bo rcu 131.720,99 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101.316,9 manat, faiz borcu 30.404,09 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. - Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsinin və 2020-ci il 31 may tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin 2021-ci il 19 avqust tarixinə Bank "xxxx" ASC-yə olan borcu 300.538,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257.885,6 manat, faiz borcu 42.653,14 manat. "xxxx" MMC-nin 2021-ci il 22 oktyabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 307.759,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257.885,6 manat, faiz borcu 49.873,94 manat. "xxxx" MMC-nin 2022-ci il 7 aprel tarixinə Bank "xxxx" ASC-yə olan borcu 326.671,15 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257.885,6 manat, faiz borcu 68.785,55 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi borc alan tərəfindən aparılmış ödənişlərdən 7.446,17 manat məbləğində vəsait “dəbbə üzrə borcun” ödənilməsinə silinmişdir. Hes abdan çıxarış məlumatlarında həmin ödənişlərin hansı hissəsinin 2018-ci il 28 avqust tarixli, SMN-00055-17/18A saylı və ya 2019-cu il 30 avqust tarixli, SMN-00164- 17/19A saylı kredit müqavilələri üzrə silindiyi öz əksini tapmamışdır. - Təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 2018-ci il 28 avqust tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 2021-ci il 27 avqust tarixinə Bank "xxxx" ASC-yə olan borcu 116.705,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99.058,3 manat, faiz borcu 17.647,53 manat. Cavabdeh1 2021-ci il 22 oktyabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 119.278,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99.058,3 manat, faiz borcu 20.220,3 manat. Cavabdeh1 2021-ci il 22 okt yabr tarixinə Bank "xxxx" ASC-yə olan borcu 126.996,58 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99.058,3 manat, faiz borcu 27.938,58 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı.
46. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyul tarixli, e-2-2(113)-348/2022 saylı qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada SMN-00055-17/18A saylı müqavilə üzrə 2021-ci il 20 avqust tarixinə olan 101.316,90 manat əsas borc, 19.447,29 manat faiz borcu, 5.000 cərimə borcu olmaqla, cəmi 125.764,19 manat, ödənilmiş d övlət rüsumuna görə 448 manat, 400 manat məbləğində mediasiya xərcinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 manat xidmət haqqı, 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçının xeyrinə tutulması; - tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 və ünvan 2 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına SMN-00055-17/18A saylı müqavilə üzrə borc, ödənilmiş dövlət rüsumuna görə 448 manat, 400 manat məbləğində mediasiya xərcinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 manat xidmət haqqı, 0,40 manat bank xidmət haqqının ödənilməsi, tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X10 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsi, hər iki mənzil boşaldılması; - SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 19 avqust tarixinə olan 257.885,60 manat əsas borc, 42.653,14 manat faiz borcu, 3.641,48 manat cərimə borcu olmaqla, cəmi 304.180,22 manat pulun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə tutulması; - tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 və ünvan 2 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə borcun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 manat xidmət haqqının ödənilməsi; - cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 27 avqust tarixinə olan 99.058,30 manat əsas borc, 17.638,32 manat faiz borcu, 5.000 cərimə borcu olmaqla, cəmi 121.696,62 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması; - tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 və ünvan 2 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına DEN-00057-17/18A saylı k redit müqaviləsi üzrə borcun ödənilməsi; - ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 232.000 manat, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 368.000 manat müəyyən edilməsi; - ipoteka predmeti olan əmlakların satışından əldə olunmuş vəsaitin hesabına banka olan borc ödənildikdən sonra satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh1 qaytarılması; - iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 700 manat pulun "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməsi qət edi lmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – Z.Axundova).
47. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.
48. Məhkəmə qeyd etmişdir ki, SMN-00055-17/18A saylı və 2018-ci il 28 avqust tarixli, DEN00057-17/18A saylı kredit müqavilələrinin müddəti bitdiyindən iddia tələbi həmin müqavilələrin ləğv edilməsi hissəsində təmin olunmamalıdır. SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv olunmasına münasibətdə isə qeyd etmişdir ki, sözügedən müqavilənin 2.10-cu bəndinə əsasən, borc verən borc alanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qay dada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr uçun hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borc alandan tələb edə bilər. Bu hallardan biri 2.10.1-ci bəndə əsasən, borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Ona görə də iddia SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin olunmuşdur.
49. Məhkəmə iddiaçının cavabdehlərdən SMN-00055-17/18A saylı müqavilə üzrə 202 1-ci il 20 avqust tarixinə, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 19 avqust tarixinə və 2018-ci il 28 avqust tarixli, DEN00057-17/18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 27 avqust tarixinə yaranan borcun tutulması barədə tələb irəli sürməsini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 3 iyun tarixli, 9/3475 nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada SMN-0005517/18A saylı müqavilə üzrə 2021-ci il 20 avqust tarixinə olan 101.316,90 manat əsas borc, 19.447,29 manat faiz borcu; cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada SMN-00164-17 /18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 19 avqust tarixinə olan 257.885,60 manat əsas borc, 42.653,14 manat faiz borcu; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə 2021-ci il 27 avqust tarixinə olan 99.058,30 manat əsas borc, 17.638,32 manat faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
50. İddia tələbinin digər hissəsini SMN-00055-17/18A saylı müqavilə üzrə 15.258,84 manat dəbbə borcu; SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə 3.641,48 manat dəbbə borcu və iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 28 avqust tarixli, DEN00057-17/18A saylı kredit müqaviləsi üzrə 8.081,96 manat dəbbə borcunun tutulması təşkil edir. Məhkəmə MM-in 467-ci maddəsinə istinad edərək 2018-ci il 28 avqust tarixli müqavilələr üzrə 5.000 manat, 2019-cu il 30 avqust tarixli kredit müqaviləsi üzrə 3.641,48 manat dəyərində müəyyən edilmişdir.
51. İddiaçının ipoteka predmetlərinə tutma yönəldilməsi barədə iddia tələbləri ilə bağlı məhkəmə hesab etmişdir ki, ipoteka müqavilələri qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və ipotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edildiyindən ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
52. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əs asən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin likvid dəyəri 232.000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin likvid dəyərinin 368.000 manat olması müəyyən edilmişdir.
53. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil etmişdir. Həmin tələbə münasibətdə qeyd olunmuşdur ki, borcun iddiaçının xeyrinə tutulmasının qət olunması ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva e dir.
54. İpoteka predmetlərinin boşaldılması və Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X10 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin, 2 B nömrəli mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməli, tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X10 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməli, hər iki mənzil boşaldılmalıdır.
55. Məhkəmə gəldiyi nəticəni MM-in 269, 270.1, 385.1, 386.1, 421.1. 421.2, 423.2, 442, 448.1, 462.1, 467, 470, 472, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 4 1.1, 59.3.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə, MPMin 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
56. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və mübahisələndirilən hissədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
57. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-944/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər tərəfindən məhkəməyə kredit müqavilələri üzrə ödənişlərin ekspert rəyində qeyd olunmuş məbləğlərdən daha artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir.
59. Hesabdan çıxarışa və ekspert rəyinə əsasən, SMN-00164-17/18A saylı müqavilə üzrə sonuncu ödəniş 2021-ci il 29 mart tarixində edildiyindən və müqavilə üzrə cəmi 7.663,21 manat ödəniş həyata keçirildiyindən bankın kredit müqaviləsinin ləğv edilməsini və kreditin faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır.
60. Mühasibatlıq ekspertizasının rəyi ilə dəbbə pulu borcu müəyyən edilmədiyi halda məhkəmə tərəfindən maddi hüquq pozuntusunun tətbiqində səhvə yol verilərək cavabdehlərdən dəbbə pulu tutulması ilə bağlı apellyasiya şikayətində qeyd edilənlər də əsassız hesab edilmişdir. Belə ki, kredit müqavi lələrinin 6.4-cü bəndində borcalanın krediti və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox olmayaraq gecikdirdikdə 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablamaq və tutmaq hüququ nəzərdə tutulmuşdur. Bank tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdehlərdən dəbbə pulu tutulmaması iddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış dəbbə pulunu cavabdehlərdən tutulmasını məhkəmə qaydasında iddia qaldıraraq tələb etmək hüququnu istisna etmir. Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi dəbbə pulu məbləği azaldılaraq ağlabatan məbləğdə təmin edildiyindən mübahisələndirilən qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
61. İpoteka ilə yüklü edilmiş daşın maz əmlakların ilkin satış qiymətinin onların bazar dəyərinə uyğun olmadığına dair apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə bildirmişdir ki, ilkin satış qiyməti dedikdə ipoteka pedmetinin likvid qiyməti (ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində) satış qiyməti nəzərdə tutulduğundan qətnamədə əmlakların bazar dəyərinin deyil, likvid dəyərinin qeyd edilməsi qanuni və əsaslıdır.
62. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir.
63. İş materiallarının 1-ci cildinin 90-92-ci vərəqlərinə əlavə edilmiş ərizələrdən görünür ki, daşınmaz əmlaklar ipoteka ilə yüklü edilərkən Cavabdeh5 və Cavabdeh4 yaşayış sahəsinə tələb yönəldikdə yaşayış sahəsini könüllü şəkildə tərk etmək və qeydiyyatdan çıxmaq barədə bank qarşısında öhdəlik götürdüklərindən iddiaçının həmin şəxslərə qarşı tələb irəli sürməyə subyektiv hüququ mövcud olmuşdur.
64. Zaminlik müqavilələrində zaminliyin verilmə müddəti qeyd edilmədiyindən, o cümlədən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ötürülmədən iddia qaldırıldığından zaminliyə xitam verilməsi üçün əsaslar mövcud olmamışdır.
65. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.1, 421.2, 423.2, 442, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739-cu maddələrinə, “İpoteka haqqın da” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 39.3.1, 41.1, 59.3.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
66. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 27 dekabr tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
67. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 həmin qətnamədən 2022-ci il 23 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
68. MM-in 152.1, 158.1, 158.2, 228.5-ci maddələrinin və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi nin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmeti olan ünvan 4 ünvanına tutma yönəldilərkən hərracda onun satılmasından sonra orada olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi” hissəsini təmin etməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Apellyasiya şikayətində qətnamə qəbul edilərkən bu pozuntunun olduğu göstərilmiş, iddiaçının ümumiyyətlə belə bir subyektiv hüququnun olmadığı qeyd edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməni qüvvədə saxlamaqla, maddi hüquq normasının pozuntusunu təkrarlamış, bu zaman cavabdehin ipoteka predmetinə dair mülkiyyət hüquqlarını pozmuş və iddiaçının, yəni bankın əmlakın mülkiyyətçisinə məxsus olan subyektiv hüququnun olduğunu qeyd etmişdir.
69. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavab deh4 övladı X10 ilə birlikdə sözügedən mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə kassator qeyd edir ki, həmin hissələrdə tələb təmin edilməməli idi. Belə ki, ipoteka predmeti olan mənzil Cavabdeh1 mülkiyyətindədir, həmin mənzildən istifadə etmək hüququ mülkiyyət hüququnun tərkib hissəsinə daxildir. Yəni həmin hüquq mülkiyyət hüququnun ünsürü olduğundan, cavabdehin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi yolverilməzdir.
70. Bundan başqa. istifadə hüququna xitam verilmiş digər cavabdehlər və yetkinlik yaşına çatmayan M.Hüseynov mülkiyyətçi Cavabdeh1 ailə üzvləridir və mülkiyyətçinin iradəsinə zidd olmayaraq həmin əmlakda qeydiyyatda olmaqla oradan istifadə edirlər. İddiaçı həmin əmlakın mülkiyyətçisi olmadığından,onun həmin əmlakda qeydiyyatda olan şəxslərin və ya or ada istifadə hüququ olan şəxslərin istifadə hüquqlarının itirilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ olmamışdır.
71. Digər tərəfdən, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra yeni mülkiyyətçi bəlli olduqdan sonra əgər cavabdeh həmin mənzili hərracdan özü əldə etməyəcəksə cavabdehin həmin əmlak üzərində mülkiyyət hüquqlarına xitam veriləcək ki, bu da öz növbəsində həmin əmlakdan istifadə hüquqlarına xitam verilməsinə səbəb olacaq və yeni mülkiyyətçinin sözügedən tələbi ilə məhkəmədə və ya inzibati orqanda çıxış etməsi üçün subyektiv hüququ yaranmış olacaqdır. Bu səbəblərdən, iddia tələbi ipoteka predmeti olan sözügedən mənzilə adı çəkilən şəxslərin istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olmuşdur.
72. MM-in 425.1, 462.1, 467-ci maddələrinin tələblər i pozulmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında kredit müqavilələri üzrə cərimə borcunun nə qədər olması sualı qoymuşdur. Həmin rəylərdə kredit borcunun hesablanarkən hesabdan çıxarışların, maliyyə arayışlarının, kredit müqaviləsinin şərtlərinin nəzərə alınmaqla hesablandığı, həmçinin iddiaçı tərəfindən kredit müqavilələri üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hər 3 kredit müqaviləsi üzrə cərimənin hesablanmadığı qeyd olunmuşdur. Bundan başqa, rəyin nəticə hissəsində cavabdehin ödənişlərindən 7.446,17 manat vəsaitin cərimə borcuna silindiyi, lakin həmin ödənişlərin hansı hissəsinin SMN-00055-17/18A saylı və ya 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı k redit müqaviləsi üzrə silindiyini müəyyən edilməmişdir. Ekspert qeyd edilən xüsusata məhkəmə tərəfindən qiymət verilməli olduğunu da rəyində göstərmiş, lakin bu hal ilə bağlı hər iki instansiya məhkəməsinin qətnaməsində hər hansı bir münasibət bildirilməmiş və qiymət verilməmişdir.
73. Apellyasiya şikayətində cərimə məbləğinin tətbiq olunmasından şikayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilənlərə münasibətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərində cərimə borcunun hesablamaq və tutmaq hüququ nəzərdə tutulduğundan iddiaçının dəbbə pulunun tələbi ilə bağlı iddia qaldırmaq hüququ olmuş, birinci instansiya məhkəməsi isə həmin məbləği azaltmaqla ağlabatan məbləğdə təmin etdiyindən həmin hissədə birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Kassator hesab edir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır və qeyd edilmiş maddi normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə mühasibatlıq ekspertizası keçirilərkən və hesablamalar aparılarkən kredit müqaviləsinin şərtlərinin nəzərə alındığı rəydə göstərilmişdir. Cərimə borcunun tutulması və ya düzgün hesablandığının sübutu üçün kredit müqaviləsində onunla bağlı şərtlərin olması kifayət idisə, ekspert bu zaman həmin borcun məbləğini müəyyən edə və hesablaya bilərdi. Hər hansı bir müqavilədə cərimə borcuna dair şərtin olması, həmin tələbin də əsaslı olması anlamına gəlmir.
75. Digər tərəfdən rəydən görünür ki, bank cavabdehin etdiyi ödənişlərdən kifayət qədər böyük məbləği 7.446,17 manat pulu cərimə borcuna silmişdir. Lakin hər iki insta nsiya məhkəməsi qətnaməsində bu hala və yuxarıda qeyd edilmiş digər hallara düzgün qiymət verməmişdir. Nə cərimə borcunun məbləği təyin edilərkən, nə də ki digər borc məbləğləri müəyyən olunarkən yuxarıdakı abzasda qeyd edilmiş hala qiymət verilməmişdir. Son nəticədə apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və ya tətbiq edilməməli maddi normanı işə baxarkən tətbiq etmişdir. 76. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 6, 8-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin haqqında Əsasnamənin 7.10-cu bəndinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 20 iyul tarixli qərardadının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətinin müəyyənləşdirilməsi üçün qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə etmişdir. Həmin şirkətin rəyində ipoteka predmetlərinin təmiri, daxili, xarici parametrləri və yerləşdiyi yer öz əksini tapmışdır. İpoteka predmeti olan mənzillər Bakı şəhərinin infrastruktur baxımından ən əlverişli və daşınmaz əmlakların qiyməti baxımından dəyəri ərazisində yerləşir. Mənzilin yerləşdiyi binanın yaxınlığında Azərbaycan Respublikasının Ali Məhkəməsi, X4, Xətai metrosu, uşaq bağçası, marketlər və.s vardır. Bu rəydə də öz əksini tapmışdır. A pellyasiya şikayətində ipoteka predmetlərinin qiyməti mübahisələndirilmiş, likvid qiymətin az və real olmadığı ilkin satış qiyməti kimi bazar dəyərinin götürülməsi qeyd edilmişdir.
77. Kassator hesab edir ki, rəydə qeyd edilmiş əmlakların bazar dəyərləri ipoteka predmetlərinin həqiqi likvid qiymətləridir. Bu baxımdan ilkin satış qiyməti olaraq əmlakların rəydəki bazar dəyərlərinin seçilməsi xahiş olunmuşdur. Rəydə mənzillərin 1 m2-i 2.000 manat civarında dəyərləndirilmişdir. Likvid qiymətlər S.Orucov küçəsi ev 13, mənzil 2B-də bazar dəyərindən 22.000 manat, mənzil 1B-də isə 12.000 manat azaldılmaqla göstərilmişdir. Likvid dəyərin hansı metod və üsullara əməl edilməklə müəyyən olunması barədə rəydə hər hansı bir tədqiqatın aparıldığı göstərilməmişdir.
78. Mülkiyyətçinin öz əmlakının dəyərin i mübahisələndirmək, əmlakın həqiqi likvid və ya bazar dəyərinin müəyyən edilməsi üçün yenidən ekspert qiymətləndirilməsinin tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi əmlakların ilkin satış qiymətinin likvid qiymətə və ya bazar qiymətinə uyğun gəldiyini müəyyən etmək, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından hər hansı bir hərəkət etməmişdir. Yalnız özəl bir qiymətləndirici şirkətin 2022-ci il 28 fevral tarixli rəyi ilə kifayətlənmək doğru deyil, məhkəmə ən azından bir dəfə də olsa əmlakın yenidən qiymətləndirilməsini həyata keçirməli idi. Qanunvericilikdə və Fərmanda ilk növbədə bu növ fəaliyyətlə məşğul olmaq və daşınmaz əmlakların qiymətləndirməsini həyata keçirmək səlahiyyətləri dövlət ekspert müəssisəsinin (Əmlak Məsələləri Dövlət Xidməti nin) ekspertlərinə həvalə olunmuşdur.
79. Belə olan halda məhkəmənin ipoteka predmetlərinin qiymətləndirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi və onların rəyini aldıqdan sonra apellyasiya şikayətinə qiymət verməsi daha obyektiv və qanuni olardı. İlkin satış qiymətinin müəyyən edilməsi zamanı yuxarıda qeyd olunan halları nəzərə almayaraq apellyasiya instansiya məhkəməsi qeyd edilmiş maddi hüquq normalarını pozmuşdur. Bu da mülkiyyətçinin əmlaklarının ucuz qiymətə hərraca çıxması ilə nəticələnəcəkdir. 80. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci i l 18 sentyabr tarixli 10 saylı qərarının tələbləri pozulmuşdur. İş üzrə Cavabdeh1 fərdi sahibkar statusuna malik deyil və onun VÖEN-i yoxdur. Onun tərəfindən bankdan DEN-00057-17/18A saylı kredit müqaviləsinə əsasən, kredit götürülmüş və həmin kredit müqaviləsinin 1.1-ci bəndində həmin kreditin şəxsi istifadə məqsədilə istifadə edilməsi üçün verildiyi qeyd olunmuşdur.
81. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı qismində 2018-ci il 28 avqust tarixli, SMMG-A0055-17/18Asaylı sonrakı ipoteka müqaviləsinə əsasən, özünə məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 2B və Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 1B ipoteka ilə yüklü edilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh1 özünün adına olan kredit müqaviləsinə münasibətdə iş üzrə kredit götürən v ə ipoteka qoyan olmaqla fərdi sahibkarlıq statusu olmayan cavabdehdir. Cavabdeh "xxxx" MMC-yə dair iki kredit müqaviləsinə münasibətdə isə Cavabdeh1 zamin, ipoteka qoyan olmaqla fərdi sahibkarlıq statusu olmayan cavabdehdir.
82. DEN-00057-17/18A saylı kredit müqaviləsinin tərəflər arasında bağlanması və pozulması nəticəsində yaranmış tələb həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, ipoteka predmetləri olan əmlakların açıq hərracdan satılması və mənzillərin boşaldılması tələbi əsas tələb ilə, yəni sırf həmin kredit müqaviləsi üzrə olan kredit öhdəliklərinin vaxtında və lazımı qaydada icra olunmaması səbəbindən yaranmış kredit borcu tələbi ilə əlaqədardır. DEN-00057-17/18A saylı kredit müqaviləsindən irəli gələn tələblər "xxxx" MMC-yə dair ik i kredit müqaviləsindən irəli gələn tələblər ilə əlaqədar deyil. Həmin tələblər bir-birindən müstəqil olaraq yaranmış hüquq münasibətlərindən və mübahisələrdən əmələ gəlmişdir. Qeyd edilən tələb üzrə, yəni DEN00057-17/18A saylı kredit müqaviləsindən irəli gələn tələblər üzrə mübahisə yuxarıda da izah edildiyi kimi hüquqi baxımdan kredit verən bank ilə kredit alan şəxs Cavabdeh1 arasında yaranmış, sonuncunun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Çünki sonuncunun sahibkar statusu ümumiyyətlə olmamış və kredit məqsədi şəxsi istifadə olaraq müqavilədə rəsmiləşdirilmişdir.
83. Kredit götürən Cavabdeh1 aid kredit müqaviləsi üzrə kredit borcunun əsas borcludan, zamindən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblər barədə mübahisələrə baxmaq səl ahiyyəti ümumi məhkəmələrə aid olmuşdur. İddiaçının hazırki iddiası 2021-ci il 22 oktyabr tarixində məhkəməyə daxil olmuşdur. Həmin vaxt və hazırda qüvvədə olan qanunvericiliyə görə bu növ iddia tələblərinə məhkəmə aidiyyəti kommersiya yox, ümumi məhkəmələri olaraq təsbit edilmişdir. Kredit müqaviləsi, onun təminatı qismində bağlanmış ipoteka və zaminlik müqavilələri əsasında yaranmış hüquq münasibətləri müstəqil hüquq münasibətləridir, iddia üzrə digər müqavilələr üzrə hüquq münasibətlərinə daxil deyil, eləcə də digər iddia tələbləri, mübahisələr ilə əlaqəli deyildir. Bank sözügedən müqavilələrdən irəli gələn mübahisə barədə tələbi digər biznes məqsədilə verilmiş kredit müqavilələri, onların təminatı qismində bağlanmış ipoteka və zaminlik müqavilələri əsasında yaranmış tələbə birləşdirmək lə məhkəmə aidiyyətini kommersiya məhkəməsi seçməklə məhkəmə aidiyyət qaydalarını pozmuşdur.
84. Birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmiş, şəxsi istifadə məqsədilə verilmiş kreditə dair DEN-00057-17/18A saylı kredit müqaviləsi, həmin kreditin təminatı qismində bağlanmış 2018-ci il 28 avqust tarixli, SMMG-A0055- 17/18A saylı sonrakı ipoteka müqaviləsi və 2018-ci il 29 avqust tarixli, DENZ-00057-17/18A zaminlik müqaviləsi ilə bağlı olan borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə aidiyyət qaydalarının pozulması ilə baxmış, aidiyyət qaydalarını pozaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə baxarkən aidiyyət qaydalarının pozulmasına əhəmiyyət verməmiş qətnamə qə bul etmişdir. Halbuki şikayətin dəlillərindən asılı olmayaraq yuxarı məhkəmə tərəfindən aidiyyət qaydalarını pozulub-pozulmadığı aydınlaşdırılmalı idi.
85. Həmçinin, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ilə işin İ cildinin 23-25-ci səhifələrində olan mediasiya prosesinin tətbiqi barədə təklif məktubunun məzmunu və sayı bir birindən fərqlidir. İş materiallarında olan məktub 1 nüsxə, 3 vərəqdən ibarət olmaqla, məktubda tərəflər cavabdeh olaraq qeyd edilmiş və hər 3 kredit müqaviləsi üzrə mübahisənin mediasiya vasitəsi ilə həll olunması təklif edilmişdir. Tərəflər göndərilmiş məktublar 2 fərqli məzmunlu nüsxədən, hər biri 2 vərəqdən ibarət olmaqla, məktublarda apellyasiya şikayəti verən şəxslər zamin olaraq, "xxxx" MMC isə borcalan kim i qeyd edilmiş, tərəflərə biznes məqsədilə verilmiş SMN-00055-17/18A saylı və 2019-cu il 30 avqust tarixli, SMN-0016417/19A saylı kredit müqavilələri üzrə mübahisələrin mediasiya vasitəsi ilə həll olunması təklif edilmişdir.
86. MPM-in 24.2, 24.3, 30, 387.2.9-cu maddələrinin tələbləri pozulmuşdur. İş üzrə iddiaçı hüquqi şəxsdir. SMN-00055-17/18A saylı və 2019-cu il 30 avqust tarixli, SMN00164-17/19A saylı kredit müqavilələri üzrə kreditləri götürən cavabdeh "xxxx" MMC hüquqi şəxsdir. Lakin 2018-ci il 28 avqust tarixli, DEN-00057- 17/18Asaylı kredit müqaviləsi üzrə krediti götürən şəxs Cavabdeh1 fiziki şəxsdir və onun fərdi sahibkar statusu yoxdur. Yəni onun VÖEN-i yoxdur və o, krediti adi fiziki şəxs kimi götürmüşdür. Cavabdeh "xxxx" MMC tərəfindən götürülmüş kreditlərin məqsədi SMN-00055- 17/18A saylı və 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19Asaylı kredit müqavilələrinin 1.1-ci bəndində həmin kreditlərin biznes məqsədilə istifadə olunması üçün verildiyi qeyd edilmişdir.
87. SMN-00055-17/18A saylı kredit müqaviləsinin təminatı qismində 2018-ci il 28 avqust tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 2B və Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 1B ipoteka ilə yüklü edilmişdir. 2019cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsinin təminatı qismində 2019-cu il 30 avqust tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 2B ipoteka ilə yüklü e dilmişdir.
88. Bundan başqa həmin kredit müqaviləsinin təminatı qismində 2019-cu il 30 avqust tarixli, SMMG-A0164-17/19Asaylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev13, mənzil 1B ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 tərəfindən götürülmüş kreditin məqsədi DEN-00057-17/18A saylı kredit müqaviləsinin 1.1-ci bəndində həmin kreditin şəxsi istifadə məqsədilə istifadə olunması üçün verildiyi qeyd edilmişdir. DEN-00057-17/18A saylı kredit müqaviləsinin təminatı qismində 2018-ci il 28 avqust tarixli, SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 2B və Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 1B ipoteka ilə yüklü edilmişdir. İddiaç ı cavabdeh "xxxx" MMC-yə dair SMN-00055-17/18A saylı və 2019cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqavilələrinin biznes məqsədilə bağlanmasını əsas götürmüş, həmin kreditlərin təminatı qismində bağlanmış 2018-ci il 28 avqust tarixli, SMMG-00055-17/18A saylı, 2019-cu il 30 avqust tarixli, SMMG-0016417/19A saylı və 2019-cu il 30 avqust tarixli, SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqavilələrini və zaminlik müqavilələrini də nəzərə almaqla mübahisənin kommersiya məhkəmə aid olmasını seçmişdir.
89. Lakin iddiaçı Cavabdeh1 dair DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə kreditin şəxsi istifadə məqsədilə götürülməsini, cavabdehin fərdi sahibkar statusunun olmamasını nəzərə almamış, həmin kreditin təminatı qismində bağlanmış 2018-ci il 28 avqust tarixli, SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsini və 2018-ci il 29 avqust tarixli, DENZ-00057-17/18A zaminlik müqaviləsini də əsas götürməklə hazırki iddiaya sözügedən müqavilələrdən irəli gələn tələbləri birləşdirməklə kommersiya məhkəməsinə müraciət edərkən prosessual qanunvericiliyi pozmuşdur. Yəni qeyd edilən müqavilələr üzrə kredit borcunun əsas borcludan, zamindən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblər barədə mübahisələrə baxmaq səlahiyyəti ümumi məhkəmələrə aid olmuşdur. Həmin müqavilələr əsasında yaranmış hüquq münasibətləri müstəqil hüquq münasibətləridir, iddia üzrə digər müqavilələr üzrə hüquq münasibətlərinə daxil deyildir.
90. Sözügedən müqavilələrdən irəli gələn tələblərin "xxxx" MMC-yə dair kredit müqavilələrinin bağlanması, pozulması nəticəsində, həmin kre ditlərin təminatı qismində bağlanmış sonrakı ipoteka müqavilələri və zaminlik müqavilələri əsasında yaranmış hüquq münasibətləri, eləcə də iddia tələbləri, mübahisələr ilə əlaqəsi mövcud deyil. Bank sözügedən müqavilələrdən irəli gələn mübahisə barədə tələbi digər biznes məqsədilə verilmiş kredit müqavilələri, onların təminatı qismində bağlanmış ipoteka və zaminlik müqavilələri əsasında yaranmış tələbə birləşdirməklə məhkəmə aidiyyətini kommersiya məhkəməsi seçməklə məhkəmə aidiyyət qaydalarını pozmuşdur.
91. Əvvəl iddiaçı qanuna uyğun olaraq biznes məqsədilə verilmiş kreditləri, onların təminatı qismində bağlanmış ipoteka və zaminlik müqaviləsi üzrə müvafiq tələblə kommersiya məhkəməsinə müraciət etmək, şəxsi istifadə məqsədilə verilmiş kredit, onun təminatı qismində bağlanmış ipoteka və zaminlik müqaviləsi üzrə müvafiq tələblə ümumi məhkəməyə müraciət etmək niyyətində olmuş, lakin sonradan fikrini dəyişdirmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmiş, şəxsi istifadə məqsədilə verilmiş kreditə dair DEN-00057-17/18A saylı kredit müqaviləsi, həmin kreditin təminatı qismində bağlanmış 2018-ci il 28 avqust tarixli, SMMG-A005517/18A saylı sonrakı ipoteka müqaviləsi və 2018-ci il 29 avqust tarixli, DENZ-0005717/18A zaminlik müqaviləsi ilə bağlı olan borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə aidiyyət qaydalarının pozulması ilə baxmış və aidiyyət qaydalarının pozaraq qətnamə qəbul etmişdir.
92. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iddianın bu hissələrində aidiyyət qaydalarının p ozulduğunu müəyyən etmiş olsaydı, həmin hissələrdə iddianı baxılmamış saxlamalı idi. Məhkəmə isə bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə baxarkən aidiyyət qaydalarının pozulmasına əhəmiyyət verməmiş, məhkəmə aidiyyəti qaydalarını pozaraq qətnamə qəbul etmişdir. Halbuki şikayətin dəlillərindən asılı olmayaraq yuxarı məhkəmə tərəfindən aidiyyət qaydalarını pozulub-pozulmadığı aydınlaşdırmalı idi.
93. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, rəyin nəticə hissəsində cavabdehin ödənişlərindən 7.446,17 manat vəsaitin cərimə borcuna silindiyi, lakin həmin ödənişlərin hansı hissəsinin SMN00055-17/18A saylı və ya 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə silindiyi m üəyyən edilməmişdir. Ekspert qeyd olunan xüsusata məhkəmə tərəfindən qiymət verilməli olduğunu da rəyində göstərmişdir. Qeyd edilmiş hal ilə bağlı hər iki instansiya məhkəməsinin qətnaməsində hər hansı bir münasibət yoxdur və ona qiymət verilməmişdir. Həmin məbləğ qətnamə qəbul edilərkən heç bir borcdan çıxılmamışdır. Bu isə ekspert rəyinə məhkəmənin ötəri yanaşdığını sübut edir.
94. Bundan başqa, qiymətləndirmə rəyində likvid qiymət hansı üsulla hesablanması barədə hər hansı bir tədqiqat olmasa da apellyasiya instansiyası məhkəməsi əmlakların ilkin satış qiymətinin likvid qiymətə və ya bazar qiymətinə uyğun gəldiyini müəyyən etmək, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından hər hansı bir hərəkət etməmişdir. Yalnız bir qiymətləndirici şirkətin 2022-ci il 28 fevral tarixli rəyi ilə kifayətlənmiş, Fərmanda ilk növbədə bu növ fəaliyyətlə məşğul olmaq və daşınmaz əmlakların qiymətləndirməsini həyata keçirmək səlahiyyətləri dövlət ekspert müəssisəsinin (Əmlak Məsələləri Dövlət Xidmətinin) ekspertlərinə həvalə olunduğunu, sonuncunun isə işdə hər hansı bir rəyinin olmadığını nəzərə almadan, özəl şirkətin rəyindəki qüsurlara tam baxmadan obyektiv qiymət verməmişdir.
95. Apellyasiya instansiyası məhkəməsi birbaşa bu normanın tələblərini pozaraq qabaqcadan sübutların müəyyən edilməmiş qüvvəsi olmasa da, qiymətləndirmə şirkətinin rəyini əsaslandırma, araşdırma olmadan mötəbər sübut kimi qiymətləndirmişdir. Eyni zamanda müxtəlif məqsədlər üçün verilmiş kredit müqavilələrin pozulması nəticəsində irəli sürülmüş hazırki tələblərin birinin yəni Cavabdeh1 verilmi ş kredit üzrə tələblərin tamamilə müstəqil hüquq münasibəti əsasında formalaşmasına və cavabdeh "xxxx" MMC-yə verilmiş kreditlərdən asılı olmamasına, onların ayrı-ayrı məhkəmə aidiyyatlarının olması barədə işdə olan sənədlərə (sübutlara) məhkəmə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Həmçinin pretenziya məktublarının, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin tərəflərə göndərilməsi zamanı qüvvədə olan prosessual qanunvericiliyə əməl edilməməsi hallarına məhkəmənin qiymət verməməsi onu göstərir ki, məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.
96. MPM-in 97.1, 102.1, 102.2-ci maddələrinin tələbləri pozulmuşdur. İş üzrə ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi ilə bağı birinci instansiya məhkəməsi tərəfind ən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində bir müstəqil qiymətləndirici şirkətin 2022-ci il 28 fevral tarixli rəyi mövcuddur. İş üzrə mövcud olan digər rəylər isə cavabdehlər ilə sözügedən kredit və ipoteka müqavilələri bağlanılarkən, həmin zaman ərəfəsində tərtib edilmişdir. Həmin rəylər 2018-ci il 18 iyul tarixinə və 2019-cu il 3 sentyabr tarixinə aiddir.
97. Məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC-nin rəyindən istifadə edə bilmədiyinə görə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və qətnaməsində "xxxx" MMC-nin rəyinə istinad etmişdir. Lakin bu zaman da prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanında ilk növbədə bu növ fəaliyyətlə məşğul olmaq və daşınmaz əmlakların qiymətlən dirməsini həyata keçirmək səlahiyyətləri dövlət ekspert müəssisəsinin (Əmlak Məsələləri Dövlət Xidmətinin)ekspertlərinə həvalə olunmuşdur. Belə olan halda məhkəmənin ipoteka predmetlərinin qiymətləndirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi və onların rəyini aldıqdan sonra apellyasiya şikayətinə qiymət verməsi daha obyektiv və qanuni olardı. Apellyasiya instansiyası məhkəməsi əmlakların ilkin satış qiymətinin likvid qiymətə və ya bazar qiymətinə uyğun gəldiyini müəyyən etmək, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından hər hansı bir hərəkət etməmişdir. Ona görə də qeyd edilən prosessual normaların tələbləri pozulmuşdur. Rəydə olan likvid qiymətlər S.Orucov küçəsi ev 13 mənzil 2B-də bazar dəyərindən 22.000 manat, mənzil 1B-də isə 12.000 manat a zdır. Likvid dəyərin hansı metod və üsullara əməl edilməklə müəyyən edilməsi barədə rəydə hər hansı bir tədqiqatın aparıldığı göstərilməmişdir. Bu isə rəyin əsassız olmasına dəlalət etməkdədir. Elə bu səbəbdən də apellator şikayətində mənzilin likvid qiymətinin düzgün olmadığına istinadla bazar qiymətinin əsas götürülməsini məhkəmədən xahiş etmişdir.
98. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş rəydə likvid qiymətin hansı formada əldə edilməsi ilə bağlı tədqiqat aparılmadığından, bu rəyin əsassızlığına dəlalət edən hal sayıldığından, yalnız özəl bir şirkətin rəyi mənzillərin dəyərlərinin müəyyən olunması üçün kifayət etmədiyindən, məhkəmədə işlərə baxılarkən əmlakların qiymətləndirilməsinin ilk növbədə dövlət müəssisəsinin ekspertləri tərəfindən aparılmalı olduğundan, həm də apellyasiya şi kayəti ipoteka predmetlərinin dəyəri ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi prosessual normalar baxımından zəruri idi.
99. MPM-in 115.0.1, 119.1-ci maddələrinin tələbləri pozulmuşdur. İş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi iddiaçının vəsatəti əsasında həyata keçirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iddianı tam yox, qismən təmin etmişdir. Lakin qətnamədə bütün məhkəmə xərclərini cavabdehlərə aid etmiş, tərəflər arasında arasında bölüşdürməmişdir. Xüsusilə də sonuncu ekspert rəyinə görə ödənilməli xərci də cavabdehlərə aid etməklə və qeyd edilən halları nəzərə almamaqla tərəflər arasında məhkəmə xərclərini bölüşdürmədiyindən prosessual pozuntuya yol verilmişdir. Bu hal apellyasiya şikayətində mübahisələndirilsə də qeyd edilən prosessual normanın pozuntusunu təkrarlanmışdır.
100. MPM-in 150.1.6, 150.2. 259.0.1, 384.0.5, 387.2.8-ci maddələrinin tələbləri pozulmuşdur. İşin İ cildinin 83-84-cü səhifəsində kağız daşıyıcıda olan pretenziya məktubu 2019-cu il 30 avqust tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə olan öhdəliklərə aiddir. Onun poçtla göndərilməsinə dair xəbərnamələr işin İ cildinin 79-82-ci səhifələrindədir. İşin İ cildinin 164-165-ci səhifəsində kağız daşıyıcıda olan pretenziya məktubu SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə olan öhdəliklərə aiddir. Onun poçtla göndərilməsinə dair xəbərnamələr işin İ cildinin 160-163-cü səhifələrindədir. İşin İ cildinin 214-215-ci səhifəsində kağız daşıyıcıda olan pretenziya məktubu DEN-0 005717/18A saylı kredit müqaviləsi üzrə olan öhdəliklərə aiddir. Onun poçtla göndərilməsinə dair xəbərnamələr işin İ cildinin 192-194-cü səhifələrindədir. Həmin pretenziya məktubları və onların poçtla göndərilməsinə dair xəbərnamələrdən aydın olur ki, həmin pretenziya məktubları qüvvədə olan prosessual qanunvericiliyə uyğun olaraq tərəflərə göndərilməmişdir.
101. Belə ki, cavabdehlərdən biri hüquqi şəxs "xxxx" MMC-dir, cavabdehlərdən Cavabdeh3 isə fərdi sahibkar statusuna malik fiziki şəxsdir. Onlara pretenziyalar nə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməmiş, nə də ki kabineti olmadığı halda Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada göndərilməmişdir. Hər iki instansiya məhkəməsi tərəfindən prete nziya məktublarının elektron qaydada göndərilmədiyi nəzərə alınmamış və bu hala prosessual qanunvericiliyin pozulmasına ümumiyyətlə diqqət yetirilməmiş, qətnamədə isə pretenziyaların olduğu qeyd edilmişdir. Pretenziya məktubları və onların xəbərnamələri göstərir ki, hüquqi şəxs və fərdi sahibkar olan cavabdehlərə həmin məktublar qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə əsasən göndərilməmişdir.
102. Bundan başqa işin İ cildinin 22 və 23-cü səhifələrində olan poçt qəbzlərindən görünür ki, iddia ərizəsi poçt vasitəsi ilə iş üzrə cavabdehlərdən "xxxx" MMC-yə və Cavabdeh1 göndərilmişdir. Cavabdeh1 fərdi sahibkar olmadığından, ona bu qaydada iddia ərizəsinin göndərilməsi zamanı prosessual qanunvericiliyin tələbləri pozulmasa da, iddia ərizəsinin fərdi sahibkar statusu olmayan digər c avabdehlərə Cavabdeh5 və Cavabdeh4 göndərilməməsi prosessual qanunvericiliyin pozulmasıdır. O cümlədən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərdən biri hüquqi şəxs "xxxx" MMC-yə və fərdi sahibkar olan Cavabdeh3, nə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməməsi, kabineti olmadığı halda nə də ki Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada göndərilməməsi qeyd edilmiş prosessual qanunvericilik normalarının pozulmasıdır.
103. Kommersiya işləri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hüquqi şəxs olan, fərdi sahibkar statusuna malik olan və ya “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olan cavabdehlərə kağız daşıyıcıda göndərilməsi qüvvədə olan prosessual qanunvericilikdə təsbit edilməmiş, sözügedən sənədlərin elektron qaydada göndərilməli olduğu müəyyən olunmuşdur. Bu hallara birinci instansiya məhkəməsi hələ işi icraata götürərkən qiymət verməli və iddia ərizəsi geri qaytarılmalı, əgər iddianı icraat götürülmüşdürsə baxılmamış saxlanılmalı idi.
104. MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. İş üzrə qeyd edilmiş hallardan aydın olunur ki, borc məbləğləri düzgün hesablanmamış, ipoteka predmetinin qiymətləri düzgün müəyyən edilməmiş, məhkəməyə müraciət olunarkən prosessual normaların tələbləri gözlənilməmişdir. İş üzrə müəyyən olunmuş hallar faktlara söykənməməklə bərabər, həmin hallar tərəflərin həqiqi qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Tərəflərin hüquq münasibətləri aydınlaşdırılmadığından və bu hala ümumiyyətlə fikir verilmədiyindən qeyd edilən prosessual norma pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
105. İddiaçı 2023-cü il 5 aprel tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
106. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində ilkin olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin ipoteka predmeti olan - ünvan 5 ünvanına tutma yönəldilərkən hərracda onun satılmasından sonra orada olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi” hissəsini təmin etməklə maddi hüquq normasının pozuntusuna yol verdiyini qeyd etmişlər.
107. İş materiallarının 1-ci cildinin 90-92-ci vərəqlərinə əlavə edilmiş ərizələrdən görünür k i, daşınmaz əmlaklar ipoteka ilə yüklü edilərkən Cavabdeh5 və Cavabdeh4 yaşayış sahəsinə tələb yönəldikdə yaşayış sahəsini könüllü şəkildə tərk etmək və qeydiyyatdan çıxmaq barədə bank qarşısında öhdəlik götürdüklərindən iddiaçının həmin şəxslərə qarşı tələb irəli sürməyə subyektiv hüququ vardır.
108. Həmçinin, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğunun qanuni əsası Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.
109. Kassasiya şikayətində cavabdehlər tələb olunan kredit borcu məbləğinin reallığa uyğun olmadığını və şişirdildiyini qeyd etsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 2022-ci il 3 iyun tarixli, 9/3475 nömrəli ekspert rəyinin məhkəmə tərəfindən nəzərə alınmaması üçün hər hansı əsas göstərə bilməmişlər. Həmin ekspert rəyində qeyd edilənlərə əsasən, SMN-00055 saylı müqavilə üzrə borclu tərəfindən cəmi 81.899.38 man at, SMN-00164-17/19A saylı müqavilə üzrə 7.663,21 manat, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə 89.949,48 manat ödəniş edilmişdir. Cavabdehlər tərəfindən məhkəməyə kredit müqavilələri üzrə ödənişlərin ekspert rəyində qeyd olunmuş məbləğlərdən daha artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir.
110. Həmçinin, kredit müqavilələrinin 6.4-cü bəndində borcalanın və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox olmayaraq gecikdirdikdə 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablamaq və tutmaq hüququ nəzərdə tutulmuşdur. Bank tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdehlərdən pulu tutulmaması iddiaçının MM-in 462.1-ci maddəsi və kredit müqavilələrinin 36.4-cü bəndlər inə əsasən, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış pulunu cavabdehlərdən tutulmasını məhkəmə qaydasında iddia qaldıraraq tələb hüququnu istisna etmir.
111. Cavabdeh tərəf kassasiya şikayətində ipoteka predmeti olan mənzillərin likvid dəyəri ilə bağlı narazılığını qeyd edərək həmin mənzillərin Bakı şəhərinin infrastruktur baxımından ən əlverişli və daşınmaz əmlakların qiyməti baxımından dəyərli ərazisində yerləşdiyini vurğulamışdır. Lakin cavabdeh bununla bağlı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Bununla da cavabdeh MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
112. Kassator “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 36.1, 39.3.3 və MPM-i n 317.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi gedişatında daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmişdir.
113. Cavabdehlər kassasiya şikayətində MPM-in 24 və 30-cu maddələrinə istinad edərək iddiaçının DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə kreditin şəxsi istifadə məqsədilə götürülməsini, cavabdehin fərdi sahibkar statusunun olmamasını nəzərə almadığını, həmin kreditin təminatı qismində bağlanmış SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsini və DENZ-00057-17/18A zaminlik müqaviləsini də əsas götürməklə hazırki iddiaya sözüged ən müqavilələrdən irəli gələn tələbləri birləşdirməklə kommersiya məhkəməsinə müraciət edərkən prosessual qanunvericiliyi pozduğunu bildirilmişdir.
114. Kassator qeyd edir ki, iddiaçı ilə “Caspian Plast" MMC arasında bağlanmış SMN-00055-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 ay müddətinə (2021-ci il 28 avqust tarixinədək) aylıq faiz dərəcəsi 16% olmaqla, 150.000 manat məbləğində kredit götürmüşdür. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
115. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
116. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
117. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
118. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıd akılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzə rdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası... 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətind ə ondan cavab almadıqda irəli sürə bilər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun k reditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “ Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 119. “İpoteka haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; (2018-c i il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.6-cı maddədə “borclu əsas öhdəliyi icra etmədikdə,” sözləri “bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda” sözləri ilə əvəz edilmişdir.)...” “Maddə
3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “M a d d ə
10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “M a d d ə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qey də alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1-ci maddədə “yaranması anı” sözləri “yaranmasına əsas verən hallar” sözləri ilə əvəz edilmişdir.) 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (2018- ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.1-ci maddədə “vaxtında icra olunmaması” sözləri “icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi” sözləri ilə əvəz edilmişdir.) 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.2-ci maddə ləğv edilmişdir.) 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (2018-ci il 28 dekabr tarixli 1439VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.3-cü maddədə “yerinə yetirilməməsi” sözləri “baş verməsi” sözləri ilə əvəz edilmişdir.) 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir....” “Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 41.1-ci və 41.2-ci maddələr yeni redaksiyada verilmişdir. ə vvəlki redaksiyada deyilirdi: 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.)...” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;...”
120. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
121. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərin ə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 22(103)-944/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
122. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, daşınmaz əmlaklar ipoteka ilə yüklü edilərkən Cavabdeh5 və Cavabdeh4 yaşayış sahəsinə tələb yönəldikdə yaşayış sahəsini könüllü şəkildə tərk etmək və qeydiyyatdan çıxmaq barədə bank qarşısında öhdəlik götürdüklərindən, iddiaçının həmin şəxslərə qarşı tələb irəli sürməyə subyektiv hüququ mövcud olmuşdur. Q eyd edilən hallar isə həmin əmlakın mülkiyyətçisi olmadığından, iddiaçının orada qeydiyyatda olan şəxslərin və ya orada istifadə hüququ olan şəxslərin istifadə hüquqlarının itirilməsi ilə bağlı iddia tələbi irəli sürmə üzrə subyektiv hüququnun olmadığı barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
123. Həmçinin iş materiallarında olan hesabdan çıxarışa və ekspert rəyinə əsasən, SMN-00164-17/18A saylı müqavilə üzrə sonuncu ödəniş 2021-ci il 29 mart tarixində edildiyindən və müqavilə üzrə cəmi 7.663,21 manat ödəniş həyata keçirildiyindən, beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada həyata keçirilmədiyindən, bankın kredit müqaviləsinin ləğv edilməsini və kreditin faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ olmuşdur. Digər tərəfdən, cavabdehlər tərəfindən məhkəməyə kredit müqavilələri üzrə ödənişlərin ekspert rəyində qeyd olunmuş məbləğlərdən daha artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir.
124. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun «da mihi factum, dabo tibi ius» («mənə faktları ver, mən sənə uyğun hüququ verəc əm») prinsipinə əsaslanır.
125. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ilkin satış qiymətlərinin, onların bazar dəyərinə uyğun olmadığına dair kassasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilkin satış qiyməti dedikdə ipoteka pedmetinin likvid qiyməti (ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində) satış qiyməti nəzərdə tutulduğundan qətnamədə əmlakların bazar dəyərinin deyil, likvid dəyərinin qeyd edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə tərəfindən isə ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyləri alınmış və həmin rəylərə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 say lı evin 1 B nömrəli mənzilinin likvid dəyərinin 232.000 manat, Cavabdeh1 məxsus həmin evin 2 B nömrəli mənzilinin likvid dəyərinin 368.000 manat olduğu müəyyən edilmişdir. Cavabdeh isə həmin mənzillərin bazar dəyərlərinin rəylərdə göstərilən qiymətlərdən daha artıq olmasına dair işə baxmış məhkəmələrə mötəbərliyi şübhə doğurmayan hər hansı sübut təqdim etməmişdir.
126. Kassasiya şikayətində qeyd olunan dəbbə pulu ilə bağlı dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqavilələrinin 6.4-cü bəndində borcalanın krediti və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox olmayaraq gecikdirdikdə 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablamaq və tutmaq hüququ nəzərdə tu tulmuşdur. Bank tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdehlərdən dəbbə pulu tutulmaması iddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulmasını məhkəmə qaydasında iddia qaldıraraq tələb etmək hüququnu istisna etmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qətnaməni, iddiaçının tələb etdiyi dəbbə pulu məbləğinin azaldılaraq ağlabatan məbləğdə təmin edilən hissəsində də haqlı olaraq dəyişdirilmədən saxlamışdır ki, bu məbləğlər son zamanlar formalaşmış məhkəmə təcrübəsinə və MM-in 467-ci maddəsinin müddəalarına uyğundur.
127. Bundan başqa, zaminlik müqavilələrində zaminliyin verilmə müddəti qeyd edilmədiyindən, o cümlədən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ötürülmədən iddia qaldırıldığından zaminliyə xitam verilməs i üçün mülki qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmamışdır.
128. Digər tərəfdən, kassasiya şikayətində biznes məqsədilə verilmiş kredit müqavilələrindən irəli gələn tələb, onların təminatı qismində bağlanmış ipoteka və zaminlik müqavilələri əsasında yaranmış tələbə birləşdirilməklə, məhkəmə aidiyyətinin kommersiya məhkəməsi olaraq seçilməsi nəticəsində məhkəmə aidiyyəti qaydalarının pozulduğu qeyd olunmuşdur.
129. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarında göstərilənlərə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
130. Qeyd olunan Plenum Qərarından göründüyü kimi, iş üzrə hüquq münasibətlərinin xarakteri baxımından əsas tələb və yaxud birlikdə baxılması müm kün olan əsas tələblərdən ən azı biri kommersiya xarakterli mübahisədən irəli gəldikdə, qeyd olunan hal işə kommersiya məhkəməsində baxılmasını zəruri edir. Bu baxımdan iş üzrə aidiyyət qaydaları pozulmamış və düzgün olaraq işin kommersiya icraatı qaydasında baxılması davam etdirilmişdir.
131. Bu dəlillə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, həm Cavabdeh1, həm də Cavabdeh3 "xxxx" MMC-nin təsisçiləridir, digər tərəfdən DEN00057-17/18A saylı kredit müqaviləsinin təminatı qismində ipoteka qoyulmuş, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1B və 2B saylı mənzilləri iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış digər iki kredit müqaviləsi üzrə verilmiş kreditlərin də təminatı olaraq ipotekaya qoyulmuşdur. Bu hal isə bir daha kassasiya şikayətinin, 2018-ci il 28 avqust tarixli, DEN-00057- 17/18A saylı kredit müqaviləsi üzrə krediti götürən şəxs Cavabdeh1 fiziki şəxs olduğu, onun fərdi sahibkar statusu və VÖEN-i olmadığı, krediti adi fiziki şəxs kimi götürdüyü barədə dəlillərinin əsassız olduğunu, MPM-in 30-cu maddəsinin müddəalarına uyğun olmadığını təsdiq edir.
132. Kassasiya şikayətinin digər dəlilləri isə əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instans iyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
133. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-944/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
134. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-944/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.