Məhkəmə qərarları › İş №2-2(102)-218/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-218/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-218/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə İddiaçı1 ASC-nin cavabdehlər “X2 ve İnşaat” MMC və Cavabdeh1 MMC-yə qarşı ilk iddiaya; ikinci iddia üzrə İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASC-yə qarşı ikinci iddiaya dair iş üzrə QƏRARİ Açar sözlər: iddia qaldırmaq üçün subyektiv hüququn olmaması, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, ilk iddia üzrə İddiaçı1 ASC-nin cavabdehlər “X2 ve İnşaat” MMC və Cavabdeh1 MMCyə q arşı “kredit müqaviləsinə əsasən borcun tutulması və s.”; ikinci iddia üzrə İddiaçı2 MMC- nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-1109/2024 nömrəli qətnaməsindən ikinci iddia üzrə İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh1 MMC (birinci tərəf) və İddiaçı2 MMC (ikinci tərəf) arasında 2012-ci il 23 dekabr tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən: -Bakı şəhəri, Səbail rayonu, X5 7 ünvanında yerləşən, birinci tərəfə məxsus olan daşınmaz əmlakda, ikinci tərəfin mexmanxana fəaliyyəti ilə məşğul olma sı müqavilənin predmetidir. -birinci tərəf ona məxsus olan Bakı ş. Səbail rayonu X5 7 ünvanında yerləşən binanı ikinci tərəfə mehmanxana fəaliyəti üçün təmənnasız təqdimedir. -birgə fəaliyyət haqqında müqaviləyə xitam veirlən zaman birinci tərəfinən əmlakı (amortizasiya xərcəri çıxıldıqsan sonra) qiymətləndiriləcək, ikinci tərəfin mehmanxana fəaliyyətini göstərmək üçün təmir və rekonstruksiya işlərinə, avadanlıqlara, bütün təchizata sərf etdiyi vəsait hesablanacaq və nəticədə birinci tərəfin daşınmaz əmlakı yeni yaradılacaq şirkətin mülkyiyətinə qiymətləndirilən faiz nisbətinə uyğun veriləcək. -müqavilə müddəti ərzində birinci tərəf ikinci tərəfin yazılı razılığı olmadan həmin əmlakı sata, bağışlaya, ipoteka ilə yüklü edə bilməz, icarəyə verə bilməz və ümumiyyətlə özgəninkiləşdirə və hər h ansı yüklülük əqdləri bağlaya bilməz. -tərəflər ümumi istifadədə olan əmlakdan ancaq müqavilə məqsədi ilə istifadə etməlidirlər. -müqavilə imzalandığı tarixdən 10 il müddətinə qüvvədədir. -müqaviləyə əlavələr, dəyişdiklər və xitam hər iki tərəflərin yazılı razılığı ilə həyata keçirilir. 2. 2012-ci il 23 dekabr tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə edilmiş 2022-ci il 9 dekabr tarixli sazişə əsasən 2012-ci il 23 dekabr tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 3.2. maddəsinə əsasən qeyd olunan müqavilənin müddəti digər bütün şərtlər dəyişdirilmədən 2027-ci il 22 dekabr tarixinə qədər uzadılmışdır.

3. İddiaçı1 ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında 2016-cı il 2 iyul tarixli 03/7 nömrəli kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) bağlanmışdır. Həmin müqavilənin: -2.2-ci bəndinə əsasən, borc verən "xxxx" MMC-yə xammal və avadanlığın alınması məqsədilə borc alana 12.900.000 manat məbləğində kredit verməsini öhdəsinə götürmüşdür. 5-ci bəndinə əsasən, kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın kredit hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. Borc alana verilən kredit vəsaitindən istifadə müddəti bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş tarixdə bitir. Kredit vəsaitindən istifadə müddəti 2020-cı il 2 iyul tarixində 17:00 saatda bitir. 6-cı bəndində əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7%-lə hesablanır. Kredit üzrə faizlər hər rübün axırıncı ayının 02-si (bu müqavilənin 5.3.-cü bəndin də nəzərdə tutulan tarixdən hesablanır) borc alan tərəfindən borc verənə ödənilir. Kredit üzrə əsas borcun ödənişi isə güzəşt müddəti 24 ay bitdikdən sonra 2020-cı il 2 iyul tarixinə qədər tam şəkildə ödənilir. (Kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəli üzrə). Müvafiq ödəniş tarixinə azı 10 iş günü qalmış borc verən tərəfindən kredit üzrə hesablanmış faizlər haqqında borc alana məlumat verilir. Bu məlumatın borc alana vaxtında çatmaması onu faizləri tam və müqavilənin 6.2.-ci bəndində nəzərdə tutulmuş müddətdə ödəmək öhdəliyindən azad etmir. Faktiki illik faiz dərəcəsi (FİFD)- 7%. 6-ci bəndinə əsasən bu Müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunur. 10-cu bəndinə əsasən, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0.02 % miqdarından borc verənə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilən günü üçün ümumi məbləğin 0.02 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. 12-ci bəndnə əsasən, borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 13-cü bəndinə əsasən, borc a lan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borc verən öhdəliklərin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir. 4. 2016-cı il 2 iyul tarixli 03/7 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən "xxxx" MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi 2020ci il 2 iyul olmaqla) ödəyəcək əsas məbləğ 12.900.000 manat, faizin məbləği 2.734.259,80 manat, cəmi ödəniləcək məbləğ 15.634.259,80 manat məbləğində müəyyən edilmişdir. 5. 2023-cü il 18 yanvar tarixli maliyyə arayışına əsasən “X2 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə əsas borc üzrə qalıq məbləği 12.900.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 3.601.966,40 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 1.424.732,33 manat olmaqla cəmi borcu 19.557.118,43 manat təşkil edir.

6. İddiaçı1 ASC (ipoteka saxlayan) Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 2016-cı il 5 iyul tarixli ipoteka müqaviləsi (bundan sonra – “ipoteka müqaviləsi”) bağlanmışdır. Həmin müqavilənin: -2.1-ci bəndinə əsasən sonrakı ipoteka saxlayanla borcalan arasında bağlanmış 2016-cı il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 12.900.000 manata məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. -2.2-ci bəndinə əsasən, ipoteka predmeti Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha tor paq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsidir. 3-cü bəndinə əsasən, ipoteka ilə yüklü olunmuş əmlakın ümumi dəyəri 18.500.000 manat məbləğində qiymətləndirilmişdir. 4-cü bəndinə əsasən, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borc alan arasında Bakı şəhərində bağlanmış 2016-cı il 2 iyul tarixli kredit müqaviləsinə əsasən verilən kredit və kredit faizlərinin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. İpoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 12.900.01 manat məbləğindədir. İpoteka ilə təmin edilmiş öhdəlik 2020-ci il 2 iyul tarixədək qədər icra edilməlidir. 6.2.3-cü bəndinə əsasən borcalan ipoteka saxlayan ilə bağladığı 2016-cı i l 2 iyul tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyi, borcun əsas məbləğinin qaytarılmasını, faizlərin ödənilməsini, dəbbə pulunu ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanların ipoteka saxlayana ödənilməsini öz öhdəsinə götürür. 7.1.10-cu bəndinə əsasən, borcalan bu müqavilələr ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı ipotekaya yönəltmək üçun tədbirlər görmək ipoteka saxlayanın hüquqdur. 15-ci bəndinə əsasən, bu müqavilə müvafiq qaydada dövlət qeydiyyatına alındığı andan qü vvəyə minir. Borcalan ipoteka saxlayanla imzağladığı 2016-cı il 2 iyul kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizlərini, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin ipoteka qoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranansair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur.

7. İddiaçı1 ASC (ipoteka saxlayan) Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borc alanarasında bağlanmış 2016-cı il 14 iyun tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat və 2016-cı il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 6.000.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qayta rılmasının təminatı kimi Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının 1157,9 kv.m. (3-cü zirzəmi və 6-cı mərtəbə restoran) hissəsi ipoteka ilə yüklü edilmişdir.

8. LPO İddiaçı1 ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, “X3 ve İnşaat” MMC tərəfindən 2016-cı il 2 iyul tarixli kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə ödəniş aparılmamışdır.

9. Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.metr qeyri-yaşayış binası tam payla Cavabdeh1 MMC-ə məxsusdur, bu barədə 2012-ci il 5 oktyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitab ının 4283 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış).

10. Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasının 1747.5 kv.m. (2-ci zirzəmivə 2-ci mərtəbə) hissəsi (0 ha, 9461.3 kv.m) üzərində Cavabdeh1 MMC-nin mülkiyyət hüququ İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında kredit müqaviləsinə istinad edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2016-cı il 19 iyul tarixli çıxarış).

11. Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 qeyri-yaşayış bin asının 1157.9 kv.m (3-cü zirzəmi və 6-cı mərtəbə) hissəsi (0 ha, 9461.3 kv.m) üzərində Cavabdeh1 MMC-nin mülkiyyət hüququ İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 2016-cı il 14 iyun tarixli və 2016-cı il 2 iyul tarixli kredit müqavilələrinə istinad edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2016-cı il 19 iyul tarixli Çıxarış).

12. Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə dair ipotekanın dövlət qeydiyyatına dair bildiriş qeydiyyata alınmışdır (2023-cü il 16 yanvar tarixli **********017 nömrəli ipoteka predmetinə tutmanı n yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatı barədə bildiriş). 13. "Diplomat LTD” MMC İddiaçı2 MMC-yə müraciət edərək "Diplomat LTD” MMC ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ipotekada olan əmlakın qiymətləndirilərək hərracdan satılmasını tələb etməsi səbəbilə, "DiplomatLTD” MMC aralarında bağlanmış "Birgə fəaliyyət haqqında" 2012-ci il 23 dekabr tarixli müqavilə və ona edilmiş əlavədən imtina etmiş və qeyriyaşayış binasının 5 gün müddətində təhvil-təslim edilməsi, İddiaçı2 MMC-nin qeyri yaşayış binasından çıxmasını tələb etmişdir (2023-cü il 12 iyul tarixli 11 nömrəli məktub).

14. LPO İddiaçı1 ASC tərəfindən “X2 ve İnşa at” MMC- yə və Cavabdeh1 MMC-yə pretenziya ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat İ-ci iddia üzrə:

15. İddiaçı LPO İddiaçı1 ASC cavabdehlər “X2 ve İnşaat” MMC-yə və Cavabdeh1 MMC-yə qarşı 2023-cü il 3 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ASC ilə “X2 ve İnşaat” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manat məbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, ümumilikdə 19.557.118,43 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10.183,56 manat dövlət rüsumunun cavabdeh “X2 ve İnşaat” MMC-dən tutularaq iddiaçıya ödənilməsi, kredit müqaviləsi üzrə tutmanın ünvan 5 ünvanında 0.1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakların boşaldılması, onların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 7 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 12.900.000 manat mə bləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manat məbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 19.557.118,43 manat məbləğində borcu qalmışdır. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC-yə məxsus ünvan 6 ünvanında 0,1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsi ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclu ilə bağlanmış kredit müqavilələrinin 6-cı bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmı ş faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “borc alan”ın vəzifəsidir. Həmin müqavilələrin 8-ci bəndinin tələblərinə görə “kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən borcluya dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxla yanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilələrin 4.2.8-ci bəndində isə göstərilir ki, “borc alan”ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «ipoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi “İpoteka qoyan”ın vəzifəsidir.

17. İddiaçı2 MMC-nin nümayəndəsi/vəkili Vəkil1 ilkin iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ipoteka müqavilələri səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Qeyd edilən nüans Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-2(103)-105/2020 nömrəli qətnaməsində öz əksini tapmışdır. Belə ki, həmin qətnamənin 6-cı səhifəsinin biri nci abzasında qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 təsisçi kimi Cavabdeh1 MMC-yə məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyəti olsa da, ipoteka müqavilələrini imzalayan oğlu Kamran Vəkilova verdiyi 2011-ci il tarixli etibarnamədə təsisçisi olduğu Cavabdeh1 MMC-yə məxsus əmlaklara dair də sərəncam vermək səlahiyyətini göstərməli idi. Həmin qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında qeyd etmişdir ki, Cavabdeh3 Kamran Vəkilova verdiyi 2011-ci il 23 avqust tarixli etibarnamədə özünə məxsus əmlaklara dair sərəncam vermək səlahiyyəti göstərildiyinə görə Kamran Vəkilovun Cavabdeh1 MMC- yə məxsus əmlakı ipoteka ilə yüklü etməyə hüququ olmamış və ona etibar edilən səlahiyyətlərdən kənara çıxmışdır. Həmçinin həmin qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, həmin ipoteka müqavilələri əqd bağlayan şəxs (Kamran Vəkilov) tərəfindən səlahiyyətlərdən kənara çıxıldığına və səlahiyyətləri məhdud olduğuna görə mənafeləri məhdudlaşdırılmış şəxs tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən nüanslar Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir və həmin nüanslar hazırkı iş üzrə mübahisələndirilə bilməz və sübuta yetirilməsinə ehtiyac yoxdur.

18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 iyul tarixli e-2-2(113)-3779/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. 19. "xxxx" MMC-nin 2023-cü il 25 sentyabr tarixli LP-190/2023 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci zirzəmi mərtəbəsində yer ləşən ümumi sahəsi 816,2 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) real bazar qiyməti 694.000 manat, likvid qiyməti isə, 625.000 manat məbləğində, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 9313 kv.m olan qeyri-yaşayış sahəsinin (otel kimi istifadədir) real bazar qiyməti, 2.794.000 manat, likvid qiyməti isə 2.515.000 manat dəyərində müəyyən edilmişdir. İİ-ci iddia üzrə:

20. İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı 2023-cü il 18 iyul tarixində iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı1 ASC arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası nın 1747,5 kv.m sahəsinə dair 2016-cı il 5 iyul tarixli 3 M/244 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.m. qeyri-yaşayış binasının 1157,9 kv.m. hissəsinə dair 2016-cı il 5 iyul tarixli 3 M/245 reyestr nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasından iddiaçının istifadəsinə Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandır ılmışdır ki, ‘'Diplomat LTD” MMC ilə bağlanan birgə fəaliyyət haqqında müqavilə və həmin müqavilənin müddətinin uzadılması barədə əlavə saziş imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasını birgə fəaliyyət göstərilməsi üçün müqavilə şərtlərinə əsasən İddiaçı2 MMC-yə vermiş, müqavilə şərtlərinə əsasən həmin əmlaklara görə heç bir icarə haqqı alınmır, İddiaçı2 MMC tərəfindən həmin əmlakların otel fəaliyyətinin təşkili üçün milyonlarla manat dəyərində təmir və rekonstruksiya işlərinə vəsait sərf edilir, birgə fəaliyyət nəticəsində əldə edilən gəlir 50%-50% nisbətində aralarında bölünür. Eyni zamannda həmin müqavilə ilə müqavilə müddəti ərzində İddiaçı2 MMC-nin yazılı razılığı olmadan Cavabdeh1 MMC-nin həmin əmlaklar ı sata, bağışlaya, ipoteka ilə yüklü edə, icarəyə verməyə, özgəninkiləşdirmə və hər hası yüklülük əqdlərinin bağlanılması qadağan edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin sonunda Cavabdeh1 MMC-nin mülkiyyətində olan əmlaklar (amortizasiya xərcləri çıxıldıqdan sonra)qiymətləndiriləcək və İddiaçı2 MMC-nin birgə fəaliyyət təşkil etmək üçün sərf etdiyi vəsaitə uyğun ya əmlakların həmin faiz nisbətinə uyğun hissəsi paylı mülkiyyətlərinə veriləcək və ya əmlaklar huquqi şəxs olaraq İddiaçı2 MMC tərəfindən maya qoyuluşu kimi Cavabdeh1 MMC-yə məxsus Şirkətin balansına verilməklə əmlakın dəyərinə uyğun İddiaçı2 MMC-nin təsis payının miqdari müəyyən ediləcək idi. Həmin müqavilə şərtləri hal-hazırda da qüvvədədir. Ancaq müqavilə şərtlərinə baxmayaraq 2023-cü il 12 iyul tarixində Cava bdeh1 MMC idddiaçıya məktub ilə müraciət edərək mülkiyyətində olan və müqavilə şərtlərinə əsasən birgə çalışdıqları qeyri-yaşayış binasının İddiaçı1 ASC də ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edildiyini və borc götürən şəxsin borcu ödəmədiyinə görə borc tələbinin hazırkı əmlaka yönəldilməsi, qiymətləndirilməsi və hərracda satılması barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırıldığını məhz bu səbəbdən aralarında bağlanmış birgə fəaliyyət barədə müqavilənin və ona əlavə sazişin ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxmaqla əmlakları təhvil-təslim etmək üçün 5 günlük müddət müəyyənləşdirilmişdir. Bağlanmış ipoteka müqaviləsi tamamilə etibarsız və qanunsuzdur.

22. LPO İddiaçı1 ASC tərəfindən ikinci iddiaya qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilə etibarsızdır. İşə əlavə edilmiş hazırkı iş üzrə Cavabdeh1 MMC-nin LPO İddiaçı1 ASC-yə və qeyrilərinə qarşı müvafiq (mübahisələndirilən ipoteka müqaviləsi də o siyahıda olmaqla) ipoteka müqavilələrinin etibarsızlığına dair iddia tələbi üzrə məhkəmə işi olmuş və həmin iddia tələbi rədd edilmişdir. Bu da hazırkı iddia tələbinin rədd edilməsi üçün daha bir əsasdır. İşin hallarından da göründüyü kimi, iddaçı İddiaçı2 MMC Cavabdeh1 MMC ilə üçüncü şəxs İddiaçı1 ASC arasında bağlanmış müqavilə üzrə müqavilə tərəfi olmadığından ümumiyyətlə bu əqdi mübahisələndirmək hüququna malik deyil.

23. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 noyabr tarixli e-2-2(113)-5287/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan İ ddiaçı1 ASC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsinə əsasən pulun tutulması və s. tələbinə dair e-2-2(113)-3779/2023 nömrəli kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı (LPO İddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair e-2-2(113)-5287/2023 nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 dekabr tarixli e-2-2(113)-3779/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il 12 mart tarixli 9/9928 nömrəli ekspert rəy inə əsasən “X1 İnşaat” MMC-nin hesabdan çıxarış məlumatları əsas götürülməklə 2020-ci il 2 iyul tarixinə (kreditin verilmə müddətinin bitdiyi tarixə) “X1 İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

26. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 may tarixli qərardadı ilə İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı (LPO İddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş LPO İddiaçı1 ASC-nin işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakına xitam verilmiş və LPO İddiaçı1 ASC həmin iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(113)-151/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, “X3 ve İnşaat” MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu, 645.000 manat məbləğində dəbbə pulu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində faiz borcu, ümumilikdə 18.777.386,1 manat, mediasiya xərclərinin əvəzi olaraq 10.100 manat məbləğində pul vəsaitinin tutularaq LPO "xxxx" ASCyə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünv anında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 3.140.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin “X3 ve İnşaat” MMC-dən tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi; ikinci iddianın rədd edilməsi qət olunmuşdur (hakim – L.Əliyeva).

28. Birinci iddianın baxılması nəticəsi ikinci iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə ikinci iddiaya münasibət bildirilməsini zəruri saymışdır.

29. Belə ki, İddiaçı2 MMC-nin iddiasının birinci hissəsi "xxxx" MMC ilə İddiaçı1 ASC arasında bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbidir. Həmin tələbə baxılarkən məhkəmə ilk növbədə iddiaçının həmin iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmamasını araşdırmağı zəruri hesab etmişdir.

30. Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün d avranış qaydasıdır.

31. Hazırkı halda ikinci iddia üzrə İddiaçı2 MMC mübahisəli ipoteka müqavilələrinin tərəfi deyildir. Həmin müqavilələrinin qanunla qorunan hüquq və maraqlarına toxunmasını isə ikinci iddia üzrə iddiaçı onunla əsaslandırır ki, onunla "xxxx" MMC arasında mübahisəli ipoteka müqavilələri üzrə ipoteka predmeti olan daşınmaz əmlaka dair birgə fəaliyyət barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC həmin daşınmaz əmlakı onun razılığı olmadan ipoteka ilə yüklü etməyəcəyi barədə öhdəlik götürmüşdür.

32. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı2 MMC-nin istinad etdiyi birgə fəaliyyət haqqında müqavilənin sözügedən şərtləri mahiyyət etibarilə "xxxx" MMC-nin mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırdığından, yəni hüququn yük lülüyünü yaratdığından həmin yüklülük “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun müddəalarına əsasən dövlət qeydiyyatına alınmalı idi.

33. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri saymışdır ki, daşınmaz əmlak üzərində əşya hüquqlarının, eləcə də yüklülüklərin dövlət qeydiyyatına alınması birinci növbədə müvafiq əmlak üzərində əşya hüquqları və yüklülüklər barədə üçüncü şəxsləri məlumatlandırmaq, bununla da həmin əmlaka dair müqavilə bağlayacaq üçüncü şəxsləri əsassız risklərdən qorumaqdan məqsədi daşıyır.

34. Odur ki, hazırkı halda İddiaçı2 MMC-nin xeyrinə yüklülüyün dövlət reyestrində qeydiyyata alınmaması həmin yüklülüyün üçüncü şəxslər (hazırkı halda İddiaçı1 ASC üçün hər hansı hüquqi nəticələr doğurmasını və belə olan halda ikinci iddia üzrə İddiaçı2 MMC-nin həmin yüklülüyə is tinad edərək üçüncü şəxslərə qarşı iddia qaldırmağa dair subyektiv hüquqa malik olmasını istisna edir.

35. Tələbin ikinci hissəsinə - "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı2 MMC qeyri-yaşayış sahəsindən istifadə etməsinə "xxxx" MMC tərəfindən maneələr yaradılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ikinci iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, ikinci iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi ikinci iddia üzrə cavabdeh "xxxx" MMC-nin qeyri-yaşayış sahəsinin boşaldılması barədə xəbərdarlıq məktubu yalnız sonuncunun birgə fəaliyyət barədə müqaviləyə xitam vermək niyyətini ifadə etməklə ikinci iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsindən istifadəsinə ikinc i iddia üzrə cavabdeh tərəfindən faktiki maneələr törədilməsini sübuta yetirmir. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir.

36. İlk iddia ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə ilkin iddia üzrə iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

37. Kredit müqaviləsi üzrə "xxxx" MMC-dən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, "xxxx" MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə (bax §25) 2020-ci il 2 iyul tarixinə (kreditin verilmə müddətinin bitdiyi tarixə) “X 3 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir.

38. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbi həddində işə baxaraq belə nəticəyə gəlmişdir ki, ilk iddia əsas və fazi bocunun tutulması hissəsində tam təmin edilməli, cavabdeh “X3 ve İnşaat” MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu tutulmalıdır.

39. İlk iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda kredit borcunun ödənilməsi gecikdirildiyindən ilkin iddiaçı dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə MM-in 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin cavabdeh "xxxx" MMC-dən tutulacaq dəbbə pulu 645.000 manat məbləğində müəyyən edilməlidir.

40. Həmçinin, mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış faizlərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırılmış hüquqi mövqeyinə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün MM-in 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, 2020-ci il 2 iyul tarixindən 2023-cü il 12 yanvar tarixinədək (iddia ərizəsində tələb edilən tarixədək) olan 910 günlük müddət üçün MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində (12.900.000 manat*5%/360gün x910 gün) faiz borcu “X3 ve İnşaat” MMCdən İddiaçı1 ASC-nin xeyrinə tutulmalıdır.

41. Bununla yanaşı, İddiaçı1 ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə bildirmişdir ki, iddia tələbinin həmin hissəsi də təmin edilməli, tələb üzrə tutma Cava bdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı1 ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 MMC-yə qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən tutulmalıdır.

42. İpoteka predmeti olan əmlakın boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı halda ipoteka predmeti qeyri-yaşayış sahəsi olduğundan ipotekaya tutma yönəldilməsi barədə qətn amədə həmin əmlakın boşaldılmasının da qət edilməsi üçün qanuni əsas mövcud deyildir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.

43. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış (bax §19) və həmin rəyə əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 816,2 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) real bazar qiyməti 694.000 manat, likvid qiyməti isə, 625.000 manat məbləğində, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 931,3 kv.m olan qeyri-yaşayış sahəsinin (otel kimi istifadədir) real bazar qiyməti, 2.794.000 manat, likvid qiyməti isə 2.515.000 manat dəyərində mü əyyən edilmişdir.

44. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab etmişdir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən, yəni 3.140.000 manat (625.000+2.515.000) məbləğində müəyyənləşdirilməlidir.

45. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 157.4, 157.8, 269, 270.1, 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 462.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4-cü; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3, 2.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kol legiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 2014-cü il 24 dekabr tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 103.1, 107, 115.0.9, 119.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

46. İkinci iddia üzrə İddiaçı2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, ikinci iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

47. Qətna mə ikinci iddia üzrə İddiaçı2 MMC tərəfindən ikinci iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılmışdır.

48. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-1109/2024 nömrəli qətnaməsi ilə ikinci iddia üzrə İddiaçı2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – F.Abdıyev və Z.Şirinov).

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ikinci iddia üzrə iddianın dəlilləri ilə eynilik təşkil etdiyinə görə məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ipoteka müqaviləsini mübahisələ ndirmək üçün İddiaçı2 MMC-nin subyektiv hüquqa malik olmasını qanunvericilik tənzimləmir, belə ki, İddiaçı2 MMC həmin müqavilə üzrə tərəf kimi çıxış etməmişdir. İpoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində birinci iddia üzrə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib, qanunvericilik dövlət reyestrinin məzmununun tamamlığı və həqiqiliyi prezumpsiyasını özündə ehtiva edir, dövlət qeydiyyatına alınan mövcud yüklülüklər digər qeydiyyata alınmayan yüklülüklərdən üstün qüvvəyə malikdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması zəruri və vacibdir, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. İddiaçı2 MMC tərəfindən onun iddia olunan əmlak hüquqları barədə dövlət reyestrində qeydiyyat aparılmadığı üçün onun məhkəmədə hüquqlarına təm inat verilə bilməz. Lakin İddiaçı2 "xxxx" MMC ilə bağladığı birgə fəaliyyət haqqında müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı maddi ziyana məruz qalıbsa bu barədə ayrıca icraatda maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyil.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüq uq normaları ilə (bax §45) yanaşı MM-in 14.3 və 139.1-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır.

52. İkinci iddia üzrə İddiaçı2 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, ikinci iddia tələbinin tam təmin, birinci iddia tələbinin “kredit üzrə borc məbləğinin ipoteka predmetinə yönəldilməsi” hissəsində rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. MM-in 16, 350, 385, 389 və 425-ci maddələri üzrə - hər iki instansiya məhkəməsi İddiaçı2 MMC-nin ipoteka müqaviləsinin tərəfi olmamasına istinad edərək həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnun olmadığını bildirmişlər. Bu yanaşma hüquqi cəhətdən əsassız və qanunvericiliyin müddəalarına ziddir. Cavabdeh1 MMC ilə İddiaçı2 MMC arasında 2012-ci il 23 dekabr tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmış, 2022-ci il 9 dekabr tarixli əlavə ilə bu müqavilənin müddəti 2027-ci il 22 dekabr tarixinədək uzadılmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 MMC-yə mehmanxana fəaliyyəti məqsədilə təmənnasız istifadəyə verilmişdir. Müqavilənin şərtlərinə görə, Cavabdeh1 MMC İddiaçı2 MMC-nin yazılı razılığı olmadan əmlakı satmaq, bağışlamaq və ya yüklü etmək hüququna malik deyildi. Lakin bu şərtə baxmayaraq, Cavabdeh1 MMC həmin əmlakı bizim razılığımız olmadan ipoteka ilə yüklü etmişdir. Nəticədə, bizim istifadəmizdə və kommersiya fəaliyyətimizdə olan əmlak üzərində üçüncü şəxsin (bankın) girov hüququ y aranmış və bu hal bizim mülki hüquqlarımıza və qanunla qorunan mənafelərimizə ciddi zərər vurmuşdur. İddiaçı2 MMC-nin hüquqları və mənafeləri birbaşa pozulduğundan, həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək hüququna malikdir. Hüquq münasibətində tərəf olmamaq, lakin nəticələrdən birbaşa zərər görmək iddia qaldırmaq hüququnu istisna etmir. İpoteka müqaviləsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi olmayan Kamran Vəkilov tərəfindən bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-2(103)-105/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, Kamran Vəkilovun buna dair səlahiyyəti olmamışdır. Bu fakt MPM-in 82.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən sübuta yetirilmiş hal hesab edilir və hazırkı iş üzrə təkrar mübahisələndirilə bilməz. Cavabde h1 MMC, İddiaçı2 MMC ilə bağlanmış müqavilənin şərtlərini bilərəkdən pozaraq, əmlakı razılıqsız ipoteka ilə yükləmişdir. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsi və MM-in 16.1-ci maddəsində əks olunan hüquqdan sui-istifadə etməmə prinsipinə ziddir. Əmlak üzərində yaranmış yüklülüyün dövlət reyestrində qeydiyyatı olub-olmaması, hüquqlarımızın pozulması faktını dəyişmir. Həmin əmlak bizim kommersiya məqsədilə istifadə etdiyimiz əsas vasitə olduğundan, onun girov qoyulması bizim hüquqlarımıza birbaşa təsir edir.

54. MPM-in 9.1, 14.1, 88, 217.1 və 217.3-cü maddələri üzrə - Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı LPO İdd iaçı1 ASC etiraz təqdim edərək bildirmişdir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Kassator, şikayətində Mülki Məcəllənin 16, 350, 385, 389 və 425-ci maddələrinin pozulduğunu iddia etsə də, bu pozuntuların konkret nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Şikayətdə irəli sürülən dəlillər isə iddia və apellyasiya mərhələsində artıq araşdırılmış və hüquqi qiymət verilmiş məsələlərdən ibarətdir. Apellyasiya instansiyası mübahisəli hüquq münasibətlərinə düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassator tərəf olmadığı ipoteka müqaviləsini mübahisələndirməyə cəhd edir. Halbuki bu müqavilə notariat qaydasında rəsmiləşdirilmiş, bütün tərəflər (o cümlədən "xxxx" MMC-ni təmsil edən şəxs) tərəfindən imzalanmış və müvafiq möhürlərlə təsdiq lənmişdir. Hətta səlahiyyətin aşılması halı mövcud olsa belə, MM-in 357 və 360.2-ci maddələrinə əsasən, təmsil olunan şəxs müqaviləni sonradan təsdiqlədikdə əqdin hüquqi nəticələri yaranır. Müqavilənin heç bir tərəfi onu mübahisələndirməmişdir. Kassatorun "xxxx" MMC ilə bağladığı 2012-ci il 23 dekabr tarixli birgə fəaliyyət müqaviləsinə istinad etməsi də əsassızdır. Həmin müqavilədə nəzərdə tutulan yüklülük - yəni əmlakın ipoteka ilə yüklənməsinə qoyulan qadağa - “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda bu yüklülük üçüncü şəxslərə (o cümlədən İddiaçı1 ASC-yə) qarşı hüquqi nəticə doğurmur. Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyun tarixli Qərarında da göstərildiyi kimi, subyektiv hüquq yalnız qanunla müəy yən edilmiş qaydalara əməl edilməklə yarana bilər. Dövlət qeydiyyatı olmadan kassatorun üçüncü şəxsdən (bu halda İddiaçı1 ASC) tələb irəli sürmək və müqaviləni mübahisələndirmək hüququ yoxdur. Həmçinin kassatorun iddia etdiyi kimi, "xxxx" MMC-nin xəbərdarlıq məktubu göndərməsi əmlakdan istifadə hüququna müdaxilə kimi qiymətləndirilə bilməz. Kassator hazırda da həmin əmlakdan istifadə edir, yəni istifadəyə faktiki maneə yoxdur. Beləliklə, həm ilkin ipoteka müqaviləsinin etibarsızlığı tələbi, həm də müqavilə şərtlərinin pozulması əsasında irəli sürülən ikinci tələblə bağlı kassatorun subyektiv hüququ və hüquqi əsası yoxdur. Kassasiya baxışının hədləri

56. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üç ün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.” “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, ha belə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsa sən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tə ləb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.” “Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutu lmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 59. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar 1.0.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutman ın yönəldilməsi hüququdur;...” “Maddə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” 60. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə);...” “Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır....”

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasınd an, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...”

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər...”

63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

206. Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə ko llegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

66. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin kassatorun mübahisəli əmlaka ən azından sahiblik hüququnun olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Normanın məzmunundan görünür ki, daşınmaz əmlaka hüquqların yaranması üçün yeganə əsas bu hüquqların dövlət qeydiyyatına alınması mütləq şərtdir. Hazırkı işdə isə kassatorun mübahisəli əmlaka dair hər hansı hüququ dövlət qeydiyyatına alınmadığı üçün onun dəlilləri əsassız hesab edilməlidir.

67. Belə ki, apellyasiya inst ansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı2 MMC tərəfindən onun iddia olunan əmlak hüquqları barədə dövlət reyestrində qeydiyyat aparılmadığı üçün onun məhkəmədə hüquqlarına təminat verilə bilməz. Lakin İddiaçı2 "xxxx" MMC ilə bağladığı birgə fəaliyyət haqqında müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı maddi ziyana məruz qalıbsa bu barədə ayrıca icraatda maddi ziyanın ödənilməsi tələbi ilə məhkəmə müdafiə hüququndan istifadə etməsi istisna olunmur.

68. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

69. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

71. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi LPO İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

73. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-1109/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar