Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-22/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası QƏRAR Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-370/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassa siya şikayətinə baxaraq müəyyən etdi: işin halları: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.05.2008-ci il tarixli, 022 saylı Agent müqaviləsinə əsasən iddiaçı cavabdehi yayım üçün nəzərdə tutulmuş qoşulma dəstləri və ödəmə kartları ilə təmin etməyi, cavabdeh isə öz növbəsində qoşulma dəstlərini və ödəmə kartlarını özünün və diler şəbəkəsi vasitəsilə yayımını təşkil etməyi və müqavilədə müəyyən olunmuş şərt və müddəalara əsasən abunəçilərin qoşulma dəstləri və ödəmə kartları üçün edilmiş ödənişlərini iddiaçı üçün toplamağı öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 may 2009-cu il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 01.06.2009-cu il tarixə cavabdehin iddiaçıya qalıq borcu 33.145,42 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 29 noyabr 2013 -cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə 33.145,42 manat borcun pretenziya alındığı tarixdən sonrakı 5 bank günü ərzində iddiaçıya ödənilməsinin təmin olunmasını xahiş etmiş, əks təqdirdə, borcun və gecikdirilmiş dövr ərzində hesablanmış cərimənin ödənilməsi üçün müqavilənin 8.2-ci bəndinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı cavabdehə qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə 28 aprel 2015-ci ildə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 01.05.2008-ci il tarixli 022 saylı Agent müqaviləsi üzrə 33.145,42 manat borcun, 3.314,54 manat cərimənin, 20 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, cəmi 36.480,36 manatın cavabdehdən tutularaq ona ö dənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2015-ci il tarixli, 2(81)-1553/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclunun etirazına əsasən məhkəmənin 26.02.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2015-ci il tarixli, 2(81)-1553/2015 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 01.05.2008ci il tarixli 022 saylı agent müqaviləsi üzrə 33.145,42 manat borcun, 3.314,54 manat cərimənin, 13.258,16 faiz məbləğinin, 100 manat vəkilə ödənilmiş xidmət haqqının və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddi açı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirdiyini, cavabdehin isə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən iddiaçıya 33.145,42 manat məbləğində borcunun qaldığını bildirmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385, 386, 442, 448, 462-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(81)-499/2018 saylı iş) 1 may 2018-ci il tarixli qətnaməsiilə iddia müddəti buraxıldığına görə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X4 və X2, 2-2(105)-370/2018 saylı iş) 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 1 may 2018-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüqu qun müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə aynimaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qüvvədə saxlanılsa da, iddiaç ının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmamışdır. Bundan başqa, qətnamədə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli qərarına istinad edilməklə qeyd edilmişdir ki, “hazırkı iddia tələbinin müqavilədən irəli gələn münasibətlər olması, həmin münasibətlər üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi onu deməyə əsas verir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddətinin şamil edilmədiyi hallara aid edilə bilməz”. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə satış üçün qoşulma dəstləri və ödəmə kart ları təqdim edilmiş, lakin cavabdeh qoşulma dəstlərinin və ödəmə kartlarının özlərini və ya onların satışından əldə edilən pul məbləğlərini iddiaçıya qaytarmamışdır. Cavabdehə çatacaq mükafat və xidmət haqqı çıxıldıqdan sonra cavabdehin iddiaçıya 33.145,42 manat borcu qalmışdır. Bu fakt üzləşmə aktı ilə də təsdiq edilmişdir. Cavabdehə satış üçün təqdim edilmiş qoşulma dəstləri və ödəmə kartlarının iddiaçının mülkiyyəti olması qətnamə ilə də müəyyən olunmuşdur və bu işin mübahisələndirilməyən halıdır. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmiş və artıq icraya yönəldilmiş məhkəmə əmrini heç bir əsas olmadan, bunun üçün qanunda müəyyən edilmiş müddət cavabdeh tərəfindən ötürülsə də ləğv etmişdir. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibət bildi rilməmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin olunmamasını xahiş etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.05.2008-ci il tarixli, 022 saylı Agent Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı (iddiaçı) bu müqavilədə müəyyən olunmuş şərt və müddəalara əsasən Agenti (cavabdehi) yayım üçün nəzərdə tutulmuş Qoşulma Dəstləri və Ödəmə kartları ilə təmin edir (2.1-ci bənd). Agent (cavabdeh) həmin Qoşulma Dəstləri ni və Ödəmə Kartlarını özünün və diler şəbəkəsi vasitəsilə yayımını təşkil edir və bu Müqavilədə müəyyən olunmuş şərt və müddəalara əsasən abunəçilərin Qoşulma dəstlərini və Ödəmə kartları üçün edilmiş ödənişlərini İddiaçı (iddiaçı) üçün toplayır. Müqavilənin 5.6-cı bəndinə əsasən Agent bu müqavilənin 4.1 və 4.2-ci bəndlərinin şərtlərini pozarsa, İddiaçı gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0.5 % həcmində cərimə tələb edə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən agent hesabat ayından sonrakı ayın 5 bank günü ərzində, hesabat ayında Tapşırandan alınmış ödəmə kartlarının tam dəyərini Tapşıranın bank hesabına ödəməlidir. Agentə sonradan ödəmə şərti ilə verilən ödəmə kartlarının dəyəri istənilən halda Distributorlar üçün 5 000 (beş min) AZN, Dilerlər üçün 500 (beş yüz) AZN dəyər ini keçməməlidir (3.2-ci bənd). Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilən 3.1-ci bəndi Agent tərəfindən pozulduqda, Tapşıran Agenti hər gecikdirilmiş gün üçün Müqavilə ilə təyin olunan müddətdə ödənilməmiş (gecikdirilmiş) məbləğin 0,5%-nə bərabər cəriməyə cəlb edə və ya həmin məbləği ondan tuta bilər. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 may 2009-cu il tarixli qarşılıqlı üzləşmə aktına görə 01.06.2009-cu il tarixə cavabdehin iddiaçıya qalıq borcu 33.145,42 manat təşkil edir. 31 may 2009-cu il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edildikdən sonra iddiaçı həmin tələblə bağlı məhkəmə əmri çıxarılması barədə 28 aprel 2015-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, Agent (cavabdeh) 5 bank günü ərzində abunəçilərdən qoşulma dəstləri üçün, İddiaçı Komisyon haqları və Tariflər Siyasətinə uyğun aldığı ödənişlərin tam məbləğini İddiaçı (iddiaçıya) köçürür. Agent (cavabdeh) hesabat ayından sonra gələn ayın 5 bank günü ərzində İddiaçı tərəfindən hesabat ayı ərzində yayım üçün təhvil alınmış ödəmə kartlarının nominal dəyərini tam olaraq İddiaçı (iddiaçıya) köçürür (4.2-ci bənd). Müqavilə şərtlərinə görə cavabdeh hesabat ayından sonra gələn ayın 5 bank günü ə rzində iddiaçıdan hesabat ayı ərzində yayım üçün təhvil alınmış ödəmə kartlarının nominal dəyərini tam olaraq iddiaçının hesabına köçürməlidir. İddiaçının bildirməsinə görə cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, mübahisə olunan məbləği hesabat ayndan sonrakı 5 bank günü ərzində onun hesabına köçürməmiş, hətta 31 may 2009-cu il tarixdə üzləşmə aktında borcu təsdiq etməsinə baxmayaraq onu ödəməmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373.2-ci maddə). Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (373.3-cü maddə). İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir (374.2-ci maddə). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1-ci maddə). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1-ci maddə). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2-ci maddə). Müqavilə şərtlərinə görə göstərilən xidmətin dəyəri hesabat ayndan sonrakı 5 bank günü ərzində iddiaçının hesabına köçürülməli idi. Lakin cavabdeh müqavilə şərtinə əməl etməmiş, iddiaçı da bundan məlumatlı olmuş, mübahisə olunan məbləğlə bağlı həmin vaxt, o cümlədən borcun olması etiraf edildikdən sonra 6 ilə yaxın müddət ərzində məhkəmə qaydasında mübahisə açmamışdır. Müqavilənin müddəti ilə bağlı 6.1.1-ci bənddə qeyd edilmişdir ki, bu müqavilənin 3.1.2-ci bəndinə əsasən, bu müqavilə 1 il ilkin müddəti üçün tam qüvvədə qalır, lakin ilkin müddət bitdikdən sonra bu müqavilə avtomatik olaraq daha 1 illik əlavə müddətlər üçün uzadıla bilər, o şərtlə ki, tərəflərdən heç biri, vəziyyətdən asılı olaraq, həmin əlavə müddətin sonuna 30 gün qalmış başqa tərəfə yazılı bildiriş verməklə bu müqaviləyə xitam verməsin. Cavabdeh isə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məh kəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı müqavilə üzrə qanunda nəzərdə tutulan iddia müddətini buraxmış, cavabdeh iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli (dərci 29 dekabr 2001-ci il) qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 384.0.4-cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 3 84.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Digər tərəfdən, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin m üddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Hazırkı iddia tələbi əşya hüquqları ilə bağlı hallara deyil, müqavilədən irəli gələn münasibətlərə aid olduğundan, həmin münasibətlər üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iddia müddətinin tətbiq edilməli olmaması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Mübahisə üzrə iddia müddəti buraxıldığından, iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsas olduğundan kassasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması və məhkəmənin 1 may 2015-ci il tarixli məhkəmə əmrindən cavabdehin qanunla müəyyən edilmiş müddətdə etiraz verməməsinə dair dəlillərini araşdırmağa zərurət olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasınınbu iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-22/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-22/2019
29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver