Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-22/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 ASC-nin cavabdeh “X9-İstehsalat Kompleksi” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi borcu, ipoteka predmetlərinin likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1 ASC-nin cavabdehlər “X9-İstehsalat Kompleksi” MMC (əvvəlki adı “Hacı Camalxan” X3), Cavabdeh3, Cavabdeh4 və X2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” t ələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 17 avqust tarixli 2-2(106)-2/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı1 ASC (bundan sonra – “Bank”) ilə cavabdeh XXX (bundan sonra – “Təsərrüfat”) arasında AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 120 ay müddətinə 3.**0.**0 manat məbləğində kredit verilmişdir.
2. Dövriyyədəki malların girovu müqaviləsinə əsasən, Təsərrüfatın mülkiyyətində olan 1.2**.**0 manat dəyərində dövriyyə malları - 6** baş inək (cins iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir.
3. Cavabd eh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
4. Bankla Təsərrüfat arasında AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi (bundan sonra – “İİ müqavilə”) bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 6**.**0 manat məbləğində kredit verilmişdir.
5. Dövriyyədəki malların girovu müqaviləsinə əsasən, İİ müqavilə üzrə Təsərrüfatın mülkiyyətində olan 4**.**0 manat dəyərində dövriyyə malları - 2** baş inək (cins iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir.
6. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
7. Bank Təsərrüfata borcun ödənilməsi ilə bağlı 2020-ci il 29 yanvar tarixli bildirişpretenziya, digər cavabdehlərə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə 2020-ci il 26 fevral tarixli bildirişlər göndərmişdir.
8. Bank ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 2020-ci il 12 mart tarixli ərizələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. 9. 2020-ci il 29 iyun tarixli arayışda cavabdehin müqavilə üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat məbləğində faiz borcu, 64.576,77 manat məbləğində cərimə, cəmi 1.976.861,80 manat məbləğində kredit borcu, İİ müqavilə üzrə 99.964,35 manat məbləğində əsas borc, 8.063,79 manat məbləğində faiz borcu, 247.776,66 manat məbləğində cərimə, cəmi 355.804,8 manat məbləğində kredit borcu, ümumilikdə 2.332.666,6 manat məbləğində borcunun olduğu göstərilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı xxx (bundan sonra – “iddiaçı”) cavabdeh xxx (sonradan “X9-İstehsal Kompleksi” MMC adlandırılan) (bundan sonra – “cavabdeh”), digər cavabdehlər Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”), Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AK130/2012 saylı mü qavilə üzrə 541.511,02 manat məbləğində əsas borc, 106.740,51 manat məbləğində faiz borcu, 64.576,77 manat məbləğində cərimə, cəmi 712.828,30 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99.964,35 manat məbləğində əsas borc, 7.280,74 manat məbləğində faiz borcu, 247.776,66 manat məbləğində cərimə, cəmi 355.021,75 manat məbləğində kredit borcunun, ümumilikdə 1.067.850,05 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Təsərrüfatdan tutularaq, iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd. Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinə; Cav abdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinə; cavabdeh Təsərrüfatın mülkiyyətində olan 1.2**.**0 manat dəyərində dövriyyə mallarına - 6** baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinə; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinə; cavabdeh Təsərrüfatın mülkiyyətində olan 4**.**0 manat dəyərində dövriyyə mallarına - 2** baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə o lunan vəsaitlərin cavabdeh Təsərrüfatın banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Təsərrüfat arasında bağlanmış AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 3.**0.**0 manat məbləğində, AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 6**.**0 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləs(lər)inin təminatı olaraq, AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b nömrəli fərdi yaşayış evi, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b nömrəli 2 mərtəbəli fərdi yaşayış evi, Təsərrüfatın mülkiyyətində olan 1.2**.**0 manat dəyərində dövriyyə malları - 6** baş inək (cins iribuynuzlu heyvanlar), AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 nömrəli evin, 11 nömrəli mənzili, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi, cavabdeh Təsərrüfatının mülk iyyətində olan 4**.**0 manat dəyərində dövriyyə malları - 2** baş inək (cins iribuynuzlu heyvanlar) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də, bunun heç bir nəticəsi olmamışdır.
12. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 269.7, 295, 306.4, 317.1, 319.1, 385, 442, 448, 449.4, 465.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddələrinə istinad edilmişdir.
13. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AK130/2012 nömrəli müqavilə üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat məbləğində faiz borcu, 64.576,77 manat m əbləğində cərimə, cəmi 1.976 861,80 manat məbləğində kredit borcunun, AK369/2012 nömrəli müqavilə üzrə 99.964,35 manat məbləğində əsas borc, 8.063,79 manat məbləğində faiz borcu, 247.776,66 manat məbləğində cərimə, cəmi 355.804,8 manat məbləğində kredit borcunun, ümumilikdə 2.332 666,6 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Təsərrüfatdan tutularaq iddiaçıya ödənilməsi, qeyd olunan vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinə; cavabdeh Təsərrüfatın mülkiyyətində olan 1.2**. **0 manat dəyərində dövriyyə mallarına 6** baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinə; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinə; cavabdeh Təsərrüfatın mülkiyyətində olan 4**.**0 manat dəyərində dövriyyə mallarına 2** baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh Təsərrüfatın banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Cavabdehlər tərəfindən iddia tələblərinə qarşı etiraz təqdim edilməmişdir.
15. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-818/20 nömrəli 2020-ci il 21 iyul tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası və daşınmaz əmlakların qiymətləndiriməsi təyin edilmişdir.
16. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4449 nömrəli 2020-ci il 16 dekabr tarixli rəyinə əsasən İddiaçı1 ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK130/2012 nömrəli, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsinə əsasən 2020-ci il 29 iy un tarixə əsas borcu üzrə 1.791.511,02 manat, faiz borcu üzrə 179.959,2 manat; AK369/2012 nömrəli, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə 2019-cu il 27 sentyabr tarixə 99.964,35 manat məbləğində əsas borc, 3.593,94 manat məbləğində faiz borcu; AK369/2012 nömrəli, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə 2020-ci il 29 iyun tarixə 99.964,35 manat məbləğində əsas borc, 8.125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində təşkil edir.
17. Məhkəmənin 2020-ci il 21 iyul tarixli qərardadına əsasən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMCnin əmlakların dəyərinin müəyyən etm ək üçün 266/BOB/20 nömrəli, 267/BOB/20 nömrəli, 268/BOB/20 nömrəli, 269/BOB/20 nömrəli, 2020-ci il 6 noyabr tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 5**.**0 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 nömrəli evin, 11 nömrəli mənzilinin likvid dəyəri 170.**0 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b nömrəli fərdi yaşayış evinin likvid dəyəri 850.**0 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 nömrəli 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 1.020.**0 manat məbləğində ol ması müəyyən olunmuşdur. 2020-ci il 19 noyabr tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 2**0 manat məbləğində pul vəsaiti ödənilmişdir.
18. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli e-2-2(121)-44/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat məbləğində faiz borcu, 6.4** manat məbləğində cərimə, cəmi 1.918.685,03 manat məbləğində kredit borcunun cavabdeh Təsərrüfatdan alınaraq iddiaçıya ödənilməsi, AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b nömrəli fərdi yaşayış evi; Cavabdeh4 mülkiyy ətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 nömrəli 2 mərtəbəli fərdi yaşayış evi; cavabdeh Təsərrüfatın mülkiyyətində olan 1.2**.**0 manat dəyərində dövriyyə mallarına - 6** baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 850.**0 manat məbləğində olmaqla; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 nömrəli 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 1.020.**0 manat məbləğində olmaqla açıq hərracdan satılması, cavabdeh Təsərrüfatın mülkiyyətində olan 1.2**.**0 manat dəyərində dövriyyə malları-6** baş inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılması, həmin daşınmaz əmlak ların və dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 1.918.685,03 manat məbləğində kredit borcunun iddiaçıya ödənilməsi, AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə 99.964,35 manat məbləğində əsas borc, 3.593,94 manat məbləğində faiz borcu, 24.**0 manat məbləğində cərimə, cəmi 127.558,29 manat məbləğində kredit borcunun cavabdeh Təsərrüfatdan alınaraq iddiaçıya ödənilməsi, AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 nömrəli evin, 11 nömrəli mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; cavabdeh Təsərrüfatın mülkiyyətində olan 4**.**0 manat dəyərində dö vriyyə mallarına - 2** baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 nömrəli evin, 11 nömrəli mənzilinin ilkin satış qiyməti 170.**0 manat məbləğində olmaqla; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin ilkin satış qiyməti 5**.**0 manat məbləğində olmaqla açıq hərracdan satılması, cavabdeh Təsərrüfatın mülkiyyətində olan 4**.**0 manat dəyərində dövriyyə malları - 2** baş inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılması, həmin daşınmaz əmlakların və dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 127.558,29 manat məbləğində kredit borcunun iddiaçıya ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.5** manat məbləğində pul vəsaitinin və ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun cavabdeh Təsərrüfatdan alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim - Namidar Misirzadə).
19. Birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh kredit müqaviləs(lər)i əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və faizləri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
20. Cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 9/4447 nömrəli 2020-ci il 18 noyabr tarixli rəyindən görünür ki, AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsinə əsasən 2020-ci il 29 iyun tarixə əsas borcu üzrə 1.791.511,02 manat, faiz borcu üzrə 179.959,2 manat; AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə 2019-cu il 27 sentyabr tarixə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu; AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə 2020-ci il 29 iyun tari xə 99.964,35 manat məbləğində əsas borc, 8.125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunur.
21. Ekspert rəyini mötəbər sübut kimi qəbul edən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilərək, cavabdehdən AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat məbləğində faiz borcu; AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə 99.964,35 manat məbləğində əsas borc, 3.593,94 manat məbləğində (müqavilə müddətinə) faiz borcu tutulmalıdır.
22. Belə ki, tərəflər arasında bağlanmış AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsinin müddəti 2019-cu il 27 sentyabr tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəli yini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan, kreditin qaytarılma müddəti 2019-cu il 27 sentyabr tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 2019-cu il 27 sentyabr tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 2019-cu il 27 sentyabr tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin iddiaçı borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə zərərin ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra hesablanmış faizləri tələb etməsi əsassız olmuşdur.
23. İddianın cərimə borcunun ödənilməsi tələbinə münasibətdə məhkəmə iddia ərizəsində göstərilən AK130/2012 nömrəli 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə cərimənin 64.576,77 manat məbləğində deyil, 6.4** manat məbləğində, AK369/2012 nömrəli 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə cərimənin 247.776,66 məbləğində deyil, 24.**0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli hesab etmişdir.
24. Məhkəmə Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə istinadla göstərmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cava bdeh olduğu səbəblərdən icra etmədiyindən, tələbin girov qoyulmuş dövriyyədəki mallara yönəldilməsinə dair hissəsi də əsaslıdır. hesab edilmişdir.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməlidir. İddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.
26. İpoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə qiymətləndiricinin hesabat(lar)ı əsasında təy in etməklə, qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satılması və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcunun ödənilməsi qərara alınmışdır.
27. İddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması”na dair hissəsi qətnamənin icrası zamanı həll edilən məsələ olduğundan əsassız hesab edilmişdir.
28. İddianın “daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin cavabdehdən tutulması”na dair hissəsi qismən əsaslı hesab edilmişdir. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən daşınmaz əmlakların qiym ətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 2**0 manat ödənildiyindən, iddia isə qismən təmin edildiyindən, 2**0 manat qiymətləndirmə xərcinin 15** manatı cavabdehə, 5** manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərcinin 15** manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 295, 297, 306.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 2020-ci il 20 iyul tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Həmin qətnamədən cavabdeh “Hacı Camalxan” X3 apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi, iddia tələbinin əsas və faiz borcu hissəsində iddia ərizəsinin ilkin məzmununda göstərilən həddə təmin edilməsi və iddia tələbinin cəriməyə aid hissədə isə təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
31. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 iyun tarixli 2-2(106)-116/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Tofiq Heydərov, hakimlər Tale Kərimov və İsmayıl Əhmədov).
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və apellyasiya icraatının mahiyyətinə zidd olduğundan təmin edilə bilməz.
33. Apellyasiya şikayətinin iddia tələbinin artırılması barədə ərizənin hüquqi əsaslarının araşdırılmadan qəbul edilməsinin qanunsuz olması və tələbin verilmiş ilkin iddia həcmində təmin edilməsi dəlili MPM-in 53-cü maddəsi nə görə əsassız hesab edilmişdir. Belə ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
34. Gəldiyi nəticəni apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına, həmçinin MPM-in 14.2, 88, 53, 217.1, 217.4, 372.1, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh “Hacı Camalxan” X3 kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(102)-419/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.Abiyeva, hakimlər – B.Qəribov və B.Məmmədli).
37. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ilk ərizə 2020-ci il 03 iyul tarixində elektron qaydada deyil (elektron işə belə ərizə əlavə edilməmişdir), kağız daşıyıcıda təqdim edilmişdir. Halbuki, MPM-in tələblərinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştiakçılarına çatdırılması “Elektron məhkəm ə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
38. İşin, o cümlədən elektron işin materiallarından aydın olmuşdur ki, məhkəmə mühasibatlıq ekspertizasının 2020-ci il 16 dekabr tarixli rəyi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə 2021-ci il 11 yanvar tarixli növbəti ərizə verilmiş, həmin ərizə 2021-ci il 13 yanvar tarixində elektron qaydada təhvil alınmış, 2021-ci il 09 fevral tarixli məhkəmə iclasında isə yekun məhkəmə aktı çıxarılmışdır. Lakin işdən həmin ekspert rəyinin və əmlakların qiymətləndirilməsinə dair hesabatların işdə iştirak edən şəxslərə təqdim olunması və ya elektron işə əlavə edilməsi müəyyən olunmamışdır. Prosessual qanunvericiliyin tələbinə görə isə işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və əmlakların qiymətləndirilməsi barədə hesabatlar cavabdehlərə təqdim olunmadan və həmin sübutlara qarşı cavabdehlərin müdafiələrini təşkil etmələri üçün lazımi şərait yaradılmadan yekun məhkəmə aktı çıxarılmaqla MPM-in tələbləri pozulmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətinə və apellyasiya şikayətinin dəlillərinə qiymət verilərkən, birinci instansiya məhkəməsi tərəfindən prosessua l hüquq normalarının pozulmasını nəzərə almamış, bununla da apellyasiya məhkəməsi tərəfindən də MPM-nin 372-ci maddəsinin tələbləri pozulmuşdur.
41. Gəldiyi nəticəni məhkəmə kollegiyası MPM-in 9.2, 10-1.3, 99.1, 372-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli və A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının, 2022-ci il 24 fevral tarixli 2-2(106)-37/2022 nömrəli, 2022 -ci il 28 iyul tarixli 2-2(106)-37/2022 nömrəli və 2023cü il 26 yanvar tarixli 2-2(106)-2/2023 nömrəli qərardadları ilə iş üzrə müstəqil qiymətləndirici dəvət edilmiş, qiymətləndiriclərin aşağıda göstərilən müvafiq rəyləri alınmışdır: - “X4” MMC-nin 026/22 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin orta bazar dəyəri 285.**0 manat, likvid qiyməti 270.**0 manat təşkil edir. - “X4” MMC-nin 025/22 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin orta bazar dəyəri 1.3**.**0 manat, likvid qiyməti 1.2**.**0 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin orta bazar dəyəri 1.8**.**0 manat, likvid qiyməti 1.7**.**0 manat təşkil edir. - “X4” MMC-nin 027/22 nömrəli rəyinə görə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin orta bazar dəyəri 1.550.**0 manat, likvid qiyməti 1.450.**0 manat təşkil edir. - "xxxx" MMC-nin 2565/SQ nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin bazar dəyəri 7**.**0 manat, likvid dəyəri 6**.**0 manat təşkil edir. - "xxxx" MMC-nin 2564/SQ nömrəli rəyinə görə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 1.* *0.**0 manat, likvid dəyəri 850.**0 manat təşkil edir. - "xxxx" MMC-nin 2567/SQ nömrəli rəyinə görə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin bazar dəyəri 540.**0 manat, likvid dəyəri 459.**0 manat təşkil edir. - "xxxx" MMC-nin 2566/SQ nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin bazar dəyəri 130.**0 manat, likvid dəyəri 110.**0 manat təşkil edir. - "xxxx" MMC-nin ƏEM/M 46-293/23 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin bazar dəyəri 1.1**.**0 manat, likvid dəyəri 940.**0 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 1.5**.**0 manat, likvid dəyəri 1.250.**0 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin bazar dəyəri 150.**0 manat, likvid dəyəri 140.**0 manat, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə- torpaq bazar dəyəri 540.**0 manat, likvid dəyəri 460.**0 manat, tikili- bazar dəyəri 150.**0 manat, likvid 110.**0 manat təşkil edir.
43. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 avqust tarixli 2-2(106)-2/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti – Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 850.**0 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.020.**0 manat məbləğində müəyyən olunması hissədə dəyişdirilmiş, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 940.**0 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 1.250.**0 manat məbləğində müəyyən olunmuşdur (sədrlik edən – C.İmanov, hakimlər – M.Həsənov və S.Həsənov).
44. İ poteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün apellyasiya məhkəməsi tərəfindən də müstəqil qiymətləndirici rəyləri alınmış, apellyasiya məhkəməsi hər dörd qiymətləndirici təşkilatın ("xxxx" MMC-nin, "X5” MMC-nin, "FM Consulting” MMCnin və "xxxx" MMC-nin) rəylərini müqayisəli tədqiq edərək hesab etmişdir ki, bunlar arasında reallığı əks etdirən "xxxx" MMC-nin rəyidir. Lakin, "xxxx" MMC-nin rəyinin tədqiqi zamanı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin bazar dəyəri 150.**0 manat, likvid dəyəri 140.**0 manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə torpağın bazar dəyəri 540.**0 manat, likvid dəyəri 460.**0 manat, tikili - bazar dəyəri 150.**0 manat, likvid 110.**0 manat təşkil etməsinin göstərildiyi müəyyən edilmişdir. Lakin, həmin əmlaklar "xxxx" MMC-nin rəyi üzrə uyğun olaraq 170.**0 və 5**.**0 manat qiymətləndirilmiş və bu qiymətləndirmə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna səbəbdən, kollegiya Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin likvid dəyəri 170.**0 manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə torpağın likvid dəyərinin 5**.**0 manat qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
45. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri dəyişdirilərək 940.**0 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri isə dəyişdirilərək 1.250.**0 manat məbləğində müəyyən edilməlidir.
46. Məhkəmə kollegiyası cavabdehin əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə rəyləri məhkəməyə təqdim etməklə onların nəzərə alınması barədə xahişinə münasibətdə qeyd etmişdir ki, cavabdeh nümayəndəsi vasitəsi ilə birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş və X1 Kommersiya Məhkəməsinə 2021-ci il 8 fevral tarixdə elektron qaydada müraciət ünvanlamış, müraciətində iddiaçının onlara qarşı tələb olunan borc məbləğinin ə sas borc, faiz borcu və cərimə borcu hissəsində məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmiş, lakin ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirici tərəfindən verdiyi rəyi mübahisələndirməmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.
47. Gəldiyi nəticəni apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istiand etdiyi maddi hüquq normalarına və MPM-in 14.2, 77.1, 88, 372.1, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
48. Sonuncu qətnamədən cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xa hiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
49. MM-in 295-ci, 296.1-ci, 307.6-cı, 317.1- ci, 319.1-ci, 385-ci, 425- c i, 445.1-ci, 448.2-ci, 462.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1 və 39.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların ilkin (likvid) qiymətinin müəyyənləşdirilməsində maddi hüququn tətbiqində səhvə yol verilmiş, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, qiymətləndirici fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən ipoteka predmeti olan əmlaklara dair qiymətləndirmə aparılmış və məhkəmə kollegiyasının da qətnaməsində qeyd etdiyi kimi həmin qiymətləndiricilər tərəfindən biri digərindən kəskin şəkildə fərqlənən qiymətlər qoyulmuşdur. Cavabdeh ipoteka predmeti olan əmlakların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirilməsinin təmin olunması barədə vəsatət versə də işə baxan məhkəmə kollegiyası bu vəsatətə əhəmiyyət belə verməmiş, fəaliyyəti və peşəkarlığı ciddi şübhələr doğuran qiymətləndirmə rəyləri əsasında nəticəyə gələrək xüsusi mülkiyyətdə olan əmlakların hüquqi müqəddaratını həll edən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyasının istinad etdiyi qiymətləndirmə rəyləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və qiymətləndirməyə aid digər normativ hüquqi aktların tələblərinə də uyğun olmayaraq yalnız subyektiv mülahizələr əsasında hazırlanmışdır. Cavabdeh hesab edir ki, heç bir hüquqi əsası olm ayan qiymətləndirmə rəyləri əsasında xüsusi mülkiyyətdə olan ipoteka predmetlərinin qiymətlərinin onların real dəyərindən qat-qat aşağı qiymətləndirilməsi nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində təsbit olunan və qanunla qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hazırkı mübahisəyə maddi hüququ tətbiq edərkən məhəmə kollegiyası “İcra haqqında” Azərbaycan respublikasının Qanunun 51-ci maddəsində qanunvericinin əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyinin, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilməsinin müəyyən olunduğunu nəzərə almamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qiymətləndirmə rəyləri üzərində təhlillər apararaq nəticəyə gələrkən ipoteka predmeti olan əmlakların real likvid qiymətlərini müəyyən edən iş materiallarında olan "xxxx" MMC-nin müvafiq rəyinə əhəmiyyət verməmişdir. Göründüyü kimi işə baxan məhkəmə kollegiyası hazırkı mübahisəyə maddi hüququn tətbiqində və təsvirində kobud səhvə yol vermişdir ki, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
50. MPM-in 14.2, 53, 77.1, 88, 217.4, 372.1 və 372.2-ci maddələri üzrə - sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzə rdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların y etərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim e t d i y i mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2**7-ci il 26 iyul tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 2**8-ci il 6 mart tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM- nin qərarı №25657/94). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən ed ən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatızamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qəra rlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L.Moldovaya qarşı” 2**6-cı il 19 dekabr tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2**6-cı il 31 yanvar tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 77.1-ci və 8 8-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş, bu pozuntu isə nəticə etibarı ilə iş üzrə düzgün olmayan qətnamənin edilməsinə səbəb olmuşdur. Eyni zamanda, MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüququn tətbiqində və təvsirində səhvə yol verdiyi kimi prosessual qanunvericiliyin tətbiqində də kobud pozuntuya yol vermişdir ki, bu da hazırkı iş üzrə qətnamənin kassasiya icraatı qaydasında ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. İddiaçı 2023-cü il 25 dekabr tarixdə kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, cavabdeh kassasiya şikayətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu və bu halların nə ilə nəticələnməsinə dair heç bir izah verməmiş və öz mövqeyini əsaslandırmamışdır.
52. Cavabdeh kassasiya şikayətində ipoteka predmetləri olan əmlakların qiymətləndirilməsi üçün vəsatət verdiyini və həmin vəsatətin məhkəmə tərəfindən qiymətləndirilmədiyini göstərmişdir. 2023-cü il 26 yanvar tarixində Şirvan Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı cavabdeh ipoteka predmetləri olan əmlakların yenidən qiymətləndirilməsi üçün vəsatət vermiş, məhkəmənin 2023-cü il 26 yanvar tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək əmlakların likvid qiymətlərinin müəyyən edilməsi üçün yenidən əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Göründüyü kimi, cavabdehin verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilsə də, cavabdeh verdiyi vəsatətin məhkəmə tərəfindən qiymətləndirilmədiyini iddia etmişdir. Bütün bu hallardan belə qənaətə gəlmək olur ki, cavabdehin kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. IV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti ilə qətnamə ipoteka predmeti olan əmlakların likvid qiymətlərinin müəyyənləşdirilməsi hissəsində mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən həmin hissələrdə yoxlanıl acaqdır.
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ 55. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” (28 dekabr 2018-ci il tarxədək, hazırkı mübahisənin predmeti olan kredit və ipoteka müqavilələri bağlanan dövrdə qüvvədə olmuşdur) “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual q anunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir: “….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir”.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovun şikayəti üzrə” 2015-c i il 11 fevral tarixli, “F.Şirinovun şikayəti üzrə” 2016-cı il 16 noyabr tarixli qərarlarında göstərilmişdir: “...məhkəmənin həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır...” 58. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir: “... “İpo teka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir....”
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunl aşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların ilkin (likvid) qiymətinin müəyyənləşdirilməsində maddi hüq uqun tətbiqində səhvə yol verilmişdir.
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
63. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə iş üzrə apellyasiya baxışında da bir neçə əmlak qiymətləndirici rəylərini əldə edərək onları müqayisəli şəkildə təhlil etmiş, habelə yekun nəticəyə gələrkən birinci instansiya məhkəməsinin qətnaməsini iki ipoteka predmetinə münasibətdə dəyişdirməklə onların ilkin satış qiymətini daha yüksək məbləğdə müəyyən etmişdir. Cavabdeh isə qiymətləndirici rəylərinin mötəbər olmamasına dəlalət etsə də bunu təsdiq edə biləcək hər hansı etiraz və sübutlarını məhkəməyə təqdim etməmişdir.
64. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Ali Məhkəmənin “İpoteka haqqında” Azərbay can Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli Qərarında göstərilmişdir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
65. Bununla belə, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.
66. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əm lakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər.
67. Bununla yanaşı, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
68. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edə n faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
69. Cavabdeh isə kassasiya şikayətində apellyasiya məhkəməsinin istinad etdiyi qiymətləndirici rəylərini mübahisələndirsə də, onların doğruluğunu inkar edən mötəbər sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 71. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsini n şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
73. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 avqust tarixli 2-2(106)-2/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və MPM-in 417-4 19-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabedeh “X9-İstehsal Kompleksi” MMC (“Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 avqust tarixli 2-2(106)-2/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.