Məhkəmə qərarları › İş №2-2(102)-22/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-22/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-22/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-676/2024 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır MMC tərəfindən verilmiş İşin halları

1. Cavabdeh1 MMC-nin X1 2022-ci il 29 avqust tarixli qərarına əsasən MMC-yə dövriyyə vəsaitinin alınması məqsədi ilə İddiaçı ASC-dən 300.000 manat məbləğində, 12 ay müddətinə sifariş və invoys maliyyələşməsi limitinin alınmasına razılıq verilməsi və tərəflər arasında bağlanacaq kredit, zaminlik, ipoteka müqavilələrini imzalamaq səlahiyyəti MMC-nin direktoru Cavabdeh4 həvalə edilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 29 avqust tarixli * nömrəli maliyyələşdirmə limiti müqaviləsinə (bundan sonra-“maliyyələşdirmə limiti müqaviləsi”) əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 300.000 manat məbl əğində kredit limiti ayrılmışdır.

3. Maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 7 sentyabr tarixində illik 12 % faiz dərəcəsi olmaqla 3 ay müddətinə 42.700 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair */02 nömrəli razılaşma (bundan sonra-“İ razılaşma”) bağlanmışdır.

4. Maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 13 sentyabr tarixində illik 12 % faiz dərəcəsi olmaqla 3 ay müddətinə 70.845 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair */03 nömrəli razılaşma (bundan sonra-“İİ razılaşma”) bağlanmışdır.

5. Maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 16 sentyabr tarixində illik 12 % faiz dərəcəsi olmaqla 3 ay müddətinə 83.900 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair */04 nömrəli razılaşma (bundan sonra-“İİİ razılaşma”) bağlanmışdır.

6. Maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 23 sentyabr tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 3 ay müddətinə 16.100 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair */05 nömrəli razılaşma (bundan sonra-“İV razılaşma”) bağlanmışdır.

7. Maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında 2022-ci il 29 avqust tarixli * nömrəli zaminlik müqavilələri bağlanmış, zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət d aşıyacaqları barədə öhdəlik götürmüşdülər. 8. 2023-cü il 11 dekabr tarixli RB-02/PK-5129 nömrəli arayışda Cavabdeh1 MMC-nin İ razılaşma üzrə 2023-cü il 1 dekabr tarixinə 24.223,42 manat əsas borc, 4600,95 manat faiz borcu, 2022-ci il 7 dekabr tarixindən sonra illik 5% ilə hesablanmış faiz borcu 1381,6 manat olmaqla, cəmi 30.205,97 manat qeyd olunmuşdur. 9. 2023-cü il 11 dekabr tarixli RB-02/PK-5130 nömrəli arayışda Cavabdeh1 MMC-nin İİ razılaşma üzrə 2023-cü il 1 dekabr tarixinə 70.845 manat əsas borc, 15.089,99 manat faiz borcu, 70,87 manat cərimə borcu, 2022-ci il 13 dekabr tarixindən sonra illik 5% ilə hesablanmış faiz borcu 3434 manat olmaqla, cəmi 89.439,86 manat qeyd olunmuşdur. 10. 2023-cü il 11 dekabr tarixli RB-02/PK-5128 nömrəli arayışda Cavabdeh1 MMCnin İİİ razılaşma üzrə 2023-c ü il 1 dekabr tarixinə 83.900 manat əsas borc, 17.841,68 manat faiz borcu, 167,89 manat cərimə borcu, 2022-ci il 16 dekabr tarixindən sonra illik 5% ilə hesablanmış faiz borcu 4020 manat olmaqla, cəmi 105.929,57 manat qeyd olunmuşdur. 11. 2023-cü il 11 dekabr tarixli RB-02/PK-5127 nömrəli arayışda Cavabdeh1 MMCnin İV razılaşma üzrə 2023-cü il 1 dekabr tarixinə 14.404 manat əsas borc, 3122,91 manat faiz borcu, 129,02 manat cərimə borcu, 2022-ci il 23 dekabr tarixindən sonra illik 5% ilə hesablanmış faiz borcu 4708,16 manat olmaqla, cəmi 18365,12 manat qeyd olunmuşdur.

12. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2023-cü il 27 sentyabr tarixli məlumatında 1978-ci il 21 iyun təvəllüdlü Cavabdeh3 2022-ci il 7 avqust tarixində dövlət sərhədindən çıxmış və 2022-ci il 30 avqust tarix ində ölkəyə giriş etmişdir (). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı ASC 2023-cü il 6 iyun tarixində iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən (bundan sonra-cavabdeh MMC), Cavabdeh4 (bundan sonra-“Cavabdeh4”), Cavabdeh5 (bundan sonra-“Cavabdeh5”), Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra -“Cavabdeh3”) maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış İ müqavilə üzrə 24.223,42 manat əsas, 4600,95 manat faiz, 1381,6 manat 2022-ci il 7 dekabr tarixindən dən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 30.205,97 manat, İİ müqavilə üzrə 70.845 manat əsas, 15.089,99 manat faiz, 70,87 manat dəbbə, 3434 manat 2022-ci il 13 dekabr tarixindən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 89.439,86 manat, İİİ müqavilə üzrə 83.900 manat əsas, 17.841,68 manat faiz, 167,89 manat dəbbə, 4020 manat 2022-ci il 16 dekabr tarixindən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 105.929,57 manat və İV müqavilə üzrə 14.405,08 manat əsas, 3122,91 manat faiz, 129,02 manat dəbbə, 4708,16 manat 2022-ci il 23 dekabr tarixdən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 18.365,17 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 101,55 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi işin hallarında göstərilənlərə istinad olunmaqla belə əsaslandırılmışdır ki, zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüş olsa da, cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu barədə MMC və digər cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icrasından ərəzli olaraq yayınmışlar.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 2 noyabr tarixli 3-16-16/2-4/1448 nömrəli məhkəmə-xətşunaslıq ekspertizası rəyində, ekspertizaya təqdim edilmiş işin 113-117-ci və 146-150-ci vərəqələrində olan 2022-ci il 29 avqust tarixli * nömrəli zaminlik müqavilələrinin zamin qrafalarındakı imzaların və MMC-nin e yni tarixli X1 qərarında təsisçilər qrafasında Cavabdeh3 yazıları qarşısındakı imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il 19 fevral tarixli 9/277 nömrəli rəyində MMC-nin 1 dekabr tarixə (iddia tələbi artırılan tarixə) Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına və İ razılaşmanın şərtlərinə əsasən 2023-cü il iddiaçıya olan borcu 22.866,79 manat, o cümlədən əsas borcu 21.619,53 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1247,26 manat, İİ razılaşmanın şərtlərinə əsasən 71.774,77 manat, o cümlədən əsas kredit borcunun 68.456,74 manat, faiz bo rcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 3.318,03 manat, İİİ razılaşmanın şərtlərinə əsasən 85.318,24 manat, o cümlədən əsas kredit borcunun 81.408,75 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunu 3909,49 manat, İV razılaşmanın şərtlərinə əsasən 14.765,28 manat, o cümlədən əsas kredit borcunun 14.079,73 manat, faiz borcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 685,55 manat olması müəyyən edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 mart tarixli e-2-2(113)-123/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər MMC, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İ razılaşma üzrə 21.619,53 manat əsas, 5% hesabı ilə 1247,26 manat faiz borcunun, İİ razılaşma üzrə 68.456,74 manat əsas, 5% hesabı ilə 3318,03 man at faiz borcunun; 70,87 manat dəbbə pulunun, İİİ razılaşma üzrə 81.408,75 manat əsas, 5% hesabı ilə 3909,49 manat faiz borcunun, 167,89 manat dəbbə pulunun və İV razılaşma üzrə 14.079,73 manat əsas, 5% hesabı ilə 685,55 manat faiz borcunun və 129,02 manat dəbbə pulunun, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 501,55 manat pulun tutularaq iddiaçı-ya ödənilməsi qət edilmişdir (hakim Günay Namazova).

18. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək göstərmişdir ki, iddiaçının İ, İİ, İİİ və İV razılaşma üzrə tələb etdiyi əsas, faiz və illik 5% borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etməmiş ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və illik 5%-lə tələb edilən borcdan aşağı olduğu, digər faiz borcu məbləğinin isə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, razılaşmalar üzrə tələb olunan əsas, faiz və illik 5% borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə dəbbə pullunun tutulması ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi müəyyən olunmaqla cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

20. İddianın müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu məbləğləri hər 4 müqavilə üzrə yuxarı həddə, ekspert rəyində isə daha aşağı həddə müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin faizlər də cavabdehlərdən ekspert rəyinə əsasən müəyyən edilən məbləğlərdə tutulmalıdır.

21. Məhkəmə iddia tələbinin Cavabdeh3 qarşı hissəsinə dair qeyd etmişdir ki, ekspert rəyində zaminlik müqavilələri və MMC-nin X1 qərarında Cavabdeh3 yazılarının qarşısındakı imzaların onun tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmiş, həmçinin sərhəd xidmətinin məlumatından Cavabdeh3 2022-ci il 7 avqust-2022-ci il 30 avqust tarixlərində ölkə xaricində olduğu göstərilmişdir. Göstərilənlərə məhkəməyə zaminlik müqaviləsinin və ümumi yığıncağın qərarının Cavabdeh3 tərəfindən imzalanmadığı qənaətinə gəlməyə əsas vermişdir.

22. Məhkəmə iddiaçının zaminlik müqaviləsinin Cavabdeh3 tərəfindən sonradan imzalanmasına dair dəlilini əsaslı saymamış, qeyd etmişdir ki, zaminlik müqaviləsinin Cavabdeh3la bağlanması üçün ən tezi ölkəyə qayıtdığı 2022-ci il 30 avqust tarixi və ya daha sonrakı tarix müəyyən edilə bilərdi. Belə olan halda zaminlik müqaviləsinin tarixinin kredit müqaviləsi tarixindən sonrakı tarix olsa da belə zaminlik müqaviləsinin hüquqi mahiyyəti və ya etibarlılığı sübhə altına alınmazdı.

23. Məhkəmə həmçinin MMC-nin X1 və zaminlik müqaviləsinin Cavabdeh3 tərəfindən imzalanmaması əsası ilə kredit müqaviləsinin etibarsız sayılmalı olmasına dair dəlili ilə də razılaşmamış, göstərmişdir ki, X1 qərarını imzalayan və imzaları mübahisə predmeti olmayan təsisçilərin payları 65% təşkil etdiyindən göstərilən dəlil də əsaslı olmamışdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəll əsinin (bundan sonra- “MM”) 385.1, 399.1, 442, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-"xxxx") 101.3 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh MMC tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-676/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi m übahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

27. Apellyasiya instansiyası məhkəməsi əvvəla apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, qətnamə cavabdeh MMC tərəfindən qismən-iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

28. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin müəyyən edilən hallarına görə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, * saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində cavabdeh bankdan 07 sentyabr 2022-ci il tarixində illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 42.700 manat, 13 sentyabr 2022-ci il tarixində illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 70.845 manat, 16 sentyabr 2022-ci il tarixində illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 83.900 manat, 23 sentyabr 2022-ci il tarixində illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 16.100 manat kredit götürülmüş, həmin kreditlər üzrə borclar tam ödənilmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə qalıq kredit borcunun məbləğini müəyyənləşdirərək iddianı qismən təmin etmişdir

29. Cavabdeh MMC-nin 300.000 manat məbləğində kredit limiti olduğu halda iddiaçı tərəfindən verilmiş kreditin məbləğinin 400.000 manat təşkil etdiyinə (bankın limitdən artıq kredit verdiyinə) dair apellyasiya şikayətinin dəlili məhkəmə tərəfindən əsassız hesab edilərək göstərilmişdir ki, kredit limiti çərçivəsində 4 kredit sazişi üzrə verilmiş ümumi kredit məbləği 213.545 manat olmuşdur.

30. Məhkəmə 29 avqust 2022-ci il tarixli, * saylı maliyyələşdirmə limiti müqaviləsi bağlanarkən hüquqi şəxsin ümumi yığıncağının eyni tarixli protokolunun təsisçilərdən Cavabdeh3 tərəfindən imzalanmaması barədə cavabdehin etirazında istinad etdiyi halla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ona istinad etmişdir ki, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, MM-nin 91.1- 4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli olduğundan 35 faiz paya malik Cavabdeh3 ümumi yığıncağın protokolunu imzalamaması digər 65 faiz payı olan təsisçilərin (Cavabdeh5-25%, Cavabdeh4-25%, Cavabdeh2-15%) iştirak etdiyi ümumi yığıncaqda qəbul edilmiş qərarın etibarsız sayılması üçün əsas ola bilməz.

31. Bundan əlavə cavabdeh MMC-nin 29 avqust 2022-ci il tarixli protokolunu mübahisələndirmək hüququ (subyektiv hüquq) hüquqi şəxsin iştirakçısına (təsisçi Cavabdeh3) məxsus olduğu halda qeyd edilən protokol təsisçi tərəfindən hal-hazıradək mübahisələndirilmədiyindən qüvvədə olduğu üçün hüquqi şəxs bu əsasa istinad edərək kredit müqaviləsinin hüquqi şəxsin iradə ifadəsinə uyğun olmadığını iddia edə bilməz. İşdəki sübutlarla təsdiq olunur ki, MMC kredit məbləğlərindən istifadə etməklə və qismən ödənişlər həyata keçirməklə həmin müqavilələri etibarlı əqd olaraq qəbul etmiş, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət ərzində 29 avqust 2022-ci il tarixli maliyyələşdirmə limiti müqavi ləsini mübahisələndirməmişdir.

32. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 91.1-4, 331.1, 354.2, 385.1, 386.1, 399.1, 407.2, 442, 445.7, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

34. Cavabdeh MMC tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

35. MM-in 87.1-ci maddəsi üzrə dəlili-məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi, şəxslərin (iştirakçıların) məhdud məsuliyyətli cəmiyyət təsis etməkdə məqsədi öz risklərini azaltmaqdır. Hazırki mübahisədə kredit limitinin ayrılması zamanı müqavilə öhdəliklərinin təminatı kimi təsisçilər zamin durmuşdur. Bu isə öz növbəsində məhdud məsuliyyətli cəmiyyət institunun prinsiplərinə zidd olmaqla, ağlabatan hesab edilə bilməz. Digər tərəfdən təsisçi Cavabdeh3 ümumiyyətlə kreditin götürüldüyündən xəbəri olmamış, məhkəmə tərəfindən öz fərziyyəsinə əsasən kəsici müddət hesablanmışdır. Təsisçi Cavabdeh3 məhkəmə prosesi zamanı hadisədən xəbər tutmuş və proses zamanı öz etirazını bildirmişdir, şirkətlə eyni mövqedən çıxış edərək müqavilənin etibarsızlığını tələb etmişdir.

36. MM-in 337-ci maddəsi üzrə dəlili - hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətli olub-olmaması və yığıncağın həqiqətən də keçirilməsi böyük şübhə altında olmaqla, məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmamışdır. Həmçinin cəmiyyətin ümumi yığıncağının qərarında 50 %-dən çox hissəsinə malik olan iştirakçıların iştirak etməsi ümumi yığıncağın qərarının etibarlı olması mənasına gəlmir. Belə ki, cəmiyyətin yığıncağının qərarı saxta imzalarla təsdqilənmiş, formal olaraq təsisçilərin iştirakı görüntüsü yaradılmışdır. Beləliklə keçmiş direktor Cavabdeh4 tərəfindən cinayət tərkibi yaradan sənəd saxtakarlığı icra olunmuş, təsis qərarlarına naməlum şəkildə şəxslərin əvəzindən imzalar çəkilmişdir. Bu halda səs çoxluğu əsasında təsis qərarına səsli payçıların səs faizi əsasında hüquqi qüvvə vermək ciddi qanun pozuntusudur. Mübahisə olunan qərar birmənalı şəkildə etibarsızdır və saxtalaşdırılmışdır. Digər tərəfdən, təsis yığıncağının qərarında bank işçisini n “mənim iştirakımla imzalamışdır” qeydi mövcuddur. Beləliklə, iddiaçı özü bu qanun pozuntusundan məlumatlı olmuş, buna baxmayaraq səlahiyyətsiz qərar əsasında kredit ayırmışdır.

37. Bundan başqa, məhkəmə kredit limiti çərçivəsində 4 kredit sazişi üzrə verilmiş ümumi kredit məbləğini nəzərə almış, beşinci kredit sazişi olan 186.455 manat məbləğində kreditin verilməsinə dair 2022-ci il 29 avqust tarixli ** nömrəli sazişi nəzərə almamış, kredit limiti çərçivəsində ayrılan kreditin ümumi məbləğinin 213.545 manat olduğunu hesab etmişdir. Halbuki, beşinci kredit sazişi olan 186.455 manat məbləğində kreditin verilməsinə dair 2022-ci il 29 avqust tarixli ** nömrəli saziş də nəzərə alınsa, kredit limiti çərçivəsində ayrılmış vəsaitin 400.000 manat olduğu aydın şəkildə görünür. Müqavilə şərtlərinə əsasən limitdən artıq kreditin verilməsi müqavilənin əsas şərtlərinə dəyişiklik hesab olunur və bu barədə müqaviləyə müvafiq əlavə olmadıqda etibarsızdır. Digər tərəfdən borcun ayrılması ilə bağlı MMC-nin təsisçilərinin qərarı etibarlı hesab edilsə belə, bu qərar sadəcə 300.000 manat məbləğin alınması ilə bağlı idi. Bu səbəbdən də, 2022-ci il 16 sentyabr və 2022-ci il 23 sentyabr tarixində verilmiş kredit məbləğlərinin tələb olunması üçün bu müqavilə çərçivəsində hüquqi əsas mövcud deyildir. Apellyasiya instansiyası ümumiyyətlə iş materiallarını təhlil etməmiş, iş üçün əhəmiyyətli sübut olan tərəflər arasında bağlanmış 2022-ci il 29 avqust tarixli ** nömrəli sazişi nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək b ildirmişdir ki, kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətində də qeyd edilmiş və məhkəmə həmin dəlillərə münasibət bildirmişdir. Kassasiya şikayətində məhkəmə tərəfindən pozulan maddi hüquq norması kimi MM-in 337-ci maddəsinə istinad olunsa da, əqdin MM-in konkret hansı normasına görə etibarsız hesab edilməsi göstərilməmişdir. Bundan başqa kassatorun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etməsi də onun subyektiv mülahizəsidir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri doğru olaraq MM-in 91.1-4-cü maddəsinə istinad etmişdir. Belə ki, cəmiyyətin iştirakçılarının ümumi yığ ıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

39. Cavabdehin maliyyələşdirmə limiti müqaviləsinin 300.000 manata bağlanmasına baxmayaraq faktiki olaraq həmin limit müqaviləsində 400.000 manat kredit vəsaitinin verilməsi ilə bağlı dəlillərinə münasibətdə iddiaçı bildirir ki, tərəflər arasında bağlanmış 2022-ci il 29 avqust tarixli * nömrəli maliyyələşdirmə limiti müqaviləsi bərpaolunan müqavilə olmaqla bu şərt müqavilənin 1.1.1-ci bəndində limitin növü kimi bərpaolunan növündə olması qeyd olunmuşdur. Beləliklə, limit çərçivəsində alınan kredit və ya onun bir hissəsi geri qaytarıldıqda ilkin limit bərpa olunur. Maliyyə məhsulu kimi praktikada geniş tətbiq olunan kredit limitinin elə mahiyyəti də bundan ibarətdir.

40. Zaminlik müqaviləsində imzanın Cavabdeh3 məxsus olmaması səbəbilə isə borcun ona yönəldilməsi mümkün olmamış və bankın mənafeləri mühüm dərəcədə pozulmuşdur. Kassasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə əsasən tam yoxlanılacaqdır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən e dilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ü mumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.... 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir....” “Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər....” Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər.... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir a y ərzində mübahisə edilə bilər....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

407. Müqavilənin bağlanması anı … 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır...” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənil məsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzər inə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mü lkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə

741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər....”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında qeyd olunmuşdur:... “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor di gər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”...

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmi n məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

48. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

49. Məhkəmə kollegiyası cavabdeh MMC tərəfindən hazırkı kassasiya şikayə tində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 21,23, 29-31). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 51.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

46. Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-676/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar