Məhkəmə qərarları › İş №2-2(102)-221/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-221/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-221/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(103)-1069/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanılmış 2020-ci il 11 sentyabr tarixli 65 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 6.393 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifa dəyə qəbul edilir.

2. Müqavilənin 2.1-ci bəndində icarəyəverənin hüquq və vəzifələri içərisində icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək, icarəçinin isə icarə haqqını vaxtında və tam həcmdə ödəmək vəzifəsi qeyd olunmuşdur.

3. Müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 42.000 manat, aylıq icarə haqqı isə 3.500 manat müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh MMC-yə ünvanladığı 2021-ci il 21 oktyabr tarixli məktubla 2020-ci il 11 sentyabr tarixli icarə müqaviləsinə əsasən dövlət büdcəsinə 2021-ci il 31 oktyabr tarixinə 10.500 manat məbləğində icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsini təmin etməyi, əks halda qanunvericiliyə uyğun tədbir görəcəyi barədə xəbərdarlıq etmişdir.

5. Cavabdeh MM C-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, onun dövlət büdcəsinə ödənilməmiş 32.000 manat icarə haqqı borcu vardır.

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 2 fevral tarixli MŞB/300016 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) 2022-ci il 7 aprel tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia əri zəsi və sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci il 11 sentybr tarixli 65 nömrəli icarə müqaviləsi (bundan sonra – “65 nömrəli icarə müqaviləsi”) üzrə dövlət büdcəsinə 2022-ci il 31 iyul tarixinə yaranmış 32.000 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 65 nömrəli icarə müqaviləsinin şərtlərinə (bax yuxarıda §§ 1-3) cavabdeh tərəfindən əməl olunmamış, ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı (bax yuxarıda § 7) ödənilməmişdir.

9. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1-ci, “T orpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6-cı maddələrinə istinad edilmişdir.

10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, 2020-ci ildən ölkədə geniş yayılan koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 14 dekabr tarixindən 2021-ci il 18 yanvar tarixindədək ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş, nəticədə 2020-ci ildə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli ciddi azalmalara səbəb olduğu üçün cavabdehin iqtisadi fəaliyyəti çox ciddi mənfi təsirlərə məruz qalmışdır. Pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə dövlət dəstəyin in göstərilməsi məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarına müvafiq dəyişikliklər edilərək, “respublika ərazisində koronavirus pandemiyasının mənfi təsir etdiyi sa hələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır” sözləri əlavə edilmişdir. Həmin qərarın 4 və 4.1-ci bəndinə əsasən: İqtisadiyyat Nazirliyi respublikası ərazisində koronavirus pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etsin; Şirkətin əsas fəaliyyəti sərnişindaşıma sahəsi (fəliyyət kodu 49310) olduğundan, pandemiya nəticəsində ciddi mənfi təsirlərə məruz qalmasının İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alındığı nəzərə alınaraq, iddiaçıya müraciət edərək sözügedən qərarın müvafiq bəndini tətbiq edilməklə, qərara uyğun olaraq icarə haqqının hesablanmaması xahiş olunmuşdur. Lakin bununla bağlı iddiaçı tərəfindən hər hansı cavab verilməmiş, icarə haqqının ödənilməsi tələb olunmuşdur. Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli qərarında göstərilən “pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmaması”na dair müddəası tətbiq edilərək hazırkı iddia tələbi rədd edilməlidir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 avqust tarixli e-2-2(113)-2006/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).

12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2020-ci il 11 sentyabr tarixində icarə müqaviləsi bağlanmış, icarəçi 2021-ci ilin yanvar ayına qədər olan öhdəliklə rini icra etmiş, lakin həmin dövrdən sonra ödənilməli olan icarə haqlarını ödəməmiş, bu hal cavabdehin izahatında da öz təsdiqini tapmışdır.

13. Məhkəmə cavabdehin etirazı (bax yuxarıda § 10) ilə əlaqədar bildirmişdir ki, iddia ərizəsinin məzmunundan, işin araşdırılan hallarından görünür ki, tələb edilən icarə haqları borcu 2021-ci ilin yanvar ayının birindən 2022-ci il 31 iyul tarixinə qədər olan dövrü əhatə edir.

14. Bu səbəbdən cavabdehə 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə ödənilmiş icarə haqlarının geri qaytarılması ilə bağlı iddiaçıya müraciət etməli olması izah edilməlidir.

15. Beləliklə cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə 32.000 manat borcunun yarandığını, belə ol an halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 32.000 manat məbləğində əsas borc tutularaq iddiaçının hesabına ödənilməli, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.

16. Məhkəmə öz qətnaməsini MM-in 700.1, 706.1, 710.1, 710.2, 710.3-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 14, 23-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, 36.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2.5-ci, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndilərnə, MPM-in 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh tərəf 2022-ci il 7 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 22(103)-1069/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət ol muşdur ki, iddia tələblərinin qanuni əsasını MM-in 700.1-ci və “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddələri təşkil edir. Hazırkı işdə də həmin maddələrin dispozisiya şərtləri mövcuddur.

20. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, 2022-ci il 31 iyul tarixinədək ödənilməli olan icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş və 32.000 manat məbləğində borcu yaranmışdır.

21. Sonuncu fakt cavabdeh tərəfindən də birinci instansiya məhkəməsində mübahisələndirilməmiş, yalnız 2020-ci ilin aprel ayından 2021-ci ilin yanvarın 1-nə tam şəkildə ödənilmiş icarə haqqının 2021-ci ilin yanvardan sonrakı dövr üçün nəzərə alınmasını xahiş edilmişdir.

22. Cavabdeh faktiki olaraq öh dəliklərin əvəzləşdirilməsini tələb edir. Belə ki, cavabdehin mövqeyinə görə o, 2020-ci ilin aprel ayından 2021-ci ili yanvar ayına qədər icarə haqqı ödəməli olmadığı halda ödəmişdir. Ona görə də həmin dövr üçün ödənilmiş icarə haqqı məbləği hazırda yaranmış icarə borcunun əvəzinə nəzərə alınmalıdır.

23. Cavabdehin ödədiyi icarə haqları dövlət büdcəsinə ödənildiyinə görə hazırkı işdə həmin məsələ müzakirə predmeti ola bilməz. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsindən də görünür ki, artıq ödənilmiş ödənişlərin büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. Büdcəyə daxil olmuş vergi, rüsum və ya digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması isə xüsusi qaydalar çərçivəsində həyata keçirilir.

24. Bu baxımdan iddiaçı müqavilə üzrə 2022-ci il 31 iyul tarixinə qədər ödənilməli olan, lakin ödənilməyən 32.000 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.

25. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə öz qətnaməsini MM-in 700.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

27. Qətnamə 2022-ci il 29 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

28. Cavabdeh tərəf 2 023-cü il 27 fevral tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

29. MM-in 700.1-ci və “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddələri üzrə Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə karantin rejiminin tətbiqi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli dərəcədə ciddi azalmalara səbəb olduğu üçün, yeganə fəaliyyəti sərnişin daşıma sahəsi olan cavabdehin iqtisadi fəaliyyəti ciddi mənfi təsirlərə məruz qalmış, bu mənfi hallar İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınmışdır. Eyni zamanda, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələ rinə dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarına müvafiq dəyişikliklər edilərək, Azərbaycan Respublikası ərazisində koronavirus p andemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icarə haqları “2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır” sözləri əlavə edilmişdir. Həmin qərarın 4 və 4.1-ci bəndinə əsasən: İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etsin. Bu məqsədlə cavabdeh iddiaçıya müraciət edərək sözügedən qərarın müvafiq bəndini tətbiq edilməklə, qərara uyğun olaraq icarə haqqının hesablanmaması xahiş olunmuş, lakin iddiaçı tərəfindən hər hansı cavab verilməmiş, icarə haqqının ödənilməsi tələb olunmuş, Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli qərarında göstərilən “icarə haqlarının" 202 0-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmaması”na dair müddəa nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan halları ümumiyyətlə nəzərə almamış, MM-in 700.1-ci və “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddələrini hazırkı iddia tələbinə münasibətdə düzgün təfsir etməmiş, bununla da həmin maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir.

30. MPM-in 2.2-ci maddəsi üzrə - Hazırkı şikayətin 4-cü bəndində - maddi hüququn tətbqinə dair dəlillərimiz – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir.

31. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin işin həqiqi hallarına münasibət bildirilib hüq uqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından həmin maddənin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.

32. MPM-in 372.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə şikayətin 4-cü bəndində göstərilən xüsusatlara ümumiyyətlə hüququ qiymət verməmiş, bununla da həmin maddənin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.

33. MPM-in 386, 387-ci maddələri üzrə - Hazırkı şikayətin 4 və 5-ci bəndlərində göstərilən dəlillər, məhkəmənin iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi və maddi hüququn tələb lərinin və prosessual hüquq normalarının tələblərinin pozulması ilə cavabdehin hüquqlarının pozulması ilə qətnamə çıxarılması nəticəsində həmin maddələrin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbuledilən qətnamə isə, “təbii olaraq”, iş üzrə cavabdeh tərəfin mənafeyinin, qanuni maraqlarının, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər....” “Maddə

710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğ rafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. 39. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan istifadə etməkdir. müddətli “Maddə

4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında Torpaq İcarəsi haqqında Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənf əət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. “Maddə

14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur....” “Maddə

23. İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyin atı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

40. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Qanununun tətbiq edilməsi barədə” Fərmanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.5. həmi n Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.0.16.dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək həmin Xidmətin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir....” 42. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə 11.Dövlət büdcəsinin gəlirləri... 9.3. Qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.”

43. Azərbaycan Respublikası aşağıdakılar nə zərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələl ər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Hazırkı işdə iddiaçı torpaq icarəsi haqqının ödənilməsini cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi birinci insansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

45. Cavabdeh özünün kassasiya şikayətində hesab edir ki, 2020-ci ildə ölkədə yayılmış koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi üzrə Nazirlər Kabinetinin müvafiq qərarları ilə sahibkarlıq subyektləri üçün icarə haqqının ödənilməsində güzəştlər tətbiq olunmasına baxmayaraq, cavabdeh həmin dövrdə icarə haqqını tam şəkildə ödədiyindən, faktiki ödənilmiş vəsait nəzərə alınaraq cavabdeh mübahisəli dövr üçün ondan tələb olunan icarə haqqı borcundan azad edilməli, ona görə də iddia rədd edilməli idi.

46. Yəni cavabdeh mahiyyət etibarilə hökumət tərəfindən güzəşt tətbiq edilmiş dövr üzrə ödədiyi torpaq icarəsi haqqının mübahisəli dövr üçün ondan tələb olunan icarə haqqı borcu ilə əvəzləşdirilməsini tələb edir.

47. Kassator eyni dəlilləri aşağı məhkəmə instansiyalarındakı icraat zamanı da bildirmiş, işə baxan məhkəmələr bununla bağlı öz mövqelərini lazımi qaydada əsaslandırmışdırlar.

48. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin ödədiyi icarə haqları dövlət büdcəsinə ödənildiyinə görə hazırki işdə həmin məsələ müzakirə predmeti ola bilməz. Belə ki, “Büdcə siste mi haqqında” Qanunun 9.3-cü maddəsindən görünür ki, artıq ödənilmiş ödənişlərin büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. Büdcəyə daxil olmuş vergi, rüsum və ya digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması isə xüsusi qaydalar çərçivəsində həyata keçirilir. Bu baxımdan, iddiaçı müqavilə üzrə 2022-ci il 31 iyul tarixinə qədər ödənilməli olan, lakin ödənilməyən 32.000 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.

49. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

50. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin qeyd olunan dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.

51. Kassatorun digər dəlili isə ondan ibarətdir ki, cavabdeh iddiaçıya müraciət edərək Nazirlər Kabinetinin sözügedən qərarının müvafiq bəndini tətbiq edilməklə, qərara uyğun olaraq icarə haqqının hesablanmaması xahiş olunmuş, lakin iddiaçı tərəfindən hər hansı cavab verilməmiş və icarə haqqının ödənilməsi tələb olunmuş, nəticədə Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli qərarında göstərilən “icarə haqlarının 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmaması”na dair müddəa nəzərə alınmamışdır.

52. Qeyd etmək lazımdır ki, həmin dəlil də əvvəlki məhkəmə instansiyalarında bildirilmiş, lakin dəlildə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır.

53. Kassa tor isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq pozuntularına yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.

54. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların qiymətləndirərkən MPMin 88-ci maddəainin (bax yuxarıda § 43) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(103)-1069/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Həmçi nin məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, cavabdeh mübahisə predmeti olan icarə müqaviləsi üzrə artıq ödədiyini hesab etdiyi vəsaitin qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti qurumlara müraciət etmək hüququnu özündə saxlayır.

57. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 22(103)-1069/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar