Məhkəmə qərarları › İş №2-2(102)-222/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-222/2024

29.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-222/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının cavabdehə qarşı sənədlərin təqdim olunması və digər tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardad ından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh nizamnaməsinin 6.1-ci bəndinə əsasən, müəssisənin ali idarəetmə orqanı - cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır. Həmin nizamnamənin 6.4-cü bəndinə əsasən, ümumi yığıncağın növbədənkənar iclasları cəmiyyətin təsisçilərindən birinin və ya baş müdirin yazılı tələbi ilə çağırılır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə: - cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ü mumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması, - təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış iddiaçıya təqdim edilməsi vəzifələrinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)3725/2023 nömrəli qərardadı ilə “cavabdehin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nın keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim - Kənan Hüseynov).

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin iddia tələbinə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olar. Belə ki, iddiaçı tərəf cavabdehdə 50 faiz paya sahib olduğunu qeyd edərək, göstərilmiş tələblə çıxış etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 91.1-3cü maddəsinə görə, cəmiyyətin növbədənkənar ümumi yığıncağı onun nizamnaməsində müəyyən edilən hallarda və qaydada çağırılır.

6. İşin hallarından (bax § 1) göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılar ının növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə cavabdehin nizamnaməsi ilə tənzimlənmişdir. Bu səbəbdən, cavabdehin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Bu baxımdan, iddianın qeyd edilən hissəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.

7. İddiaçı əvvəlcə, cavabdehin iştirakçılarının ümumi yığıncağının keçirilməsini tələb etməli, cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, MM-in 91.1-5ci maddəsinə uyğun olaraq ümumi yığıncağın keçirilməsini yenidən çağırmalı, MM-in 91.16-cı maddəsində göst ərilən əsaslara görə yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın keçirilməsini təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan ardıcıllığa riayət etməklə cəmiyyətin ümumi yığıncağının keçirilməsinə nail ola bilər.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 87.1, 91.1 və 91.1-1 - 91.16-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)3725/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh büdcəsinin, ştat cədvəlinin, strukturunu t əsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən iddiaçıya təqdim olunması qət edilmişdir (hakim – K.Hüseynov).

10. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir.

11. İddiaçı məhkəmənin 2023-cü il 13 noyabr tarixli qərardadından şikayət verərək onun ləğv olunması, iddianın iş üzrə icraata xitam verilmiş hissədə təmin olunmasını xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli e-2-2(113)3725/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Baxışova, hakimlər - R.Qurbanov və A.Hüseyn).

14. Apellyasiya instansiyası məhkəməsi bu qərarın 1 və 6-cı bəndlərində göstərilənləri vurğulayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

15. Şikayətin MM-in 91.1-3-cü maddəsi və cavabdehin nizamnaməsində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılmasının icra mexanizmi və qaydasının nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MM-in 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanun vericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). MM-də məhdud məsuliyyətli cəmiyyətlər üçün ümumi yığıncağın çağırılması üsulu və qaydası nəzərdə tutulmasa da MM-in 107-1ci maddəsində səhmdar cəmiyyətlər üçün səhmdarlarının ümumi yığıncağının digər səhmdarlara bildiriş göndərilməklə çağırılması, bildirişdə ümumi yığıncağın gündəliyə təklif olunan məsələlərin qeyd edilməli olduğu nəzərdə tutulmuşdur. İddiaçının 50 faiz paya malik təsisçi olaraq digər təsisçiyə bildiriş göndərməklə növbədənkənar ümumi yığıncaq çağırmasını qadağan edən norma olmadığından şi kayət məhkəmə tərəfindən əsassız hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 91.1-3–91.1-6-cı, MPM-in 2.1, 4.1 və 24.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv olunması və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 91.1-3-cü maddəsinin tələbləri pozulmuşdur-iddiaçı qanuna müvafiq qaydada 2019-cu il 24 may tarixində cavabdehin nizamnamə kapitalında 50 faiz (50.000 ABŞ dolları dəyərində) pay əldə etmiş və bu haqda sabiq Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən cavabdehin adına 2019 -cu il 21 iyun tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin 2019, 2020, 2021 və 2022-ci illər üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, təsisçisi olan iddiaçıya növbəti ümumi yığıncağın çağırılması barədə məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 2020-ci il 10 yanvar, 2020-ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla yazılı formada cavabdehə müraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Son olaraq, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 iyun tarixli 13-7/2-3-11/1548/2023 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

19. Apellyasiya məhkəməsi MPM-in 385.1.1 və 386-cı maddələrinə əsasən maddi hüquq normalarını pozaraq hüququn tətbiq olunmasında səhv buraxmaqla, tətbiq edilməli olan qanunu tətbiq etməyərək qanunu səhv təfsir etmiş, yalnız qanunvericiliyin normalarını təkrar etməklə kifayətlənmiş, şikayətin dəlillərinə tam hüquqi qiymət verməmiş, şikayətin hansı əsaslara görə təmin edilmədiyini tam əsaslandırmamışdır.

20. Lakin MM-in 91.1-3-cü maddəsi və cavabdehin nizamnaməsində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılmas ının icra qaydası nəzərdə tutulmamışdır. Bundan başqa, MM-in 91.1-3-cü maddəsində göstərilmiş “çağırılır” sözünün təhlili və təfsiri onu deməyə əsas verir ki, bu hərəkəti iştirakçıların (iştirakçının) özü deyil, onun tələbi ilə başqa şəxs yerinə yetirməli, mövcud halda isə icra orqanı belə iclası çağırmalıdır. Ona görə də, MM-in 91.1-2-ci maddəsində nəzərdə tutulmuş prosedur qayda bu hala da (qanunun analogiyası) tətbiq olunmaqla ümumi yığıncaq icra orqanı tərəfindən çağırılmalıdır.

21. Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsi barədə cavabdehə müraciətlər cavabsız qaldığından və iddiaçı pozulmuş hüquqlarının müdafiəsini məhkəmədən kənar digər qaydada həyata keçirə bilmədiyindən, MPM-in 24.1-ci maddəsinə əsasən həmin hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburi yyətində qalmışdır. Lakin apellyasiya məhkəməsi MM-də məhdud məsuliyyətli cəmiyyətlər üçün ümumi yığıncağın çağırılması üsulu və qaydasının nəzərdə tutulmamasına dair iddiaçının şikayətində göstərdiyi hüquqi mövqeyi ilə razılaşmasına baxmayaraq, qərardadında MM-in 11-ci maddəsinə əsasən qanunun analogiyasının tətbiq edilməli olduğunu bildirmişdir. Məhkəmə MM-in 107-1-ci maddəsinə istinad etməklə həmin maddədə nəzərdə tutulmuş qaydada səhmdar cəmiyyətlər üçün nəzərdə tutulmuş səhmdarların ümumi yığıncağının keçirilməsi prosedurunun iddiaçının tələbinə də tətbiq olunmasını mümkün hesab edərək şikayəti təmin etməmişdir. Apellyasiya məhkəməsi bu halda da istinad etdiyi maddi hüquq normalarının tələblərini pozmuşdur.

22. Belə ki, MM-in 107-1-ci maddəsində səhmdarların özləri tərəfindən səhmdarl arın ümumi yığıncağının çağırılması nəzərdə tutulmamışdır. Həmin maddənin məzmunundan görünür ki, hər bir halda, o cümlədən səhmdarların tələbi olduqda belə ümumi yığıncaq səhmdar cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Lakin apellyasiya məhkəməsi MM-in 107-1-ci maddədə nəzərdə tutulmuş prosedurun (hər bir halda ümumi yığıncağın cəmiyyətin icra orqanı tərəfindən çağırılması) istinad etdiyi MM-in 11-ci maddəsində nəzərdə tutulmuş qanunun analogiyası baxımından iddiaçının tələbinə də aid etməli olduğu halda, MM-in 11 və 107-1-ci maddələrinin tələblərini pozaraq bunu etməmişdir.

23. MPM-nin 9.3, 24.1, 418.1 və 418.2-ci maddələrinin tələbləri pozulmuşdurapellyasiya məhkəməsi qeyd olunan maddənin tələblərini pozaraq qanunsuz və əsassız qərardad qəbul etmişdir. İddiaçı tərəfindən cəmiyyət in təsisçilərinin ümumi yığıncağının keçirilməsi barədə cavabdehə ünvanlanmış 2020-ci il 10 yanvar, 2020-ci il 14 fevral, 2020ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublar, həmçinin 2023-cü il 14 iyun tarixli 137/2-3-11/1548/2023 nömrəli pretenziya cavabsız qaldığından və iddiaçı pozulmuş hüquqların müdafiəsini məhkəmədən kənar digər qaydada həyata keçirə bilmədiyindən məhkəməyə müraciət etsə də, məhkəmə pozulmuş hüquqların müdafiəsini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə MM-in 11 və 107-1-ci maddələrində nəzərdə tutulmuş maddi hüquq normalarını pozaraq, hüququn tətbiq edilməsində səhv buraxmaqla tətbiq olunmalı qanunu tətbiq etməyərək qanunu səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə... 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən halla rda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.... 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yeni dən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir....” “Maddə 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar ş urası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-1.5. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. səh mdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; 107-1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi; 107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. 107-1.6. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. 107-1.7. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlid ir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə mediada elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir.”

27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Pro sessual Məcəlləsinin müvafiq “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə cavabdehin 50% payçısı olan iddiaçının, cavabdehin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulmasına dair tələbinə qiymət verilmişdir.

29. Birinci inst ansiya məhkəməsi həmin tələb hissəsində iş üzrə icraata xitam verərək, gəldiyi nəticəni onunla əsalandırmışdır ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılma qaydası mülki qanunvericiliklə, habelə cavabdehin nizamnaməsi ilə tənzimləndiyindən həmin iddia tələblərinə məhkəmədə baxıla bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qanunun analogiyası qaydasında belə nəticəyə gəlmişdir ki, MM-də məhdud məsuliyyətli cəmiyyətlər üçün ümumi yığıncağın çağırılması üsulu və qaydası nəzərdə tutulmasa da, MM-in 107-1-ci maddəsində səhmdar cəmiyyətlər üçün səhmdarlarının ümumi yığıncağının digər səhmdarlara bildiriş göndərilməklə çağırılması, bildirişdə ümumi yığıncağın gündəliyə təkl if olunan məsələlərin qeyd edilməli olduğu nəzərdə tutulmuşdur. İddiaçının 50 faiz paya malik təsisçi olaraq digər təsisçiyə bildiriş göndərməklə növbədənkənar ümumi yığıncaq çağırmasını qadağan edən norma olmadığından şikayət məhkəmə tərəfindən əsassız hesab edilir.

31. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən məhkəmənin mövqeyi ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

32. Əvvəla, MM-də hüquqi şəxsin təşkilati hüquq forması olaraq məhdud məsuliyyətli cəmiyyətlərdə növbədənkənar ümumi yığıncaqdan fərqli olaraq, növbəti ümumi yığıncağın çağırılması qaydası nəzərdə tutulmuşdur. Belə ki, MM-in 91.1-2-ci maddəsinə (bax bu qərarın 26-cı bəndinə) görə, məhdud məsuliyyətli cəmiyyətin (bundan sonra – “MMC”) iştirakçıla rının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır.

33. İstinad olunan normanın məzmunundan göründüyü kimi, MMC-nin növbəti ümumi yığıncağı icra orqanı tərəfindən çağırılır.

34. MM-nin 91.1-3-cü maddəsində (bax bu qərarın 26-cı bəndinə) isə MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının, icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırıldığı təsbit olunmuşdur.

35. Göründüyü kimi, MM-nin 91.1-3-cü maddəsində iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır.

36. Bununla belə, MM-nin 91.1-5 və 91.1.6-cı maddələrində (bax bu qərarın 26cı bəndinə) MMC-lərin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur.

37. MM-in 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin məzmununun birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda MMC-lərin iştirakçılarının həm növbəti, həm də növbədənkənar ümumi yığıncaqlarına aiddir.

38. Apellyasiya instansiyası məhkəməsinin qanunun analogiyası qaydasında ümumi şəkildə istinad etdiyi MM-nin səhmdar cəmiyyətlərə aid 107-1-ci maddəsindən isə a ydın olur ki, səhmdarların istər növbəti, istərsə də növbədənkənar yığıncaqları səhmdar cəmiyyətin idarəetmə orqanı tərəfindən çağırılır.

39. Belə ki, MM-in 107-1.2, 107-1.3 və 107-1.6-cı maddələrinin (bax bu qərarın 26-cı bəndinə) məzmununa görə, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). İllik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən, direktorlar şurası (müşahidə şurası) olmadıqda isə, cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmi yyətin icra orqanı tərəfindən çağırılır.

40. Göründüyü kimi, analoji normalarda da səhmdarların növbəti və ya növbədənkənar ümumi yığıncağının bilavasitə səhmdarın özü tərəfindən, digər səhmdarlara bildiriş göndərilməklə çağırılması qaydası müəyyən edilməmişdir.

41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələdə qanunun analogiyası qaydasında MM-in 107-1-ci maddəsinə istinad etməklə hüququn tətbiqində səhvə yol vermişdir.

42. Bildirişdə ümumi yığıncağın gündəliyə təklif olunan məsələlərin qeyd edilməli olduğuna gəldikdə isə, həmin məsələlər öz əksini MM-in 107-1.5-ci maddəsində (bax bu qərarın 26-cı bəndinə) tapmışdır. Həmin maddənin MM-in 1071.2, 107-1.3 və 107-1.4-cü maddələri ilə qarşılıqlı təhlili onu deməyə əsas verir ki, sözügedən no rmalar səhmdarların növbədənkənar deyil, məhz növbəti (illik) ümumi yığıncağının çağırılması ilə bağlıdır.

43. Belə olan təqdirdə isə, apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələdə qanunun analogiyası qaydasında nəyə görə MM-in MMC-lərə aid olan 91.1-2-ci maddəsinə deyil, məhz səhmdar cəmiyyətlərə aid olan 107-1-ci maddəsinə istinad etməsinin hüquqi əsasları mübahisələndirilən qərardadda göstərilməmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi, MM-in 91.1-2-ci maddəsi MMC-lərin iştirakçılarının növbəti ümumi yığıncağının keçirilməsi qaydasını müəyyən etmiş və həmin maddədə də növbəti yığıncağın MMC-nin icra orqanı tərəfindən çağırıldığı təsbit olunmuşdur.

44. O da qeyd olunmalıdır ki, baxılan işdə iddiaçıya cavabdehin ümumi yığıncağını bilavasitə özünün çağırmasının tövsiyə edilməs i, ümumi yığıncağın keçirilməməsi ilə bağlı tərəflər arasında mövcud mübahisənin həll edilməmiş qalmasına gətirib çıxarmaqla, MPM-in 4.1 və 24.1-ci maddələrinin pozulması ilə nəticələnmişdir.

45. Belə ki, iddiaçı iddia edir ki (bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir), cavabdehin 2019, 2020, 2021 və 2022-ci illər üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, təsisçisi olan iddiaçıya növbəti ümumi yığıncağın çağırılması barədə məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 2020-ci il 10 yanvar, 2020-ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla yazılı formada cavabdehə m üraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Son olaraq, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 iyun tarixli 13-7/2-3-11/1548/2023 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

46. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmələr, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, b u Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (MPM-nin 4.1 və 24.1-ci maddələri - bax bu qərarın 27-ci bəndinə).

47. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxan məhkəmələr MPM-nin 4.1 və 24.1-ci maddələrinə istinad etsələr də, iş üzrə icraata xitam verməklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd nəticəyə gəlmişlər.

48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı və iddianın əsaslı olubolmamasına hüquqi qiymət verilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 25 dekabr tarixli 2-2(103)1137/2023 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qa ytarılmalıdır.

49. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar