Məhkəmə qərarları › İş №2-2(102)-222/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-222/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-222/2025 03.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 22(103)-1055/2024 nömrəli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) “X1 "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi zərərə görə 46.702 manat, eləcə də əldən çıxmış faydaya görə 42.200 manat, mənəvi sıxıntılar səbəbindən səhhətinə dəymiş ziyana görə 10.000 manat, məhkəməyə ödənilmiş rüsum 319 manat olmaqla, ümumilikdə 99.221 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiyа Məhkəməsinin 2024-cü il 22 avqust tarixli 2-2(113)-1507/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 46.702 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 46.902 manat məbləğində pul məbləği tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Abbasov).

3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1055/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsin i, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müva fiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 7) tələbləri pozulmaqla verilmişdir.

10. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi verilərkən iddia tələbi dəymiş maddi zərərə görə 66.096 manat, mənəvi zərər görə 10.000 manat olmaqla, ümumilikdə 76.096 manat təşkil etmişdir. Lakin daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq maddi zərərə görə 46.702 manat, eləcə də əldən çıxmış faydaya görə 42.200 manat, mənəvi sıxıntılar səbəbindən səhhətinə dəymiş ziyana görə 10.000 manat olmaqla, cəmi 98.902 manat pulun, həmçinin məhkəməyə ödənilmiş 319 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

11. Göründüyü kimi, iş üzrə iddia qiyməti ümumilikdə 76.096 manat deyil, 98.902 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin (bax § 6) tələblərinə əsasən, cavabdeh tərəfindən ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 193,35 manat təşkil etməlidir.

12. Lakin kassasiya şikayəti verilərkən, cavabdeh tərəfindən iddianın qiyməti 98.902 manat deyil, 76.096 manat nəzərə alınmaqla cəmi 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.

13. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və 408.1.3-cü maddələrinin (bax § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

14. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunm uş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1055/2024 nömrəli qətnaməsindən cavabdeh “X1 "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar