Məhkəmə qərarları › İş №2-2(102)-223/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-223/2021

25.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-223/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR 25.08.2021 Açar sözlər: borcun silinməsi, dəymiş zərərin əvəzinin ödənilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və Vüqar Həsənovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, ilk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh İB tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli 2-2(103)-68/20 21 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ Cavabdeh (bundan sonra- İB) ilə İddiaçı (bundan sonra- İddiaçı) arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli AMX-4976/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,20 manat məbləğində müəyyən edilir.

3. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

4. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. 5. 2020-ci il 31 mart tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus istixanaya 2020-ci il 31 mart tarixdə baxış keçirilmiş və baxış zamanı 1 ədəd gücü 3000 kw olan qazanın nasaz olması aşkar edilmişdir. ARDNŞ-nin Cavabdeh İB-dən daxil olmuş 2020-ci il 31 mart tarixli, 29/1640-00507 nömrəli akta əsasən, texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hesablama mexanizminə vurulan SMPDK-nın qurğuşun plombların simi fərqlid ir. Plombun üzərindəki il və rüb oxunmur. İmpuls ötürücüsünə vurulan “Socar” ın nömrəli plombunun simi fərqlidir. Nömrəli plombun simi keçən dəliklər əridilərək genişləndirilib. Nömrəli plombun daxilində ağ rəngli yapışqan maddə mövcuddur. Baxış zamanı sayğacın üst şəffaf qapağında mənşəyi məlum olmayan qurğuşun plomblar aşkar olunmuşdur. Nömrəli plombların nömrələri fərqlidir. Hesablayıcı mexanizmin rəqəmləri zədələnmişdir.

6. Dəymiş ziyanın bərpasına dair 2020-ci il 31 mart tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus istixanada sənaye və qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 2020-ci il 31 mart tarixli 29/164000507 nömrəli aktına əsasən G-1000 markalı 83045540 nömrəli sayğaca müdaxilə olunmuşdur, nəticədə qaz itkisi yaranmışdır. Də ymiş ziyanın cəmi 1.080.000 kub metrdir. Əsas kimi 2020-ci il 31 mart tarixli, ******* nömrəli akt göstərilmişdir.

7. İddiaçı (abonent kodu:**********00000) saldosundan görünür ki, abonentə 2020-ci ilin mart ayında sərfin məbləği 34397 manat, qalıq və aktlar bölməsində 216.000 manat borc yazılmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh İB-yə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İB tərəfindən qəbul edilmiş 2020-ci il 31 mart tarixli qərarın (tələbnamə) ləğv edilməsi, əsassız hesablanmış 216.000 manat pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla ə saslandırılmışdır ki, Şəmkir rayonu ərazisində yerləşən ona məxsus istixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş və təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. İB-nin nümayəndələri tərəfindən 2020-ci ilin mart ayında istixanada quraşdırılmış sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, sayğac onun iştirakı və məlumat olmadan yoxlamadan keçirilmiş, sayğacda nöqsanlar aşkar edilmiş, 2020-ci il 31 mart tarixli qərarla ona sayğacın 90 gün qüsurlu işləməsi əsası ilə 216.000 manat cərimə hesablanmışdır. Halbuki, həmin 90 gün ərzində İB-nin işçiləri tərəfindən sayğaca ən azı 6 dəfə baxış keçirilməklə göstəricilər götürülərək ona hesab faktura təqdim edilmişdir. Əgər bu 3 ay ərzində sayğacda nöqsan olsa idi bu barədə ona daha əvvəl məlumat verilərdi. Bunda n başqa, sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsinin hüquqi əsasları ona bildirilməmiş, bununla da qazdan istifadə qaydalarının tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin, qaz sayğacı çıxarılarkən onun iştirakı təmin edilməli, sayğac xüsusi qutuya qoyaraq ağzı plomblanmalı, laboratoriyada qutudan onun iştirakı ilə çıxarılmalı və onun iştirakı ilə yoxlamadan keçirilməli olduğu halda, İB tərəfindən bunların heç birinə əməl olunmamış, dəymiş ziyanın hansı qaydada, hansı normativ hüquqi akta əsasən və necə hesablanması barədə əsaslandırılma aparılmamışdır. Cavabdeh təşkilat tərəfindən həmçinin “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri də kobud şəkildə pozulmuşdur.

10. Məhkəmə araşdırması zamanı ilkin i ddia tələbi üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsassız hesablanmış 216.000 manat pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İB İddiaçı qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş ziyan məbləğinə görə ümumilikdə 382746,80 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdeh tərəfindən bank hesbaına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonund a yerləşən İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə istixanada quraşdırılmış G-1000 markalı 83045540 nömrəli qaz sayğacına hesablayıcı mexanizmin rəqəmləri zədələnməklə, şəffaf qapağında mənşəyi məlum olmayan qurğuşun pomblar aşkar olunmaqla, həmçinin hesablayıcı mexanizminə və impuls ötürücüsünə vurulan xüsusi nömrəli plombların simləri fərqli olmaqla simi keçən dəliklər əridilərək genişləndirilməklə və plombun daxilində ağ rəngli yapışqan maddə aşkarlanmaqla müdaxilə edilmişdir. Bu barədə İB-nin mütəxəssisləri və İddiaçı iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 2020-ci il 31 mart tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən abonent tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün 1.080.000 kub metr təbii qaz sərfi, yəni 216000 manat dəymiş ziyan hesablanmışdır. Əlavə olaraq 2020ci il 1 aprel tarixədək həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 166746,80 manat borc da dəymiş ziyana əlavə edilməklə abonentin ümumilikdə Şəmkir RQİİ-nə 382.746,80 manat borcu yaranmışdır. Ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur.

13. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 216.000 manat dəymiş ziyan borcunun Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli e-2-2(113)1474/2020 saylı qətnamə si ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir (hakim S.Nuriyeva).

15. Məhkəmə hesab etmişdir ki, İB tərəfindən sayğaca keçirilmiş baxış qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin, cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Bu səbəbdən, qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçını n istifadəsində olan istixanada quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur.

16. Məhkəmə qarşılıq iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilk iddia tələbi üzrə iddiaçıdan tələb olunan məbləğ abonent hesabına sayğacın göstəriciləri əsasında deyil, 2020-ci il 31 mart tarixli akt əsasında yazılmışdır. Həmin akt isə hüquqi nəticə doğurmadığından İB borcun ödənilməsini tələb etməkdə haqlı deyildir.

17. Məhkəmə bu qənaətini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Qanunun 3.2, 13.1, 17.3, 20.1, 1.4, 1.5, 1.6-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 27 yanvar tarixli 2-2(103)-68/2021 saylı qətnaməsi ilə cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1474/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

20. Apellyasiya məhkəməsi birinc i instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.12, 4.9-cu bəndləri və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birgə təfsirindən müəyyən olunur ki, qaz sayğacı yalnız istehlakçının təqsiri üzündən zədələndiyi halda sonuncu məsuliyyət daşıyır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçıya məxsus istixanaya verilən təbii qazın qeydiyyatını aparan sayğac həmin istixanada deyil, İB-nin nəzarətində olan qaz paylama stansiyasında yerləşmişdir. Ona görə də, iddiaçı tərəfindən həmin sayğaca müdaxilə edilməsi faktiki mümkün deyil. Bundan başqa, həmin Qaydaların 2.10-cu bəndinə görə sahibkarl ıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh isə mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda, həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz.

21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 8 0 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”mn 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. İB tərəfindən İddiaçı məxsus istixanada heç bir yoxlama keçirilməmiş, İddiaçıya məxsus istixanada istismarda olan qaz sayğacının sərfiyyat göstəricisinin oxunması zamanı sayğacın alarm rejimində işləməsi müəyyən edilmiş və bu səbəbdən də qaz sayğacı istismardan çıxarılmış və istixanaya müvəqqəti qaz sayğacı quraşdırılmışdır. Məhkəmə əsassız olaraq qaz sayğacının sərfiyyat göstəricisinin oxunmasını, oxunma zamanı qaz sayğacında aşkar edilmiş nasazlıq səbəbindən qaz sayğacının çıxarıl masını yoxlama kimi qiymətləndirmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən onun istifadəsində olan qaz sayğacı çıxarılarkən onun və ya nümayəndəsinin iştirakı təmin olunmamış, sayğac xüsusi qutuya qoyularaq plomblanmamış, habelə laboratoriyada sayğaca baxış zamanı iddiaçının iştirakı təmin edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən dəymiş ziyanın hansı normativ hüquqi akta əsaən və hansı qaydada hesablanması aydın olmamış, həmçinin i stfadə edilmiş qaza görə edilmiş ödənişlər cavabdeh tərəfindən hesablanmış cərimədən çıxılmamışdır. Cavabdeh tərəfindən həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Tərəflərin izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)68/2021 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümay əndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun dəlillərinin formal mülahizədən ibarət olduğunu bildirmiş və məhkəmə kollegiyasından cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)-68/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh apellyasiya instans iyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Ümumi tələbl ər

5. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Maddə

13. Qazın pаylаnmаsı və sаtılmаsı...

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edi lməsi haqqında” 12.05.2011-ci il tarixli Qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikint iyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-2. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının döv riliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....”. Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibka ra və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər....”. Maddə

34. Yoxlayıcı orqanların (yoxlayıcıların) hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası qərarlarından və 34.1. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sah ibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər....”. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cüml ədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, tamlığını və mühafizəsini təmin edir. kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

31. Kassasiya instansiyası məhkəməsi tərəf indən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

32. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarınının pozulması ilə çıxarılması ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.

34. İşin hallarında göründüyü kimi, tərəflər arasında qazın alqı-satqısna dair 2019-cu il 20 sentyabr tarixli, AMX-4976/19 saylı müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”na əsasən bağlanmış və həmin Qaydalara riayət edilməsi” paylayıcının və istehlakçının hüquq və vəzifələrində müəyyən olunmuşdur. 35. 31 mart 2020-ci il tarixli, ******* saylı akta əsasən, Cavabdeh İB-nin işçiləri tərəfindən iddiaçıya məxsus istixanada onun istismarında olan qaz sayğacının dövlət yoxlamasından keçirilməsi üçün baxış keç irilmiş, lakin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. 36. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; - 2.3-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; - 3.2.-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

37. Sadalanmış müddəaların mənasından bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilm iş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində qanun pozuntusu müəyyən edilsə belə, onların hüquqi nəticəsi əhəmiyyətsizdir və bu vəziyyətdə məsuliyyət tədbirləri tətbiq oluna bilməz.

38. Tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə münasibətləri yaranmış və həmin müqavilə üzrə tərəf olan cavabdeh qazdan istifadə ilə bağlı inhisarçı mövqe tutan hüquqi şəxs olduğundan, müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı apardığı yoxlamalarla, baxışlarla bağlı istinad edilmiş qanunun müddəalarının tələblərinə riayət etməli idi. Təbii inhisarçı barəsində bu cür davranış “Qazdan istifadə qaydaları”nın 2.10-cu bəndinin müəyyənləşdirdiyi tələbdir.

39. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhk əməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)-68/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

41. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası ”” QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)-68/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar