Məhkəmə qərarları › İş №2-2(102)-223/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-223/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-223/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Əliyev Ələsgər Əliabbas oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka pred metinə yönəldilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi

1. İddiaçı 2019-cu il 15 mart tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 15.03.2019-cu il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 11997 manat 85 qəpik əsas borc, 385 manat 62 qəpik faiz borcu, 963 manat 23 qəpik cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 1149 manat 79 qəpik faiz borcu olmaqla, cəmi 14496 manat 49 qəpik məbləğində vəsaitin, 31 manat dövlət rüsumunun və 31 manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, 12 may 2014-cü il tarixdə İddiaçı ASC və Cavabdeh1 arasında 77 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 12000 manat məbləğində, illik 6 % olmaqla, 18 aylıq güzəştlə, 36 ay müddətinə kredit verilmişdir. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 12 may 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə ipot eka müqaviləsi bağlanmış və onlara məxsus Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi 0.24 ha torpaq sahəsi ilə birgə 33 №-li kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. Bundan başqa, öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında 12 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Döxlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 21.05.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeyd iyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə çıxarış verilmişdir. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bunun nəticəsində 21.12.2018-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-nə olan 11997 manat 85 qəpik əsas borc, 385 manat 62 qəpik faiz borcu, 963 manat 23 qəpik cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 1149 manat 79 qəpik faiz borcu olmaqla, cəmi 14496 manat 49 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün iddiaçı tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08 noyabr 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 14 dekabr 2018-ci il tarixdə də qeydiyyata alınmışdır.

3. Göygöl rayon Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli, 2(066)-213/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizki şəxs olmaqla VÖEN-ə malikdir, ona kredit sahibkarlıq məqsədilə verilmişdir. 2020-ci ili n yanvar ayının 1-dən isə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklər qüvvəyə minmiş və kommersiya məhkəmələri fəaliyyətə başlamışlar. Hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan, işin aidiyyəti kommersiya məhkəməsinə aiddir. Ona görə də, iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən, baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

5. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 16 fevral tarixli, 2-2(115)-341/2022 saylı qərardadı ilə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdır.

6. Həmin məhkəmə bildirmişdir ki, 2020-ci il 1 yanvar tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 5.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Hazırki halda, iddiaçı cavabdehlər qismində sahibkar olan fiziki şəxslə yanaşı belə statusu olmayan digər fiziki şəxsə qarşı 2019-cu il 15 mart tarixdə iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Bu səbəbdən, 2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qa ydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Göygöl rayon Məhkəməsində həll edilməlidir.

7. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, iş mahiyyəti üzrə baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı cavabdehlər qismində Cavabdeh1 və Cavabdeh2 kimi sahibkar olan şəxslərlə yanaşı belə statusu olmayan fiziki şəxslər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı 2019-cu il 15 mart tarixdə iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, məhkəmə isə aidiyyat qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. 8. 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

9. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüq uq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

11. Bundan başqa, MPM-in 30-cu maddəsində göstərilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddənin bu məzmunda olan mətni 2020-ci ilin yanvar ayından qüvvədədir. İddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinin icraatına qəbul olunarkən bu qayda mövcud olmamışdır.

12. MPM-in 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin ö z icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbu l etmiş məhkəmədə həll edilməlidir.

14. Göründüyü kimi, 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Göygöl Rayon Məhkəməsində həll edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.9.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən işi məhkəmə aidiyyəti üzrə göndərə bilər.

16. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.9.1-ci maddəsini rəhbər tutaraq məhkəmə tərkibi q ə r a r a a l d ı: idd iaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi borcun ipoteka predmetinə yönəldilmklə tutulması tələbinə dair iş aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar