Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-224/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "A"-nın cavabdeh “B” ASC-yə qarşı iş üzrə QƏRARI açar sözlər: (sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225.772,41 manat borc məbləğinin ləğv edilərək “Azərbaycan” Nəşriyyatının abonent hesabından silinməsi) GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, iddiaçı "A" cavabdeh “B” ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 03 mart 2020-ci il tarixli, 2-2(103)-156/2020 saylı qətnaməsindən cavabdeh ASC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “Azərsu” ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 551.2.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrini rəhbər tutaraq, 01.05.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş, 28.11.2012-ci il tarixindən 01.05.2014-cü il tarixinədək olan dövrü əhatə edən cavabdeh “Azərsu” ASC tərəfində n iddiaçı nəşriyyata sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225.772,41 manat (iki yüz iyirmi beş min yeddi yüz yetmiş iki manat, qırx bir qəpik) borc məbləğinin ləğv edilərək nəşriyyatın abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərsu” ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 06 oktyabr 2016-cı il tarixli 070031 saylı protokol tərtib edilərək nəşriyyatın sudan istifadəyə və kanalizasiya xidmətinə görə 855.374,97 manat borcu olduğu bildirilmişdir. Nəşriyyat iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərsu” ASC tərəfindən nəşriyyata hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2-2(81)-134/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "Azərsu" ASC tərəfindən iddiaçıya 01.08.2011-ci il tarixdən 28.04.2014-cü il tarixədək hesablanmış 521.528,84 manat borcun silinməsi, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh “Azərsu” ASC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-180/2018 saylı, 15.05.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-134/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qə bul edilmiş, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya 01.08.2011-ci il tarixdən 28.04.2014cü il tarixədək hesablanmış 504.616,32 manat borcun silinməsi, iddia tələbinin qalan 103.516,9 manat borcun silinməsi hissəsində təmin olunmaması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2-2(103)-12/2019 saylı qətnaməsi ilə “Azərsu” ASC tərəfindən nəşriyyata sudan istifadə və kanalizasiya xidmətlərinə görə 28.04.2014-cü il tarixiədək hesablanmış 421.289,42 manat (dörd yüz iyirmi bir min iki yüz səksən doqquz manat qırx iki qəpik) bor cun ləğv edilməsi və iddiaçının abunə hesabından silinməsi "Azərsu" ASC-yə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən “Azərsu” ASC tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2-2(102)004/2019 saylı, 27 iyul 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 22(103)-12/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsi 28 fevral 2019-cu il tarixli qətnaməsində, 5 illik tələbetmə müddətinin keçdiyini əsas götürərək, iddia ərizəsinə dəqiqləşməninin verildiyi tarixdən yəni, 28.11.2017-ci ildən 5 (beş) il əvvələ yəni 28.11.2012-ci il tarixədək hesablanmış lakin ödənilməmiş, 5 illik tələbetmə müddəti keçmiş 253.317,79 manat (iki yüz əlli üç min üç yüz on yeddi manat, yet miş doqquz qəpik) borcun silinməsini qət etmişdir. Eyni zamanda, bu qətnamədə, tələbetmə müddəti həmin dövr üçün keçməmiş, lakin xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əsassız hesablanmış 167.971,63 manat (bir yüz altmış yeddi min doqquz yüz yetmiş bir manat, altmış üç qəpik) borcun silinməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsində qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdən sonra iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirildiyi halda cavabdeh tərəfindən düzgün olmayaraq cari borclar üzrə silindiyi müəyyən edildiyindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225.772,41 manat borcu üzrə 3 illik iddia müddətinin keçdiyi müəyyən edilir. Lakin məhkəmə he sab edir ki, iddia müddətinin keçməsi borcla bağlı məhkəmə qaydasında tələb irəli sürüldükdə cavabdeh tərəfin ərizəsi əsasında iddianın rədd edilməsi üçün əsas olsa da, hazırkı halda iddia müddəti keçmiş borclar üzrə öhdəliyə xitam verilməsi və həmin borcların iddiaçının abunə hesabından silinməsi barədə iddia tələblərinin qanuni əsası yoxdur. Eyni zamanda, tələbetmə müddətinin kəsilibkəsilmədiyi məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2011-ci ildən xx.xx.2014-cü il tarixədək iddiaçı tərəfindən “Azərsu” ASC-nə cəmi 38.928,61 manat ödəniş edilmişdir. Eyni zamanda, Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-2-(81)-2447/2011 saylı qətnaməs i əsasında iddiaçıdan tutulmuş 230.558,52 manat borc məbləği ödənilməmişdir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, həmin ödənişlər qətnamənin icrasının təmin edilməsi üçün həyata keçirildiyi halda cavabdeh tərəfindən cari borclar üzrə ödəniş kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, “İcra haqqında” Qanunun tələbinə əsasən qanuni qüvvəyə minmiş dərhal icrası tələb edilməyən məhkəmə qərarlarının icra müddəti 2 ay müəyyən edildiyindən iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər ilk növbədə qətnamənin icrası ilə bağlı ödəniş kimi qəbul edilməli idi. Göründüyü kimi, həmin işə baxılan zaman xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225.772,41 manat borcu üzrə 3 illik iddia müddəti keçsə də, həmin dövrdə 5 illik tələbetmə müddəti keçmədiyindən və “Azərsu” ASC tərəfindən həmin borcun tutulması barədə tələb hüququ irəli sürülmədiyindən məhkəmə həmin borcun silinməsi barədə qərar qəbul etməmişdir. Lakin hazırki iddia ərizəsinin verildiyi vaxtda artıq “xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hesablanmış iddiaçının 225.772,41 manat borcu üzrə 5 illik tələbetmə müddəti keçmişdir və bu səbəbdən də həmin borc iddiaçının abonent hesabından silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı MM-in 551.2.1-ci və MPM-in 82.3cü maddələrini rəhbər tutaraq, xx.xx.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edən cavabdeh “Azərsu” ASC tərəfindən nəşriyyata sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225.772,41 manat (iki yüz iyirmi beş min yeddi yüz yetmiş iki manat, qırx bir qəpik) borc məbləğinin ləğv edilərək nəşriyyatın abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim: Fərid Mədətli) iddiaçının iddiası təmin edilmiş, xx.xx.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edən cavabdeh “xxxx” ASC tərəfindən nəşriyyata sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225.772,41 manat (iki yüz iyirmi beş min yeddi yüz yetmiş iki manat, qırx bir qəpik) borc məbləği üzrə öhdəliyə xitam verilərək həmin borcun iddiaçını n abonent hesabından silinməsi cavabdeh “Azərsu” ASC-nə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)156/2020 saylı 03.03.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: İ.Ə, hakimlər C.Y, Ş.M) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli e-22(081)-1170/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03.03.2020-ci il tarixli qətnaməsindən cavabdeh “Azərsu” ASC və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd ed ilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Kassasiya şikayətinin dəlilləri Məhkəmələr tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilmiş, həmin qətnamələr isə hüquqi qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Digər tərəfdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3cü maddəsini və Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarını iddiaçıya tətbiq etməli olduğu halda, cavabdehə münasibətdə tətbiq etmişdir. B elə ki, hüquq normalarının məzmununda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinin və yenidən sübut edilməsinin yolverilməzliyi qeyd olunur. İş üzrə göründüyü kimi, cavabdeh tərəf deyil, iddiaçı tərəf göstərilən normanın tələblərini pozaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini mübahisələndirmişdir. Məhkəmənin iş üzrə gəldiyi qənaətdən belə nəticə çıxarmaq olur ki, istənilən iş üzrə hər bir şəxsin iddiası təmin edilmədikdə müəyyən dövr keçdikdən sonra yenidən iddia qaldıra bilər. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Tərəflərin izahatları İddiaçının vəkili izahatında kassasiya şikayəti ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. O, bildirdi ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən heç bir maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayı r. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkə məsi tərəfindən araşdırılmış və iş materiallarında olan: iddiaçının cavabdehə 26 avqust 2019-cu il tarixli pretenziya məktubunda müəyyən edilir ki, iddiaçı tərəfindən 01.05.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş, 28.11.2012-ci il tarixindən 01.05.2014-cü il tarixinədək olan dövrü əhatə edən 225.772,41 manat borc məbləğinin ləğv edilərək nəşriyyatın abonent hesabından silinməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-12/2019 saylı, 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-134/2017 saylı 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdeh “Azərsu” ASC tərəfindən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə 28.04.2014-cü il tarixədək hesablanmış 421.289,42 manat borc məbləği ləğv edilmiş və iddiaçının abunə hesabından silinməsi “Azərsu” ASC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)304/2019 saylı 17 iyul 2019-cu il tarixli Qərarı ilə cavabdeh “Azərsu” ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-12/2019 saylı, 28 fevral 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçıya 28.11.2012-ci ilədək hesablanmış 253.317,79 manat məbləğində borcun tutulması üçün 5 illik tələbetmə müddəti keçdiyindən həmin bo rc üzrə öhdəliyə xitam verilməli və həmin məbləğin iddiaçının abunə hesabından silinməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etmişdir. MM-in 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında göstərmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırıbmış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin “iş üzrə icraata xitam verilməlidir” dəlilinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-12/2019 saylı, 28 fevral 2019-cu il tarixli qətnaməsində iddiaçının 28.11.2012-ci il tarixindən 01.05.2014-cü il tarixinədək olan dövrü əhatə edən cavabdeh “Azərsu” ASC tərəfindən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225.772,41 manat borc üzrə 3 illik iddia müddətinin ötürüldüyü qeyd olunmaqla, həmin borcla bağlı 5 illik tələbetmə müddətini gözləməsi tələb olunduğundan iddianın həmin hissədə qanuni əsasının olmadığı qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qəbul edilən zaman qeyd edilən borc üzrə 5 illik tələbetmə müddəti keçməmişdir. Lakin hazırki iddia ərizəsinin verildiyi vaxtda “Azərsu” ASC tərəfindən 28.11.2012-ci il tarixindən 01.05.2014-cü il tarixinədək iddiaçının 225.772,41 manat borcu üzrə 5 illik tələbetmə müddəti keçmişdir və bu səbəbdən həmin borc iddiaçının hesabından silinməlidir. Apellyasiya qaydasında işə baxan məhkə mə kollegiyası haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə cavab olaraq bildirir ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək dövrü əhatə edən 225.772,41 manat borcunun silinməsini xahiş edir. Əvvəlki məhkə mə aktlarından göründüyü kimi, məhkəmələr hazırkı iddia tələbinə qiymət vermişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsində öz əksini tapmış və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225.772,41 manat borcu üzrə 3 illik iddia müddətinin ötdüyünün qeyd olunması işin mübahisəsiz halını təşkil edir. Həmin qətnamədə bu borc üzrə 3 illik iddia müddətinin ötdüyü qeyd olunmaqla, 5 illik tələbetmə müddətini gözləməsi tələb olunduğundan iddianın həmin hissədə qanuni əsasının olmadığı qeyd edilmiş, xx.xx.2012-ci ilədək hesablanmış lakin ödənilməmiş 5 illik tələbetmə müddəti keçmiş 253.317,79 manat borcun və əsassız hesablanmış 167.971,63 manat borcun (cəmi 421.289.42 manat borcun) silinməsi qət edilmişdir. Odur ki, cavabdehin hazırkı iddia tələbi üzrə məhkəmələr tərəfindən artıq qiymət verilməsi arqumenti əsassızdır. Çünki həmin qətnamədə xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225.772,41 manat borcunun həmin dövrdə verilmiş iddianın təqdim olunması anına 5 illik tələbetmə müddəti keçmədiyindən silinməsinin mümkün olmaması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə bu borcun silinməsinin qeyri-mümkünlüyünə dair hüquqi qiyməti yalnız iddianın təqdim edildiyi andakı vəziyyətə uyğun vermişdir. Hazırkı halda isə 28.11.2012-ci il tarixdən 01.05..2014-cü il tarixədək iddiaçıya hesablanmış 225.772,41 manat borcun qanunla müəyyən edilmiş 5 illik tələbetmə müddəti 01.05.2019-cu il tarixdə keçdiyindən, ilkin qətnamə ilə həm in dövrdəki iddianın təqdim olunma anına münasibətdə verilmiş hüquqi qiymət hazırkı işlə bağlı verilmiş iddia tələbinə şamil oluna bilməz. Kassasiya şikayətinin digər dəlilində isə bildirilir ki, məhkəmə MPM-in 82.3-cü maddəsini, Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarını iddiaçıya tətbiq etməli olduğu halda cavabdehə tətbiq etmişdir. Cavabdeh deyil, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Kasassiya şikayətinin birinci dəlili ilə bağlı qeyd olunanlardan görünür ki, iddiaçı qətnamə ilə hazırkı dövrə münasibətdə hüquqi qiymət verilməmiş - qanunla müəyyən edilmiş 5 illik tələbetmə müddəti keçmiş borcu mübahisələndirmişdir. Ona görə də MPM-in 82.3- cü maddəsinin, Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarının iddiaçıya tətbiq edilməsi mümkün deyildir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədiyindən, iş üzrə sübutları qiymətləndirilməklə düzgün nəticəyə gəldiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2-2(103)-156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-224/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-224/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver