Məhkəmə qərarları › İş №2-2(102)-224/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-224/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-224/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı “kredit borcunun qaytarılması və tələbin i poteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il tarixli 16 fevral tarixli 2-2(115)342/2022 saylı qərardadına əsasən, Göygöl Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı Ləğv prosesində olan ASC (bundan sonra – “ASC”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və cavabdeh2 (bundan sonra – “cavabdeh2”) qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 2019-cu il 13 may tarixində Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-nin xeyrinə 1 4.994,44 manat əsas borc, 1.927,20 manat faiz borcu, 64,31 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 714,74 manat faiz borcu olmaqla, cəmi 17.700,80 manat məbləğində vəsaitin, 31 manat dövlət rüsumunun və 31 manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0,2373 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, satışdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli 2(066)-13/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – Ə.Kərimov).

3. Göygöl Rayon Mə hkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizki şəxs olmaqla VÖEN-ə malikdir, ona kredit sahibkarlıq məqsədilə verilmişdir. 2020-ci ilin yanvar ayının 1-dən isə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklər qüvvəyə minmiş və kommersiya məhkəmələri fəaliyyətə başlamışlar. Hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan, işin aidiyyəti kommersiya məhkəməsinə aiddir. Ona görə də iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən, baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

4. Göygöl Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 25.1, 26.1, 44.2.2, 45.2-ci, “Məhkəmələr və hakimlər haqq ında “Azərbaycan Respublikası Qanununun 46-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

5. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 16 fevral tarixli 2-2(115)-342/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Məmmədov).

6. Gəncə Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ASC cavabdehlər qismində sahibkar olan şəxslə yanaşı, belə statusu olmayan digər fiziki şəxsə qarşı 2019-cu il 13 may tarixində iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir.

7. Belə ki, 2020-ci il yanvarın 1-dək qüvvədə olan MPM-in 25.1-ci maddəsinə əsasən mülki məhkəm ə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

8. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini 2020-ci il 1 yanvaradək qüvvədə olan MPM-in 25.1-ci, hal hazırda qüvvədə olan MPM-in 24.2, 25.1, 26.1, 31.2, 32.7-ci maddələrinə, AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlar ına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

9. MPM-in müvafiq müddəalarında (2020-ci il yanvarın 1-dək qüvvədə olan redaksiyda) aşağıdakılar nəzərdə tutulur: “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.”

10. MPM-in müvafiq müddəalarında (hazırda qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi... 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.”

11. AMP-nin “ İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

5. Məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı iş mülki iş hesab olunmalı və baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.

13. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri (kredit və sonrakı ipoteka) 2015-ci il 30 mart tarixində yaranmış, ASC 2019-cu il 13 may tarixində Cavabdeh1 və cavabdeh2a qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia ərizəsi iki tələbdən ibarətdir: 1) kredit borcunun qaytarılması; 2) tələbin ipoteka predmetinə yönəldilməsi.

15. İş materiallarından o da məlum olur ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizki şəxs olmaqla VÖEN-ə malikdir. cavabdeh2 isə qanunvericiliklə müəyyən edi lmiş qaydada sahibkar statusunu əldə etməmişdir.

16. Bir-biri ilə əlaqədar olan və birləşdirilmiş tələblərdən bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, həmin tələblərə MPM-in 30-cu maddəsinin 2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan redaksiyasına (bax yuxarıda § 9) görə ümumi məhkəmədə, MPM-in 30-cu maddəsinin 2020-ci il 1 yanvar tarixindən sonra qüvvədə olan redaksiyasına (bax yuxarıda § 10) görə isə kommersiya məhkəməsində baxılmalıdır.

17. Qarışıq məhkəmə tərkibi MPM-in 30-cu maddəsinin 2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan redaksiyasına, habelə hazırda qüvvədə olan 3.1 və 32.1-ci maddələrinə (bax yuxarıda § 10), eləcə də AMP-nin mövqeyinə (bax yuxarıda § 11) istinad edərək belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsi 2019-cu il 13 may tarixind ə verilərkən ümumi məhkəmə işi öz icraatına həmin dövrdə qüvvədə olan aidiyyat qaydalarına riayət etməklə qəbul etmişdir. Ona görə də iş hazırda kommersiya məhkəməsinə aid olsa da, mahiyyəti üzrə ümumi məhkəmədə həll edilməlidir.

18. Göstərilənlərə əsasən, Gəncə Kommersiya Məhkəməsi işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.

19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan ASC-nin cavabdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı “kredit borcunu qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon M əhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar