Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-225/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxa raq müəyyən etdi
1. İddiaçı ASC cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə 09.01.2019-cu il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, 23.04.2015-ci il tarixli, 109.LN.2004.230415.00001 saylı kredit müqaviləsi üzrə X2 İddiaçı ASC-nin xeyrinə 13193 manat 34 qəpik əsas, 576 manat 30 qəpik faiz. 210 manat 36 qəpik gecikdirməyə görə cərimə olmaqla, cəmi 13.980 manat məbləğində borcun tutulması, tutmanın X4 məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evinə və 0.22 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun Göygöl rayonu, "X" kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, X4 məxsus Göygöl rayonu, "X" kəndində yerləşən fərdi yaşayış evinə və 0.22 ha torpaq sahəsinə yönəldildikdə və onun satışından 1 ay sonra Göygöl rayonu, "X" kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və 31 manat məbləğində bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Göygöl Rayon Məhkəməsinin 2019-cu il 27 fevral tarixli, 2(066)-335/2019 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə cavabdeh X3 hüquqi varisi müəyyən edilənədək da yandırılmış, sonradan məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 2(066)-1509/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
3. Göygöl rayon Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli, 2(066)-211/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Ə.Kərimov).
4. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 16 fevral tarixli, 2-2(115)-340/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün Azərbaycan Respublikas ının Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Məmmədov).
5. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər qismində sahibkar olmuş şəxslə yanaşı belə statusu olmayan digər fiziki şəxslərə qarşı 09.01.2019cu il tarixdə iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. 6. 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa v ə ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
7. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilməlidir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüqu q və azadlıqları müdafiə və təmin edir.
9. Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkə mələr baxır.
11. Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məcəllənin 26.2-ci maddəsinə əsasən isə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. 14. 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsa sən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
15. İş materiallarındakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumata görə, mərhum X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da, digər Cavabdeh1 fərdi sahibkar statusu olmayan fiziki şəxsdir.
16. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında verdiyi iza hatda həyat yoldaşı X3 vəfat etdiyini və digər cavabdehlərin onun övladları olduğunu, özü və övladlarının heç bir zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığlarını qeyd etmişdir.
17. Beləliklə, Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olmadığından, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olmadığından, hazırki mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə, həm də istinad edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə Göygöl rayon Məhkəməsində baxılmalıdır.
18. Həmçinin 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəy ə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Göygöl Rayon Məhkəməsində həll edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyə tinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.
20. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilməlidir.
21. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26cı və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:
22. İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.