Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-225/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış faydanın tutulması, tikilinin əvvəlki vəziyyətə gətirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “50.000 manat pulun tutulması” tələbinə dair ilk iddia və Cavabdeh ASC-nin İddiaçı ASC-yə qarşı “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə d air qarşılıqlı iddiası barədə iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(107)-100/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən 0,0335 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ 2020-ci il 11 iyun tarixdə İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.
2. Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5378 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla – istifadə hüququ ilə onun üzərində yerləşən 4.882,9 kv.m qeyriyaşayış sahəsi tam mülkiy yət hüququ 2014-cü il 13 noyabr tarixdə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır.
3. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli e-2-2(117)-377/2020 saylı qətnaməsi ilə İddiaçı ASC Cavabdeh ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 2020-ci il 11 iyun tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ümumi sahəsi 292,60 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh ASC tərəfindən boşaldılaraq İddiaçı ASC-nin istifadəsinə qaytarılması iddiası təmin edilmişdir.
4. Şəki Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 mart tarixli 22(107)-7/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyul tarixli 2-2(102)-282/2021 nömrəli qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 2 fevral tarixli qərardadı ilə "xxxx" ASCnin müraciəti ilə onun mülkiyyətində olan Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı hasarın, tikilinin çəkilməsinin və mülkiyyət üzərin də giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir maneələrin yaradılmasının "xxxx" ASC-yə qadağan edilməsi təmin edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin 2022-ci il 23 fevral tarixli MTT(107)-12/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanmışdır.
8. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəkilmiş 1,5 metr hündürlüyündə olan dəmir hasarın (tikilinin) sökülməsi, o cümlədən mülkiyyətdən istifadə yə yönələn qeyri-qanuni maneələrin aradan qaldırılması barədə iddiası təmin edilmişdir.
9. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli e-2-2(117)-268/2022 nömrəli qətnaməsi 2022-ci il 23 noyabr tarixdə qanuni qüvvəsini aldığından həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir.
10. Qətnamə 2023-cü il 8 may tarixdə icra edilmiş, Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Cabbarovun 2023-cü il 10 may tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir.
11. Qeyd edilən icra sənədi məhkəməyə qaytarıldıqdan sonra tələbkar "xxxx" ASC-nin nümayəndəsi dəfələrlə şifahi olaraq, məhkəmə iclası dövründə "xxxx" ASC-tələbkarın nümayəndəsi və vəkili 2023-cü il 13 iyul tarixində rəsmi olaraq bildirmişdir ki, "xxxx" ASCyə məxsus qeyri-yaşayış obyektinin qarşısına borclu tər əfindən yenidən hasar çəkildiyini bildirərək onun fəaliyyətinə yenidən maneə törədilmişdir. Ona görə də qeyd edilən qətnamənin yenidən icraya yönəldilməsini xahiş etmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli qərardadına əsasən, məhkəmənin 2022-ci il 21 oktyabr tarixli e-2-2(117)-268/2022 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi təkrar icra edilməsi üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi məlumata əsasən qeyd edilən qətnamə hazırkı vaxtda icra edilmişdir. 13. 2023-cü il 6 yanvar tarixli icarə müqavilələrinə əsasən, "xxxx" ASC tərəfindən mülkiyyətində olan Yevlax şəhəri, Fizuli küçəsi 10-da yerləşən qeyri-yaşayış binaları (25 kv.m) X2 və X5 (25 kv.m), X6 (24 kv.m), X11 (26 kv.m), X4 (26 kv.m), X3 (25 kv. m) ayda 50 manat icarə haqqı, X8 (30 kv.m), X9 (30 kv.m), X1 (32 kv.m) 60 manat icarə haqqı əvəzində icarəyə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 50.000 manat pulun, 200 manat mediasiya xərcinin, 240 manat dövlət rüsumunun və 200 manat vəkil xidmətlərinə görə ödənilmiş məbləğin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 292,60 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edilirdi. Ona görə də iddiaçı tərəfindən Şəki Kommersiya Məhkəməsində iddia qaldırılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – “DƏDRX”) 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 2020-ci il 11 iyun tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması xahiş edilmiş, məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin olmasına baxmayaraq cavabdehin və onun səlahiyyətli şəxslərinin təqsiri ucbatından həmin qeyri-yaşayış sahəsi hələ da iddiaçı tərəfindən istifadə edilmir. İddiaçı uzun illərdir ki, öz qanuni mülkiyyətindən məhrum olmuş, həmçinin öz əmlakı qeyri- yaşayış sahəsi (bazar) olmasına və orada 16 obyektin olmasına baxmayaraq oradan heç bir gəlir əldə edə bilmir. Həmin obyektlər hər ay iddiaçı tərəfindən icarəyə verilsə idi, külli miqdarda qazanc əldə edə bilərdi.
16. Cavabdeh 2023-cü il 23 avqust tarixində qarşılıqlı iddia verərək ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, iddiaçı tərəfindən Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanda yerləşən 292,60 kv.m qeyri-yaşayış sahəsində 2020-ci il 11 iyun tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
17. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ya məxsus həmin qeyriyaşayış sahəsinə dair 2020-ci il 11 iyun tarixində tərtib olunmuş texniki pasportdan cavabdehə məxsus sözügedən qeyri-yaşayış sahəsinin dörd divarının və bir giriş-çıxış qapısının olduğu görünür. Həmin qeyri-yaşayış sahəsinin başqa qapısı və ya digər çıxış hissələri yoxdur. İddiaçı həmin qeyri-yaşayış sahəsini əldə edən zaman da əmlakın texniki vəziyyəti təsvir olunduğu kimi olmuş, o, əmlakı olduğu kimi bəyənib almışdır. Həmin əmlak əvvəllər Yevlax Rayon Məhkəməsinin inzibati binası olmuşdur. O da qeyd edilmişdir ki, iddiaçı heç bir haqq ödəmədən, özünə aid qeyri-yaşayış sahəsinə özünün və üçüncü şəxslərin gediş-gəlişi üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən servitut kimi qanunsuz olaraq istifadə edir. İddiaçı bununla kifayətlənməyərək, so nradan qanunsuz olaraq, cavabdehdən icazə almadan, ona məlumat vermədən, həm də müvafiq qurumlarla razılaşdırılmadan, texniki pasportda nəzərdə tutulmayan dəyişikiliklər etmiş, qeyri-yaşayış sahəsinin divarlarının bir qismini sökərək əlavə girişçıxışlar üçün boşluqlar açmış, həmin yerlərə qapılar qoydurmuş və qapı kimi istifadə etmişdir. İddiaçının həyata keçirdiyi bu dəyişikliklər mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozur, mülkiyyət hüququnu tam realizə edə bilmir və bunun nəticəsində də əlavə gəlirlərdən məhrum olur. 18. "xxxx" MMC-nin 2023-cü il 25 sentyabr tarixli ƏEM/S85-794/23 nömrəli rəyində qeyd edilmişdir ki, Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının 2020-2021-ci illər üzrə 1 kv.m-in dəyəri aylıq icarə (kirayə) haqqı 3 manat, 202 2-2023-cü illər üzrə isə 4 manat müəyyən edilmişdir. 19. "xxxx" MMC-nin 2023-cü il 31 avqust tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının aylıq icarə (kirayə) haqqı 1.755,60 manat təşkil edir.
20. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli e-2-2(117)-801/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdehdən 37.891,7 manat pul, 150 manat vəkil xidmətlərinə görə ödənilən pul, 151,57 manat mediasiya xərci və 181,88 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir (hakim – M.Hüseynov).
21. Məhkəmə hesab etmişdir ki, ilkin olaraq iddiaçının mülkiyyətində olan Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binası, cavabdeh tərəfindən zəbt edilmiş, məhkəmə isə həmin sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə qərar qəbul edilmiş, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, sonradan cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ətrafına hasar çəkmiş, giriş-çıxışı bağlamış, iddiaçı təkrar məhkəməyə müraciət etmiş, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, bundan sonra isə eyni iddia tələbi təmin edilmiş, qeyd edilən qətnamə icra edildikdən sonra təkrar cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinə hasar çəkilmiş və nəticədə məhkəmənin 2023-cü il 3 avqust tarixli qərarı ilə icra vərəqəsi təkrar icraya yönəldilmiş və icra vərəqəsi müva fiq orqan tərəfindən hazırkı vəziyyətdə icra edilmişdir.
22. Məhkəmə iddiaçının ona məxsus qeyri-yaşayış sahəsindən təxminən 15 il müddətdən artıqdır ki, istifadə edə bilmədiyini müəyyən etmişdir. Cavabdeh tərəfindən dəfələrlə maneələr törədilmiş, müvafiq məhkəmə instansiyalarında müvafiq iddia tələbləri təmin edilərək hüquqların pozuntusu aradan qaldırılmışdır. Cavabdehin yuxarıda sadalanan sübutlarla iddiaçıya ziyan vurulmasında və iddiaçının müəyyən gəlirdən məhrum olmasında təqsiri mövcuddur.
23. Məhkəmə işin faktiki hallarını iş materialları ilə birlikdə araşdırıb hesab etmişdir ki, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş və həmin qeyriyaşayış obyektindən istifadə etməməsi nəticəsində əldə edə biləcəklərindən məhrum olmuşdur. Yəni, iddiaçı hazırkı id dia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
24. Vurulmuş zərərin miqdarı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə iclaslarında çıxışları zamanı iddia tələbi üzrə tələb edilən 50.000 manat pulun həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdikləri vaxtdan, yəni 2020-ci il 11 iyun tarixindən etibarən vurulan zərəri əhatə etdiyini bildirmişlər.
25. Məhkəmə bu qərarın 13, 18 və 19-cu bəndlərində göstərilənlərə istinadən vurğulamışdır ki, aylıq icarə haqqı hər kvadrat metrə təxminən 2 manat həddində müəyyən edilir. Lakin mütəxəssis rəyində isə hər kvadrat metrə 2020-2021-ci illərdə 3 manat, 2022- 2023-cü illərdə isə 4 manat müəyyən edilir. Lakin "xxxx" MMC-nin rəyinə görə, təxminən hər kvadrat metrin aylıq icarə haqqının 6 manat təşkil etdiyi müəyyən olunur. 26. "xxxx" MMC-nin rəyi hər hansı bir araşdırma aparılmadan, alternativ icarə qiymətləri ilə müqayisəli formada formalaşmış bazar qiymətlərinin yaranması vəziyyəti nəzərə alınmadan verildiyindən, həmçinin tərəflərin qanuni mənafelərinin təmin edilməsi baxımından məhkəmə tərəfindən sübut olaraq qəbul edilmir. 27. "xxxx" MMC-nin verdiyi mütəxəssis rəyi ətraflı araşdırma aparılmaqla, müvafiq obyektin təqdim edilmiş fotoları, ümumi sahədə yerləşmə yeri, ayrı-ayrı sahələrin birbirindən divarlarla təcrid olunmaqla ayrılması, təhlükəsizlik və etibarlılıq baxımından digər xüsusiyyətlər nəzərə alınmaqla real bazar dəyəri qiymətləndirilməklə verilmişdir. Cavabdehin təqdim etdiyi icarə müqavilələrində isə mütəxəssis rəyində qeyd edilən xüsusatların nəzərə alındığı görünmür. İcarə müqavilələrindəki qiymət daha az məbləğdə, "xxxx" MMC-nin rəyində müəyyən edilən qiymət daha çox müəyyən edildiyindən məhkəmə həmin sübutları tərəflərin hüquq və qanuni maraqlarındakı tarazlığın təmin edilməsi baxımından qəbul etməmişdir. Bu sahədə fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyi ətraflı araşdırma aparılmaqla verildiyindən həmin rəyi əsas götürmüşdür.
28. Hazırkı iddia tələbi üzrə iddiaçının mövqeyinə əsasən vurulan zərərin əhatə etdiyi dövr 2020-ci il 11 iyun tarixindən məhkəməyə müraciət edilən dövrə qədər vaxtı (2023-cü il 11 iyul) əhatə edir ki, həmin müddət 37 ay təşkil edir.
29. Həmin müddətlər üzrə orta əmsal 3,5 manat (3+3+4+4)/4=3,5 manat) təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, 292,6x3,5=1.024,1 manat 1 aylıq zərərin məbləği kimi qiymətləndirilir. 37 aylıq müddət üçün isə vurulmuş zərər 37.891,7 (1.024,1 manat x 37 ay) manat təşkil edəcəkdir. Odur ki, iddiaçı tələbində həmin hissədə haqlıdır.
30. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə bildirmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən hələ 2004-cü il tarixindən istifadə etmək hüququndan, dəfələrlə qeyri-yaşayış sahəsinin qarşısına dəmir hasarlar çəkməklə iddiaçını həmin sahəyə daxil olmaq imkanlarından məhrum etmişdir. Bu faktlar işdə olan məhkəmə qərarları ilə tam təsdiqini tapır. Belə vəziyyətdə iddiaçının nümayəndəsinin həmin qeyri-yaşayış sahəsində müvafiq yenidən qurma işlərini aparması, qanunsuz tikili inşa etməsi faktı əsassız olmaqla məntiqə uyğun deyildir. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmə cavabdehin bildirdiyi dəlillərə münasibətdə, § 1 və 2-də göstərilənləri qeyd edərək vurğulamışdır ki, hər iki hüquqi şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin həcmindən böyükdür. Bu da eyni zamanda, həmin sahələrə daxil olarkən qeyd edilən torpaq sahələrindən istifadə etmək hüququnun mövcudluğunu və bununla bağlı qeyd edilən şəxslərin bir-birinin torpaq sahələrindən istifadəsinə imkan yaratmaq vəzifələrinin mövcudluğunu bir daha təsdiq etmiş olur.
32. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 71-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci bəndinə, Azərb aycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 21.1, 21.2, 49.3, 140, 152.1, 152.2, 152.3, 152.4, 157.1, 157.4, 158.4, 1096, 1097.1, 1097.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 2.2, 8.1, 9.1, 47.1, 77.1, 81, 115.0.1, 116.2, 117.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
33. Cavabdeh apellyasiya şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
34. Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli 2-2(107)-100/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakterlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 26-cı maddəsinin İ, İİ hissələrinə, 29-cu maddəsinin İ-İİİ hissələrinə, MM-in 21.1, 21.2, 152.1, 152.2, 152.3, 157.1, 157.4, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə, İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə göstərilən hüquqi mövqeyə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana” qarşı 2008-ci il 6 mart tar ixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə, MPM-in 14.2, 77.1, 78.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh kassasiya şikayəti və sonradan həmin şikayətə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, MM-in 152.1, 157.4, 180, 1096.1, 1096.2, 1097.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkə məsi iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
39. Cavabdeh bu qərarın 17-ci bəndində göstərilənlərə istinadən qeyd edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatda, ona məxsus qeyriyaşayış sahəsinin əvvəllər məhkəmə binası olmasını təsdiq etmişdir. Hamıya bəlli olan haldır ki, məhkəmənin pəncərələri çox sayda olsa da, giriş-çıxış qapısı yalnız bir ədəd olur. İddiaçının hazırda mülkiyyətində olan, əvvəllər məhkəmə üçün nəzərdə tutulan və istifadə olunan qeyri-yaşayış sahəsinin yalnız bir giriş-çıxış qapısı olmuşdur. İddiaçının mülkiyyətində olan tikilinin həcmi ilə torpaq sahəsinin (faktiki olaraq tikinti-altı torpaq sahəsi) həcmi eynidir. Yəni iddiaçının tikilisinin altındakı torpaqdan əlavə onun isti fadəsində həyətyanı torpaq sahəsi yoxdur. İddiaçı öz tikilisinə daxil olmaq üçün cavabdehə heç bir servitut, icarə haqqı və s. vermir. Cavabdeh hazırda iddiaçıya qarşı Şirvan Kommersiya Məhkəməsinə servitutun verilməsi və s. tələblər barədə iddia qaldırmışdır. Hazırda həmin iddia əsasında başlanmış kommersiya işi məhkəmə baxışındadır. Cavabdeh iddiaçının adına verilmiş texniki pasportda göstərilən yeganə girişçıxış qapısını bağlamamış, qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneələr törədən hər hansı hərəkət etməmiş və qanunsuz hərəkət törətməmişdir.
40. İddiaçı bu halları, habelə cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan sənədlərlə cavabdehin iddiaçıya qarşı hüquqa zidd təqsirli əməl, pozuntu (delikt) və ya cinayət törətməsi təsdiq olunmur. Bundan başqa, gəlir əldə etmədiyini, zərərə uğradığını iddia edən iddiaçı, bu dəlilini də təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məsələn, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin keçən müddət ərzində icarəyə verilməsi barədə verdiyi elanları və ya makler(lər)ə etdiyi müraciətlərini (əgər vermişdirsə), habelə mülki qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı şəxslə bağlanmış mülki əqdi (icarə və s.) və ya iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair gəlir əldə etməsi barədə vergi orqanına təqdim edilmiş bəyannaməni məhkəmələrə təqdim etməmişdir. Apellyasiya məhkəməsi isə mübahisəni sübutlara əsasən deyil, özünün mülahizəsinə görə həll etmiş və nəticədə iş üzrə yanlış qərar qəbul etmişdir.
41. Bundan başqa, apellyasiya məhkəməsi ehti mal etdiyi iddiaçının uydurduğu zərərin məbləğini də müəyyən edərkən, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəməyə təqdim edilmiş icarə müqavilələri real müqavilələrdir və bu müqavilələr üzrə icarə haqları real bazar dəyərini əks etdirir. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə görə icarə haqqının hesablanmasında cavabdehin təqdim etdiyi icarə müqavilələrindəki məlumatları deyil, "xxxx" MMC-nin nəzəri qaydada hesabladığı, real bazar dəyərindən qat-qat artıq olan icarə haqları barədə hesabatı əsas götürmüşdür.
42. Cavabdehin özünə məxsus qeyri-yaşayış sahəsi bazar kimi fəaliyyət göstərir. İddiaçı həmin sahədə ayrı-ayrı şəxslərə yer icarəyə verir və icarəçilər bazarda alqı-satqı edirlər. Hazırda cavabdehin qeyri-yaşayış sahəsinin texniki p asportunda nəzərdə tutulmayan giriş-çıxış üçün əlavə boşluqlar açması, qapılar qoyması icarəyə veriləcək yerlərin sayının azalmasına səbəb olmuşdur. Bundan başqa, yeni açılmış qapılardan çoxlu sayda vətəndaşların girib-çıxmaları da həm bazarda fəaliyyət göstərən icarəçilərin fəaliyyətinə mane olur, həm də darısqallıq yaradır. Nəticədə icarəçilər bazarda işlərini davam etdirməkdən imtina edirlər. Bütün bunların nəticəsində isə cavabdeh gəlirlərindən məhrum olur, digər tərəfdən isə, hər an icarəçilərin haqlı narazılıqları ilə qarşılaşır. Cavabdeh dəlillərini təsdiq edən şəkil və videonu əks etdirən diski məhkəməyə təqdim etmiş, lakin apellyasiya məhkəməsi həmin sübutları araşdırmamış, bu sübutların heç adını qətnamədə belə sadalamamış, cavabdehin dəlilinin yoxlanılması məqsədilə qeyri-yaşayı ş sahəsinə baxış keçirilməsi barədə vəsatəti təmin etməmişdir.
43. MPM-in 4.1, 9, 76, 77, 88, 217-ci maddələrinin tələbləri üzrə - Apellyasiya məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair sübutlar tam, hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edilənlər iş üzrə maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulduğunu təsdiq edir. Sübut kimi məhkəməyə təqdim edilən videodisk və şəkillər məhkəmə tərəfi ndən işə əlavə olunmamış, onlara hüquqi qiymət verilməmişdir.
44. Cavabdeh kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, işə baxan məhkəmələr tərəfindən maddi zərərin məbləği düzgün müəyyən edilməmiş, ümumiyyətlə maddi zərərin olmadığı nəzərə alınmamış, bununla bağlı sübutlara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə həqiqətə nail olmaq üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir.
45. Bundan başqa cavabdeh bu qərarın 13, 18 və 19-cu bəndlərində göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, işdə nəticə etibarı ilə bir-birindən kəskin fərqlənən 2 mütəxəssis rəyi mövcuddur və həmin rəylər ekspertiza fəaliyyəti göstərmək üçün xüsusi icazə (lisenziya, şəhadətnamə) almayan özəl təşkilatlar tərəfindən verilmişdir. Lakin işə baxan məhkəmələr işin bu halına əhəmiyyət verməmişdir. Halbuki məhkəmələr bu ziddiyyəti iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməklə, ekspertizanın aparılmasını isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməklə aradan qaldıra bilərdi. Lakin məhkəmələr bu səlahiyyətlərindən istifadə etməmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişlər. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi tam təmirsiz, yararsız vəziyyətdədir, heç vaxt icarəyə verilməyib. Sadə bir obyektin 1 kv.m icarə qiyməti də cavabdehin və ya başqa təmirli obyektlərin 1 kv.m icarə qiyməti ilə müqayisə edərək icarə haqqı hesablamaq məntiqsiz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkə məsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ma ddə
13. Mülkiyyət... İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.” “Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarınd an ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.”
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər....” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan v ə ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər....”
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mü vafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların tə qdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə
407. Kassasiya şikayətinin f orması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
53. Kassasiya şikayətində iddia edilir ki, cavabdeh iddiaçının adına verilmiş texniki pasportda göstərilən yeganə giriş-çıxış qapısını bağlamamış, qeyri-yaşayış sahəsinə giriş- çıxışa maneələr törədən hər hansı hərəkət etməmiş və qanunsuz hərəkət törətməmişdir. Şikayətdə qeyd olunur ki, İddiaçı bu halları, habelə cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan sənədlərlə cavabdehin iddiaçıya qarşı hüquqa zidd təqsirli əməl, pozuntu (delikt) və ya cinayət törətməsi təsdiq olunmur.
54. Halb uki işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən hələ 2004-cü ildən istifadə etmək hüququndan, dəfələrlə qeyri-yaşayış sahəsinin qarşısına dəmir hasarlar çəkməklə iddiaçını həmin sahəyə daxil olmaq imkanlarından cavabdeh məhrum etmişdir. Bu faktlar işdə olan məhkəmə qərarları ilə tam təsdiqini tapmışdır.
55. İşdən görünür ki, eyni tərəflər arasında əvvəllər yaranmış mübahisələr üzrə çıxarılmış həmin məhkəmə qərarları öz qanuni qüvvəsini almışlar.
56. MPM-in 82.3 və 233.3-cü maddələrinin (bax § 51) məzmununa görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər, habelə onların hüquq varisləri tərəfindən başqa məhkəmə prosesində müb ahisələndirilə və yenidən sübut edilə bilməz.
57. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən məhkəmə aktları hazırkı məhkəmə prosesinin tərəfləri üçün preyudisial xarakter daşıdığından apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq cavabdeh tərəfindən iddiaçıya qarşı müvafiq hüquq pozuntularına yol verildiyi qənaətinə gəlmişdir.
58. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, ilkin olaraq iddiaçının mülkiyyətində olan mübahisəli 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binası cavabdeh tərəfindən zəbt edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı isə həmin sahənin cavabdeh tərəfindən boşaldılması barədə qərar qəbul edilmiş, sonradan cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ətrafına hasar çəkmiş, giriş-çıxışı bağlamış, iddiaçı təkrar məhkəməyə müraciət etmiş, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, bundan sonra isə eyni iddia tələbi təmin edilmiş, qeyd edilən qətnamə icra edildikdən sonra təkrar cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinə hasar çəkilmiş və nəticədə məhkəmənin 2023-cü il 3 avqust tarixli qərarı ilə icra vərəqəsi təkrar icraya yönəldilmiş və icra vərəqəsi müvafiq orqan tərəfindən hazırkı vəziyyətdə icra edilmişdir.
59. Bununla əlaqədar məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə apellyasiya instansiyası məhkəməsinin belə vəziyyətdə iddiaçının nümayəndəsinin həmin qeyri-yaşayış sahəsində müvafiq yenidənqurma işləri aparmasının, qanunsuz tikili inşa etməsi faktının əsassız və mən tiqə uyğun olmamasına dair gəldiyi nəticə ilə də razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
60. Həmçinin cavabdeh bildirir ki, gəlir əldə etmədiyini, zərərə uğradığını iddia edən iddiaçı, bu dəlilini də təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məsələn, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin keçən müddət ərzində icarəyə verilməsi barədə verdiyi elanları və ya maklerlərə etdiyi müraciətlərini, hər hansı şəxslə bağlanmış mülki əqdi və ya iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair gəlir əldə etməsi barədə vergi orqanına təqdim edilmiş bəyannaməni məhkəmələrə təqdim etməmişdir.
61. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən zəbt edilməsi, cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ətrafına hasar çəkməsi, g iriş-çıxışı bağlaması faktları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edildiyindən artıq hazırkı məhkəmə prosesində tərəflər üçün preyudisial xarakter daşıyır.
62. Belə olan halda, məhkəmə kollegiyası MM-in 21.2, 1096 və 1097.1-ci maddələrinə (bax § 50) istinadən hesab edir ki, işə baxan məhkəmələr cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulduğu qənaətinə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişlər.
63. Kassasiya şikayətinin digər dəlilinə görə, məhkəməyə təqdim edilmiş icarə müqavilələri icarə haqlarının real bazar dəyərini əks etdirməsinə baxmayaraq, məhkəmə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə görə icarə haqqının hesablanmasında "xxxx" MMC-nin nəzəri qaydada hesabladığı, real bazar dəyərindən qat-qat artıq olan icarə haqları barədə hesabatı əsas götürmüşdür. Şikayətdə həmçinin qeyd olunur ki, iş üzrə həqiqətə nail olmaq üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir.
64. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyi ətraflı araşdırma aparılmaqla, müvafiq obyektin təqdim edilmiş fotoları, ümumi sahədə yerləşmə yeri, ayrı-ayrı sahələrin bir-birindən divarlarla təcrid olunmaqla ayrılması, təhlükəsizlik və etibarlılıq baxımından digər xüsusiyyətlər nəzərə alınmaqla real bazar dəyəri qiymətləndirilməklə verilmişdir. Cavabdehin təqdim etdiyi icarə müqavilələrində isə mütəxəssis rəyində qeyd edilən xüsusatların nəzərə alındığı görünmür. İcarə müqavilələrindəki qiymət daha az məbləğdə, "xxxx" MMC-nin rəyində müəyyən edilən qiymət daha çox müəyyən edildiyindən məh kəmə həmin sübutları tərəflərin hüquq və qanuni maraqlarındakı tarazlığın təmin edilməsi baxımından qəbul etmir. Məhkəmə bu sahədə fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyini ətraflı araşdırma aparmaqla verdiyindən həmin rəyi əsas götürmüşdür.
65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə icarə haqları barədə real bazar dəyərinə daha uyğun olan hesabatı əsas götürmüşdür.
66. Məhkəmə kollegiyası kassatorun, məhkəmənin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilmədiyini hesab edir, bu baxımdan da həmin mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
67. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahi yyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə isə belə hallar mövcud deyildir.
68. Belə ki, işə baxan məhkəmələr əsaslı hesab etdikləri rəyi əsas götürmüş və bunun səbəblərini öz qətnamələrində lazımi qaydada izah etmişlər. Odur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
69. İddiaç ının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təmirsiz vəziyyətdə olmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı dəlil işin faktiki hallarına aid olmaqla, aşağı məhkəmə instansiyalarında bildirilmədiyindən ona hazırkı kassasiya icraatında istinad edilməsi MPM-in 407.2-ci maddəsinin (bax § 51) tələbləri baxımından ümumiyyətlə yolverilməzdir.
70. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 51) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 51) uyğun olaraq qan uni və əsaslı qətnamə qəbul etmişdir.
71. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(107)-100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(107)-100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.