Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-225/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “X12 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və X4 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və X4 cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1096/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. AC seriyalı 517831 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə, “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.
2. AD seriyalı 501925 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə, “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X12 Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətindədir. 3. 2022-ci il 15 noyabr tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara görə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1963-cü il 14 iyul tarixində Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli 3 uşaq atası, “X12 Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X3 ilk dəfə cinayət törətməsini, səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, eləcə də Cahangir Ağayevin ictimai təhlükəli olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, apar ılmış ibtidai araşdırma ilə müəyyən edilmişdir ki, X6 2022-ci il 13 iyun tarixində saat 18:15-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “HOWO ZZ3327N3847E” markalı, 99-JT749 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə GəndobYalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 14-cü kilometrliyində, Gəndob istiqamətindəki hərəkət hissəsi ilə 20-25 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, qarşıdan əks istiqamətdə hərəkətdə o lub yolayırıcında 25-30 km/saat sürətlə sola dönmə əməliyyatı edərək onun hərəkət zolağına çıxan X2 idarə etdiyi “Kamaz 5511” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra “HOWO ZZ3327N3847E” markalı yük avtomobili sola istiqamətlənib qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan X5 20 km/saat sürətlə idarə etdiyi “Ford Transit” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ford Transit” markalı avtomobilin sürücüsü Rəcid Bağırovun sol diz qapağının sınığı, sol incik sümüyünün yuxarı 1/3-nin açıq sınığı, sağ bazu və sağ dirsək oynağının əzilməsi, sağ baldırın çoxsaylı sıyrılmış yaraları, sağ baldırın deşilmiş yarası, qarnın küt travma sı kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərin almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. 4. 2022-ci il 29 iyul tarixli, 290722/FŞ nömrəli qiymətləndirməyə dair hesabata görə, “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2022-ci il 29 iyul tarixinə bazar dəyəri 23.000 manat, qalıq dəyəri 2.000 manat və dəymiş zərərin həcmi 22.393 manat təşkil etmişdir. 5. "xxxx" Sığorta Şirkəti ASC-nin 2023-cü il 16 iyun tarixli O-AP-20230700 saylı məktubuna görə, "xxxx" Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, cavabdehə məxsus olan HOWO markalı, 99JT749 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 2 022-ci il 13 iyun tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, 90ZS831 dövlət qeydiyyat nişanlı avtomobil və dəmir çəpərlərə ziyan dəymiş, eyni zamanda X8 ağır xəsarət almışdır. Yol nəqliyyat hadisəsinin törədilməsində "KAMAZ" yük markalı, 38BC166 dövlət qeydiyyat nişanlı avtomobil və sığortalı avtomobillərin sürücüləri təqsirkar olduğundan və 5.000 manat məbləğində sığorta məbləği zərərçəkən şəxslər arasında mütənasib qaydada nəzərə alındığından “FORD TRANSİT” markalı 90ZS831 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta ödənişi zərər məbləğinin 50%-i həddində, yəni 4.836 manat həddində həyata keçirilmişdir. X1 ağır dərəcəli xəsarətinə görə 1.500 manat ödəniş həyata keçirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsi ndəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh “X12 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Ford Transit Xüsusi Təyinatlı'’ markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (bundan sonra – “nəqliyyat vasitəsi”) vurulmuş zərərin əvəzi olan 22.393 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,18 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin idarə etməsi üçün X7 2022-ci il 8 iyun tarixli etibarnamə verilmişdir. R.Bağırov nəqliyyat vasitəsini 2022-ci il 13 iyun tar ixində saat 18:15 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 14-cü kilometrində idarə edərkən, cavabdehə məxsus “HOVO ZZ3327N3847E” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili (bundan sonra – “Hovo yük avtomobili”) ilə “Kamaz 5511" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin (bundan sonra – “Kamaz yük avtomobili”) toqquşmasından sonra HOVO yük avtomobili Rəcid Bağırovun idarə etdiyi ona məxsus nəqliyyat vasitəsinə dəymiş və ona məxsus avtomobil dərəyə yuvarlanaraq istismara yararsız hala düşmüşdür. Hadisə nəticəsində Rəcid Bağırov ağır xəsarətlər aldığına görə həm cavabdehə məxsus HOVO yük avtomobilin sürücüsü olan X6 (bundan sonra – “C.Ağayev”), həm də Kamaz yük avtomobilin sürücüsü olan X4 (bundan sonra – “A.Mustafayev”) b arəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Daha sonra tərəflər barışdığına görə hər iki şəxs barəsində başlanmış cinayət işinə xitam verilmişdir. Nəqliyyat vasitəsinə vurulmuş real zərərin həcminin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil ekspertə müraciət edilərək, ekspert tərəfindən verilmiş 2022-ci il 29 iyul tarixli 290722/FŞ nömrəli “İlkin Rəy”ə və 22FŞ saylı “Qiymətləndirməyə dair Hesabata əsasən ona məxsus nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 22.393 manat müəyyən edilmişdir.
8. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 3 may tarixli 9/1724 nömrəli ekspert rəyinə görə, tədqiq edilən nəqliyyat vasitəsinin hazırki v əziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15.750 manat (22.500 - 30%) müəyyən edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 avqust tarixli e-2-2(113)3238/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 10.914 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,60 manat olmaqla, cəmi 10.990,60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Axundova).
10. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 22.393 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarət olduğunu müəyyənləşdirərək qeyd etmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə ziyan dəymiş, həmin ziyan cavabdehin mülkiyyətində olan və onun işçisi tərəfindən idarə olunan nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması nəticəsində dəymişdir. Cavabdeh iddiaya etiraz etsə də, cavabdehin mülkiyyətində olan avtomobili idarə edən işçisinin təqsirli olması müəyyən edilmiş, lakin cinayət işi üzrə icraata xitam verilmişdir.
11. Məhkəmə tərəfindən vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə ekspertiza (bax §8) keçirilmişdir. Həmçinin dəymiş zərərin bir qismi (4.836 manat) "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1108.1 və 1108.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1096/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
15. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı əmlakına dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir, cavabdeh isə həmin zərəri ödəmək öhdəliyi daşıyır. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 4.836 manat sığorta ödənişi nəzərə alınaraq, iddia qismən təmin olunmuş və cavabdehdən iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə görə 10.914 manat tutulması qərara alınmışdır.
16. Apellyasiya şikayətində məhkəmənin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara preyudisiallıq qaydasında istinad etməsi qanuna zidd hesab olunmuşdur. Cavabdeh hesab etmişdir ki, təqsir inzibati xəta haqqında qərarla müəyyən edilməli idi. Lakin icraata xitam verilməsinin əsası cinayət tərkibinin olmaması deyil, təqsirin müəyyən olunması və bəraətverici halın olmaması olmuşdur. Bu səbəbdən iş materiallarının inzibati icraat üçün göndəril məsi zərurəti yaranmamışdır. Qərarda hadisənin baş verməsində aid şəxslərin təqsiri müəyyən edilmişdir. Cavabdeh mübahisə predmeti ilə bağlı yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri məsələsinə istinad etsə də, iddiaçının avtomobil sürücüsünün hadisənin baş verməsində təqsiri müəyyən edilməmişdir. Buna görə də yüksək təhlükə mənbələrinin qarşılıqlı təsirinə görə məsuliyyətin tətbiqi üçün əsas yaranmamışdır. Nəticə etibarilə, cavabdehin apellyasiya şikayətində göstərilən hallar sübut olunmamış, iş materialları belə iddiaları təsdiqləməmiş və sübutların yolverilməzliyi müəyyən edilməmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 21.3, 458.1, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1108.1 və 1108.2-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddəsinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 1108.1-ci maddəsi üzrə - Hazırkı işdə yol-nəqliyyat hadisəsində təqsir və onun dərəcəsi inzibati xəta haqqında qərarla müəyyən olunmalı idi. Təqsir müəyyən edilmədiyi halda, təqsirə əsaslanan mülki öhdəlik yarana bilməzdi. Apellyasiya instansiyası isə bu halları nəzərə almadan zərərin ödənilməsinə dair öhdəliyi müəyyən etmiş və bu zaman mülki hüquq normalarını səhv tətbiq etmişdir.
20. MM-in 1108.3-cü maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qərarında hadisənin qarşılıqlı təsir nəticəsində baş verdiyinin sübut olunmadığını göstərmişdir. Halbuki müstəntiqin cinayət işi üzrə qərarında bu halın göstərilməməsi onun səlahiyyətləri çərçivəsində hadisənin hüquqi qiymətləndirilməsi ilə bağlı olmaması səbəbindəndir. İşin mübahisəsiz hallarına görə, hadisə üç avtomobilin iştirakı ilə baş vermiş, cavabdehə məxsus avtomobil Kamaz markalı avtomobillə toqquşduqdan sonra iddiaçıya məxsus avtomobillə toqquşmuşdur. Apellyasiya instansiyası bu halı nəzərə almayaraq, zərər öhdəliyinin müəyyən edilməsində ümumi əsasların səhv tətbiqinə yol vermişdir.
21. MPM-in 81-ci maddəsi üzrə - Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə icraata xitam verildikdə, inzibati xəta haqqında qərar qəbul olunmalı və təqsirli şəxslərin dairəsi həmin qərarla müəyyən edilməli idi. Lakin məhkəmələr cavabdeh əməkdaşının təqsirini inzibati qərarla deyil, cin ayət işinə xitam verilməsi haqqında qərara əsaslanaraq müəyyən etmiş və bu zaman qanunsuz sübuta istinad etmişdir.
22. MPM-in 418.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası mülki məsuliyyətə dair hüquqi normaları ümumilikdə düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.2. Zərər dedikdə, hüququ pozulmu ş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir”. “Maddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həm in hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir”. “Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ... 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır....”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
31. Kassasiya şikayətində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
32. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin yol-nəqliyyat hadisəsində təqsir və onun dərəcəsinin inzibati xəta haqqında qərarla müəyyən olunması barədə dəlili ilə razılaşmayaraq ona münasibətdə qeyd edir ki, 2022-ci il 15 noyabr tarixli cinayət işi üzrə icraata xitam verilməsinin əsası əməldə cinayət tərkibinin olmaması deyil, əksinə təqsir müəyyən edilərək bəraətverici əsas olmayan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi olmuşdur. Bu halda iş materiallarının inzibati xəta haqqında icraatın aparılması üçün göndərilməsi zərurəti aradan qalxmış olur. Belə ki, kassasiya şikayətinin bu dəlili o zaman əsaslı hesab olunardı ki, cinayət işi üzrə icraat a cinayət hadisəsinin və ya əməldə cinayət tərkibinin olmaması əsasları ilə xitam verilsin (Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən). Yəni hazırkı işdə əlavə olaraq inzibati xəta haqqında qərarla təqsir müəyyən olunarsa, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar öz hüquqi qüvvəsini itirmiş olmaqla yanaşı Cinayət Məcəlləsinin müvafiq maddəsinin tələbinə də zidd olmuş olacaqdır.
33. Bundan başqa məhkəmə kollegiyası kassatorun Mülki Məcəllənin 1108.3-cü maddəsinin tətbiq olunması ilə bağlı dəlilinə münasibətdə vurğulayır ki, qanunvericilik mülki hüquq pozuntusu nəticəsində zərərçəkmiş şəxsin zərərini ona zərər vurmuş şəxslərdən hansından bunun əvəzini ödəmək tələbinə hər hansı məhdudiyyət qoymamışdır. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə g örə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eləcə də birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir (Mülki Məcəllənin 1113.1 və 1113.2-ci maddələrinə əsasən).
34. Qeyd olunmuş maddələrin məzmunundan aydın olur ki, zərərçəkmiş öz ərizəsindən asılı olaraq ziyanın ödənilməsini ya müştərək qaydada bütün zə rərvuranlardan, ya da onların yalnız birindən tələb etməkdə müstəqildir. Birlikdə törədilmiş mülki hüquq pozuntusuna görə zərərin əvəzi zərərvuranlardan yalnız birindən tutulursa, digər zərərvuranla bağlı yaranan hüquqi məsələr adı çəkilən Məcəllənin 1114-cü maddəsi ilə tənzimlənir.
35. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1096/2024 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.