Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-226/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(107)-24/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra iddiaçı) 2022-ci il 4 fevral tarixində Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 28 oktyabr tarixli borc müqaviləsi üzrə 37.953,16 manat məbləğində əsas borcun, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 4.744,1 manat məbləğində peniyanın və 219 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 7 dekabr tarixli, e-2-2(117)-1553/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 37.953,16 manat əsas borcun, 475 manat penyanın və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ödənilməmiş 20 0 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim M.Hüseynov).
3. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
4. Cavabdeh 2023-cü il 31 yanvar tarixində ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməsi səbəbindən, həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli, e-2-2(117)-1553/2022 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 7 dekabr tarixli e-2-2(117)1553/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apelyas iya şikayəti vermək üçün buraxılmış müddət bərpa olunmuş, qeyd edilən qətnamədən cavabdehin verdiyi apelyasiya şikayətinin işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin təsviri hissəsinin üçüncü abzasında qeyd edilən “N.İbiyev” sözünün “Cavabdeh” sözü kimi oxunması qərara alınmışdır (hakim M.Hüseynov). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(107)-24/2023 saylı qərardadı ilə birinci instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kommersiya işi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər e dilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən – məruzəçi hakim N.Quliyev, hakimlər E.Hüseynov və G.Cavadova).
7. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 357.1, 361.1, 361.1.4, 363.1.1-1, 363.4, 366.1, 366.2, 366.4, 402.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət MPM-yə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir.
8. Halbuki, apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətb iq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
9. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki kommersiya işini apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən kommersiya işini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir.
10. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində, qərardadın ləğv olunması, apellyasiya şikayətinin mümkün hesab edilməsi və işin baxılması üçün Şəki Apell yasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası Konstitusiyasının 12 və 60-cı maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin, MPM-in 361-ci maddəsinin tələbləri pozulmuşdur- apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iş üzrə cavabdeh apellyasiya şikayətini MPM ilə müəyyən edilmiş formada vermiş və işə baxılarkən prosessual hüquq normasının pozulması hallarını orada qeyd etmişdir. Belə ki, iş üzrə cavabdeh şikayət formasının 7-ci bəndində qeyd etmişdir ki, “Şəki Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzg ün hüquqi qiymət verməmişdir. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə cavabdeh arasında tütün istehsalı üçün 2021-ci il il 1 noyabr tarixinədək 2020-ci il 28 oktyabr tarixli 2021-ci il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı fermer istehsal etdiyi yaşıl tütünü bütövlükdə 2021-ci il 1 noyabr tarixinədək tam yetişmiş halda, təmiz, içərisində tam yetişmiş halda sifarifçiyə təhvil verir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və 2021-ci il 1 dekabr tarixinədək qüvvədədir. Müqaviləyə əsasən, iddiaçı cavabdehin yetişdirdiyi tütünü vaxtıvaxtında təhvil almalı olduğu halda, həmin tütünü qəbul etməmiş və nəticədə tütün sahədə don vurma nəticəsində məhv olmuşdur. Yəni, qeyd olun an ziyan cavabdehin təqsirindən deyil, iddiaçının təqsiri ucbatından baş vermişdir. İddiaçı müqavilə tələblərini kobud surətdə pozmuşdur.”
12. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi formal əsaslarla iş üzrə cavabdehin apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş və qeyri-mümkünlüyə səbəb olan halları qərardadında əsaslandıra bilməmişdir. Bununla da cavabdehin Azərbaycan Respublikasının Konstitusiyasının 12 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarını kobud şəkildə pozmuşdur.
13. Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Həmin maddənin İİ hissəsində qeyd olunur ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan R espublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli araşdırılması hüququna malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Hazırkı icraat çər çivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər....” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 36 1.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;...” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;... 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosess ual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kollegiya cavabdehin kassaiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən «2 saylı Əlavə» «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-yə daxil edilmişdir.
20. Bundan əlavə, apellyasiya şikayətinin sözügedən 2 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 36 1.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər-363.1.1-1-ci maddəsi isə 361.1-ci maddəsinin tələblərinə cavab verməyən apellyasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir.
21. Həmin forma onu nəzərdə tutur ki, apellyasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
22. Baxılan işdə cavabdeh apellyasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 2 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Belə ki, apellyasiya şikayətində cavabdehin dəlilləri ancaq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur. Həmin hissədə isə MPM-nin 14.1, 76, 88 və 217-ci maddələrinin tələblərinin pozulduğuna istinad olunsa da, işin halları göstərilməklə, həmin maddələrin yalnız mətnləri sadalanmış, birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntunun konkret nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır.
23. Kollegiya cavabdehin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-nin 2021-ci il 1 oktya br tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (2 saylı Əlavə) tərtib edilmədiyini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin həmin apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsinə dair qənaətini MPM-in 361 və 366-cı maddələrinin tələblərinə uyğun hesab edir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli 2-2(107)-24/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv əyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Ə.G.Nurməmmədov