Məhkəmə qərarları › İş №2-2(102)-229/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-229/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-229/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(103)-75/2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 2020-ci il 22 aprel tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə sonuncuya illik 1 (bir) faiz olmaqla, 6 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Bankla "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (indiki adı Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı filialı) arasında zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə əsas borclu ilə birgə məsuliyyət daşımağı öz üzə rinə götürmüşdür.

3. Girovsaxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə, girovqoyan-"xxxx" Şirkəti, borcalan Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 22 aprel tarixli 104.CL.170320.00001/a saylı saxlanc müqaviləsinə əsasən 2020-ci il 22 aprel tarixli 104.CL.220420.00001/b saylı Kredit müqaviləsi, ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları (gələcəkdə - Girov qoyulmuş Əmlak) girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 2.300.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki i craat

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra“iddiaçı”) cavabdehlər Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra-“Filial”) və Cavabdeh1nə (bundan sonra-“MMC”) qarşı iddia ərizəsi ilə 2022-ci il 15 mart tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 2.077.668 ABŞ dolları, o cümlədən 2.000.000 ABŞ dolları əsas, 10.945 ABŞ dolları faiz, 18.389 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 48.334 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 1.856,40 manat dövlət rüsumunun MMC və Filialdan müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 104.LN.2005.220420.00001 №-li, 2020-ci il 22 aprel tarixli kredit müqaviləsinə əsasən cavabdeh MMC-yə 6 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. MMC-yə kredit verilərkən cavabdeh Filial ilə iddiaçı arasında 2020-ci il 22 aprel tarixli, 104.CL.220420.00001/b saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müq avilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 427.3, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdehlər iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.

8. Cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq, təminatın həyata keçirilməsini, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsini və 2.077.668 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 2.300.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı, 2022-ci il 29 iyun tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(103)768/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli e-2-2(113)1668/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci il 22 aprel tarixli 104.LN.2005.220420.00001 saylı Kredit müqavi ləsi üzrə 2.000.000 ABŞ dolları əsas, 10.000 ABŞ dolları faiz, 18.389 ABŞ dolları cərimə, əsas borca illik 5 faiz hesablanmaqla 48.334 ABŞ dolları, cəmi 2.076.723 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.856,40 manat məbləğində pulun MMC və Filialdan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim -K.Hüseynov).

11. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçının cavabdeh kimi qeyd etmiş olduğu ********** saylı VÖEN hal-hazırda Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsusdur və qeyd edilən şirkətin əvvəlki adı "xxxx" olmuş və qeyd edilmiş VÖEN də onun Azərbaycan Respublikasındakı filialına məxsus olmuşdur. Məhkəmə iclasında pulun iddiaçı tərəfindən kimdən tələb edilməsi araşdırılmış və iddiaçı tərəf pulun müştərək qaydada Cavabdeh1 MMC və Zaminlik müqaviləsinin tərəfi ********** saylı VÖEN-nin sahibi Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı filialı olduğundan, ondan tutulmasını xahiş etmişdir.

12. Həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və MM-nin 470.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrin in tələblərinə əsaslanmaqla, bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdeh tərəf pulun ona verilməsini və mövcud borc məbləğini mübahisələndirməmiş, məbləğlə razı olmuş, sadəcə olaraq pulun girov predmetinə yönəldilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

13. Məhkəmə faiz borcunun tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 104.CL.220420.00001/b saylı kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan istifadə etdiyi kreditə görə Kreditora illik 1 (bir) faiz ödəyir. Müqavilənin müddətinin 6 aylıq olmasını və 5.1-ci maddəsini nəzərə alaraq məhkəmə iddiaçının faiz borcunun 10.000 ABŞ dolları hissəsinin tələb etməsində haqlı hesab etmişdir. Belə ki, müqavilənin 5.1-ci maddəsinə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Müqavilənin 1 saylı əlavəsində fazi borcu 10.000 ABŞ dolları məbləğində hesablanmışdır. Bundan başqa da, sadə riyazi hesablama ilə illik faizin 1 faiz olmasını nəzərə alaraq 6 ay üçün 0,5 faiz hesablanmaqla, müqavilənin müddətinin bitmə tarixinə borc 10.000 ABŞ dolları (2.000.000 x0,5 %) təşkil edir.

14. Məhkəmə dəbbə pulunun tutulması tələbinə qiymət verərkən MM-nin 5.3, 425,462.1, 467-ci maddələrinə istinadla göstərmişdir ki, qeyd olunan normaların tələbləri baxımından borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hər əkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

15. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.000.000 AB, dolları olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 18.389 (on səkkiz min üç yüz səksən doqquz) ABŞ dolları məbləğində cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasibdir və cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

16. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 48.334 (qırx səkkiz min üç yüz otuz dörd) ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı göstərmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

17. Bu baxımdan məhkəmə hesab etmişd ir ki, iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

18. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi və maliyyə arayışının xx.xx.2021-ci olması nəzərə alınsa, 6 ay müddət keçmişdir. Bu halda isə əsas borca illik 5 faiz üzrə hesablanmalı olan məbləğ 2000.000x5%=100.000 (1 il üçün) 100.000/2=50.000 ABŞ dolları (6 ay üçün) təşkil edir. Belə olan halda, iddiaçının iddiasında əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğin 48.334 ABŞ dolları olmasını nəzərə alaraq məhkləmə hesab edir ki, so nuncu məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

19. Cavabdehlər tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddiaçının MMC-yə və Filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsi və 2.076.723 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc müqaviləsi üzrə girov şəklində bankda saxlanılan 2.300.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(103)-75/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər tərəfindən kredit borcunun məhkəmə tərəfindən tutulmuş məbləği mübahisələndirilmir. Cavabdehlər hesab edir ki, həmin kredit borcunun ödənilməsi 22 aprel 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı saxlanc müqaviləsi əsasında bankda saxlanılan pul vəsaiti hesabına təmin edilməldir.

22. Məhkəmə şikayətin dəlilinə qiymət verərək göstərmişdir ki, girova tutma yönəltmək girov saxlayanın hüququ olduğundan bu hüquqdan istifadə etmirsə məhkəmə tərəfindən girovsaxlayanın üzərinə belə vəzifə qoyulmasının qanuni əsası yoxdur.

23. Bundan əlavə işdən görünür ki, cavabdehlər məhkəməyə qarşılıqlı idda ərizəsi ilə müraciət edərək kredit borcunun saxlanc müqaviləsi əsasında bankda saxlanılan 2.300.000 ABŞ dolları pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan 2022-ci il 29 iyun tarixli qərardadı ilə yolverilməzliyə görə icraata qəbul edilməmiş, cavabdehlərə izah edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 60.2, 72.1.2, 72.1.3, 76.1, 78.1-ci maddələrinə əsasən ləğv prosesində olan banka qarşı irəli sürülmüş öhdəliklərin əvəzləşdirilməsi ilə bağlı tələbə mülki icraat qaydasında baxıla bilməz.

24. Məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası bu məsələ ilə bağlı hüquqi mövqeyini iş üzrə qəbul edilmiş 2022-ci il 26 iyul tarixli qərardadında bildirdiyi halda cavabdehlər apellyasiya şikayətində yenidən iddia çıya olan kredit borcunun saxlanc girovu hesabına ödənilməsini xahiş etdiklərindən, eyni məsələ ilə bağlı yenidən hüquqi mövqe bildirilməsi zəruri hesab edilmir.

25. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 281.1, 295, 300.0.1, 301, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdehlər tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddiaçının MMC-yə və Filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsi və 2.076.723 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc müqaviləsi üzrə girov şəklində bankda saxlanılan 2. 300.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 285.4, 295, 527.1, 540, 545-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddələrinin tələbləri pozulmuşdur-girov şəklində Bankda saxlanılan pul vəsaitinin itirilməsi nəticəsində Filiala dəyən zərərin əvəzinin ödənilməsi Filial tərəfindən MMC-nin girovla təmin edilmiş öhdəliyinin ödənilməsinə aid edilə bilər. X2 ilə yaradılmış təminat hesabındakı vəsaitlə Kredit Müqaviləsi üzrə MMC-yə qarşı borc tələbini təmin edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehlər tərəfindən verilmiş qarşılıqlı iddia üzrə tələblər MM-in 545-ci maddəsində öhdəliklərin əvəzləşd irilməsinə yol verilməyən hallar arasında öz əksini tapmır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 88, 218.3, 254-cü maddələrinin tələbləri pozulmuşdur-Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, MMCnin və Filialın Banka qarşı tələbi qiymətləndirilməyən tələbdir və girov müqaviləsi nin icra edilməsi ilə bağlıdır. MMC-nin və Filialın Banka qarşı tələbi qiymətləndirilən kreditor tələbi deyil, kredit üzrə borcun girov vasitəsilə ödənilməsindən və girov üzrə təminatın həyata keçirilməsindən ibarətdir. Bunu nəzərə alaraq, həmin iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kreditin girovla təmin olunmasını nəzərə alaraq və müvafiq təqdim olunmuş sübutları qiymətləndirərək tələbin girova yönəldilməsini qət edə bilərdi.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli, 2-1(102)-1332/2019 saylı Qərarında kredit borcunun əvəzləşdirilməsinin hüquqi əsası və mümkünlüyü təsbit olunur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda iflas prosesində olan bankın aktivlərinin (verilmiş kreditlərinin ) təminatı olan girov qoyulmuş əmlakın (pul vəsaiti daxil olmaqla) hüquqi statusu, onlara ləğvedici tərəfindən tələblərin yönəldilməsi və bunun nəticəsində artıq qalmış vəsaitin girov qoyana qaytarılması proseduru mövcud deyil. Buna görə də, cavabdehlər hesab edir ki, Qanunun 78.1-ci maddəsində əks olunan əvəzləşdirmə qaydası girov əmlakına (o cümlədən, girov qoyulmuş pul vəsaitinə) tələblərin yönəldilməsini tənzimləmir. Odur ki, iddiaçının MMC-yə və Filiala qarşı olan kredit müqaviləsi üzrə tələbinin girov qismində Bankda saxlanılan pul vəsaiti hesabına ödənilməsi MM-in müddəalarına əsasən həyata keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiyabaxışının hədləri

32. Kassa siya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

281. Girov hüququnun əmələ gəlməsi 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir....” “Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə

301. Saxlanc Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyə ti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....”

36. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəylər i ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələ ndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Məhkəmə kollegiyasının iş üzrə mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

40. Cavabdehlər kassasiya şikayətində iddia olunan kredit borcunun məbləğini mübahisələndirmədən, faktiki olaraq həmin borcun kreditin təminatı olaraq gi rov qoyulmuş pul vəsaiti ilə əvəzləşdirilməsini xahiş edirlər.

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

42. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.

43. Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. 44.Baxılan işdə cavabdehlər kredit müqaviləsi üzrə borcun, həmin kreditin təminatı olaraq girov qoyulmuş pul vəsaiti ilə əvəzləşdirilməsini xahiş etdiklərindən, nəzərə alınmalıdır ki, tələblərin əvəzləşdirilməsi “Banklar haqqında” Qanunun 78-ci maddəsi ilə tənzimlənir.

45. Həmçinin qeyd edilməlidir ki, c avabdehlərin kassasiya şikayətində istinad etdikləri, kassasiya instansiyası məhkəməsinin qəbul etdiyi kredit borcunun əvəzləşdirilməsi ilə bağlı qərarı da mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılan iş üzrə qəbul edilmişdir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi 38. üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(103)-75/2023 saylı q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.F.Qəribov Ə.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar