Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-230/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(104)-218/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (icraçı) ilə “X3” MMC (sifarişçi) arasında 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli “Xidmət Müqaviləsi” (bundan sonra – “müqavilə”) bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən, icraçı sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq əlavədə göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və s. xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmət müqabilində ona bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir.
4. Həmin müqaviləyə 22 sentyabr 2020-ci il tarixli 3 saylı Əlavə (Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair qiymət razılaşma protokolu) bağlanmışdır. Həmin əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 aylıq xidmət haqqı 14000 manat (ƏDV xaric, yanacaq xaric) məbləğində müəyyən edilmişdir.
5. Həmin Əlavənin 2-ci bəndində göstərilir ki, İcraçı Texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin edir. 3-cü bəndində isə göstərilir ki, Texnikanın sürücüoperatorunu yeməklə (gündə 3 dəfə) Sifarişçi təmin edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 148.680 manat pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 39 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 28 oktyabr tarixində bağlanmış xidmət müqaviləsinə 2020-ci il 22 sentyabr tarixli 3 nömrəli Əlavə üzrə 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil olmaqla 148.680 manat təşkil edir. Cavabdeh texnikanın az istismar edildiyini esas gətirərək ödənişlərin aparılmasından imtina etmiş, göndər ilmiş elektron qaimələri isə qəbul etməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05-T-387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci ilin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 11 gün istismar edilmişdir. Cavabdeh 2022-ci ildə 28 fevral tarixdə maşın və mexanizmlərin təhvil verilməsi barədə akt tərtib edərək iddiaçıya məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsinin son istifadə olunma tarixi 2021-ci il 29 oktyabr tarixindən 2022-ci il 28 fevral tarixinə qədər cavabdehdə istifadə olunmadığı və iddiaçı tərəfindən geri götürülmədiyi göstərilmişdir. Texnikalar cavabdehə son təhvil verildiyi kimi saz vəziyyətdə olmuşdur ki, texnikanın c avabdeh tərəfindən istismar olunmaması onu aylıq ödənişdən azad edə bilməzdi. Texnikanın geri qaytarılması üçün isə iddiaçıya bununla bağlı xəbər verilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi. Texnikanın qaytarılması yalnız 2022-ci il 28 fevral tarixdən sonra baş tutmuşdur. Tərəflər arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları mövcud olmuş, xidmətlərin növü və qiyməti fərqli müəyyənləşdirilmişdir. 2019-cu il 28 oktyabr tarixli protokolda konkret görüləcək işin 1 ton mala görə 10, 13 və 18 manat, 2020-ci il 22 sentyabr tarixli protokola görə 1 ədəd “Rokson” texnikasının 1 ayı 14.000 manat müəyyənləşdirilmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyun tarixli e-2-2(115)-436/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə 115.640 manat borc, ödənilmiş 400 manat mediasiya xərci və 39 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 366,64 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – G.Quliyeva).
9. Məhkəmə qeyd etmişdir ki, 28 fevral 2022-ci il tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktına əsasən, "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 29 oktyabr 2021ci ildən 28 fevral 2022-ci ilə qədər “X3” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X3” MMCyə son təhvil verildiyi kimi saz vəziyyətdədir. 10. 13.12.2022-ci il tarixli 532863 nömrəli elektro n qaimədən görünür ki, 1 ədəd “Rokson” markalı texnikaya dair aylıq 14000 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV hər ay üçün 2520 manat olmaqla müəyyənləşmiş icarə haqqı 2020-ci ilin avqust, dekabr ayları üçün, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr ayları üçün və 2022ci ilin yanvar ayı üçün cəmi 148680 manat icarə haqqı üzrə borcunun olmasına dair "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qaimə ötürülmüş, lakin qaimə sonuncu tərəfindən təsdiq edilməmişdir.
11. Məhkəmə bildirmişdir ki, tərəflər arasında xidmət müqaviləsi bağlansa da texnikanın 29 oktyabr 2021-ci il tarixədək istifadə olunması, həmin tarixdən isə iddiaçıya təhvil verilənədək, 28 fevral 2022-ci ilə qədər istifadə olunmaması cavabdehin tərtib etdiyi akla təsdiqini tapır. Çünki cavabdeh tərtib etdiyi aktda həmin texnikanın son istifadə etmə müddətini göstərməklə texnikanı iddiaçıya təhvil vermişdir. Müqavilənin xidmət müqaviləsi olması əsası ilə cavabdeh tərəfindən 29 oktyabr 2021-ci il tarixədək istifadə olunmuş texnikaya görə iddiaçının haqq tələb edə bilməməsi və iddianın həmin əsasla təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz.
12. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 29 oktyabr 2021-ci il tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14000 manat olmaqla (ƏDV daxil 16520 manat) cəmi 115640 manat məbləğində pul cavabdehdən t utularaq iddiaçıya ödənilməlidir. Həmçinin, texnika son istifadə müddəti, yəni 29 oktyabr 2021-ci il tarixdən texnikanın iddiaçıya təhvil verildiyi 28 fevral 2022-ci ilə qədər istifadə olunmamışdır. Həmin müddət ərzində iddiaçı 2021-ci ilin noyabr, 2022-ci ilin yanvar ayı üçün ödəniş tələb edir ki, həmin hissədə iddia təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 752.1, 753.1-ci maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən mübahisələndirilən 33.040 mana t məbləğində pulun cavabdehdən tutulmasının rədd edildiyi hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edildiyi hissədə ləğv, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia tə min edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).
17. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin qərardadı əsasında məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 8 dekabr tarixli 9/8644 nömrəli rəyi verilmişdir. Həmin rəyə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12.707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 249.861,87 manat ödənilməli məbləğin olduğu, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğin isə 290.031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290.031,18 manat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır ki, iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli Xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edildiyindən ödənilmiş vəsaitlərin hansı məbləğin icarə haqqı kimi, hansı məbləğin isə çınqıl-qum-atsep daşınması üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim edilmiş iş materiallarında tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş maşın və mexanizmlərin təhvil verilməsi haqqında aktda öz əksini tapmışdır ki, həmin aktda iddiaçıya məxsu s “ROKSON” markalı 2021-ci il 28 oktyabr olmaqla, 2021-ci il 29 oktyabrdan 2022-ci il 28 fevrala qədər cavabdehdə istifadə olunmadığı və iddiaçı tərəfindən geri götürülmədiyi qeyd olunmuşdur. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 2021-ci il 29 oktyabr tarixdən iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmadığından birinci instansiya məhkəməsi 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək hesablanmış icarə haqqı borcunu təmin etməməkdə haqlı olmuşdur.
19. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunduğu hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, kollegiyaya təqdim edilmiş təhvil-təslim aktlarından və həmi n aktlar əsasında tərtib edilmiş elektron qaimələrdən 2020-ci il 22 sentyabr tarixli 3 nömrəli Əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnikanın işlədiyi günlərə əsasən cavabdehə borcun hesablandığı aydın olmuş, məhkəmə kollegiyası müqavilənin məzmunundan onun icarə müqaviləsi deyil, podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi olması qənaətinə gəlmişdir. İddiaçı tərəflər arasındakı münasibətlərin icarə münasibətləri olduğunu qeyd edərək texnikanın cavabdehdə olduğu müddətdən hər bir ay üçün 14.000 manat ödənilməsini xahiş etmiş, bu isə onlar arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Bu səbəbdən, iddiaçı cavabdehə yalnız texnikanı yox, həmçinin həmin texnikanı idarə edən sürücü-operatoru da vermiş, sürücü-operatora əmə k haqqını iddiaçı özü ödəmişdir.
20. Qanunvericiliyə görə icarə müqaviləsi ilə podrat müqaviləsi arasında oxşar cəhətlər olsa da, həmin müqavilələr mahiyyətcə fərqlənir. İcarə müqaviləsinə əsasən icarə obyektindən istifadə edərək gəlir götürürsə, podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin tərəflər arasında bağlanmış xidmət müqaviləsinin icarə müqaviləsi kimi izah olunmasını əsassız saymışdır.
21. Bundan başqa, ekspert rəyi ilə iddiaçı tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12.707,66 manat ( ƏDV daxil) olmaqla, ümumilikdə 249.861,87 manat ödənilməli məbləğin olduğu, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğin isə 290.031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmişdir.
22. Apellyasiya instansiyası gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 700.1, 700.2, 752.1, 753.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(102)-395/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gə ncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – İ.Şəfiyev və Ə.Nurməmmədov).
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə tərəflər arasında bağlanmış müqavilədə icraçı tərəfindən sifarişçi üçün hər hansı konkret maddiləşmiş, fərdi əlamətlərinə görə müəyyən edilə bilən əşyanın, məmulatın hazırlanması nəzərdə tutulmadığından məhkəmə kollegiyası mübahisəli müqavilənin apellyasiya instan siyası məhkəməsi tərəfindən “özündə podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi” kimi qiymətləndirilməsini qanunun tələblərinə uyğun şəkildə əsaslandırılmış hesab etmir.
26. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli müqavilənin xidmət müqaviləsi olmasına dair mövqeyi ilə də tam razılaşmamış və hesab etmişdir ki, hazırkı müqavilə özündə eyni zamanda həm icarə müqaviləsinin, həm də xidmət müqaviləsinin ayrı-ayrı elementləri ehtiva edən qarışıq müqavilədir.
27. Məhkəmə kollegiyası MM-in 390.4-cü maddəsini nəzərə alaraq hesab etmişdir ki, tərəflər özündə yuxarıda qeyd olunan icarə və xidmət müqavilələrinin ünsürlərini ehtiva edən qarışıq müqavilə bağlamışlar. MM-in 404.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, qarışıq müqavilələr t əfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Hazırkı halda isə hansı müqavilənin ünsürlərinin üstünlük təşkil etdiyini dəqiq müəyyən etmək mümkün olmadığından, hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli müqaviləyə MM-in icarə müqaviləsinə və tənzimləyən tapşırıq müqaviləsinə dair normaları (xidmət müqavilələrinə dair ayrıca müddəalar olmadığından) işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəli müqaviləni yalnız “özündə podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi” kimi qiymətləndirməklə, onun icarə elementlərinə də malik olmasını nəzərə almamaqla maddi hüququn tətbiqində səhvə yol vermiş, bununla da iş üzrə yanlış nəticəyə gəlm işdir. Ona görə də mübahisələndirilən qətnamənin tam olaraq qüvvədə saxlanılması mümkün deyildir. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, texnikanın 2021-ci il 29 oktyabr tarixindən iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevral tarixinədək faktiki istifadə olunmadığı, yəni hər hansı xidmət göstərilmədiyi müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək hesablanmış borcu təmin etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir. O da qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçıya ümumilikdə 249.861,87 manat ödənilməli olduğu halda, cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290.031,18 ma nat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır. Odur ki, işə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi cavabdehin borcunun məbləğini faktiki ödənişlərin hamısını nəzərə almaqla dəqiq müəyyən etməlidir
28. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 6.2, 385.1, 386.1, 390.4, 404.5, 442, 675, 700.1, 700.2, 777.1-ci; MPM-in 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(104)-218/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov və İ.Həsənov).
30. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(104)-218/2024 nömrəli əlavə qətnaməsi ilə iş üzrə ekspertiza xərci Cavabdehnə aid edilməklə 200 (iki yüz) manat pulun Cavabdehndən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdır (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov və İ.Həsənov).
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqaviləyə 3 saylı əlavədə “Rokson” markalı texnikanın qeydiyyat nömrəsi, miqdarı və konkret məqsədi (böyük əhəng daşlarının xırdalanması) göstərilib. Bu icarə müqaviləsinə uyğun bir xüsusiyyətdir, çünki konkret əmlakın istifadəsi təmin edilir. Texnikanın aylıq icarə haqqı (14,000 AZN (yanacaq xaric)) açıq şəkildə qeyd olunub və bu məbləğ texnikanın istifadəsi üçün ödə nilməli olan sabit məbləğ kimi göstərilib ki, bu, icarə müqaviləsində tez-tez rast gəlinən ünsürdür. Həmçinin müqaviləyə 3 saylı əlavədə texnikanın idarə edilməsi üçün sürücü-operator təmin edilməsi icraçının məsuliyyəti kimi qeyd olunub. Bu, xidmət müqaviləsinə uyğun görünə bilər, lakin texnikanın istifadəsinin əsas məqsəd olduğunu nəzərə alaraq, bu öhdəlik icarə müqaviləsinə zidd deyil. Texnikanın sürücü-operatorunun yemək təminatı isə sifarişçiyə aid edilmişdir. Bu, texnikanın effektiv istifadəsini təmin etmək üçün əlavə bir şərt kimi görünə bilər və müqavilənin əsas mahiyyətini (texnikanın istifadəsini) dəyişdirmir. Qeyd olunan Əlavədən görünür ki, əsas məqsəd texnikanın müəyyən bir iş üçün istifadəsidir. Əlavədə göstərilən məbləğin “icarə haqqı” kimi sabit olması, texnikanın konkret o laraq müəyyən edilməsi və istifadəyə verilməsi tərəflər arasında olan münasibətin icarə münasibətlərindən irəli gəldiyini göstərir. Xidmət müqaviləsi olsa idi, ödəniş yalnız faktiki xidmətlərin yetirilməsi ilə bağlı olardı.
32. İşdə olan 28 fevral 2022-ci il tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X3” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X3” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Göründüyü kimi texnikadan son istifadə müddəti 2021-ci il 29 oktyabr göstərilmiş, həmin müddətdən texnikanın iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmaması barədə akt tərtib edilmiş və tərəflərin hər ikisi tərəfindən təsdiq edilmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 2021-ci il 29 oktyabr tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14.000 manat olmaqla (ƏDV daxil 16.520 manat) cəmi 115.640 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
34. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin müvafiq göstərişinə münasibətdə qeyd e tmişdir ki, iş üzrə ekspertiza rəyindən də göründüyü kimi iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli Xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edildiyindən ödənilmiş vəsaitlərin hansı məbləğinin icarə haqqı kimi, hansı məbləğinin isə çınqıl-qum-atsep daşınması üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş üzrə tərəflərin nümayəndələri də bu halları müəyyən edə biləcək dəlilləri məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də cavabdehin borcunun məbləğini faktiki ödənişlərin hamısını nəzərə almaqla dəqiq müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəf özü də faktiki ödənişlərinin hansı hissəsinin tələb olunan icarə haqqı ödənişlərinə aid olduğunu aydınlaşdırmağa imkan ver ən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 385.1, 386.1, 390.4, 404.5, 442, 675, 700.1, 700.2, 777.1-ci maddələri; MPM-in 14.2, 77.1, 88, 217, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. Cavabdeh kassasiya şikayəti verərək 2024-cü il 18 dekabr tarixli qətnamənin və 2025-ci il 16 yanvar tarixli əlavə qətnamənin ləğv, iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. MM-in 385.1 və 752.1-ci maddələri üzrə - tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan 3 saylı əlavədə göstərilən xidmətlərə əsasən iddiaçı ümumilikdə 237.154,21 manat məbləğində xidmət göstərmişdir. Bu xidm ətlərə dair elektron qaiməfakturalar və təhvil-təslim aktları məhkəməyə təqdim olunmuşdur. Cavabdeh isə müqaviləyə uyğun olaraq iddiaçıya ümumilikdə 290.031,18 manat məbləğində ödəniş etmişdir. Yəni cavabdeh iddiaçıya göstərdiyi xidmətlərin dəyərindən artıq – 52.876,97 manat əlavə ödəniş etmişdir. Bu səbəbdən cavabdeh əlavə ödəniş etməli olmadığını və artıq ödənilmiş məbləği tələb etmək hüququnu özündə saxladığını bəyan edir. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş və tətbiq edilməli olan müvafiq maddi hüquq normasını tətbiq etməmişdir.
38. MM-in 528-ci maddəsi üzrə - cavabdeh iddiaçı qarşısında xidmət müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdiyinə (xidmət haqqını tamamilə ödədiyinə) görə, onun iddiaçıya münasibətdə xidmət haqqının ödə nilməsi öhdəliyinə artıq xitam verilmişdir.
39. MM-in 529.2-ci maddəsi üzrə - məhkəməyə təqdim edilmiş əsas və ƏDV üzrə ödəniş tapşırıqlarında “Ödənişin təyinatı və əsas” bölməsində açıq şəkildə göstərilmişdir ki, ödənişlər yalnız 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli Xidmət müqaviləsinə əsasən həyata keçirilmişdir. Həmin tarix və nömrə ilə başqa müqavilə mövcud deyil. Maddi hüquq normalarına əsasən, iddiaçı sübut etməlidir ki, bu ödənişlər daşınma xidməti ilə bağlıdır və icarə haqqına aid deyildir. Bundan əlavə, cavabdeh müqavilə üzrə (bütün əlavələr nəzərə alınmaqla) iddiaçıya artıq 52.876,97 manat məbləğində ödəniş etmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsinin ödəniş tapşırıqları və ekspertiza rəyini nəzərə almaması, açıq və rəsmi sənədlərə məhəl qoymaması maddi hüquq normasının kobud şəkildə pozulması deməkdir və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir.
40. MPM-in 420-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin əvvəlki göstərişini formal şəkildə yerinə yetirmiş, lakin həmin göstərişin mahiyyətinə uyğun araşdırma aparmamış, bununla da prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur.
41. MPM-in 14.2, 77.1, 217.4-cü maddələri üzrə - cavabdeh tərəfindən məhkəməyə borcun daha artıq məbləğdə ödənilməsinə dair ödəniş tapşırıqlarının təqdim olunmasına, artıq ödəmə faktının hətta, ekspertiza rəyi ilə təsdiq olunmasına baxmayaraq, məhkəmə həmin subutlardan istifadə etməmişdir. Xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun movcud olduğunu iddiaçı sübut etməli idi. Bunun əksinə olaraq, cavabdeh öz etirazının əsası kimi borcun mövcud olmadığını qeyd olunan sənədlərlə (ödəniş tapşırıqları və s.) tam subuta yetirmişdir.
42. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının nümayəndəsinin və özünun subyektiv mülahizəsinə əsaslanaraq qimətləndirmə aparmışdır. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək, cavabdeh kassasiya şikayətində iddiaçının təqdim etdiyi xidmətlərdən artıq 52.876,97 manat məbləğində ödəniş etdiyini əsas gətirərək, əlavə öhdəliyinin olmadığını bildirmişdir. Lakin MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində faktiki halların yenidən qiymətləndirilməsi əsas kimi götürülə bilməz. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası bu qərarı əsaslı hesab etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında 2020-ci il 22 sentyabr tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşmasına əsasən 1 ədəd “Rokson” markalı texnika cavabdehə icarəyə verilmiş, texnika 2022-ci il 28 fevral tarixində saz vəziyyətdə geri təhvil alınmışdır. Təhvil-təslim aktına əsasən texnika 2021-ci il 29 oktyabr tarixindən istifadə olunmamışdır. Ancaq bundan əvvəlki dövrdə - 2020-ci ilin avqust, dekabr, 202 1-ci ilin fevral, mart, iyun, iyul və sentyabr ayları üzrə 7 ay üçün hər ay 14.000 manat olmaqla (ƏDV ilə 16.520 manat) ümumilikdə 115.640 manat icarə haqqı ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə qarışıq xarakterli olub, həm icarə, həm də xidmət elementlərini ehtiva etsə də, müqavilənin əsas mahiyyəti texnikanın istifadəsinin təmin edilməsindən ibarətdir. Bu baxımdan, MM-in 404.5-ci maddəsinə əsasən, icarə münasibətləri tətbiq edilməlidir. Ali Məhkəmənin 2024-cü il 28 avqust tarixli qərarında da göstərildiyi kimi, tərəflər arasında faktiki xidmətin göstərilməsi müəyyən edilmiş və müvafiq aylıq ödənişin aparılması zəruri hesab olunmuşdur. Bu səbəbdən cavabdehin kassasiya şikayəti əsassız və formal xarakter daşıyır. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 18 dekabr və 2025-ci il 16 yanvar tarixli qətnamələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur və qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
432. Öhdəliyin hissə-hissə icrası 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər bo rclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.” “Maddə
529. Öhdəliyin icrasının qəbulu 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.” “Maddə
675. Əmlak kira yəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.”
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.” Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
49. Lakin kollegiya hesab edir ki, iddianın qi smən təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış xidmət müqaviləsinə aid 3 saylı əlavədən yaranan “Rokson” markalı texnikanın cavabdehin istifadəsinə verilməsi ilə bağlı münasibətləri icarə münasibətləri kimi dəyərləndirmiş və 2021ci il 29 oktyabr tarixədək ödənilməyən 7 ay üzrə hər ay 14.000 manat olmaqla (ƏDV daxil 16.520 manat) cəmi 115.640 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmışdır.
51. Bununla yanaşı, məhkəmə tərəfindən iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 16 sayda elektron qaiməl ərə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12.707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə ödənilməli məbləğ 249.861,87 manat, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğ isə 290.031,18 manat (ƏDV daxil) təşkil etmişdir.
52. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar və məhkəmə ekspertizası rəyi əsasında müəyyən etmişdir ki, 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan cəmi məbləğ 249.861,87 manat təşkil etmiş, cavabdeh isə daha artıq məbləğ olan 290.031,18 manat ödəmişdir.
53. Bu hal nəzərə alınaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(102)-395/2024 nömrəli qərarında qeyd edilmişdir ki, işə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi cavabdehin borcunun məbləğini faktiki ödənişlərin hamısını nəzərə almaqla dəqiq müəyyən etməlidir.
54. Apellyasiya instansiyası məhkəməsi isə bu halı müəyyən etmək mümkün olmadığı nəticəsinə gəlmiş və qeyd etmişdir ki, tərəflərin nümayəndələri bu halları müəyyən edə biləcək dəlilləri, habelə cavabdeh tərəf özü də faktiki ödənişlərinin hansı hissəsinin tələb olunan icarə haqqı ödənişlərinə aid olduğunu aydınlaşdırmağa imkan verən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-in 432.3 və 529.2-ci maddəsinin tələblərinə ziddir.
56. Belə ki, məhkəmənin müəyyən etdiyi işin mübahisəsiz hallarına görə tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə 1 və 2 saylı əlavələr də bağlanılmış və həmin əlavələrlə iddiaçı tərəfindən cavabdehə daşıma xidmətlərinin həyata keçirilməsi razılaşdırılmışdır.
57. Göründüyü kimi tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə bir neçə eyni növlü öhdəliklərin icrası nəzərdə tutulmuşdur.
58. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edilməklə, hansı məbləğinin icarə haqqı kimi, hansı məbləğin isə çınqıl-qumatsep daşınması üçün ödənilməsi qeyd edilməmişdir.
59. Kollegiya qeyd edir ki, belə olan halda öhdəliklərin icrası MM-in 432.3-cü maddəsinə əsasən müəyyən edilir.
60. Həmin maddənin tələblərinə görə, əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.
61. Cavabdeh də bildirir ki, onun tərəfindən edilmiş ödənişlərlə xidmət müqaviləsinə aid 3 saylı Əlavədən yaranan öhdəliklər tam icra olunmuşdur.
62. Belə olan halda, MM-in 529.3-cü maddəsinə əsasən, süb utetmə yükü iddiaçının üzərinə düşür və o sübut etməlidir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər xidmət müqaviləsinə aid 3 Əlavədən deyil, digər öhdəliklərə aid olmuşdur.
63. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf bu halları müəyyən edə biləcək dəlilləri məhkəməyə təqdim edə bilməmşdir.
64. Belə olan halda isə MM-in 432.3-cü maddəsinə əsasən cavabdehin özünün müəyyənləşdirdiyi (3 saylə Əlavədən yaranan) öhdəlik ödənilmiş və MM-in 528-ci maddəsinə əsasən cavabdehin həmin öhdəliyinə kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və hazırkı mübahisə üzrə tətbiq edilməli olan MM-in 432.3 və 528-ci maddələrini tətbiq etməmişdir.
66. Qeyd olunanları və MPM-in 417.1.4, 417.2, 418.2, 3 86-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməli, qətnamə iddianın qismən təmin edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia rədd edilməlidir.
67. Eyni zamanda, iddia rədd edildiyindən və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməli olduğundan əlavə qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməli, əlavə qətnamə ləğv edilməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
68. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(104)-218/2024 nömrəli qətna məsi və 2025-ci il 16 yanvar tarixli 2-2(104)-218/2024 nömrəli əlavə qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı olan tərəflər arasında 2019-cu il 28 oktyabr tarixində bağlanmış xidmət müqaviləsinə 2020-ci il 22 sentyabr tarixli 3 nömrəli Əlavə üzrə 115.640 manat məbləğində borcun tutulması barədə iddia rədd edilsin. İddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. Cavabdeh MMC tərəfindən ödənilmiş cəmi 438,68 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qüvvəyə minir.