Məhkəmə qərarları › İş №2-2(102)-231/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-231/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-231/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh İB-yəqarşı iş üzrə QƏRAR (açar sözlər: istixanada quraşdırılmış Elster G-250 RVG EK-220 markalı 75141594 saylı sayğacın texniki pasportu məhkəməyə təqdim edilməmiş və qazın dəyərinin hesablanması zamanı sayğacın nəyə əsasən mexaniki deyil, elektron göstəricisinin əsas götürülməsi heç nə ilə əsaslandırılmamışdır.) Giriş hissə: Hakimlər: Bəhman Qəribov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Azər Hüseynovdan ibarət tərkibdə, Cavabdeh vəkili xxx oğlunun iştirakı ilə, məhkəmə iclas katibi Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Apelya siya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(105)-30/2020 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə xx.xx.2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (bundan sonra-Cavabdeh İB) qarşı qaz sərfiyyatına görə cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan xxx rayonu, xxx kəndində yerləşən istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 123.129,40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra-birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki,xxx rayonu, xxx kəndində yerləşən istixana əvvəllər xxx oğlunun mülkiyyətində olmuş, son radan xxx istixananı iddiaçıya satmış və alqı-satqı əsasında Xaçmaz Qaz İstismarı Sahəsi tərəfindən abonent kodu da iddiaçının adına keçirilmişdir. Xaçmaz Qaz İstismarı Sahəsi tərəfindən təqdim olunmuş, xx.xx.2019-cu il tarixli abonentin saldosunda (abonent kodu **********00000) sayğacın mexaniki göstəricisi 2.144.576 kubmetr, elektron göstərici 2.760.195 kubmetr göstərilmiş, göstəricilər arasındakı fərq 615.619 kubmetr və ya pulla dəyəri 123.123,80 manat təşkil etmişdir (615.619 kubmetr X 0,20 manat). Abonentin saldosuna əsasən, qaz borcu sayğacın elektron göstəricisinə (2.760.195 kubmetr) görə hesablanmış, halbuki istixanada qaz sərfinin hesablanması mexaniki göstəricilər əsasında aparılmalıdır. Beləki, göstərilən məsələ ilə əlaqədar, yəni istixanada qaz sərfinin hesablanması sayğacın me xaniki göstəriciləri əsasında aparılmalı olması barədə tərəflər arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir ki, istixanada qaz sərfinin hesablanması sayğacın mexaniki göstəriciləri əsasında aparılmalıdır. İstixana xxxin mülkiyyətində olduğu vaxt, onun yuxarıda göstərilən məsələ ilə əlaqədar iddia ərizəsi birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)-41/2016 saylı qətnaməsi ilə təmin edilmiş, istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış (sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasındakı fərqin dəyəri) məbləğin silinməsi qət olunmuşdur. Həmin qətnamənin 6-cı vərəqində birbaşa göstərilmişdir ki, “xxx oğluna qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstə ricisi əsas götürülməklə hesablanmalı idi”. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 22(105)-105/2016 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)41/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış orada da göstərilmişdir ki, “xxx oğluna qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəricisi əsas götürülməli idi”. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-166/17 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-2(105)- 105/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, göstərilən mübahisə üzrə qanuni qüvvəy ə minmiş məhkəmə qərarları qəbul olunmuş və bu məhkəmə qərarları ilə konkret olaraq təsdiq olunmuşdur ki, qaz sərfiyyatına görə borc hesablanarkən, borc sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalıdır. Lakin tərəflər arasındakı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qaz sərfinin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalı olması təsdiq olunmasına baxmayaraq, Cavabdeh İB tərəfindən istixanada qaz sərfiyyatı qanunsuz olaraq yenə də sayğacın elektron göstəricisinə əsasən aparılır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun tələbinə görə sahibkarı olduğ u istixanada qaz sərfinin sayğacın mexaniki və ya elektron göstəricisinə əsasən aparılmalı olması məsələsi mübahisələndirilə bilməz və onun tərəfindən yenidən sübut olunmamalıdır. Cavabdeh sadəcə olaraq Azərbaycan Respublikası adından qəbul olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə hörmətlə yanaşaraq, sahibkarı olduğu istixanada qaz sərfiyyatına görə borcu sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanmalıdı. Hal-hazırda istixananın qaz təchizatı Cavabdeh İB tərəfindən süni şəkildə yaradılmış qaz sərfiyyatı borcuna görə dayandırılmış və istehlakçıdan istixananın qaz təchizatının bərpa olunması üçün elektron və mexaniki göstəricilər arasında yaranmış fərqin ödənilməsi tələb olunur ki, bu da qeyri-qanuni tələbdir. İddiaçı cari qaz sərfiyyatı borcunun onun tərəfindən ar tıqlaması ilə ödənildiyini, lakin Cavabdeh İB qaz təchizatının bərpa edilməsindən imtina etdiyini göstərərək ərizədə daha sonra bildirir ki, bu səbəbdən o, Cavabdeh İB-nə xxx rayonu, xxx kəndində yerləşən istixanada qaz sərfinin sayğacın mexaniki göstəricisi əsas götürülməklə hesablanması, həmçinin xx.xx.2019-cu il tarixinə artıq hesablanmış 123.123,80 manat qaz sərfi məbləğinin (sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq) silinməsi barədə ərizə- pretenziya ilə müraciət etmişdir. Ərizə-pretenziya Cavabdeh İB tərəfindən surətinə qəbul olunma barədə ştamp vurulmaqla xx.xx.2019-cu ildə qəbul olunmuş, lakin hal hazıra qədər cavabdehə dəfələrlə müraciət edərək, ərizənin baxılmasının nəticələri barədə ona məlumat verilməsini xahiş etsə də, bu vaxta qədər heç bir cavab verilməmişdi r. xx.xx.2019-cu il tarixə Xaçmaz Qaz İstismarı Sahəsi tərəfindən təqdim olunmuş abonentin saldosunda (abonent kodu **********00000) sayğacın mexaniki göstəricisi 2.144.669 kubmetr, elektron göstərici 2.760.316 kubmetr göstərilmişdir. Göstəricilər arasındakı fərq isə 615.647 kubmetr təşkil edir ki, fərqin pulda dəyəri 123.129,40 manatdır (615.647 kubmetr X 0,20 manat). Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-556/2019 nömrəli (hakim V.Əzizova) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən qaz sərfiyyatına görə İddiaçı mülkiyyətində olan xxx rayonu, xxx kəndində yerləşən istixanaya hesablanmış 123.129,40 manat borcun silinməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapellyasiya şikayəti verərək birinci instansiya məhkə məsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) xx xxxx 2020-ci il tarixli, 2-2(105)-30/2020 nömrəli (hakimlər T.Quliyev - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) qətnaməsi ilə cavabdehin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-2(085)556/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh İB-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İB və xxx arasında xx xxxxxx 2016-cı il tarixli ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə ”müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə görə paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi,istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcının hesabına ödəməyi öhdələrinə götürmüşlər. Abonentin saldosundan görünür ki,iddiaçıya məxsus obyektdə quraşdırılmış Eltser G-250 RVG EK-220 markalı, 75441594 saylı sayğacın 2019-cu ilin iyun ayı üzrə mexaniki göstəricisi 2.144.576 kubmetr, elektron göstəricisi isə 2.760.195 kubmetr göstərilmişdir. Həmin sayğacın mexaniki və elektron göstəriciləri arasında kəskin fərq (615.619 kubmetr) mövcud olmuşdur ki, bununla əlaqədar sayğacın mexaniki və ya elektron göstəricisinin əsas götürülmə silə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Həmin qətnamədə daha sonra göstərilmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2016cı il tarixli 2-2(85)-41/2016 saylı qətnaməsilə ilkin iddia üzrə iddiaçı- xxx oğlunun cavabdehCavabdeh İB-yə qarşı xx.xx.2015-ci il tarixli abonentin saldosundan iddiaçının mülkiyyətində olan xxx rayonu, xxx kəndində yerləşən istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 7.712.50 manat məbləğinin silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh İB-nin cavabdeh- xxx oğluna qarşı 9.495.50 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi tələbinə dair iddiaları üzrə ilkin iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən xxx oğlunun mülkiyyətində olan istixananın qaz sərfiyyatı üzrə artıq hesablanmış 7.712.50 manat məbləğin silin məsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq xxx oğluna ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək xxx oğlundan 1.782.98 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh İB xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2016-cı il tarixli,2-2(105)-2016 saylı qətnaməsilə ilk iddia üzrə Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-166/2017 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016- cı il tarixli qətnaməsi ilk iddia üzrə Cavabdeh İB-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “Sayğacın istismara yararlığı haqqında” və “Sayğacın obyektə ilkin quraşdırılması barədə” sənədlərdə yuxarıda göstərilən ünvanda yerləşən istixanada quraşdırılmış Eltser G-250 RVG EK-220 markalı, 75441594 saylı sayğacın ancaq mexaniki göstəriciləri göstərilmişdir və bu da əsas verir ki, qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəriciləri əsas götürülməlidir. Xaçmaz Regional Qaz İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, istixananın xx.xx.2019-cu il tarixədək isti fadə olunan təbii qaza görə 53.463,60 manat qaz pulu borcu vardır. xx.xx.2018-ci il tarixdə 2-2(85)41/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməyə əsasən 7.712,50 manat abonentin hesabından silinmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi xxx oğlu ilə Cavabdeh İB arasında iddiaçının mülkiyyətində olan xxx rayonu, xxx kəndində yerləşən istixananaya təbii qazdan istifadəyə görə hesablanmış 51.598,60 manat məbləğində borcun olması barədə xx.xx.2019-cu il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolunun işin həqiqi hallarına uyğun olmayıb, toplanmış digər sübutlarla öz təsdiqini tapmayaraq, təkzib olunduğuna görə ona tənqidi yanaşılıb sübut kimi qəbul edilmədiyini, iddiaçı xxx oğluna məxsus xxx rayonu, xxx kəndində yerləşən istixanada xx.xx.2014-cü il tarixdə quraşdırılmış Elster G-250 RVG EK-220 markalı 75141594 saylı sayğacın texniki pasportunun məhkəməyə təqdim olunmadığını, qazın dəyərinin hesablanması zamanı nəyə əsasən sayğacın mexaniki deyil, məhz elektron göstəricisinin əsas götürülməsinin, həmçinin,Cavabdeh İB-nin göstərilən “istifadə edilmiş qazın dəyəri olaraq borc məbləğinin sayğacın mexaniki deyil, elektron göstəricisinə əsasən hesablanmalı olması” barədə dəlilinin də işə nə birinci instansiya məhkəməsində baxılarkən, nə də apellyasiya baxışı zamanı nümayəndə tərəfindən əsaslandırılmamasını və bu halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini göstərmişdir. Həmin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 385.1-ci, 427.2-ci, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra-Qaydalar) 5.2-ci, 5.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci, 2.4-cü bəndinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan cavabdeh kassasiya şikayəti verərək iş üzrə bu məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasından xahiş etmişdir. Kassasiy a şikayətinin dəlilləri: Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən ünvanda yerləşən istixanada (kon:**********00000) Eltser G-250 RVG EK-220 markalı, 75441594 saylı qaz sayğacı vasitəsilə təbii qazdan istifadə olunur.Onun dəyəri hər ay sayğac göstəricisinə əsasən hesablanaraq istehlakçıya hesab faktura göndərilmişdir. İddiaçı ərizəsində ona hesablanmış təbii qazın dəyərinin sayğacın mexaniki göstəricisinə əsasən hesablanmalı olmasını və əvvəllər çıxarılmış məhkəmə qətnaməsinə istinad etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri də heç bir araşdırma aparmadan iddianı təmin etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən sayğacın elektron və mexaniki göstəricisi arasında fərq olduğunu əsas götürmüş, borcun silinməsi barədə qanun suz və əsassız qətnamə çıxarmışdır. Sənaye qaz sayğaclarında elektron və mexaniki göstəricilər arasında fərqin olması təbii haldır və dünyada qəbul edilmiş standartlara uyğundur. Belə ki, sayğacın mexaniki göstəricisi sayğacdan keçən kütlənin miqdarını qeydə alır. Qaz həcmi isə bir neçə amildən, qazın xüsusi çəkisindən, təzyiqdən, temperaturdan asılıdır. Göstərilən bu amillər sovet dövründə “Minsterstvo qlavnoy (qazovoy) promışlennosti” tərəfindən təsdiq olunmuş “Quliyev cədvəli əsasında müəyyən edilmiş formul əsas götürülərək riyazi hesabat aparılırdı. Bu tip sayğaclarda alınan koeffisent mexaniki göstəriciyə vurulurdu, indi isə həmin əllə aparılan riyazi hesabat elektron kollektor hissəsində avtomatok hesablanır və mexaniki hissənin göstərdiyi göstəriciyə vurulub yekun həcm çıxarılır k i, buna da (VBT) elektron hissənin hesabatı deyilir və ödəniş elektron göstəriciyə əsasən aparılmalıdır. Eyni zamanda xüsusi bilik tələb edən işlər üzrə ən azından mütəxəssis rəyinin alınması işin ədalətli həll edilməsi üçün vacibdir. Belə ki, analoji işlər üzrə Enerji Məsələlərini Tənzimlənmə Agentliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Agentliyinin müvafiq rəyləri var ki, həmin rəylərdə də sayğacın elektron və mexaniki göstəricilərin fərqli olmasının tamamilə təbii hal olduğu (əksinin olması sayğacın düzgün işləməməsinə dəlalət edərdi) qeyd edilmiş, hesabatın elektron göstəriciyə əsasən aparılmalı olması bildirilmişdir. Həmçinin oxşar iş üzrə (“xxxx” MMC-nin Cavabdeh İB-yə qarşı) Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş (2-2(103)-210/ 2017 saylı iş. hakim Elşanə Vəliyeva) iddia tələbi üzrə məhkəmə tərəfindən mütəxəssis rəyinin alınmasının zəruri olması əsaslandırılmış, işə cəlb olunmuş mütəxəssislər tərəfindən elektron və mexaniki göstəricilər arasında fərqin yaranmasına aydınlıq gətirilmişdir. Eyni zamanda bu iş üzrə də İddiaçı istinad etdiyi qanuni qüvvəsini almış qətnaməyə istinad etmişdir. Buna baxmayaraq məhkəmə haqlı olaraq ədalətli qərar qəbul edilməsi üçün mütəxəssis rəyinin zəruri olmasını bildirmişdir. Məhkəmənin bu cür qanunsuz qətnaməsi iddiaçının əsassız varlanmasına dövlət təşkilatı olan Cavabdeh İB-nin isə müflisləşməsinə səbəb ola bilər. Göründüyü kimi, məhkəmə qeyd olunanların heç birinə hüquqi qiymət verməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh yuxarıda göstərilənlərə, habelə Azərbayca n Respublikası Konstitusiyasının 125-ci maddəsininVİİ hissəsinə, MPM-nin 217-ci, 220.4-cü, 418.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003-ci il tarixli, saylı Qərarının 22-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndinəəsaslanaraq apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(105)-30/2020 saylı qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Cavabdeh İB-nin vəkili xxx oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 22(105)-30/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılma sına mane olmur. Məhkəmə kollegiyası İddiaçıməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması həmin məhkəməyə göndərilməlidir. MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İB və xxx arasında xx xxxxxx 2016-cı il tarixli ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə görə paylayıçı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcının hesabına ödəməyi öhdələrinə götürmüşlər. Bu müqavilənin 4.4-cü bəndində istehlakçının qaz sayğacı haqqında məlumat öz əksini tapmış, onun quraşdırılma tarixi xx xxxxxx 2014-cü il, dövlət yoxlamasından keçirilməsinin son tarixi xx xxxxxx 2014-cü il göstərilmişdir. Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus obyektdə quraşdırılmış Eltser G-250 RVG EK-220 markalı, 75441594 saylı sayğacın 2019-cu ilin iyun ayı üzrə mexaniki göstəricisi 2.144.576 kubmetr, elektron göstəricisi isə 2.760.195 kubmetr göstərilmişdir. Həmin sayğacın mexaniki və elektron göstəriciləri arasında kəskin fərq (615.619 kubmetr) mövcud olmuşdur ki, bununla əlaqədar sayğacın mexaniki və ya elektron göstəricisinin əsas götürülməsilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməsində həmin istixana ilə əlaqədar iddiaçı- xxx oğlunun cavabdeh - Cavabdeh İB-yə qarşı abonentin saldosundan qaz sərfiyyatı üzrə artıq hesablanmış pul məbləğinin silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh İBnin cavabdeh- xxx oğluna qarşı pul vəsaitinin tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi tələbinə dair iddiaları üzrə birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli, ilk iddia üzrə Cavabdeh İB-nin bu qətnamədən verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnamələrinə, ilk iddia üzrə Cavabdeh İB-nin xx.xx.2016-cı il tarixli qətnamədən verdiyi kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)166/2017 saylı qərarına istinad etməklə bu məhkəmə aktları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “Sayğacın istismara yararlığı haqqında ” və “Sayğacın obyektə ilkin quraşdırılması barədə” sənədlərdə yuxarıda göstərilən ünvanda yerləşən istixanada quraşdırılmış Eltser G-250 RVG EK-220 markalı, 75441594 saylı sayğacın ancaq mexaniki göstəriciləri göstərildiyindən qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğac ın mexaniki göstəricilərinin əsas götürülməli olmasının təsdiq edildiyini göstərmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməsində mübahisəni həll edərkən preyudisiallıq prinsipinin təsiri baxımından birbaşa da olmasa Cavabdeh İB ilə xxx arasında əvvəl yaranmış mübahisə üzrə qəbul olunmuş məhkəmə aktlarındakı mövcud hüquqi mövqeni vurğulamışdır. Doğurdan da MPM-in 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qə tnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin.82.3-cü maddəsi). “A.Əliyevin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu iltarixli Qərarında da göstərilmişdir ki,Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarı”nda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına dair hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvə yə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətə baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsi nə və məhkəmələrdə yenidən baxılmasına yol verilməməsini ehtiva edir. Bununla belə Ali Məhkəmənin Kommersiya Kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh İB ilə xxx arasında əvvəl yaranmış mübahisə üzrə qəbul olunmuş məhkəmə aktlarının (qanuni qüvvəyə minmiş məhkəmə aktının) preyudisiallığını qəbul etməklə hazırki iş üzrə nəzərə alınması doğru sayıla bilməz. Belə ki,Cavabdeh İB ilə xxx arasında əvvəl yaranmış mübahisənin həlli ilə bağlı çıxarılmış və hazırki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-166/2017 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnfor masiya Texnologiyaları və Rabitə İdarəsinin “Sayğacın istismara yararlığı haqqında ” və “Sayğacın obyektə ilkin quraşdırılması barədə” sənədlərdə yuxarıda göstərilən ünvanda yerləşən istixanada quraşdırılmış Eltser G-250 RVG EK220 markalı, 75441594 saylı sayğacın ancaq mexaniki göstəriciləri göstərildiyindən qeyd edilən sayğac üzrə qaz sərfiyyatına görə borc hesablanarkən, həmin sayğacın mexaniki göstəricilərinin əsas götürülməli olması imperativi MPM-nin 77.1-ci maddəsi baxımından Cavabdeh İB tərəfindən bu sayğacın texniki pasportunun işə baxan məhkəməyə təqdim olunmaması, Regional Qaz İstismar İdarəsinin mütəxəssis qismində işə cəlb olunmuş vəzifəli şəxsinin qazın dəyərinin hesablanması zamanı sözügedən sayğacın nəyə əsasən mexaniki deyil, məhz elektron göstəricisinin əsas götürülməsinin heç nə ilə əsaslandıra bilməməsi və bu barədə hər hansı sübutun da məhkəməyə təqdim edilməməsi ilə əlaqədar olmuşdur. Hazırki iş üzrə isə iş materiallarında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cavabdeh İB –yə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli **********72 saylı cavab məktubu vardır (İ.V.59). Həmin məktubda qeyd olunur ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablanma parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Bu məktubda həmçinin o da bildirilmişdir ki, ГОСТ Р 8.740-2011 “Расход и количество газа. Методика измерений с помощью турбинных, ротационных и вихревых расходомеров и счетчиков” Rusiya Federasiyasının dövlət standartı Azərbaycan Respublikasının ərazisində qüvvədə deyil. Göründüyü kimi həmin sənəddə birmənalı olaraq sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılması bildirilmişdir. Digər tərəfdən iş materiallarında Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələrini Tənzimləmə Agentliyinin xx xxxxxx 2019-cu il tarixli AERA- 01-17-506/19 saylı məkubu da müvcuddur.(i.v.149). Bu məktubda isə bildirilir ki, sənaye sektorunda quraşdırılan elektron qaz s ayğaclarının elektron hissəsinin tablosunda sayğacdan keçən qaz həcmi Vmt(volume at measurement conditions total) kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt (volume at base conditions total) kimi əks olunur. İstifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır(«ГОСТ 2939-63 Газы.Условия для определения объеьма» dövlətlərarası standartın 1-ci bəndində deyilir: «Настоящий стандарт распространяется на газы и устанавливает условия для определения их объема при взаимных расчетах с потребительями» ). Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması isə sayğacın qüsurla işləməsini göstərir. Beləliklə hər iki sənəddə qeyd edilənlərdən belə qənaətə gəlinir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablanması üçün elektron sayğacın göstəriciləri əsas götürülməlidir. Bununla belə Ali Məhkəmənin Kommersiya Kollegiyası həmçinin onu da qeyd edir ki, hazırki iş üzrə sayğacın qüsursuz işləməsinə əmin olmaq üçün elektron və mexaniki göstəricilər arasında qaz sərfiyyatına görə əmələ gələn fərqin səbəbləri müəyyənləşdirilməli idi. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi yuxarıda göstərilən istixanada quraşdırılmış Eltser G-250 RVG EK-220 markalı qaz sayğacının mexaniki və elektron göstəricilərinin arasında fərqin yaranmasının səbəbinin və onlardan hansının sayğacın göstə ricisi kimi əsas götürülməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndərilməsinə dair verdiyi vəsatətə baxmayaraq o heç bir qiymətləndirmə aparılmadan həmin məhkəmə tərəfindən təmin olunmamışdır (i.v.105). Ali Məhkəmənin Kommersiya Kollegiyası onu da vurğulayır ki, göstərilən məsələnin obyektiv, tam və hərtərəfli araşdırılıb qanuni və əsaslı qətnamə çıxarılması məqsədilə MPM-də nəzərdə tutulmuş prosessual imkanlardan da tam istifadə olunmamışdır. Belə ki, həmin Məcəllənin 64.1-ci maddəsinə görə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Bu Məcəlləmin167.1.9-cu maddəsinə əsasən məhkəmə tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə prosessual imkanların mövcudluğuna və işin ədalətli həll edilməsi üçün yaranmış zərurətə baxmayaraq öz seçiminə uyğun olaraq nə ekspertiza təyin etmiş, nə də mütəxəssis cəlb etmişdir. İş materiallarında olan Xaçmaz RQİİ tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, yuxarıda göstərilən istixananın xx.xx.2019-cu il tarixinədək istifadə olunan təbii qaza görə 53463,60 manat qaz pulu borcu vardır. xx.xx.2018-ci il tarixində 2-2(85)- 41/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməyə əsasən 7.712,50 manat məbləği abonentin hesabından silinm işdir. İş materialları ilə müəyyən olur ki, Cavabdeh İB və İddiaçı nümayəndəsi Rəşad Nurəddin oğlu Mustafayev arasında iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu,Köhnə Xudat kəndində yerləşən istixanaya təbii qazdan istifadəyə görə hesablanmış 51.598,60 manat məbləğində borcun olması barədə xx.xx.2019-cu il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu imzalanmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 427.2. və 442-ci maddələri). Qaydaların5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi ) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndində isə müəyyən olunmuşdur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Ali Məhkəmənin Kommersiya Kollegiyası hesab edir, qaz sayğacının göstəricisinə uyğun olmaqla istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi yuxarıda qeyd olunan normativ hüquqi aktların tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gəlir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqət ə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.Həmin Məcəllənin 77.1- ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3- cu ü maddəsi). Bu baxımdan Məhkəmə Kollegiyası qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə yuxarıda göstərilən istixanada quraşdırıl mış Eltser G-250 RVG EK-220 markalı qaz sayğacının mexaniki və elektron göstəricilərinin arasında fərqin yaranmasının səbəbinin və onlardan hansının sayğacın göstəricisi kimi əsas götürülməsinin müəyyən edilməsi üçün MPM-in 97.1-ci maddəsinə uyğun olaraq iş üzrə ekspertiza təyin etməklə və ya bu Məcəllənin 167.1.9-cu maddəsinə əsasən mütəxəssis cəlb etməklə yenidən araşdırılmalıdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Kommersiya Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı sayıla bilməz, buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli dir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3. 418-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 22(105)-30/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar