Məhkəmə qərarları › İş №2-2(3-1)-12/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(3-1)-12/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(3-1)-12/2026 28.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkilnümayəndəsi Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e- *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Icraçı İddiaçı MMC ilə sifarişçi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında “Çatı qaynaq xidmətlərinin göstərilməsi haqqında” 2021-ci il ## ####### tarixli, **/**** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı Naxçıvan şəhəri Heydər Əliyev prospekti, 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini görməyi, sifarişçi isə həmin xidmətlərin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. II. Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 2021-ci il ## ####### tarixli, **/**** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəliklərin sifarişçi cavabdeh tərəfindən tam icra olunması, həmin müqavilədən yaranmış və ödənilməyən 24.278 manat pulun (xidmət haqqının), həmçinin dövlət rüsumu üçün ödənilmiş 164 manat olmaqla, ümumilikdə 24.442 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini tam və lazımı formada icra etmiş, lakin cavabdeh xidmət haqqını tam ödəməmiş, yəni müqavilədən irəli gələn öhdəliyini tam və lazımi formada icra etməmişdir. Forma 2 sənədlərinə əsasən ödənişlər olsa da, müvafiq müqavilə və 2022-ci il ## ###### tarixli Forma 2 sənədinə əsasən 24.278 manat xidmət haqqı hələ də ödənilməmiş, cavabdehə iddiaçı tərəfindən müraciətlər olunsa da, ödənişlərin ödənilməsindən imtina edilmişdir. Bununla bağlı yazılı formada da cavabdehə pretenziya məktubu ünvanlanmış, lakin ödənişin ödənilməsindən imtina olunmuşdur.

4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən qalıq borcun ödənilməməsinin səbəbləri mövcud olmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə Komissiyanın yaradılması haqqında” 2023-cü il # ### tarixli, **s nömrəli Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən 2023-cü il ## #### tarixli arayış hazırlanmışdır. Həmin arayışda qeyd edilmişdir ki, komissiya tərəfindən Naxçıvan şəhər Heydər Əliyev prospektində abadlıq işlərinə baxış keçirilən zaman abadlıq işləri altında obyektin təyinatı dəyişdirilərək, 44 mənzilli yaşayış binası adlı “özəl obyekt” inşa edildiyi aşkar edilərək tələb olunan dövlət vəsaiti həmin özəl obyektin inşasına sərf edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələrinin smeta bölməsi və ekspertizadan keçirilməsi haqqında müvafiq sənədlər müəyyən edilməmişdir. MM-in 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlinməsi və ya şəxsən ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız hesab edilməsi müəyyən olunmuşdur. Eyni zamanda hakimiyyətdən sui-istifadə edilməklə qanunsuz olaraq maddi və sair nemətlərin əldə edilməsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən korrupsiya hüquqpozmalarına daxil edilir. Cavabdehin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığı üçün sənədlər prokurorluq orqanlarına göndərilmişdir. Dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən cavabdeh tərəfindən iddia tələbinin yerinə yetirilməsi mümkünsüz hesab edilmişdir.

5. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (işə baxan hakim – Q.Məmmədov).

6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmaqla razılaşma əldə olunaraq, hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Müqavilə və Forma 2 sənədinə nəzər yetirdikdə məlum olmuşdur ki, cavabdehin iddiaçıya 24.278 manat borcu vardır. Belə ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan şəhəri Heydər Əliyev prospekti, 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini görmüş, cavabdeh isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək 24.278 manatı ödəməmişdir. Tərəflər arasındakı Forma 2 sənədi borcun olmasını təsdiq edən mötəbər sənəddir. Məhkəmə cavabdehin nümayəndəsinin “müqavilə üzrə ayrılan vəsaitin özəl mülkə xərclənməsi, Komitənin sabiq rəisinin vəzifə saxtakarlığı olması” barədə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, bu faktlarla əlaqədar yetərli sübutlar həmçinin hazırkı iddianın əsasını təşkil edən müqavilə ilə əlaqəsi olan sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə cavabdehin nümayəndəsinin “Forma 2 sənədinin Komitə tərəfindən təsdiq olunmaması”na dair etirazına münasibətdə qeyd etmişdir ki, nümayəndə izahatlarında Forma 2 sənədində 24.278 manat dəyərində görülən işləri qəbul edən şəxslərin Komitənin əməkdaşları olduğunu təsdiq etmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək, iddiaçı tərəfin haqlı və iddianın da əsaslı olması qənaətinə gəlmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 324.2, 329.2, 385.1, 389.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinad etmişdir. III. Apellyasiya və kassasiya şikayətləri, ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Məhkəmə qətnaməsindən narazı qalan cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir.

9. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Komitənin mülki məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud deyildir. Iş materialları ilə Komitənin qanunsuz hərəkəti və həmin hərəkət nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunmur. ## ####### 2021-ci il tarixli, **/**** nömrəli podrat müqaviləsinə əsasən sifarişçi Komitə, icraçı isə İddiaçı MMC olmuşdur. Müqaviləyə uyğun olaraq görülmüş işlər təhvil-təslim aktı ilə təsdiqlənməli, ödənişlər isə müvafiq hesablaşma sənədləri əsasında icraçının bank hesabına köçürülməli idi. Iş materiallarından görünür ki, Komitə tərəfindən ## #### 2022-ci il tarixində 39.992 manat, ## ##### 2022-ci il tarixində isə 7.199 manat olmaqla ümumilikdə 47.191 manat avans ödənilmişdir. Buna baxmayaraq, həmin məbləğ qarşılığında icraçı tərəfindən yerinə yetirilmiş işlər tam həcmdə təsdiq olunmur. Bu səbəbdən Komitədən əlavə 24.278 manat tələb edilməsinin hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi 2022-ci ilin noyabr ayına aid Forma №* sənədinə istinad edərək Komitənin iddiaçıya borclu olduğu qənaətinə gəlmişdir. Halbuki həmin sənəd Komitə ilə deyil, podratçı “xxxx” MMC ilə subpodratçı İddiaçı MMC arasında tərtib edilmiş, ödənişlər də məhz podratçı tərəfindən həyata keçirilmişdir. Buna görə də Forma №* sənədi Komitənin borc öhdəliyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Məhkəmə həmçinin ## #### 2024-cü il tarixli məktuba istinad edərək Komitənin görülmüş işləri təsdiq etdiyini göstərmişdir. Lakin mübahisə işlərin görülməsi deyil, onların dəyərinin kim tərəfindən ödənilməli olması ilə bağlıdır. Işlərin görülməsinin təsdiqi Komitənin əlavə ödəniş öhdəliyinin yaranması demək deyildir. Bundan başqa, məhkəmə 47.191 manat məbləğində əvvəlcədən ödənilmiş avans və həmin ödənişin hüquqi nəticələrini qiymətləndirməmiş, yalnız 24.278 manat məbləğində iddia olunan işi əsas götürərək Komitənin borclu olması nəticəsinə gəlmişdir. Halbuki müqavilə üzrə artıq ödəniş edilmiş və bu hal iş materialları ilə təsdiqlənmişdir. Beləliklə, nə işin faktiki halları, nə də tərəflər arasında bağlanmış müqavilə Komitənin iddiaçı qarşısında əlavə ödəniş öhdəliyinin yarandığını təsdiq edir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qəbul edilmişdir.

10. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil tərəfindən ## ##### 2025-ci il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş etirazda göstərilmişdir ki, cavabdehin apellyasiya şikayətində ödənilmiş məbləğin avans olduğu və iddiaçı tərəfindən müqavilə üzrə hər hansı xidmət göstərilmədiyi barədə iddiaları əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə görüləcək işlər dəqiq müəyyən edilmiş, iddiaçı isə müqavilə üzrə öhdəliklərini tam və lazımi qaydada yerinə yetirmişdir. Görülmüş işlər Forma №* sənədi ilə təhvil verilmiş və həmin sənəd cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Etirazda həmçinin qeyd edilmişdir ki, cavabdehin ## #### 2024-cü il tarixli məktubu ilə də müqavilə üzrə işlərin iddiaçı tərəfindən yerinə yetirildiyi təsdiq olunur. Buna baxmayaraq, cavabdeh bir tərəfdən müqavilə münasibətlərinin və görülmüş işlərin mövcudluğunu qəbul edir, digər tərəfdən isə ödəniş öhdəliyinin başqa hüquqi şəxsə aid olduğunu irəli sürərək məsuliyyətdən yayınmağa çalışır. Bundan başqa, cavabdehin birinci instansiya məhkəməsində müqavilənin bağlanması, işlərin keyfiyyəti və keçmiş Komitə sədri barəsində cinayət işi ilə bağlı irəli sürdüyü arqumentlərin hazırkı mülki mübahisə ilə hüquqi əlaqəsi yoxdur. Iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş və yalnız müqavilədən irəli gələn ödəniş tələbinin təmin edilməsini istəmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan MR Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # #### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuş, iddiaçı tərəfindən ödənilmiş 163 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilməli olan 81,50 manat dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – S.Qarayev, hakimlər – S.Bəylərli və Z.Əliyev).

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış işgüzar münasibətlərdən müəyyən olunanlara görə, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, əslində iddiaçı görülən işlərə subpodratçı kimi cəlb olunaraq fəaliyyət göstərmiş və gördüyü işlərin dəyəri isə Forma №*-də podratçı kimi qeyd edilmiş “xxxx” MMC tərəfindən ödənilmiş, iddiaçı tərəf də ödənişləri qəbul edərək buna qarşı hər hansı etiraz bildirməmişdir. Həmçinin iddiaçının nümayəndəsi (həmçinin direktoru) nümayəndə2 apellyasiya baxışı zamanı verdiyi izahatında bu halı təsdiq edərək qeyd etmişdir ki, əvvəllər də eyni tərəflər arasında belə sifarişlər yerinə yetirilmiş, “Forma №*” arayışları bu qaydada təsdiq edilmiş, ödənişlər də bu qaydada həyata keçirilmişdir. Lakin gördükləri işin dəyəri tam həcmdə ödənildiyi üçün tərəflərindən bu hala əhəmiyyət verilmədiyini və araşdırılma aparılmadığını bildirmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış 2021-ci il ## ####### tarixli, **/**** nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcminin tərəflərin birgə iştirakı ilə müəyyən edilməsi və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab fakturada qeyd edilir və 1 ay müddətində həyata keçirilməsi şərtləndirilmişdir. Lakin həm iş materiallarına təqdim olunmuş sənədlərdə, cavabdehin nümayəndəsinin etirazında və məhkəmədə verdiyi izahatlarında, həmçinin iddiaçının vəkilinümayəndəsinin izahatı ilə də qaimələrin olmadığı və təsdiq edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunan qaydada görülmüş işə görə ödənişin edilməsi ilə bağlı ümumiyyətlə cavabdehə elektron-qaimə fakturalar təqdim olunmamış, cavabdeh də elektron-qaimə fakturalar üzrə ödənişlər həyata keçirməmişdir.

13. Göstərilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, məhz cavabdeh, təqdim olunmuş mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. Bu hal iddiaçının vəkili-nümayəndəsi tərəfindən təqdim edilən və iş materiallarına əlavə olunmuş elektron qaimə-fakturaların siyahısı ilə də öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilmiş siyahıdan aydın olur ki, həmin elektron qaimə-fakturalarının ümumiyyətlə bu iş üzrə mübahisələdirilən müqavilə ilə heç bir bağlılığı mövcud olmamışdır. Qeyd edilən elektron qaimələr 2021-ci il ## ###### tarixli və 2021-ci il ## ###### tarixli müqavilələrin icrası ilə əlaqədar göndərilmişdir. Iddia tərəfləri arasında mübahisələndirilən müqavilə isə 2021-ci il ## ####### tarixində bağlanılmış, və bu müqavilə üzrə göndərilmiş elektron qaimələr siyahıda öz əksini tapmamışdır və yuxarıda da qeyd olunduğu kimi iddiaçının vəkili-nümayəndəsi bu müqavilə üzrə elektron qaimələrin göndərilmədiyini etiraf etmişdir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı podrat müqaviləsi üzrə görülmüş işin dəyəri olaraq 24.278 manat pulun ona ödənilməsi məqsədilə cavabdehə aralarında bağlanmış müqavilənin 4.1- ci bəndinə əsasən elektron hesab fakturaların cavabdehə təqdim edildiyini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 324.2 və 329.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il # #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar”ının 1.1 və 1.6cı bəndlərinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat

15. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 6, 14, 324, 329, 385, 389, 390 və 675-ci maddələri üzrə - apellyasiya məhkəməsi istinad olunan müddəalara toxunmamış və qətnamədə müəyyən olunmuşdur ki, müqavilə tərəflər arasında formal xarakter daşımışdır. Bu mövqe tam əsassız olmaqla, hüququn təməl prinsiplərinə ziddir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin mübahisə məhkəmə müstəvisinə götürülməmişdən əvvəl, iddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında ünvanlanan məktubda, həmçinin cavabdehin cavab məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin həm birinci instansiya məhkəməsində, həmçinin apellyasiya məhkəməsində verdiyi izahatlarından aydın olur ki, tərəflər arasında həqiqətən də müqavilə münasibətləri və müqaviləyə qədərki danışıqlar olmuşdur. Nəticə etibarı ilə tərəflərin imzaları ilə, iradə ifadələri ilə təsdiq olunmuş xidmət müqaviləsi mövcuddur. Iddiaçı məhz həmin müqavilə əsasında qeyd edilən yaşayış sahəsinin (çoxmənzilli binanın) dam örtüyünün vurulması işlərini öz öhdəsinə götürmüş, daha sonra həmin müqavilə üzrə öz öhdəliyini icra etmiş və xidməti təhvil vermişdir. MM-in istinad olunan normalarının tələblərinə əsasən tərəflər arasında öhdəliklər məhz müqavilə üzrə yaranır. Məhz müqavilə üzrə hər iki tərəf də bu müqavilə üzrə qarşılıqlı öhdəliklərini icra etməyə başlamış, lakin son ödəniş üzrə (forma 2) üzrə cavabdeh öz öhdəliyini icra etməmişdir. Həmin vaxt vəziyyətdən sui-istifadə edilmiş, cavabdehin rəhbəri barəsində aparılan yoxlama və sonradan barəsində cinayət işinin başlanılması, daha sonra isə müvafiq orqanda rəhbər dəyişikliyi bu öhdəliyin icrasını mümkünsüz etmişdir. Nəticə etibarı ilə apellyasiya məhkəməsinin tərəflər arasında təsdiq olunmuş müqaviləni formal adlandırması qəbul edilən deyil. Belə ki, formal müqavilə anlayışı ümumiyyətlə MM-də mövcud deyil. Həmin əqdin uydurma və ya yalan əqd olmasını ehtiva edəcək hər hansı nüanslar da mövcud deyil. Tərəflər arasında ümumiyyətlə real müqavilə olmuş, məhz həmin müqavilə üzrə tərəflər arzu etdikləri və çatmaq istədikləri məqsədi açıq ifadə etmiş, bu məqsədi də məhz müqavilə ilə rəsmiləşdirmişlər. Həmçinin məhkəmə əqdin etibarlı olub-olmaması məsələsini qeyd etmiş, lakin bu hissədə də düzgün hüquqi mövqe nümayiş etdirməmişdir. Yuxarıda qeyd olunduğu kimi, müqavilənin (əqdin) etibarsızlığı üçün heç bir hüquqi əsas mövcud deyil. Belə ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən, cavabdehin nümayəndəsi işlərin görüldüyünü, təhvil verildiyini etiraf etmişdir. O, birinci instansiya məhkəməsində 3 müxtəlif formada izahat vermiş, işin görüldüyün təsdiq etmiş, ancaq xidmət haqqının cavabdehi deyil, “xxxx” MMC (əvvəlki “xxxx” MMC) olduğunu qeyd etmişdir. Bir digər izahatında isə həmin məbləğin ödənilməsinin qanunvericiliyə zidd olduğunu, özəl obyektlər üçün ödənişin qanunla nəzərdə tutulmadığını, bunun Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara zidd olduğunu qeyd etmişdir. Halbuki qeyd edilən ifadələrin hər biri tam fərqlidir. Lakin müqavilənin mövcud olması hər bir halda cavabdeh tərəfindən təsdiq edilirdi, çünki bunun inkar edilməsi mümkün deyil. Lakin cavabdehin nümayəndəsi həmin müqaviləni hazırda barəsində hökm çıxarılmış rəhbəri tərəfindən imzalandığını qeyd etmiş, bununla belə müqavilənin hüquqi şəxs tərəfindən təsdiq edildiyini unutmuşdur. Məhkəmə də bunu nəzərə almamışdır. MM-in 10-cu maddəsi üzrə həmin dövrdə bağlanılan müqavilələr üçün hər zaman Forma 2 arayışları tətbiq edilir. Bu arayışlar da məhz cavabdeh orqan tərəfindən tərtib edilir və müqavilə tərəflərinin təsdiq etməsi tələb olunurdu. Həmçinin müqavilə üzrə ödənişlərin yuxarıda qeyd olunduğu kimi “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) tərəfindən ödənilməsi də məhz cavabdeh orqanın tələbi ilə olmuşdur. Yəni iddiaçı ilə qeyd edilən MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Bu cavabdehin tələbi və dəfələrlə tətbiq etdiyi işgüzar adət olmuşdur. Yəni iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə hüquq münasibətləri yaranmışdır. Lakin apellyasiya məhkəməsi bu müqaviləni, görülmüş işləri, xidmətlərin təhvilini, cavabdehin nümayəndəsinin etirafını nəzərə almamışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # #### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

18. Kassasiya instansiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, iddiaçının əsaslandığı 2021-ci il ## ####### tarixli, **/**** nömrəli müqavilənin etibarlılığına qiymət verilməlidir. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına tikinti-quraşdırma işlərinin sifarişçisi qismində çıxış etmişdir. Bu baxımdan, kollegiya qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 2021-ci il ## ####### tarixli, **/**** nömrəli müqavilə hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir.

19. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2021-ci il ## ####### tarixində yarandığı üçün MPM-in 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən bağlanmışdır. Kollegiya hesab etmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçının həmin müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsassızdır.

20. Kassasiya instansiyası qeyd etmişdir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr üzrə işi icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edib-etməmələri və məhz bu kriteriyadan asılı olaraq yerinə yetirilmiş işlərinin dəyəri müəyyən edilməlidir. Belə ki, həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara yerinə yetirilmiş işlərin dəyəri orta bazar qiymətlərinə uyğun müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir. Həmin şəxslərin qeyd olunan halları bildiyi və ya ən azı bilməli olduqları və bu baxımdan vicdanlı hərəkət etmədikləri müəyyən edildikdə isə yerinə yetirilmiş işlərin dəyəri orta bazar qiymətlərinə uyğun deyil, fərqli formada müəyyən edilməlidir. Bu zaman yerinə yetirilmiş işlərin dəyəri kimi yalnız həmin işlərin görülməsi zamanı istifadə olunmuş materialların və görülmüş işin (işçilik) dəyəri nəzərə alınmalıdır. Sonuncunun dəyəri müəyyən edildiyi zaman isə işi görən şəxsin gəlir kimi nəzərdə tutduğu məbləğlər nəzərə alınmamalıdır. Ümumiyyətlə istifadə olunmuş materialların və görülmüş işin dəyəri nəzərə alındıqda bazarda olan ən minimal qiymətlər əsas götürülməlidir.

21. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, tərəflər arasında olan münasibətlərdə “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) iştirak edib-etməməsinə tam dəqiqlik gətirilməmişdir. Həmin hüquqi şəxsin iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə zərurət olmaması ilə bağlı dəlillər isə MPM-in tələbləri baxımından əsaslandırılmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv olunmasını kollegiyadan xahiş etmişdir.

23. Iddiaçının vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*- *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü və ya üzrsüz səbəbləri barədə kollegiyaya məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq;[2] mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.

26. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

29. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

30. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

31. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

36. Maddə 404-1. Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. b) 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu

41. Maddə 1.1. Bu Qanun, bu Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.

42. Maddə 2. Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;”

43. Maddə 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

V. Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarında şərh olunan göstərişləri nəzərə alır. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

54. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

56. Qeyd olunanlardan aydın olur ki, mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə hazırkı apellyasiya icraatının predmeti olan və kassasiya instansiya məhkəməsi tərəfindən ləğv olunan hissəsində yəni bütövlükdə yoxlanılmalıdır. VI. Məhkəmə kollegiyasının mövqeyi

57. Ilk olaraq qeyd olunmalıdır ki, mülki-hüquqi müqavilələr kimi işlərin görülməsi barədə müqavilələr və xidmətlərin göstərilməsi barədə müqavilələr hüquqi mahiyyətinə görə birbirindən fərqlənir və eyni hərəkətlərin edilməsini nəzərdə tutmur. Bu müqavilə növlərinin hər biri mülki hüquqda müstəqil institut kimi formalaşmış və fərqli hüquqi nəticələr doğurur. Mülki Məcəllədə “işlərin görülməsi” və “xidmətlərin göstərilməsi” anlayışlarının məzmununu və onların fərqləndirici əlamətlərini birbaşa və açıq şəkildə müəyyən edən ayrıca norma nəzərdə tutulmamışdır. Belə vəziyyət bəzi hallarda həmin anlayışların hüquqi mahiyyət etibarilə eyni və ya oxşar məzmun daşıması barədə yanlış təsəvvürün yaranmasına səbəb olur. Nəticədə məhkəmə təcrübəsində müəyyən hallarda tərəflər arasında bağlanmış müqavilənin hüquqi təbiətinin düzgün müəyyən edilməsində çətinliklər meydana çıxır və “işlərin görülməsi” ilə “xidmətlərin göstərilməsi” anlayışları qarışdırılır. Bu hal xüsusilə podrat münasibətlərində özünü daha qabarıq göstərir. Belə ki, bəzi hallarda tərəflər arasında bağlanmış müqavilələr formal olaraq xidmət müqaviləsi kimi adlandırılsa da, onların faktiki məzmunu və predmetinə görə podrat münasibətlərinə xas əlamətlər daşıyır və ya əksinə, mahiyyət etibarilə xidmət münasibətlərinə aid olan fəaliyyətlər podrat müqaviləsi kimi qiymətləndirilir. Müqavilənin hüquqi təbiətinin yanlış müəyyən edilməsi isə tərəflərin hüquq və vəzifələrinin həcminin, məsuliyyətin xarakterinin, habelə mübahisənin həlli zamanı tətbiq olunmalı olan maddi hüquq normalarının düzgün seçilməməsinə səbəb ola bilər. Bu baxımdan müqavilənin yalnız adı deyil, həm də onun faktiki məzmunu, tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri və əldə edilməli olan nəticənin hüquqi mahiyyəti nəzərə alınmalı, müqavilənin hüquqi təbiəti həmin meyarlar əsasında müəyyən edilməlidir.

58. Iş materiallarından məlum olur ki, tərəflər arasında ## ####### 2021-ci il tarixli, **/**** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini yerinə yetirməyi, cavabdeh isə həmin işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

59. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 1994-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar”ının aşağıda qeyd edilən müddəalarına əsasən: “1.1. Bu “Qaydalar” əsaslı tikintidə podrat müqaviləsinin bağlanması və onun yerinə yetirilməsinin əsaslarını, sifarişçi və podratçıların hüquq və vəzifələrini, həmçinin iqtisadi maraq və məsuliyyətini müəyyən edir.

60. Podrat Müqavilələrinin iştirakçıları bu “Qaydaları” və qüvvədə olan digər normativ sənədləri əsas götürürlər.

61. Dövlət ehtiyacları siyahısına daxil olan obyektlər üzrə bağlanan podrat müqavilələrinin şərtləri Dövlət sifarişi haqqında Əsasnaməyə uyğun müəyyənləşdirilir. Belə obyektlər əsasən müsabiqə yolu ilə paylanır.

62. Mülkiyyət formasından asılı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar Podratçı ola bilərlər.

63. Konkret olaraq podrat müəyyən haqq müqabilində hər hansı bir işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş deməkdir. Həmin bu öhdəliyi öz üzərinə götürən tərəflər isə podratçı adlanır. Podrat üzrə həm fiziki həm də hüquqi şəxslər (müəssisə və ya təşkilatlar) iş görə bilər.

64. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ## ####### 2021-ci il tarixli “Çatı qaynaq xidmətlərinin göstərilməsi haqqında” **/**** nömrəli müqavilə ilə nəzərdə tutulmuş layihə üzrə görüləcək işlərin əvvəlcədən tərtib edilmiş vahid smeta sənədi olmamış, smeta sənədləri əsasında görüləcək işlərin həcminə müvafiq olaraq tərəflər arasında razılaşdırılmamışdır.

65. Məhkəməyə təqdim olunmuş ## ###### 2022-ci il tarixli, ** nömrəli (24278 manat, iş səh.30), ##.##.2022-ci il tarixli, * nömrəli (32685 manat), ##.##.2021-ci il tarixli, * nömrəli (115778,95 manat), ##.##.2022-ci il tarixli, * nömrəli (47929 manat), ##.##.2022-ci il tarixli, ** nömrəli (29942 manat), ##.##.2021-ci il tarixli, ** nömrəli (84688 manat), tarixi qeyd edilməyən 2022-ci il təqvim ili ** nömrəli (37362 manat, sənəd podratçı təşkilat tərəfindən təsdiq edilməyib qeydi ilə), ##.## 2022-ci il tarixli, ** nömrəli (39456 manat), “Forma №*” arayışlarla 412.118,95 (dörd yüz on iki min bir yüz on səkkiz manat doxsan beş qəpik) manat dəyərində iş görüldüyü və bu “Forma №*” arayışlarda sifarişçi təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat “xxxx” MMC, subpodratçı təşkilat isə İddiaçı MMC müəyyən olunmuş, həmin tərtib edilmiş sənədlər podratçı təşkilat kimi “xxxx” MMC-in müdiri və mühasibi, subpodratçı təşkilat kimi İddiaçı MMC-in nümayəndəsi və sifarişçi təşkilat kimi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi tərəfindən imzalanmş, “xxxx” MMC-in və İddiaçı MMC-in möhürləri ilə təsdiq edilmişdir.

66. Eyni zamanda ##.##.2022-ci il tarixli, ** nömrəli (47191 manat) və ##.##.2022-ci il tarixli, ** nömrəli (5653 manat) “Forma № *” arayışlarla 52844 (əlli iki min səkkiz yüz qırx dörd) manat dəyərində iş görüldüyü və bu iki ədəd “Forma №*” arayışlarda sifarişçi təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat isə İddiaçı MMC müəyyən olunmuşdur.

67. Iş materiallarına əlavə olunmuş ******** nömrəli ödəniş tapşırığı ilə 115.779,24 manat, ******** nömrəli ödəniş tapşırığı ilə 37.362,06 manat, ********* nömrəli ödəniş tapşırığı ilə 84.688,42 manat, ******** nömrəli ödəniş tapşırığı ilə 29.942,24 manat, ******** nömrəli ödəniş tapşırığı ilə 32.686 manat, ******** nömrəli ödəniş tapşırığı ilə 47.928,87 manat, ******** nömrəli ödəniş tapşırığı ilə 53.068,14 manat, cəmi 401.454,97 (dörd yüz bir min dörd yüz əlli dörd manat doxsan yeddi qəpik) manat “xxxx” MMC tərəfindən, ******** nömrəli ödəniş tapşırığı ilə 39.992 manat və ## ##### 2022-ci il tarixli ödəniş tapşırığı ilə 7199 (yeddi min yüz doxsan doqquz) manat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən olmaqla cəmi 448.645,97 (dörd yüz qırx səkkiz min altı yüz qırx beş manat doxsan yeddi qəpik) manat iddiaçı İddiaçı MMC-in hesabına ödənildiyi müəyyən olunur.

68. Mübahisə predmeti olan son ## ###### 2022-ci il tarixli “Forma №*” arayışda da sifarişçi təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat “xxxx” MMC, subpodratçı təşkilat isə İddiaçı MMC müəyyən olunmuşdur.

69. Iş materialları, tərəflərin izahatları və təqdim edilmiş sübutlar göstərir ki, sözügedən işlər dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti işləri olmuş, münasibətlər dövlət sifarişinin icrası ilə əlaqədar yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin müqavilənin bağlanmasından əvvəl "Dövlət satınalmaları haqqında" Qanunda nəzərdə tutulmuş satınalma prosedurlarının - satınalma üsulunun seçilməsi, müsabiqənin və ya kotirovka sorğusunun keçirilməsi, satınalma komissiyasının qərarı və digər məcburi prosedurların həyata keçirilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir.

70. Yuxarıda da qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlər verilmişdir.

71. Belə ki, kassasiya instansiyası ilk olaraq iddiaçının əsaslandığı 2021-ci il ## ####### tarixli, **/**** nömrəli müqavilənin etibarlılığına qiymət vermiş və qeyd etmişdir ki, tərəflər arasında bağlanan həmin müqavilə hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməli və bu münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir. Kollegiya həmçinin mübahisənin hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən bağlanmışdır. Buna görə də “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir. MM-in 337.4-cü maddəsinin tələblərinə görə isə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır.

72. Apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin yuxarıda gəldiyi nəticəyə əsaslanaraq hesab edir ki, tərəflər arasında bağlanmış 2021-ci il ## ####### tarixli, **/**** nömrəli müqavilə MM-in 337.4-cü maddəsinin tələblərinə uyğun olaraq etibarsız əqd hesab olunduğundan və bu müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilmədiyindən hazırkı vəziyyətdə tərəflər arasında olan hüquqi münasibətlərə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə icra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

73. Beləliklə, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq hazırkı vəziyyətdə iddiaçı tərəfin kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxs, cavabdeh tərəfin isə Dövlət orqanı olduğu nəzərə alınmış və məhz mübahisənin halları bu konteksdən qiymətləndirilmişdir.

74. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

75. “Vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – subyektiv və obyektiv mənada qəbul edilir. Birincisi “qanunsuzluğu bilməmə”, ikincisi isə “dürüst davranma” formasında ifadə olunur.

76. “Dürüst davranma” hüquqi münasibətlərdə MM-in 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir.

77. “Qanunsuzluğu bilməmə” isə şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. Mülki hüquqda və məhkəmə təcrübəsində bununla bağlı şəxsin hərəkətlərinə “bilmirdi və bilə bilməzdi” və ya “bilmirdi və bilməli deyildi” ifadələrindən istifadə edilməklə qiymət verilir.

78. Mülki hüququn məhz vicdanlılıq prinsipi əsası götürülməklə MM-in 182 və 140-cı maddələrində vicdanlı əldə etmə və ya 157.5-ci maddəsində vicdanlı və vicdansız sahiblik institutları müəyyən edilmişdir. Meyarlar kimi isə şəxsin qanunsuzluğu “bildiyi və ya bilməli olduğu”, “bilirmişsə və ya bilməli idisə” anlayışları müəyyən edilmişdir.

79. Qeyd olunanlara əsasən kollegiya tərəfindən təkrar işə baxılarkən “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan hazırkı müqavilə üzrə tərəflərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilmiş, bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olub-olmamaları, müqavilənin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri araşdırılmışdır.

80. Bu hallar üzrə qiymətləndirmə aparılarkən müəyyən olunmuşdur ki, ilkin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (həmçinin direktoru) nümayəndə2 verdiyi izahatında qeyd etmişdir ki, əvvəllər də eyni tərəflər arasında belə sifarişlər yerinə yetirilmiş, “Forma №*” arayışları bu qaydada təsdiq edilmiş, ödənişlər də bu qaydada həyata keçirilmişdir. Lakin gördükləri işin dəyəri tam həcmdə ödənildiyi üçün tərəflərindən bu hala əhəmiyyət verilməmiş və araşdırılma aparılmamışdır. Həmçinin təkrar apellyasiya baxışı zamanı iş üzrə iddiaçı təşkilatın nümayəndəsi kollegiya tərəfindən verilən sualları cavablandırarkən təmsil etdiyi İddiaçı MMC-nin əsas iş mərkəzinin Bakı şəhərində yerləşdiyini, Azərbaycanın digər bölgələrində də oxşar müqavilələr icra etdiklərini, bu zaman işlərin həmin Qanunun tələblərinə uyğun həyata keçirildiyini dəqiq deyə bilməyəcəyini, lakin həmin dövrün tələblərinə uyğun Naxçıvan Muxtar Respublikasında işlərin bu qaydada Forma 2 tərtib olunmaq yolu ilə aparıldığını, iş materiallarına əsasən bu müqavilədən əvvəl də dövlət qurumu ilə belə müqavilələr bağlanıldığını və icra olunduğunu bildirmişdir.

81. Beləliklə iddiaçı təşkilatın nümayəndələrinin məhkəmə iclasları zamanı verdiyi izahatlara əsaslanmaqla bu qənaətə gəlmək olur ki, əvvəllər də tərəflər qarşılıqlı olaraq fəaliyyət göstərmiş, iddiaçı təşkilat kommersiya hüquqi şəxs kimi dövlət orqanları ilə müqavilə münasibətlərində olmuş, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşları ölkənin digər bölgələrində oxşar müqavilələr icra etdikləri üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olmuş, hazırkı müqavilənin isə bu Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasını dərk etmişdirlər. Bunun səbəbini isə həmin dövrdə muxtar respublikada işlərin bu qaydalarla aparılması ilə əsaslandırmışdırlar. Belə olan halda isə iddiaçı tərəfin qeyd olunan pozuntuları bildiyi və vicdanlı hərəkət etmədiyi müəyyən edilir.

82. Kollegiya qeyd edir ki, şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə Mülki Məcəllənin 329.1, 337.1 və 337.4-cü maddələrinə əsasən hüquqi nəticələrə səbəb olmayan etibarsız əqddir. Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə Mülki Məcəllənin 39-cu fəslinə aid müddəalar tətbiq edilə bilməz. Həmin müqavilələrə münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması istisna edilir.

83. Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (Mülki Məcəllənin 1.2-ci maddəsi). Mülki Məcəllənin 337.5-ci maddəsinin və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, həmin maddənin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi “Dövlət satınalmaları haqqında” Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı, dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

84. Bu baxımdan, kollegiya hesab edir ki, “Dövlət satınalmaları haqqında” Qanun ilə əhatə olunan, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanmış və faktiki icra olunmuş podrat işlərinin dəyərinin ödənilməsinin ümumiyyətlə hüquqi əsası mövcud deyildir.

85. Bununla yanaşı, kollegiya hesab edir ki, müstəsna hallarda belə münasibətlər üzrə Mülki Məcəllənin əsassız varlanmaya aid müddəaları üzrə qiymətləndirmə aparılması mümkün hesab edilə bilər. Belə ki, dövlət orqanları və onların vəzifəli şəxsləri “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olsalar da, digər tərəfin bundan məlumatsız olması halı tam istisna edilə bilməz. Bu baxımdan, həmin şəxslərin hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara münasibətdə “könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərinə daxil olma” halı mövcud olmur. Ona görə də, əsassız varlanma qaydalarına uyğun olaraq, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir.

86. Kollegiya yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq bir daha diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçı təşkilatın nümayəndələrinin məhkəmə iclasları zamanı verdiyi izahatlara əsaslandıqda müəyyən olunur ki, əvvəllər də tərəflər qarşılıqlı olaraq uzun müddət fəaliyyət göstərmiş, iddiaçı təşkilat kommersiya hüquqi şəxs kimi dövlət orqanları ilə müqavilə münasibətlərində olmuş, habelə bu hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşları ölkənin digər bölgələrində oxşar müqavilələr icra etdikləri üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olmuş, hazırkı müqavilənin isə bu Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasını dərk etməklə vicdanlı davranmamışlar. Belə olan halda isə iddiaçı tərəfin “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən tam məlumatlı olmamaları halı birmənalı olaraq istisna edilir. Yəni hazırkı halda iddiaçı təşkilata münasibətdə “könüllü surətdə qanunazidd olan mülki hüquqi münasibətlərə daxil olma” halı mövcud olmuşdur.

87. Məhz bu səbəbdən kollegiya hazırkı mübahisəyə münasibətdə Mülki Məcəllənin əsassız varlanmaya aid müddəaları üzrə qiymətləndirmə aparılmasını mümkünsüz hesab edir və əsassız varlanma qaydalarına uyğun olaraq iddiaçı təşkilata çəkilmiş xərclərin dəyərinin orta bazar qiymətlərinə əsasən müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməli olmasını əsassız sayır.

88. Buna baxmayaraq birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasında olan hüquq münasibətlərini və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, iş üzrə araşdırmanı və hüquqi dəyərləndirməni qeyd olunan şəkildə aparmamışdır.

89. Kollegiya həmçinin iş materiallarına əsaslanmaqla qəbul olunacaq yekun məhkəmə aktının “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) mənafelərinə toxuna biləcəyini nəzərə alaraq zərurət yarandığından təkrar apellyasiya baxışı zamanı MMC-ni cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələ irəli sürməyən üçüncü çəxs qismində prosesə cəlb etmişdir. Belə ki, iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş ## ###### 2022-ci il tarixli “Forma №*” arayışda sifarişçi təşkilatın Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilatın “xxxx” MMC, subpodratçı təşkilatın isə İddiaçı MMC olması müəyyən olunmuş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş ## #### 2025-ci il tarixli, *- **-*-**/*-*****/**** nömrəli məktubun məzmunundan isə aydın olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə VÖEN:********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2023-cü il tarixli təsisçilərinin ümumi yığıncağının qərarına əsasən müəssisənin adı dəyişdirilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeyd olunmuşdur.

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər.

91. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)- **/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalı, iddiaçı tərəfindən ödənilmiş 163 (bir yüz altmış üç) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli və cavabdeh tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilməli olan 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

92. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

93. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

94. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

96. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

97. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*- *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia qaldırılarkən ödənilmiş 163 (bir yüz altmış üç) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilməli olan 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar