Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-231/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar ləğv prosesində olan "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, şikayətin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, cavabdeh “X3” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 fevral tarixli, 2-2(103)-290/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "x xxx" Kommersiya Bankı QSC-nin “Korporativ” filialı (bundan sonra – Filial) ilə Cavabdeh1 MMC (bundan sonra – cavabdeh) arasında 2014-cü il 25 sentyabr 2014-cü il tarixli 170/02/3365/14 saylı kredit müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. 2. "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – iddiaçı) tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 5.888.889,30 manat, faiz borcu 536.704,79 manat, cərimə 667.469,30 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləği 724.503,67 manat, ümumi borc 6.817.567,06 manat təşkil etmişdir.
3. Filialla cavabdeh arasında 2015-ci il tarixli, 170/02/3365/14 saylı sonrakı girov müqaviləs i (Girov Müqaviləsi) bağlanmışdır.
4. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Bütün X1 Rəsmi Reyestrindən 06/2-3324 nömrəli 2015-ci il 17 fevral tarixli çıxarışa əsasən 2015-ci il 26 yanvar tarixli 170/02/3365/14 saylı sonrakı girov müqaviləsi əsasında girov saxlayan "xxxx" KB-nin (bundan sonra – Bank) girov qoyan cavabdehə məxsus "xxxx" ASC-nin (bundan sonra – ASC) AZ********** qeydiyyat nömrəli, 843113 əsas sənədsiz adlı adi səhmləri üzərində yaranmış girov hüququ qeydiyyata alınmışdır. 5. 2020-ci il 12 avqust tarixdə Bank tərəfindən cavabdehə və ASC-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvanlanaraq cavabdehdən Müqavilə üzrə borcun 3 gün ərzində ödənilməsi və ya ipotekaya tutma yönəldilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət edilə cəyi bildirilmişdir. 6. 2020-ci il 19 avqust tarixdə Bank tərəfindən Milli Depozit Mərkəzinə ərizə ünvanlanarag Girov Müqaviləsinə əsasən girovla yüklü edilmiş cavabdehə məxsus ASCnin AZ********** qeydiyyat nömral, 843113 əsas sənədsiz adlı adi səhmlərinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmiş və həmin ərizə 2020-ci il 20 avqust tarixdə Milli Depozit Mərkəzi tərəfindən qeydiyyata alınmışdı.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 2021-ci il 15 oktyabr tarixli, 9/5128 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, Müqavilənin qeyd olunan şərtlari nəzərə alınmaqla cavabdehin 2017-ci il 8 sentyabr tarixə Banka olan borcunun 4.190.179,8 manat, əsas borc 3.9 43.698.7 manat, faiz borcu 246.481,1 manat məbləğində müəyyən edilmişdir. 8. 1 sayli Baki İnzibati-İqtisadi Məhkəməsinin 2016-ci il 4 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Bankın müflis elan edilməsi barədə ərizəsi təmin edilmiş, Bank müflis elan edilmiş və iddiaçı Bankın ləğvedicisi tayin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun tutulm ası; cavabdehdən tutulmalı olan məbləği girov predmetinin ilkin satış qiyməti 20.234.712 manat müəyyən edilməklə mülkiyyətində olan Girov Müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə (Yüklü edilən səhmlərin Çıxarışın, qeydiyyat nömrəsi 06/2-3324; qeydiyyat tarixi: 17.02.2015) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Həmçinin iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) cavabdehlər cavabdehə və "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Bankın 2014-cü il 22 may tarixli, KBU14-1592 nömrəli kredit müqav iləsi üzrə 9.250.000 manat məbləğində əsas, 231.780,88 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9.481.780,88 manat, 25 sentyabr 2014-cu il tarixli KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat məbləğində əsas, 633.395,64 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat olmaqla, cəmi 14.739.620,97 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və cavabdehə məxsus ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə iddiaçı tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabın a Bankın qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli qərardadı ilə Mərkəzi Bankın "xxxx" ASC-yə və cavabdehə qarşı (üçüncü şəxs Bank) kredit müqavilələrinə əsasən yaranmış borc üzrə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə e-2-2(113)-2429/2020 saylı iş iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə e-2-2(113)-2351/2020 saylı işlə bir icraatda birləşdirilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021- ci il 2 dekabr tarixli e-2-2(113)-207/2021 saylı qərardadı ilə Mərkəzi Bankın "xxxx" ASC-yə və cavabdehə qarşı (üçüncü şəxs Bank) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 dekabr tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən - cavabdehdən Müqavilə üzrə 3.943.698,7 manat (üç milyon doqquz yüz qırx üç min altı yüz doxsan səkkiz manat yetmiş qəpik) məbləğində əsas, 246.481,1 manat (iki yüz qırx altı min dörd yüz səksən bir manat on qəpik) məbləğində faiz borcu, 150.000 (bir yüz əlli min) manat məbləğində d əbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat (beş yüz doxsan bir min beş yüz əlli dörd manat səksən qəpik) məbləğində faiz borcu, cəmi 4.931.734,6 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi, tələb üzrə tutmanın Girov Müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan ASC-nin hər birinin nominal dəyəri 24 (iyirmi dörd) manat və ümumi dəyərləri 20.234.712 (iyirmi milyon iki yüz otuz dörd min yeddi yüz on iki) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızların açıq hərracda (fond birjasında) satılması hissəsində təmin edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin 120 (yüz iyirmi) manat hissəsinin cavabdehdən, 30 (otuz) manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi və iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
14. Mərkəzi Bank məhkəmənin 2 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdi r.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli, e-2-2(113)207/2021 saylı qərardadı ilə Mərkəzi Bankın şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı Bank apellyasiya şikayəti verərək onun qismən ləğv, iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv olunmasını xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 fevral tarixli, 2-2(103)-290/2022 saylı qərardadı ilə Mərkəzi Bank tərəfindən birinci instansiya məhkəməsinin 2021-ci il 2 dekabr tarixli qərardadından və cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qə tnaməsindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş materiallarının müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və M.Məmmədov).
18. Apellyasiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin işin halları hissəsində apellyasiya şikayəti verən şəxsin işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli olduğu, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyinin, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyinin dəqiq göst ərməli olduğu, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığı dəqiq bildirilməli olduğu müəyyən edilmişdir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Həmçinin apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin iddiaçı Mərkəzi Bank prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayət i həmin formaya uyğun tərtib etməmişdir.
19. Həmçinin, cavabdeh də prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, apellyasiya şikayətini həmin formaya uyğun tərtib etməmiş, apellyasiya şikayətinin həmin formaya oxşar variantında isə işin halları hissəsində həm də maddi hüquq normalarına istinad etmişdir. Halbuki həmin hallar apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmalı və göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli idi.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 361.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 3 fevral tarixdə iş üzr ə tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
22. Həmin qərardaddan cavabdeh 2022-ci il 11 fevral tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Elektron sistemdəki apellyasiya şikayəti forması MPM-in 2 saylı Əlavəsində göstərilmiş qaydada deyil, bu forma təsdiq edilməzdən əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli, 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə informasiya sistemindən istifadə qay daları” ilə tənzimlənir. Hətta bölmələrin adları MPM-in 2 saylı Əlavəsində göstərilmiş bölmənin adları ilə eynilik təşkil etmir. “Şikayət məlumatların” pəncərəsindən göründüyü kimi “Ərizənin tam mətni” bölməsi var və ərizənin tam mətni tələb edilir. Buna uyğun olaraq da, MPM-in 2 saylı Əlavəsində verilmiş formaya uyğun ərizənin mətni müvafiq olaraq bu bölməyə doldurulmuşdur. MPM-in 2 saylı Əlavəsində verilmiş formada göstərilən “İşin halları” bölməsi elektron sistemdəki formada ümumiyyətlə ayrıca şəkildə yoxdur. Beləliklə apellyasiya şikayəti MPM-in 2 saylı Əlavəsinə göstərilmiş formaya tam uyğun formada tərtib edilmiş və elektron məhkəmə sisteminin “Şikayət məlumatların” pəncərəsində “Ərizənin tam mətni” bölməsində yerləşdirilmişdir.
24. Məhkəmə tərəfindən həmçinin əsas kimi şikayətin “iş in halları” hissəsində həm də maddi hüquq normalarına istinad edildiyi göstərilir. Əvvəla şikayətin həmin “işin halları” hissəsində məhkəmənin də göstərdiyi kimi işin hallarına dair məlumat verilmişdir. Digər tərəfdən orada həmçinin bəzi hallarda maddi hüquq normalarına istinad edilməsi qanunla qadağan edilmir. Məhkəmə artıq formaya deyil məzmuna irad bildirib ki, məzmuna iradla əlaqədar isə MPM-də şikayətin mümkünsüz hesab edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyinə dair dəlillər hissəsində də maddi hüquq normaları və dəlillər sıra ilə tam olaraq MPM-in 2 saylı Əlavəsinə uyğun formada verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüqu qi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünv anı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” Apellyasiya şikayətinin forması Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
30. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qismən ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
31. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdehin apellyasiya şikayəti prosessual qanunvericiliyin tələbinə uyğun formada tərtib edilməmiş, həmçinin şikayətin “işin halları” hissəsində həm də maddi hüquq normalarına istinad olunmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
33. MPM-in 361.1-ci maddəsindən görünür ki, apellyasiya şikayəti MPM-lə müəyyən edilmiş formada verilməlidir.
34. MPM-ə “Apellya siya şikayətinin forması” adlanan “Əlavə 2”-nin 1 və 4-cü bölmələrində şikayəti verən şəxs, onun vəkili və mübahisələndirilən qətnamə və ya qərardad barədə məlumatların, 5-ci bölməsində işin hallarının, 6-cı bölmədə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin, 7-ci bölmədə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilməsi nəzərdə tutulmuşdur.
35. Hazırki halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən tələblərə riayət olunmuş, 5-ci bölmədə işin halları, 6-cı bölmədə cədvəl şəklində pozulduğu və ya düzgün tətbiq edilmədiyi hesab olunan maddi hüquq normaları, 7-ci bölmədə eyni qaydada prosessual hüquq normaları və s. öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, c avabdeh tərəfindən 6-cı bölmədə istinad olunan maddi hüquq normalarının eyni zamanda 5-ci bölmədə işin halları hissəsində də təkrarlanması prosessual pozuntu kimi qəbul edilməklə apellyasiya şikayətinin qeyri-mümkün sayılması üçün əsas ola bilməz. Belə ki, qanunvericilik göstərilən halla bağlı hər-hansı məhdudiyyəti nəzərdə tutmamışdır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mərkəzi Bank tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı və qanuni olduğundan, mübahisələndirilən qərardad cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün sayılması hissəsində, yəni qismən ləğv olunmalıdır.
37. Bununla da, cavabdehin apellyasiya şikayətinə baxılmasına mane olan hal mövcud olmadığından, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2022ci il 3 mart tarixli, 2-2(103)-290/2021 saylı qərardadı qismən ləğv olunmalı və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 fevral tarixli, 2-2(103)-290/2022 saylı qərardadı qismən – cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması hissəsində ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.