Məhkəmə qərarları › İş №2-2(102)-231/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-231/2025

21.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-231/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Podrat müqaviləsi və muzd tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 dekabr tarixli 2-2(104)-229/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi “X3” MMC ilə icraçı İddiaçı arasında 2022 -ci il 7 aprel tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsi (bundan sonra – “xidmət müqaviləsi”) bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən, icraçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür.

3. Xidmət müqaviləsinə 1 saylı əlavəyə görə, ekskovator (Daewoo Solar 420LC-V) markalı **-BA-*** dövlət nömrə nişanlı texnikanın bir ay üçün 13.000 manat xidmət haqqı müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 59.672,07 manat borcun və 270 manat dövlət rüsumunun, ümumilikdə 59.942,07 manat pulun birdəfəlik tutularaq verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, xidmət müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada göstərdiyi xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş və ödənişlər 2023-cü ilədək ödənilmiş, lakin 2023-cü il 1 yanvar tarixdən 2023-cü il 31 dekabr tarixədək olan müddət ərzində xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilən xidmət haqqı tam olaraq ödənilməmişdir. Belə ki, xidmət müqaviləsinə və cavabdehdən alınmış üzləşmə haqqında akta əsasən cavabdehin 2023cü il 1 yanvar tarixindən 2023-cü il 31 dekabr tarixədək olan müddət ərzində göstərdiyi xidmətlərə görə ona 59.672,07 manat borcu yaranmışdır. Ona görə də cavabdehə dəfələrlə müraciət edilmiş, lakin müraciətə baxmayaraq iddiaçıya olan borc ödənilməmişdir.

6. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehdən 59.672,07 manat borcun, 270 manat dövlət rüsumunun və 320 manat vəkilə ödənilmiş pulun, cəmi 60.262,07 manat pulun birdəfəlik alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 2 oktyabr tarixli e-2-2(115)1314/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsi üzrə 59.672,7 manat borc, 270 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G. Quliyeva).

8. Məhkəmə qeyd etmişdir ki, 2024- cü il 20 fevral tarixli üzləşmə haqqında aktına görə, Cavabdeh MMC-nin İddiaçı 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 59.672,07 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. İcraçı xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sifarişçi isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun iddiaçıya 59.672,07 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1 və 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 dekabr tarixli 2-2(104)-229/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər araında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Müqavilənin həmin bəndinə əsasən, xidmətin icra olunması bar ədə təhviltəslim aktı tərtib edilməsə də cavabdeh 2024-cü il 20 fevral tarixində 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 59.672,07 manat borcunun olmasını üzləşmə aktı ilə etiraf etmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, cavabdeh 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 59.672,07 manat dəyərində görülmüş işləri qəbul etmişdir. Belə olan halda xidmətin yerinə yetirilməsinə dair təhvil-təslim aktının olmaması işlərin yerinə yetirilməməsi kimi qiymətləndirilmir.

13. Cavabdehin 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 59.672,07 manat borcunun olmasını etiraf etməsi bir daha təsdiq etmişdir ki, iddiaçı tərəfindən özünə məxsus (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnika vasitəsi ilə razılaşdırılmış işləri yetinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üz ərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin cavabdeh tərəfdən üzləşmə aktı müəssisənin direktoru Murat Çağlayan və baş mühasibi tərəfindən təsdiq edilmiş, qətnamədən apellyasiya şikayəti isə cavabdeh müəssisənin rəhbəri Murat Çağlayan tərəfindən verilmişdir. Göründüyü kimi cavabdehin direktoru müəssisənin borcunun olmasını etiraf etmiş və həmin üzləşmə aktının mötəbərliyini mübahisələndirmədən qətnamədən formal əsaslarla apellyasiya şikayəti vermişdir ki, cavabdehin rəhbərinin hərəkətləri bir-birinə ziddir.

14. Bundan başqa, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin də pozulduğunu iddia etsə də bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. Birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozun tuya yol verməmiş və qəbul etdiyi qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 329.2, 337.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 752.1, 753.1, 769 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 385.1, 425.1 və 425.2-ci maddələri üzrə - сavabdeh iş üzrə xidmət müqaviləsinin 1.1-ci və 2.2-ci bəndlərinə istinad edərək qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir, xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir (təhvil-təslim aktları məhkəməyə təqdim olunmamışdır). Lakin xidmət müqaviləsi üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir ki, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.

18. MPM-in 81 və 88-ci maddələri üzrə - məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Bununla da apellyasiya instansi yası məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş və iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlid ir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.” “Maddə

769. Yerinə yetirilmiş iş ü çün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şika yətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayətində istinad olunan MM-in 385.1, 425.1, 425.2-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, həmin maddələr öhdəliyin anlayışı (maddə 385.1) və öhdəliklərin icrası zamanı vicdanlıq (maddə 425) ilə bağlı məsələləri tənzimləyir.

26. Kassasiya şikayətində isə həmin maddələrin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

27. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər ar aslında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuş, iddiaçı tərəfindən yetinə yetirilmiş və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə 59672,07 manat dəyərində görülmüş işlər qəbul edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunan hallar üzrə də məhkəmə tərəfindən düzgün olaraq MM-in 752.1, 753.1, 769 və 770-ci maddələri tətbiq edilmişdir.

28. Kassasiya şikayətində qeyd edilən MPM-in 81 və 88-ci maddələrinin tələblərinin pozulması barədə dəlillər, habelə MM-in 385.1, 425.1, 425.2-ci maddələrinin tələblərinin pozulmasının işin faktiki halları (təhvil-təslim aktının təqdim edilməməsi və iddiaçının öz öhdəliklərinin icra etməməsi) ilə əsaslnadırılması isə əsassızdır.

29. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birg ə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edi lmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübah isəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

32. Eyni zamanda, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş və həmin dəlillərin əsassız olması ilə bağlı mövqeyini tam və hərtərəfli əsaslandırmışdır.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 dekabr tarixli 2-2(104)-229/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar