Məhkəmə qərarları › İş №2-2(102)-232/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-232/2019

22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-232/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı QSC BOKT-nın Cavabdeh1 MMC-yə (maraqlı şəxslər “xxxx” MMC, “xxxx” X2 və Vahidova Zemfira Məmməd qızının iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2, maraqlı şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh1 MMC-yə (maraqlı şəxslər “xxxx” MMC, “xxxx” X2 və Cavabdeh2 iştirakı ilə) qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi tələ binə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 23 oktyabr 2018-ci il tarixli 2-2(103)-451/2018 qətnaməsindən maraqlı şəxs “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında iddiaçıya keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin cavabdehə qarşı problemli borcu üzrə tələb hüququ da S-25 saylı, 14 iyun 2017-ci il tarixli təhvil-təslim aktı əsa sında iddiaçıya təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 496959822,55 ABŞ dolları, 208022,03 avro, 24779798,23 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında 2013-2015-ci illərdə bağlanmış kredit müqavilələrinə əsasən yaranmışdır. İddiaçı QSC BOKT-nın Cavabdeh1 MMC-yə qarşı cavabdehin cəmi 496959822,55 ABŞ dolları (əsas borc 466106276,39 ABŞ dolları, faiz borcu 30853546,16 ABŞ dolları), 208022,03 avro (əsas borc 3 Avro, faiz borcu 208019,03 Avro), 24779798,23 manat (əsas borc 7767070,44 manat, faiz borcu 17012727,79 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəql iyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasıbarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 05.10.2017-ci il tarixli iş № 2-2(81)-1118/2017, (sədrlik edən hakim A.Hüseyn) qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan maraqlı şəxs “xxxx” MM Capelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.10.2017-ci il tarixli qətnaməsinin qisməntələbin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.10.2018-ci il tarixli iş № 2-2(103)-451/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və S.Seyidova) qətnaməsi ilə maraqlı şəxslər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” X1 apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci tarixli, 2-2(81)-1118/2017 sayl ı qətnaməsinin mübahisələndirilən hissədə - borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Maraqlı şəxs “xxxx” MMC-ninkasasiya şikayəti onunla əsaslandırılmışdır ki,“xxxx” MMC-nin Cavabdeh1 MMC-nə borc tələbi ilə bağlı iddia tələbi üzrə 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 27 fevral 2017-ci il tarixli, 2-2(81)-353/2017 saylı qətnaməsi 17 aprel 2017-ci il tarixdən icra mərhələsində olarkən, İddiaçı (iddiaçı) Cavabdeh1 MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə 02 avqust 2017-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı (iddiaçı) iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında iddiaçıya keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx”ı ASC-nin cavabdehə qarşı problemli borcu üzrə tələb hüququ da 14 iyun 2017-ci il tarixli, S-25 saylı təhviltəslim aktı (bundan sonra - akt) əsasında iddiaçıya təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 496959822,55 ABŞ dolları, 208022,03 avro, 24779798,23 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında 2013 - 2015-ci illərdə bağlanmış kredit müqavilələrinə əsasən yaranmışdır. Buradan göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə ilə İddiaçına keçdiyi dövrdə, “xxxx” MMC-nin Cavabdeh1 MMC-nə borc tələbi ilə bağlı iddia tələbi üzrə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2-2(81)-353/2017 saylı qətnaməsi artıq 17 aprel 2017-ci il tarixdən icra mərhələsində olmuş və qətnamənin icrası ilə əlaqədar olaraq Cavabdeh1 MMC-nin əmlaklarına həbs qoyulmuşdur. Nəticə etibarilə “xxxx” MMC-nin Cavabdeh1 MMC-nə borc tələbi ilə bağlı iddia tələbi üzrə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 2-2(81)353/2017 saylı qətnaməsi icra edilmədən Cavabdeh1 MMC-yə məxsus daşınar və daşınmaz əmlaklar (o cümlədən nəqliyyat vasitələri və texnikaları) üzərində mülkiyyət hüququna xitam verilərək İddiaçına həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsi prosessual hüquq normalarının pozulmaqla düzgün tətbiq edi lməməsi, düzgün olmayan qətnamənin qəbul edilməsi deməkdir. Hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi üzrə mülki işə baxılarkən “xxxx” MMC işə cəlb edilməli, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 fevral 2017-ci il 2-2(81)-353/2017 saylı tarixli qətnaməsi icra edilənədək vəsatəti əsasında icraat dayandırılmalı, borc tələbi təmin edildikdən sonra cavabdehə məxsus əmlakların aqibəti İddiaçı xeyrinə həll olunmalı idi. Bütün yuxarıda göstərilənlərə əsasən “xxxx” MMC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-2(103)451/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: M əhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(103)451/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılması barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə da, vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasi ya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(103)-451/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılması barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018ci il tarixliqətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, maraqlı şəxsin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə maraqlı şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətininkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisad i Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 23 oktyabr 2018-ci il tarixli, 2-2(103)-451/2018 saylı qətnamə ilə maraqlı şəxslər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” X1 apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2 017-ci tarixli, 2-2(81)-1118/2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə - borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 441.2, 442, 445.2.1-ci maddələrinə, “İcra haqqında” Qanunun 57.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 158.1.1-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, hazırkı iş üzrə tələbin cavabdehin əmlaklarına yönəldilməsi ilə apelyasiya şikayəti verən şəxslərin hər hansı hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-nin kasasiya şikayətində göstərilən dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanına əsasən, “xxxx” ASC-yə məxsus problemli aktivlərin müəyyən edilməsi və həmin aktıvlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması iddiaçının idarəetməsinə verilməsi qərara alınm ışdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə iddiaçı arasında imzalanmış 21 aprel 2017-ci il tarixli müqavilə əsasında “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun iddiaçıya güzəşt edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun iddiaçıya güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədə cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 496959822,55 ABŞ dolları, 208022,03 avro, 24779798,23 manat borcu mövcud olmuşdur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC məhkəməyə ərizə təqdim edərək, iddia tələbini etiraf və qəbul etmişdir. Bu səbəbdən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Belə ki, Mülki Məcəllədə nəzərdə tutulur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikd ə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib, zərərin əvəzinin ödənilməsini tələb edə bilər (441.2). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya dıgər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar (158.1.1.). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmiş dir ki, hazırkı iş üzrə tələbin cavabdehin əmlaklarına yönəldilməsi ilə kasasiya şikayəti verən şəxsin hər hansı hüquqları pozulmamışdır. Belə ki, iddiaçının tələbi cavabdehin həmin tələbi ödəmək üçün zəruri vəsaiti olmadığı təqdirdə cavabdehin əmlaklarına yönəldiləcəkdir. Həmçinin bu yönəltmə təmin edilmiş tələb həcmində yerinə yetirilə bilər. Eyni zamanda əgər digər məhkəmə mübahisəsi üzrə qərardadla cavabdehin hər hansı əmlakı üzərinə həbs qoyulmuşdursa, hazırkı tələb üzərinə həbs qoyulmuş əmlaka yönəldilə bilməz. Çünki “İcra haqqinda” Qanuna əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir (57.1). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-cu il tarixli, 22(103)-451/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Qul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar