Məhkəmə qərarları › İş №2-2(102)-232/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-232/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-232/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Xaçmaz Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 13 avqust tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6.680 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il 28 dekabr tarixli 2(067)-2609/2024 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Abiyeva).

3. Həmin məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmaqla, mübahisə iddiaçı ilə cavabdeh arasında kommersiya fəaliyyəti ilə əlaqədar yaranmışdır. İşin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olduğundan, məhkəmə iddia tələbinə mahiyyəti üzrə Xaçmaz rayon Məhkəməsində baxılmasının mümkün olmaması qənaətinə gəlmişdir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

4. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 14 fevral tarixli 2-2(119)-536/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Alıyeva).

5. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırda vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik olub-olmaması, yəni fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınıb-alınmaması yoxlanıldıqda “elektron məhkəmə” informasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlarla müəyyən olunanlara gö rə, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs deyil, yəni o, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdır. Göründüyü kimi, hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlməmişdir.

6. Hazırkı mübahisə korporativ mübahisə də deyil, eyni zamanda işdə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalı olması halı mövcud olmamışdır.

7. Bundan başqa “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir, iddiaçının qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı müəyyən olunsa belə, bu hazırki mübahisəyə aidiyyəti üzrə komm ersiya məhkəməsində baxılması üçün əsas deyil. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahi bkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır....”

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmən in mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir.

11. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 9) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

12. İş materiallarından məlum olur ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamış, yəni fərdi sah ibkar statusuna malik deyildir. Belə olan halda isə mübahisənin subyekt tərkibi işə istənilən halda kommersiya məhkəməsində baxılmasını istisna edir.

13. Belə ki, Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən (bax § 8) aydın olur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzib ati, habelə Cinayət Məcəlləsinin 192ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

14. Belə olan təqdirdə isə, artıq digər meyarlar, yəni mübahisəli hüquq münasibətinin xarakteri və mübahisənin predmeti baxımından mübahisə kommersiya fəaliyyətindən yaranan mübahisə kimi qiymətləndirilsə belə, ona kommersiya məhkəməsində baxılması mümkünsüzdür. Odur ki, həmin meyarlar üzrə hüquqi də yərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum da qalmır.

15. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz, ona görə də işə ümumi məhkəmədə, yəni iddianın verildiyi Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar