Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-233/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borcun ödənilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(103)-883/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 1 yanvar - 31 dekabr dövrünü əhatə edən İddiaçı MMC-yə məxsus hesab üzrə çıxarışa əsasən 2020-ci il 12 avqust tarixində İddiaçı MMC tərəfindən 2020-ci il 11 avqust tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul Cavabdeh1 MMC-nin hesabına köçürülmüşdür.
2. Cavabdeh1 MMC-nin əvvəlki rəhbəri Qanuni nümayəndə1 və digərlərinin şikayəti ərizəsi əsasında İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ona elan olunmuş ittihama dair Cavabdeh1 MMC-yə aid epizod üzrə ittiham aktında göstərilmişdir ki, “Bundan başqa o, təkrarən İddiaçı MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Qanuni nümayəndə1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə1 özünün direktoru olduğu iddiaçı vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna, Hindistan və Moldovadakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, hər bir donmuş mal əti məhsulu yük maşınından 20.400 manat nisbətində 12.000 ABŞ dolları mənfəət əldə ediləcəyinə inandıraraq, ……Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda yerləşən ofisində 80.5 80 manat nisbətində 47.400 ABŞ dolları məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Qanuni nümayəndə1 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.” İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra -birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda-“MMC, Cavabdeh2”) qarşı iddia ərizəsi ilə, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-dən 60.000 manat pulun, hüquqi yardımla bağlı vəkilə ödənilən 500 manatın və mediasiya sessiyasında iştirak etmək üçün ödənilən 400 manatın və Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 uzun müddətdir tanıyır və aralarında yaxşı münasibətlər olmuşdur. 2018-ci ildə Cavabdeh2 ona ət məhsullarının idxalı və satışı üzrə şifahi ortaqlıq təklif etmiş, iddiaçı da bu təklifi qəbul etmişdir. Razılaşmaya əsasən, maliyyə vəsaitlərini Cavabdeh2, idxal və satış işlərini isə iddiaçı özü təşkil etmişdir. Əldə ediləcək gəlir faiz nisbətində bölünməli, eyni qaydada ziyan da bölüşdürülməli idi. Bu əməkdaşlıq çərçivəsində Cavabdeh2 təqdim etdiyi vəsait iddiaçının bank hesabına köçürülmüş, oradan isə xarici şirkətlərlə bağlanmış müqavilələr əsasında ət məhsulları idxal edilmişdir. Cavabdeh2 vasitəsilə MMC də bu prosesə cəlb edilmiş, xarici şirkətlərlə müqavilələr bu şirkət vasitəsilə imzalanmış və mallar ölkəyə gətirilmişdir. Satışdan əldə olunan vəsaitlərin bir hissəsi köçürmə, qalan hissəsi isə nağd qaydada Cavabdeh2 vasitəsilə MMC-nin faktiki sahiblərinə çatdırılmışdır. 2021-ci ilin avqustunda iddiaçı MMC-yə 60.000 manat borc vermiş, lakin bu borc bu günə qədər qaytarılmamışdır. Bundan əlavə, Cavabdeh2 iddiaçıdan 161.100 manat və 81.400 ABŞ dolları (təxminən 138.380 manat) nağd vəsait almış, 87.767 manat və 1.468 manat dəyərində ət məhsulları isə onun göstərişi ilə götürülmüşdür. O, həmçinin iddiaçının hesabından MMC-dən heç bir mal alınmadığı halda, saxta e-qaimələr tərtib etdirmiş və ümumilikdə 243.163 manat ödəniş etdirilmişdir. Nəticədə, iddiaçı tərəf əməkdaşlıqdan heç bir gəlir əldə etməmiş, əksinə onun vergi və sosial öhdəlikləri, işçilərə qarşı borcları yaranmışdır. Həmçinin, Cavabdeh2 fəaliyyəti səbəbindən iddiaçının normal biznes fəaliyyətinə maneə törədilmiş və ona 175.000 manat məbləğində zərər dəymişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyun tarixli e-2-2(113)-1203/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 60.000 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 400 manat, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia iki, yəni 1) MMC-dən 60.000 manat pulun tutulması; 2) Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutulması hissədən ibarətdir.
7. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı tərəf borc müqaviləsi əsas ında 60.000 manat məbləğində pulun MMC-yə verildiyini, yazılı müqavilənin tərtib edilərək, imzalanması üçün cavabdehə göndərildiyini, lakin müqavilənin imzalanıb geri qaytarılmadığını, müqavilənin əslinin cavabdehdə olduğunu bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclaslarında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə izahatında Maqsud adlı şəxs vasitəsi ilə iddiaçının direktoru olan Qanuni nümayəndə2 ilə tanış olduğunu, aralarında ət məhsullarının satışı ilə bağlı iş birliyinin olduğunu bildirmiş, bundan başqa, məhkəmənin 2024-cü il 15 aprel tarixli hazırlıq iclasında məhkəmənin sualına cavab olaraq 60.000 manat ilə bağlı borc müqaviləsinin rəsmiləşdirildiyini, həmin pulu qaytarmadığını, iddiaçının da, ona 47.411 ABŞ dolları mə bləğində borcunun olduğu və onun borcu ödənildikdən sonra 60.000 manat məbləğində borcunu geri qaytaracağını qeyd edərək iddiaçıya 60.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsinə əsasən iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Göründüyü kimi, iddiaçı ilə MMC arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcuddur və cavabdeh MMC də, 60.000 manat məbləğində borc aldığını, pulu qaytarmadığını və qeyd edilmiş pulun qarşı tərəfin ona olan borcunu qaytaracağı halda, qaytaracağını bildirmişdir.
11. Belə olan halda, məhkəmə belə qənaətə gəlmişdir ki, 60.000 manat məbləğində pul MMC-dən tutularaq iddiaçıya ödənməlidir.
12. Məhkəmə iddianın ikinci hissəsi, Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutulmasına münabisətdə aşağıdakıları bildirmişdir.
13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf cavabdehlə pul vəsaiti qoyan şəxsin malın satış qaydasını müəyyən etməsi barədə razılığa gəldiklərini, Cavabdeh2 təklifi əsasında malların satılmadığını, bazarda tələbin artırılacağının gözlənildiyini, lakin tələbin artırılmadığını, malları daha aşağı qiymətə satmaq məcburiyyətində qaldıqlarını, nəticədə iddiaçının ziyana uğradığını, vurulmuş ziyanın anbar icarəsinin və malların saxlanma xərcindən, işçilərin əmək haqqlarının və vergi borclarının iddiaçı tərəf indən ödənilməsindən ibarətdir.
14. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək iddiaçının heç bir ziyana məruz qalmadığını, bütün ət məhsullarının satıldığını, Ukraynada ət məhsulu almaq üçün pul vəsaitinin iddiaçıya onun tərəfindən verildiyini, ona borcunun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.
16. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77-ci maddəsinin tələbi baxımından dəymiş ziyanın nədən ibarət olduğu iddiaçı tərəfindən sübut edilməmişdir.
17. Ona görə də, iddia dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutulması hissəsində təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 21.2, 443.1, 739.1, 1096.1, 1096.2 və 1097-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1, 121.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə q əbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(103)-883/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və E.Həsənov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın “MMC-dən 60.000 manat borcun qaytarılması” hissəsində təmin edərkən tərəflər arasında yazılı borc müqaviləsinin təqdim edilməməsinə baxmayaraq, bank hesabından pul köçürülməsini və cavabdehin (hüquqi şəxsin direktoru) borcu eti raf etməsini əsas götürmüşdür.
22. Məhkəmə qətnaməsində 2020-ci il 1 yanvar-31 dekabr dövrünü əhatə edən iddiaçıya məxsus hesab üzrə çıxarışlardan görünür ki, 2020-ci il 12 avqust tarixində iddiaçı tərəfindən 2020-ci il 11 avqust tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul MMC-nin hesabına köçürülməsinə istinad edilsə də, 2020-ci il 25 avqustda 33.999 manat; 2020-ci il 27 oktyabrda 19.995 manat; 2020-ci il 23 noyabrda 10.000 manat; 2020-ci il 8 dekabrda 10.000 manat; 2020-ci il 30 dekabrda 19.999,98 manat məbləğlərinin hansı məqsədlə iddiaçı tərəfindən cavabdehə köçürülməsi dəqiqləşdirilməmiş və bu hallar araşdırılmamışdır. İddiaçının bu məbləğləri tələb etməməsinin səbəbi məlum deyil.
23. Halbuki, qeyd olunan vəsaitlər Qanuni nümayəndə2 verilmiş ittiham (bax §2) üzrə ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsaitdən firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları məbləğində köçürülmüş 381.000 ABŞ dollarının bir qisminin bağlanmasına yönələn vəsaitlərə aiddir. İddiaçının hazırda məhkəmədə tələb irəli sürdüyü tərtib olunmuş borc müqaviləsinin təyinatı və məqsədi sadəcə olaraq, iddiaçının cavabdehə borclu olduğu vəsaitlərindən olan ödənişi həyata keçirməkdən ibarət olub, borc verməkdən deyil.
24. Qeyd edilənlərdən aydın olur ki, məhkəmənin mövqeyinin əksinə olaraq cavabdeh borcu etiraf etməmiş, real borc müqaviləsinin bağlanmasını inkar etmiş və görünüş üçün şifahi qaydada pulun göndərilməsinə razılıq verdiyini göstərmişdir. Cavabdeh bu məsələyə ona görə razı olmuşdur ki, iddiaçının ona 60.000 manat (47.411 ABŞ dolları) borcu olmuşdur. Cavabdehin möv qeyinə görə iddiaçı limiti keçdiyinə görə borcunun digər hissəsini bu formada göndərilməsini cavabdehlə razılaşdırmışdır. Lakin sonradan bu formal əsasa söykənərək hüquqdan su-istifadə edərək iddia qaldıraraq əsassız olaraq pul tələb etmişdir.
25. MMC-nin əvvəlki qanuni nümayəndəsi keçirilən məhkəmə iclaslarında 60.000 manat məbləğinin Qanuni nümayəndə2 verilmiş ittiham üzrə ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsaitdən firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları məbləğində köçürülmüş 381.000 ABŞ dollarının bir qisminin bağlanmasına yönələn vəsait olmasını məhkəməyə bildirsə də, məhkəmə onun izahatını düzgün yazmayaraq, borcun etirafı kimi göstərmişdir.
26. Cavabdehin bu mövqeyi eyni ilə birinci instansiya məhkəməsinin protokolunda əks olunmuş, lakin məhkəmə cavabd ehin izahatını qətnamədə yanlış qeyd etmiş və nəticədə prosessual pozuntuya yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin yazılı borc müqaviləsi olmadan və cavabdehin etirafı olmadan yalnız bank köçürməsi sənədinə əsasən borc tələbini təmin etməsi nəticəsi əsassız və qanunsuzdur.
27. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində, həmçinin iddiaçının verdiyi izahatından da göründüyü kimi, iddaçı borc müqaviləsini imzalayaraq cavabdehə təqdim etdiyini, lakin müqavilənin cavabdeh tərəfindən imzalanaraq ona təqdim edilmədiyini göstərmişdir.
28. İddiaçı birinci instansiya məhkəməsində müqavilənin əslinin cavabdehə verildiyini, apellyasiya icraatı zamanı isə müqavilənin bank köçürməsi üçün banka verildiyini bildirmişdir. Birinci halda müqavilənin cavabdeh tərəfindən imzalanm ası mümkün deyil. Çünki cavabdehin əvvəldən iş üzrə mövqeyi belədir. İddiaçı bunun əksini sübut edə bilmir. İkinci halda isə iddiaçının bankdan müqavilənin surətini və ya əslini alaraq məhkəməyə təqdim etmək imkanı olsa da (3 dəfə məhkəmə iclası keçirilmişdir) bu imkandan istifadə etməmişdir. Cavabdehin mövqeyinə görə bank köçürmə edərkən müqavilənin əslini götürmür.
29. Qeyd edilənlərdən aydın olur ki, tərəflər arasında etibarlı borc hüquq münasibətlərinin yaranması müəyyən edilmir. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
30. İşin materiallarında iddiaçının cavabdehə (hüquqi şəxsə) borc verməsini, tərəflər arasında borc hüquq münasibətlərinin yaranmasını və cavabdeh bu öhdəliyi yerinə yetirməməsi kimi halları, həmçinin Cavabdeh2 id diaçıya zərər vurmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Ona görə iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 337.3, 340.1, 385.1, 399.1, 442, 443.1, 739.1, 739.2 və 1096.1-ci; MPM-in 119.1, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 385.1, 386, 425, 442, 443, 448-ci maddələri üzrə-birinci instansiya məhkəməsinin hazırlıq iclasında cavabdeh MMC-nin təsisçisi Qanuni nümayəndə1 60.000 manat məbləğində borcun mövcudluğunu etir af etmiş və həmin borc müqaviləsini növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Bu, borcun etirafı kimi qiymətləndirilməli idi. Lakin apellyasiya instansiyası bu açıq etirafı əsasız şəkildə nəzərə almamış və borcun sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə olan birinci instansiya məhkəməsinin iclas protokollarını və videogörüntüləri nəzərdən keçirsəydi, cavabdehin borcu açıq şəkildə etiraf etdiyini və borc müqaviləsinin mövcud olduğunu qəbul etdiyini aydın şəkildə görə bilərdi. Lakin bu sübutlar ya nəzərə alınmamış, ya da yetərincə hüquqi qiymət verilməmişdir. Cavabdeh borc müqaviləsinin özündə olduğunu bildirsə də, sonrakı məhkəmə iclaslarına heç bir əsas göstərmədən qatılmamış və müqaviləni təqdim etməmişdir. Bu hal onun əvvəlki eti rafını təsdiqləyir və eyni zamanda sübutlardan yayınmaq niyyəti yaradır. Apellyasiya instansiyası isə bu prosessual davranışı lazımi hüquqi qiymətləndirmədən yayınıb, iddianın rəddinə qərar vermişdir.
34. Apellyasiya instansiyası iddiaçının borc müqaviləsini bankdan əldə edib təqdim etmədiyini əsas gətirmişdir. Lakin müqavilənin saxlandığı "xxxx" ASC-nin ləğv prosesində olması, sənədlərə çıxışın obyektiv çətinləşdiyini göstərir. Məhkəmə bu halı nəzərə almalı, sənədin təqdim olunmamasını iddianın əsassızlığı kimi deyil, obyektiv səbəblərlə izah edilə bilən hal kimi qiymətləndirməli idi. Cavabdehin bank hesabına 60.000 manat məbləğində ödənişin aparılması faktı borc münasibətləri çərçivəsində qiymətləndirilməli idi. Lakin apellyasiya instansiyası bu ödənişi sanki heç bir müqavilə əsasında olmayan, hüquqi əsası olmayan maliyyə əməliyyatı kimi dəyərləndirmişdir. Halbuki sahibkarlıq subyektləri arasında müqavilə münasibətləri, o cümlədən şifahi və ya faktiki razılaşmalar da nəzərə alınmalı idi.
35. Apellyasiya məhkəməsi, tərəflər arasında real borc münasibətini inkar etməklə, əslində hər iki şirkət üçün vergi riskləri yaradan yanaşmanı qanunauyğun saymışdır. Belə ki, malların E-qaimə ilə göndərilməsi və ödənişin edilməməsi, həmçinin borcun mövcudluğunun inkarı, həm hüquqi, həm də vergi baxımından ciddi ziddiyyət yaradır. Apellyasiya instansiyası cavabdehin müdafiəsi üçün təqdim etdiyi cinayət işi üzrə ittiham aktına istinad etmiş, lakin həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı bəraət hökmünü nəzərə almamışdır. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 6.2, 6.3-cü bəndləri üzrə Bakı Kommersiya Məhkəməsinin qətnaməsində maddi hüquq normaları tam gözlənilmiş, təqdim olunan sübut və izahatlar hərtərəfli araşdırılmışdır. Lakin apellyasiya instansiyası bu hüquqi yanaşmanı əsasız şəkildə kənara qoymuş, işin faktiki halları və təqdim olunmuş sübutlar birtərəfli qiymətləndirilmişdir. Apellyasiya instansiyası cavabdeh MMC-nin təsisçisi və direktoru olan Qanuni nümayəndə1 birinci instansiya məhkəməsində verdiyi izahatayəni 60.000 manat borcun mövcudluğunu etiraf etməsinə və bu borcu, Qanuni nümayəndə2 ona olan borcu ödəmədiyi üçün qaytarmadığını bildirməsinə -hüquqi qiymət verməmiş, bu ifadələri “borcun etirafı deyil” kimi səthi şərhlə keçmişdir. Halbuki, cavabdehin b u açıq izahatı borc münasibətinin və öhdəliyin varlığının birbaşa təsdiqidir. Həmçinin, cavabdehin bank hesabına iddiaçı tərəfindən 60.000 manat vəsaitin köçürülməsi bank çıxarışları ilə təsdiq olunmuşdur və bu hal tərəflər arasında mübahisələndirilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Mülki Məcəllənin 739-cu maddəsinə uyğun olaraq bağlanmış borc müqaviləsi qüvvədədir və cavabdehin həmin vəsaiti geri qaytarmaq öhdəliyi mövcuddur. İş materiallarından açıq şəkildə görünür ki, cavabdeh borc müqaviləsi üzrə öhdəliyini icra etməmiş, bu isə iddiaçıya həmin müqavilə əsasında məhkəməyə müraciət etmək hüququ vermişdir. Apellyasiya instansiyasının qətnaməsi isə bu hüquqi və faktiki halları nəzərə almadan, formal və əsaslandırılmamış şək ildə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.
37. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmiş və iddianın rədd edilməsi barədə əsassız qərar qəbul etmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsində iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş bank hesabı çıxarışları – yəni 60.000 manat məbləğində borcun verilməsini sübut edən mötəbər sənədlər – apellyasiya instansiyası tərəfindən əsassız şəkildə nəzərə alınmamış, bu sübutlara heç bir hüquqi və məntiqi əsas olmadan tənqidi yanaşılmışdır. Əgər apellyasiya instansiyası həmin sübutlarla bağlı şübhəyə düşmüşdüsə, prosessual qanunvericiliyin tələblərinə əsasən, bu halları araşdırmaq üçün müvafiq sorğular göndərməli və cavabdehin nümayəndəsi qismində çıxış edən, həm də borcu etiraf etmiş Qanuni nümayəndə1 izahatını təkrar almalı idi. Lakin məhkəmə bu zəruri prosessual hərəkətləri həyata keçirmədən sübutları qiymətləndirmədən kənar tutmuş, nəticədə iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və proses sual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldən çıxmış fayda) başa düşülür....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “ Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya d igər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....”
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Madd ə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri..... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 44.Hazırki iddia tələbində iddiaçı 2021-ci ilin avqustunda MMC-yə 60.000 manat borc verdiyini, lakin bu borcun bu günə qədər qaytarılmadığını qeyd edərək, MMC-dən 60.000 manat pulun (birinci tələb) və Cavabdeh2 fəaliyyəti səbəbindən iddiaçının normal biznes fəaliyyətinə maneə törədildiyinə görə dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi (ikinci tələb) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 45.Birinci instansiya məhkəməsi, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmasını, iddiaçının müəyyənşdirilmiş pul məbləğini cavabdehə borc verməsini, cava bdehin isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürməsini, lakin üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququnun yaranmasını, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 60.000 manat borcunun olmasını etiraf etməsini qeyd edərək 60000 manat pul məbləğinin cavabdeh tutulması hissəsində iddianı təmin etmiş, iddia tələbinin ikinci- Cavabdeh2 175000 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı hesab etmişdir ki, dəymiş ziyanın nədən ibarət olduğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. 46.Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin formal olaraq tam ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, məzmunundan göründüyü kimi, qətnamə iddianın qismən təmin olunması hissəsində mübahisələndirilmişdir. 47.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılmış, cavabdehin şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri düzgün müəyyən edilməmiş, nəticədə MPM-nin 372-ci maddəsinin də tələbləri pozulmuşdur (bax yuxarıda § 42). 48.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışında apellyasiyanın hədləri düzgün müəyyən edilməlidir.
49. Apellyasiya instansiya məhkəməs i iddianın qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin yazılı borc müqaviləsi olmadan yalnız bank köçürməsi sənədinə əsasən borc tələbini təmin etməsi nəticəsi əsassız və qanunsuzdur. Tərəflər arasında etibarlı borc hüquq münasibətlərinin yaranması müəyyən edilmir. Cavabdehin izahatı qətnamədə yanlış qeyd edilmiş və prosessual pozuntuya yol verilərək düzgün olmayan nəticəyə gəlinmişdir. 50.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şikayətin hədləri daxilində əslində yoxlamalı olduğu birinci tələb üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə (bax §33-37) aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
51. Belə ki, baxılan işin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində keçirilmiş 2024-cü il 15 mart və 15 aprel tarixli məhkəmə iclaslarında (i. v 30, 67) cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi (direktoru) Qanuni nümayəndə1 tərəfindən verilmiş izahatlarda bildirilmişdir ki, «iddiaçının mənə 47.411 ABŞ dollar borcu var. 60.000 manatdan xaric. Mənim pulumu ödəsin, sonra mən onun 60.000 manatını geri qaytarım. «60.000 manat ilə bağlı borc müqaviləsi rəsmiləşdirilmişdir. Həmin pulu qaytarmamışam. İddiaçı mənə borcunu ödəyəndə, mən də ona borcumu ödəyəcəm. Halhazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.» 52.MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
53. MPM-nin 10-1 və 272.4-1-ci maddələrinin tələbləri baxımından kommersiya mübahisələri üzrə elektron icraat, eləcə də məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılır. Həmçinin işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (MPM-nin 273-cü maddəsi).
54. Baxılan işdə, işdə iştirak edən şəxslərin sözügedən tarixlərdə keçirilən məhkəmə iclaslarının protokoluna dair qeydləri mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinin izahatının məhkəmə iclas protokolunda qeyd olunan məzmunu ilə məhkəmə iclasının audio-video yazısı arasında uyğunsuzluq olması müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə belə qənaətə gəlinmişdir ki, cavabdehin izahatı qətnamə yanlış qeyd edilmişdir. 55.Bundan əlavə, elektron işin materiallarına əlavə edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 avqust tarixli, 1(101)-110/2024 saylı hökmündə də cavabdeh MMC-nin direktoru, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində hazırki iş üzrə iddiaçı MMC- dən 60.000 AZN borc aldığını, borc müqaviləsinin Qanuni nümayəndə2la (iddiaçı MMC-nin rəhbəri) aralarında olan biznes münasibətlərinə görə bağlandığını, lakin həmin pulu qaytardığını bildirmişdir. 56.Göründüyü kimi, məhkəmə apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilmiş digər halları ilə birlikdə tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, cavabdehin birinci instansiya məhkəməsində iddia olunan borcu alması ilə bağlı izahatlarını şübhə altına almış, bununla da MPM-nin 106.3-cü maddəsinin tələbləri, həmçinin qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmalı olması barədə prosessual hüquq normasının tələbi pozulmuşdur (MPM-in 217.3-cü maddəsi). 57.Prosessual qanunvericiliyə əsasən, heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
58. Mübahisəli borcun cavabdeh MMC-nin hesabına köçürülməsinə əsas olan borc müqaviləsinə gəldikdə, məhkəmə kollegiyası işin materiallarına tərəflər arasında bağlanmış borc müqaviləsinin əlavə olunmamasını, həmçin in MM-in 739.2-ci maddəsinin tələblərini (mətni üçün bax § 41), bununla belə müvafiq borcun cavabdeh tərəfindən alınmasına dair etirafedici izahatların mövcud olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının tələbinin qanuni əsası üzrə yenidən hüquqi dəyərləndirmə aparılmaldır. Bu zaman mülki qanunvericiliyin əsassız varlanmaya dair normaları nəzərdən keçirilə bilər.
59. Nəzərə alınmalıdır ki, «hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarı). 60.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 61.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İşə yenidən baxılarkən yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmalı, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. 62.MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-2(103)-883/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.