Məhkəmə qərarları › İş №2-2(102)-234/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-234/2020

16.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-234/2020 16.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.A.Dadaşov Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-171/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC-yə məxsus 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X1 qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin xx xxxx 2017-ci il tarixli QR 97/5 nömrəli qiymətləndirmə rəyi və həmin qiymətləndirmə rəyi əsasında Cavabdeh2 MMC tərəfindən əmlakın satışı üzrə keçirilmiş hərracın nəticələri ləğv edi lməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu bərabər nisbətdə cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza təqdiqatının dəyəri kimi 120 manat vəsait bərabər nisbətdə tərəflərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-53/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Cavabdeh2 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya ş ikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi, həmçinin kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 408.1.5-ci maddəsinə müvafiq olaraq kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətindən görünür ki, şikayət vəkil tərəfindən tərtib edilərək imzalanmış, şikayətə vəkilin orderi əlavə edilmiş, lakin iş materiallarına əlavə edilmiş Cavabdeh2 direktoru Y.Əliyev tərəfindən Vəkil xx xxxxxx 2019-cu il tarixdə verilmiş etibarnamənin müddəti xx xxxxxx 2020-ci il tarixdə bitsə də, xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş kassasiya şikayəti yalnız Vəkil tərəfindən imzalanmış, beləliklə, kassasiya şikayəti həmçinin onu imzalamağa səlahiyyətli olmayan şəxs tərəfindən verilmişdir (1-ci cild, vərəqə 205). Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrind ə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı “xxxx” Fərdi Firması və vəkili Vəkil oğlunun kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar