Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-234/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddia, həmçinin Cavabdeh İB-nin İddiaçı qarşı “borcun ödənilməsi”nə dair q arşılıqlı iddia tələbi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(103)-917/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Qalıq və aktlar qrafasında 2022-ci ilin noyabr ayı üçün sərf edilən 22316 m3 qaza görə 4.720,54 manat, 2022-ci ilin dekabr ayı üçün sərf edilən 93000 m3 qaza görə 20.460 manat, 2023-cü ilin yanvar ayı üçün sərf edilən 84375 m3 qaza görə 18.562,50 manat məbləğində borc hesablanmışdır. Həmçinin 2021-ci ilin yanvar ayı üçün 10.785,60 manat məbləğində cərimə hesablanmışdır (İddiaçı abonent saldosunun sürəti).
2. Abonent kodu **********00024 olan İddiaçı məxsus sayğaca dekabr ayına 31 gün üçün 93000 m3 qaz sərfiyyatı hesablanmı şdır. Gündəlik sərfiyyat - 3000 m3 (Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2022-ci il 31 dekabr tarixli 31-12-22 nömrəli aktın sürəti).
3. Abonent kodu **********00024 olan İddiaçı məxsus sayğaca yanvar ayına 25 gün üçün 84375 m3 qaz sərfiyyatı hesablanmışdır. Gündəlik sərfiyyat - 3375 m3 (Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2023-cü il 31 yanvar tarixli 31-01-23 nömrəli akt).
4. Cavabdeh İB-nin SOCAR **********31791640X02864 saylı 2020-ci il 29 dekabr tarixli telefonoqramına əsasən, dövlət yoxlamasına aparılmış Salyan rayon xidmət sahəsinin E.Hənifəyevə məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G400 markalı 80115695 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2020-ci il 29 dekabr tarixində xətdən çıxar ılmış, 2021-ci il 25 yanvar tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: - İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektora vurulan nömrəli plombun simi qırıqdır. Göstəricilər arasında fərq mövcuddur. Pbaza=1,01325, Tbaza= 293,15 K. CO2-0,22 % DR-0,69 - Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. - 2020-ci il 24 noyabr - 2020-ci il 29 dekabr tarixləri əhatə edən saatlıq arxivə əsasən, maksimal mütləq təzyiq P=3,11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 2136 m3, korreksiya olunmuş qaz həcmi 924 m3 qeydə alınmışdır. Son sərfiyyat 2020-ci il 22 dekabr tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1,32-3,11 bar civarında dəyişmişdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V1 mexaniki göstəricidən 24075 m3 azdır. İmpuls ötürücüsü nasazdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir. Pbaza=1,01325 bar, Tbaza=20 C. Audit normaldır (2021-ci il 29 yanvar tarixli SS 29/1640-02464 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt).
5. İddiaçı məxsus sayğacda Cavabdeh İB-nin SS 29/1640-02693 nömrəli aktına əsasən, 25328 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır (2021-ci il 29 yanvar tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt).
6. Abonent kodu **********00024 olan İddiaçı məxsus sayğacda mövcud sağac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələblərinə əsasən, uyğu n yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qərara alınmışdır (2021-ci il 29 yanvar tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 30 mart tarixində iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin yanvar ayında yazılmış 10.785,60 manat pulun, həmçinin iş üzrə cavabdehin əməkdaşları tərəfindən 2022-ci il 21 noyabr tarixdən 2023-cü il 23 yanvar tarixə kimi qazdan istifadəyə görə hesablanmış ümumilikdə 43.722 manat puldan 21.079 manat hissənin silinməsi, eləcə də mediasiya xidməti üçün ödənilən 201 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2017-ci il tarixdən həmin ərazidə iddiaçının 0,6 ha ölçüdə pomidor yetişdirilən istixanası var. Həmin istixanada istifadə olunan təbii qaza görə iddiaçı hər ay vaxtında ödənişlər etmişdir. 2022-ci il noyabr ayının 18-də Salyan Qaz İdarəsinin əməkdaşları tərəfindən istixanaya qazın verilməsi təmin edilməli idi. Lakin həmin tarixdə istixananın qaz sayğacı işləmədiyinə görə 2022-ci il 19 noyabr tarixində cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirib, sayğacda yaranan problemi aradan qaldıraraq qazın veri lişini təmin etmişdilər (sayğaca baxış keçirilən zaman onun içindən, 50 L. çirkli su töküldü). Bu hadisədən sonra, yəni 2022-ci il 20 noyabr tarixində cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş, sayğac işlək vəziyyətdə olmuşdur. 2022-ci il 21 noyabr tarixdə növbəti dəfə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən olunmuşdur. Cavabdehin əməkdaşları iddiaçıya bildirmişlər ki, sayğac təmir olunması üçün çıxarılıb aparılmalıdır və sayğac təmir edilənə kimi onun əvəzinə başqa bir sayğac quraşdırılacaq. Lakin cavabdehin əməkdaşları başqa sayğac quraşdırmamış, iddiaçının sayğac quraşdırılması barədə təkidlərinə baxmayaraq 2022-ci il 21 noyabr tarixdən 2023-cü il 23 yanvar tarixə kimi istixanaya qaz sayğacsız verilmişdir. 2023-c ü il 23 yanvar tarixində cavabdehin əməkdaşları istixanaya qaz sayğacı quraşdırdılar. Cavabdehin əməkdaşları iddiaçıya bildirmişdirlər ki, 2022-ci il 22 noyabr tarixindən 2022-ci il 30 noyabr tarixə kimi olan müddət ərzindən 21363 metr3 qaz – 4.700 manat, 2022-ci il 1 dekabr tarixindən 2022-ci il 31 dekabr tarixə kimi 93000 metr3 qaz - 20460 manat və 2023-cü il 1 yanvar tarixindən 2023-cü il 23 yanvar tarixə kimi isə 84782 metr3 qaz – 18.562 manat dəyərində təbii qazdan istifadə olunub və həmin məbləğlər ödənilməlidir. Qaz sarfiyyatı barədə düzgün hesablama aparılmadığından iddiaçı onların yazdığı məbləğlərlə razı olmamışdır. Cavabdehin əməkdaşları istixanada sayğacsız istifadə olunan qazın həcmi barədə düzgün hesablama aparmamış, istifadə olunan qazın həcmi şişirdilmişdir. Bu məbləğin şiş irdildiyini görmək üçün keçən illərin həmin ayları ərzində istifadə olunan qaz həcminə baxmaq kifayət edir. Belə ki, 2019-cu ilin noyabr ayı ərzində 15728 metr3, 2020-ci ilin noyabr ayı ərzində – 19714 metr3, 2021-ci ilin noyabr ayı ərzində 36497 metr3 qaz sərfiyyatı; 2019-cu ilin dekabr ayı ərzində 55859 metr3, 2020-ci ilin dekabr ayı ərzində 57834 metr3, 2021-ci ilin dekabr ayı ərzində 66518 metr3 qaz sərfiyyatı olmuşdur. Qazdan sayğacsız istifadə edilən aylar ərzindəki qaz sərfiyyatı keçən illərin həmin ayının sərfiyyatına uyğun hesablanmalı idi. 2023-cü ilin yanvar ayının 22 günü ərzində yəni 2023-cü il 1 yanvar tarixindən 2023-cü il 23 yanvar tarixə qədər – 84782 metr3 qaz sərfiyyatı yazılsa da, lakin sayğac quraşdırıldıqdan sonra sayğacın göstəricisinə görə, qaz sərfiyyatı 9 gün ərzi ndə 13921 metr3 yəni 3.063 manat 72 qəpik olmuşdur. 2023-cü ilin fevral ayının 1-dən fevral ayının 16-na qədər qaz sarfiyyatı isə 27225 metr3, yəni 5.989,50 manat olmuşdur. Göründüyü kimi cavabdehin əməkdaşları sayğacsız qazdan istifadənin bir günü üçün istifadə edilən qazın həcmini 3854 metr3 müəyyən etmişlər. Lakin sayğac quraşdırıldıqdan sonra sayğac göstəricisi 2023-cü ilin yanvar ayının bir günü üçün sərf edilən qazın həcminin 1546 metr3 olduğunu qeyd etmişdir. Sayğaca uyğun hesablayanda, 2023-cü ilin yanvar ayının 22 günü üçün qaz sərfiyyatı 34030 metr3 olmalı idi. Cavabdehin əməkdaşları qaz sərfiyyatını həddindən çox şişirdərək iddiaçıya ümumilikdə 43.722 manat qaz borcu yazmışlar. Lakin bu məbləğ faktiki olaraq 22.643 manat olmalı idi. Belə olan halda cavabdehin əməkdaşları iddiaçı nın hesabına 21.079 manat artıq qaz borcu yazmışlar. İddiaçı hesab edir ki, artıq yazılmış pul məbləği silinməlidir. Həmçinin o da məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacının yararsız hala düşməsində iddiaçının heç bir təqsiri olmamışdır.
9. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 47.334,04 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 241 manat məbləğində dövlət rüsumunun alınaraq cavabdehin hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, cava bdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və cavabdehə 50.334,04 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb iddiaçı tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, iddiaçı tərəfindən istixanada 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək 64.386,52 manat məbləğində təbii qazdan istifadə etmiş, 17.050 manat məbləğində ödəniş edilmiş, 47.334,04 manat borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış "Qaz paylayıc ısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələblərini pozmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyul tarixli e-2-2(113)-2094/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdeh tərəfindən 2021-ci il 29 yanvar tarixə akt əsasında hesablanmış 10.785,60 manat məbləğində borcun, bununla yanaşı 2022-ci ilin noyabr və dekabr, həmçinin 2023-cü ilin yanvar ayları üçün (sayğacın olmadığı dövr) hesablanmış 17.968,65 manat, ümumilikdə 28.754,25 manat məbləğində borcun iddiaçının **********00024 nömrəli abonent hesabından silinməsi və 201 manat məbləğində medasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək iddiaçıdan 18.579,79 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 91,68 manat məbləğində pulun tutularaq cavabdehin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
12. Məhkəmədə tədqiq olunmuş sübutlardan müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, 2022-ci ilin noyabr ayının 19-u iddiaçıya qaz verilmiş, lakin həmin ayın 21-i (3 gün) nasazlığa görə qaz sayğacı çıxarılmış və cavabdeh tərəfindən sayğac olmayan dövr üçün, yəni həmin ilin noyabr ayının 10 günü üçün 4.720 manat, dekabr ayının 31 günü üçün 20.460 manat, həmçinin 2023-cü ilin yanvar ayının 31 günü üçün 18.562 manat məbləğində borc iddiaçıya hesablanmışdır.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən sayğac olmayan dövr üçün ab onentə borc artıq hesablanmışdır. Belə ki, 2022-ci ilin noyabr ayında sayğac 3 gün (188,98 manat-həmin dövr üçün qazın sərfiyyatı) işlədiyinə görə 10 günü üçün borc 629,93 (188,98:3=62,99(gündəlik sərfiyyat) x 10 gün) manat təşkil etmişdir.
14. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmas ı qeyd edilsə də, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarının qaz sərfiyyatını həmin qaydada hesablanması mümkün olmağından (qaz sayğacı çıxarıldığına görə əvvəlki ayın sərfiyyatı yoxdur), 2022ci ilin dekabr və 2023-cü ilin yanvar aylarının sərfiyyatını bir il əvvəl sayğac göstəricilərinə uyğun hesablanmalıdır. Odur ki, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında sayğacla müəyyən edilmiş qazın sərfiyyatı müvafiq olaraq 14.633,96 manat və 10.510,50 manat olduğuna görə, həmin həcmdə sərfiyyat 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üçün hesablanmalıdır.
15. Göründüyü kimi iddiaçının 2022-ci ilin noyabr ayının 10 günü üçün borcu 629,93 manat, 2022-ci ilin dekabr ayı üçün 14.633,96 manat və 2023-cü ilin yanvar ayı üçün 10.510,50 manat, cəmi 25.774,39 manat təşkil etdiyindən, cavabdeh isə sayğac olmayan həmin dövr üçün iddiaçıya 43.743,04 (4.720,54+20.460+18.562,50) manat məbləğində borc hesabladığına görə həmin məbləğdən 25.774,39 manat məbləğində olan faktiki borc çıxılandan sonra qalan cavabdeh tərəfindən əsassız yazılan 17.968,65 (43.743,0425.774,39) manat məbləğində borc silinməlidir.
16. Bununla yanaşı, yoxlama nəticəsində 2021-ci il 29 yanvar tarixli ******* nömrəli akta əsasən, 10.785,60 manat məbləğində borc yazılsa da, cavabdeh tərəfindən həmin yoxlamanın vahid məlumat reyestrində qeydə alınması ilə bağlı sübut təqdim edilmədiyinə görə 10.785,60 manat məbləğində borc silinməlidir.
17. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia qismən təmin olunmalı və 28.754,25 (10.785,60 (akt) + 17.968,65 (qaz sayğacı olmayan döv r)) manat məbləğində borc silinməli, həmçinin mediasiya xərci kimi ödənilmiş 201 manat məbləğində mediasiya xərci cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin olunmalı, cavabdeh 47.334,04 manat məbləğində vəsaitin tutulmasını tələb etsə də, həmin borcdan əsassız yazılmış 28.754,25 manat məbləğində vəsait çıxılandan sonra qalan 18.579,79 (47.334,04-28.754,25) manat məbləğində borc iddiaçıdan tutulmalıdır.
18. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh 241 manat dövlət rüsumunun ödənilməsini tələb etsə də, məhkəmə hesab etmişdir ki, həmin tələb üzrə dövlət rüsumu 232 manat olmaqla yanaşı, qarşılıqlı iddianın təmin olunmuş (39,52%) hissəsinə mütənasib olaraq 91,68 (232:100x39,52%) manat məbləğində təmin edilməlidir.
19. Birinci instansiya məhkəm əsi bu qənaətini MM-in 567-ci maddəsinə; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə; “Dövlət rüsumu” haqqında Qanunun 8.1.3-cü maddəsinə; Qaydaların 1.3, 5.4 və 5.5-ci bəndlərinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamən in ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(103)-917/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
22. Məhkəmə hesab etmişdir ki, işin hallarına (bax §1-6) görə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz. İddiaçıya 10.785,60 manat məbləğində borc yazılsa da, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunverici liyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Ona görə də, ilkin iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlı olmuşdur.
23. Bundan əlavə, iddiaçının 2022-ci ilin noyabr ayının 21-i nasazlığa görə qaz sayğacı çıxarılmış, cavabdeh istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaları sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparmalı olduğu halda, bunu etməmiş və sayğac olmayan dövr üçün, yəni həmin ilin noyabr ayın 10 günü üçün 4.720 manat, dekabr ayın 31 günü üçün 20.460 manat, həmçinin 2023-cü ilin yanvar ayın 31 günü üçün 18.562 manat məbləğində borc iddiaçıya hesablamışdır.
24. Halbuki, 2022-ci ilin noyabr ayının 10 günü üçün borc 629,93 manat, 2022-ci ilin dekabr ayı üçün 14.633,96 manat və 2023-cü ilin yanvar ayı üçün 10.510,50 manat cəmi 25.774,39 manat müəyyən edilməli idi. Odur ki, iddiaçıya hesablanmış 43.743,04 (4.720,54+20.460+18.562,50) manat məbləğində borcdan 25.774,39 manat məbləğində olan faktiki borc çıxılmalı, cavabdeh tərəfindən əsassız yazılan 17.968,65 (43.743,0425.774,39) manat məbləğində borc silinməlidir.
25. Qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdehin tələb etdiyi pul vəsaitindən akt əsasında hesablanmış 10.785,60 manat və sayğacın olmadığı dövr üçün hesablanmış 17.968,65 manat, cəmi 28.754,25 manat əsassız hesablandığından, həmin hissədə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya instans iyası məhkəməsi bu qənaətini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5 və 3.5-1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə; Qaydaların 5.4-cü, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.
27. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MPM-in 9.1-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə səhv qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatları yoxlama kimi qiymətləndirmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi 10.785,60 manat dəyərində qaz sərfinin sayğacın elektron arxivinə əsasən hes ablanmasını nəzərə almamışdır. Həmin arxivin oxunması isə xüsusi cihazla həyata keçirilir. Bu səbəbdən, qeyd olunan qaz sərfləri xüsusi cihazla oxunaraq iddiaçının hesabına əlavə edilmişdir. Apellyasiya məhkəməsi həmçinin akt əsasında hesablanmış 10.785,60 manat borcun iddiaçı tərəfindən ödənilməsini də etirafedici hərəkət kimi nəzərə almamışdır.
29. Bundan başqa, iddiaçıya məxsus istixanada quraşdırılan qaz sayğacı qaz sərfini qeydə almadığı üçün istixananın qaz sərfiyyatı ötürücü vasitəsilə bərpa edilmiş və hesabat normativ əsaslarla, yəni istixanada istismarda olan qaz cihazlarının saatlıq qaz sərfi və işləmə rejimi nəzərə alınmaqla aparılmışdır. İddiaçıya məxsus istixananın qaz sərfi hesabatına (abonent saldosu) baxış keçirdikdə onun 2022-ci ilin oktyabr ayında qazdan istifadə etməməsi müəyyən olunmuşdur. Belə olan halda noyabr ayında aparılan hesabatın əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması mümkün deyildir. Məhkəmə qeyd olunan halı nəzərə alaraq hesabatı əvvəlki ilin müvafiq dövrünə uyğun aparmış, lakin istixanada təbii qazın istifadəsinin əkin növü, hava şəraiti nəzərə alınmaqla tənzimləndiyini nəzərdən qaçırmışdır. Bu səbəbdən, iddiaçıya məxsus istixanaya təbii qazın verilməsinin cihazların saatlıq qaz sərfi və iş rejimi nəzərə alınmaqla hesablanması düzgün olmuşdur.
30. MPM-in 88-ci maddəsi üzrə - işə baxmış məhkəmələr iş üzrə olan sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacının müəyyən vaxtlarda alarm rejiminə düşməklə keçən qaz sərfini qeydə almamasını, 16.205,64 manat məbləğində qaz sərfinin sayğacın arxiv məlumatları əsasında hesablanmasın ı nəzərə almamışdır. Bu cür hallarda istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b) Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
31. Kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq hazırki icraat çərçivəsidə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəz ərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 34. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
3. Ümumi tələblər...
5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət Sahibkarlıq sahəsind ə aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.... 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir....” 35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M addə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir....” “Maddə
3. Yoxlama ların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.4. Qaz sayğacları q az paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....”
37. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarç ı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.[4] 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”
38. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Kassasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, iddiaçıya məxsus qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilməsi və bunun nəticəsi olaraq qaz sayğacının yoxlamadan keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.
44. Təbii qazın istifadəsinə görə cavabdeh tərəfindən borcun düzgün hesablanmasına dair dəlillər də əsassızdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallara görə iddiaçının 2022-ci ilin noyabr ayının 21-i nasazlığa görə qaz sayğacı çıxarılmış, cavabdeh istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaları sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparmalı olduğu halda, bunu etməmiş və sayğac olmayan dövr üçün, yəni həmin ilin noyabr ayın 10 günü üçün 4.720 manat, dekabr ayın 31 günü üçün 20.460 manat, həmçinin 2023-cü ilin yanvar ayın 31 günü üçün 18.562 manat məbləğində borc iddiaçıya hesablamışdır. Halbuki, 2022-ci ilin noyabr ayının 10 günü üçün borc 629,93 mana t, 2022-ci ilin dekabr ayı üçün 14.633,96 manat və 2023-cü ilin yanvar ayı üçün 10.510,50 manat cəmi 25.774,39 manat müəyyən edilməli idi.
45. Göründüyü kimi cavabdehin həmin dəlillərinə də aşağı instansiya məhkəmələri tərəfindən qanunun tələblərinə uyğun hüquqi qiymət verilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
47. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
49. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(103)-917/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.