Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-234/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) arasında olan mübahisələr, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) ilə hüquqi şəxs arasında mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “sənədlərin təqdim olunması və audit keçir ilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-995/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC-nin nizamnamə kapitalında İddiaçı1 25 pay, İddiaçı2 25 pay, Cavabdeh1 15 pay və X2 35 paya sahibdir (2022-ci il 7 aprel tarixli reyestrdən çıxarış və "xxxx" MMC-nin nizamnaməsinin 2.2-ci bəndi).
2. Bakı şəhər Nərimanov rayon Prokurorluğunun 2024-cü il 29 fevral tarixli ittiham aktı ilə Cavabdeh2 MMC-də satış təmsilçisi kimi işləmiş Məmmədov Seymur ona görə təqsirləndirilmişdir ki, o, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafel ərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmiş, həmçinin tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətmiş və öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə, ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə talamışdır. Həmin şəxs Cavabdeh2 MMC-nin külli miqdarda yəni 448.515 manat pulu mənimsəməkdə ittiham olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı2 və İddiaçı1 (bundan sonra – ayrı-ayrılıqda müvafiq olaraq “İddiaçı2”, “İddiaçı1”, birlikdə “iddiaçılar”) 2024-cü il 6 mart tarixində Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh1”, birlikdə "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, MMC-nin möhürünü, asan imzanı, maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğısatqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi və MMC-də audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC, Cavabdeh1 və X2 tərəfindən təsis edilərək 20 21-ci il 7 oktyabr tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 25 manat olmaqla 4 paydan ibarətdir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti ağartı məhsullarının istehsalı və satışı olmuşdur. Cəmiyyət yaradılarkən məhsul istehsalı üçün zəruri olan bütün avadanlıqlar və texnika ilə təmin olunsa da, həmin əmlaklar balansa alınmamışdır. Qeyd edilən əmlakların bir qismi iddiaçılar, bir qismi cavabdehlər tərəfindən alınmış, qalan hissəsi, eləcə də xammal alışı üçün banklardan kredit götürülmüşdür. Cəmiyyət əvvəllər normal fəaliyyət göstərsə də, 2023-cü ildən cəmiyyətin fəaliyyəti birtərəfli qaydada aparılmış, təsisçilər məlumatlandırılmamış, xüsusilə təsisçilərdən hazırki iş üzrə iddiaçılar idarəetmədən, həmçinin şirkətə nəzarətdən kənar laşdırılmış, MMC-də hansı əməliyyatların aparılmasından, debit və kreditlərdən, habelə mənfəətdən məlumatsız qalmışlar. Əldə olunan məlumatlara görə, MMC fəaliyyətini dayandırmaq üzrədir. Dəfələrlə həm şifahi, həm də yazılı qaydada MMC-nin fəaliyyətinin təftiş edilməsi, audit keçirilməsi, kredit və debit borclarının müəyyən olunması üçün təsisçilərin ümumi yığıncağının keçirilməsi tələb edilsə də, bu günədək qanunun tələblərinə uyğun olaraq təsisçilərin ümumi yığıncağı keçirilməmişdir. Bakı Kommersiya Məhkəməsində Cavabdeh1 və X1 qarşı üçüncü şəxs olaraq MMC-ni cəlb olunmaqla, MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə iddia qaldırılmış, məhkəmə prosesində birgə auditin keçirilməsi istiqamətində barışıq təklif olunmuş, lakin cavabdehlər auditin keçirilməsindən imtina et mişlər. Məhkəmə isə ümumi yığıncağın keçirilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməsi əsası ilə iddianı təmin etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 iyul tarixli e-2-2(113)-2257/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-nin maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyinin MMC -nin üzərinə qoyulması, maliyyə sənədləri auditora təqdim olunaraq auditin keçirilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – K.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia şərti olaraq 2 hissədən - hüquqi şəxsə aid sənədlərin təqdim edilməsi və auditin keçirilməsi öhdəliyinin qoyulması ibarət olmuşdur. Məhkəmə ilk növbədə iddianın sənədlərin təqdim olunması tələbi üzrə qeyd etmişdir ki, iddiaçı tərəf idarəetmədən, şirkətə nəzarətdən kənarlaşdırıldıqlarını, MMC-də hansı əməliyyatların aparılmasından, debitor və kreditor borcların, habelə mənfəətin olubolmamasından məlumatsız olduqlarını, hüquqi şəxsə müraciət etsələr də, sənədlərlə tanış olmaq imkanı yaradılmadığını bildirərək, iddia ərizəsində sadalanmış sənədləri tələb etmişdir. Cavabdeh tərəf isə iddianın hüquqi əsası olmadığını və ümumiyyətlə qeyd edilmiş sənədlərin təsisçilərə verilməli olmadığını bildirmişdir.
7. İş materiallarına əlavə olunmuş 2022-ci il 7 aprel tarixli reyestrdən çıxarışdan və MMC-nin nizamnaməsinin 2.2-ci bəndindən göründüyü kimi, hazırda İddiaçı2 və İddiaçı1 MMC-də hər biri 25% payçıdır. Ona görə də, MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır.
8. MMC-nin iştirakçısının hüquqi şəxsə aid sənədləri tələb etmək imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 49.6-cı maddəsinin tələblərindən də göründüyü kimi, 49.4-cü maddəsində nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr olmasını yetərli hesab etmişdir. MM-in 106-1.3-cü maddəsinə görə, cəmiyyətin üzvü onun fəaliyyətinə da ir məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır. Sadalanmış normalar səhmdar cəmiyyətə aid olsa da, məzmununa nəzər yetirildikdə aydın olur, bu normalar məhz hüquqi şəxsin iştirakçılarının mənafelərinin qorunmasına yönəlmişdir.
9. Hazırda isə nəyə görə hüquqi şəxs tərəfindən, onun fəaliyyəti ilə bağlı sənədlərin onun ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslərə təqdim etməməsi halı da izah edilə bilən deyildir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərin, təsisçilərin tələbi ilə onlara təqdim edilməməsi, onların təsisçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər.
10. İddiaçının iddiasında qeyd etmiş olduğu cəmiyyətin maliyyə əməliyyatları barədə sənədlər, gömrük bəyannamələri, vergi bəyannamələri, üzl əşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alqı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədlər, vergi və audit yoxlamaları üzrə aktlar məhz onun fəaliyyəti ilə bağlı olan sənədlər kateqoriyasına aiddir. Ona görə də sadalanan sənədlər, həmçinin rəylərin surətlərinin iddiaçılara təqdim olunması öhdəliyi MMC-nin üzərinə qoyulmalıdır. Cəmiyyətinin möhürünün, asan imzanın tələb edilməsi isə əsassız olmuşdur.
11. Məhkəmə iddianın digər hissəsi, maliyyə sənədlərinin auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, MM-in 91.4-cü maddəsi nin tələbindən də göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir və cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda, auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Hazırda da göründüyü kimi, hüquqi şəxsin ayrıayrılıqda 25 faiz payçıları olan şəxslər auditin keçirilməsini tələb etsələr də, hüquqi şəxs tərəfindən tələbləri təmin olunmamışdır. Hüquqi şəxsin onun ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslərin tələblərini təmin etməkdən yayınması halı izah edilə bilən deyildir. Ona görə də məhkəmə maliyyə sənədlərinin auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması qənaətinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 49.4, 49.6, 87.1, 91.4 və 106.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-995/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “auditin keçirilməsi öhdəliyi MMC-nin üzərinə qoyulması” hissəsində dəyişdirilmiş, iddiaçıların hesabına auditin keçirilməsi öhdəliyinin MMC-nin üzərinə qoy ulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid olunması qət edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqelərini olduğu kimi vurğulayaraq bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən bu dəlillər araşdırılmışdır.
16. Həmçinin cavabdehin istinad etdiyi dəlil kimi MMC və ASC-nin təşkilatı-hüquqi formalarının ayrı-ayrı olması və birinci instansiya məhkəməsinin səhmdarlara aid normanın payçılara münasibətdə tətbiq edilməsi dəlili qətnamənin ləğvinə əsas ola bilməz. Belə ki, qanunvericilikdə MMC-nin təsisç ilərinin iddia tələbində sadalanan sənədlərin tələb olunması kimi hüquqları konkret göstərilməməsi bu hüququn ümumiyyətlə təmin edilməməsi üçün əsas ola bilməz, qanunvericilikdə bu halla bağlı qadağanedici norma nəzərdə tutulmamışdır (MM-in 14.1 maddəsi). Təsisçinin təsisçi kimi formalaşması prosesi hüquqi şəxsin yaradılması zamanı qoyduğu əmlak payı ilə reallaşır, əmlak payı olmayan şəxs təsisçi kimi tanına bilməz və dövlət reyestrində qeydiyyata alına bilməz. Belə olan halda, hazırkı mübahisədə mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi təmin edilməli, digər təsisçilər kimi iddiaçıların da hüquqları təmin olunmalıdır.
17. Apellyasiya şikayətinin digər dəlili isə normanın məzmununda qeyd olunan payçıya və ya hüquqi şəxsə vurulan ziy ana dair əsaslı şübhələr barədə sübutların təqdim edilməməsindən ibarət olmuşdur. Kollegiya həmin dəlil ilə razılaşmamış və qeyd etmişdir ki, normanın məzmununda əsaslı şübhələrin yaranması qeyd olunmuş, bu şübhələrin sübut edilməsi imperativ hal kimi nəzərdə tutulmamışdır. İddiaçılar digər təsisçilərlə birgə hüquqlara malikdir və yuxarıda qeyd olunan əsaslandırmaya əsasən hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüquqları var. Bundan əlavə, iddia tələbinin təmin olunması cavabdehlərin heç bir hüququnu pozmur, müəssisənin normal fəaliyyətinə heç bir xələl gətirmir, cavabdehlərin maraqlarına hər hansı formada toxunmur. Belə olan halda cavabdehlərin hansı tutarlı arqumentlə iddiaya etiraz etdikləri anlaşılan və əsaslı olmamışdır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM -in 6.1, 13, 14.1, 16.1, 49.4.1 – 49.4.4, 49.6, 87.1 və 91.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 49.6-cı maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq pozuntularına yol vermiş, qanunvericiliyin tələblərini nəzərə almadan cavabdehin hüquqlarını pozmuşdur. Hazırki iş üzrə MM-in 49.6-cı maddəsində nəzərdə tutulmuş 49.4-cü maddədə nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr olmasına dair hər hansı sübut işə əlavə olunmamış, məhkəmə şübhə anlayışını iddiaçıların mülahizəsi ilə eyniləşdirmişdir. Yəni məhkəmənin mövqeyi nə əsasən, hüquqi şəxsin iştirakçıları istənilən zaman şübhə hiss etdikdə, hüquqi şəxsin fəaliyyətinə dair sənədləri tələb edə bilərlər. Qeyd olunan münasibətləri tənzimləyən normadan da görünür ki, qanunverici hüquqi şəxsin iştirakçıları tərəfindən hüquqi şəxsin fəaliyyətinə dair sənədlərin tələb edilməsi imkanını məhdudlaşdırmış, yalnız müəyyən şərtlər daxilində bu imkandan faydalanmaq şəraiti yaradılmışdır. İş üzrə məhkəmə qətnaməsində əsaslı şübhələrə dair hər hansı sübut tədqiq olunmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən gəlinmiş qənaət əsaslı hesab oluna bilməz. Oxşar iş üzrə Ali Məhkəmənin 2022-ci il 1 iyun tarixli 2-2(102)-338/2022 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə öz qətnaməsində şübhələrin nədə ifadə olunması, MM-in 49.4-cü maddəsində nəzərdə tutulan məhz hansı halla rın mövcud olması barədə heç bir konkretlik gətirməmiş, onların hər biri barəsində öz mövqeyini dəqiq şəkildə əsaslandırmamış, bununla da qeyrimüəyyənlik yaratmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən birmənalı olaraq şübhənin nədə ifadə olunmasına aydınlıq gətirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüq uquna təsir göstərən müddəalar olmamalıdır.
21. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, “sadalanmış normalar səhmdar cəmiyyətə aid olsa da, məzmununa nəzər yetirildikdə, bu normaların məhz hüquqi şəxsin iştirakçılarının mənafelərinin qorunmasına yönəldiyi aydın olur”. Cavabdeh bildirir ki, məhkəmə tərəfindən sadalanmış normalar, ümumiyyətlə, səhmdar cəmiyyətinə aid olmamış, ümumi hüquqi şəxslərlə bağlı tənzimləmələri özündə ehtiva etmişdir. Səhmdar cəmiyyətinə aid olan norma isə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş MM-in 106-1.3-cü maddəsi olmuşdur. Qeyd olunan maddəyə isə məhkəmə qətnaməsində istinad olunmamışdır. Yəni məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış, səhmdar cəmiyyətinə aid normanın məhdud məsuliyyətli cəmiyyətinə də tətbiq olunmalı olduğu qənaətinə gəlmişdir. Bu yanaşma isə qanunçuluq prinsipinə tamamilə ziddir. Qeyd olunanlara əsasən, məhkəmə qərarı qanunsuz və əsassızdır.
22. MM-in 91.4-cü maddəsi üzrə - Məhkəmə “cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışının hər hansı iştirakçının tələbi ilə də aparıla bilməsini” qeyd etmişdir. MM-in 91.4-cü maddəsinə əsasən, cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cavabdeh qeyd edir ki, hazırda iddiaçılar tərəfindən tələb olunan dövrlər üzrə audit keçirilmişdir. Bu səbəbdən də yenidən həmin dövrlə bağlı auditin keçirilməsi ağlabatan deyildir. Belə ki, cavabdeh MMC-də bir müddət direktor, daha sonra isə satış meneceri k imi çalışmış, X3 tərəfindən mənimsəmə halı baş vermiş, ona qarşı cinayət işi açılmışdır. Cinayət işi üzrə ittiham aktından da görünür ki, MMC ilə sərbəst auditor X5 MMC ilə bağlanmış 2023-cü il 1 may tarixli M-000016 nömrəli müqaviləyə əsasən cəmiyyətin 2021-ci il 1 oktyabr tarixindən – 2022-ci il 31 dekabr və 2023-cü ilin yanvar ayı daxil olmaqla audit yoxlaması aparılmışdır. Bu səbəbdən də iddiaçılar tərəfindən yenidən auditin keçirilməsinin tələb olunması əsassızdır.
23. MPM-in 218.1-ci maddəsi üzrə - Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli şəkildə qiymətləndirilməmiş və iş üçün əhəmiyyətli olan sübutlar düzgün müəyyən edilməmişdir. Ən əsası cavabdeh tərəfindən borcun ödənilib-ödənilməməsi məsələsi tam araşdırılmamış, qeyd olunmuş borcun miqdarının doğruluğu və həqiqiliyi məsə ləsinə əhəmiyyət verilməmişdir. Bu səbəbdən məhkəmə bu qeyri-müəyyənliyi nəzərə alaraq, iş üzrə maliyyə-mühasibatlıq ekspertizası keçirməli olsa da, bu hala da əhəmiyyət verməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
24. MPM-in 217-ci maddəsi üzrə - Məhkəmə tərəfindən ədalətli, qanuni və hərtərəfli araşdırma aparılmamış və nəticədə düzgün olmayan qərar qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə hərtərəfli araşdırma aparmamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədlər i
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddə alarında “Maddə
49. Hüquqi şəxsin orqanları... 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağ lanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.... 49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşa hidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.” “Maddə
64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri... 64.3. Təsərrüfat cəmiyyə tləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər....” “Maddə
65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:... 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;...” “Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə... 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıl a bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir....”
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında müəyyən edilmişdir ki: “Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.... MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər;”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair” 2022-ci il 20 aprel tarixli qərarında müəyyən edilmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansi yasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.
33. Hazırkı iş üzrə iddia tələbləri şərti olaraq 2 hissədən ibarətdir: cavabdeh hüquqi şəxsə aid sənədlərin təqdim edilməsi və au ditin keçirilməsi öhdəliyinin qoyulması.
34. Məhkəmə kollegiyası auditin keçirilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və apardığı əsaslandırma ilə razılaşaraq, cavabdehin iddiaçılar tərəfindən tələb olunan dövrlər üzrə artıq audit keçirilməsi səbəbdən yenidən həmin dövrlə bağlı auditin keçirilməsinin ağlabatan olmamasına dair dəlilləri ilə əlaqədar qeyd edir ki, MM-in 91.4-cü maddəsinin (bax § 28) məzmununa görə, məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə və həmin iştirakçının hesabına aparıla bilər. MMdə iştirakçının bu hüququnu məhdudlaşdıran, o cümlədən eyni dövr üzrə əvvəllər auditin keçirilb-keçirilməməsindən asılı vəziyyətə salan hər hansı norma nəzə rdə tutulmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi bu barədə müvafiq nəticəyə gəlməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
35. Cavabdeh hüquqi şəxsə aid sənədlərin təqdim edilməsinə dair iddia tələbini əsaslandırarkən iddiaçı, iddia ərizəsindən görünür ki, MM-in 49.6-cı maddəsinə istinad etmiş, cavabdeh tərəf isə bununla bağlı öz mövqeyini əsaslandırarkən həmin normanın tətbiqi üçün əsasların mövcud olmadığını bildirmişdir.
36. MM-in 49.6-cı maddəsinə (bax § 28) görə, MM-in 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orq anlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər.
37. MM-in 49.4-cü maddəsində (bax § 28) hüquqi şəxs adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıdığı halların konkret dairəsi müəyyən edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin payçıya və ya hüquqi şəxsə vurulan ziyana dair əsaslı şübhələr barədə sübutların təqdim edilməməsinə dair dəlil ilə razılaşmamış və qe yd etmişdir ki, normanın məzmununda əsaslı şübhələrin yaranması qeyd olunmuş, bu şübhələrin sübut edilməsi imperativ hal kimi nəzərdə tutulmamışdır.
39. Məhkəmə kollegiyasının mövqeyinə görə isə, MM-in 49.6-cı maddəsinin məzmununda məhz “əsaslı şübhələr” ifadəsinin işlədilməsi ona dəlalət edir ki, əsaslı şübhəsi olduğunu bildirən tərəf MPM-in 77.1-ci maddəsinin (bax § 31) tələblərinə uyğun olaraq bu şübhələrini müvafiq sübutlarla əsaslandırılmalıdır. Əks yanaşma, “əsaslı şübhələr”in digər “şübhələr”lə eyniləşdirilməsinə səbəb ola bilər. Belə ki “əsaslı şübhələr”in mövcudluğunun iddia edilməsi müvafiq məsələ üzrə daha məsuliyyətli yanaşmanın sərgilənməsini tələb edir.
40. Apellyasiya instansiyası məhkəməsi isə tərəflərin bu məsələ ilə əlaqədar təqdim etdikləri dəlilləri dəyərləndirmək əvəzi nə, bu istiqamətdə mahiyyəti üzrə ümumiyyətlə heç bir əsaslandırma aparmamışdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin sözügedən mövqeyi doğru deyildir.
41. Bununla belə, MM-in 65.1.2-ci maddəsinə (bax § 28) görə, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüquqlarına malikdirlər. MM-in 64.3-cü maddəsinə (bax § 28) görə, məhdud məsuliyyətli cəmiyyət də təsərrüfat cəmiyyətidir. Həmin normaların təhlili onu deməyə imkan verir ki, hətta MM-in 49.4-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda belə, təsisçinin müvafiq kommersiya qurumunun fəaliyyətinə dair sənədlərlə tanış olması hüquqi baxımdan mü mkündür.
42. Lakin işə baxan məhkəmələr müvafiq iddia tələbini təmin edərkən sözügedən normanın hazırkı mübahisəyə tətbiqi imkanını nəinki dəyərləndirməmiş, həmin maddəyə ümumiyyətlə istinad etməmişlər. Əvəzində isə, apellyasiya instansiyası məhkəməsi səhvən MM-in 14.1-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə MMC-nin təsisçilərinin iddia tələbində sadalanan sənədlərin tələb edilməsi kimi hüquqları konkret göstərilməməsi bu hüququn ümumiyyətlə təmin edilməməsi üçün əsas ola bilməz, qanunvericilikdə bu halla bağlı qadağanedici norma nəzərdə tutulmamışdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında (bax § 29) formalaşdırdığı hüquqi mövqelərə görə, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
44. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Komm ersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında (bax § 30) formalaşdırdığı hüquqi mövqelərə görə, mülki prosesdə məhkəmələr “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə uyğun olaraq, tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdeh hüquqi şəxsə aid sənədlərin təqdim edilməsinə dair iddia tələbi üzrə hissədə nəticəyə gələrkən qanunu düzgün tətbiq etməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
46. Bununla belə, məhkəmə k ollegiyası kassatorun cavabdeh tərəfindən borcun ödənilib-ödənilməməsinin tam araşdırılmamasına, borcun miqdarının doğruluğu və həqiqiliyinə əhəmiyyət verilməməsinə, bu səbəbdən məhkəmənin həmin qeyri-müəyyənliyi nəzərə alaraq iş üzrə maliyyə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunun etməməsinə dair kassatorun dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər hazırkı iş üzrə irəli sürülən iddia tələblərinə və işin hallarına uyğun deyildir.
47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-995/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamə ləri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
48. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, tərəflərin dəlillərinə əsasən hazırkı iş üzrə MM-in 49.4 və 49.6-cı maddələrinin tətbiqi üçün əsasların mövcud olubolma ması istiqamətində hüquqi qiymətləndirmə aparmalı, eyni zamanda MM-in 65.1.2-ci maddəsinin tətbiqi imkanlarını da hüquqi baxımdan dəyərləndirməli, iş üzrə qanuni və əsaslı qətnamə çıxarmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-995/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alqı-satqı müqavilələri, ica rə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.