Məhkəmə qərarları › İş №2-2(102)-235/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-235/2022

17.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-235/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qanunsuz hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi) Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-140/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ya zılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-10574 saylı 2019cu il 22 yanvar tarixli inventar aktından görünür ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı İKF-yə məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə quraşdırılan smart kart tipli su sayğacından keçməyən D=40 mm boru vasitəsilə çəkilmiş kənar xətt aşkarlanmışdır.

2. Həmin akt əsasında tərtib edilmiş 040732 saylı 2019-cu il 7 fevral tarixli qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyri-qanuni istifadə edilən su borusunun diametri 40 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesa bat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASCyə dəymiş zərərin əvəzi olaraq İddiaçı İKF-ya 16.344 manat məbləğində borc hesablanmışdır.

3. Abunə haqqında məlumatlardan görünür ki, abonent İddiaçı İKF-nin sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2021-ci ilin sentyabr ayının sonuna borcu 27.332,02 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İKF (bundan sonra mətndə-iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 2019-cu il 22 yanvar tarixli, MXD-10574 saylı akt əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 040732 saylı müqavilə üzrə ona məxsus abonent koduna hesablanmış 16.344 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi iddiaçının istifadəsindədir. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində obyektin su təchizatı və su sayğacına baxış keçirilən zaman guya D=40 mm-lik boru vasitəsilə sudan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi məlum olmuşdur. Bu barədə 2019-cu il 22 yanvar tarixli, MXD-10574 saylı inventar aktı tərtib edilmiş və həmin akta əsasən iddiaçıya ümumilikdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 16.344 manat məbləğində borc hesablanmışdır. Halbuki, heç bir qeyri-qanuni sudan istifadə halı olmamış və istifadə edilmiş suya görə ödənişlər vaxtı nda həyata keçirilmişdir. Qeyd edilən aktın tərtib olunmasından üç ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçının həmin aktdan xəbəri olmamışdır.

6. Obyektə quraşdırılmış su sayğacına və xəttinə iddiaçı tərəfindən hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən o, belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında deyil. Belə olan halda, hər hansı bir ehtimal olunan müdaxiləyə görə iddiaçının məsuliyyət daşıması absurddur. Su xəttinə müdaxilə hər hansı bir kənar şəxs tərəfindən də edilə bilər. Su xətti kənar müdaxilələrdən mühafizə olunmur.

7. Cavabdeh tərəfindən qeyri-qanuni su xəttinin olmasının və həmin xəttin vasitəsilə sudan istifadə edilməsinin sübutu kimi tərtib edilmiş aktın hansı şəraitdə tərtib olunması məlum deyil və buna görə də həmin akt nöqsanın olmasını təsd iq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, 2019-cu il 22 yanvar tarixli, MXD-10574 saylı aktın surətindən müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə cavabdehin əməkdaşları iştirak edərək akta imza etmişlər. Belə olan halda, həmin aktın tərtib edilməsi üçün əsas olan hallar, yəni nöqsanın həqiqətən aşkar edilməsi şübhəlidir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması v ə aparılması qaydası haqqında Əsasnamə”nin (bundan sonra mətndə Əsasnamə) 1.5, 1.7-ci bəndlərinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 oktyabr tarixli, e-2-2(113)4776/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Leyla Əliyeva).

11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində ona ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MXD-10574 saylı akt iddiaçının iştirakı olmadan c avabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

12. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə Qanunun 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 16.344 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

13. Məhkəmə nəticəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1-ci, Qanunun 2.1, 2.3, 3.2-ci maddələrinə, Əsasnamənin 1.4, 1.5, 1.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

14. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-140/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Raqib Qurbanov və Vüsalə Baxışova).

16. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.

17. Qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və Qanunun 2.3-cü maddəsində təsbit olunan su sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, 2019-cu il 22 yanvar tarixli MXD-10574 nömrəli inve ntar aktı iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır. Su təchizatı sisteminə cari baxışın iddiaçının razılığı ilə həyata keçirildiyi fərz olunan halda isə bu baxış da sonda yoxlama aktının tərtib edilməsi və sanksiyaların tətbiqi ilə nəticələndiyi üçün birbaşa Qanunun 2.1-ci maddəsinin təsir dairəsinə düşür.

19. Qanun hətta yoxlamanın nəticəsində akt tərtib edilməsə və sanksiyalar tətbiq edilməməsi halında belə, hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Digər tərəfdən, su təchizatı sisteminə cari baxışa iddiaçının razılıq verməsi güman olunan halda da bu razılıq onun adıçəkilən Qanunun verdiyi təminatlardan imtina etməsi anlamına gəlm ir. İddiaçının hazırkı iddianı qaldıraraq, məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də onu göstərir ki, o, sözügedən təminatlardan irəli gələn hüquqlarından imtina etmək fikrində olmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Qanunun 2.1, 2.3, 3.1, 3.2, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə, Əsasnamənin 1.4, 1.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 1 fevral tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

22. Həmin qətnamədən cavabdeh tərəfindən 2022-ci il 4 fevral tarixdə kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilərək, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 23. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin, Əsasnamənin 1.4-cü bəndinin, “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinin tələbləri pozulmuşdur – məhkəmənin cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır.

24. Cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. 25. “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinin müvafiq olaraq, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti cavabdehin balansındadır. Cavabdeh balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 1096, 1097.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67.1, 72-ci maddələrinin, “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci və 8.7-ci bəndlərinin tələbləri poz ulmuşdur – iddiaçı sayğacdan kənar d=40 mm-lik boru vasitəsilə qanunsuz qoşulma edərək, sudan qeyriqanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 16.344 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və videoçəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir.

27. MPM-in 77.1, 88 və 175.1-ci maddələrinin tələbləri pozulmuşdur – iddiaçı öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent m əlumat vərəqəsi, akt və əlavəsi, videoçəkiliş sübut qismində məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır ( MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. ” “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “ Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakim iyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.”

33. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir (bax yuxarıda § 32-33). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği 2019-cu il 22 yanvar tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır.

37. İddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamala rın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 3.1, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə istinad olunaraq qeyd olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində aparılacaq yoxlama, Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeyd alınmadan aparılmışdır. Ona görə də, həmin yoxlamanın hüquqi qüvvəsi nəticəsi yoxdur.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsini qanunvericiliyin qeyd olunan tələblərinə uyğun hesab edir.

39. Cavabdeh kassasiya şikayətində yoxlama deyil, iddiaçının razılığı ilə su təchizatı sisteminə cari baxış keçirildiyini göstərsə də, “Sahibkarlıq sahəsində y oxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin (bax yuxarıda § 32-33) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasınıq təmin etməsi müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur (bax yuxarıda § 34).

41. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

42. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli 2-2(103)-140/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dada

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar