Məhkəmə qərarları › İş №2-2(102)-236/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-236/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-236/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: göndərilmiş malların dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, cavabdeh MMCnin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı göndərilmiş malların dəyərinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(1 03)-63/2020 saylı qətnaməsindənİddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, İddiaçı ilə Cavabdeh arasında imzalanmış “xxxx”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML-130614-2 nömrəli xx.xx.2013-cü il tarixli “Proforma İnvoys”a əsasən 141,864.00 ABŞ dolları dəyərində 3 ədəd SD300N markalı texnikanın, HWC-GML-130614-1 nömrəli xx.xx.2013-cü il tarixli “Proforma İnvoys”a əsasən 590.885,00 ABŞ dolları dəyərində 2 ədəd S210W markalı, 1ədəd DX300LCA markalı, 1 ədəd S255LC markalı və 1 ədəd S420LC markalı texnikanın, HWC-GML-130522 nömrəli xx.xx.2013-cü il tarixli “Proforma İnvoys”a əsasən 472.880,00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markal ı texnikanın cavabdeh MMC-yə satılması barədə razılıq əldə olunmuşdur.

2. İşin materiallarında olan, “Qablaşdırma siyahahıları”nın təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML-20130621 nömrəli xx.xx.2013-cü il tarixli “Qablaşdırma siyahısı”na əsasən, 1 ədəd S255LC markalı seriya nömrəsi HEMYO-002149 olan, 2 ədəd S210W markalı seriya nömrələri HEWSO-003848, HEWSO-003897 olan, 1 ədəd S420LC markalı seriya nömrəsi HELXO-010488 olan; HWC-GML-20130630 nömrəli xx.xx.2013-cü il tarixli “Qablaşdırma siyahısı”na əsasən 1 ədəd DX300LCA markalı seriya nömrəsi CECAO-006408 olan; HWC-GML20130528 nömrəli xx.xx.2013-cüil tarixli “Qablaşdırma siyahısı”na əsasən 7 ədəd SD300N markalı seriya nömrələri CWLCD-010003, CWLCD-010005, CWLCD-010006, CWLCD-010008, CWLCD010009,CWLCD-010010, CWLCD-010004 olan, HWC-GML-20130526 nömrəli xx.xx.2013-cü il tarixli “Qablaşdırma siyahısı”na əsasən 3 ədəd SD300N markalı seriya nömrələri CWLCD- 010015, CWLCD-010012, CWLCD-010016 olan texnikalar iddiaçı Şirkət tərəfindən cavabdeh MMC-yə göndərilmək üçün qablaşdırılmışdır.

3. İşin materiallarında olan, “Daşınma sənədləri”nin (Konosamentin) təsdiq olunmuş tərcümələrindən görünür ki, Cavabdeh-nin sifarişi əsasında iddiaçı Şirkət tərəfindən xx.xx.2013-cü il tarixdə S255LC markalı HEMYO-002149 seriya nömrəli, S210W markalı HEWSO-003848 seriya nömrəli, S210W markalı HEWSO-003897 seriya nömrəli, S420LC markalı HELXO-010488 seriya nömrəli ekskavatorlar, xx.xx.2013-cü il tarixdə DX300LCA markalı DHKCECAOSD0006408 PİN nömrəli ekskavator, xx.xx.2013-cü il tarixdə SD300N markalı CWLCD-010003 seriya nömrəli, SD300N ma rkalı CWLCD-010005 seriya nömrəli, SD300N markalı CWLCD-010006 seriya nömrəli, SD300N markalı CWLCD-010008 seriya nömrəli, SD300N markalı CWLCD-010009 seriya nömrəli, SD300N markalı CWLCD-010010 seriya nömrəli, SD300N markalı CWLCD-010004 seriya nömrəli texnikalar, xx.xx.2013-cü il tarixdə SD300N markalı CWLCD-010015 seriya nömrəli, SD300N markalı CWLCD-010016 seriya nömrəli texnikalar göndərilmişdir.

4. İşin materialarında olan, iddiaçı Şirkət tərəfindən Cavabdeh-yə ünvanlanan “Kommersiya faktura”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, xx.xx.2013-cü il tarixli HWC-GML20130621 nömrəli “Kommersiya fakturası”na əsasən, 467.155 ABŞ dolları məbləğinin, xx.xx.2013cü il tarixli HWC-GM 20130630 nömrəli “Kommersiya fakturası”na əsasən, 123,730,00 ABŞ dolları məbləğinin, xx.xx.2013-cü il t arixli HWC-GML-20130528 nömrəli “Kommersiya faktura”sına əsasən, 331,016.00 ABŞ dolları məbləğinin, xx.xx.2013-cü il tarixli HWC-GML-20130526 nömrəli “Kommersiya fakturası”na əsasən 141.864,00 ABŞ dolları məbləğinin ödənilməsi xahiş olunmuşdur.

5. İşin materiallarında olan, “İxrac üzrə gömrük xxxxləri”nin təsdiq olunmuş tərcümələrindən görünür ki, xx.xx.2013-cü il tarixli 020xx-xx-02201649 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən, S210W-RU20S210W-VHEWSO-003848 və 210W-RU20S210W-VHEWSO-003897 seriya nömrəli ekskavatorlar, xx.xx.2013-cü il tarixli 020xx-xx-02354709 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən, X300LCA-RU10DX300LCACECAO-006408 seriya nömrəli ekskavator, xx.xx.2013-cü il rixli 0101xx-xx-02201625 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən 255LCRU10SOLAR 255LC-V (HEMYO) - EU6 S1HEMYO-002149 seriya nömrəli ekskavator, xx.xx.2013cü il tarixli 080xx-xx-00128233 nömrəli “İxrac üzrə gömrük xxxxsi”nə əsasən, S420LCRU10SOLAR 420LC-V (HELXO) - 010488 seriya nömrəli ekskavator ixracatçı İddiaçı tərəfindən alıcı qismində göstərilmiş Cavabdeh-yə göndərilmişdir.

6. İşin materiallarında olan, məhkəmə sorğusuna uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 100-22/xx-xx/017089 saylı xx.xx.2017-ci il tarixli “xxxx”da DOOSAN 0300 markalı CWLCD-010015, CWLCD-010012, CWLCD-010016, CWLCD010003, WLCD-010004, CWLCD-010006, CWLCD-010010, CWLCD-010005 seriya nömrəli frontal yükləyicilər; DOOSAN S210W markalı HEWSO-003848 seriya nömrəli, DOOSAN 10W markalı HEWSO-003897 seriya nömrəli təkərli ekskavatorlar; DOOSAN S420LC markalı HELXO-010488 ser iya nömrəli, DOOSAN DX300LCA markalı CECAO-006408 seriya nömrəli, DOOSAN S255LC markalı HEMYO-002149 seriya nömrəli tırtıllı ekskavatorlar üzrə xarici tərəfdaş olaraq İddiaçı, xarici iqtisadi niyyət iştirakçısı kimi isə, Cavabdeh; SD300N DX255LCA markalı CWLCD-010008 seriya nömrəli və SD300N DX255LCA markalı CWLCD-010009 seriya nömrəli yükləyicilər üzrə isə xarici tərəfdaş “X6 LLC” xarici iqtisadi niyyət iştirakçısı kimi isə X3 qeyd olunmuşdurlar.

7. İşin materiallarında olan, məhkəmə sorğusuna uyğun olaraq cavab vermiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət X1 10-90 saylı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilənlərə görə,

1. AZ 35t 536 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı frontal yükləyici (şassi: CWLCD 010003) xx.xx.2013-cü il tarixdən E.Cürənlini n adında qeydiyyatdadır, həmin texnika ona xx.xx.2014-cü il tarixdə “xxxx” MMC-nin adına olan gömrük xxxxsi və qaimə-faktura əsasında satılmişdir;

2. AZ 100 978 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı yükləyici (zavod: CWLCD01005, mühərrik: 1213C014078) yükləyici xx.xx.2015-ci il tarixdən T.İsmayılovanın adında qeydiyyatdadır, həmin texnika “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında xx.xx.2013-cü il tarixində R.İsmayılov adlı şəxsə, sonradan isə onun tərəfindən T.İsmayılovaya satılmışdır;

3. AZ 90K 125 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300N markalı frontal yükləyici (zavod: CWCD010008, mühərrik: 1213C014089) xx.xx.2015-ci il tarixdən “xxxx” QSC-nin adında qeydiyyatdadır; həmin texnika xx.xx.2014-cü il tarixində K.Ramazanov adlı şəxsin adına olan yük gömrü k xxxxsi ilə qeydiyyata alınmış və sonradan İ.Nəsrullayev adlı şəxsə verilmiş etibarnamə əsasında adı çəkilən QSC-yə satılmışdır;

4. AZ 10S 904 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı frontal yükləyici (zavod: CWLCD01004, mühərrik: 1213G016652) xx.xx.2014-cü il tarixdən “xxxx” MMC-nin adında qeydiyyatdadır; həmin texnika ona “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

5. AZ 10O 906 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı frontal yükləyici (mühərrik: 1213DOCWLCD-022870-010012) xx.xx.2013-cü il tarixdən “xxxx” MMC-nin adında qeydiyyatdadır, həmin texnika ona xx xxxx 2013-cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

6. AZ 30K 117 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı frontal yü kləyici (zavod: 10016, mühərrik: 022866) xx.xx.2014-cü il tarixdən N.Şərifov adlı şəxsin adında qeydiyyatdadır, həmin texnika ona xx.xx.2014-cü il tarixdə “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

7. AZ 10Z 390 dövlət qeydiyyat nişanlı,DOOSAN DX300LCA markalı ekskavator (zavod: CECA0006408, mühərrik: DE08TİS324764E00) xx.xx.2014-cü il tarixdən “xxxx” MMC-nin adında qeydiyyatdadır, həmin texnika ona xx xxx 2014-cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

8. AZ 54K 070 dövlət qeydiyyat nişanlı, DOOSANS 10W-V markalı ekskavator (şassi: HEWSO-003848, mühərrik: DB58TİS3148896C) xx.xx.2014-cü il tarixdən “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır, həmin texnika ona xx.xx.2014-cü il tarixində “xxxx” MM C-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

9. AZ 90T İO dövlət qeydiyyat nişanlı, DOOSAN S 210W-V markalı ekskavator (şassi: HEWS0003897, mühərrik:316533EC) xx.xx.2015-ci il tarixdən Ə.Bağırov adında qeydiyyatdadır; həmin texnika xx xxxxxx 2013-cü il tarixində “xxxx" MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında A.Mustafayev adlı şəxsə, sonradan isə onun tərəfindən Ə.Bağırova satılmışdır;

10. AZ 10S 190 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı frontal yükləyici (zavod:CVLCP014086) xx.xx.2013-cü il tarixdən A.Əliyevin adında qeydiyyatdadır; həmin texnika ona xx.xx.2013cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

11. AZ 90T 274 dövlət qeydiyyat nişanlı, DOOSANS-420LC markalı ekskavato r (zavod: HELX0010488, mühərrik: 212258EB) xx.xx.2015-ci il tarixdən “xxxx” Şirkətinin adına qeydiyyata alınmışdır; həmin texnika ona xx.xx.2014-cü il tarixində “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

12. AZ 30K 112 dövlət qeydiyyat nişanlı, DOOSAN 300 markalı frontal yükləyici (zavod: CVLCP-014086) xx.xx.2014-cü il tarixdən S.Əhmədzadənin adına qeydiyyata alınmışdır; həmin texnika ona xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin adına olan yük gömrük xxxxsi və qaimə-faktura əsasında satılmışdır;

13. AZ 10U 518 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300N markalı frontal yükləyici (şassi: 0100 09, mühərrik: 1213C014085) xx.xx.2014cü il tarixdə E.Əsgərovun mülkiyyəti kimi qeydiyyata alınmışdır; həmin texnika xx.xx.2014-cü il tarixində K.Ramazanovun adına yük gömrük xxxxsi ilə qeydiyyata alınmış, sonradan E.Əsgərova satılmış və xx xxxxxxx 2017-ci il tarixində bu şəxs tərəfindən Gürcüstanın “Flaminqo LTD” şirkətinə satılaraq qeydiyyatdan çıxarılmışdır.

8. İşin materiallarında olan iddiaçı Şirkətin nümayəndəsi tərəfindən Cavabdeh-yə ünvanlanan pretenziya məktubunda da qeyd olunur ki, iddiaçı şirkətlə "Cavabdeh” MMC arasında olan razılaşmaya uyğun olaraq, 2012-2013-cü illər ərzində bir sıra inşaat texnikaları alınmış və qismən ödəniş aparılmış, lakin hər iki tərəfin imzaladığı sənədə əsasən ödənilməmiş və götürülən öhdəlik icra edilməmişdir. Yaranmış borc məbləğinin vaxtında ödənilməməsinə görə Şirkət zərər çəkmişdir və ödənilməyən hər gün üçün zərər artmaqda davam edir, Şirkətin maliyyə durumunu pisləşdirir və işinin normal ahəngini pozur. Yux arıda qeyd edilənləri nəzərə alaraq yaranmış borcun bu pretenziyanın (xəbərdarlığın) alındığı andan 10 gün müddətində İddiaçı hesabına ödənilməsi xahiş olunmuş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı və əsas borcla bərabər əlavə olaraq dövlət rüsumu, gecikdirmə faizi və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, borcun 7%-i həcmində icra ödənişinin tutulacağını da bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMCdən yaranmış 1.036.053,00 ABŞ dolları məbləğində əsas borcla birlikdə, 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcunun və məhkəmədə iddia qaldırılması üçün ö dənilmiş 30 manat dövlət rüsumunun və 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulub iddiaçı Şirkətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC sifariş verərək iddiaçı Şirkətdən müxtəlif adda inşaat texnikaları almışdır. Qeyd edilən texnikaların dəyərinin bir hissəsi ödənilsə də, MMC-nin 1.036.053,00 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Həmin texnikalar aşağıdakı adda, hesab-fakturalara əsasən satılmışdır: HWCGML-130614-1 nömrəli Proforma İnvoysa əsasən 590.885,00 ABŞ dolları dəyərində 2 ədəd S210W, 1 ədəd DX300LCA, 1 ədəd S255LC, 1 ədəd S420LC markalı müxtəlif təyinatlı texnika; HWC-GML-130614-2 nömrəli Proforma İnvoysa əsasən 141.864,00 ABŞ dolları də yərində 3 ədəd SD300N markalı yükləyici; HWC-GML-130522 nömrəli Proforma İnvoysa əsasən 472.880,00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı müxtəlif təyinatlı texnika. Yaranmış borc məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdeh MMC-nin rəhbərliyi ilə danışıqlar aparılmış və 11-xx xxxxxxx 2016-cı il tarixdə Bakıda keçirilmiş görüş zamanı iddiaçı Şirkət tərəfdən cənab Rhonun, cavabdeh MMC tərəfdən cənab R.Məcidovun tərtib etdikləri “Ödəniş Cədvəli”nə əsasən, aylıq 35.000 ABŞ dolları məbləğində hissələrlə ödəniş barədə razılığa gəlinsə də, cavabdeh MMC bu razılığa əməl etməmiş və 2 ödəniş istisna olaraq, qalan ödənişləri həyata keçirməmişdir. Belə ki, cavabdeh Şirkət HWC-GML-130522 nömrəli invoys üzrə xx xxxx 2013-cü il tarixdə 66.203,20 və 28.372,80 ABŞ dolları, xx xxxxxx 2016-cı il tari xdə 35 000 ABŞ dolları, xx xxxxx 2016-cı il tarixdə 15.000 ABŞ dolları və xx xxx 2016-cı il tarixdə 15.000 ABŞ dolları məbləğlərinə ödəniş həyata keçirmiş, qalan məbləği ödəməkdən yayınmış və onun bu günə 1.036.053,00 ABŞ dolları borcu qalmışdır. İddiaçı Şirkət dostcasına həll üçün sərf etdiyi zaman boşuna getmiş uzun müddətli danışıqlar nəticə verməmişdir. Sonuncu dəfə borcun ödənilməsi barədə xx xxxx 2017-ci il tarixdə cavabdeh MMC-yə göndərilən pretenziya məktubuna cavab verilməmişdir.

11. Hazırkı halda tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa da malların göndərilməsi Azərbaycan Respublikası gömrük sərhəddindən keçməsi və cavabdeh MMC tərəfindən qəbul edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Gömrük Komitəsində mövcuddur. Bu barədə dövlət orqanına sorğu verilmişdir və məhkəmə gedişatında sübutlar məhkəməyə təqdim ediləcəkdir. Ona görə də hazırkı mərhələdə var olan alqı-satqının nəticəsində alıcının satıcı qarşısındakı öhdəliklərinin icrasından söhbət gedir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598 və 600-cü maddələrinə görə, cavabdeh öhdəliyini icra etməli və gecikdirilmiş ödəməyə görə cərimə və faizlər ödəməlidir. Həmin Məcəllənin 598.3 və 600.5-ci maddələri gecikmə faizləri ilə bağlı yenə bu Məcəllənin 449-cu maddəsinə yönləndirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2016-cı il tarixindən illik bank uçot faiz dərəcəsi 15% olaraq müəyyən edilmişdir.

13. Göründüyü kimi, cavabdeh MMC iddiaçı Şirkətə məxsus 1.036.053,00 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. 2013-cü ildən etibarən danışıqlar bəhanəsi ilə pulun ödənilməsini yubadan cavabdeh MMC 60 aydır özgəsinin vəsaitlərini qanunsuz saxlamaqla istifadə edir. Ona görə də, 15%: 12 = 1,25% aylıq; 60 ay X 1,25% = 75%; 1.036.053,00 X 75% = 777.039,75 ABŞ dolları məbləğində faiz cavabdeh MMC-dən tutularaq əsas məbləğin üzərinə gəlinib iddiaçı Şirkətə ödənilməlidir. Razılaşmaya əsasən cavabdeh MMC aldığı malların dəyərini 10 gündən gec olmayaraq ödəmək vədi verdiyi halda, borc məbləğinin ödənişini qanunsuz olaraq müxtəlif bəhanələrlə bu günə qədər gecikdirmişdir.

14. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 449.1, 598.1, 598.2, 598.3, 600.1, 600.4 və 600.5-ci maddələrinə istinad edilmişdir. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Hüseyn; iş No 2-2(81)105/2018) iddia tələbinin qismən təmin edilməsi; cavabdeh MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Şirkətin xeyrinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 17. 1-ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 3 “xxxx”ya əsasən, ümumilikdə 15 ədəd texnikanın cavabdeh MMC-yə satılması barədə razılıq əldə edilmişdir. İddiaçı Şirkət ümumi ödənilməli məbləğ olan 1.811.080 ABŞ dolları məbləğin 700.000 ABŞ dolları hissəsinin sığorta şirkəti tərəfindən, 75.000 ABŞ dolları hissəsinin isə cavabdeh MMC tərəfindən həyata keçirildiyini bildirmiş və ödənilməmiş 1.036.053 ABŞ dolları məbləğin cavabdeh MMC-dən tutulmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi istər məhkəməyə təqdim etdiyi etirazında, istərsə də məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçı Şirkəti ilə hər hansı müqavilə münasibətləri olmadığını, iddiaçı Şirkətə olan ödənişlərin “xxxx” Şirkəti tərəfindən edildiyini, onların malı “xxxx LLC” Şirkətindən aldıqlarını, Bu halın yük gömrük xxxxlərində də öz əksini tapdığını, cavabdeh MMC-nin “xxxx” şirkəti ilə malların alqı-satqısına dair 5 müqavilə bağlandığını bildirmişdir. 18. 1-ci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı Şirkət tərəfindən məhkəməyə təqdim olunan sənədlər biri-biri ilə uyğunluq təşkil etməklə yanaşı, cav abdeh MMC ilə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində biri-birini tamamlamaqdadır. Belə ki, tərəflər arasında malların sayı, miqdarı və məbləğini nəzərdə tutan ilkin olaraq “xxxx” adlanan fakturalar imzalanmışdır ki, həmin sənədlər tərəflər arasında olan razılaşmanı əks etdirir. Daha sonra işin materiallarında olan “Qablaşdırma Siyahıları” (Packing list), Konosament (Daşınma sənədi), “Kommersiya Fakturası” (Commercial İnvoice) mövcuddur ki, bütün sənədlərdə Göndərən (Satıcı) qismində iddiaçı Şirkət, Alıcı (xxxx) qismində isə cavabdeh MMC göstərilmişdir. Hətta iddiaçı Şirkətin nümayəndəsi tərəfindən 5 texnika üzrə Cənubi Korea Respublikasının “İxrac üzrə gömrük xxxxləri”nin təsdiq olunmuş tərcümələri təqdim edilmişdir ki, həmin sənədlərdə də Satıcı qismində İdd iaçı, alıcı qismində isə Cavabdeh göstərilmişdir. Yalnız cavabdeh MMC tərəfindən 13 texnika (SD300N markalı CWLCD-010008 seriya nömrəli və SD300N markalı CWLCD-010009 seriya nömrəli texnikalar istisna olmaqla) üzrə təqdim olunan “Yük gömrük xxxxləri”ndə malların “xxxx LLC” Şirkətinin tapşırığı ilə İddiaçı tərəfindən göndərildiyi qeyd olunmuş,Alıcı qismində isə Cavabdeh göstərilmişdir.

19. Həmçinin, işin materiallarına əlavə edilmək üçün iddiaçı Şirkətin nümayəndəsi tərəfindən təqdim edilmiş e-mail yazışmaların təsdiq olunmuş tərcümələrindən də görünür ki, bütün danışıqlar iddiaçı Şirkətin və cavabdeh MMC-nin rəhbərliyi arasında aparılmışdır. 20. xx.xx.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi iddiaçı Şirkətlə müəyyən yazışmaların ola biləcəyin i, lakin bunun iddiaçı şirkət tərəfindən daşımanın həyata keçirilməsi ilə bağlı olduğunu bildirmişdir. 21. 1-ci instansiya məhkəməsi qətnaməsində hesab etmişdir ki, nə iddiaçı Şirkətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan e-mail yazışmaların tərcümələrində, nə də digər sənədlərdə ilkin olaraq münasibətlərin cavabdehlə MMC ilə “xxxx LLC” Şirkəti arasında mövcud olması müəyyən edilmir.

22. Bundan əlavə, məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan siyahıda malların (SD300N markalı CWLCD-010008 seriya nömrəli və D300N markalı CWLCD-010009 seriya nömrəli texnikalar istisna olmaqla) idxalı ilə bağlı olan məlumatlarda da “Xarici iqtisadi fəaliyyət iştirakçısı” kimi Cavabdeh “Xarici tərəfdaş” kimi İddiaçı göstərilmişdir.

23. Həmçinin e-mail yazışmalarda iddiaçı Şirkətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında mövcud borcun ödəmə planının təsdiq edilməsi də öz əksini tapmaqdadır. 24. 1-ci instansiya məhkəməsinin qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 449.1, 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Həmin qətnamədən narazı qalan iddiaçı Şirkət apelyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.

26. Həmçinin həmin qətnamədən narazı qalan cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissədə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini apelly asiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov, iş № 2-2(103)421/2018) iddiaçı Şirkətin apellyasiya şikayətinin təmin edilməməsi; cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin iddianın təmin olunması, yəni “cavabdeh MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Şirkətin xeyrinə ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin edilməməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanı lması qət edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmamış, cavabdeh MMC mübahisə predmeti olan malları “xxxx” LLC Şirkəti ilə bağladığı alğı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MPM-nin 80, 81, 200-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Həmin qətnamədən narazı qalan iddiaçı Şirkət ondan kassasiya şikayəti verərək, qətnamə ləğv olunvrvq işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birin ci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-2(102)434/19) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli qətnaməsinin ləğv edilməsi; işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh MMCnin nümayəndəsi 2017-ci il 03 oktyabr tarixli məhkəmə iclasında verdiyi izahatında “tərəflərin nümayəndələri arasında razılıq olduğuna və aylıq 35.000 ABŞ dolları ödənilməsinin razılaşdırıldığına, bir neçə iş üzrə ödəniş olduğuna” dair faktları təsdiq etmiş, eyni zamanda, bildirmişdir ki, “lakin bu iş üzrə bizdə münasibət olmayıb. Heç bir ödəniş olmayıb” (bax İ cild, iş v.121).

33. Hazırkı halda, cavabdeh MMC-nin nümayəndəsi tərəfindən faktın etirafı məhkəmə iclasının protokoluna yazılmışdır. Lakin protokol həmin hissədə faktı etiraf edən şəxs tərəfindən imzalanmamış, bunun səbəbləri protokola qeyd edilməmişdir.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin nümayəndəsinin izahatında faktın etirafına Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla münasibət bildirməli, tərəflər arasındakı mübahisənin düzgün həlli üçün, ən azından həmin faktla bağlı iddiaçının dəlillərini cavabdeh MMC-nn nümayəndəsinin izahatında göstərilənlərlə birgə yoxlamalı və qiymətləndirməli idi (MPM-in 106.1-ci maddəsi). Belə ki, faktın etirafının MPM-in 106.3-cü maddə sinin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməməsi həmin faktı etiraf edən tərəfin izahatındakı məlumatların sübut qüvvəsinə və onların digər sübutlarla yanaşı qiymətləndirilməsinə dair qanunun tələbinə təsir etmir.

35. Cavabdeh MMC-nin etirazının və apellyasiya şikayətinin məzmununa görə, iddiaçı Şirkətin göndərdiyi texnikaların cavabdeh MMC tərəfindən qəbul edildiyi mübahisəsizdir.

36. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ixracatçının (mülkiyyətçinin) iddiaçı Şirkət olduğu halda, özgə əmlakı barədə alğı-satqı müqaviləsinin “xxxx LLC” şirkəti ilə bağlanmasının səbəblərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi.

37. Cavabdeh MMC bəyan edir ki, “...müqavilə və ona əlavə olunmuş razılaşma sənədləri ma lların bəyan edilməsi üçün əsas şərtdir və hesab-faktura (invoys) və bank ödəniş sənədləri yalnız tərəflər arasında bağlanmış müqaviləyə uyğun olduğu təqdirdə gömrük orqanı tərəfindən qəbul edilir. Cavabdeh də öz növbəsində həmin Malları “xxxx LLC” Şirkəti ilə bağladığı alğı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmişdir...” (bax İİİ cild, iş v. 129).

38. Belə olan halda (xüsusən də, məhz iddiaçı Şirkətin göndərdiyi texnikaların cavabdeh MMC tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), məhkəmə cavabdeh MMC-nin etirazında əsas sübut kimi əsaslandığı, məhkəmənin isə qətnamənin əsasına qoyduğu – cavabdeh MMC ilə “xxxx LLC” şirkəti arasında, Azərbaycan Respublikası ərazisində (Bakı şəhərində) bağlanmış alqı-satqı müqavilələrinin ( ən azından, sübutetmə vasitəsi kimi) mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair Mülki Məcəlləninimperativ normalarının (hazırkı halda, 337.3 və 340.1-ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də (sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı həmin əqdin formal olaraq bağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Bundan başqa, cavabdeh MMC apellyasiya şikayətinin dəlili kimi qeyd edir ki, iddiaçı Şirkət ilə “xxxx LLC” şirkəti arasında “işgüzar münasibətlər, konkret olaraq broker müqaviləsi üzrə mülki mü nasibətlər” olmuşdur (bax: İİİ cild, iş v.32).

40. İddiaçı Şirkətin 1-ci instansiya məhkəməsi tərəfindən rədd edilən digər tələblərinin 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcun və 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin cavabdeh MMC-dən tutulması hissələrinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrdə dəyişdirilmədən saxlasa da, iddiaçı Şirkətin həmin hissələrə dair apellyasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə araşdırmasının predmeti olmadığından şikayət həmin hissələrə münasibətdə də əsaslıdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

41. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ağayev; hakimlər A.Nuriyeva və S.Seyidova; iş No 2-2(103)-63/2020) iddiaçı Şirkətin apellyasiya şikayətinin təmin edilməməmsi; cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-cı il tarixli qətnaməsinin iddianın təmin olunması, yəni “cavabdeh MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Şirkətə ödənilməsi” hissəsində ləğv olunması; iddia tələbinin həmin hissədə təmin edilməməsi qərara alınmışdır.

42. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı Şirkətin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında dəfələrlə tərəfl ər arasında şifahi alqı-satqı münasibətlərinin mövcud olduğunu, həmçinin məhkəməyə təqdim etdikləri proforma-invoysların tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri olduğunu bildirsələr də, həmin proformainvoyslar iddiaçı Şirkətin tələbinin əsası olan mötəbər alqı-satqı müqaviləsi kimi qəbul edilə bilməz.

43. Qeyd olunmalıdır ki, işin materiallarına həmin proforma-invoysların kserosurətləri əlavə edilmişdir. İddiaçı Şirkətə həmin sənədlərin əsillərinin və ya notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi təklif edilmiş və həmin Şirkətin nümayəndəsi məhkəmə kollegiyasının iclasına sözügedən proforma-invoysların notarial qaydada təsdiq olunmuş kserosurətlərini təqdim etmişdir. Məhkəmə kollegiyasına təqdim olunmus hər 3 apostilli Proforma-İnvoysun kserosurətinə və tərcüm əsinə baxdıqda aydın olur ki, qoşulan sənədin əsli ilə düzgünlüyünü “HANWHA” Korporasiyasının prezidenti X7 xx xxxxxxxx 2018-ci il tarixli xxxx ilə təsdiq etmişdir. Sənədin Pveonq-Hwa Hüquq və Notariat İdarəsi tərəfindən təsdiq edilmis və Koreya Respublikasının Ədliyyə Nazirlivi tərəfindən apostillənmiş hissəsi isə yalnız “HANWHA” Korporasiyasının prezidenti X7 şəxsinin hüquqi nümayəndəsi X8 şəxsinin notariusun iştirakı ilə hazırkı sənədə etdiyi imzasının düzgünlüyünün təsdiq edilməsindən ibarətdir. Göründüyü kimi, notariat idarəsi proforma-invoysların kserosurətlərinin həmin sənədlərin əsilləri ilədüzgünlüyünü yox, proforma invoysların əsli ilə düzgün olduğuna dair xx.xx.2018-ci il tarixli xxxxdə olan imzanın “HANWHA” Korporasiyasının prezidenti X7 adlı şəxsin imzasının düzgünlüyünü təsdi q etmişdir.

44. Beləliklə, göstərilən sənədin əsli ilə düzgünlüyü notarius tərəfındən yox, iddiaçı “HANWHA” Korporasiyasının prezidenti X7 tərəfindən təsdiq edilmişdir, sənədə vurulmuş notariat möhürü və apostil sənədi “HANWHA” Korporasiyasının prezidenti X7-nin imzasının həqiqiliyini göstərir və bu sənədin düzgünlüyünə görə nə notariat idarəsi, nə də Koreya Respublikasının Ədliyyə Nazirliyi məsuliyyəti öz üzərinə götürməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmçinin qeyd etmişdir ki, hər 3 Proforma-İnvoysda Cavabdeh-nin adından imzalayan şəxs “MAZHİDOV RUFAT BASHAEVİCH/CEO” göstərilsə də, HWC-GML-130614-2 nömrəli, xx.xx.2013-cü il tarixli Proformaİnvoysdakı imza digər 2 Proforma İnvoysda göstərilən imzalardan kəskin surətdə fərqlənir.

46. Bundan başqa, HWC-GML-1306 14-2 nömrəli, xx.xx.2013-cü il tarixli Proforma- İnvoysa nəzər yetirildikdə görünür ki, həmin sənədin yuxarı hissəsində Alıcı kimi Cavabdeh, imzalayan şəxs qismində “MAZHİDOV RUFAT BASHAEVİCH/CEO” göstərilsə də, vurulan möhür “RAMMA” adlı şirkətin möhürüdür. Bu da özü-özlüyündə bu sənədin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi olmasını şübhə altına alır.

47. İddiaçı Şirkət cavabdeh MMC ilə aralarında olan alqı-satqı müqaviləsi üzrə yeni razılığın əldə olunduğunu və cavabdeh MMC-nin malların dəyərini hər ay 35.000 ABŞ dolları olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci ilə qədər ödəyəcəyi barədə öhdəlik götürdüyünü qeyd etmiş və bununla bağlı ödəniş qrafikini (payment plan) məhkəməyə təqdim edilmişdir. Həmin ödəniş qrafiki birtərəfli qaydada tərtib olunmuş və kresosurət olmaq la əsli məhkəməyə təqdim edilməmişdir.

48. Ödəniş qrafiki cavabdeh MMC tərəfindən təsdiq olunmamışdır. İddiaçı Şirkət həmçinin, həmin ödəniş qrafikini (payment plan) üzrə 75.000 ABŞ dolları məbləğində ödəniş edildiyini, qalan borcun isə ödənilməmiş qaldığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli, xx xxxxx 2016-cı il tarixli, həmçinin xx xxx 2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, həmin ödənişlər Cavabdeh tərəfindən deyil, “xxxx L.T.D” tərəfindən, həmçinin “Network Europe” adlı başqa şirkətlər tərəfindən həyata keçirilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmçinin 1-ci instansiya məhkəməsinin istinad etdiyi e-mail yazışmalarını iddia tələbinin əsası kimi mötəbər sübut hesab etməmiş və qeyd etmişdir ki, işin materiallarına əlavə edilmiş “Ben Hur”adlı şəxslə “Rüfət Məcidov” adlı şəxs arasında aparılmış yazışmalardan göründüyü kimi, Rüfət Məcidova ünvanlanmış xx xxx 2016-cı il tarixli elektron məktubda son olaraq edilmiş 15.000ABŞ dolları ödənişə görə təşəkkür edilmiş və razılığa gəldikləri kimi növbəti ödənişin 15 may tarixində 25.000 ABŞ dolları məbləğində ediləcəyi qeyd edilmişdir. Həmin elektron məktubun məzmununu qarşılıqlı olaraq iddiaçı Şirkət tərəfindən məhkəmə kollegiyasının iclasına təqdim edilmiş xx xxxxx 2016-cı il tarixli ödəniş tapşırığı ilə müqayisə etdikdə müəyyən olunur ki, həmin ödəniş tapşırığında ödənişi həyata keçirən müştəri (ordering customer) qismində Cavabdeh-nin adı qeyd olunmamış, ödənişi həyata keçirən müştəri (ordering customer) qismində “xxxx L.T.D”-nin ad ı qeyd olunmuşdur.

50. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində cavabdeh MMC-nin yazılı etirazının əsasları ilə və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmış və qeyd etmişdir ki, “ xxxx LLC” şirkəti ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 13/053-GM-A nömrəli, xx.xx.2013cü il tarixli, 13/079GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/107-GM-A nömrəli alqı-satqı müqavilələri bağlanmışdır.

51. Bundan başqa, yük gömrük xxxxlərində göndərən/ixracatçı sütununda birbaşa göstərilmişdir ki, mallar “xxxx LLC”-nin tapşırığı ilə İddiaçı tərəfindən ölkə ərazisinə gətirilmiş Cavabdeh tərəfindən rəsmiləşdirilmişdir.

52. Həmçinin yük gömrük xxxxlərinin əlavəsi olan hesab-fakturalarda da tərəflərin statusu birmənalı olaraq Satıcı qismində “xxxx LLC”, yükgöndərən qismində İddiaçı, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. İş materiallarının İİ cildi, 111-121-ci vərəqələrinə əlavə edilmiş ödəniş tapşırıqlarında Cavabdeh tərəfindən “xxxx LLC”-yə xx.xx.2013-cü il tarixli, 13/053-GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/079-GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/107-GM-A nömrəli alqısatqı müqavilələri üzrə müxtəlif məbləğlərdə ödənişlərin edildiyi müəyyən olunur.

53. Göründüyü kimi, Cavabdeh-də mübahisə predmeti olan malları “xxxx" LLC Şirkəti ilə bağladığı alqı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmişdir. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir.

54. İddiaçı Şirkətin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası o qənaətdədir ki, iddiaçı Şirkət cavabdeh MMC ilə aralarında alqı-satqı müqaviləs inin mövcud olduğunu və həmin müqavilə üzrə cavabdehin öhdəliyini yerinə yetirmədiyini sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçı Şİrkətin əsas borc məbləği olan pul vəsaitini cavabdeh MMC-nin qanunsuz olaraq özündə saxladığına görə faizlərin ödənilməsi barədə tələbi də əsaslı hesab edilə bilməz.

55. Apellyasiya instansiyası məhkəməsi qətnamədə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 80, 81, 200-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı Şirkətə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

57. Həmin qətnamədən narazı qalan iddiaçı Şirkət kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı Şirkətin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən məcburi göstərişləri yerinə yetirməmişdir.

59. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşki l edir.

60. Hazırki işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, işdən göründüyü kimi, cavabdeh MMC-nin nümayəndəsi 2017-ci il 03 oktyabr tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflərin nümayəndələri arasında razılıq olduğuna və aylıq 35.000 ABŞ dolları ödənilməsinin razılaşdırıldığına, bir neçə iş iizrə ödəniş olduğuna dair faktları təsdiq etmiş, eyni zamanda, bildirmişdir ki, bu iş üzrə bizdə münasibət olmayıb, heç bir ödəniş olmayıb (bax İİ cild, iş v.121). Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatında faktın etirafına MPM-in yuxarıda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla münasibət bildirməli, tərəflər arasındakı mübahisənin düzgün həlli üçün, ən azından həmin faktla bağlı iddiaçının dəlillərini cavabdehin nüm ayəndəsinin izahatında göstərilənlərlə birgə yoxlamalı və qiymətləndirməli idi.

61. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərdən qaçırmış, heç bir hüquqi qiymətləndirmə müşahidə olunmur.

62. Həmçinin iddiaçı Şirkətin öz tələbinin əsası kimi istinad etdiyi proforma- invoyslarda da məhz. “...bu müqavilənin (...of this contract)” şərtlərinə istinad edilir və “tərəflər...hazırkı müqaviləni bağladı” qeyd edilir (bax İİİ cild, iş v.96-122). Yəni, qeyd olunanların təsdiqindən çıxış edərək proforma-invoyslardakı məlumatların həqiqiliyi qəbul edildikdə, həmin sənəd öz formasına və məzmununa görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinin dispozisiya şərtlərini ödəyir.

63. Belə ki, həmin maddəyə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yol u ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən dinər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

64. İddiaçı Şirkət bəyan və təsdiq edir ki, iddiaçı Şirkət müqaviləni imza və möhürlə təsdiq etdikdən sonra onun skan edilmiş mətnini elektron poçtla cavabdeh MMC-yə göndərmiş, sonuncu da öz növbəsində göndərilən müqaviləni imza və möhürlə təsdiq edərək eyni üsulla iddiaçı Şirkətə göndərmişdir. İddiaçı Şirkətin həmin dəlilləri işdəki digər sübutlarla birgə yoxlanılmamış, onlara qiymət verilməmişdir.

65. Sonuncu apelyasiya icraatı zamanı qeyd edilən hallar araşdırılmamışdır. Halbuki, cavabdeh MMC-nin nümayəndəsi məhz, həmin MMC-ni təmsil edərək onun fəaliyyəti barədə məluma t təqdim edərək iddiaçı Şirkət ilə cavabdeh MMC-nin texnikalarla bağlı ödənişlərə dair razılaşmanın əldə edildiyini təsdiq edir.

66. Hazırda işin mübahisəiəndirilməyən halıdır ki, texnikaları cavabdeh MMC qəbul etmiş, həmin texnikalar iddiaçı Şirkətə məxsus olmuşdur.

67. Bununla bağlı Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ixracatçı (mülkiyyətçi) - iddiaçı Şirkət olduğu halda, özgə əmlakı barədə alqı-satqı müqaviləsinin “xxxx LLC” şirkəti ilə bağlanmasının səbəblərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi. Cavabdeh MMC-nin etirazında istinad etdiyi hesab-fakturalarda “xxxx LLC” şirkətinin “satıcı” qismində göstərilməsi isə özü-özlüyündə həmin şirkətə ixrac olunan əmlaka münasibətd ə mülkiyyətçi hüququ vermir. Belə olan halda (xüsusən də, məhz iddiaçı Şirkətin göndərdiyi texnikaların cavabdeh MMC tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), məhkəmə cavabdeh MMC-nin etirazında əsas sübut kimi əsaslandığı, məhkəmənin isə qətnamənin əsasına qoyduğu - cavabdehlə “xxxx LLC” şirkəti arasında, Azərbaycan Respublikasının ərazisində (Bakı şəhərində) bağlanmış alğı-satqı müqavilələrinin (ən azından, sübutetmə vasitəsinn mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin imperativ normalarının (hazırkı halda, 337.3 və 340.1 -ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də (sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı həmin əqdin formal olaraq b ağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

68. İddiaçı Şirkət kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 6-cı səhifəsində Ali Məhkəmənin məcburi göstərişlərini guya “yerinə yetirərək” “xxxx" LLC Şirkəti ilə cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarlılığına qiymət verir və qeyd edir ki, Cavabdeh göstərir ki, onunla əlaqəsi olmayıb, yəni yəni texnikalarla bağlı əməkdaşlıq “xxxx" LLC Şirkəti ilə olmamışdır.

69. Bundan başqa, cavabdeh MMC apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Şİrkət ilə “xxxx LLC” şirkəti arasında ”işgüzar münasibətlər, konkret olaraq broker müqaviləsi üzrə mülki münasibətlər” olmuşdur (bax: İİİ cild, iş v.32). Qanuna görə, broker vasitəçilik xidmətini məhz “xxxxyə” göstərir. Buradan, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini yoxlamalı, “xxxx LLC” şirkətinə münasibətdə “xxxx”nin iddiaçı Şirkət, yoxsa cavabdeh MMC olduğunu müəyyən etməli idi.

70. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, cavabdeh MMC-nin istinad etdiyi alqı-satqı müqavilələrində “xxxx LLC” şirkətinin İddiaçı adından və onun tapşırığı ilə hərəkət etdiyinə dair məlumat yoxdur. Eyni ilə, Dövlət Gömrük Komitəsinin “xxxx”ında da cavabdeh MMC-yə münasibətdə xarici tərəfdaş kimi “xxxx LLC” şirkəti deyil, İddiaçı göstərilmişdir.

71. Ali Məhkəmənin məcburi göstərişlərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərini Mülki Məc əllənin yuxanda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymətləndirməli idi. Lakin apelyasiya məhkəməsi qeyd edilənlərə hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarının səhv tətbiq edilməsinə gətirib çıxarmışdır.

72. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında ifadə edilən hüquqi mövqe də nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərin, habelə həmin qərarda ifadə edilən və qanun normalarının düzgün tətbiqinə, mübahisənin qanuni həllinə yönələn hüquqi mövqeni açıqaşkar nəzərə almaması MPM-in 420-ci maddəsinin tələblərinin aşkar pozulması kimi qiymətləndirilm əli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ən azından bu əsasla ləğv edilməlidir.

73. Həmçinin Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan və iddiaçı Şirkətə məxsus olan 1.036.053 ABŞ dolları məbləğində pul vəsaiti uzun müddət ərzində qanunsuz olaraq həmin MMCnin istifadəsində olmuş və sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq mənfəət qazanmışdır. Buna görə də faiz borcu ödəməlidir. Ona görə, iddia tələbinin qeyd edilən hissələrinin də təmin edilməməsi əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

74. Cavabdeh MMC-nin vəkili S.Süleymanlı kassasiya məhkəməsinin dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirr.

75. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Şirkətin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçı MMC-nin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır.

77. Həmin Məcəllənin 428.4-cü maddəsinə görə, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

78. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

79. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümküns üzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

80. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

81. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

82. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

83. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

84. Azərbaycan Respublikası MPM-nin 89.1-ci majjsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

85. Həmin Məcəllənin 89.2-ci maddəsinə uyğun olaraq faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

86. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

87. Həmin Məcəllənin 89.4-cü maddəsinə müvafiq olaraq sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

88. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə, işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).

89. Həmin Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

90. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına əsasən, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhv ləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya məhkəməsinin məhz, bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.

91. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

92. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

93. İddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

95. İş üzrə müəyyən edilir ki, iddiaçı Şirkət cavabdeh MMC-yə qarşı iddia qaldırıb, həmin Şirkət tərəfindən bu MMC-yə göndərilmiş texnikaların ödənilməmiş dəyərini tələb edərkən tərəflər arasında işgüzar münasibətlərin olmasına, şifahi müqaviləyə və bu halları təsdiq edən müvafiq sənədlərə, o cümlədən e-mail yazışmalarına istinad etmişdir. Belə ki, iddiaçı Şirkət məhkəməyə təqdim etdiyi 3 ədəd “Proforma-İnvoys” sənədlərinin mövcudluğu ilə (bu sənədlər hazırki qərarın yuxarıdakı hissələrində ətraflı olaraq təfsir edilmişdir) sözügedən texnikaların cavabdeh MMC-yə satılması (göndərilməsi) barədə tərəflər arasında müvafiq razılığın əldə olunması faktını sübut etməyə; habelə 4 ədəd “Qablaşdırma siyahısı” adlanan sənədlərinin mövcudluğu ilə (bu sənədlər hazırki qərarın yuxarıdakı hissələrində ətraflı olaraq təfsir edilmişdir) sözügedən texnikaların iddiaçı Şirkət tərəfindən cavabdeh MMC-yə göndərilmək üçün qablaşdırılması faktını sübut etməyə; həmçinin bir neçə daşıma (konosament) və gömrük (xxxx) sənədlərinin mövcudluğu ilə (bu sənədlər hazırki qərarın yuxarıdakı hissələrində ətraflı olaraq təfsir edilmişdir) cavabdeh MMC-nin sifarişi ilə sözügedən texnikaların iddiaçı Şirkət tərəfindən göndərilməsi və gömrük sərhədindən keçirilərək ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməsi faktını sübut etməyə çalı şmışdır.

96. Eyni zamanda cavabdeh MMC iddiaçı Şirkətin tələblərinə etiraz edərək, tərəflər arasında əvvəlki dövrlərdə işküzar münasibətlərin mövcud olmasını inkar etməsə də, məhz, yuxarıda qeyd edilən texnikaların göndərilməsi ilə bağlı iddiaçı Şirkətlə hər hansı əməliyyatda kontragent qismində iştirak etmədiyini, sözügedən texnikaların yalnız başqa bir şirkət, yəni “xxxx LLC” Şirkətindən aldığını sübut etməyə çalışmışdır.

97. Hazırki işə baxan 1-ci instansiya məhkəməsi iddiaçı Şirkətin iddia tələblərini əsas borc hissəsində təmin edərək, qətnaməsində iddiaçı Şirkət tərəfindən məhkəməyə təqdim olunan sənədlərin biri-biri ilə uyğunluq təşkil etməklə yanaşı, cavabdeh MMC ilə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində biri-birini tamamladığı nəticəsinə gəlmişdir.

98. Hazırki işə 1-ci dəfə baxan apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, iddiaçı Şirkətin təqdim etdiyi “Proforma-İnvoys” sənədlərinin lazımi qaydada təsdiq olunmamış kserosurətlər olduğuna istinad etmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, təqdim olunmuş həmin sənədlərdən göründüyü kimi, notariat idarəsi “Proforma-İnvoys”ların kserosurətlərinin bu sənədlərin əsilləri ilə düzgünlüyünü deyil, “Proforma-İnvoys”ların əsli ilə düzgün olduğuna dair xx.xx.2018-ci il tarixli “xxxx” adlı sənəddə imzanın iddiaçı Şirkətin prezidentinin imzasının düzgünlüyünü təsdiq etmişdir.

99. Eyni rəyi öz qətnaməsində hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir. Həmin məhkəmə be lə nəticəyə gəlmişdir ki, iddiaçı Şirkətin təqdim etdiyi “Proforma-İnvoys” sənədləri özü-özlüyündə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi olmasını şübhə altına alır.

100. Lakin hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdeh MMCnin məhkəməyə təqdim etdiyi, mübahisə predmeti olan texnikaların bu MMC tərəfindən “xxxx LLC” Şirkətindən alınması faktını təsdiq edən xx.xx.2013 və xx.xx.2013-cü il tarixli müqavilələri, habelə həmin müqavilələrlə bağlı olan ödəniş və gömrük sənədlərini, bu sənədlər lazımi qaydada təsdiq olunmamış kserosurətlər olmasına baxmayaraq (bax İİ c., i.v. 65-121), onları, cavabdeh MMC tərəfindən sözügedən texnikaların iddiaçı Şirkətdən deyil, yalnız Gürcüstanın hüquqi şəxsi olan “xxxx LLC” Şirkətindən alındığını təsdiq edən mötəbər sübut növləri kimi qəbul etmişdir.

101. Halbuki, apellyasiya instansiyası məhkəməsinin bu qərarı həm onun öz qətnaməsinin məntiqinə, həm də prosessual qanunvericiyliyə ziddir (bax hazırki qərarın 84-88-ci bəndlərinə).

102. Ümumiyyətlə, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı Şirkətin istinad etdiyi “Proforma-İnvoys”ları və digər sənədləri hazırki işə 1-ci dəfə baxan kassasiya instansiyası məhkəməsinin qərarında göstərilənlərə uyğun olaraq tərəflər arasında bağlana biləcək müqavilənin formaları kimi tanımışdır.

103. Belə ki, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə hə min növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

104. Həmin Məcəllənin 406.2-ci maddəsinə müvafiq olaraq, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

105. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

106. Apellyasiya instansiyası məhkəməsi müvafiq araşdırma aparmaqla, sadəcə, iddiaçı Şirkət tərəfindən təqdim edilmiş sənədlərin prosessual hüquq normaların tələblərinə cavab verməməsi səbəbinən onları tərəflər arasında göndərmə müqavilənin bağlanmasını təsdiq edən mötəbər sübut növləri kimi qəbul etməmişdir. Eyni zamanda həmin məhkəmə tərəfindən cavabdeh MMC ilə Gürcüstanın hüquqi şəxsi olan “xxxx LLC” Şirkəti arasında mübahisə predmeti olan texnikaların göndərilməsi haqqında müvafiq müqavilələrin bağlanmasını təsdiq edən digər sənədlərin mötəbər sübut növləri kimi qəbul edilməsi də uğurlu olmamışdır.

107. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş və işin düzgün həlli üçün vacib olan bir neçə məcburi göstərişlərini heç bir ciddi araşdırma aparmadan bəsit formada cavablandırmışdır.

108. Belə ki, Ali Məhkə mə qərarında, işin materiallarında olan bəzi sənədlərdə, o cümlədən gömrük (xxxx) sənədlərində iddiaçı Şirkət və cavabdeh MMC ilə yanaşı “xxxx LLC” Şirkətinin də adının göstərilməsi ilə əlaqədar onların bu işdə rollarının müəyyən edilməsinin vacibliyini qeyd etmişdir. Ali Məhkəmənin qərarı əsasən işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi ixracatçının (mülkiyyətçinin) iddiaçı Şirkət olduğu halda, özgə əmlakı barədə alqı-satqı müqaviləsinin “xxxx LLC” Şirkəti ilə bağlanmasının səhəblərini(buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi.

109. Belə ki, cavabdeh MMC-nin etiraz ərizəsində istinad etdiyi “Hesab-faktura” sənədlərində “xxxx LLC” şirkətinin “satıcı” qismində göstərilməsi özü-özlüyündə həmin şirkətə ixrac oluna n əmlaka münasibətdə mülkiyyətçi hüququ vermir. Belə olan halda (xüsusən də, məhz iddiaçı Şirkətin göndərdiyi texnikaların cavabdeh MMC tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin etiraz ərizəsində əsas sübut kimi əsaslandığı, bu MMC ilə “xxxx LLC” şirkəti arasında, Azərbaycan Respublikasının ərazisində (Bakı şəhərində) bağlanmış alğı-satqı müqavilələrinin (ən azından, sübutetmə vasitəsikimi mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin imperativ normalarının (hazırkı halda, 337.3 və 340.1 -ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də(sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı Şirkət həmin əq din formal olaraq bağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

110. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Ali Məhkəmənin bu məcburi göstərişi araşdırma aparılmadan anlaşılmaz formada belə cavablandırılır ki, “xxxx" LLC Şirkəti ilə cavabdeh MMC arasında əlaqə olmayıb (belə çıxır ki, texnikalarla bağlı əməkdaşlıq “xxxx" LLC Şirkəti ilə olmamışdır).

111. Bundan əlavə, Ali Məhkəmənin digər məcburi göstərişi də icrasız qalmışdır.

112. Belə ki, Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, cavabdeh MMC apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Şirkətlə “xxxx LLC” şirkəti arasında işgüzar münasibət lər, konkret olaraq broker müqaviləsi üzrə mülki münasibətlərolmuşdur (bax: İİİ cild, iş v.32).

113. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 787.1-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində xxxxyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.

114. Həmin Məcəllənin 777.1-ci maddəsinə müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

115. Həmin Məcəllənin 433-cü maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız ş əxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

116. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, broker vasitəçilik xidmətini məhz “xxxxyə” göstərir. Buradan, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini yoxlamalı, “xxxx LLC” şirkətinə münasibətdə “xxxx”nin iddiaçı Şirkət, yoxsa cavabdeh MMC olduğunu müəyyən etməli idi.

117. Yuxanda qeyd edildiyi kimi, cavabdeh MMC-nin istinad etdiyi alqı-satqı müqavilələrində “xxxx LLC” şirkətinin iddiaçı şirkətin adından və onun tapşırığı ilə hərəkət etdiyinə da ir məlumat yoxdur. Eyni ilə, işin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “xxxx”ında da cavabdeh MMC münasibətdə xarici tərəfdaş kimi “xxxx LLC” şirkəti deyil, iddiaçı Şirkət göstərilmişdir.

118. Ali Məhkəmənin məcburi göstərişlərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərini Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymətləndirməli idi. Lakin apelyasiya məhkəməsi qeyd edilənlərə hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarının səhv tətbiq edilməsinə gətirib çıxarmışdır (bax hazırki qərarın 88-89-cu bəndlərinə).

119. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı Şirk ətin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

120. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 22(103)-63/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar