Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-237/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı borcun silinməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, cavabdeh “xxxx” ASC-in vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh “xxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-2(103)-84/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılm ışdır. İ. İŞİN HALLARİ 1. “xxxx” ASC-in (bundan sonra-ASC) əməkdaşları tərəfindən İddiaçı (bundan sonraİddiaçı) sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında (abunə kodu 02/3-5015) elektrik enerjisinin uçotu və “Elektrik Enejisindən İstifadə Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmış və bu zaman sayğac uçot komplektinə baxış keçirilməsi zamanı güc transformatorunun 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması müəyyən olunaraq bu barədə 2020-ci il 15 may tarixli NDQ seriyalı 007322 saylı akt tərtib edilmişdir.
2. Daha sonra, həmin sayğac 2020-ci il 18 may tarixli 197152 saylı aktla yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmiş və laborator müayinənin nəticələrinə dair tərtib olu nmuş 2020-ci il 19 may tarixli 187813 saylı protokolla sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü barədə rəy verilmişdir.
3. Qeyd edilən akt əsasında cavabdehin akt komissiyasının 2020-ci il 1 iyun tarixli icra vərəqinə əsasən itirilmiş elektrik enerjisinə görə istehlakçıya 327 gün üçün (198 kvt x (0,7) x 14 saat x 327 gün) – 226920 kvts = 407591 kvts əlavə sərfiyyat (36.683,19 manat əlavə ödəniş) hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh ASC-ə qarşı iddiaçıya hesablanmış 36.683,19 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
5. İddia tələbi on unla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən daş karxanasında ötən illər ərzində istehlak olunan elektrik enerjisinə görə ödənişlərin miqdarı sayğac göstəriciləri üzrə aylıq 3.000 manat civarında olmuşdur. 2020-ci ilin may ayının əvvəllərində cavabdehin əməkdaşları iddiaçının işlətdiyi daş karxanasına gələrək sayğacın istehlak edilən elektrik enerjisini az yazdığını bildirərək, mövcud elektrik sayğacını sökərək həmin sayğacın yerinə yeni sayğac quraşdırmış, sökülmüş sayğacı isə laboaratoriyada yoxlamağa aparmışlar. Quraşdırılmış yeni sayğacın sərfiyyat göstəricisi 2020-ci ilin may ayı üzrə 2.000 manat civarında, yəni əvvəlki dövrlərin müvafiq ayları üzrə müqayisədə 1.000 manat daha az sərfiyyat göstəricisi qeydə alınmışdır. Cavabdehin əməkdaşları t ərəfindən iddiaçının iştirakı olmadan keçirilən laboratoriya analizlərinin nəticəsində guya ki, sökülmüş əvvəlki sayğacın içərisindən maqnit aşkarlandığı qeyd edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na (bundan sonra Qaydalar) istinadən itirilmiş elektrik enerjisinin əvəzi kimi iddiaçıya 36.683,19 manat həcmində olduqca böyük bir məbləğdə borc yazılmışdır. Hesab olunur ki, cavabdehin qeyd etdiyi pozuntuların aşkarlanmasına dair yoxlamaları və yüksək məbləğdə cərimə tətbiq etməsi tam qanunsuzdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” Azərbaycan Respublikası Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların mara qlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun), Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması aydası haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə), Qaydaların tələbləri nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-2(113)-1702/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, ASC tərəfindən İddiaçı abonent hesabına işlənmiş 36.683,19 manat məbləğində borcun silinməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ASC-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur (hakim Z.Pirverdiyev).
7. Bununla əlaqədar əsaslandırma o ndan ibarət olmuşdur ki, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib olunmuş aktda sayğacda olan nöqsanlar qeyd olunmamış, həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir.
8. Məhkəmə bu qənaətini Qaydaların 7.6, 8.33, 9.1, 9.10-cu bəndlərinə, Qanunun 3.2, 31.2, 31.2.3-cü ma ddələrinə, Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 80, 119.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-2(103)-84/2021 saylı qətnaməsi ilə cavabdeh ASC-in apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-2(113)1702/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – C.Yusifov, hakimlər – V.Baxışova və R.Qurbanov).
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində Qaydalara riayət olunma vəziyyətini yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və Qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasına dair tərtib olunmuş 2020- ci il 15 may tarixli akt və protokol və həmin sənədlər əsasında cavabdehin akt komissiyasının icra vərəqi ilə iddiaçıya 36.683,19 manat məbləğində hesablanmış əlavə sərfiyyatla nəticələnən yoxlamanın hüquqi qüvvəsi ola bilməz, etibarsızdır. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin yoxlamanın Vahid məlumat reyestrinə alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin mübahisələndirilən akta və protokola əsaslanaraq iddiaçıya məxsus yoxlanılan sayğacın 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması və sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə, xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü ilə bağlı dəlillərinə gəldikdə isə, birincisi, sayğac aşkar edilən həmin nöqsanların məhz iddiaçının təqsiri üzündən yaranması mötəbər sübutlarla öz təsdiqini tapmır. İkincisi, iddiaçının Abunə haqqında məlumat vərəqinə əsasən müəyyən olunur ki, köhnə sayğac yenisi ilə əvəz olunduqdan sonra elektrik enerjisi sərfiyyatı daha da azalmışdır. Bütün bu faktlar isə iddiaçının hüquqazidd hərəkətlərini təkzib etməklə, cavabdeh tərəfindən ona hesablanmış əlavə sərfiyyatın əsassız olduğunu göstərir.
12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.11096.2-ci maddələrinə, Qaydaların 8.34-cü bəndinə, Qanunun 1.1.1, 3.2, 13.1-13.4-cü maddələrinə, Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh ASC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və Qaydalara riayət olunması vəziyyətini yoxlamışdır.
15. Məhkəmə hazırki iş üzrə mübahisəyə Qayda!arın 8.17-ci bəndini tətbiq etməli olduğu halda əsassız olaraq tətbiq etməmişdir.
16. Həmin bəndə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s ) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda eneriitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması, və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır.
17. İşin faktiki hallarına görə cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş 2020-ci il 15 may tarixli NDQ seriyalı 007322 saylı akta əsasən iddiaçıya məxsus daş karxanasında elektrik enerjisinin uçotu və Qaydalara riayət olunması vəziyyətinin yoxlanılması zamanı sayğac uçot komplektinə baxış ke çirilərkən güc transformatorunun 0,4 kV-luq tərəfinin "A" fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən sayğac 2020-ci il 18 may tarixli 197152 saylı aktla yeni sayğacla əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. "Sayğacların və cərəyan transformatorlarının yoxlanışı üzrə” 2020-ci il 19 may tarixli 187813 saylı protokola əsasən sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü barədə rəy verilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin Akt komissiyasının 2020-ci il 1 iyun tarixli icra vərəqəsinə əsasən istehlakçı ilə 327 gün müddətinə yenidən hesablaşma aparı laraq, itirilmiş elektrik enerjisinə görə (198 kvt x (0,7) x 14 saat x 327 gün) - 226920 kvts = 407591 kvts əlavə sərfiyyat (36.683,19 manat əlavə ödəniş) hesablanmışdır.
18. Aktda göstərilən hallar Qaydaların 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından ikisini - hesablaşma uçot cihazlarının zədələnməsi və qoşulma sxemlərinin pozulması hallarını ifadə etmişdir.
19. Sözügedən pozuntu halları sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair laborator müayinə protokolu ilə öz təsdiqini tapmışdır.
20. Belə olan halda, məhkəmə mübahisəyə Qaydaların 8.17-ci bəndini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş va bununla maddi hüquq normalarının pozuntusuna yol vermişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qar şı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-2(103)-84/2021 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
22. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
1. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
2. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
3. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən İstifadə Qaydaları” 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistem lərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mül ahizələr akta əlavə olunur. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə t əqdim etməlidirlər 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq sahəsində a parılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU Maddə
3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə
31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;...”. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN FƏRMANİ 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araş dırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı q üvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin f aktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
25. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
26. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarınını pozulması ilə çıxarılması ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.
27. Belə ki, iş mater iallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında (abunə kodu 02/3-5015) elektrik enerjisinin uçotu və “Elektrik Enejisindən İstifadə Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmış və bu zaman sayğac uçot komplektinə baxış keçirilməsi zamanı güc transformatorunun 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması müəyyən edilərək bu barədə 15.05.2020-ci il tarixli NDQ seriyalı 007322 saylı akt tərtib edilmişdir.
28. Daha sonra, həmin sayğac 18.05.2020-ci il tarixli 197152 saylı aktla yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmiş və laborator müəayinənin nəticələrinə dair tərtib olunmuş 19.05.2020-ci il tarixli 187813 saylı protokolla sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü barədə rəy verilmişdir.
29. Həmçinin qeyd edilən akt əsasında cavabdehin akt komissiyasının 01.06.2020-ci il tarixli icra vərəqinə əsasən itirilmiş elektrik enerjisinə görə istehlakçıya 327 gün üçün (198 kvt x (0,7) x 14 saat x 327 gün) – 226920 kvts = 407591 kvts əlavə sərfiyyat (36.683,19 manat əlavə ödəniş) hesablanmışdır.
30. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan Qaydalara riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri pozulmuşdur.
31. Belə ki, Qanunun tələbinə görə sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıc ı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq f əaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
33. Eyni zamanda, cavabdeh kassasiya şikayətində enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu Qaydaların qüvvədə olan 8.34-cü bəndinə əsasən: enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.”
34. Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində Qaydalara riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirmək hüququna malik ola bilərdi.
35. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin h əmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırılmadan yoxlama aparmışdır.
36. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və Qaydalara riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş 15.05.2020-ci il tarixli akt və protokol və həmin sənədlər əsasında cavabdehin akt komissiyasının icra vərəqi ilə iddiaçıya 36 683,19 manat məbləğində hesablanmış əlavə sərfiyyatla nəticələnin yoxlamanın hüquqi qüvvəsi olmamaqla, etibarsızdır.
37. Həmçinin cavabdehin kassasiya şikayətinin mübahisəlndirilən akta və protokola əsasəlanaraq iddiaçıya məxsus yoxlanılan sayğacın 0,4 kV-luq tərəfinin “A” fazasının gərginlik çubuğunun üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsinin açılması və sayğacın daxilində hesablanma blokunu qidalandıran naqilin kəsilərək xüsusi lentlə sarınması, nəticədə, xüsusi qurğu vasitəsilə hesabatı saxlamağın mümkünlüyü ilə bağlı dəlillərinə gəldikdə isə, birincisi, sayğac aşkar edilən həmin nöqsanların məhz iddiaçının təqsiri üzündən yaranması mötəbər sübutlarla öz təsdiqnini tapmamışdır. İkincisi, iddiaçının Abunə haqqında məlumat vərəqinə əsasən müəyyən olunur ki, köhnə sayğac yenisi ilə əvəz olunduqdan sonra elektrik enerjisi sərfiyyatı daha da azalmışdır. Bütün bu faktlar isə iddiaçının hüquqazidd hərəkətlərini təkzib etməklə, cavabdeh tərəfindən ona hesablanmış əlavə sərfiyyatın əsassız olduğunu göstərir.
38. Qanunun tələbinə görə şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkre t ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə onda mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz.
39. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində elektrik enerjisi uçotu və Qaydalara riyayət olunması vaziyyətinin yoxlanılması - birincisi, hüquqa zidd həyata keçirilməsi, ikincisi isə sayğacda aşkar edilən nöqsanların yaranmasındda iddiaçının təqsirinin sübuta yetirilməməsi əsas verir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
40. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2- 2(103)-84/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
41. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-2(103)-84/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.