Məhkəmə qərarları › İş №2-2(102)-237/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-237/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-237/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmet inə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 dekabr tarixli, 2-2(104)-234/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Kəpəz filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. 2. 2015-ci il 26 avqust tarixli 494 saylı ipoteka müqaviləsindən görünür ki, 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəp əz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsi banka ipotekaya qoyulmuşdur.

3. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin G140/ZB/22 nömrəli, 2022-ci il 28 iyun tarixli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 75.000 manat, likvid dəyəri 70.000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir.

4. İddiaçı ASC tərəfindən təqdim edilmiş 2021-ci il 18 iyun tarixli, **********319 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqavi ləsi üzrə əsas borc 14.499 manat 03 qəpik, faiz borcu 2.564 manat 87 qəpik, cərimə 882 manat 08 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 2.044 manat 17 qəpik, cəmi kredit borcu 19.990 manat 15 qəpik təşkil edir.

5. İş materiallarında olan İddiaçı ASC tərəfindən borcalan Cavabdeh2 ünvanlanmış 2021-ci il 24 avqust tarixli, **********4555 saylı məktubla mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmişdir.

6. İş materiallarında olan Tovuz şəhərində fəaliyyət göstərən mediator Elşad Rəhimov tərəfindən verilmiş 2021-ci il 1 noyabr tarixli, MŞİH-05522 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, borcalan Cavabdeh2 media siya sessiyasında iştirak etməmiş, arayış İddiaçı ASC tərəfindən 2022-ci il 17 fevral tarixdə qəbul edilmişdir.

7. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin müddəti 2018-ci il 24 avqust tarixdə başa çatmış, həmin tarix qeyd edilən müqavilə üzrə tərəflərin üzərlərinə götürdükləri öhdəliyin icrası müddətinin bitdiyi tarixdir və həmin müddət qeyd edilən günün başa çatdığı vaxt, yəni saat 00:00-da qurtarmış hesab edilir.

8. İş materiallarında olan hesabdan çıxarışdan həmçinin müəyyən olunur ki, kredit müqaviləsinin bitdiyi 2018-ci il 24 avqust tarixdən sonra, borclu tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrası ilə bağlı heç bir hərəkət, yəni ödəniş edi lməmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat b)

9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.499 manat 03 qəpik əsas, 2.564 manat 87 qəpik faiz, 882 manat 08 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.044 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 19.990 manat 15 qəpik kredit borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödə nilmiş 200 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2015-ci il 27 avqust tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh1 arasında 2015-ci il 26 avqust tarixli 494 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə b ankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********412 saylı 2021-ci il 22 iyun tarixli və **********466 saylı 2021-ci il 24 iyun tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 2021-ci il 27 may tarixə cəmi borcu 19.990 manat 15 qəpik təşkil edir. Bundan 14.499 manat 03 qəpik əsas, 2.564 manat 87 qəpik faiz, 882 manat 08 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.044 manat 17 qəpik faiz borcu təşkil edir. Tərəflərindən cavabdehə 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Təklifə cavab verilmədiyi üçün tərəflərindən mediasiya şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün cavabdehlərə müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. Tərəflərindən ilkin mediasiya sessiyasında iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Həmçinin cavabdehlərə qarşı iddia ərizəsi ilə 2022-ci il 18 fevral tarixdə Gəncə Kommersiya Məhk əməsinə müraciət olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)432/2022 saylı, 2022-ci il 21 fevral tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 445.3, 448.1, 739.1, 427.3, 445.7, 470.1, 472.2, 474.2, 465, 449.1, 449.4-cü maddələrinə, X2 36.5, 3.4cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

13. Cavabdeh1 məhkəməyə elektron qaydada iddia müddətinin tətbiqi barədə ərizə göndərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)445/2022 saylı mülki iş üzrə iddiaçı iddia irəli sürərkən iddia müddətini ötürmüşdür. Buna görə də iddia müddətini tətb iq edərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi X4 iddia müddətinin ötürülməmiş hesab olunmasına dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2-2(115)-445/2022 saylı iş üzrə cavabdehlərdən ipoteka qoyan Cavabdeh1 aid hissədə iddia müddəti ötürülməmişdir. İş materiallarında iddia ərizəsinə əlavə edilmiş 2015-ci il 26 avqust tarixli 494 saylı ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi notarial qaydada razılaşdırılmışdır. Belə ki, iddia bir neçə cavabdehə qarşı qaldırıldıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıq da həll edilməlidir. Aşağıda qeyd edilənlərə əsasən Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi rədd edilməlidir. İş üzrə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğundan, 2015-ci il 26 avqust tarixli, 494 saylı ipoteka müqaviləsi 2018-ci il 24 avqust tarixinədək bağlandığından, iddiaçının mövcud iddia ərizəsi isə 2022-ci il 15 avqust tarixdə məhkəməyə verildiyindən cavabdeh (ipoteka qoyan) Cavabdeh1 münasibətdə iddia müddəti ötürülməmişdir. İddia müddətinin tətbiqi iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsindən əmələ gələn mübahisə üzrə iddia tələbinə münasibətdə tətbiq edilə bilməz. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə cavabdeh ipoteka qoyan Cavabdeh1 ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi y olverilməzdir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 23 sentyabr tarixli, e-2-2(115)445/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir (sədrlik edən hakim R.Məmmədov).

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti 2022-ci il 17 fevral tarixdə başa çatdıqdan sonra iddia ərizəsi ilə 2022-ci il 25 fevral tarixdə məhkəməyə müraciət etmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə elektron müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiy indən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçı iddia müddətinin sonuncu günündə, yəni 2021-ci il 24 avqust tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehlərə göndərmiş və bununla da iddia müddətinin axımı dayanmışdır. 2021-ci il 1 noyabr tarixli MŞİH-05522 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin arayış 2022-ci il 17 fevral tarixində Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən arayışın tərəflərə təqdim olunduğu andan iddia müddətinin axımı bərpa olunduğundan iddia müddətinin sonuncu günü 2022-ci il 17 fevral hesab olunma lıdır. İddiaçı tərəf isə 2022-ci il 18 fevral tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-432/2022 saylı, 2022-ci il 21 fevral tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. İddiaçı 2022-ci il 25 fevral tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Bundan başqa məhkəmə iddiaçının etiraz ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, həm kreditor (iddiaçı), həm borc alan (cavabdeh), həm də ipoteka qoyan (digər cavabdeh) eyni münasibətlərin iştirakçılarıdırlar. Ona görə də əsas borca şamil olunan iddia müddətinin keçməsi əlavə öhdəliyə də şamil edilməlidir. Belə olan halda ipoteka qoyanın da əsas tələb üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar ər izə vermək hüququ olduğundan iddia müddəti keçdiyi təqdirdə həmin ərizə nəzərə alınmalıdır.

20. Məhkəmə bu qənaətini MM-in 372.1, 373.2, 376, 377.2, 378, 375.2, 379.4-1, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 35.2, 32.4.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 dekabr tarixli, 2-2(104)-234/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəmə sinin 2022-ci il 23 sentyabr tarixli, e-2-2(115)-445/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, 2015-ci il 24 avqust tarixli 502 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 14.499,03 manat məbləğində əsas borc, 2.564,87 manat məbləğində faiz borcu, 882,08 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanmış 2044,17 manat faiz borcu olmaqla, cəmi 19.990,15 manat məbləğində pul, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumunun t utularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ilkin satış (likvid) qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə həmin qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra Cavabdeh1 qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması qət edilmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər - R.Mame dov, Ş.Rzaquliyev).

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımının başlanması, onun axımının dayanması və yenidən hesablanması vaxtlarını düzgün müəyyən etməmiş, son nəticədə iddia verildiyi tarixdə iddia müddətinin ötürülübötürülməməsinə düzgün hüquqi qiymət verməmiş və cavabdehin ərizəsinə əsasən iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddia müddətinin başa çatdığı vaxta bir gün qalmış, yəni 2021-ci il 24 avqust tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə göndərildiyindən, iddia müddətinin axımı həmin tarixdə dayanmı ş, 2021-ci il 1 noyabr tarixli MŞİH-05522 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış 2022-ci il 17 fevral tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edildiyindən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin vaxtdan iddia müddətinin axımı bərpa olunmuşdur. Belə olan halda iddia müddətinin sonuncu günü 2022-ci il 18 fevral hesab olunmalıdır. İddiaçı tərəf də məhz 2022-ci il 18 fevral tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin və ona əlavə edilən sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmədiyindən Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-432/2022 saylı, 2022-ci il 21 fevral tarixli qərardadı ilə geri qaytarılması qərara alınsa da, iddiaçı həmin qərar qüvvəyə mindiyi tarixədək, yəni 2022-ci il 25 fevral tarixdə məhkəməyə yenidən iddia ərizəsi təqdim etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti daxilində verilmiş, iddia müddəti ötürülməmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin axımının başlanması, onun axımının dayanması və yenidən hesablanması vaxtlarının müəyyən edilməsində səhvə yol verilmiş, son nəticədə məhkəmə düzgün olmayaraq iddia verildiyi tarixdə iddia müddətinin ötürülməsi qənaətinə gəlmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 369.1, 369.6, 371.1, 372.1, 372.2, 373.2, 374.2, 375.1, 375.2, 376, 377.2, 378, 379.4-1-ci maddələrinə, “Mediasiya haqqı nda“ Azərbaycan Respublikası Qanununun 21.5, 21.6, 35.1, 35.2, 32.4.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 7 yanvar tarixində rəsmi qaydada çatdırılmışdır.

28. Cavabdeh1 2023-cü il 9 mart tarixində kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

29. MPM-in 372.1, 372.7, 97.1.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı mediasiya pros esinin tətbiqi barədə Cavabdeh2 təklifi 2021-ci il 24 avqust tarixdə göndərmiş və Cavabdeh2 qeydiyyat ünvanı Şəmkir rayon Muxtariyyət kəndi, digər Cavabdeh1 qeydiyyat ünvanı isə ünvan 3i Gəncə şəhərində yerləşməsinə və yalnız Cavabdeh2 mediasiya prosesinin tətbiqi barədə təklifin göndərilməsindən təxminən 3 aya yaxın müddət keçməsinə baxmayaraq, Tovuz şəhərində fəaliyyət göstərən mediator tərəfindən 2021-ci il 1 noyabr tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə 2022-ci il 18 fevral tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsi nəzərə alınmamışdır. Halbuki, id dia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

31. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqinə dair ərizəni qəbul etmədikdən sonra, birinci instansiya məhkəməsi kimi iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını və "xxxx" MMC tərəfindən verilmiş rəyi sübut kimi qəbul edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iş üzrə ədalətli qərar qəbul etmək üçün iş üzrə ekspertiza təyin edilməsi barədə qərardad qəbul edə bilərdi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı i ddia müddətinin başa çatdığı vaxta bir gün qalmış, yəni 2021-ci il 24 avqust tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərdiyinə görə iddia müddətinin axımı həmin tarixdə dayanmış, 2021-ci il 1 noyabr tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış 2022-ci il 17 fevral tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edildiyindən, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həmin vaxtdan iddia müddətinin axımı bərpa olunmuşdur. Belə olan halda iddia müddətinin sonuncu günü 2022-ci il 18 fevral hesab olunmalıdır. İddiaçı da 2022-ci il 18 fevral tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin və ona əlavə edilən sənədlərin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vas itəsilə verilmədiyindən Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)432/2022 saylı, 2022-ci il 21 fevral tarixli qərardadı ilə geri qaytarılması qərara alınsa da, iddiaçı həmin qərar qüvvəyə mindiyi tarixədək, yəni 2022-ci il 25 fevral tarixdə məhkəməyə yenidən iddia ərizəsi təqdim etmişdir. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti daxilində verilmiş, iddia müddəti ötürülməmişdir.

33. Bundan başqa cavabdehlər tərəfindən verilən kassasiya şikayətində bir sıra prosessual hüquq normalarının apellyasiya instansiyası tərəfindən pozulması qeyd olunmuşdur. Lakin qeyd olunan dəlillərin mahiyyətini cavabdehlər tərəfindən qeyd olunan formal xarakterli mülahizələr təşkil edir.

34. İş materiallarında olan sübutlardan və qanunvericiliyin tə ləbindən aydın görünür ki, cavabdehin kassasiya şikayətində vurğuladığı məsələlər tamamilə əsassızdır. Belə ki, hazırkı halda yuxarıda qeyd edilən halların pozulmasını sübut edən hər hansı bir sübut yoxdur və belə bir sübut və ya dəlil cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyasında işə baxılarkən təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı ma ddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

369. Müddətin qurtardığını bildirən vaxt 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və gün ündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.... 369.6. Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır....” “Maddə

371. Müddətin sonuncu günündə hərəkətlərin yerinə yetirilməsi qaydası 371.1. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər h ansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi... 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiy i ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

379. İddia müddəti axımının dayandırılması... 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən da vam edir....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə ba ğlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” 39. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar... 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22. 1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir....” “Maddə

32. Mediasiya prosesinə xitam verilməsi... 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə

34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur....”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 dekabr tarixli, 22(104)-234/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

42. İddia müddətinin axımının başlanması, dayandırılması və kəsilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi ona istinad etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin başa çatdığı vaxta bir gün qalmış, yəni 2021-ci il 24 avqust tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə göndərildiyindən, iddia müddətinin axımı həmin tarixdə dayanmış, 2021-ci il 1 noyabr tarixli MŞİH-05522 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış 2022-ci il 17 fevral tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edildiyindən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin vaxtdan iddia müddətinin axımı bərpa olunmuşdur. Belə olan halda iddia müddətinin sonuncu günü 2022-ci il 18 fevral hesab olunmalıdır. İddiaçı tərəf də məhz 2022-ci il 18 fevral tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin və ona əlavə edilən sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron ka binet vasitəsi ilə verilmədiyindən Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-432/2022 saylı, 2022-ci il 21 fevral tarixli qərardadı ilə geri qaytarılması qərara alınsa da, iddiaçı həmin qərar qüvvəyə mindiyi tarixədək, yəni 2022-ci il 25 fevral tarixdə məhkəməyə yenidən iddia ərizəsi təqdim etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti daxilində verilmiş, iddia müddəti ötürülməmişdir.

43. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normaların pozulması ilə gəldiyi bu nəticəni qanunsuz və əsassız hesab edir.

44. Belə ki, işin faktiki hallarına görə iddiaçı iddia müddətinin sonuncu günündə, yəni 2021-ci il 24 avqust tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehlərə göndərmiş və bununla da iddia müddətinin axımı dayanmışdır. 2021-ci il 1 noyabr tarixli MŞİH-05522 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin arayış 2022-ci il 17 fevral tarixində Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmişdir. İddiaçı tərəf 2022-ci il 18 fevral tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin Gəncə Kommersiya Məhkəməsinin e-22(115)-432/2022 saylı, 2022-ci il 21 fevral tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. İddiaçı 2022-ci il 25 fevral tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

45. Nəzərə alınmalıdır ki, iddia müddətinin axımının kəsilməsindən bəhs edən MM-in 380.1-ci maddəsi iddia müddətinin axımının kəsilməsini müəyyənləşdirilmi ş qaydada iddia irəli sürülməsi ilə şərtləndirmişdir. MPM-in 10-1.3-cü maddəsinin tələbinə görə isə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 152.1.10-cu maddəsinin tələbinə görə isə kommersiya mübahisələri üzrə iddia ərizəsi Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarılır.

46. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin sonuncu günündə MPM-in 10-1.3-cü maddəsi ilə müəyyənləşdiril miş qaydaya riayət edilmədən irəli sürülmüş iddianı, iddia müddəti daxilində verilmiş iddia kimi qiymətləndirməklə, iddia müddətinin axımının hesablanmasında səhvə yol vermiş, bununla da MM-in 380.1-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydaya riayət edilmədən irəli sürülmüş iddia tələbi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış, iddia ərizəsinin geri qaytarılması haqqında məhkəmə qərardadı qanuni qüvvəyə minmədən yenidən iddia irəli sürülməsi də bu nəticəni dəyişdirmir.

47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, Gəncə A pellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 dekabr tarixli, 2-2(104)-234/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

49. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 dekabr tarixli, 2-2(104)-234/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar