Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-237/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi və icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1142/2024 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara görə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 224,9 m2 olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətlərindədir.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən idarələrarası texniki komissiyasının 2022-ci il 8 iyul tarixli 97 nömrəli qəbul aktına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 268,2 m2 ölç ülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2022-ci il 13 iyul tarixli 204 nömrəli sərəncamına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 268,2 m2 hesab edilərək qeyri-yaşayış sahəsinə (bundan sonra – “qeyri-yaşayış sahəsi") keçirilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2022-ci il 5 dekabr tarixli çıxarışlara əsasən, qeyri-yaşarış binası İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindədir. Həmin çıxarışa görə, qeyri-yaşarış binasının yerləşdiyi 0,016710 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir.
5. İcarəyə verən qi smində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 2022-ci il 22 noyabr tarixli 4049 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi qeyri-yaşayış binasının yerləşdiyi 185,2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. - 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşı na dəyişdirə bilməz. - 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. - 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 5.184 manat; aylıq icarə haqqı 432 manat. - 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir. - 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır; - 4.2-ci bəndinə əsasən müqavilə üzrə icarə müddəti 2022-ci il 22 noyabr tarixindən 2024-cü il 22 noyabr tarixədək müəyyən edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı2 ünvanladığı 2023-cü il 27 fevral tarixli məktubuna görə, təqdim edilmiş sənədlərin ekspertizası zamanı müvafiq icra hakimiyyəti tərəfindən verilən torpaq ayrılması haqqında sərəncamın və ayrıc aktının olmaması müəyyən edilmişdir. Həmin sənədlər təqdim edildikdən sonra torpaq sahəsinin özəlləşdirmə məsələsinə baxıla bilər.
7. İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə pretenziya məktubu göndərilərək, müqaviləyə xitam verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı1 (bundan sonra – “İddiaçı1”), İddiaçı2 (bundan sonra – “İddiaçı2”) və İddiaçı3 (bundan sonra – “İddiaçı3”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçılar arasında 0,016710 ha torpaq sahəsinə dair bağlanmış 2022-ci il 22 noyabr tarixli 4049 nömrəli icarə müqaviləsinin (bundan sonra – “icarə müqaviləsi”) ləğv edilməsi və həmin müqaviləyə 2023-cü il 28 avqust tarixindən xitam verilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin göstərilən halları (bax §1-5) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçılar cavabdehin nümayəndəsinə inanaraq, mülkiyyətlə rində olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin özəlləşdirmək məqsədilə iş üzrə icarə müqaviləsini bağlamışlar. Göründüyü kimi, iddiaçılar icarə müqaviləsini məcburiyyət qarşısında qalaraq əhəmiyyətli vacib yanıltma təsiri altında imzalamışlar. Lakin icarə müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə və iddiaçılar torpaq sahəsini özəlləşdirməyə cəhd göstərmələrinə baxmayaraq, cavabdeh torpağı özəlləşdirməkdən imtina etmişdir. Bundan sonra iddiaçılara aydın olmuşdur ki, onlar yanılmış və bu yanılma nəticəsində əvəzli icarə müqaviləsi imzalamışlar. Çünki torpaq sahəsi üzərində artıq istifadə hüququ qeydə alınmış şəxlərlə və bu qeydiyyat qüvvədə ola-ola əlavə olaraq əvəzli olmaqla yanaşı, həm də istifadə hüququndan məhdud icarə hüququna dair icarə müqaviləsinin də b ağlanmasına zərurət olmamışdır. Cavabdeh dövlət orqanı olaraq öz üstün inhisarçı mövqeyindən çıxış edərək, həmin icarə müqaviləsinin bağlanmasına iddiaçıları məcbur etmişdir. İddiaçılar bu müqavilənin bağlanmasında aldadılmışlar. Bundan başqa, hazırda iddiaçılara məxsus qeyri-yaşayış sahəsi əvvəllər fərdi yaşayış evi olmuş və iddiaçıların paylı mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsi də iddiaçıların qanuni sahibliyində və istifadəsində olmuşdur.
10. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamə təsdiq edilmişdir. Cavabdeh həmin əsasnamən in 3, 11 və 12-ci bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin, X1 9.1-ci bəndinə istinad edərək iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçılar tərəfindən mübahisəli torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd və həmin torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən aidiyyəti dövlət orqanı tərəfindən verilmiş texniki pasport təqdim edildikdən sonra cavabdehin 2022-ci il 22 noyabr tarixli 208 nömrəli sərəncamı ilə mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və cavabdeh ilə iddiaçılar arasında bağlanmış icarə müqaviləsinə əsasən torpaq sahəsi iddi açıların icarəsinə verilmişdir. Hazırda iddiaçılar iddia tələbinin əsası kimi mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıların daimi istifadəsində olmasını, eyni zamanda icarə müqaviləsi bağlanan zaman cavabdeh tərəfindən həmin sahənin özəlləşdirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürülsə də, sonradan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçıların müraciətinə cavabdeh tərəfindən imtina verildiyi qeyd olunmuşdur. Bununla bağlı olaraq cavabdeh bildirmişdir ki, iddiaçılar tərəfindən qeyd olunan torpaq sahəsinin daimi istifadədə olması qeyd olunsa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi ist ifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçıların torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina verilməmiş, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi iddiaçıların hərəkətsizliyi nəticəsində baş tutmamışdır. Belə ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsələr də, sonradan iddia ərizəsini geri götürdüklərindən, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 7 dekabr tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. TM-nin 51-ci maddəsinin altıncı hissəsinə vǝ "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndinə əsaslanan cavabdeh qeyd etmişdir ki, iddiaçıların özlərinin şəxsi mülahi zələrinə əsaslanaraq hazırkı icarə müqaviləsini hər hansı şərtlə bağlanması səbəbindən icarə müqaviləsinə xitam verilməsi ilə bağlı iddia ərizəsində istinad olunan dəlillərin əsassızlığı hazırkı işin faktiki halları, tərəflər arasında bağlanmış müqavilənin şərtləri, həmçinin etirazda istinad edilən qanunvericilik aktları ilə təkzib olunduğundan hazırkı iddia ərizəsi əsassız hesab edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 351.3, 405.1 və 409.4-ci maddələrinə əsaslanaraq bildirilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə görə, tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə tərəflərin öhdəlikləri, icarə müqaviləsinə xitam verilməsi qaydası şərtləndirilmiş və iddiaçılar tərəfindən icarə müqaviləsi imzalanaraq müqavilə üzrə ödənişlər həyata keçirilmişdir. Qeyd edilən torpaq sahəsi cavabdehin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da cavabdehlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli e-2-2(113)2906/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
12. Məhkəmə qeyd etmişdir ki, müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması, o cümlədən müqavilənin aldadılma, məcbur edilmə, əhəmiyyətli vacib yanıltmanın təsiri altında bağlanması hallarının olması müəyyən edilməmişdir. Müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər sərbəst iradə ifadəsinin nəticəsi olaraq azad surətdə hazırkı müqaviləni bağlamış və müqavilənin məzmununu müəyyənləşdirmişlər. Müqavilə üzrə icarə müddəti bitməmiş, müqavilə müddəti 2024-cü il 22 noyabr tarixədək müəyyən edilmişdir. Eləcə də, icarə müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə qeyd olunmuşdur ki, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilməmiş, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi faktı öz təsdiqini tapmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni MM-in 337.1, 390.1, 390.5, 421.1, 421.2, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 423.1 və 423.2-ci maddələrinə, TM-nın 50.1, 50.2, 73.1 və 75.2-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanının 3-cü bəndinə, Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin 4, 11 və 12-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107, 115.0.6 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 4-cü il 13 dekabr tarixli 2-2(103)-1142/2024 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
16. Məhkəmə kollegiyası MM-in 421 və 422-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma mövcud deyildir. Bununla yanaşı tərəflərdən hər hansı birinin müqavilənin icrasından birtərəfli imtina etməsi imkanı MM-də və ya iş üzrə müqavilədə nəzərdə tutulmamışdır.
17. Digər əsaslara gəldikdə isə məhkəmə qeyd etmişdir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsi, eləcə də icarə müqaviləsinin məhkəmə qaydasında ləğv ed ilməsinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, eləcə də tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin icarəçinin tələbi ilə ləğv edilməsinin başqa əsasları nəzərdə tutulmamışdır.
18. İddiaçıların apellyasiya şikayətində istinad etdiyi mübahisəli icarə müqaviləsi üzrə uzun müddət ərzində icarə haqqını ödəməmələri, göstərilən halın müqavilənin ləğv edilməsi üçün əsas olması barədə dəlillərinə gəldikdə qeyd edilmişdir ki, MM-in 421.2-ci maddəsi tərəflərdən biri müqavilənin əhəmiyyətli dərəcədə pozduğu halda digər tərəfin müqaviləni ləğv etmək hüququnu təsbit edir. Odur ki, sözügedən norma müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş tərəfə həmin əsasla müqaviləni birtərəfli qaydada ləğv etmək hüquq u verən norma kimi şərh edilə bilməz. Əks yanaşma müqavilə hüququnun ümumi prinsipləri olan “vicdanlılıq”, “ağlabatanlıq” və “öhdəliklər icra edilməlidir” prinsipləri ilə ziddiyyət təşkil edir.
19. İddiaçıların müqavilənin ləğv edilməsinə əsas kimi istinad etdikləri müqavilə bağlanarkən aldadılması, müqavilənin yanılmanın təsiri altında bağlanması barədə istinad etdikləri dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən hallar öz təsdiqini tapsa belə müqavilənin ləğv edilməsi əsası qismində çıxış etmir.
20. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri saymışdır ki, hazırkı iddianın rədd edilməsi iddiaçıların gələcəkdə əsaslar olduğu təqdirdə mübahisəli icra müqaviləsinin etibarlılığını mübahisələndirmək hüququnu məhdudlaşdırmır.
21. Bundan əlavə kollegiya onu da qeyd etmişdir ki, icarə müqaviləsinin şərtlərə əsasən müqavilənin müddəti 2024-cü il 22 noyabr tarixində başa çatsa da, iddiaçılar tərəfindən müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin uzadılmaması barədə ərizə verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Əksinə İddiaçı2 məhkəmə iclasında verdiyi izahatda belə bir ərizənin verilmədiyini bildirmişdir.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normaları ilə eynilik təşkil etmişdir.
23. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 421.1, 421.2, 422.1, 422.2, 422. 3, 422.4, 423.1 və 423.2, 424.1, 424.2, 424.3, 424.4-cü maddələri, TM-nın 73.1, 75.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 16 iyun tarixli “TM-nin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin MM-in 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarı üzrə - iddiaçılar apellyasiya instansiyası məhkəməsinin mövqeyini (bax §18) əsassız hesab edərək işin hallarına (bax §1-5) isə əsaslanaraq qeyd etmişdilər ki, iddiaçılara məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyətçilərin istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılar mülkiyyətlərində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsini özəlləşdirmək istəmiş, bununla bağlı cavab dehə müraciət etmişlər. İddiaçıların müraciətinə cavab olaraq cavabdeh torpaq sahəsinin özəlləşdirilməsinə razı olduqlarını, lakin bundan əvvəl həmin torpaq sahəsinə dair cavabdeh və iddiaçılar arasında icarə müqaviləsinin bağlanmalı olduğunu bildirmiş və daha sonra iddiaçılar məcburiyyət qarşısında qalaraq icarə müqaviləsini bağlamışlar. Lakin icarə müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə və iddiaçılar torpaq sahəsini özəlləşdirməyə cəhd göstərmələrinə baxmayaraq, cavabdeh torpağı özəlləşdirməkdən imtina etmişdir. Halbuki, torpaq sahəsi üzərində artıq istifadə hüququ qeydə alınmış şəxslərlə və bu qeydiyyat qüvvədə ola-ola əlavə olaraq əvəzli olmaqla yanaşı, həm də istifadə hüququndan məhdud icarə hüququna dair icarə müqaviləsinin də bağlanmasına zərurət olmamışdır. İddiaçılar isə bu müqavilənin bağlanmasında aldadılmışlar. Bundan başqa, hazırda iddiaçılara məxsus qeyri-yaşayış sahəsi əvvəllər fərdi yaşayış evi olmuş və iddiaçıların paylı mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin altında həyətyanı torpaq sahələri və ətrafında yerləşən torpaq sahəsi də iddiaçıların qanuni sahibliyində və istifadəsində olmuşdur. Həmçinin qeyri-yaşayış statusu almış əmlak 2022-ci ilədək fərdi yaşayış evi kimi iddiaçıların mülkiyyətində olmuşdur. Hazırda icarə müqaviləsi bağlanmış torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin iddiaçıların mülkiyyətində olması onları həmin torpaq sahəsinə dair bütün hüquqlara, o cümlədən də mülkiyyət hüququna gözləntisi olan şəxs etmişdir. İddiaçıların “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun və “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin hüquqlarından istifadə etməmələri və hazırda fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi, həmin əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı onların hüquqlarını məhdudlaşdırmamalıdır.
25. Məhkəmə tərəfindən iddiaçılar ilə cavabdeh arasında 0,016710 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə 2023-cü il 28 avqust tarixindən xitam verilmiş hesab edilməsi iddia tələbinə ümumiyyətlə heç bir hüquqi qiymət verilməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləyə əsasən iddiaçıların icarə hüquqlarına, iddiaçıların icarəsinə verilmiş torpaq s ahəsinə dair müqavilənin ləğv edilərək xitam verilməsi barədə cavabdehə ünvanladığı ərizənin sonuncu tərəfindən alındığı tarixdən xitam verilmiş hesab olunmalıdır.
26. Apelyasiya instansiya məhkəməsi qətnaməsində yalnız müqavilənin ləğvinə münasibət bildirmiş, xitam hissəsinə isə heç bir münasibət bildirməmişdir. Bunlardan əlavə iddiaçılar bildirmişdilər ki, onlar torpaq sahəsindən istifadə və gəlir əldə etmillər, torpaqdan fayda götürmiyərək faydalanmamışdılar. Həmçinin iddiaçılar torpağa görə icarə haqqı ödəmillər, ona görə də müqavilə ləğv edilməli idi. Bakı Apelyasiya Məhkəməsi səhv hüquqi nəticəyə gəlmişdir. Halbuki, TM-nin maddələrində icarəçinin torpaq sahəsindən imtina hüququ nəzərdə tutulmuş və bu hüququn realizə edilməsi hər hansı müddətlə məhdudlaşdırılmamışdır.
27. MPM-in 14.1, 14.2, 14.3, 14.3.1, 14.4, 76.2, 77.1, 77.3, 107, 217.1, 217.2 və 217.3-cü maddələri üzrə - Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, icarə müqaviləsini, çıxarışı, torpaq ayrıc aktını, qəbul aktını, cavabdehə torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə iddiaçıların yazılı müraciətlərini Apelyasiya İnstansiya Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, düzgün araşdırma aparmamış və nəticə etibarı ilə səhv hüquqi nəticəyə gəlinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi ü çün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin r azılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əs as verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlm irsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
2. M üvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına;...” “Maddə
73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən t orpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sa həsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə....” “Maddə
75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları...
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir....” 33. “Torpaq ic arəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
22. İcarəçinin hüquqları İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; dövlət mülkiyyətind ə olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 34. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...
3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alı nmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər....”
35. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 4, 11 və 12...
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır....”
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunveri cilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. 12.Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssi sə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir
36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
39. Kassasiya şikayətində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün məhkəmə kollegiyası bu qənaətlə razılaşır.
40. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – “Əsasnamə”) 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və oby ektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. İddiaçılar isə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək mülkiyyətçisi olduqları qeyri-yaşayış sahəsinin yerləşdiyi 0.016710 ha torpaq sahəsinin müqabilində dövlət büdcəsinə 4.411,44 manat ödənilməklə onlarla alqı-satqı müqaviləsinin bağlanılması və həmin torpaq sahəsinin iddiaçıların adına özəlləşdirilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etsələr də, sonradan ərizələrini geri götürdükləri üçün İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Belə ki, həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenid ən iddia qaldırma imkanını istisna edir.
41. Göründüyü kimi iddiaçılar sözügedən torpaq sahəsini özəlləşdirməkdən öz iradə ifadələri əsasında imtina etmişlər. Əsasnamənin 11-ci bəndinə görə əgər torpaq sahəsinin üzərində yerləşən özəlləşdirilmiş obyektin mülkiyyətçisi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Hazırkı işdən də görünür ki, mövcud qaydalara riayət edilməklə iddiaçılarla həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır.
42. Bundan başqa kassatorun “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddəsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisəli torpaq sahəsi qeyri-yaşayış sahəsinin altında yerləşir, lakin həmin maddələr fərd i yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlarla bağlı münasibətləri tənzimlədiyindən bu mübahisəyə hər hansı hüquqi əlaqəsi mövcud deyildir.
43. Belə ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir. Torpaq Məcəlləsinin 50-ci maddəsində bu torpaq sahələrindən daimi istifadə hüququ olan subyektlərin siyahısı müəyyənləşdirilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçılar torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin sırasına daxil deyil.
44. Məhkəmə kollegiyası kassatorun Torpaq Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin normaya əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzəri ndə mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
45. Göründüyü kimi qanunvericilik icarə hüququna xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən verilmiş qərarla, eləcə də icarəçinin həmin torpaqdan könüllü imtinası ilə şərtləşdirmişdir. Hazırkı mübahisədə qeyd olunmuş orqanların bu barədə qərarı mövcud deyildir. İcarəçinin torpaqdan könüllü imtinası məsələsinə gəlincə isə hazırda iddiaçıların həmin torpaqdan imtinası, onların bu torpaqdan istifadəsindən də imtina etməsi anlamını daşıy ır. Lakin iddiaçılar həmin torpaq sahəsi üzərində olan obyektin mülkiyyətçisi olmaqla faktiki olaraq bu torpaqdan istifadə edirlər. Ona görə də kassatorun bu dəlili də əsassızdır.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
47. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
48. Azərbaycan Respublikasının K onstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair madd i hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsin ə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏR ARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1142/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.