Məhkəmə qərarları › İş №2-2(102)-238/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-238/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-238/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh MMC qarşı iş üzrə QƏRARİ Açar sözlər:icarə müqaviləsinin ləğv edilməsi 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2-2(104)-76/2021 saylı qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayəti üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, id diaçı (bundan iddiaçı) məhkəmədə Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, cavabdehlə aralarında bağlanmış 29 sentyabr 2005-ci il tarixli, 10 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.H.Vəliyev) iddia təmin edilərək, tərəflər arasında bağlanmış 29 sentyabr 2005-ci il tarixli, 10 saylı icarə müqaviləsinin ləğv edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 29 sentyabr 2005ci il tarixli, 10 saylı icarə müqaviləsinə əsasən iddiaçı, xxx kəndi ərazisində yerləşən kolluq örüş sahəsindən 20 ha torpaq sahəsini “bentonit gil istehsalı” məqsədilə 99 il müddətinə, illik 400 manat icarə haqqı ödəmək şərti ilə cavabdehə icarəyə verib. Lakin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin 01 dekabr 2020-ci il tarixli arayışına görə, cavabdeh icarəsində olan torpaq sahələrində “bentonit gili” istehsalı məqsədi üçün qazıntı işləri aparmadığından torpaq sahəsinin münbit qatının korlanması faktı qeydə alınmayıb. Həmçinin, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və həmin müqavilə üzrə torpaq sahəsindən təsərrüfat təyinatına uyğun və uzun müddət istifadə etməyib. Bu fakt işin mübahisə olunmayan halıdır. Cavabdeh icarəsində olan torpaq sahəsindən istifadə etməməsini gil yataqlarının istismarını tələbata uyğun aparması, hazırda gil xammalını digər yataqlardan tədarük etməsi, yəni növbəlilik qaydasında həyata keçirməsi ilə əsaslandırsa da, bu hal üzrlü sayıla və inandırıcı hesab edilə bilməz. Belə ki, cavabdehin gil ehtiyaclarını digər yataqlar hesabına təmin etməsi icarə müqaviləsinin 2005-ci ildə bağlanması nəzərə alındıqda növbəlilik qaydasının gözlənilməsi üçün keçən 15 il müddət həddən artıq çox uzun müddət hesab olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeyd olunan müddət ərzində hər hansı bir başqa icarəçi tərəfindən də qeyd olunan yataqların istismar olunması mümkün olan hal olmuşdur ki, bu da iddiaçının, habelə dövlətin, ən əsası isə cəmiyyətin mənafeyinə xidmət etmiş hesab oluna bilərdi. Buna görə də qeyd olunan müddət üzürlü hal kimi nəzərə alına bilməz. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilinə gəlincə isə mülkiyyətçinin onun hüququnun hər cür p ozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 706.1, 708.2, 713cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev sədrlik edən, məruzəçi, L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 377.1, 421.2, 706.1, 708.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müdd ətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti ş amil edilmir. Həmin Məcəllənin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilm iş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflər in razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Həmin Məcəllənin 66-cı maddəsinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunverciliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvercilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 73-cü maddəsində göstərilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna- istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində...üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 1-ci maddəsinə əsasən, torpaq ica rə müqaviləsi əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 14-cü maddəsində göstərilir ki, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Qanunun 15-ci maddəsinə görə, torpaq icarə müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunverciliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, xxx kəndinin ərazisində kolluq örüş sahəsində yerləşən 20 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədi r. 29 sentyabr 2005-ci il tarixli, 10 saylı icarə müqaviləsinə əsasən iddiaçı sözügedən torpaq sahəsini “bentonit gil istehsalı” məqsədi ilə 99 il müddətinə, hər il 400 manat icarə haqqı ödəmək şərti ilə cavabdehə icarəyə verib. İcarə Müqaviləsinin 2.10-cu bəndinə əsasən, icarəyə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək; icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək icarəyəverənin hüququ sayılır. Həmin Müqavilənin 2.13-cü bəndinə görə, torpaq sahəsinin mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlərin görülməsi, həmin torpaq sahəsinə, ətraf mühit və əhalinin sağlamlığına ziyan vurmamaq; torpa q sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək; qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək icarəçinin əsas vəzifələri sayılır. Həmin Müqavilənin 2.15-ci bəndinə əsasən, müqavilə şərtlərinin pozulması üçün tərəflər mövcud qanunverciliyə əsasən maddi, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Hazırda iddiaçı iddia edir ki, cavabdeh uzun müddətdir ki, mübahisəli 20 ha torpaq sahəsindən təsərrüfat təyinatına uyğun olaraq istifadə etmir, torpaq sahəsinin keyfiyyətinin yaxşılaşdırılması, habelə qorunması və mühafizə olunması üçün lazımi tədbirlər görməyib. Heç bir səbəb olmadan torpaq sahəsinə gediş-gəliş olmayıb və torpaq sahəsi ilə əlaqə tamamilə kəsilib. Bu səbəbdən də torpaq sahəsinin yararsız hala düşməsi riski kifayət qədər art ıb və dəfələrlə müqavilənin ləğv edilməsi barədə cavabdehin hüquqi ünvanına rəsmi bildirişlər (pritenziya) göndərilsə də, cavabdeh bu xəbərdaqlıqlara məhəl qoymayıb. Ona görə də cavabdeh torpaq sahəsindən onun təsərrüfat təyinatına uyğun olaraq lazımi qaydada istifadə etmədiyinə və icarə haqqını ödəmədiynə görə icarə müqaviləsi ləğv edilməlidir. Cavabdeh isə iddia ərizəsində göstərilən halların əsassız olduğunu, iddiaçının həmin halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etmədiyini, torpaq sahəsinin “bentonit gil” istehsalı üçün verildiyini və torpaq sahəsindən bu məqsədlər üçün istifadə edildiyini, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət edənədək 3 illik iddia müddətini ötürdüyünü, torpaq sahəsinin keyfiyyətinin düşməsini sübut edən heç bir halın mövcud olmadığını göstəri b, iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı mülkiyyətində olan 20 ha torpaq sahəsini “bentonit gil” istehsalı üçün cavabdehin icarəsinə versə də, sonuncu 29 sentyabr 2005-ci il tarixdən ötən müddət ərizəndə həmin torpaq sahəsindən onun təsərrüfat təyinatına uyğun olaraq lazımi qaydada istifadə etməyib və torpaq sahəsinə görə iddiaçıya bir manatda olsun icarə haqqı ödəməyib və nəticədə tərəflər arasında bağlanmış 29 sentyabr 2005-i il tarixli, 10 saylı icarə müqaviləsinin şərtlərini pozub. Halbuki, Mülki Məcəllənin 700.1, 708.2-ci maddələrinin mənasına görə, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmçinin icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna- istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində...üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. Mülki Məcəllənin 421.2-ci maddəsində isə göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Mə cəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, cavabdeh, 29 sentyabr 2005-ci il tarixdən ötən müddət ərzində sözügedən torpaq sahəsindən təsərrüfat təyinatına görə istifadə etməməklə, habelə torpaq sahəsinə görə icarə haqqı ödəməməklə sadalanan maddələrin tələblərini və tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərini pozub və nəticədə iddiaçı, sözügedən icarə müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanardan xeyli dərəcədə məhrum olub. Belə olan halda iddiaçı, sözügedən icarə müqaviləsinin ləğv edilməsini tələb etm əkdə haqlı olub. Digər tərəfdən, cavabdeh etiraz ərizəsində, kassasiya şikayətində torpaq sahəsindən “bentonit gil” istehsalı üçün istifadə edildiyini, torpaq sahəsinin yararsız hala düşməsi riskinin artması halının, habelə onun iddiaçıya ödənilməmiş vergi, icarə haqqı borcunun olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual h üquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş xxx kənd İƏD üzrə Nümayəndəsinin 21 oktyabr 2020-ci il, Qazax rayonu, Kəmərli bələdiyyəsinin 21 oktyabr 2020-ci il, ƏMDX Qazax Ərazi Şöbəsinin 01 dekabr 2020-ci il tarixl i arayışları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən icarəyə götürdüyü 20 ha torpaq sahəsində heç bir iş görülməyib, “bentonit gil” istehsalı üçün heç bir qazıntı işləri aparılmayıb və ümumiyyətlə torpaq sahəsinin münbit qatının korlanması faktı qeydə alınmayıb. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində icarəsində olan torpaq sahəsindən istifadə etməməsini gil yataqlarının istismarını tələbata uyğun aparması, hazırda gil xammalını digər yataqlardan tədarük etməsi, yəni növbəlilik qaydasında həyata keçirməsi ilə əsaslandırsa da, bu hal da üzrlü sayıla və inandırıcı hesab edilə bilməz. Belə ki, cavabdehin gil ehtiyaclarını digər yataq lar hesabına təmin etməsi icarə müqaviləsinin 2005-ci ildə bağlanması nəzərə alındıqda növbəlilik qaydasının gözlənilməsi üçün keçən 15 il müddət həddən artıq çox uzun müddət hesab olunur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, qeyd olunan müddət ərzində hər hansı bir başqa icarəçi tərəfindən də qeyd olunan yataqların istismar olunması mümkün olan hal olmuşdur ki, bu da iddiaçının, habelə dövlətin, ən əsası isə cəmiyyətin mənafeyinə xidmət etmiş hesab oluna bilərdi. Buna görə də qeyd olunan müddət üzürlü hal kimi nəzərə alına bilməz. Eyni zamanda, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin digər dəlilinə gəlincə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülkiyyətçinin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də b u pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüqu qunun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası mə hkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2-2(104)-76/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar