Məhkəmə qərarları › İş №2-2(102)-238/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-238/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-238/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ 2-2(102)-238/2025 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Bakı şəhəri 53 saylı Notariat Kontoru) qarşı icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektd ən çıxarılması, obyektin geri qaytarılması və icarə haqqının tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 22(103)-948/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Bakı şəhəri 53 saylı Notariat Kontoru) iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2017-ci il 31 avqust tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə xitam verilməsi, cavabdehin Bakı şəhəri, Yasam al rayonu, Hüseyn Cavid prospekti, ev 528-ci məhəllə, bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılması və qeyri – yaşayış sahəsini iddiaçıya təhvil verilməsi, 2017-ci il 31 avqust tarixli icarə müqaviləsinə əsasən cavabdehdən 108.000 manat icarə haqqının və ödənilmiş 199 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli 2-2(113)-2512/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim – K.Hüseynov).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-948/2024 nömrəli q ətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxar ı olan iddia qiymətinin 0,3 faizi.... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə: 100 manat...”

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin f orması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilməmişdir.

10. Belə ki, hazırki iş üzrə iddia tələbi iki hissədən ibarət olmaqla həm pul həm də müqaviləyə xitam verilməsi tələblərini özündə əks etdirmişdir.

11. Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən isə dövlət rüsumu yalnız iddia tələbinin məbləğlə bağlı (yəni qiymətləndirilən) hissəsinə münasibətdə 199 manat dövlət rüsumu ödənilmişdir.

12. Halbuki, iddia ərizəsində 108.000 manat məbləğində pulun tutulması tələbindən savayı, tərəflər arasında 2017-ci il 31 avqust tarixində bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdehin sahəsindən çıxarılması və həmin sahənin sonuncuya təhvil verilməsi tələbləri də (iddia tələbinin qiymətləndirilməyən hissəsi) irəli sürülmüşdür. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinin (bax § 6) tələbinə əsasə n, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun ümumi məbləği (iddianın qiymətləndirilən və qiymətləndirilməyən hissələrinə münasibətdə) 249 manat (199 manat+50 manat) təşkil etməli idi.

13. MPM-in 408.1.3-cü maddəsinə (bax § 7) əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhk əməsinə göndərilməlidir.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-948/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar