Məhkəmə qərarları › İş №2-2(102)-239/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-239/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-239/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" KFT MMCyə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, müqavilənin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabde h "xxxx" KFT MMC-yə qarşı “kredit borcunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 09 dekabr tarixli, 2-2(104)-93/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci il 4 noyabr tarixli ********* nömrəli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində İddiaçı-nin vəzifəli şəxsləri və qeyriləri barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə X1 İddiaçı tərəfindən kredit verilməsi xüsusatı araşdırılır və istintaqın yekununda hüquqi qiymət v eriləcəkdir. Bundan əlavə məktubda qeyd edilən "xxxx" KTF MMC ilə İddiaçı arasında bağlanmış 2012-ci il 24 may tarixli 017 saylı kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər istintaq tərəfindən götürülməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" KFT MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “kredit borcunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 24 may tarixli 017 saylı kredit müqaviləsi üzrə 149.998 manat 39 qəpik əsas borc, 249 manat 95 qəpik faiz borcu, 0 manat cər imə, 20449 manat 78 qəpik kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu, cəmi 170698 manat 12 qəpik məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 2016-cı il 27 oktyabr tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici qismində təyin edilmişdir. 4. 2012-ci il 24 may tarixində İddiaçı və cavabdehin rəhbəri X2 arasında müvafiq olaraq 017 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə bank tərəfindən, 2012-ci il 24 may tarixli 017 saylı kredit müqaviləsi üzrə illik 6 faiz olmaqla, 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. Amma borclu krediti götürdüyü tarixdən etibarən müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 442, 443.1, 445.1, 448.1, 449.1, 465.2-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 13 mart tarixli, 2-2(115)-51/2020 saylı qətnamə si ilə iddia təmin edilməmişdir (hakim Rəşad Məmmədov).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan 2012-ci il 24 may tarixli 017 saylı kredit müqaviləsinə istinad etsə də, müqavilənin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, nümayəndə kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiklərini bildirmişdir. Belə olduğu təqdirdə, hazırkı iddianın təmin edilməsi qeyri-mümkündür. Müqavilə münasibətlərinin mövcudluğ unu təsdiq edən müqavilənin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş materiallarına əlavə olunmuş maliyyə arayışı və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsnin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 dekabr tarixli, 2-2(104)-93/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Şamil Rzaquliyev, hakimlər Rəhman Muradov və Afiq Hüseynzadə).

12. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan 2012-ci il 24 may tarixli 017 saylı kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 386.1, Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 25 yanvar tarixdə iddi açıya təqdim edilmişdir. 15. 2021-ci il 19 mart tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur. Həmin sənədlərdən göründüyü kimi mübahisələndirilən kredit üzrə müvafiq ödənişlər edilmişdir. Ödənişlərin mövcudluğu kre ditin verilməsini, kredit üzrə borcun olmasını sübut edir. Belə ki, məhkəməyə təqdim olunmuş hesabdan çıxarışda cavabdehin hesabına 2012-ci il 24 may tarixində 200.000 (iki yüz min) manat pulun Bank tərəfindən mədaxil olunduğu görünür. Həmin vəsait daha sonra cavabdeh tərəfindən qrafikə uyğun olaraq Banka qaytarılmışdır ki, bunun nəticəsində də onun hal-hazırda əsas borc üzrə 149.998,39 (bir yüz qırx doqquz min doqquz yüz doxsan səkkiz, 39) manat, faiz məbləği üzrə 249,95 (iki yüz qırx doqquz, 95) manat məbləğində borcu yaranmışdır.

17. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-nin 80, 81, 218.1, 220.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Mə hkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin t əqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qo ya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”

25. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəfl ərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda § 24), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə iddiaçının tələbinə uyğun gələn iddia tələbini n qanuni əsasının tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu zaman işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. İşin faktiki hallarını düzgün müəyyən etməyə imkan verən sübu tların təqdim olunması isə ilk növbədə iddiaçının vəzifəsidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Baxılan iş üzrə iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılmasından ibarətdir. İddiaçı bununla bağlı tərəflər arasında 2012-ci il 24 may tarixli 017 saylı kredit müqaviləsinin bağlandığına iddia etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə cavabdehin bank qarşısında öhdəliyinin təsdiqi kimi iddiaçının istinad etdiyi müqavilə yoxdur. Başqa sözlə, cavabdehin bank qarşısında öhdəliyi müəyyən edilməmişdir. Buna görə də, iddiaçının dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasına dair sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır.

30. Kassasiya şikayətinin tərəflər arasında kredit öhdəliyi ilə bağlı maliyyə arayışı, hesabdan çıxarış və ödəniş sənədlərinin məhkəmələr tərəfindən nəzərə alınmaması bununla da maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, həmin sənədlər iddiaçı tərəfindən tərtib olunan sənədlər olmaqla, cavabdehlə kredit münasibətlərinin yaranmasının sübutu kimi qiymətləndirilə bilməz. Ödənişə dair işə əlavə olunmuş xəzinə mədaxil orderlərindən, müvafiq ödənişlərin hansı kredit müqaviləsi üzrə aparıldığı müəyyən edilmir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hesab edir ki, işin faktiki halları nəzərə alındıqda, tətbiq edilən maddi hüquq normalarının dispozisiya şərtləri iddianın təmin edilməsini istisna edir. O dur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 dekabr tarixli 2-2(104)-93/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar