Məhkəmə qərarları › İş №2-2(102)-24/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-24/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-24/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması 14.01.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 -2(103)-703/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “xxxx” ASC-nin Mərkəzi filialı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kredit malsatanlarla hesablaşmaların aparılması məqsədilə ayrılmış, borc verən tərəfindən borc alana 12 ay müddətə, 22% dərəcəsilə 50.000 manat məbləğdə kredit xətti açılmışdır. xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2009-cü il tarixli 06 nömrəli əlavə saziş bağlanmış, Sazişə əsasən Kredit Komitəsinin xx.xx.2009-cu il tarixli 188/5 saylı protokolu əsasında kredit xəttinin limiti artırılaraq 600.000 manat təyin edilmişdir. “xxxx” ASC ilə cavabdeh arasında hüquqi şəxslər və sahibkarlar üçün xx.xx.2009-ci il tarixli 18A/6-USD saylı kredit xətti müqaviləsi imzalanmış, müqaviləyə əsasən, Bank tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədlə illik 22% dərəcəsilə 120.000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. “xxxx” ASC-nin Mərkəzi filialı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli 18A/6USD saylı, xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 3 nömrəli Əlavə saziş imzalanmış, həmin müqavilə üzrə dəyişiklik edilərək kreditorun borc alana verdiyi 120.000 ABŞ dolları kredit məbləğinin 110.360,65 ABŞ dolları konvertasiya edilərək (1 USD = 0,7850 manat) 86.633 manat qalıq məbləği və xx.xx.2008-ci il tarixli 107-AZN saylı Kredit xətti müqaviləsinin qalığı olan 592.463 manat məbləği ilə birləşdirilərək, cəmi olaraq 679.096 manat təyin edilərək kreditə çevrilmişdir. Kredit məbləği illik 18% dərəcəsilə 36 ay müddətinə yeni ödəniş cədvəli tərtib edilməklə təsdiq edilmişdir. “xxxx” ASC-nin Mərkəzi filialı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən illik 18% dərəcəsilə 2 ay müddətinə 300.000 manat məbləğdə kredit verilmişdir. Müqaviləyə əsasən, kreditin təminatı olaraq Cavabdeh MMC-nin dövriyyə vəsaiti müəyyən edilmişdir İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən 48.888,41 manat əsas borc, 44.219,43 manat faiz borcu və 12.222,10 manat cərimə borcu olmaqla, ümumilikdə 105.329,94 manat, xx.xx.2009-cu il tarixli 18A/6-USD nömrəli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə sazişə əsasən 110.238,56 manat əsas borc, 121.271,74 manat faiz borcu və 25.189,51 manat cərimə borcu olmaqla, ümumilikdə 256.699,81 manat məbləğdə borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdehə xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən malsatanlarla hesablaşmaların aparılması məqsədlə illik 22 faizlə 50.000 manat məbləğdə kredit xətti açılmışdır. Həmin müqavilə üzrə xx.xx.2009-cu il tarixli 06 nömrəli əlavə sazişə əsasən kredit xəttinin limiti artırılaraq 600.000 manat təyin edilmişdir. Cavabdehə xx.xx.2009-cü il tarixli 18A/6-USD saylı Kredit xətti müqaviləsin ə əsasən iddiaçı tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədlə illik 22 faizlə 120.000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli 107AZN saylı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə razılaşmaya əsasən 107-AZN saylı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklər 18A/6-USD saylı xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə birləşdirilmişdir. 18A/6-USD saylı xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 03 nömrəli əlavə sazişə əsasən xx.xx.2009-cü il tarixli 18A/6-USD saylı kredit xətti müqaviləsinə əsasən kreditorun borc alana verdiyi 120.000 ABŞ dolları kredit məbləğinin 110.360,65 ABŞ dolları konvertasiya edilərək (1 USD = 0,7850 manat) 86.633 manat qalıq məbləği xx.xx.2008-ci il tarixli 107AZN saylı Kredit xətti müqaviləsinin qalığı olan 592.463 manat məbləği ilə birləşdirilərək, cəmi olaraq 679.096 manat təyin edilmişdir. Həmin məbləğ üçün illik 18 faizlə 36 ay müddətinə yeni ödəniş cədvəli təsdiq edilmişdir. Həmçinin, cavabdehə xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən illik 18 faizə 2 ay müddətinə 300.000 manat məbləğdə kredit verilmişdir. Lakin borclu hər iki müqavilənin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2017-ci il avqustun 18-dək cavabdehin xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən banka 48.888,41 manat əsas borc, 44.219,43 manat faiz borc və 12.222,10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 105.329,94 manat məbləğdə borcu vardır. 2017-ci il avqustun 18-dək cavabdehin 18A/6- USD saylı xx.xx.2 009-cu il tarixli 18A/6-USD nömrəli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə sazişə əsasən banka 110.238,56 manat əsas borc, 121.271,74 manat faiz borcu və 25.189,51 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 256.699,81 manat məbləğdə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu təşkilat borcu ödəməkdən boyun qaçırır. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 107-AZN saylı Kredit xətti müqaviləsinə, xx.xx.2009-cu il tarixli 06 nömrəli əlavə sazişə, xx.xx.2009-cu il tarixli 18A/6USD saylı kredit xətti müqaviləsinə, xx.xx.2012-ci il tarixli 107 AZN saylı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə razılaşmaya, 107 AZN saylı xx.xx.2008-ci il tarixli kredit xətt i müqaviləsi üzrə öhdəliklərin 18A/6-USD saylı xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə birləşdirilməsi, ABŞ dolları konvertasiya edilməsi nəzərə alınmaqla (xx.xx.2013-cü il tarixli 449-13 AZN nömrəli kredit müqaviləsi istisna olmaqla) cavabdehin xx.xx.2017-ci il tarixinə olan əsas borc, faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə xx.xx.2018-ci il tarixli ekspert vəsatəti daxil olmuşdur. Vəsatətdə tərəflər bağlanmış xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit xətti müqaviləsi üzrə tərtib edilmiş cari hesabdan çıxarış (xx.xx.2008ci il tarixdən xx.xx.2012-ci il tarixə, məxariclər, kredit üzrə ödənişlər, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə); maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələr, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi və s. göstərilməklə), ödəniş qəbzləri, xx.xx.2009-cü il tarixli 18A/6-USD saylı kredit xətti müqaviləsi üzrə tərtib edilmiş cari hesabdan çıxarış (xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixə məxariclər, kredit üzrə ödənişlər, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə); maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələr, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi və s. göstərilməklə), ödəniş qəbzləri, 18A/6-USD saylı xx.xx.2009-cü il tarixli kredit xətti müqaviləsinə dair xx.xx.2012-ci il tarixli Əlavə Saziş №03 üzrə tərtib edilmiş cari hesabda n çıxarış (xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə, məxariclər, kredit üzrə ödənişlər, cari, ssuda, faiz və cərimə, hesabları göstərilməklə); maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələr, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi və s. göstərilməklə), ödəniş qəbzlərinin təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinin tədqiqat hissəsində iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 17 vərəqdən ibarət hesabdan çıxarış sənədlərinin təqdim olunduğu, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında xx.xx.2009-cu il tarixli 18A/6-USD nömrəli kredit xətti müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2012-ci il tarixli Əlavə saziş №03 üzrə ödənişlərin tam olmadığı, bu səbəbdən də iddiaçı ilə cavabdeh aras ında bağlanmış xx.xx.2012-ci il tarixli Əlavə saziş №03-ə əsasən cavabdehin banka olan borcunu müəyyən etmək mümkün olmadığı qeyd olunmaqla, nəticədə eyniməzmunlu rəy verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-2(81)-66/2019 saylı iş) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi öz tələbini xx.xx.2009-cu il tarixli 18 A/6-USD saylı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə sazişə əsasən banka 110.238,56 manat əsas borc, 121271,74 manat faiz borcu və 25.189,51 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 256.699,81 manat məbləğdə borcun tutulması hissəsində əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədi yindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddətinin xx.xx.2014-ci il tarixdə (müqavilənin 2.3- cü bəndinə əsasən icra müddəti 2 ay, güzəşt müddəti 1 ay) bitdiyi, İddiaçı ASC-nin isə məhkəməyə xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən 48.888,41 manat əsas borc, 44.219,43 manat faiz borcu və 12.222,10 manat cərimə borcu, cəmi 105.329,94 manat borc tələbi üzrə xx.xx.2018-ci il tarixdə müraciət etdiyi nəzərə alınmaqla, cavabdehin iddia müddəti keçdiyindən iddiaya etirazı əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının x xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X6 -məruzəçi, X7 və X8, -2(103)-703/2019 saylı iş) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəm iyyətinin (onun adından ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-66/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi tərəfindən qərarda qeyd olunan əsasla iddianın rədd olunması hüququn ümumi prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın həyata keçirilməsi üçün müvafiq sənədlər bankdan tələb edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə X3 Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilib, iflas proseduruna başlanmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra ləğv prosesində olan İddiaçı ASC-ilə Əmanətlərin Sığortalanması Fondu arasında sənədlərin təhvil-təslim edilməsi mərhələsinə keçilmişdir. Sənədlərin təhvil-təslimi faktiki olaraq məhkəmə ilə əlaqədar bütün proseslərin dayandırılmasına gətirib çıxarmışdır. İki tərəf arasında xüsusilə hesabdan çıxarışların təmin edilməsi ilə bağlı bəzi çətinliklər yaranmış və bunun nəticəsində də məhkəməyə qeyd olunan sənədlərin ötürülməsi mümkünsüz olmuşdur. Bildirir ki, hazırda bütün texniki məsələlər öz həllini tapmış və müvafiq hesablamaların aparılması üçün bütün sənədlərin tam şəkildə tərtib edilməsi mümkün olmuşdur. Digər tərəfdən, əlavə ekspertiza təyin edilməsi barədə tərəfimizdən verilən vəsatətin qəbul olunmaması da məhkəmənin obyektivliyinə kölgə düşürür. Əlavə ekspertiza təyin edilsəydi, ekspertizanın həyata keçirilməsi mümkün olacaq və daha obyektiv qərar qəbul olunacaqdı. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında iddiaçının kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırma hissəsi: Tərəflər arasında ayrı-ayrı vaxtlarda kredit müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbi iki hissədən ibarətdir: 1)xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən 48.888,41 manat əsas borc, 44.219,43 manat faiz borcu və 12.222,10 manat cərimə borcu olmaqla, ümumilikdə 105.329,94 manat; 2) xx.xx.2009-cu il tarixli 18A/6-USD nömrəli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə sazişə əsasən 110.238,56 manat əsas borc, 121.271,74 manat faiz borcu və 25.189,51 manat cərimə borcu olmaqla, ümumilikdə 256.699,81 manat tutulması. Birinci tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən 48.888,41 manat əsas borc, 44.219,43 manat faiz borcu və 12.222,10 manat cərimə borcu, cəmi 105.329,94 manatın tutulması tələbinə dair hissədə, xx.xx.2013-cü il tarixli müqavilə üzrə iddia müddəti ötürüldüyündən, cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizəsinə əsasən iddia rədd edilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şə rh edilməsinə dair” xx.xx.2014-ci il tarixli qərarında isə göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2014-cü il tarixdə (müqavilənin 2.3-cü bəndinə əsasən icra müddəti 2 ay, güzəşt müddəti 1 ay) bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixə qədər məhkəməyə müraciət etməmiş, 10 aydan çox iddia müddəti buraxılmışdır. Odur ki, iddia müddəti ötürüldüyünə görə iddianı rədd etməkdə məhkəmə haqlı olmuşdur. İddiaçı kassasiya şikayətində iddia tələbinin bu hissəsi ilə bağlı hər h ansı hüquqi əsaslandırma verməmişdir. İkinci tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “xxxx” ASC-nin Mərkəzi filialı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit müqaviləsi imzalanmışdır. Müqavilənin: -3.1-ci bəndinə əsasən, kredit malsatanlarla hesablaşmaların aparılması məqsədilə ayrılmışdır; -1.1-ci bəndinə görə, borc verən borc alana 12 ay müddətə; 6.1-ci bəndinə əsasən, 22% dərəcəsilə 50.000 manat məbləğdə kredit xətti açılmışdır. Eyni tərəflər arasında xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2009-cü il tarixli 06 nömrəli əlavə saziş bağlanmışdır. Sazişin 1.1-ci bəndinə görə, Kredit Komitəsinin xx.xx.2009-cu il tarixli 188/5 saylı protokolu əsasında kredit xəttinin limiti artırılaraq 600.000 manat təyin edilmiş dir. “xxxx” ASC ilə cavabdeh arasında hüquqi şəxslər və sahibkarlar üçün xx.xx.2009-ci il tarixli 18A/6-USD saylı kredit xətti müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1, 2.4-cü bəndlərinə əsasən, Bank tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədlə illik 22% dərəcəsilə 120.000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. İddiaçının Mərkəzi filialı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli 18A/6-USD saylı, xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 3 nömrəli Əlavə saziş imzalanıb, həmin müqavilə üzrə dəyişiklik edilərək kreditorun borc alana verdiyi 120.000 ABŞ dolları kredit məbləğinin 110.360,65 ABŞ dolları konvertasiya edilərək (1 USD = 0,7850 manat) 86.633 manat qalıq məbləği və xx.xx.2008-ci il tarixli 107-AZN saylı Kredit xətti müqaviləsinin qalığı olan 592.463 ma nat məbləği ilə birləşdirilərək, cəmi 679.096 manat təyin edilərək kreditə çevrilmişdir. Sazişin 2.3, 2.4-cü bəndlərinə əsasən kredit məbləği illik 18% dərəcəsilə 36 ay müddətinə yeni ödəniş cədvəli tərtib edilməklə təsdiq edilmişdir. İddiaçının Mərkəzi filialı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 491-13 AZN nömrəli kredit müqaviləsinə əsasən illik 18% dərəcəsilə 2 ay müddətinə 300.000 manat məbləğdə kredit verilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən, kreditin təminatı olaraq cavabdehin dövriyyə vəsaiti müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 107-AZN saylı Kredit xətti müqaviləsinə, xx.xx.2009-cu il tarixli 06 nömrəli əlavə sazişə, xx.xx.2009-cu il tarixl i 18A/6USD saylı kredit xətti müqaviləsinə, xx.xx.2012-ci il tarixli 107 AZN saylı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə razılaşmaya, 107 AZN saylı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin 18A/6-USD saylı xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə birləşdirilməsi, ABŞ dolları konvertasiya edilməsi nəzərə alınmaqla (xx.xx.2013-cü il tarixli 449-13 AZN nömrəli kredit müqaviləsi istisna olmaqla) cavabdehin xx.xx.2017-ci il tarixinə olan əsas borc, faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə xx.xx.2018-ci il tarixli ekspert vəsatəti daxil olmuşdur. Vəsatətdə tərəflər bağlanmış xx.xx.2008-ci il tarixli 107-AZN saylı kredit xətti müqaviləsi üzrə tərtib edilmiş cari hesabdan çıxarış (xx.xx.2008ci il tarixdən xx.xx.2012-ci il tarixə, məxariclər, kredit üzrə ödənişlər, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə); maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələr, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi və s. göstərilməklə), ödəniş qəbzləri, xx.xx.2009-cü il tarixli 18A/6-USD saylı kredit xətti müqaviləsi üzrə tərtib edilmiş cari hesabdan çıxarış (xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixə məxariclər, kredit üzrə ödənişlər, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə); maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələr, təyinatları, tarixləri, illik və ya ay lıq faiz dərəcəsi və s. göstərilməklə), ödəniş qəbzləri, 18A/6-USD saylı xx.xx.2009-cü il tarixli kredit xətti müqaviləsinə dair xx.xx.2012-ci il tarixli Əlavə Saziş №03 üzrə tərtib edilmiş cari hesabdan çıxarış (xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixə, məxariclər, kredit üzrə ödənişlər, cari, ssuda, faiz və cərimə, hesabları göstərilməklə); maliyyə arayışı (məxariclər, kredit üzrə ödənişlər, silinmələr, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi və s. göstərilməklə), ödəniş qəbzlərinin təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9523 nömrəli xx.xx.2019-cu il tarixli rəyinin tədqiqat hissəsində iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 17 vərəqdən ibarət hesabdan çıxarış sənədlərinin təqdim olunduğu, təqdim olunmuş hesabdan çıxarış məlumatları nda xx.xx.2009-cu il tarixli 18A/6-USD nömrəli kredit xətti müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2012-ci il tarixli Əlavə saziş №03 üzrə ödənişlərin tam olmadığı, bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli Əlavə saziş №03-ə əsasən cavabdehin banka olan borcunu müəyyən etmək mümkün olmadığı qeyd olunmaqla, nəticədə eyni məzmunlu rəy verilmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən i mtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bununla da, iddiaçı cavabdehdən xx.xx.2009-cu il tarixli 18A/6-USD saylı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə sazişə əsasən banka 110.238,56 manat əsas borc, 121.271,74 manat faiz borcu və 25.189,51 manat cərimə borcu olmaqla, cəmi 256.699,81 manat məbləğdə borcun öhdəliklərin hansı hissədə icra olunmaması və sözügedən borc məbləğinin yaranması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə vəsatət verərək əlavə sənədlər təqdim etməklə əlavə ekspertiza təyin edilməsini xahiş etmişdir. İşdən görünür ki, birinci instansiya mə hkəməsi tərəfindən məhkəmə iclası dəfələrlə təxirə salınmış, ekspertizaya təqdim edilməsi üçün zəruri sənədlərin təqdim edilməsi təklif edilmiş, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin tədqiqat hissəsində və xx xxxxx 2018-ci il tarixli ekspertin vəsatətində qeyd edilən sənədlər təqdim edilmədiyindən əlavə ekspertiza təyin edilməsindən imtina olunmuşdur. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı y oxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2009-cu il tarixli 18A/6-USD saylı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə sazişə əsasən banka olan cəmi 256.699,81 manat məbləğdə borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddianın həmin hissədə rədd edilməsi ilə bağlı gəlinən nəticə əsaslı olmuşdur. MPM-in 14.2-ci maddəsi məhkəmənin yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli olduğunu təsbit edərkən, məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi hüquqi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda m ötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qəra rını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.C avadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimalla rından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). İddia tələbinin ikinci hissəsi üzrə cavabdehin borcu sübuta yetmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-703/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar