Məhkəmə qərarları › İş №2-2(102)-24/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-24/2025

20.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-24/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 22(103)-758/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. İşin halları 1. 2023-cü il 24 iyun tarixli ******* nömrəli aktla G-250 77076432 nömrəli sayğac (sənaye qaz sayğacı) çıxarılaraq yerinə müvəqqəti olaraq G 250 75019734 nömrəli sayğac quraşdırılmışdır.

2. Eyni tarixli ******* aktda sayğacın çıxarılaraq NKDY göndərildiyi, sayğacın korrektor hissəsinə vurulan plombun qırıq olması, impuls ötürücüsünün mexaniki hissədən aralı aşkarlanması, elektron və mexaniki hissələrin göstəricilərində fərq olması göstərilmişdir. 3. 2023-cü il 12 iyul tarixli SS 14-2-2/3-5-6579 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd olunmuşdur ki, sayğacın mexaniki hissəsi sərfiyyatı qeyd edir, lakin elektron hissə qeyd etmir. Elektron göstərici mexaniki göstəricidən 66.965 kub.m azdır. 4. 2023-cü ilin iyun ayı üçün İddiaçı ASC-yə balans sayğacına görə 27.112,88 manat, digər sayğaca görə 11,50 manat borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 27.124,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsinin əməkdaşları 2023-cü il 24 iyun tarixində iddiaçıya məxsus Xaçmaz şəhərindəki obyektə gələrək obyektdə quraşdırılmış sayğacı ******* saylı akt tərtib etməklə çıxarmış və eyni vaxtda obyektdə yeni sayğac quraşdırmışlar. Cavabdehin nümayəndələri tərəfindən eyni vaxtda ******* saylı akt da tərtib edilmişdir. Bundan sonra cavabdehin nümayəndələri başqa bir nömrəsiz və tarixsiz akt da tərtib edərək 2023-cü ilin iyun ayı üzrə qaz sərfiyyatının göstəricilərini qeyd etmişlər. Tərtib edilən həmin aktlara uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya 2023-cü il 25 avqust tarixli 287 saylı hesab faktura təqdim edilmişdir. Hesab fakturada 2023-cü il 1 iyun - 2023-cü il 30 iyun tarixlərdə yazılmış fakturaların cəmi olaraq 18% ƏDV daxil 27.124,30 manat borc göstərilmiş və həmin borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh təşkilatın nümayəndələri şifahi olaraq borcun əsası kimi iddiaçı təşkilat tərəfindən dəyişdirilən sayğaca müdaxilə olunmasını bildirmişlər. Halbuki iddiaçı tərəfindən sayğaclara heç vaxt müdaxilə olunmamış, cavabdeh isə bunu təsdiq edən hər hansı sübut təqd im etməmişdir. İddiaçıya məxsus obyektdə bir ay üçün 27.000 manatlıq həcmdə qaz sərfi edən qurğular isə mövcud olmamışdır. İstehlakçı olaraq iddiaçı hətta sayğaca müdaxilə etmiş olsaydı belə, bir ay üçün o qədər həcmdə qaz istehlak edə bilməzdi. Bunu tərəflər arasında tərtib edilməli olan “üzləşmə kitabçası”ndakı əvvəlki dövrlər üzrə aylıq qaz sərfi göstəriciləri ilə də müəyyən etmək olardı.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçıya məxsus obyektdə sənaye qaz qurğusunda yanacaq kimi təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Obyektə verilən qazın həcmi qaz ixrac kəmərindən götürüldüyündən göstəricilər də birbaşa oradan qeyd edilir. Bundan başqa göstərici lər barədə iki tərəfli akt da tərtib edilir. 2023- cü ilin iyun ayında iddiaçının obyektində iki sayğacı mövcud olmuşdur. Elster tipli G-250 RVG EK-230 markalı 77076452 nömrəli sayğac çıxarılan vaxt elektron göstəricisi 693.411 kub.m, ondan əvvəlki ay həmin sayğacın elektron göstəricisi 572.562 kub.m olmuş, sərfiyyat fərqi 120.846 kub.m təşkil etmişdir. İkinci sayğac 2023-cü il 24 iyun tarixində quraşdırılmış, quraşdırılarkən onun üstündə elektron göstərici 2.672.997 kub.m, 2023-cü il 30 iyun tarixində isə 2.975.388 kub.m olmuşdur. Bu zaman qaz sərfiyyatı fərqi də 2.391 kub.m edir. Hər iki sayğacın göstəricilərinin cəmi 2023-cü ilin iyun ayı üçün 123.240 kub.m edir ki, bunun da pul ilə dəyəri 123240 x 0,22 = 27.112,80 manat təşkil edir. Sayğacın çıxarılması və digər sayğacın quraşdırılma sı üçün ayrı ayrılıqda iki akt tərtib edilmiş, hər iki akt istehlakçının nümayəndəsi tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Beləliklə iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmamaqla onun öz şəxsi mülahizə və fərziyyələrinə uyğun irəli sürülən fikridir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 may tarixli e-2-2(113)-2730/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC-yə əsassız olaraq hesablanmış 14.919,78 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, cavabdehdən 210 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir (hakim Ü.Həsənova).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, sayğacda yaranmış qüsur iddiaçının təqsiri nəticəsində yaranmadığı üçün cavabdeh ona əvvəlki aylar üzrə əlavə borc hesablamaqla haqlı olmamışdır. Cavabdeh sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktla qaz sayğacında mövcud qüsurun (elektrik göstəricinin mexaniki göstəricidən az olması) sayğacın nasazlığı səbəbindən yarand ığı, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmadığı müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin yanvar-may ayları üzrə təqdim edilmiş hesab-fakturalar üzrə borclar isə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

10. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə istinadla hesab etmişdir ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Ədliyyə Nazirliyində müvafiq reyestrdə qeydiyyata alınmadığından cavabdeh tərəfindən aparılan yoxlama heç bir hüquqi nəticə yaratmamışdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının abonent haqqında məlumatına əsasən 2023-cü ilin iyul-dekabr ayları üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 73.227,44 manat borc hesablanmış, həmin dövr üzrə iddiaçının orta aylıq sərfiyyatı 12.204,57 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının silinməsini xahiş etdiyi 27.124,30 manatdan iddiaçının 2023-cü ilin iyun ayı üzrə orta sərfiyyatı (12.204,57 manat) çıxılmalı, iddiaçıya əsassız olaraq hesablanmış 14.919,73 manat borc silinməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 443.7-ci maddəsinə, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 2.10 və 5.2-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3 və 3.2 maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən həmin qətnamədən verilən apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələb inin təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(103)-758/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yoxlama qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticə yaratmadığından həmin yoxlamanın nəticəsində iddiaçıya əlavə sərfiyyat hesablana bilməz.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, sayğaca istehlakçı tərəfindən hər hansı müdaxilə edilməmişdir. “Qazdan istifadə qaydaları”nda sayğacın istehlakçının müdaxiləsi olmadan sərfiyyatı düzgün qeyd etmədiyi dövrdə əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamışdır. Qaydaların 5.4-cü bəndində yalnız qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə) istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması nəzərdə tutulmuşdur. Hazırkı halda sayğacın elektron hissəsi işləmədiyi üçün sərfiyyatı düzgün qeyd etmədiyindən məhkəmə 24 iyun 2023-cü il tarixdən yeni sayğac quraşdırıldıqda n sonra 2023-cü ilin iyul-dekabr ayları üzrə iddiaçının ümumilikdə 73.227,44 manat qaz sərfiyyatı olduğunu müəyyən edərək həmin dövr üzrə iddiaçının 2023-cü ilin iyun ayı üzrə ödəməli olduğu məbləği orta aylıq sərfiyyatla 12.204 manat 57 qəpik (73227,44 manat / 6 ay) müəyyən etmişdir. Bu qaydada hesablama işin hallarına görə daha düzgün və ədalətli olduğundan məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. 17.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları ilə yanaşı Qaydaların 2.11-1, 2.11-2, 5.2 və 5.4-cü bəndlərinə istinadla əsaslandırmışdır. 18.Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 19. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndi üzrə-iş üzrə borcun məhz qaz sayğacının elektron hissəsinin 2023-cü ilin yanvar ayından etibarən 6 ay ərzində işləmədiyi müddət üzrə hesablandığı müəyyən olunmuşdur. Belə olan halda, apellyasiya məhkəməsi həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıbhesablanmadığına qiymət verməli, düzgün hesablanmadığı təqdirdə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməli idi. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən aparılmış hesablama metodunu düzgün və ədalətli hesab etmiş, lakin həmin hesablama metodunun “qanuni” və “ əsaslı” olduğunu əsaslandıra bilməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfə hesablanmış borcun silinən hissəsində hesablama metodunun əsaslandığı normativ hüquqi akta qətnamədə istinad edilməmişdir. Məhkəmələrin gəldiyi mövqe hüquqi əsaslandırılmamış və iddiaçının abonent hesabından kifayət qədər artıq borc məbləği Qaydaların tələblərinə riayət edilmədən əsassız olaraq silinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

21. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası m əhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

2. Qaz Qurğularının İstismarı... 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11. Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz pay layıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qa nununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” “5. X1 Şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəriciləri nə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....” 24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlmə klə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”

25. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və dig ər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır....”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.

2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 28. “Kassasiya məhkəməsi sübut və f aktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Q ərarı).

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda §24) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Re yestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

30. Nəzərə alınmalıdır ki, sözügedən reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

31. Ba xılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya mübahisəli borc hesablanarkən qanunvericiliyin istinad olunan tələblərinə əməl olunmadığından, məhkəmə kollegiyası hesab edir ki, gəlinən nəticə “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olmuşdur.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılm alı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(103)-758/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar