Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-240/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X9, Cavabdeh2 ASC-yə qarşı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X5 iş üzrə QƏRARİ Açar sözlər: icra qeydi, hərrac protokolu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsus i notariusu X9, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X5 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1091/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. X10 İddiaçı MMC-nin qanuni təmsilçisidir. 2. ünvan 1 ünvanında yerləşən 464 kv.m sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ (tam pay) ilə X11 məxsus olmuşdur.
3. X3 ipoteka saxlayan Cavabdeh2 ASC və alıcı İddiaçı MMC arasında bağlanmış 2022-ci il 2 1 dekabr tarixli, 113-MFİ-402 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə görə X12 ümumi sahəsi 464 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı MMC-nin mülkiyyətinə verir.
4. Həmin müqavilənin: - 1.4-cü bəndinə görə daşınmaz əmlakın satış qiyməti 870.000 manatdır və onun dəyərinin 4.000 manat hissəsi İddiaçı MMC-nin özü tərəfindən, 866.000 manat hissəsi isə Cavabdeh2 ASC tərəfindən 2022-ci il 20 dekabr tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə verilmiş kredit vəsaiti hesabına ödənilir; - 1.5-ci bəndinə görə İddiaçı MMC satılan əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Cavabdeh2 ASC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə y üklü edir; - 1.7-ci bəndinə görə "xxxx" MMC tərəfindən 2022-ci il 20 dekabr tarixində tərtib edilmiş rəyə əsasən ipoteka predmeti 1.011.500 manat qiymətləndirilir, İddiaçı MMC və Cavabdeh2 ASC ipoteka predmetinin ilkin satış qiymətinin 870.000 manat olduğunu qəbul edirlər. 5. 2022-ci il 21 dekabr tarixli 22582168 nömrəli ödəmə tapşırığına əsasən 871.740 manat məbləğində vəsait İddiaçı MMC-yə məxsus bank hesabından X6 (notariusun depozit hesabı) məxsus hesaba köçürülmüşdür.
6. İddiaçı MMC-nin hesabdan çıxarışına əsasən 2022-ci il 21 dekabr tarixdə 871.740 manat məbləğində vəsait Cavabdeh2 ASC tərəfindən onun hesabına köçürülmüşdür. 7. 2022-ci il 21 dekabr tarixli ödəniş tapşırığına əsasən Bakı şəhəri 12 saylı notariat ofisinin depozit hesabından dövlət büdcəsinə 14.322 manat vəsait köçürülm üşdür.
8. Borcalan İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə görə Cavabdeh2 ASC 866.000 manat məbləğində, 48 ay müddətinə, illik 17% dərəcəsi ilə İddiaçı MMC-yə kredit verir.
9. Müqavilənin 1.2-ci bəndinə görə kredit ünvan 1 ünvanında yerləşən mənzilin alışı məqsədilə verilir.
10. Girov saxlayan Cavabdeh2 ASC ilə girov qoyan İddiaçı MMC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli 113-MFG-402 nömrəli girov müqaviləsinə görə Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borular İddiaçı MMC-nin Cavabdeh2 ASC qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edilmişdir.
11. Həmin müqavilənin - 2.3-cü bəndinə görə girov predmetini n bazar dəyəri 500.000 manat təşkil edir; 3.1-ci maddəsinə görə müqavilə üzrə girovla təmin olunan ödəliyin əmələ gəlməsi üçün əsas İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsidir.
12. Girov saxlayan Cavabdeh2 ASC ilə girov qoyan İddiaçı MMC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli Akta əsasən 1000 ton metal qırıntılar və borular 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə yüklülük ilə təmin edilmiş öhdəliyin icrası ilə bağlı girov qoyulmuşdur.
13. X1, kreditor Cavabdeh2 ASC və borcalan İddiaçı MMC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli 113-MFZ-402 nömrəli zaminlik müqaviləsinə görə İddiaçı MMC 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca i cra etmədikdə X10 onunla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi icra etməyi və İddiaçı MMC öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda Cavabdeh2 ASC-nin ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə dərhal Cavabdeh2 ASC-yə ödəməyi öz üzərinə götürmüşdür.
14. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən 2023-cü il 14 iyun tarixli çıxarışa əsasən Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borular 2022-ci il 20 dekabr tarixli 113-MFG402 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmişdir.
15. Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş 2023-cü il 12 iyul tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə İddiaçı MMC-nin 2023-cü il 12 iyul tarixə vaxtı keçmiş ümumi kredit borcu 925.620,61 manat (866.000 manat əsas borc, 58.479,07 manat faiz borcu, 1141,54 manat dəbbə pulu) təşkil edir. Həmin arayışa əsasən əsas borc üzrə ödəniş edilməmiş, 24.536,67 manat faiz borcu ödənilmişdir. Son ödəniş 2023-cü il 3 mart tarixində edilmiş, ödənişin məbləği 1549,17 manat olmuşdur.
16. Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə və X7 2023-cü il 12 iyun tarixli bildirişlər göndərilmiş, 2022-ci il 20 dekabr tarixli kredit müqaviləsi üzrə borc məbləği tələb edilmiş və borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. 089607 və 089610 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildirişlər şəxsən Ə.Əliyevə təqdim edilmişdir.
17. Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə 2023-cü il 19 iyun tarixində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. 089608 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildiriş şəxsən Ə.Əliyevə təqdim edilmişdir.
18. DƏDRX-dən 2023-cü il 25 iyun tarixli çıxarışa əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. 19. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 2023-cü il 26 iyul tarixli, 8İ2365 nömrəli icra qeydinə görə, Cavabdeh2 ASC-nin tələbi ilə İddiaçı MMC-dən, X2 ünvan 1 ünvanında yerləşən mənzilə və Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borulara tutma yönəldilməsi, X2 925.645,61 manat pulun tutulma sı müəyyən olunmuşdur.
20. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 2023-cü il 19 sentyabr tarixli icraata başlamaq haqqında Qərarı ilə 2023-cü il 26 iyul tarixli, 8İ-2365 nömrəli İcra qeydi üzrə icraata başlanılmışdır.
21. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən İddiaçı MMC-yə 2023-cü il 26 iyul tarixli 8İ-2365 nömrəli icra sənədinə əsasən tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
22. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə 2023-cü il 24 oktyabr tarixli məktubla Bakı şəhəri 36 saylı notariat ofisinin 2023-cü il 26 iyul tarixli icra qeydi üzrə ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərrac vasitəsilə satılması, ilkin satış qiymətinin 870.000 manat (ipoteka müqaviləsinə əsasən) müəyyən edilməsi ilə bağlı müraciət edilmişdir. 23. "xxxx" M MC tərəfindən Nərimanov Rayon İcra Şöbəsi, X10, İddiaçı MMC və Cavabdeh2 ASC-yə 2023-cü il 27 oktyabr tarixli 279\23 nömrəli və 2023-cü il 24 noyabr tarixli 279/23 nömrəli hərrac bildirişləri göndərilmişdir. Birinci hərrac bildirişi İddiaçı MMCyə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən 2023-cü il 28 oktyabr tarixdə 104305 saylı qəbzə əsasən qəbul edilmiş, ikinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən 2023-cü il 26 noyabr tarixdə 105379 saylı qəbzə əsasən qəbul edilmişdir, X4 qeydiyyatda olduğu ünvana göndərilmiş bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 24. "xxxx" MMC tərəfindən hərraclarla bağlı elanlar (birinci, ikinci hərracla bağlı, habelə hərracın baş tutmaması ilə bağlı) “Market” qəzetinin 2023-cü il 27 oktyabr tarixl i, 2023-cü il 24 noyabr tarixli, 2023-cü il 15 dekabr tarixli buraxılışlarında dərc etdirilmişdir. 25. "xxxx" MMC-nin 2023-cü il 20 dekabr tarixli 279/23 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmiş, əmlakın satılmış son qiyməti 554.625 manat olmuşdur.
26. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 2023-cü il 20 dekabr tarixli müqaviləyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
27. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər "xxxx" MMC (bundan sonra “cavabde h MMC”), Bakı şəhəri 36 saylı notariat ofisinin (bundan sonra “cavabdeh notariat”) xüsusi notariusu X9 (bundan sonra “cavabdeh R.Dadaşova”), Cavabdeh2 ASCyə (bundan sonra “cavabdeh ASC”) qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli, 2023-cü il 26 iyul tarixli “İcra qeydi” ləğv edilməklə, həmin icra qeydi əsasında iddiaçının mülkiyyətində olmuş ** ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə tutmanın yönəldilməsi nəticəsində cavabdeh MMC tərəfindən keçirilmiş hərracın və cavabdeh MMC ilə cavabdeh ASC arasında bağlanmış 2023-cü il 20 dekabr tarixli 279/23 nömrəli protokolun etibarsız hesab edilməsi, i ddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə dair cavabdeh ASC-nin adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 866.000 manat əsas borc və illik 17% olmaqla hesablanan faizlər 48 ay müddətində annuitet cədvəlinə uyğun ödənilməli idi. Kreditin təminatı olaraq 2022-ci il 21 dekabr tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanındakı 464 kv.m sahəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni tarixli qiymətləndirmə hesabatına görə həmin əml akın bazar dəyəri 1.011.500 manat, likvid dəyəri 910.000 manat olmuşdur. 2024-cü il 13 fevral tarixində Nərimanov rayon icra şöbəsi tərəfindən təqdim edilən sənədlərə əsasən, iddiaçıdan 925.645,61 manat məbləğində borcun tutulması barədə icraata başlanmış, həmin borcun 866.000 manatı əsas, 58.479,07 manatı faiz, 1.141,54 manatı isə dəbbə pulu təşkil edir. İcra qeydinə əsasən, kreditin təminatı olan mənzil və Hacı Zeynalabdin qəsəbəsində yerləşən metal qırıntıları və borulara tutma yönəldilmişdir. Lakin nə icra qeydi, nə də tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə rəsmi bildiriş onlara təqdim edilməmiş, bu barədə yalnız 2024-cü il 13 fevral tarixində icra orqanında məlumat verilmişdir. Bank, "xxxx" MMC ilə 2023-cü il 20 dekabr tarixli 279/23 nömrəli protokola əsasən, mənzili hərrac v asitəsilə əldə etmiş və çıxarış almışdır. Əmlak yenidən qiymətləndirilmədən, çox aşağı qiymətlə hərraca çıxarılmış, hərrac prosesi barədə də onlara heç bir məlumat verilməmişdir. Cavabdeh notariatın xüsusi notariusu tərəfindən verilmiş 2023-cü il 26 iyun tarixli 8İ-2365 nömrəli icra qeydi qanunsuz və əsassız olmuş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.
29. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 iyun tarixli e-2-2(113)-3083/2024 nömrəli qərardadı ilə X12 (bundan sonra-“Ə.Alıyev”), Bakı şəhəri 12 saylı Notariat Ofisi 2024-cü il 13 iyun tarixli e-2-2(113)-3083/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində iş üzrə icraata cəlb edilmişlər.
30. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən ü çüncü şəxs X10 (bundan sonra-"xxxx") cavabdeh notariat və cavabdeh ASC-yə qarşı “icra qeydinin ləğvi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh notariatın xüsusi notariusu tərəfindən verilmiş 2023-cü il 26 iyul tarixli 8İ-2365 nömrəli “İcra qeydi"inin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
31. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 2022-ci il 20 dekabr tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi bağlanmış, 866.000 manat əsas borc və illik 17% olmaqla faizlər 48 ay müddətində annuitet cədvəlinə əsasən ödənməli idi. Üçüncü şəxs həmin müqavilə üzrə 866.000 manat məbləğində borca görə 2022-ci il 20 dekabr tarixli 113-MFZ-402 nömrəli zaminlik müqaviləsi ilə zamin qismində iştirak etmişdir. 2024-cü il 13 fevral tarix ində Nərimanov rayon icra şöbəsi tərəfindən üçüncü şəxsə cavabdeh notariatın 8İ-2365 nömrəli 2023-cü il 26 iyul tarixli icra sənədinin icrası ilə bağlı məktub təqdim edilmiş, həmin sənədə əsasən ünvan 4 ünvanında yerləşən əmlak boşaldılaraq cavabdeh ASC-yə təhvil verilməli olmuş, icra hərəkətləri 2024-cü il 4 mart tarixə təyin olunmuşdur. İcra qeydindən görünür ki, iddiaçıdan və zamin olan üçüncü şəxsdən 866.000 manat əsas borc, 58.479,07 manat faiz, 1.141,54 manat dəbbə pulu olmaqla, ümumilikdə 925.620,61 manat məbləğində vəsait tutulmalı və bankın xeyrinə ödənilməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmamasına görə tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə ona heç bir rəsmi bildiriş verilməmiş, icra qeydi və hərrac prosesi haqqında məlumatı olmamışdır. Bu barədə yalnız 2024-cü il 13 fevral tarixində icra şöbəsində məlumatlı olmuşdur. Cavabdeh notariatın xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli 2023-cü il 26 iyun tarixli icra qeydi əsassızdır və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə tərtib edilmişdir.
32. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 20 avqust tarixli e-2-2(113)3083/2024 nömrəli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə X10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
33. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 avqust tarixli e-2-2(113)3083/2024 nömrəli qətnaməsi ilə iddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri təmin edilməmişdir (hakim Ü.Həsənova).
34. Məhkəmə müəyyən etmişdir ki, hər iki iddia ərizəsi üzrə mübahisələndirilən icra qeydi qanunvericiliyə müvafiq formada tərtib edildiyindən onun ləğvi üçün əsaslar mövcud olmamış, icra qeydində göstərilən borcların mövcudluğu və borcun ipoteka predmetinə yönəldilməsi imkanları iş materiallarında olan müqavilələr və digər sübutlarla təsdiq olunmuş, həmçinin icra qeydi aparılmazdan əvvəl iddiaçıya və üçüncü şəxsə icra qeydinin veriləcəyi bağlı bildirişlər göndərilmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin xəbərdarlıqları və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi almadıqlarını bildirsələr də, işin materiallarında olan 089607,089610, 089608 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildirişlər şəxsən Əzim Əliyevə təqdim edilmişdir. Həmin poçt qəbzlərində olan imzaların ona məxsus olmasını Əzim Əliyev məhkəmə iclaslarında verdiyi izahatları nda təsdiq etmişdir. Ona görə də, məhkəmə həmin poçt qəbzlərinə imza etməsinə baxmayaraq, faktiki olaraq hər hansı sənəd verilməməsi barədə Əzim Əliyevin dəlillərini ağlabatan və inandırıcı hesab etməmişdir.
35. Beləliklə, tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı qanunvericilikdə göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapdığından, icra qeydinin aparılması ilə bağlı bildirişlərin göndərilməməsi ilə bağlı iddiaçı və üçüncü şəxsin dəlilləri əsassız hesab edilməlidir.
36. Bundan əlavə, həm iddiaçı, həm üçüncü şəxs iddia ərizələrində icra qeydində göstərilmiş borcu mübahisələndirsələr də, işin materiallarında olan və ASC tərəfindən notariat ofisinə təqdim edilmiş maliyyə arayışında göstərilmiş ödənişlərdən savayı hər hansı ödənişin edildiyini, lakin həmin maliyyə arayışında nəzərə alınmadığını təsdiq edən, habelə icra qeydinin verildiyi tarixə faktiki borcun ümumiyyətlə hansı həcmdə olması barədə hesablamalarını (hesablama barədə hər hansı sübutu) məhkəməyə təqdim etməmişlər. Həmçinin, məhkəmə iclasında verdiyi izahatında Əzim Əliyev də maliyyə arayışında göstərilmiş ödənişdən savayı, hər hansı ödəniş edilmədiyini təsdiq etmişdir. Bu səbəbdən, icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
37. Məhkəmə iddianı hərracın, habelə hərrac protokolunun etibarsız sayılması, çıxarışın ləğv edilməsi hissəsində də əsassız hesab edərək, işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla bildirmişdir ki, hərraclarla bağlı bildirişlərin göndərilməməsi, kütləvi informasiya vasitələrində elanların verilməməsi, habelə ilkin satış qiymətinin aşağı müəyyən edilməsi barədə iddiaçının dəlilləri materiallarda olan sübutlarla təkzib edilmişdir.
38. Eyni zamanda, X12 (Satıcı), ASC (İpoteka saxlayan) və iddiaçı (Alıcı; İpoteka qoyan; Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli _113-MFİ-402 nömrəli alqısatqı və ipoteka müqaviləsinin 1.7-ci bəndinə görə "xxxx" MMC tərəfindən 2022-ci il 20 dekabr tarixində tərtib edilmiş rəyə əsasən ipoteka predmeti ******* (bir milyon o bir min beş yüz) manat qiymətləndirilsə də, iddiaçı və ASC ipoteka predmetinin ilkin satış qiymətinin 870000 (səkkiz yüz yetmiş min) manat olduğunu qəbul etmişlər. Belə ki, hərraclar qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyind ən və həmin hərracların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Hərracların keçirilməsi ilə bağlı bildirişlər iddiaçının və üçüncü şəxsin qeydiyyat ünvanlarına göndərilmiş, iddiaçıya çatdırılmış, üçüncü şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən çatdırılması mümkün olmamış, bununla da qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Buna görə də hərracın etibarsız hesab edilməli olması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığına görə iddia ərizəsi qalan hissədə də əsassız olduğu üçün təmin edilməməlidir.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2, 415.2, 415.5 və 416-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7, 36.2.3, 41, 42.1, 42.3 və 42.4-cü maddəl ərinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
40. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir.
41. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat
42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 5 dekabr tarixli 2-2(103)-1091/2024 nömrəli qətnaməsi ilə iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iddiaçı və üçüncü şəxs apellyasiya şikayətlərində qeyd etdiyi eyni dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd olunan arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən, prosessual qənaət prinspinə əsaslanaraq yenidən həmin dəlillərə münasibət bildiri lməsinə zərurət görmür.
44. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına istinadla əsaslandırmışdır.
45. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
46. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri eyni məzmunlu olmaqla aşağıdakı qaydada əsaslandırılmışdır.
47. K onstitusiyanın 60-cı maddəsinin İİ, İİİ və İV hissələri üzrəməhkəmə tərəfindən işin araşdırılmasında obyektivlik təmin olunmamış, təqdim olunan sübutlara hüquqi qiymət verilməmiş, iddiaçı dinlənilmə hüququndan məhrum edilmişdir. Bu, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur.
48. MM-in 1, 11 və 12-ci maddələri üzrə-məhkəmə mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipinə əməl etməmiş, iddiaçının hüquqları pozularaq hüquqi dövlətin əsas prinsipi olan hüquqların müdafiəsi təmin olunmamışdır. Əmlak hüququnun qorunması təmin olunmamış, qanunsuz şəkildə ipoteka predmeti olan mənzil borclunun iştirakı və xəbəri olmadan satışa çıxarılmış, mülkiyyət hüququna dövlət müdaxiləsi baş vermişdir.
49. MM-in 416.1 və 416.2-ci maddələri üzrə - hərrac qanunvericiliklə müəyyən ed ilmiş qaydalara zidd olaraq keçirilmiş, ilkin satış qiyməti bazar dəyəri nəzərə alınmadan müəyyən edilmişdir. Bu səbəbdən hərrac və onun əsasında bağlanan müqavilə etibarsız sayılmalıdır
50. MM-in 560.1, 560.2 və 560.3.2-ci maddələri üzrə - bank və icra məmuru tərəfindən hərracın qanunsuz təşkili və əmlakın dəyərindən aşağı qiymətə əldə olunması hüquqdan sui-istifadə halıdır. Hüquqdan yalnız ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir və belə hallar hüquqi nəticələr doğurmamalıdır. 51. “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.4, 43.5 və 43.7-ci maddələri üzrəipoteka predmeti olan əmlakla bağlı hərrac və tutma prosedurlarında borclunun məlumatlandırılması təmin olunmamış, nə poçtla sifarişli bildiriş verilmiş, nə də rəsmi internet saytında elan dərc edilmişdir. Bu isə tutmanın yönəldilməsi prosesini qeyri-qanuni etmişdir. 52. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi üzrəicra qeydi yalnız borcun mübahisəsiz olması halında verilməlidir. Lakin iş üzrə borcun məbləği və statusu mübahisəli olduğundan notarius tərəfindən verilmiş icra qeydi hüquqa zidd hesab edilməlidir. Həmçinin etibarnamə təqdim edən nümayəndəyə bu istiqamətdə xüsusi səlahiyyət verilməmişdir.
53. MPM-in 14.2, 76.1, 77.1, 80, 81, 88, 106.1, 217.3, 217.4, 218.3-cü maddələri üzrə-məhkəmə tərəflərin təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verməmiş, mübahisənin mahiyyətini araşdırmamış və əsaslandırılmış qərar çıxarmamışdır. Məhkəmə prosesi obyektiv və tam keçirilmədiyindən ədalətli məhkəmə mühakiməsi hüququ pozulmuşdur.
54. Ali Məhkəmənin 2021-ci il 24 noyabr tarixli 02/2 021 nömrəli qərardadı üzrə Ali Məhkəmənin təcrübəsinə əsasən ipoteka predmetinin satış qiyməti onun bazar dəyərinə uyğun müəyyən olunmalıdır. Lakin iş üzrə əmlakın bazar dəyəri 1.011.500 manat olduğu halda, satış 554.625 manata baş tutmuş və bu da qiymətləndirmə tələblərinin pozulmasıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
56. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq ed ib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
414. Müqavilənin hərracda bağlanması... 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir....” “Maddə
415. Hər racın təşkili və keçirilmə qaydası... 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 59. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
62. Hərracın keçirilməsi müddətləri və qaydası 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay m üddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.” 60. “İpoteka haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyy ət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşk ilatçısına sifarişi verə bilərlər. 41.5. Hərrac açıq auksion formasında keçirilir.” “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.... 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyin ə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun...” “Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.” 61. “Notariat haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur Respublikası Qanununun müvafiq “Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş m üvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildiriş dən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas o lan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”
62. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
64. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə a ktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
65. Baxılan iş üzrə mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Eyni zamanda mübahisə olunan hərracın qanunla müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirilməsi müəyyən edilməmişdir. Belə olan halda, iddianın təmin edilməməsi yuxarıda göstərilən qanun vericiliyə uyğun olmuşdur.
66. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. İddiaçının və üçüncü şəxsin kassasiya şikayətlərində irəli sürdüyü dəlillər iddia ərizələrində və apellyasiya şikayətlərində göstərilən dəlillərlə eynidir.
68. Məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxs tərəfindən hazırkı kassasiya şikayətlərində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır.
69. Göstəri lənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.Odur ki, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
70. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1091/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.