Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-242/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MTK-nəqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-242/2019) Bakı şəhəri xxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun c avabdeh “xxxx” MTK-nə qarşı cavabdehdən kredit borcunun tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-57/2019 saylı qətnaməsindən iddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MTK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 209.260 manat məbləğində əsas borcu, 16.275,81 manat məbləğində faiz borcu, 12.602,10 manat cərimə borcu, ümumillikdə 238.137,91 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəf indən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xxx 2015-ci il tarixli, 095/15 saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 8% dərəcəsi olmaqla 209 260 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 209 260 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3 bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxıl edildiyi gündən verilmiş sayılır. Cavabdeh "xxxx” Mənzil Tikinti Kooperativi bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 209 260 manat məbləğində əsas borcu, 16 275.81 manat məbləğində faiz borcu, 12 602 10 manat cərimə borcu, ümumilikdə 238 137.91 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan «K redit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 209.260 manat məbləğində əsas borcun, 16.275, 81 manat məbləğində faiz borcunun, 12.602, 10 manat cərimə borcunun, ümumilikdə 238.137,91 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur (hakim E.Mustafayev). Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-57/2019 saylı (X4 (sədrlik edən və məruzəçi), hakimlər X1 və X3) qətnaməsi ilə cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən – “xxxx” MTK-dan xxx 2015-ci il tarixli 095/15 saylı kredit müqaviləsi üzrə 203.697,84 manat məbləğində əsas borc, 5.000 manat cərimə borcu, 30 manat məbləğində dövlət rüsumu, cəmi 208.727 manat borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İddiaçı" ASC ilə cavabdeh “xxxx” MTK arasında bağlanmış xxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16% hesablanmaqla 12 ay müddətinə 209.260 manat məbləğində kredit verilmişdir. Borcu həmin vəsaiti istifadə etmişdir ancaq müqavilənin bitən tarixə borcunu tam ödəməmiş, onun iddia verilən tarixə 209.260 manat, 16.275,81 manat faiz və 12.602,10 manat cərimə borcu vardır, kredit müqavil əsinin 2.5-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) uyğun olaraq həyata keçirilir, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) nəzərdə tutulmuş tarislərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 16% cərimə faizi ödəyir. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(103)-57/2019 saylı qətnaməsində hakimlər səhv olaraq iş üzrə cavabdeh tərəfindən xxx 2016-cı il tarixdə ödədiyi 14.740,54 manat vəsaiti borclunun müddət sonuna olan faiz borcuna (9.178,38 manat) və qalan məbləği isə əsas borcdan siliblər. Bu zaman məhkəmə tərə flər arasında bağlanan xxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinin 2.5-ci bəndinin tələblərini nəzərə almayıb, iddia ərizəsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, “xxxx” MTK29.07.2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsi üzrə hər 18.203,20 manat məbləğində ödəniş etmə idi, ancaq cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödənişləri vaxtın etməmişdir və ona xxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinin 2.5-ci bəndinin tələblərinə əsasən cərimələr hesablanmışdır. Bundan sonra cavabdeh xxx 2016-cı il tarixdə ödədiyi 14.740,54 manat vəsaitin bir qisminə hesablanmış cərimələrə silinmiş, bu səbəbdən cavabdehin müddət sonuna 209.260 manat əsas və 1.999,59 manat faiz borcu vardı, Bakı Apellyasiya Məhkəməsi xxx 2018-ci il tarixli, 2(103)-57/2019 say lı qətnaməsində qəldiyi nəticə səhvdir və 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsi düz olduğu üçün dəyişdirilmədən qüvvədə qalmalı idi. İşə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 385.1, 386.1, 442, 443, 739-cu maddələrinin tələbləri pozulmuş, “Məhkəmə qətnaməsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun xxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortal anması Fondunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etdi. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx” Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh "xxxx” Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridi r. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-57/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu (bank) ilə «xxxx» MTK (borcalan) arasında bağlanmış xx x 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasən bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 500.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür, borcalan bu kreditdən istifadəyə görə illik 8% olmaqla faiz ödəyir, kreditin məbləği 209.260 manat, illik faizi 8 %, vaxtı keçmiş kredit faizi 16 %, cərimə 1 %-dir, iddiaçı tərəfindən verilmiş 10/H-7428 saylı xxx 2017-ci il tarixli maliyyə arayışına əsasən borclu «xxxx» MTK-nın 29.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xxx 2017-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borcu 209.260 AZN, faiz borcu 16.275.81 AZN, cərimə (dəbbə) borcu 12.602.10 AZN, cəmi 238.137.91 AZN məbləğində borcu yaranmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı xxx 2016-cı il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamə ilə «xxxx» Mənzil Tikinti Kooperativi xxx 2013-cü il tarixində ********** nömrəli VÖEN-i altında qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi iş üzrə o nəticəyə gəlmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, əsas borcun tutulmasına dair hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir, xxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsi üzrə cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmış, cavabdeh tərəfindən kredit üzrə son ödəniş xxx 2016-cı il tarixdə 14.740,54 manat olmuş, cavabdeh tərəfindən ödənilmiş 14.740,54 manat məbləği yalnız kredit üzrə faiz borcuna silinmiş, kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borcalanın vəzifəsi bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməkdir, cavabdehin kredit üzrə faiz borcu yoxdur (14.740,54 manat - 9178,38 manat = 5562,16 manat), iddiaçı isə əsassız olaraq cavabdehə 16.275,81 manat faiz borcunun tutulmasını tələb etmişdir v ə məhkəmə iddia tələbinin bu hissəsini tam təmin etmiş, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir, ödənilmiş 5562,16 manat faiz borcu əsas borcadan silinməlidir, bu məbləğ əsas borcdan silindikdən sonra əsas borc 203.697,84 manat (209.260 – 5562,16) təşkil edir, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 12.602,10 manat cərimə borcu azaldılaraq 5.000 manat məbləğində müəyyən edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ö dənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxx 2014-cü il tarixli qərarına əsasən kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməs i ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının məzmunundan göründüyü kimi kredit təşkilatı (hazırkı iş üzrə iddiaçı bank) kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada faiz borcunun ödənilməsini tələb edə bilməz. Bu zaman bank yaln ız bank faizinin uçot dərəcəsi ilə ödənilməsini və öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox o la bilər Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarındakı 10.07.2018-ci il tarixli maliyyə arayışında cavabdehin 16.06.2016-cı il tarixində kredit üzrə son dəfə 14.740,54 manat məbləğində ödəniş etdiyi göstərilmiş, həmin arayışda bu ödənişin təyinatı (əsas borc, faiz borcu yaxud cərimə üzrə) göstərilməsə də, apellyasiya məhkəməsi hər hansı araşdırma aparmadan və buna dair zəruri sənədləri tələb etmədən həmin məbləğin bir hissəsini (14.740,54 manat - 9178,38 manat = 5562,16 manat), faiz borcuna silmiş, yerdə q alan 5562,16 manatı isə əsas borca aid edərək cavabdehin kredit müqaviləsi üzrə əsas borcunu 203.697,84 manat məbləğində müəyyən etmiş, bu zaman gəldiyi nəticəni maddi hüquq normaları və müqavilə şərtlərinə istinad etməklə əsaslandırmamışdır. İş materiallarında isə 14.740,54 manat məbləğində ödənişə dair ödəniş tapşırığı olmadığından, bu ödənişin cavabdeh tərəfindən hansı təyinatla aparıldığını müəyyən etmək mümkün deyildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borcalan kredit və (və ya)ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1 faizi həcmində və vaxtı keçmiş kredit üzrə is ə illik faiz dərəcəsi 16 faizi ödəməlidir. Digər tərəfdən, məhkəmənin istinad etdiyi maliyyə arayışında, arayışın təqdim edildiyi günə cavabdehin faiz borcunun 38.875 manat olduğu qeyd edilmiş, iddia ərizəsində isə cavabdehdən yalnız 16.275,81 manat faiz borcunun tutulması xahiş edilmiş, işin 6-cı vərəqindəki xxx 2015-ci il tarixli kreditin ödənmə cədvəlinin surətində isə müqavilənin başa çatdığı xxx 2016-cı il tarixə cavabdehin 9178,38 manat faiz ödəməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. xxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasənkreditin məbləği 209.260 manat, illik faizi 8 %, vaxtı keçmiş kredit faizi 16 %, cərimə 1 %-dir, adi riyazi hesablamaya əsasən cavabdeh kreditdən istifadəyə görə bir il müddət üçün 16.740,8 manat faiz ödəməlidir, işdə əsli olmayan və lazımi qaydada təsdiq edilməmiş maliyyə arayışının surətində isə faiz borcunun müqavilə şərtlərinə uyğun olmayan 9.178,38 manat göstərilməsi ilə bağlı məhkəmə tərəfindən də hər hansı araşdırma aparılmasına zərurət görülməmiş, müqavilə müddəti üzrə hesablanmalı olan faiz məbləği, həmçinin əsas borc məbləği dəqiq müəyyən edilmədiyindən hazırkı qətnamə qüvvədə saxlanıla bilməz. Bundan əlavə iş materiallarına əsasən cavabdeh birinci instansiya məhəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən həmçinin buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, məhkəmələr tərəfindən isə həmin ərizəyə hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respub likası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-57/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-57/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-242/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-242/2019
27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver