Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-242/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, icra obyektinin subicarəyə verilməsi, əqdin etibarsızlığı, müvafiq razılığının alınmamasına görə etibarsızlıq, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızınd an ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi) pul tələbinə dair ilk, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı icarə müqaviləsinə əlavənin və aktın etibarsız hesab edilməsi barədə qarşılıqlı tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh MMC (investor) ilə "xxxx" ASC (tərəfdaş) arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, tərəfdaş Azərbaycan Respublika sının qanunvericiliyə əsasən özünə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən tütün emal zavodunun ərazisini və tikililəri təqdim edir, investor bu ərazidə rekonstruksiya və bərpa işlərini aparıb, avadanlıqlarla təchiz edib, istehsal sahəsi qurur. İnvestor bütün bu işləri öz hesabına aparır və investisiya fəaliyyətinin nəticəsi olaraq quru tütün yarpağının satış dövriyyəsindən tərəfdaşa 2.5% il ərzində mənfəət ödəyir.
2. Eyni tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsinə əsasən, "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur - 2.4-cü bənd: Obyektin təqribi sahəsi 8.333,33 kv.m təşkil edir və onun sərhədləri əlavədə öz əksini tapmışdır. - 2.5-ci bənd: Obyekt faktiki olaraq təhvil verildikdə yekun ölçmə işləri aparılacaq və zəruri olarsa icarə haqqı səthin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacaqdır. - 3.2-ci bənd: Tərəflər arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli 001/20JV nömrəli birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla hazırkı müqavilə 10 il müddətində qüvvədədir. Birgə fəaliyyət müqaviləsinə vaxtından əvvəl xitam verilərsə birgə fəaliyyət müqaviləsinə xitam verilən tarixdən hazırkı müqavilə öz qüvvəsini itirir. - 4.1-ci bənd: icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8.333,33 manat təşkil edir. 3. *** (icarəyə verən) ilə İddiaçı ASC (icarəçi) arasında bağlanmış “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 60.186,4 kv.m torpaq sahəsini 2 il müddətinə illik icarə haqqı 9.000 manat, aylıq icarə haqqı məbləği 750 manat olmaqla icarəçinin müvəqqəti icarəsinə vermişdir. Həmin müqavilənin 2.2-ci bəndinin 3-cü abzasına əsasən, icarəçi icarəyə verənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə verə, icarə hüquqlarını girov qoya bilər. 4. 2023-cü il 10 fevral tarixində "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasi bi, Cavabdeh MMC-nin direktoru (*****) və baş mühasibinin (**) iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earth vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8.333,33 kv.m deyil, faktiki 58.048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyə verənə məxsus 54.143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8.333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir. 5. "xxxx" ASC ilə Cavabdeh MMC arasında tərtiblənmiş 2023-cü il 10 fevral t arixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 2020-ci il 1 noyabr tarixli müqavilənin bir neçə bəndində, o cümlədən 2.4 və 4.1-ci bəndlərində dəyişiklik edilərək, müəyyən edilmişdir ki, obyektin sahəsi 54.000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. İcarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54.000 manat təşkil edir. Əlavəni Cavabdeh MMC-nin adından direktoru qismində ***** imzalamış və əlavəyə MMC-nin möhürü vurulmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) X1” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 mana t, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında icarə müqaviləsinin bağlandığı tarixdən 2023-cü il 10 fevral tarixinədək istifadəsində olan 8333,33 kv.m ərazini genişləndirərək, 54.000 kv.m-ə çatdırmışdır. Bu səbəbdən həmin tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş, müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Həmin ə lavəyə əsasən, icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54.000 manat müəyyən edilmiş, lakin cavabdeh 2023-cü il 10 fevral tarixindən bu günədək aylıq 54.000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırmış və bunun əvəzində ümumi icarə haqqının kiçik bir hissəsi olan 8.333,33 manat məbləğində icarə haqqı ödəmiş, bununla da müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur. Hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırm ışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan "xxxx" MMC (bundan sonra-“üçüncü şəxs MMC”) ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində iddiaçının təklifi və təşəbbüsü əsasında yerli sektorun inkişafı ilə əlaqədar 2020-ci il 28 oktyabr tarixində birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş, iddiaçı tərəfindən qarşılıqlı etibardan, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui-istifadə edilərək, guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan ***** adlı şəxs cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gətirilmiş, iddiaçı ASC-nin sədr müavini olan*un qardaşı x üçüncü şəxs MMC-d ə yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan ** cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xarici investorlara və cavabdeh MMC-nin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyük qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında *****un səlahiyyətlərindən istifadə edərək, icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54.000 manata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləndirən, eləcə də müqavilədə icarəyə götürənin hüquqların ı və maraqlarını müdafiə edən bəndləri ləğv etmək və dəyişdirməklə icarəyə götürənin vəziyyətini əhəmiyyətli şəkildə pişləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə də həmin tərkibdə həmin tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra 2023-cü il 13 fevral tarixində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə direktor ***** və baş mühasibi ** öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində ***** baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışdır. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq 2023-cü il 10 fevral tarixində tə rtib edilmiş akt və müqavilə əlavəsi daxil olmuşdur. Sözügedən akt və müqaviləyə məzmunundan da göründüyü kimi qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən, yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa *****un rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən 1.245.554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən cəmiyyət 1.000.000 manatadək ziyan etmişdir. Bölgə üzrə məşğulluq baxımından cəmiyyət 300-dən çox işçini işlə təmin edir. Belə ağır şərtlərlə fəaliyyət göstərən təşkilatın xərclərini birdən-birə 100.000 manatdan 600.000 manatadək qaldırmaq kimi hərəkətlərin hansı niyyətlərə xidmət etməsi aydın deyildir. İddiaçı ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini, sonradan hansı ərazilərin icarədardan xəbərsiz tutulduğunu rəsmi sənədlər üzərindən sübuta yetirə bilməmişdir.
10. Üçüncü şəxs MMC ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında 2023-cü il 10 fevral tarixli akt və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunsuz yolla hazırlanmışdır, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdeh MMC-nin əvvəlki direktoru *****un işlədiyi dövrdə, yəni 2023-cü il tarixində vergi xidmətinə müəssisənin 850.000 zərərdə olması barədə hesabat verilmişdir. Belə olan halda, 54.000 manat aylıq icarə haqqı tələb edilməsi müəssisənin bilərəkdən iflas etməsinə yön ələn hərəkətlərdir. Bu qanunsuz hərəkətlərinə görə Zaqatala hayon Prokurorluğuna şikayət verilmiş və həmin şəxslər barəsində araşdırma aparılmışdır. İddiaçı ilə bağlanmış 2021-ci il 29 oktyabr 985 saylı və 2022-ci il 18 avquct, 3333 saylı torpağın icarəyə verilməsi müqavilələrinin 5.2 və 6.1.2-ci bəndlərinə əsasən, torpağın başqa fiziki və hüquqi şəxslərə verilməsi yalnız icarəyə verənin, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-“ƏMDX” və ya “Xidmət”) yazılı razılığı ilə mümkündür. Belə olan halda, Xidmətin yazılı razılığı olmadan icarə müqaviləsi, icarə müqaviləsinə 1 nömrəli əlavə və akt imzalanması qadağandır. Bundan başqa, həmin müqavilələrdən görünür ki, dövlət torpağı illik 9884 manat və 9000 manat qarşılığında icarəyə götürüldüyü halda, iddiaçı tərəfindən Xidmətin razıl ığı olmadan illik 648.000 manat qarşılığında cavabdehə icarəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəti 10 olduğu halda, Xidmətlə iddiaçı arasında dövlət torpağının icarəyə verilməsi barədə müqavilələr 2 il müddətində bağlanmışdır.
11. Üçüncü şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, cavabdeh MMC-nin keçmiş direktoru olan *****un nizamnamədən kənar fəaliyyətləri olmuşdur. Nizamnamənin 9.2-ci bəndində göstərilir ki, direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır və xüsusi əhəmiyyətli sənədlər istisna olmaqla, rəsmi sənədləri imzalayır. Hazırkı məsələnin xüsusi əhəmiyyətli hal olduğunu bildirirlər. ***** icarə haqqının artırılması barədə həmin müəssisənin təsisç isi olan MMC-yə heç bir məlumat verməmişdir. Bundan əlavə *****un rəhbər olduğu dövrdə müəssisə zərərlə işlədiyindən və bir sıra müəssisədaxili kobud pozuntular olduğundan, təsisçilər onun barəsində 2023-cü il 1 fevral tarixində 1 aylıq vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etmişdir. İdarə heyətinin qərarı *****a təqdim edilmişdir. O, möhürü təhvil verməkdən imtina etmiş və bildirmişdir ki, onun adından başqa hərəkətlər edə bilərlər. Bu səbəbdən də möhürü işdən çıxardıqdan sonra təhvil verəcəyini bildirmişdir. X2 Hazmanov müəssisəni zərərə salmaq üçün bu aktı imzalayıblar. Təsisçi tərəfindən cavabdeh MMC-yə 6.000.000 dollar məbləğində vəsait yatırılmış, lakin 3 il ərzində bir manat da olsa, mənfəət əldə etməmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2 -2(117)-654/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim R.Məcidov).
13. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunvericiliyin tələbinə zidd olmamaqla, habelə müqavilə iştirakçıları olan hüquqi şəxslərin rəhbərləri tərəfindən müvafiq qaydada həm imza, həm möhürlə təsdiqlənməklə etibarlı əqdlərdir. İcarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54.000 kv.m ərazidən istifadə olunması müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasınd a icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan tələbdə göstərilən məbləğlərdə icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış nüqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Bu səbəbdən də mübahisələndirilən ölçmə aktı və müqaviləyə 1 nömrəli əlavə icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirilir və həmin əqdlərin etibarsızılı ğı üçün qanuni əsas mövcud deyildir.
15. Məhkəmə qarşılıqlı iddianın mübahisə predmeti olan əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlilinə münasibətdə göstərmişdir ki, əvvəla, əlavə və akta imza etmiş cəmiyyətin direktoru *****un səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən, ***** cavabdeh MMC-nin rəhbəri olmaqla qanunvericiliklə və cəmiyyətin nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək direktor kimi müqaviləyə əlavə və akt imzalamışdır. Əgər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi kimi, *****un səlahiyyətlərindən müddətli uzaqlaşdırılması ilə bağlı təsisçinin qərarı olmuş olsaydı və həqiqətən də onun vəzifə səlahiyyətlərindən sui-isti fadə hallarına yol verdiyi 2023-cü il 10 fevral tarixində müəyyən edillmiş olsaydı, bu zaman direktorun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edildikdən sonra müəssisənin möhürü direktorda saxlanılmamalı idi. Halbuki mübahisə predmeti olan 1 nömrəli əlavə direktorun imzası, habelə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış direktor möhürü təhvil vermədiyi halda, direktoru vəzifəsindən uzaqlaşdırmış təsisçinin direktordan möhürü almaq səlahiyyəti olmuşdur ki, təsisçinin bu səlahiyyətlərindən istifadə etməsi, habelə direktorun möhürü təhvil verməməsi nəticəsində etməli olduğu hərəkətlərlə (möhürün təhvili ilə bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciəti və s.) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məh kəmə hesab etmişdir ki, müəssisənin direktoru 2023-cü il 10 fevral tarixində müqaviləyə 1 nömrəli əlavə və aktı imzalamaq üçün səlahiyyətli şəxs olmuşdur.
16. Əlavə və aktdan cəmiyyətin təsisçisinin məlumatının olub-olmaması ilə bağlı isə qeyd olunmuşdur ki, əvvəla, təsisçinin məlumatının olmaması ilə bağlı iş materiallarında sübut yoxdur. Bundan başqa cəmiyyətin direktoruna cəmiyyətin adından əqd bağlamaq səlahiyyəti verilmiş və direktor həmin səlahiyyətlərindən istifadə edərək əqd imzalamışdır ki, cavabdeh müstəqil hüquqi şəxs olmaqla özü üçün öhdəliklər götürə və hüquqlarından müstəqil istifadə etmək hüququna malikdir. Direktorun bağladığı əqdlər və hərəkətlərlə bağlı təsisçiyə məlumat verməli olması və bu məlumatı verməməsi həmin əqdin etibarsızlığına əsas olan səbəb deyildir, direktor un vəzifəsini düzgün icra etməməsinin nəticəsidir. Həmçinin, direktorun vəzifəsini düzgün yerinə yetirməməsi nəticəsində cəmiyyətin zərərlə işləməsi və 54.000 manat icarə haqqını ödəyə bilməməsi 54.000 manat icarə haqqının ödənilməsi öhdəliyini yaradan müqaviləyə əlavənin etibarsız hesab olunmasına səbəb deyildir. Belə ki, icarə haqqı tərəflərin azad iradə ifadələri ilə müəyyənləşdirilən meyardır ki, əgər iddiaçı cəmiyyət həmin məbləğdə icarə haqqını ödəyə bilməyəcəkdisə, bu zaman müqaviləyə 1 nömrəli əlavə imzalanmasından imtina etməli, 54000 kv.m deyil, icarə müqaviləsində qeyd olunduğu kimi 8333,33 kv.m ərazidən istifadə etməklə həmin ərazinin icarə haqqını ödəməli idi.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, üçüncü şəxs MMC tərəfindən təqdim edilmiş 2023-cü il 1 fevral tarixli 01 nömr əli təsisçi qərarı sübut kimi qəbul edilmir. Belə ki, üçüncü şəxs məhkəmənin 2023-cü il 11 iyul tarixli protokol qərarına əsasən işin hazırlıq mərhələsində məhkəmə icraatına cəlb edilmiş, 2023-cü il 21 iyul tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, iş üçün əhəmiyyətli sübutlar təqdim edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilməklə məhkəmə iclası təxirə salınmışdır. 2023-cü il 26 iyul tarixdə keçirilən hazırlıq iclasında da üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, tərəflərin vəsatətlətinin, sübutlarının olubolmaması dəqiqləşdirildikdən sonra iş məhkəmə baxışına hazır hesab edilməklə baxış iclası təyin edilmişdir. Göründüyü kimi, vəsatətlərinin, sübutlarının və sənədlərinin təqdim edilməsi üçün bütün tərəflərin, eyni za manda üçüncü şəxsin də kifayət qədər vaxtı olmuş, həmin sübut iş məhkəmə baxışına təyin edildikdən sonra yaranmamaqla həmin vaxtdan əvvəl də mövcud olmuş lakin üçücü şəxs həmin sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddianın hüquqi əsasını əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması təşkil etdiyindən, əgər qarşılıqlı iddianın verdiyi tarixdə həqiqətən təsisçinin qərarı mövcud olsaydı, bu sübut istər cavabdeh, istərsə də üçüncü şəxs MMC tərəfindən vaxtında məhkəməyə təqdim edilərdi. Eyni zamanda, qeyd olunan qərar məhkəməyə vaxtında təqdim edilmiş olsaydı belə, həmin qərar müstəqil şəkildə sübut kimi qəbul edilməyərək məhkəmə tərəfindən müvafiq əlavə araşdırma aparılardı (qərarların qeydiyyat kitabına baxış və s.).
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 43.1 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2. 710.1, 710.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Apellyasiya baxışında üçüncü şəxs ƏMDX-nin nümayəndəsi verdiyi inzahatında blirmişdir ki, tərəflər arasında 2020-ci il 1 noyabr tarixində icarə müqaviləsi bağlanarkən Xidmətin nümayəndəsi də iştirak etmiş, müqaviləyə 1 nömrəli əlavədən məlumatlı olmuşdur. İ ddiaçı torpaq sahəsini Xidmətin razılığı ilə subicarəyə vermişdir, bu barədə yazılı razılığın olub-olmaması barədə məlumatı yoxdur.
21. Məhkəmənin sorğusuna cavab olaraq Xidmətin 2023-cü il 8 dekabr tarixli 3-213/2-18282/2023 nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçının bütün əmlakları 2014cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında Tütün fermentləmə zavodunun yerləşdiyi 53.596,0 kv.m torpaq sahəsinə dair 2021-ci il 29 oktyabr tarixli 985 nömrəli; Yuxarı Tala kənd Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsinə dair 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqavilələri bağlanılmışdır. İddiaçının icarəsində olduğu torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil ol mamışdır.
22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olunmuşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova).
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, işin materialları ilə müəyyən olunur ki, iddiaçı 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirdiyi ünvan 1ində Tütün qəbu lu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsinin sərəncamçısı (vəkil edilmiş dövlət orqanı) ƏMDX-dir. Xidmət sözügedən torpaq sahəsini iddiaçının icarəsinə 2022-ci il 18 avqust tarixində 2 il müddətinə vermişdir. İddiaçı 2020-ci ildə dövlət mülkiyyətində olan torpaq sahəsini özünün icarəsində olmadığı halda, heç bir qanuni əsas olmadan cavabdehin subicarəsinə vermişdir. Halbuki, qanunun tələbi və xxilə sonradan bağlanmış icarə müqaviləsinin şərtinə görə, iddiaçı özünün qanuni icarəsində olan torpaq sahəsini yalnız icarayə verənin yazılı razılığına görə subicarəyə verə bilərdi. İndiki halda bu hal baş verməmiş, iddiaçı bu barədə nə 2020-ci ildə, nə də 2023-cü ildə əmlakın sərancamçısına müraciət etməmişdir. Belə olan halda 2020-ci ildə iddiaçının torpaq sahəsini başqa şəxsin subicarəsinə verməyə və sonradan həmin müqaviləyə dəyişikliklər etməyə səlahiyyəti olmamışdır. Bu o deməkdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi etibarsızdır, bu səbəbdən həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və 2023-cü il 10 fevral tarixli akt da etibarsız hesab edilməlidir.
24. Birinci instansiya məhkəməsi isə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və iddiaçını təmsil edən nümayəndənin izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkiş mə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll olunmasını istisna edir.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 241.1, 241.2, 242.2, 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2, 710.1, 710.3, 712.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarlarına və MPM-in 4, 9, 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qəra r qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 5.3, 6.1.2, 351.2 və 351.3-cü maddələrinin tələbləri pozulmuşdur- iddiaçı, cavabdeh və xxicarə müqavilələrini faktiki olaraq icra etmiş, cavabdeh müqavilənin mübahisəli bəndindən sui-istifadə edərək iddiaçının mülkiyyətindən fayda götürmüş, əvəzində isə öz öhdəliklərini icra etməkdən yayınmış, bununla da iddiaçıya zərər vurmuş, onu qanuni gözləntisi olan mülkiyyətindən məhrum etmişdir. Məhkəmə isə tərəflərin iradəsinə zidd olaraq onlar arasında bağlanmış icarə müqavilələrini etibarsız hesab etməklə cavabdehə üstün hüquqlar verərək onun hüquqdan sui-istifadəsinə zəmin yaratmışdır. Tərəflər arasında qarşılıqlı razılıq olmasına baxmayaraq, məhkəmənin formal təl əblər baxımından müqaviləni etibarsız hesab etməsi əsassızdır.
28. MM-in 152, 675 və 700-cü maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi qətnaməsində işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən etibarsız olduğu müəyyən edilmiş 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi torpaq sahəsi ilə bağlı deyil, qeyri-yaşayış sahəsi ilə əlaqədar olaraq bağlanılmışdır, hansı ki, həmin qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam olaraq özəlləşdirilmişdir. xxtərəfindən məhkəməyə ünvanlanmış 2023-cü il 8 dekabr tarixli məktubda da birbaşa göstərilmişdir ki, iddiaçı tərəfindən əmlaklar 2014-cü il 13 dekabr tarixində tam olaraq özəlləşdirilmiş və onun mülkiyyətindədir. Kompleksə daxil olan binanın altında və ətrafında yerləşən torpaq sahələri isə onun istifadəsinə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, mülkiyyətçi öz əmlakından sərbəst şəkildə istifadə etmək, əmlakla bağlı istənilən müqaviləni bağlamaq hüququna malikdir. Bununla bağlı hər hansı dövlət orqanından icazə tələb olunmur. Bu səbəbdən, məhkəmə tərəfindən əsassız olaraq torpaq sahəsinin icarəyə verildiyi bildirilmiş və düzgün olmayan yekun məhkəmə qərarı qəbul olunmuşdur. Digər tərəfdən, cavabdeh tərəf 2020-ci il 1 noyabr tarixli müqaviləni ümumiyyətlə mübahisələndirmir. Belə olan halda, məhkəmənin tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mövqeyi qanunvericiliyə zidd olduğundan, həmin müqaviləyə 2023-cü il 10 fevral tarixli əlav ənin etibarsız hesab edilməsi üçün istinad olunan hal da tam əsassızdır.
29. MM-in 242.2, 337.1, 355, 357 və 358-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə 2020-ci il 1 noyabr tarixli müqavilənin etibarsız hesab edilməsi səbəbindən, həmin müqaviləyə əlavə kimi tərəflər arasında bağlanılmış 2023-cü il 10 fevral tarixli əlavəni də etibarsız hesab etmişdir. Qeyd olunduğu kimi, ilkin icarə müqaviləsi etibarsız deyil. MM-in tələblərindən aydın olur ki, səlahiyyətsiz şəxs tərəfindən əqd bağlanılmış olsa belə, əqd səlahiyyətli şəxs tərəfindən sonradan bəyənildikdə həmin əqd bağlanıldığı andan etibarlıdır. ƏMDX-nin tərəflər arasında bağlanmış icarə müqaviləsindən xəbəri olmuş, həmin əqdi bəyənmiş və buna etiraz bildirməmişdir. ƏMDX-nin məhkəmə iclasında iştirak etmiş nümayəndəsi iddianın təmin o lunmasını xahiş etmiş, subicarədən məlumatlı olduğunu, Xidmətlə iddiaçı arasında bağlanmış icarə müqavilələrinin tələblərinin pozulmadığını, müqavilələrin qüvvədə olduğunu və iddiaçıya qarşı hər hansı tələblərinin olmadığını bildirmişdir. Nəticədə, xxtərəfindən əvvəlcədən əmlaka dair hüquqların iddiaçıya ötürüldüyü və torpaq sahəsinin subicarəyə verilməsinə ƏMDX-nin razılığının mövcud olduğu məlum olmuşdur. Bu isə iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin etibarlı əqd olduğunu və həmin əqdin mülkiyyətçi xxtərəfindən bəyənildiyini təsdiq edir. Bu halda isə iddiaçının əmlakı subicarəyə verərkən mülkiyyətçidən yazılı razılıq alması ilə bağlı müqavilə şərti öz əhəmiyyətini itirir. Belə olan halda, məhkəmənin formal tələblər əsasında iddiaçınının mülkiyyət hüququnu kobud şəkildə pozmuş dur. Mübahisəsiz haldır ki, cavabdeh binadan və torpaq sahəsindən faktiki olaraq istifadə etmiş, nəticədə mülkiyyətçiyə müəyyən miqdarda borcu yaranmışdır. Həmin torpaq sahəsinin mülkiyyətçisi olan xxisə həmin borcun iddiaçı tərəfindən alınmasına etiraz bildirməmiş, əksinə bu hüququ ona ötürmüşdür. Nəticə etibarilə, iddiaçının həmin subicarə müqaviləsi nəticəsində yaranmış borcu tələb etmək hüququ yaranmışdır.
30. Mübahisə predmeti olmayan faktın məhkəmə tərəfindən nəzərə alınmaması işin tamamilə fərqli istiqamətə yönəlməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı məhkəməyə ona ötürülmüş subyektiv hüquq əsasında pul tələbi ilə müraciətlə, cavabdeh tərəfindən müvafiq borcların ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə isə sonradan bəyənilmiş əqdi əsassız olaraq etibarsız hesab edərək, işi yanlış istiqamətə yönəltmiş, nəticədə mülkiyyətçinin kimliyindən asılı olmayaraq, işin əsas predmeti olan cavabdehin icarə müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi öhdəliyi təmin olunmamış, nəticədə isə cavabdeh əsassız olaraq öz öhdəliyini yerinə yetirməyərək tərəflərə ziyan vurmuşdur.
31. MPM-in 217, 218.1 və 418-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsinin qətnaməsi vahid məhkəmə təcrübəsinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən, etibarsız əqdlərlə bağlı mübahisələrə baxan məhkəmələr tərəflərin iradə ifadəsini üstün tutaraq yekun qərar çıxarmalıdır. Məhkəmə isə yalnız müqaviləni təfsir edərək yanlış nəticəyə gəlmiş, tərəflərin həqiqi mövqeyini nəzərə almamışdır. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində m übahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyət dən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər....” “Maddə
357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edi lməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə
712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin;...”
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstər ir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.”
37. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022ci il 14 iyun tarixli, 02 /2022 saylı Qərardadında aşağıdakılar nəzərdə tutulur: Bənd
27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd
36. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatın ın ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndir ir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. ” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hall arından görünür ki, ünvan 1ində yerləşən qeyri-yaşayış sahəsi 2014-cü il 13 dekabr tarixindən iddiaçının mülkiyyətində olmaqla, həmin əmlakın yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri xx arasında bağlanmış 2021-ci il 29 oktyabr və 2022-ci il 18 avqust tarixli icarə müqavilələri əsasında 2 il müddətinə onun icarəsinə verilmişdir.
40. Tərəflər arasında həmin qeyri-yaşayış sahəsinin 8333.33 kv.m. hissəsinin 10 il müddətində cavabdehin icarəsinə verilməsi barədə 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlanmış və 2023-cü il 10 fevral tarixində cavabdeh tərəfindən faktiki istifadə edilən sahə ilə bağlı ölçmə işləri aparılması barədə akt və 54.000 kv.m sahənin icarəyə verilməsi və icarə haqqının həmin sahəyə müvafiq olaraq hesablanması barədə icarə müqaviləsinə 1 nömrəli əlavə t ərtib edilmişdir.
41. Hazırda iddiaçı 2023-cü il 10 fevral tarixindən cavabdeh tərəfindən icarə haqqının aralarında razılaşdırlmış 1 nömrəli əlavə uyğun olaraq deyil, əvvəlki məbləğdə ödənildiyinə istinad edərək, qalıq icarə haqqı borcunun tutulmasını tələb edir. Cavabdeh isə qarşılıqlı iddia verərək, icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın etibarsızlığını iddia edir.
42. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd qarşılıqlı iddianı isə təmin, edərkən ona əsaslanmışdır ki, iddiaçının özəlləşdirdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, xxtərəfindən 2022-ci il 18 avqust tarixli icarə müqaviləsi əsasında 2 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İddiaçı 2020-ci ildə dövlət mülkiyyətində olan torpaq s ahəsini özünün icarəsində olmadığı halda, heç bir qanuni əsas olmadan cavabdehin subicarəsinə vermişdir. Halbuki qanunun tələbi və xxilə sonradan bağlanmış icarə müqaviləsinin şərtinə görə, iddiaçı özünün qanuni icarəsində olan torpaq sahəsini yalnız icarayə verənin yazılı razılığına görə subicarəyə verə bilərdi. İndiki halda bu hal baş verməmiş, iddiaçı bu barədə nə 2020-ci ildə, nə də 2023-cü ildə əmlakın sərancamçısına müraciət etməmişdir. Belə olan halda 2020-ci ildə iddiaçının torpaq sahəsini başqa şəxsin subicarəsinə verməyə və sonradan həmin müqaviləyə dəyişikliklər etməyə səlahiyyəti olmamışdır. Bu o deməkdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi etibarsızdır, bu səbəbdən həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə 2023-cü il 10 fevr al tarixli 1 nömrəli əlavə və 2023-cü il 10 fevral tarixli akt da etibarsız hesab edilməlidir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələblərinə verdiyi həmin hüquqi qiymətləndirmə ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
44. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəflər arasında etibarlılığı ilə bağlı mübahisə olmayan 2020-ci il 1 noyabr tarixli həmin icarə müqaviləsinin etibarsızlığı barədə gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli qərarına (bax bu qərarın 36-cı bəndi) istinadla belə əsaslandırmışdır ki, ayrıca iddia irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin et ibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilə əqd) olmasının fərqi yoxdur. Baxılan işin hallarından görünür ki, iddiaçı onun icarəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyətçinin (əmlakın sərancamçısının) yazılı razılığı olmadan səlahiyyəti olmadığı halda başqasının (cavabdehin) subicarəsinə vermiş və sonradan həmin müqaviləyə dəyişiklik etmişdir.
45. Göründüyü kimi, apellyasiya məhkəməsi həmin müqaviləni və ona əlavəni səlahiyyətsiz şəxs tərəfindən bağlanması səbəbilə etibarsız əqd hesab etmişdir.
46. Bununla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmi yyətsiz əqdlər ola bilər ( MM-nin 337.1-ci maddəsi).
47. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
48. Başqasının əşyasına sərəncam verilərkən mülkiyyətçinin buna razılığının olması belə şərtlərdəndir. Belə ki, bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində əqd etibarlı hala gətirilmiş olur.
49. MM-in səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi adlanan 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
50. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan MMin 357-ci maddəsinə əsasən, əqd bağla nmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
51. Qeyd olunanlardan göründüyü kimi, müvafiq razılığın olmamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı qaydaların məqsədi mülkiyyətçini qorumaqdır. Bu tip etibarsızlıq halında əqd bağlandığı anda mülkiyyətçinin razılığının alınmaması səbəbindən etibarsız olsa belə, sonradan səlahiyyətli şəxsin bəyənməsi nəticəsində həmin etibarszılıq halı aradan qalxmış və əqd etibarlı hala gəlmiş olur. Buna düzələ bilən etibarsızlıq halı deyilir.
52. Bu kimi hallarda məhkəmə mübahisələndirilən əqdin səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığını müəyyən edərsə, bu zaman əqdin etibarsızlığı ilə bağlı qənaətə gəlməzdən əvvəl səlah iyyət sahibinin bununla bağlı hazırkı iradəsini (əqdi bəyənibbəyənmədiyini, əqdlə bağlı olub-olmadığını) dəqiqləşdirməlidir. Başqa sözlə, bu halda əqdin etibarsızlığı nəticəsinə gəlmək üçün mülkiyyətçinin məhz hazırkı iradəsi önəmlidir, məhkəmə bunu öyrənmədən onun əvəzindən çıxış edə bilməz. Əks halda, məhkəmənin xidməti vəzifəsindən çıxış edərək müvafiq razılığın olmamasına görə əqdi etibarsız hesab etməsi həmin vəzifələrin natamam icrası kimi qiymətləndirilməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tarixli qərarında da qeyd edilmi şdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir... Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul e dilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
54. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarında hüquqi mövqey i ondan ibarət olmuşdur ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
55. Baxılan işdən görünür ki, icarə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xxiş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, nümyəndəsi apellyasiya baxışında verdiyi izahatında Xidmətin həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə dair id diaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi barədə məlumatlı olduğunu, bu müqavilənin bağlanmasına etirazının olmadığı bildirmiş, Xidmət tərəfindən məhkəməyə ünvanlanmış məktubda da onların həmin əqdi mübahisələndirmələri barədə hər hansı mövqe irəli sürülməmişdir.
56. Göründüyü kimi, əmlakın mülkiyyətçisi hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icraə müqaviləsi barədə məlumatı olmuş, lakin onun etibarsızlığına dair hər hansı formada (yazılı və ya şifahi) etirazını bildirməmiş, prosessual imkanı olduğu halda bununla bağlı müstəqil tələb də irəli sürməmişdir. Belə olan halda, məhkəmənin hazırkı vəziyyətdə xidməti vəzifələrinə görə nəzərə ala bilməyəcəyi hala istinad edərək, tərəflər a rasında bağlanmış 2020-ci il 1 noyabr tarixli müqaviləni (əqdi) etibarsız hesab etməsi yuxarıda qeyd olunan maddi hüquq normlarının tələblərinə zidd olmuşdur.
57. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
58. Tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müəyyən hissəsi ilə bağlı olsa da, qeyriyaşayış sahəsinin yerləşdiyi, həmin sahədən təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan torpaq sahəsi də, vahid daşınmaz əşya kimi icarə müqaviləsinin predmeti olmuşdur.
59. Məhkəmə kollegiyası hazırkı iş üzrə ilk və qarşılıqlı iddia tələblərinin predmetini təşk il edən məsələlərə (icarə müaviləsinə 1 nömrəli əlavənin etibarsızlığı və həmin əlavə əsasında icarə haqqı tələbi) münasibətdə vurğulayır ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə ilk iddia tələbinin əsaslandığı icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin etibarsızlığı barədə qarşılıqlı iddiaya münasibət bildirilməlidir.
60. Qarşılıqlı iddia ərizəsinin əsaslandırmasından görünür ki, cavabdeh mübahisələndirilən əlavənin tərtib edildiyi vaxt cəmiyyətin direktoru olmuş şəxsin (Fuad İmanovun) iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, on***** olaraq cəmiyyətin adından onun vəziyyətini pisləşdirən razılaşma imzaladığını, bu razılaşmanın cəmiyyətin mənafeyinə xidmət etmədiyini bildirərək, icarə müqaviləsinə əlavənin etibarsızlığını tələ b edir.
61. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin edərkən işin hallarının tam və hərtərəfli araşdırılması prinsipini pozmuş, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş dəlillər üzrə iddia tələbinin qanuni əsasının tapılması və dispozisiya şərtlərinin yoxlanılması istiqamətində heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Başqa sözlə, məhkəmənin gəldiyi nəticədən, mübahisələndirilən əqdin MM-nin əqdlərin etibarsızlığını tənzimləyən hansı normasına əsasən etibarsız olması müəyyən deyildir.
62. Halbuki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların, həmin qanuni əsasın dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasından ibar ətdir.
63. Həmçinin «.....hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 2019-cu il 18 mart tarixli Qərarı).
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, ilkin iddianın qarşılıqlı iddia tələbindən asılılığ ı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-nin etibarsız əqdlərlə bağlı konkret hansı normasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir.
65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 say lı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
67. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
68. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, kassasiya şikayəti qismən təmin olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
69. Məhk əmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər K.N.Abiyeva B.F.Qəribov M.T.Əhmədova