Məhkəmə qərarları › İş №2-2(102)-242/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-242/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-242/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 dekabr tarixli 22(103)-1064/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X4” MMC (bundan sonra -“iddiaçı”) və Cavabdeh MMC (bundan sonra“cavabdeh”) arasında bağlanmış 2021-ci il 1 avqust tarixli xx/xx/2021 nömrəli icarə müqaviləsinin: - 2.1-ci bəndinə əsasən cavabdeh Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil və dəmir yolunun tikintisi sahəsində istifadə üçün müxtəlif təyinatlı texnikaların icarəsi bu müqaviləyə əlavədə göstərilən qiymətlərlə müəyyən olunur. - 2.2-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, cavabdeh Əhmədbəyli-HoradizMincivan-Ağbənd avtomobil və dəmir yolunun tikintisi layihəsi üzrə lazım olan texnikaları 6 ay müddətində icarəyə götürmüşdür. Ay ərzində icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir. - 2.4-cü bəndinə əsasən hər ay icarəyə götürülən texnikal arın istifadə günlərinin sayı nəzərə alınmaqla aylıq xidmətlərin təhvili cədvəli hazırlanacaqdır. - 2.5-ci bəndinə əsasən, ödənişlər ay ərzində faktiki yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən təsdiq edilən aylıq xidmətlərin təhvili cədvəli əsasında növbəti ayın 30 günü ərzində köçürmə yolu ilə yerinə yetiriləcəkdir. - 2.6-cı bəndinə əsasən cədvəldə göstərilən texnikanın iş günləri, hər bir maşının cavabdehin tikinti sahəsində işə başladığı gündən hesablanacaq. 2. 2021-ci il 25 avqust tarixli qiymətlərin razılaşma protokolu ilə 17 ədəd özüboşaldan texnikanın icarə haqqı məbləği 1 ay üçün 4.700 manat, 3 ədəd ekskavatorun icarə haqqı məbləği 1 ay üçün 9.500 manat, 1 ədəd buldozerin bir ay üçün icarə haqqı məbləği 9.500 manat razılaşdırılmışdır. 3. 2022-ci il 2 avqust tarixli EBCB seriy alı 166518 nömrəli dəyəri 37.169,66 manat olan elektron qaimə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı 2023-cü il 19 dekabr tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 507.000 manat məbləğinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat pulun, vəkil xidməti üçün ödənilmiş 221 manat pulun əvəzinin, ümumilikdə isə 507.621 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx/xx/2021 №-li, 2021-ci il 1 avqust tarixli müqaviləyə əsasən iddiaçı cəmiyyətə məxsu s nəqliyyat vasitələri icarəyə verilmişdir. Həmçinin, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmiş və hazırda cavabdeh cəmiyyətin 78000 manat məbləğində borcu yaranmışdır. Müqavilə və sifarişlər üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsə də, görülmüş işlərin dəyərinin bir qismi, yəni 78000 (yetmiş səkkiz min manat) AZN məbləğindəki pul vəsaiti hələ də ödənilməmişdir. İstinad etdikləri və təqdim etdikləri sənədlərdən görünür ki, həmin müqavilə icarə müqaviləsidir və tərəflər 2021-ci il 25 avqust tarixdə aşağıdakı texnikaların aylıq icarə haqqı barədə razılığa gəliblər. Belə ki, özüboşaldan adlı 17 ədəd texnikanın birin aylıq icarə haqqı 4700 manat, ekskavator adlı 3 ədəd texnikanın birinin aylıq icarə haqqı 9500 manat və buldozer adlı 1 ədəd texn ikanın aylıq icarə haqqı 9500 manat göstərilib. Göründüyü kimi, cavabdeh 2021-ci il 25 avqust tarixli razılaşma üzrə 707400 (yeddi yüz yeddi min dörd yüz manat) manat məbləğində pulun ödənilməsini öz üzərinə öhdəlik götürüb. (Eskavator 1 ayı 9500, 3 ədəd, 3×9500=28500 × 6 ay = 171000 manat; buldozer 1 ayı 9500, 1 ədəd, 9500 x 6 ay = 5700 manat; özüboşaldan 17 ədəd, 1 ayı 4700, 17 × 4700= 79900×6 ay = 479400 manat; 57000+171000+479400=707400 manat). Həmçinin, cavabdeh tərəfindən həmin borc məbləğinin bir hissəsi, yəni 200000 manat hissəsi qaytarışa da, qalan 507 000 manat məbləği hələ də qaytarılmayıb.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kommersiya işinin materiallarına 4 ədəd elektron qaimə əlavə edilmişdir. Həmin qaimələrin üçü ümumiyyətlə hazırkı iş ə aid deyil. Yalnız 37.169 manat məbləğə dair 2022-ci il 2 avqust tarixli elektron qaimə iddiaçı tərəfindən cavabdehə verilmiş, bu qaimədə isə əsas kimi torpaq işlərinin görülməsi göstərilir. Təqdim edilmiş sənədlədən müəyyən edildiyi kimi cavabdehın iddiaçıya borcu yoxdur, iddiaçı qeyri-səmimidir. İddaçının qeyri-səmimiliyinin növbəti göstəricisi iddia ərizəsinə əlavə verməsidir. Tutaq ki, 507.000 manat borc vardı, onda pretenziyada və iddia ərizəsində bu borc niyə 78.000 manat göstərilirdi. Birdən-birə borcun necə şişməsi, borc var idisə iddianın daha əvvəldən niyə verilməməsi, iddia ərizəsində əlavədə cavabdeh tərəfindən iddiaçıya 200.000 manat vəsaitin ödənilməsi, bu ödənişin iddiaçının hazırkı vaxta kimi niyə gizlətməsi sual olunur.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyun t arixli 2-2(113)-807/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, 2021-ci il 1 avqust tarixli müqavilə üzrə 37.169,66 manat pul, mediasiya xərcinin əvəzi olaraq 400 manat pul və hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 221 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlandırılsa da, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildikdə, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcu d deyildir.

9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü və Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərini nəzərə almaqla hazırki mübahisəyə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun qiymət vermişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, işin materiallarına əlavə olunmuş elektron qaimələrdən yalnız biri 2022-ci il 2 avqust tarixli EBCB seriyalı 166518 nömrəli dəyəri 37.169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə a parılmamış, bu da cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət etmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 37.169,66 manat olan xidmətlər göstərilmişdir və ona görə də, cavabdehin göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsi yaranmışdır. İddiaçı tərəf cavabdehə 507.000 manat məbləğində xidmət göstərildiyini sübut edə bilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 390.1, 390.4, 777.1 və 783.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM ”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1064/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları və iddianın təmin edilən hissəsində iş üzrə mövqeyi ilə razılaşaraq qeyd et mişdir ki, cavabdeh müqavilənin təhvil-təslim aktları ilə bağlı şərtinə əsaslansa da, müqavilə üzrə borcun qaytarılmasını və borcunun olmamasını birinci instansiya məhkəməsində bildirmişdir. Elektron qaimənin ləğv olunmaması nəzərə alındıqda, borcun bağlanmasının bildirilməsi təhvil-təslimin qəbul edilməsi deməkdir.

15. Cavabdehin ödənişləri məhz mübahisə predmeti olan müqavilə üzrə edilməsi onun tərəfindən sübuta yetirilməmişdir. İddiaçı 200 000 manat məbləğin başqa hüquqi şəxslə aralarında yaranmış hüquq münasibəti ilə bağlı olduğunu bildirmişdir.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 390.4, 675, 700.1, 700.2? 777.1-ci və MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində verərək qətnamənin ləğv edil məsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 386.1-ci maddəsi üzrə-məhkəmə 2021-ci il 1 avqust tarixli müqaviləni hansı əsasla rəhbər tutduğu sual olunur. Onda belə anlaşılır ki, torpaq işinin görülməsi haqqında başqa bir müqavilə olmuşdur. Belə müqavilə olmadığı halda məhkəmənin qiyməti necə müəyyən etdiyi, 37.169 manat vəsaitın hardan götürüldüyü sual olunur. Belə görünür ki, məhkəmə 2021-ci il 1 avqust tarixli müqavilənin qiymətlərini tətbiq etmişdir. Əvvəla 37.169 manat qiymət heç 2021-ci il 1 avqust tarixli müqavilə ilə də uyğun gəlmir. Məhkəmənin hansı qiyməti tətbiq etdiyi qeyri-müəyyəndir. 19. 2021-ci il 1 avqust tarixli müqavilənin qiymət razılaşmas ı protokoluna görə 17 ədəd özüboşaldanın cəmi aylıq qiyməti 9.500 manat, 10 ədədinin aylıq icarə qiyməti isə təxmini 5.000 manat təşkil edir. 42 gün-1 ay yarımdan azdır. Bu isə 7.500 manatdan az edir. Məhkəmənin 37.000 manatı necə müəyyən etməsi sual olunur. Digər tərəfdən isə icarə ilə xidmət arasında qiymət fərqi var, icarə daha bahadır, çünki əmlak bütün təhvil verilir və icarəçidə qalır. Digər tərəfdən isə iddiaçının direktoru 2024-cü il 17 may tarixli iclasda bildirmişdir ki, texnikalar yanvar, mart, aprel aylarında işləmişdir. 2021-ci il 1 avqust tarixli müqavilənin müddəti ilin sonunda bitirdi və mart, aprel aylarında artıq qüvvədə deyildi, necə o müqaviləyə əsasən iş görüldüyü sual olunur. Müqavilə avqust, sentyabr, oktyabr ayları üçün lazım idi, martda o müqavilə və texnika cavabd ehə lazım deyildi, müqavilə mənasını itirmişdi.

20. MM-in 385.1-ci maddəsi üzrə - 2021-ci il 1 avqust tarixli müqavilənin 2.2-ci bəndində icarəyə götürülən və geri qaytarılan texnikaların aylıq aktlara əsasən təhviltəslim edilməsi göstərilsə də, texnikalar cavabdehə təhvil verilməmiş, bu səbəbdən də tərəflər arasında işə hər hansı təhvil-təslim sənədi imzalanmamışdır. İş üzrə birinci instansiya məhkəməsində 4 dəfə məhkəmə hazırlıq, 5 dəfə baxış iclası keçirilmişdir. 4 hazırlıq və 2 baxış iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehə icarəyə texnikalar verilmişdir. Məhkəmə bununla bağlı iddiaçıya şərait yaratmış və hazırlıq iclaslarını təxirə salmışdır ki, bu haqda sübutlar verilsin, lakin iddiaçı sübut təqdim etməmişdir.

21. İddiaçının nümayəndəsi cavabdehin sualına cavab ola raq hazırlıq iclaslarında bildirmişdir ki, texnikalar cavabdehə Bakı şəhərində təhvil verilmişdir. Cavabdeh bu haqda sənədləri, yol vərəqləri tələb etmiş, iddiaçıya yol vərəqlərini DYP-dan alıb, məhkəməyə verməsi üçün şərait yaradılmışdır. İddiaçı 2024-cü il 22 aprel tarixli iclasda DYP-da yol vərəqlərinin də olmadığını bildirmişdir. 2024-ü il 17 may tarixli üçüncü baxış iclasında iddiaçının direktoru tam yeni dəlil irəli sürərək bildirmişdir ki, cavabdeh iddiaçıya hər hansı texnika təhvil verməmiş, cavabdeh əslində torpaq işi görmüşdür. İddiaçı yeni dəlili ona görə irəli sürmüşdür ki, texnikalar təhvil verilmədiyi üçün sübutu olmamışdır. İddiaçının torpaq işi barədə dəlilləri həqiqəti əks etdirmir və hazırkı işlə qətiyyən uzlaşmır. Ona görə ki, əgər torpaq işi görülmüşdürsə, hansı səbəb dən pretenziya, iddia ərizəsi və ona əlavələrdə, hazırlıq və baxış iclaslarında cavabdehə icarəyə texnika verildiyi bildirilmişdir. Belə görünür ki, iddiaçının bildirdikləri həqiqəti əks etdirmir. Həmin qaimənin olmadığından iddiaçı məlumatlı olmuşdur.

22. MM-in 10.1, 404.1 və 404.2-ci maddələri üzrə - iddiaçının iddia ərizəsinə 2 dəfə verdiyi əlavədə, məhkəmədə verdiyi izahatda müəyyən olunur ki, cavabdeh tərəfindən ona 200.000 manat vəsait ödənilmişdir. Belə olan halda vəsaitin hansı sənədlər əsasında ödənildiyi, tərəflər arasında işgüzar praktikanın hansı qaydada olması sualı yaranır.

23. MPM-in 88-ci maddəsi üzrə - məhkəmənin sübut kimi istinad etdiyi yeganə sənəd 2022-ci il 2 avqust tarixli 166518 nömrəli dəyəri 37.169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimədi r. İşdə hər hansı təhvil-təslim sənədi və ya işin real görülməsini təsdiq edən sənəd yoxdur. İddiaçı ilkin olaraq bu sənədlərə malik olduğunu göstərsə də, sonradan onun mövcud olmadığını bildirmişdir. Yəni elektron qaimə verilsə belə, onun qabaqcadan hər hansı qüvvəsi yoxdur, elektron qaimə müqavilədə nəzərdə tutulan başqa sənədlərlə təsdiq edilməli, bir-birini tamamlamalıdır. Verilən elektron qaimə ilə bağlı cavabdeh bildirir ki, cavabdeh şirkətin sərbəst ayrıca mühasibi yoxdur, aylarla vergi kabineti açılıb baxılmır, yalnız vergi hesabatları zamanı mühasib tutulur. Ona görə də gələn qaiməyə 5 gün ərzində nəzarət etmək mümkün olmamış və cavabdeh bu qaiməni qəbul etməmişdir.

24. MPM-in 77.1-ci maddəsi üzrə - sübutlar məhkəmə hazırlıq iclasında verilməli olduğu halda iddiaçı bu haqda hər ha nsı sübutu məhkəməyə verə bilməmişdir. Eyni zamanda kommersiya işinə iddiaçıya məxsus 10 ədəd özüboşaldanın cavabdehin sifarişinə əsasən işləməsi barədə sənəd əlavə edilməmişdir. Bu dəlillər iddiaçı tərəfdən sonradan düşünülərək irəli sürülmüşdür. Bu dəlillərin daha əvvəl irəli sürülməməsinin səbəblərinə aydınlıq gətirilməmişdir. Bu dəlillərlə iddiaçı təsdiq edir ki, onlar irəli sürülənədək məhkəmədə həqiqəti təhrif etmişdir (“texnikaları icarəyə vermişəm” deməklə). Qətnamədə yalnız iddiaçının direktoru X1 şifahi izahatı sübut kimi qəbul edilmişdir. Bu haqda hər hansı sənəd məhkəməyə verilməmişdir. 25. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsi üzrə - iddiaçının birinci instansiya məhkəməsinin 4 hazırlıq və 2 baxış iclasında “cavabdehə texnika təh vil vermişəm” deməsi, sonradan mövqeyini dəyişərək “icarəyə texnika vermədiyini” bildirməsi qeyri-səmimi olmuşdur. İddiaçı gah ona borcun 87.000 manat, gah da 507.000 manat olmasını bildirmiş, fərqli-fərqli mövqelər göstərmişdir. Digər tərəfdən isə iddiaçının direktoru 2024-cü il 17 may tarixli iclasda bildirmişdir ki, vəsaitləri bu müqaviləyə əsasən almışdır. O gah da bildirmişdir ki, həmin vəsaiti başqa məqsədlər üçün almışdır. Tərəf də göstərmişdir ki, cəmi 707.000 manat borc olmuş, onun 200.000 manat hissəsini cavabdeh ödəmişdir.

26. MPM-in 217.4-cü maddəsi üzrə - birinci instansiya məhkəməsinin 2024-cü il 17 may tarixli iclasında iddiaçının direktoru etiraf etmişdir ki, cavabdehdən 200.000 manat almış, bu hal məhkəmə iclasında tədqiq olunmuşdur. Məhkəmə bu halı nəzərə almamışdır. İddi açının bu rəqəmləri iddiaya əlavədə hesablama aparmaqla göstərməsi və 2024-cü il 17 may tarixli iclasda direktorunun etiraf etməsi cavabdehin sübutudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəmə aktını qismən - iddianın təmin edilən hissəsində yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bil ərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borc ludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....”

31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1. 5.4cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; (qeyd edilən redaksiya 2021-ci il 3 dekabr tarixli 406VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir)... 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;...”

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə ləğv edilmişdir) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1.2. Elektr on qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir, “2. Elektron qaiməfakturanın tərtib edilməsi... 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə fakturanın “Əsas” rekvizitində öz əksini tapır.”rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə tərəflər arasında 2021-ci il 1 avqust tarixli xx/xx/2021 nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən cavabdehdən ilkin olaraq 78.000 manat, daha sonra iddia tələb inə dəqiqləşmə verərək 507.000 manat məbləğində icarə haqqı üzrə borcun tutulması üçün hazırki iddianı qaldırmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, EBCB seriyalı, 166518 nömrəli, 2022-ci il 2 avqust tarixli dəyəri 37.169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir.

35. Həmin məhkəmə elektron qaimənin ləğv edilməməsini əsas götürərək, iddianın 2022-ci il 2 avqust tarixli dəyəri 37.169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimə üzrə borcun tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişdir.

36. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

37. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı hazırki tələbini tərəflər arasında bağlanmış 2021-ci il 1 avqust tarixli xx/xx/2021 nömrəli icarə müqaviləsinə istinadla qaldırmışdır. Birinci instansiya məhkəməsi həmin müqavilənin məzmununa və tərəflər arasında formalaşmış işgüzar münasibətilərə əsaslanmaqla, sözügedən müqavilənin xidmət müqaviləsi olması qənaətinə gəlmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, mübahisəli hüquq münasibətinin xarakteri və iddianın qanuni əsası ilə bağlı heç bir qiymətləndirmə aparmamış, qətnaməsində Mülki Məcəllənin icarə və tapşırıq müqavilələrini tənzimləyən normalarını sadalanma qla kifayətlənmişdir.

39. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflər arasında bağlanmış 2021-ci il 1 avqust tarixli xx/xx/2021 nömrəli icarə müqaviləsinin məhz hansı bəndinin məzmunundan həmin müqavilənin əslində xidmət müqaviləsi olması qənaətinə gəlməsi aydın deyil.

40. Digər tərəfdən məhkəmənin baxılan mübahisə çərçivəsində tərəflər arasında əslində formalaşmış işgüzar pratikanın nədən ibarət olması müəyyən edilməmişdir. Belə olan halda, tərəflər arasında formalaşmış hansı məzmunlu işgüzar praktikadan çıxış edərək məhkəmənin sözügedən icarə müqaviləsini xidmət müqaviləsi kimi qiymətləndirməsi ziddiyyətli olmuşdur. Nəticədə məhkəmə tərəfindən iddianın icarə haqqının tutulması üçün qaldırıldığı nəzərə alınmadan, iddianın qanuni əsasına düzgün qiymət verilməmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

41. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-in 404-cü maddəsi).

42. Nəzərə alınmalıdır ki, məhkəmənin müqavilədən irəli gələn münasibətləri bu müqavilə ilə müəyyən olunan şərtlərdən fərqli qaydada həll edə bilməsi üçün ya müqavilənin şərtləri sonradan dəyişdirilmiş olmalı, ya da müqavilənin təsfiri nəticəsində tərəflərin qarşılıq lı münasibətlərində yaranmış praktikanın fərqli məzmunda formalaşması müəyyən edilməlidir.

43. Tərəflər arasında sözügedən müqavilə şərtlərindən fərqli işgüzar praktikanın olub-olmamasına gəldikdə, məhkəmə tərəfindən konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə, mübahisəli hala qiymət vermək imkanına malik ola bilər.

44. İşin materiallarına, tərəflərin qarşılıqlı münasi bətlərində yaranmış, müqavilə şərtlərindən fərqli məzmunda praktikanın formalaşmasını təsdiq edən, hər iki tərəfin mübahisələndirmədən məqbul saydığı, mötəbər sübutlar əlavə edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində də tərəflər arasında mövcud olmuş fərqli işgüzar pratikaya istinad da olunmamışdır.

45. Baxılan işdə iddiaçının icarə haqqının tutulması tələbi üzrə, 2021-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə texnikaların həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin icarəsinə verilməsinə və icarə haqqının köçürmə qaydasında ödənilməsinə dair hər hansı sübut əlavə edilməmişdir.

46. Müqavilə üzrə ödənişlərə dair iddiaçı tərəfindən ziddiyyətli mövqelər irəli sürülmüş, bir tərəfdən məhkəməyə ünvanlanmış, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh tərəfindən 20 0.000 manat icarə haqqı ödənişinin aparıldığı qeyd edilmiş, icraatın sonrakı mərhələlərində məhkəmə iclaslarında verilən izahatlarda zəruri sübutlar təqdim edilmədən bu hal təkzib edilmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətlərə lazımi hüquqi qiymət verilməmiş, iddiaçının nümayəndəsinin izahatını mötəbər saymışdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, sübutların bu cür birtərəfli qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin sübutların qiymətləndiriməsi ilə bağlı tələblərinə, Konstitusiya Məhkəməsinin qərarlarında həmin tələblərlə bağlı ifadə edilmiş hüquqi mövqelərinə uyğun hesab edilə bilməz. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izaha tları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

48. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı) 49.Apellyasiya insta nsiyası məhkəməsinin iddianın təmin edilən hissəsində mötəbər sübut kimi qiymətləndirdiyi, EBCB seriyalı, 166518 nömrəli, 2022-ci il 2 avqust tarixli elektron qaimədə, həmin qaimənin tərəflər arasında bağlanmış, hazırki iddianın əsasını təşkil edən icarə müqaviləsi ilə bağlılığını göstərən heç bir məlumat əks etdirilməmiş, əksinə iddiaçının gördüyü torpaq işlərinə görə həmin qaimənin cavabdehə təqdim olunduğu göstərilmişdir. 50.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən 2022-ci il 2 avqust tarixli elektron qaimənin hazırki mübahisəyə aidliyi müəyyən edilməklə, sübutların aidiyyəti və mümkünlüyünə dair prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. 51.Halbuki, MPM-in 80, 81 və 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyə ti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi) və mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) baxımından qiymət verilməlidir. 52.Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxılarkən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasının da pozulması ilə nəticələnmiş, icarə haqqının tutu lması tələbi üzrə iddianın qanuni əsasına uyğun qiymət verilməmiş, mübahisəyə aidliyi müəyyən edilməyən sübut əsasında iddia qismən təmin edilmişdir. 54.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən tərəflər arasında bağlanmış yaranmış mübahisəyə müqavilənin şərtləri əsasında, mülki qanunvericiliyin tələblərinə uyğun qiymət verilməlidir. Həmçinin iddiaçının tələbini əsaslandırmaq üçün təqdim etdiyi mübahisəli 2022-ci il 2 avqust tarixli EBCB seriyalı 166518 nömrəli qaimənin hazırki işə aidliyinə və mümkünlüyünə prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməli, bu qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

55. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1064/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar