Məhkəmə qərarları › İş №2-2(102)-243/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-243/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-243/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi üzrə ödənilməmiş borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-644/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İcarəyə verən "xxxx" MMC ilə (bundan sonra – iddiaçı) icarəçi Cavabdeh (bundan sonra – cavab deh) arasında bağlanmış 2019-cu il 3 dekabr tarixli icarə müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 847.2 kv/m, yaşayış sahəsi 267 kv/m olan 18 otaqlı fərdi yaşayış evini icarəyə verməyi, cavabdeh isə iddiaçıya hər ay icarə haqqı olaraq 1-ci il üçün 7500 manat, 2-ci il 8250 manat, 3-cü il 9000 manat icarə haqqı olan pulu vergilər çıxıldıqdan sonra qalan məbləğin, konvertasiya olunaraq iddiaçı Kanada şirkətinin hesabına köçürülməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2019-cu il 3 dekabr tarixdən qüvvəyə minməsi və 2022-ci il 3 dekabr tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. 2. 2020-ci il 9 iyun tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdarlıq edilərək, əvvəlki aylardan qalan 8400 manat qalıq borcun, mart, aprel, may, iyun aylarının icarə haqla rının ödənilməsi, bütün dünyada baş vermiş pandemiya COVİD19 ilə bağlı bütün sahələrdə olduğu kimi turizm sahəsində də problemlər olması nəzərə alınaraq icarəyə verilmiş sahənin təhvil verilməsi və 8400 manat qalıq borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən üzərinə imza edilməklə məktubun alındığı təsdiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 2020-ci il 27 noyabr tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanılmış 2019-cu il 3 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi, qalıq borc olan 8.400 manat və mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarının icarə haqqı olan 75.900 pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olun masını xahiş etmişdir.

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Kanada şirkətinə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 847.2 kv/m, yaşayış sahəsi 267 kv/m olan 18 otaqlı fərdi yaşayış evinin icarəyə verilməsi ilə bağlı 2019-cu il 3 dekabr tarixdə, cavabdehlə icarə müqaviləsi bağlanmış, müqavilə Bakı şəhəri 5 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən təstiq edilmişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən cavabdeh hər ay icarə haqqı olaraq 1-ci il üçün 7.500 manat, 2-ci il 8.250 manat, 3-cü il 9000 manat icarə vəsaiti vergilər çıxıldıqdan sonra qalan məbləğin konvertasiya olunaraq iddiaçının hesabına köçürülməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında daha əvvəl 2017-ci il 2 may tarixli icarə müqaviləsi bağlanılmış, icarəçi tərəfindən hər ay icarə pulunun veri lməsində bəzi problemlər olmuşdur. Belə ki, ona icarə pulunun gecikdirilməsi ilə bağlı 2019-cu il 13 may tarixdə xəbərdarlıq edilmişdir Sonuncu dəfə iddiaçı tərəfindən 2020-ci il 9 iyun tarixdə cavabdehə xəbərdarlıq edilərək, əvvəlki aylardan qalan 8400 manat qalıq borcunun və mart, aprel, may, iyun aylarının icarə haqlarının ödənilməsi bildirilmişdir. Həmçinin bütün dünyada baş vermiş pandemiya COVİD-19 ilə bağlı bütün sahələrdə olduğu kimi turizm sahəsində də problemlər olduğu, bu səbəbdən icarəyə verilmiş sahənin təhvil verilməsi və qalıq 8400 manat borcun ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh bu xəbərdarlığa məhəl qoymayaraq, heç bir icarə haqqı ödənilmədiyi halda həmin sahənin qanunsuz olaraq istifadəsinə davam etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsi Az ərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyata alıdığından iddiaçıya hər ay 1050 manat vergi hesablanmaqdadır.

5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli, e-2-2(113)-576/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 2019-cu il 3 dekabr tarixli müqavilənin ləğv olunması və ümumilikdə 75.930 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).

6. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçı qarşısında borcu yarandığından, iddiaçı icarə müqaviləsinin ləğv olunmasını və müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

7. Gəldiyi nəticəni mə hkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 700.1, 704.1, 421.2, 423.2, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-644/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və V.Məmmədov).

10. Məhkəmə kollegiyası bildirmişdir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş sənədlər (vergi ödəyicisinin şəxsi vərəqəsindən çıxarış, bank hesabından çıxarışlar) araşdırılaraq cavabdehin məhkəmə tərəfindən tutulmuş icarə haqqı borcunun bir hissəsini (1050x9=9450 manat ödəmə mənbəyindən vergi) iş üzrə qətnamə qəbul edildiyi tarixdən sonra ödədiyi müəyyən edilmişdir. Lakin, bu ödənişlər qətnamədən sonra həyata keçirildiyindən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alına bilməzdi. Məhkəmə izah etmişdir ki, cavabdehin qətnamə qəbul edildikdən sonra həyata keçirdiyi ödəmə mənbəyindən vergi üzrə ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınaraq iddiaçının xeyrinə tutulmalı olan ümumi məbləğdən çıxılmalıdır.

11. Apellyasiya məhkəməsinin qətn aməsi 2021-ci il 26 avqust tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

12. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Mübahisə predmeti olan 2019-cu il 3 dekabr tarixli müqavilədə icarə müddəti 2022-ci il 3 dekabr tarixədək müəyyən edilmiş, müqavilənin bitməsinə 1 ay qalmış tərəflərin onun pozulmasına dair heç bir təklif irəli sürmədikləri halda icarə müddətinin daha 1 il müddətinə uzadıldığı göstərilmişdir. Bu səbəbdən, aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 704.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdırlar.

14. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, “fors-major” hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. Mülki Məcəllədə ümumiyyətlə “fors-major” ifadəsi öz əksini tapmamış, eyni mahiyyətdə olan “qarşısıalınmaz qüvvə” anlayışından istifadə olunmuşdur. Tərəflər arasında müqavilə bağlandıqdan sonra bütün dünyada “Covid-19” pandemiyası başlamış, ölkələr arası, hətta rayonlar arası gediş-gəliş dayanmış, otellər bağlanmışdır. Bu səbəbdən, cavabdeh müqavilənin şərtini özündən asılı olmayan səbəbdən icra edə bilməmişdir. Cavabdeh hesab edir ki, onun müqaviləni əhəmiyyətli dərəcədə pozmamasına baxmayaraq apellyasiya məhkəməsi Mülki Məcəllənin 421.1, 442.2-ci maddələrini düzgün tətbiq etməmişdir. Həmçinin, müqavilə bağlanarkən pandemiyanın baş verəcəyi bəl li olmamışdır. Bu səbəbdən, Mülki Məcəllənin 448.1-ci maddəsi də düzgün tətbiq olunmamışdır.

15. İcarəyə götürülmüş fərdi yaşayış evində təmir işlərinin aparılmasına icazə verilməsinə dair iddiaçının rəhbəri tərəfindən 2020-ci il 15 yanvar tarixli ərizə ilə “İçərişəhər” DTMQ İdarəsinin Mənzil-kommunal və təmir xidmətinə müraciət olunmuş, həmin sahədə 2020-ci il 15 yanvar tarixdən 2020-ci il 15 aprel tarixədək təmir işlərinin aparılmasına icazə verilmişdir. Cavabdeh bildirir ki, həmin təmir işlərinə görə onun tərəfindən 30.000 manatdan artıq vəsait sərf olunmuş, həmin müddət ərzində icarə obyektindən gəlir əldə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hall arının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barə də kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator idd iası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəala rından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə

704. İcarə müqaviləsinin ləğvi 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunu n digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.” Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəlikl ərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüy ü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi XVİİİ Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi şəraitin Maddə

222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə t ətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları nın fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi nin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

22. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

23. Belə ki, işdən göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya hər ay icarə haqqı olaraq 1-ci il üçün 7500 manat, 2-ci il 8250 manat, 3-cü il 9000 manat icarə haqqı olan pulu vergilər çıxıldıqdan sonra qalan məbləğin, konvertasiya olunaraq iddiaçı Kanada şirkətinin hesabına köçürülməsini öhdəsinə götürmüş, müqavilənin 2019-cu il 3 dekabr tarixdən qüvvəyə minməsi və 2022-ci il 3 dekabr tarixədək qüvvədə olması nəzərdə tutulmuşd ur (bax §1).

24. Məhkəmə kollegiyası cavabdehin §13-də göstərilən dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının göstərdiyi hal müqavilə tərəflərinin hüquq və öhdəliklərinin vicdanlı icrası qaydasında mövcud ola bilərdi. İcarə müqavilələri ilə bağlı mübahisələrin yaranması zamanı isə qanunvericilik bu münasibətlərin tənzimlənməsinin xüsusi qaydasını müəyyən etmişdir.

25. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

26. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məc əllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

27. Mülki Məcəllənin 685.1-ci maddəsinə əsasən, əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəl i sürə bilər.

28. Həmin Məcəllənin 685.2-ci maddəsinə görə, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər (Mülki Məcəllənin 685.2.1, 685.2.2-ci maddələri).

29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı halda cavabdehin əvvəlki aylardan qalan 8400 manat qalıq borcu mövcud olmaqla, mart, aprel, may, iyun aylarının icarə haqlarının cavabdeh tərəfindən ödənilmədiyi müəyyən olunduğundan və cavabdeh bunun əksini sübuta yetirə bilmədiyindən müqavilə üzrə ödənişlərin icrası ilə bağlı Mülki Məcəllənin 685.2-ci maddəsində göstə rilən hal mövcud olmuş, beləliklə iddiaçının kirayə müqaviləsini ləğv etmək hüququ yaranmış və apellyasiya instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə düzgün olmuşdur.

30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin §14-də göstərilən dəlilinə münasibətdə qeyd edir ki, “Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” 2020-ci il 2 iyun tarixli Qanunu COVİD-19 pandemiyasından və 2020-ci ilin mart ayından etibarən tətbiq olunan karantin rejimindən zərər çəkmiş iqtisadiyyatın müxtəlif sahələrinə və sahibkarlara dəstək məqsədi daşımışdır.

31. Azərbaycan Respublikası Vergi Məcəlləsinin koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi adlı XVİİİ fəslinin 222.1-ci maddəsin ə əsasən, Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir.

32. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənil məsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33. Məcəllənin 222.4-cü maddəsinə görə, bu fəslin müddəalarının Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilməsi nəzərdə tutulmuş, 222.5.2-ci maddəsində yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti bu fəslin müddəalarının şamil olunduğu şəxslər sırasında göstərilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklə müvəqqəti güzəştli vergi rejiminin cavabdehin fəaliyyətinin aid olduğu mehmanxana və s. fəaliyyət növünə tətbiq olunduğu nəzərə alınsa belə, göstərilən güzəşt məhz onun vergi ödəyicisi kimi vergi öhdəlikləri ilə bağlı olmuş, vergi öhdəlikləri ilə b ağlı güzəştlərin tətbiqi isə müqavilə tərəflərinin müqavilə üzrə öhdəliklərinin icrasından azad olunması kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə vurğulamağı zəruri hesab edir ki, müqavilə tərəflərinin bərabərliyi prinsipi baxımından yanaşdıqda vergi güzəştləri ilə bağlı istinad olunan normada əks olunanlara əsasən, icarəyə verən olaraq iddiaçının barəsində belə güzəştlərin nəzərdə tutulduğu müəyyən olunmur. Bu baxımdan, tərəflər müqavilə şərtlərinə dəyişiklik edərək hər-hansı güzəştlərin müəyyən olunması üçün öz aralarında razılığa gəlməli olsalar da, iş materiallarından iddiaçının “Covid-19” pandemiyası ilə əlaqədar icarə obyektinin ona qaytarılması barədə müvafiq bildiriş göndərdiyi aydın olur. Cavabdeh isə müqavilə şərtlərinə hər-hansı dəyişikliklərin oluması ilə bağlı iddiaçıya m üraciət etməmiş, “Covid-19” pandemiyası ilə əlaqədar icarə obyektindən gəlir əldə edə bilmədiyini iddia etsə də, kirayə obyektini iddiaçıya qaytarmamışdır. Göstərilən hal cavabdehin obyektin işə məhkəmədə baxılarkən belə hələ onun istifadəsində olmasına dair izahatının mövcud olduğu məhkəmə iclas protokolunda da öz təsdiqini tapmışdır (iş.v94). Həmçinin, cavabdeh pandemiya ilə əlaqədar obyektdən istifadə edərək gəlir əldə edə bilmədiyini vurğulasa da, iş materiallarından onun tərəfindən həmin dövrdə vergi ödənişlərinin həyata keçirildiyi müəyyən olunmuşdur.

35. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, y axud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

36. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirilməsi öz təsdiqini tapmadığından, apellyasiya instansyası məhkəməsisinin icarə müqaviləsinin ləğv olunması və müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasına dair gəldiyi nəticə əsaslı olmuşdur.

37. Məhkə mə kollegiyası cavabdehin kassasiya şikayətinin icarə obyektində təmir işləri aparılan dövrdə icarə obyektindən gəlir əldə etməməsinə və təmir işlərinə 30.000 manatdan artıq vəsait sərf etməsinə dair dəlilinə münasibətdə də qeyd edir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən mötəbər sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.

38. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadə ləri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

39. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

40. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

41. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya ş ikayətində göstərilən dəlillər isə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-644/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

43. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-644/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar