Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-243/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan, əldən çıxmış fayda 21.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(104)-231/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları
1. İddiaçı sahi bkarlıq fəaliyyəti göstərir, Şəmkir rayonun Keçili kəndində istilikxana şəraitində tərəvəz məhsullarının istehsalı ilə məşğul olur.
2. İddiaçı istilikxananın təbii qazla təchiz olunması üçün Cavabdeh ilə 2018-ci il 24 dekabr tarixli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən, təchizatçı istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə abonentin ünvanına quraşdırılan sayğacın markası G650, nömrəsi 83044878 qeyd edilmişdir.
3. Bundan əvvəl qazdan istifadə haqqının hesablanıb ödənilməsi ilə əlaqədar tərəflərin arasında mübahisələr olmuşdur. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə elektron iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən onun adına yazılmış 86.879,40 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-40/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-22(083)500/2019 nömrəli, 25 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı 642 nömrəli xx.xx.2019-cu il tarixli, 685 nömrəli xx.xx.2019-cu il tarixli, 721 nömrəli, xx.xx.2019-cu il tarixli və 761 nömrəli xx.xx.2019-cu il tarixli aktlara əsasən hesablanmış 75.075,40 manat debitor borcundan 47.356,44 manat məbləğində sərfiyyat haqqının cavabdeh tərəfindən silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qə t edilmişdir.
4. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazdan istifadəyə görə hesablanmış 141837 manat borcun silinməsini tələb etmiş, eyni zamanda iddianın təmin tədbirləri görülməsu barədə ərizə verərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək qazın verilməsinin davam etməsini tələb etmişdir. Həmin iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(115)-932/2020 nömrəli qərardadı ilə iddiaçının iddianın təmin edilməsi tədbiri barədə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
5. İddianı təmin etmə tədbiri icra edilməmiş, buna görə də Şəmkir rayon Məhkəməsini n 2020-ci il 10 dekabr tarixli, 3(076)-1360/2020 saylı qərarı ilə ndan X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 2000 manat cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərardadan F.Məmmədov tədəfindən verilmiş apelyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 3(104)-54/2021 saylı qərarı ilə təmin edilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı ziyanın ödənilməsi tələbinə dair 2021-ci il 18 may tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 95.000 manat maddi ziyanın, əldən çıxmış faydaya görə 544.000 manat pulun alınara q ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildən Şəmkir rayonunda istilikxana fəaliyyəti ilə məşğul olur. 2,25 hektar istilikxana yaratmışdır və növbəli şəkildə kənd təsərrüfatı məhsulları istehsal edir. Növbəti mövsüm üçün 2020-ci ilin noyabr ayında mülkiyyətində olan istixanada pomidor bitkisi əkilmişdir. İstixanada olan bitkilərin yetişdirilməsi üçün cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməklə təbii qaz verilmədiyindən dizel yanacağından istifadə etmək məcburiyyətində qalmışdır. a. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, 2-2(115) 932/2020 nömrəli qərardadının dərhal icrası tələb edilməsinə baxmayaraq, Şəmkir RQİİ tərəfindən qərardad icra edilməmiş, bunun nəticəsində ona külli miq darda maddi ziyan dəymişdir. Belə ki, bir müddət istilikxanada olan bitkiləri dizel yanacağından istifadə etməklə istilik təminatını ödəmişdir. Ancaq dizel yanacağının qiymətlərinin artması və eləcə də qaz təminatının bərpa edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəmə çəkişmələrinin uzadılması müəyyən müddət davam etməsi nəticəsində istilikxanada olan bitkilərin istilik təminatını öz hesabına dizel yanacağı ilə təmin edə bilməmişdir. Nəticədə 2021-ci ilin fevral ayında istilikxanada olan pomidor şitilləri tam olaraq soyuqdan məhv olmuşdur. b. Onun tərəfindən mülkiyyətində olan 2,25 ha. istilikxanada çəkilmiş xərclər aşağıda göstərilən məbləğdə olmuşdur: 1. 68.000 pomidor şitillərinin dəyəri- 40.000 manat; 2.60 ton dizel yanacağının dəyəri- 36.000 manat; 3. mineral kübrələr və zəhərli dər manlar - cəmi 7.000 manat;
4. Əkilmə, becərilmə üçün günəmuzd işçilrə əmək haqqı 12.000 manat. Beləliklə istilikxanada pomidor məhsulunun əkilməsinə, becərilməsinə çəkilmiş xərclərə görə ümumi ziyan 95.000 manat təşkil etmişdir. c. Bundan başqa o, cavabdehin məhkəmə qərarını icrasını təmin etməməsi nəticəsində gəlirlərindən məhrum olmuşdur. Belə ki, hər bir pomidor bitkisindən orta hesabla 4 kq pomidor məhsulu götürməklə 272.000 kq pomidor məhsulu götürməkdən məhrum olmuşdur. Pomidor məhsulunun topdan satış qiymətinin 2021-ci ilin fevral-mart aylarında 1 kq görə orta hesabla 2 manat olması nəzərə alınaraq 544.000 manat əldən çıxmış gəlirlərə görə ziyan çəkmişdir. Beləliklə, onun çəkdiyi xərclərə görə 95.000 manat, əldən çıxmış faydaya görə 544.000 manat olmaqla cəmi pulun Cavabdehdan alına raq ona ödənilməsini iddia edir.
8. İddiaçı iş üzrə aşağıdakı sübutları təqdim etmişdir: a. İddiaçının, Keçili Bələdiyyənin kənd təsərrüfat mütəxəssisi X2, Bələdiyyənin sədr müavini X7, aqronomlar X1 və X3 iştirakları ilə 2021-ci il 21 yanvar tarixində Şəmkir rayonu Keçili kəndində tərtib edilmiş aktı. Aktda qeyd olunur ki, iddiaçının müraciətinə əsasən onun 2,25 ha istilikxanasına baxış keçirilərkən məlum olmuşdur ki, 2,25 ha istilikxanada əkilmiş 66.660 ədəd pomidor şitili soyuqdan donaraq məhv olmuşdur. Kənd təsərrüfatı mütəxəssisləri tərəfindən donmuş şitillərə baxış zamanı heç bir xəstəlik tapılmamışdır. b. Azərbaycan Dövlət Aqrar Universitetinin (bundan sonra-“ADAU”) bağçılıq kafedrasının müdiri, dosent X5, bitki mühafizə kafedrasının dosenti X6 və sahibkar İddiaçı iştirakları ilə tə rtib edilmiş 2021-ci il 20 fevral tarixli akt. Aktda qeyd olunmuşdur ki, 2021-ci il 17 fevral tarixində Şəmkir rayonu Keçili kəndi ərazisində istixana şəraitində tərəzçiliklə məşğul olan iddiaçının ADAU-ya yazılı müraciəti əsasında ona məxsus 2,25 hektar istixanada monitorinq aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, son günlər havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində istixananın içərisində olan temperatur göstəricisi açıq sahə göstəricisi həddinə qədər düşmüşdür. Bitkinin bioloji tələbi 22 + 7 dərəcə olduğunu nəzərə alaraq, belə aşağı temperaturun (+4+5 dərəcə) bitkinin müxtəlif orqanlarına öldürücü təsir göstərəcəyi aydın görünür. İddiaçının nümayəndəsi X14 bildirmişdir ki, istixanaya təbii qaz verilməsi Cavabdeh tərəfindən təmin edilmədiyi üçün istixana hazırda qızdırılmır. Ziyanın qarşısını almaq məqsədi ilə 60 tondan artıq dizel yanacağı istifadə edilsə də, maddi imkan olmadığı üçün istixananın istiliklə təmin edilməsini davam etmək mümkün olmamışdır. Məhz bu amilin təsiri nəticəsində əkilmiş şitillər 7-9 yarpaq inkişaf mərhələsində bütünlüklə donvurmaya məruz qalmışdır. Müayinə üçün istixananın müxtəlif yerlərindən bitki nümunələri götürülmüşdür. Müayinə olunan pomidor bitkilərini qidalandıran kök, yarpaq və gövdə hissələrində heç bir xəstəlik, quruma, həşəratlar tərəfindən zədələnmə aşkar edilməmişdir. İstixanada olan bütün şitillər eyni vəziyyətə malik olmaqla, aşağı becərilməsində hər hansı bir aqrotexniki çatışmazlıq və ya zərərli orqanizmlərlə yoluxması aşkar edilməmişdir. Aparılan müşahidələr göstərmişdir ki, donvurma nəticəsində bitkin in bütün yerüstü orqanları (yarpaq, gövdə, çiçək) məhv olmuşdur. İstixanada əkilmiş pomidor AHU F1 hibridinin şitillərinin ümümi sayı 68.000 ədəddir. Bitkinin bioloji məhsuldarlığı (AHU F1 hibridi) becərmədən və düşdüyü şəraitdən asılı olaraq hektarda 120-150 tondur. Hesablamaya görə ümumilikdə sahibkar İddiaçı mülkiyyətində olan 2,25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor şitillərinin cəmi 68.000 ədəd olduğunu və hər şitilin məhsuldarlığının orta hesabla 4 kq olması qəbul edilsə, onda bir mövsüm ərzində hektardan 120 ton məhsul əldə etmək mümkün idi. Belə olan halda yuxarıda göstərilən səbəbdən, 2.25 ha istixana sahəsi üzrə sahibkar təqribən 272 ton məhsul itkisi ilə üzləşmişdir. c. Şəmkir rayonu Keçili bələdiyyəsinin sədri B.Qəhrəmanov tərəfindən verilmiş 2021-ci il 14 aprel tarixli 71 nömrəli arayış. Arayışda qeyd olunur ki, pomidor məhsullarının 1 kiloqramının satış qiymətinin 2021-ci ilin mart-aprel aylarından arayışın verildiyi tarixədək 2 manat 50 qəpikdir. d. "xxxx" MMC-nin sədri V.Məmmədov tərəfindən verilmiş 2021-ci il 21 aprel tarixli 29 nömrəli arayış. Arayışda qeyd olunbur ki, 2021-ci ilin mart-aprel ayının 20-sinə qədər, Cəmiyyətin “SƏBƏT” Bazarında pomidorun 1 kiloqramının qiyməti 2 manat - 3 manat 50 qəpik arasında satışı olmuşdur.
9. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçının şitillərinə o baxmış, dərmanlamışdır. Ona toxum alınıb verilmiş, o da əkilmək üçün yetişdirmişdir. 1 paketi 35 qəpikdən 68 paket toxum verilmişdir. Hər paketdə 1.000 ədəd toxum olmuşdur. Təhvil verilənə qədər toxumun yetişdirilməsi üçün bütün xərcləri çəkmiş, 68.000 toxum vermiş, 3.800 manat pul almışdır. Ümumilikdə 23.800 manat veriləcək olmuş, 3.800 manat ödənilmiş, 20.000 manat qalmışdır. 2020-ci il avqust ayında toxumları əkmiş, oktyabr ayına kimi şitillərin hamısını təhvil vermişdir. Şitillərin verilməsi ilə bağlı dəftərində qeydiyyat aparmışdır, lakin ayrı-ayrı vaxtlarda nə qədər və hansı maşınlara verilməsi ilə bağlı qeydiyyatı yoxdur.
10. Şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, dekabr və yanvar aylarında hər gün Ramizin yanacaq məntəqəsindən iddiaçının istixanasına 0,5 və 1 ton dizel yanacağı daşımışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, iddiaçının istixanasında briqadir işləyir. Gündəlik olaraq işçilərə 13 manat pul verilmişdir. S ürücü Fədayıl işçiləri Kür qəsəbəsindən gətirmişdir. İşçilər şitillərə qulluq etmişlər. İşçilərə verilən pulların qeydiyyatını aparmışdır, təxminən aya 12.000 manat xərc çıxmışdır.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, Şəmkir rayonu Keçili kəndində iddiaçının adına olan istixana tərəflər arasında bağlanmış 2018-ci il 24 dekabr tarixli GA-676 saylı müqavilə əsasında ilkin olaraq 1 il müddətinə təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəf müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, 2019-cu il 1 aprel tarixinədək istixanada təbii qazdan istifadəyə görə 93.261,60 manat borcu yaranmışdır. Borcun iddiaçıdan tutulması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. a. Eyni zamanda, iddiaçı cavabdehə qarşı iddia qaldırmış, 86.879,40 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırmasından sonra iddiaçının iddiası təmin edilsə də, qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 18 may tarixli, 2-2(102)-191/2021 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının cavabdehə olan 27.718,96 manat borcu apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən tanınmışdır. b. 2019-cu il 1 yanvar tarixindən 2020-ci il 1 may tarixinədək isitmə mövsümü ərzində təbii qazdan istifadə edilib tam ödəniş aparılmamaqla yenidən 66.762 manat borc mə bləği yaranmışdır. Bununla bağlı abonentə pretenziya məktubu göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq, bu barədə abonent tərəfindən heç bir tədbir görülməmiş, ödəniş aparılmamışdır. c. İddiaçının ünvanında 2019-2020-ci mövsüm ili ərzində sırf sayğac göstəricisinə əsasən istehlak olunmuş təbii qazın dəyəri ödənilmədən məhkəmədə cavabdehə qarşı yenidən iddia qaldırılmışdır. Halbuki Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı əsasında bağlanmış qeyd edilən müqavilə üzrə yaranmış borcun ödənilməsi şərtləri tərəflər üçün məcburi xarakter daşımalıdır. Belə ki, 2018-ci il 24 dekabr tarixli GA-676 saylı müqavilənin 2.2.6.4-cü bəndində istehlakçı tərəfindən borc tam ödənilmədiyi halda paylayıcının istehlakçıya verdiyi qazı dayandırmaq hüququnun mövcud luğu nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçının istinad etdiyi 2018-ci il 24 dekabr tarixli GA-676 saylı təbii qazın alqı-satqısına dair müqavilənin 7.2-ci bəndində müqavilə müddətinin tərəflərin razılığına əsasən 1 il müəyyən olunduğu əks olunmuşdur. İddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmaması səbəbindən ünvanda dayandırılmış qazın bərpası mümkün olmamışdır.
13. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, e-2-2(115)541/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 83.000 manat real zərərin əvəzi və 544.000 manat əldən çı xmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim R.Məmmədov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus istixanaya məhkəmə qərarına əsasən təbii qazın verilməsi bərpa edilməli olduğu halda, məhkəmənin qərarı cavabdeh tərəfindən qanunsuz olaraq icra edilməmiş, nəticədə iddiaçıya 83.000 manat real və 544.000 manat əldən çıxmış fayda qismində zərər dəymişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı 12.000 manat məbləğində işçilərə ödənilən əmək haqları ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsin in (bundan sonra – “MM”) 21.1, 21.2-ci, Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv olunması və tələbin 12.000 manat hissəsində də təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(104)-213/2021 nömrəli qətnaməsi ilə i ddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir (sədrlik edən məruzəçi hakim A.Hüseynzadə, hakimlər L.Süleymanov və Ə.Abdullayev).
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2018ci il 24 dekabr tarixində tərəflər arasında GA-676 saylı qazın alğı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə görə paylayıcı istehlakçını qazla təmin etməyi, istehlakçı isə qazın dəyərinin sayğacın göstəricilərinə uyğun olaraq hər ay ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilənin 2019-cu il 23 dekabr tarixində qüvvədən düşdüyünü iddia etsə də, onun bu dəlili öz təsdiqini tapmamışdır. Belə ki, müqavil ənin 7.1ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanılsa da, müqavilənin 7.2-ci bəninə əsasən uzadılmış hesab olunmuşdur. Müqavilənin 7.2-ci bənində əsasən istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. İstehlakçı olan iddiaçı tərəfindən isə müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir müraciətin olması müəyyən edilməmişdir.
21. Bununla yanaşı, müqavilənin 2.2.6.4-cü bəndində paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təchizatın ın dayandırılması paylayıcının hüququ kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X9”nın (bundan sora – “Qaydalar”) 4.1.6-cı bəndi ilə də qaz təchizatı müəssisəsinin belə bir hüququ müəyyən edilmişdir ki, iddiaçıya məxsus istixananın qaz təchizatı 2020-ci il 22 aprel tarixində 133.004,20 manat borcunun olması səbəbindən cavabdeh tərəfindən dayandırılmışdır. Belə ki, işin materiallarında olan abonentin saldosu adlı sənəddən göründüyü kimi, iddiaçı tərəfindən 2019-2020-ci il mövsümü üzrə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək, yəni qaz təchizatı dayandırılanadək olan dövrdə 59.431,4 manatlıq qaz istifadə olunsa da, həmin aylar üzrə istifadə edilən qazın dəyərindən cavabdeh t əşkilata heç bir ödəniş olunmamışdır. Buna görə də iddiaçının qaz təchizatını dayandırması ilə bağlı cavabdehin hər hansı bir qanunsuz hərəkəti olmamışdır.
22. Həmçinin 2020-ci ilin aprel-may aylarında iddiaçının istixanasını təmin edən qaz xəttinin üzərinə quraşdırılmış qaz sayğacı naməlum şəraitdə və naməlum şəxslər tərəfindən açılmış olması işin mübahisə edilməyən halı olmuşdur. İddiaçı isə qazla təmin olunmadığını bildiyi və “Qaz təchizatı haqqında” Qanunun 9-cu maddəsinə və Qaydaların 4.2-ci bəndinə müvafiq olaraq, öz hesabına yeni qaz sayğacı əldə edib qaz xəttinin üzərinə quraşdırılmasını təmin etməli olduğu halda bunu etməyərək, qaz təchizatı bərpa edilmədən əkin işlərinə başlamışdır. Belə ki, sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
23. İddiaçı iddia ərizəsində 2020-ci ilin noyabr ayında istixanada pomidor şitilləri əkdiyini iddia etmişdir ki, məhkəmənin qənaətinə əsasən iddiaçının bu arqumenti məhz iddianın təmin tədbiri barədə Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2- 2(115)-932/2020 saylı qərardadı ilə bağlı olmuşdur. Belə ki, bununla iddiaçı iddianın təmin tədbiri barədə qərardad çıxarıldıqdan sonra, yəni qazın bərpa ediləcəyinə əmin olduğu üçün əkin işlərinə başladığını iddia etmişdir. Lakin, iddiaçının bu arqumenti məhkəmə iclasında özünün təqdim etdiyi digər sübutlarla istisna olunmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şitillərin əkilməsi və işlərin görülməsi ilə bağlı xərclərə dair əlyazmada əkin işlərinin 2020-ci ilin oktyabr a yının 10-dan başlaması təsdiq olunmuşdur. İşin 82-ci səhifəsində olan əlyazmadan görünür ki, istixanada şitillərin əkilməsi 2020-ci il 10 oktyabr tarixində başlamış və 68.000 şitilin əkilməsi 2020-ci il 17 oktyabr tarixində başa çatmışdır.
24. Bundan sonra iddiaçı 2020-ci ilin noyabr ayında ondan tələb edilən borc məbləğinin silinməsi barədə məhkəmədə iddia qaldırmaqla yanaşı iddianın təmin tədbiri barədə ərizə ilə də məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək sayğac quraşdırılmaqla, qazın verilməsinin bərpa olunması barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)-932/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya mü vəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa olunması cavabdehə həvalə edilmiş, lakin qərardad cavabdeh təşkilat tərəfindən icra olunmamışdır. Cavabdehin nümayəndəsinin məhkəmə kollegiyası iclasında verdiyi izahatından və işin materaillarında olan inzibati xəta haqqında iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 3(104)-54/2021 nömrəli qərarından müəyyən edilir ki, cavabdeh anbarında G-650 markalı sayğacın olmaması səbəbindən qaz sayğacının quraşdırılmasının mümkün olmadığını iddia etmişdir. “Qaz təchizatı haqqında” Qanunun 9-cu maddəsinə və Qaydaların 4.2-ci bəndinə əsasən sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacının istehlakçının vəsaiti hesabına təchiz edilməli olmasına baxmayaraq, iddianın təmin tədbiri qismində müvəqqəti sayğacın qur aşdırılmasının cavabdehin üzərinə qoyulması ilə bağlı Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)-932/2020 saylı qərardadı anlaşılan olmamış və birinci instansiya məhkəməsi qərardadında bunun hansı zərurətdən irəli gəlməsini də əsaslandırmamışdır.
25. Bundan başqa, iddiaçı 2021-ci ilin yanvar ayınadək istixananı aldığı dizel yanacağı hesabına qızdırdığını, daha sonra isə maddi imkanı tükəndiyindən dizel yanacağı ala bilməməsi səbəbindən istixananı qızdıra bilmədiyini, buna görə də bitkilərin məhv olduğunu iddia etmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturalara əsasən iddiaçı 2020-ci ilin noyabr və dekabr ayları ərzində 36.000 manatlıq dizel yanacağı aldığını iddia etsə də, qeyd olunan məbləğin ödənilməsinə dair müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı işin materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, iddiaçı 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar və fevral ayları ərzində, yəni qış aylarında 50.598,4 manatlıq qaz istifadə etmişdir. Yəni, iddiaçı qaz təchizatı bərpa olunacağı təqdirdə heç də dizel yanacağına sərf etdiyi məbləğdən kəskin şəkildə fərqlənməyən və az olmayan məbləği qaz təchizatı müəssisəsinə ödəməli olacaq, ödəmədiyi təqdirdə isə qaz təchizatının dayandırılması qanuni olacaqdı. Buna görə də, maddi imkanının olmaması səbəbindən dizel yanacağı ala bilməməsi və bunun nəticəsində də zərərin yaranmasına mane ola bilməməsi ilə bağlı iddiaçının dəlili əsassız olmuşdur.
26. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçının maddi imkanının olmaması səbəbindən d izel yanacağını ala bilməməsi ilə bağlı dəlili də inandırcı və ağlabatan olmamışdır. İddiaçı istixanadakı bitkilərin məhv olmayacağı halda 544.000 manat gəlir əldə edəcəyini iddia etmişdir ki, onun əvvəlki illərdə də istixana sahibkarlığı ilə məşğul olması və müəyyən gəlirlər əldə etməsi ağlabatandır. Məhkəmə kolegiyasının iclasında iddiaçı əvvəlki illərdə kifayət qədər gəlirinin olmasını istisna etməmişdir. Digər tərəfdən istixana fəaliyyətində əsas xərclərdən birinin də, istixananın qızdırılması ilə bağlı olması, o cümlədən yuxarıda qeyd olunduğu kimi 2019-2020-ci il mövsümü üzrə, yəni 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək, yəni qaz təchizatı dayandırılandək olan dövrədək iddiaçının 59.431,4 manatlıq qaz istifadə etməsi və istifadə etdiyi qazın dəyərindən cavabdeh təşkila ta heç bir ödəniş etməməsi nəzərə alındıqda iddiaçının maddi imkanının olmaması səbəbindən dizel yanacağını ala bilməməsi ilə bağlı dəlili inandırıcı olmamışdır.
27. Digər tərəfdən 500.000 manat gəlir əldə etməyi planlaşdıran sahibkarın havalar istilənənədək yəni, yanvar-mart ayları üçün əldə edə biləcəyi gəlirin 5-10 faizi miqdarında xərc çəkməklə zərərdən yayınmaması da inandırıcı görünmür. Tərəflərin əvvəlki münasibətləri baxımından hər hansısa bir niyyətlə iddiaçının da zərərin yaranmasında maraqlı olması istisna edilməyən haldır. Belə ki, tərəflər arasında başqa məhkəmə mübahisələri olmaqla yanaşı, iddiaçının özü də cavabdehin əməkdaşlarının bir sahibkar kimi onlara qarşı qərəzli davrandığını düşünməkdədir.
28. Bitkilərin məhv olması zamanı ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar arasında da ziddiyyətlər olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən X20 İnkişaf Mərkəzinə ünvanladığı və iş materiallarının 98-ci səhfəsində olan 2021-ci il 11 yanvar tarixli ərizəsində iddiaçı 2021-ci il 7 yanvar tarixində əkilmiş 68.000 pomidor şitilinin 70 faizinin, 2021-ci il 8 yanvar tarixində isə bütünlüklə məhv olduğunu bildirsə də, iddia ərizəsində şitillərin 2021-ci ilin fevral ayında soyuqdan məhv olduğu iddia edilmişdir. Həmçinin, zərərin səbəbinin və miqdarının müəyyən edilməsinə dair işin materiallarında olan 2021-ci il 17 fevral tarixdə baxış keçirilməklə, ADAU-nun əməkdaşlarının iştirakı ilə 2021-ci il 20 fevral tarixdə tərtib edilmiş aktda “Monitorinq zamanı məlum olmuşdur ki, son günlər havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində istixanan ın içərisində olan temperatur göstəricisi açıq sahə göstəricisi həddinə qədər düşmüşdür.” ifadəsi qeyd olunmuşdur. Həmin aktdan donvurmanın son günlər ərzində, yəni 2021-ci il 17 fevral tarixinədək yaxın olan günlər ərzində baş verməsi anlaşılmaqdadır. Halbuki, son günlər dedikdə iddiaçının 2021-ci il 11 yanvar tarixli ərizəsində qeyd etdiyi 2021-ci il 8 yanvar tarixinədək olan 1 aydan artıq olan müddət başa düşülə bilməz.
29. Beləliklə, məhkəmə iddiaçıya məxsus istixananın qaz təchizatının 2020-ci il 22 aprel tarixdə dayandırması ilə bağlı cavabdehin hər hansı bir qanunsuz hərəkətinin olmamasını, iddiaçının isə qazla təmin olunmadığını bildiyi, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 9-cu maddəsinə və Qaydaların 4.2-ci bəndinə müvafiq olaraq, keçən müddət ərzində öz hesabına yeni qaz sayğacı əldə edib, qaz xəttinin üzərinə quraşdırılmasını təmin etməli olduğu halda bunu etməməsini, qaz təchizatı bərpa edilmədən istixanada əkin işlərini aparmasını və maddi imkanının olmaması səbəbindən dizel yanacağını ala bilməməsi ilə bağlı dəlilinin inandırıcı olmamasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus istixanadakı bitkilər məhz istiliyin olmaması səbəbindən məhv olduğu təqdirdə belə, qeyd olunan zərərin yaranmasında cavabdehin təqsiri olmamışdır.
30. Məhkəmə zərərin yaranmasında cavabdehin təqsirinin olmaması qənaətinə gəldiyindən, zərərin don vurmadan və ya digər səbəbdən əmələ gəlməsi, zərərin həcmi və məbləği ilə bağlı işin hallarını araşdırmağa zərurət görməmişdir.
31. Məhkəmə gəldiyi nəticəni MM-in 21.2, 21.3, 1096.1, 1096.2-ci, “Qaz təchizatı haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X9”nın 4.2-ci bəndinə, MPM-in 217.3, 218.1, 384.0.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. a) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli, 2-2(102)-421/2022 nömrəli qərarı ilə (məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadının olmasına baxmayaraq: 1) həmin qərardadın cavabdeh tərəfindən icra olunmadığı; 2) tərəflər arasında mövcud olan digər mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya cavabdeh tərəfindən müvəqqəti sayğacın quraşdırılmadığı; 3) təbii qazın verilişinin bərpa edilmədiyi artıq mübahisəsiz xarakter daşıyır. Buna baxmayaraq hazırkı işdə apellyasiya instansiya məhkəməsi iddianın təmin tədbiri qismində müvəqqəti sayğacın quraşdırılmasının cavabdehin üzərinə qoyulmasını anlaşılan hesab etməməklə və bunun hansı zərurətdən irəli gəlməsini də əsaslandırmadığını bil dirməklə faktiki olaraq qanuni qüvvəsini almış Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)-932/2020 saylı qərardadının qanuniliyini və əsaslılığını şübhə altına almışdır.
35. Halbuki MPM-in 15.2 və 15.3-cü maddələrinin tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları, o cümlədən qərardadı bütün dövlət və yerli özünüidarə orqanları, digər qurumlar, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
36. Məhz bunun nəticəsidir ki, cavabdehin müvafiq vəzifəli şəxsi sözügedən qərardadı icra etmədiyinə görə məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. O da nəzərə alınmalıdır ki, iddianın təmin tədbiri istənilən halda müvəqqəti xarakter daşıyır. Hazırkı halda Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115) 932/2020 nömrəli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa olunmasının cavabdehə həvalə edilməsinə də məhz bu konteksdən yanaşılmalıdır. İddiaçıya müvəqqəti deyil, daimi sayğac quraşdırılması isə qanunvericiliyin tələblərinə uyğun olaraq, təbii ki, iddiaçının vəsaiti hesabına həyata keçirilməlidir.
37. İş üzrə nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsinin istinad etdiyi əsaslardan biri, iddiaçıya məxsus istilikxananın qaz təchizatının 2020-ci il 22 aprel tarixində ödənilməmiş istehlak borcu səbəbindən cavabdeh tərəfi ndən dayandırıldığından cavabdehin həmin hərəkətinin qanunsuz olmaması ilə bağlı olmuşdur.
38. Halbuki, iddiaçıya hesablanmış istehlak borcunun silinməsi ilə əlaqədar eyni tərəflər arasında digər məhkəmə mübahisəsi mövcud olmuş, hazırkı iş üzrə verilmiş iddia ərizəsində isə yalnız Gəncə Kommersiya Məhkəməsinin 2020 ci il 18 noyabr tarixli e-22(115)-932/2020 nömrəli qərardadının cavabdeh tərəfindən icra olunmaması nəticəsində iddiaçıya vurulduğu iddia edilən zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Yəni, iddiaçıya məxsus istilikxananın qaz təchizatının 2020-ci il 22 aprel tarixində cavabdeh tərəfindən dayandırılmasının qanunsuzluğu hazırkı iddia ərizəsi ilə mübahisələndirilməmişdir.
39. Bundan başqa, apellyasiya instansiya məhkəməsi işdə olan bir sıra sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturalara əsasən iddiaçı 2020-ci ilin noyabr və dekabr ayları ərzində 36.000 manatlıq dizel yanacağı aldığını iddia etsə də, qeyd olunan məbləğin ödənilməsinə dair müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Lakin bu zaman məhkəmə işin materiallarında olan (i/v 101-105) dizel yanacağının alınmasına dair 2020-ci il 18 və 24 noyabr, 1, 8, 15 və 24 dekabr tarixli qaimələrin əslinin hər birinin üzərində satıcının imzası və möhürünün mövcudluğunu nəzərə almamışdır.
40. Məhkəmə kollegiyasının mövqeyinə görə həmin qaimələrin mötəbərliyi mübahisələndirilmədiyi halda, yalnız 36.000 manat məbləğin ödənilməsinə dair sənədin məhkəməy ə təqdim edilməməsi əsas gətirələrək sözügedən qaimələrin nəzərə alınmaması əsaslı və ədalətli hesab oluna bilməz.
41. İkincisi isə, işin materiallarında iddiaçı tərəfindən dizel alnmasını təsdiqləyən qaimə fakturalarla yanaşı, şahid ifadəsi də mövcuddur. Belə ki, birinci instansiya məhkəməsinin 2021-ci il 5 avqust tarixli iclasının protokolundan (i/v 73-74) görünür ki, X15 öz şahid ifadəsində dekabr və yanvar aylarında hər gün Ramizin yanacaq məntəqəsindən İddiaçı istixanasına 0,5 və 1 ton dizel yanacağı daşıdığını bildirmişdir.
42. Apellyasiya instansiya məhkəməsi isə həmin şahid ifadəsini nəinki işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməmiş, hətta öz qətnaməsində ona istinad belə etməmişdir. Bundan başqa, işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 2021ci il 9 avqust tarixli arayışdan (i/v 80) görünür ki, iddiaçı satıcı Cəlilov Akifdən 17.000 AZN dəyərində pomidor toxumu almışdır.
43. Həmçinin işin materiallarında olan 2020-ci il 20 oktyabr tarixli ******* nömrəli və 20 noyabr tarixli ******* nömrəli qaimə fakturalardan (i/v 106-107) görünür ki, iddiaçı bitkilərə qulluq üçün “Vətən Market (Agro)”-dan 4.450 manat və 3.550 manat dəyərində maddələr almışdır. Müvafiq xərclərin çəkilməsini təsdiq edən həmin sənədlərin də mötəbərliyinin mübahisələndirilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsində sözügedən sənədlər barəsində də aydın mövqe ifadə olunmamışdır.
44. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qətnaməsində işdə olan müxtəlif sübutlar arasında mübahisə predmeti olan bitkilərin məhvolma tarixinə dair ziddiy yətlər göstərilərək həmin sübutların mötəbərliyi şübhə altına alınmışdır. Halbuki həmin tarixlərin hamısı istənilən halda iddia ərizəsində istinad olunan Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)-932/2020 nömrəli qərardadının qəbul olunmasından sonrakı tarixlərə təsadüf edir. Məhkəmə kollegiyasının mövqeyinə görə, həmin sübutlar arasındakı bitkilərin məhvolma tarixinə dair ziddiyyətlər sözügedən qərardadın cavabdeh tərəfindən icra olunmaması nəticəsində iddiaçıya zərər vurulduğunu istisna edən tutarlı dəlil kimi hesab edilə bilməzdi.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, hazırkı vəziyyətdə Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)932/2020 nömrəli qərardadının cavabdeh tərəfindən icra olunmaması nətic əsində iddiaçıya zərər vurulub vurulmadığı, vurulmuş olduğu halda zərərin həcmi barəsində birmənalı nəticəyə gəlmək iş materiallarından mümkün olmamışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 noyabr tarixli 2-2(104)-183/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 yanvar tarixli 9/9096-7/1433 nömrəli rəyində göstərilmişdir ki, iş materialında olan akta əsasən sahibkar İddiaçı mülkiyyətində olan 2.25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor şitillərinin cəmi 68000 ədəd olduğunu və hər şitilin məhsuldarlığının orta hesabla 4 kq olmasını nəzərə alsaq bir möv süm ərzində hektardan 120 ton məhsul əldə etmək mümkün idi. Belə olan halda yuxarıda göstərilən səbəbdən 2.25 ha istixana sahəsi üzrə sahibkarın təqribən 272 ton məhsul itkisinin olması müəyyən edilmişdir. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən və iş materiallarında olan mütəxəssis rəyindən istifadə edilməklə, 2,25 hektar pomidor istixanasına çəkilmiş xərcin və əldə ediləcək məbləğin ümumi dəyəri nəzəri qaydada təxminən 622.800 (78.800 + 544.000) manat müəyyən edilir. O cümlədən: 68000 ədəd pomidor şitili “AHV" sortu– 23.800,00 (68.000 × 0,35 manat); 60 ton dizel yanacağı – 36.000 (60 ton x 600 manat); mineral gübrələr və zəhərli dərmanlar ümumilikdə - 7000 manat; əkilmə, becərilmə, üçün günəmuzd işçilərə əmək haqqı ümumilikdə - 12.000 manat; 2.25 ha torpaq sahəsində olan istix anada əkilmiş pomidor şitillərinin cəmi 68.000 ədəd, hər şitilin məhsuldarlığı orta hesabla 4 kq, bir mövsüm ərzində 2,25 hektardan əldə ediləcək məhsul ümumilikdə 272 ton, həmin məhsulun 2021-ci ilin fevral-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada – 544.000,00 (272000 kq x 2 manat).
47. Məhkəmə kollegiyasının 2022-ci il 18 noyabr tarixli 2-2(104)-183/2022 nömrəli digər qərardadı ilə iş üzrə mütəxəsis rəyinin alınması qərara alınmışdır. Həmin qərardad əsasında X20 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun verdiyi 21 dekabr 2022-ci il tarixli rəyində qeyd edilir ki, qış mövsümü dövründə istixanada temperatur 22-25 dərəcə arasında olmalıdır, belə ki (AHU F1 hibridi) pomidor sortu aqrotexniki qaydalara uyğun becərilərsə, bir bitkidən 4 kq və daha artıq məhsul əldə etmək olar. Eyni zamanda bir hektardan 28000-30000 ədəd pomidor şitili əkilərsə təxminən 120 125 ton məhsul əldə etmək mümkündür.
48. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli, 2-2(104)-24/2023 saylı qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim A.İsgəndərova, hakimlər R.Mamedov və A.Bayramov) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, 78.331 manat real zərərin və 533.280 manat əldən çıxmış faydanın əvəzi - cəmi 611.611 manatın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
49. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
50. İddiaçıya məxsus istixananın qaz təchizatı 2020-ci il 22 aprel tarixində 133.004,20 manat borcunun olması səbəbindən cavabdeh təşkilat tərəfindən dayandırılmış, 2020-ci ilin noyabr ayında iddiaçı istixanada pomidor şitilləri əkdiyini iddia edərək iddianın təmin tədbiri barədə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2020-ci il 18 noyabr tarixli, e-2-2(115)-932/2020 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. Bundan sonra qərardad icra olunması üçün cavabdeh orqana göndərilsə də icra edilməmişdir.
51. Hazırkı halda iddiaçının tələbinin əsası məhkəmənin 2020-ci il 18 noyabr tarixli, e-2 2(115)-932/2020 nömrəli qərardadının vaxtında icra olunmaması səbəbindən istixanalara qazın verilişinin bərpa edilməməsi və bu səbəbdən məhsul yığımının baş tutmaması, nəticədə sonuncuya zərər dəyməsi olmuşdur. Belə ki, iddiaçının cavabdehə qarşı borcun silinməsi tələbinə dair digər iddia üzrə başlanılmış işdə Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)-932/2020 nömrəli qərardadı ilə iddiaçının iddianın təmin edilməsi tədbiri barədə ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa edilməsi cavabdehə həvalə olunmuşdur. Lakin cavabdehin müvafiq vəzifəli şəxsi həmin qərardadı icra etmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli, 3(076)-1360/2020 nömrəli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 3(104)-54/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
52. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərardadının olmasına baxmayaraq: 1) həmin qərardadın cavabdeh tərəfindən icra olunmadığı; 2) tərəflər arasında mövcud olan digər mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya cavabdeh tərəfindən müvəqqəti sayğacın quraşdırılmadığı; 3) təbii qazın verilişinin bərpa edilmədiyi işin mübahisəsiz halı olmuşdur.
53. Başqa sözlə, iddiaçıya hesablanmış istehlak borcunun silinməsi ilə əlaqədar eyni tərəflər arasında digər məhkəmə mübahisəsi mövcud olmuş, hazırkı iş üzrə verilmiş id dia ərizəsində isə yalnız Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e 2-2(115)-932/2020 nömrəli qərardadının cavabdeh tərəfindən icra olunmaması nəticəsində iddiaçıya vurulduğu iddia edilən zərərin əvəzinin ödənilməsi tələb edilmişdir.
54. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış 2018-ci il 24 dekabr tarixli GA-676 saylı qazın alğı-satqısı müqaviləsinin müddəti bitdiyindən, hər hansı öhdəliyinin olmadığını iddia etsə də məhkəmə qeyd olunan dəlilin öz təsdiqini tapmaması qənaətinə gəlmişdir. Belə ki, müqaviləyə əsasən paylayıcı istehlakçını qazla təmin etməyi, istehlakçı isə qazın dəyərinin sayğacın göstəricilərinə uyğun olaraq hər ay ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlansa da, müqavilənin 7.2-ci b əndinə əsasən uzadılmış hesab olunmuşdur. Müqavilənin 7.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. İstehlakçı olan iddiaçı tərəfindən isə müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir müraciətin olması müəyyən edilməmişdir.
55. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili məhsulun digər əsaslardan məhv olma ehtimalının məhkəmə tərəfindən araşdırılmamasından ibarət olmuşdur. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə cavab olaraq ADAU-nun 2021-ci il 20 fevral tarixli, Şəmkir rayonu, Keçili kəndində tərtib edilən 2021-ci il 21 yanvar tarixli aktlara (bax § 7,8) istinad edərək cavabdehin dəlillərinin yalnız ehtimallara əsaslandığını və iş materiallarında olan aktlarla müəyyən olunan vəziyyəti təkzib edən sübutlara əsaslanmadığını bildirmişdir.
56. Bundan başqa, iddiaçı tələbində maddi imkanının olmaması səbəbindən dizel yanacağı ala bilməməsi və bunun nəticəsində də zərərin yaranmasına mane ola bilməməsini qeyd etmişdir. Məhkəmə istixanaların qış aylarında süni isitmə mənbəyi ilə qızdırıldığının hamıya bəlli olan hal olmasına, iddiaçıya məxsus istixananın qazla işləməyən digər qurğularla qızdırılması barədə işin materilallarında sübutların mövcud olmasına qiymət verərək qeyd etmişdir ki, iddiaçıya məxsus istixanada əkilən pomidor bitkisi şitillərinin yararsız hala düşməsi və iddiaçının sahədən məhsul əldə edə bilməməsi qaz təchizatının d ayandırılması ilə əlaqədar olmuşdur. İddiaçı noyabr və dekabr aylarında dizel yanacağı alsa da, sonradan maddi imkanı ilə əlaqədar olaraq ala bilməmişdir. İşin materiallarında olan qaimə fakturalara əsasən iddiaçının 2020-ci ilin noyabr ayında 12000 manat, dekabr ayında 24000 manat olmaqla qeyd olunan aylar ərzində cəmi 36000 manatlıq dizel yanacağı alındığı müəyyən edilir. Abonentin saldosu adlı sənəddən isə iddiaçının 2019-cu ilin noyabr ayında 7.331,20 manat, dekabr ayında 16.896,80 manat, yanvar və fevral aylarında isə cəmi 33.701,6 (19.960,20+13.741,40) manatlıq qaz istifadə etdiyi müəyyən olmuşdur.
57. Göründüyü kimi, iddiaçının qaz təchizatı bərpa olunacağı təqdirdə dizel yanacağına sərf etdiyi məbləğdən kəskin şəkildə fərqlənən məbləği qaz təchizatı müəssisəsinə ödəməli olacaqdı. B u səbəbdən, məhkəmə maddi imkanının olmaması səbəbindən dizel yanacağı ala bilməməsi və bunun nəticəsində də zərərin yaranmasına mane ola bilməməsi ilə bağlı iddiaçının dəlilini əsaslı hesab etmişdir.
58. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılıb qəbul edilən qətnamə ilə təmin edilməyən 12.000 manat günəmuzd işçilərə əmək haqqının təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş briqadirin qeyd kitabından çıxarışlardan istixanada müvafiq şitillərin kultivasiyası və suvarılması, habelə onlara müxtəlif səpkili qulluq zamanı günəmuzd işçilərin işləməsi müəyyən edilmişdir.
59. Məhkəmə qeyd etmişdir ki, istixana 2,25 ha sahədə yaradılmış, kifayət qədər geniş ərazini əhatə edir. Həmin sahənin yaradılmasında məqsəd sahibkalıq məqsədi ilə gəlir əld ə edilməsi olmuşdur. Belə olduqda bazara mümkün olduqca alıcı kütləsi çox olacaq məhsulun tez zamanda və çox miqdarda çıxarılması üçün kifayət qədər insan əməyindən istifadə zəruridir. İşçilərə günəmuzd ödəmələrə dair kitabdan çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda istixanada işləmiş işçilərə ümumilikdə 12.340 manat ödəniş edilmişdir.
60. Bütün bunlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, yekun olaraq hazır məhsulun əldə edilməsində xammal kimi toxum, şitil qədər işçi qüvvəsinin əməyi də ayrılmazdır və kompleks şəkildə qiymətləndirilməlidir.
61. İddia tələbində 68.000 ədəd pomidor şitilinə münasibətdə ziyanın hesablanması tələb olunsa da işdə olan sübutlarla 66.660 ədədə pomidor şitilinin donması təsdiqlənmişdir. Odur ki, 66.660 ədəd pomidor şitilinin alınması üçün çəkilən xərc məh kəmə tərəfindən əsaslı hesab edilmişdir. İş üzrə təyin edilən ekspert rəyində “AHV” sort pomidor şitilinin bir ədədinin qiyməti 0,35 manat qeyd edilmişdir. Belə olan halda ümumilikdə pomidor şitilinə 23.331 manat pul məbləği ödənilmişdir.
62. İddia tələbinin digər hissəsi olan 544.000 manat əldən çıxmış faydaya hüquqi qiymət verərkən məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçı mülki dövriyyənin iştirakçısı olmaqla, fəaliyyəti sferasında gəlir əldə etmək marağı güdmüşdür. Cavabdeh təbii qazın satışı üzrə təbii inhisarçı olmaqla ölkə üzrə təbii qazın satışını həyata keçirir və bunun müqabilində qiyməti dövlət tənzimləməsində olan təbii qazın dəyərini əldə edir. Təbii qazın istifadəçisi olan hazırkı tələb üzrə iddiaçı mülki dövriyyənin sərbəst iştirakçısı olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bilavasitə təbii qazın əldə edilməsi və istifadəsi şəxsin sahibkar marağına xidmət edən təsərrüfat obyektinin təbii qazla təmini ilə bağlı olmuşdur.
63. İddiaçı kənd təsərrüfatı məhsulu olan pomidorun əkilməsi, satılması və bazara alıcı kütləsinə təqdim edilməsinə dair fəaliyyətlə məşğul olur və bununla bağlı standarlara uyğun olaraq istixanalar təchiz etmişdir. İstixanalarda təbii qazın olmaması səbəbindən pomidor şitillərin donması nəinki iddiaçıya real olaraq çəkdiyi xərcin zərər olaraq dəyməsi ilə, habelə, gözlənilən faydasının əldən çıxması ilə realizə olunmuşdur.
64. Zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Hazırkı halda məhsul əldə etmədiyindən və bununla bağlı satış etmədiyindən iddiaçı gəlirindən mərhum olmuşdur.
66. İş üzrə verilmiş ekspert rəyində hər şitilin məhsuldarlığı orta hesabla 4 kq, bir mövsüm ərzində 2,25 ha əldə ediləcək məhsul ümumilikdə 272 ton, həmin məhsulun 2021 ci ilin fevral-aprel aylarına olan orta bazar qiyməti isə 2 manat qeyd edilmişdir.
67. Belə olan halda iddiaçı əkilən 66.660 ədəd pomidor şitilindən hər şitildən 4 kq olmaqla, ümumilikdə 533.280 manat əldə edilməli olan faydadan mərhum olmuşdur. İddiaçı gözlənilən ziyanın mümkün dərəcədə aradan qaldırılması üçün mövcud imkanlarından istifadə etmiş, təbii qazın verilişi dayandırıldıqdan sonra dizel yanacağı alaraq istixananın fəaliyyətinə xələl gəlməməsi üçün hərəkət etmişdir. Ancaq iş üzrə təqdim edilən abonent saldosundan da görünür ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumilikdə 33.700 manat təbii qaz sərfiyyatı olmuşdur. Bu da dizel yanacağına ödənilən məbləğlə təbii qaz sərfiyyatına dair ödəniləcək məbləğin adekv at olmadığını göstərir.
68. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 59-cu, MM-in 21.1, 21.2, 21.3, 560.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1097.5-ci maddələrinə, Qaydaların 3.1.1-3.1.5, 6.1.4, 6.2, 6.7-ci bəndlərinə, MPM-in 14.2, 76.1, 77.1, 88, 217.3, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
69. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
70. Azərbaycan Respublikası Ali Məh kəməsinin Kommersiya Kollegiyasının 2023cü il 8 sentyabr tarixli 2-2(102)-372/2023 nömrəli qərarı ilə (hakimlər – K.Abiyeva (sədrlik edən və məruzəçi), B.Qəribov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 533.280 (beş yüz otuz üç min iki yüz səksən) manatın tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
71. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddiaçıya dəymiş real zərərlə bağlı dəlillərini əsaslı hesab etməyib və iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki göstərişləri əsasında araşdırma aparan apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçıya məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla, qazın verilişinin bərpa edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadının cavabdeh tərəfindən icra olunmaması hazırkı işin mübahisələndirilməyən halıdır.
72. Cavabdeh həmin qərardadın icra edilməməsini sayğac quraşdırılması üçün iddiaçı tərəfindən müraciət olunmaması və istehlakçı ilə qazın alğı-satqısına dair müqavilə bağlanmaması ilə əsaslandırsa da, kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə əvvəlki qərarında da qeyd olunduğu kimi, iddianın təmin tədbiri müvəqqəti xarakter daşımaqla, cavabdeh tərəfindən icra edilməmişdir. Halbuki, məhkəmə qərardadı ilə iddiaçıya daimi deyil, müvəqqəti (işə mahiyyəti üzrə baxılıb qurtaranadək) sayğac quraşdırılması ilə bağlı öhdəlik həvalə edilmişdir. Belə olan halda cavabdehin Qaydaların tələblərinə istinad etməklə, iddiaçı ilə yeni müqavilənin bağlanmaması səbəbindən iddianın təmin tədbiri barədə məhkəmə qərardadının icrasının mümkünsüz olmasına dair dəlilləri əsassızdır.
73. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin əldən çıxmış fayda hissəsində qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini əldən çıxmış fayda hissəsində qismən təmin edərkən, iddiaçının məhsul əldə etmədiyi üçün satış etməməsinə, bununla da gəlirindən məhrum olmasına istinad etmişdir. Lakin, nəzərə alınmalıdır ki, tələbin əldən çıxmış fayda ilə bağlı hissəsində iddianın qanuni əsası kimi M M in 21-ci maddəsi ilə yanaşı, həm də həmin Məcəllənin 443.4-cü maddəsi çıxış edir.
74. Hazırkı halda işə baxan məhkəmələr tərəfindən MM-in 21-ci maddəsinə istinad olunsa da, mübahisəyə MM-in 443.4-cü maddəsinin tələbləri baxımından qiymət verilməmiş, baxılan iş üzrə əldən çıxmış fayda şəklində zərər müəyyənləşdirilərkən sözügedən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olub-olmaması yoxlanılmamış, bununla da tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.
75. Baxılan iş üzrə MPM-in 77-ci maddəsinin tələbləri baxımından, sözügedən istixanadan mübahisəli dövrdə iddiaçıya, iddia olunan miqdarda əldən çıxmış fayda şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəfindən belə sübutların, (o cümlədən an aloji dövrlərdə, həmin istixanadan əldə etdiyi gəlirlərə, əldə edəcəyi məhsulun satılması üçün apardığı hazırlıq işlərinə və s) təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi işin materiallarından müəyyən edilmir.
76. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçıya əldən çıxmış faydanın əvəzinin ödənilməsi qənaətinə gələrkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 yanvar tarixli, 9/9096-7/1433 nömrəli rəyinə istinad etsə də, nəzərə alınmalıdır ki, həmin rəydə hesablamalar nəzəri qaydada aparılmışdır. Həmin rəydən 2021-ci ilin fevral-aprel aylarına pomidor məhsulunun bir kiloqramının orta bazar qiymətinin 2 manat olmasının hansı mötəbərliyi şübhə doğurmayan mənbə və məlumat əsasınd a müəyyənləşdirilməsi aydın olmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməklə, MPM-in 88 və 103-cü maddələrinin tələbləri pozulmuşdur.
77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işin yeni apellyasiya baxışı zamanı iddia tələbinin əldən çıxmış fayda şəklində zərərin tutulması hissəsinə MM-in 21 və 443.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla yenidən qiymət verilməli, mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir.
78. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 443, 1096 və 1097-ci, Qaydaların 3, 4, və 6-cı və MPM-in 14, 77, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
79. Gəncə Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli, 2-2(104)-231/2023 saylı qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər R.Muradov və F.Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 544000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamənin çıxarılmaqla iddiaçının cavabdehə qarşı 544.000 manat əldən çıxmış faydanın tutulmasına dair iddiası təmin edilməmişdir.
80. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən göründüyü kimi iddiaçı tərəfindən 2019-2020-ci il mövsümü üzrə, yəni 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək, yəni qaz təchizatı dayandırı lanadək olan dövrədək iddiaçı 59431,4 manatlıq qaz istifadə etsə də, həmin aylar üzrə istifadə etdiyi qazın dəyərindən cavabdeh təşkilata heç bir ödəniş etməmişdir. Bundan başqa, məhkəmənin qərardadı ilə təbii qazın verilməsinin bərpa edilməsi cavabdehə həvalə edilmiş olsa da, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları sahibkarlıq subyektləri üçün istehlakçının vəsaiti hesabına təchiz edilməli olduğuna, sayğac quraşdırıldıqdan sonra sayğacın istifadəyə qəbul edilməsi ilə bağlı istehlakçı tərtib olunmuş akta imza etməkdən imtina etdiyinə görə qaz təchizatının bərpa edilməsində hə r hansı bir qanunsuz hərəkəti olmamışdır.
81. İddiaçının nümayəndəsinin (ərinin) izahatından göründüyü kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və Qaydaların 4.2-ci bəndinə müvafiq olaraq, keçən müddət ərzində öz hesabına yeni qaz sayğacı əldə edib, qaz xəttinin üzərinə quraşdırılmasını təmin etmiş olsa da, istehlakçı qaz paylayıcısı ilə onun arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akta imza etməkdən imtina etdiyindən iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olmasında cavabdehin təqsiri olmamışdır.
82. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-nin 21.2, 21.3, 1096.1 və 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 11.6-ci maddəsinə, Qaydaların 1.3, 3.3.8, 4.1, 4.2, 4.8, 4.9-cu bəndlərinə, MPM-in 77.1, 14.2, 119.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
83. İddiaçı (Vəkil1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixl qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri f) Kassasiya şikayətinin dəlilləri
84. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə MM-in 21.2, 1096.1 və 1096.2-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Çünki hazırkı iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-372/2023 nömrəli, 2023-cü il 8 sentyabr tarixli qərarı ilə iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin edilmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının işin qanuni qüvəsini almış hissədə qərarı ilə zərərin mahiyyətçə cavabdehin təqsiri üzündən yaranması təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq faydanın əldən çıxmasında iddiaçının təqsirli olması, cavabdehin isə təqsirinin olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası gəldiyi nəticədə göstərilən münasibətlərin, yəni qaz sayğacının quraşdırılmasının nə zaman icra edilməsi tarixinə dair hər hansı fikir bildirməmişdir.
85. Məhkəmə Kollegiyasının istinad etdiyi hal, yəni iddiaçının öz hesabına əldə edilmiş qaz sayğacının quraşdırılması (baxmayaraq ki, işdə olan məhkəmə qərarı əsasında müvəqqəti sayğac quraşdırılması cavabdehə həvalə edilmişdi) cavabdehin əməkdaşları tərəfindən 2021-ci il 18 fevral tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmişdir. Bu tarixdə, y əni 2021-ci il 18 fevral tarixədək artıq pomidor şitilləri tam şəkildə soyuqdan məhv olmuşdu. Fevral ayının əvvəllərində artıq istilikxanada 1 ay müddətində istilik verilməmiş, bitkilər bəppa edilməyəcək halda məhv olmuşdu. Bu hal iddiaçının təqdim etdiyi aktlardan və fotoşəkillərdən də aydın görünür.
86. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən MPM-nin 88, 217.3. və 420-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən işin halları, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri və işdə olan sübutlar obyektiv qiymətləndirilməmiş, düzgün hüquqi nəticə çıxarılmamışdır. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin apellyasiya instansiyasında işə baxan məhkəmə kollegiyası, iş üzrə Ali Məhkə mənin 2023-cü il 8 sentyabr tarixli qərarında verilən göstərişlərə əməl etməmiş, iddiaçı tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
87. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
88. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
89. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
90. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələ nməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış f ayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödən ilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
91. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan bstifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
3. Qaz paylayıcının, Qazdan İstifadə edənistehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi il ə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (b eş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir....”
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:... 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;... 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.... 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
92. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti o lan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
93. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul etmək mümkün olduğuna gö rə iş üzrə yeni qərar çıxarılmaqla İddiaçı Cavabdehnə qarşı əldən çıxmış faydanın tutulmasına dair iddiası təmin edilməməlidir.
94. Belə ki, iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli 2-2(102)-372/2023 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 533.280 (beş yüz otuz üç min iki yüz səksən) manatın tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
95. Buna görə də kassasiya qaydasında araşdırılan hissədə iddia tələbi iddiaçıya vurulan əldən çıxmış fayda şəklində zərərin ödənilməsi barədədir. İddiaçı bu tələbini, aralarında bağlanmış q az təchizatı haqqında müqavilə üzrə cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsi, bu səbədən istilikxanada əkilmiş pomidor bitkilərinin məhv olması və nəticədə ona zərər dəyməsi ilə əsaslandırır.
96. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi hüquqi əsaslarını Mülki Məcəllənin 21 və 443-cü maddələri təşkil edir.
97. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir.
98. Hazırkı mülki mübahisəyə münasibətdə isə, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin əsasını adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) təşkil edir.
99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
100. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yaranır.
101. Apelyasiya instansiyası məhkəməsi iddianı əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qaz təchizatının bərpa edilməsində cavabdehin hər hansı bir qanuns uz hərəkəti olmamış, iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olmasında cavabdehin təqsiri olmamışdır.
102. Halbuki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsi ilə cavabdehin iddiaçı ilə bağlanmış qaz təchizatı haqqında müqavilə üzrə öhdəliyini pozması, bununla da iddiaçının maddi zərərə məruz qalması müəyyən olunub. Buna görə də cavabdehin iddiaçıya məxsus istixananı qazla təchiz etməməsində təqsirli olub olmaması müzakirə predmeti olmamışdır.
103. Ali Məhkəmənin Mülki Kollegiyası 2023-cü il 8 sentyabr tarixli, 2-2(102)372/2023 nömrəli qərarında da işə baxmış apelyasiya instansiyası məhkəməsinin MM-in 443.4-cü maddəsinin tələbləri baxımından işin hallarına qiymət verilmədiyini, baxılan iş üzrə əldən çıxmış fayda şəklində zərər müəyyənləşdir ilərkən sözügedən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olub-olmamasının yoxlanılmadığını bildirmişdir.
104. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ziddiyyətli və əsasız olmuşdur.
105. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Ko nstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
106. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
107. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməldir.
108. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının baxılan iş üzrə 2023-cü il 8 sentyabr tarixli, 2-2(102)-372/2023 qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə işə yenidən baxılarkən MPM-in 77-ci maddəsinin tələbləri baxımından, sözügedən istixanadan mübahisəli dövrdə iddiaçıya, iddia olunan miqdarda əldən çıxmış fayda şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğu nu iddia edən iddiaçının üzərinə düşür.
109. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya ziyan vurulmasında cavabdehin təqsiri olmadığını müəyyən etməklə yanaşı, iddiaçı tərəfindən iddianın təmin olunması üçün sübutlar təqdim etmədiyini də müəyyən etmişdir.
110. Buna görə də iddiaçının əldən çıxmış faydaya görə zərərin ödənilməsi üçün MM-in 443.4-cü maddəsinin dispozisiya şərtləri baxımından (o cümlədən analoji dövrlərdə, həmin istixanadan əldə etdiyi gəlirlərə, əldə edəcəyi məhsulun satılması üçün apardığı hazırlıq işlərinə və s) zəruri süburlar təqdim olunmaması əsası ilə iddia tələbi rədd olunmalıdır.
111. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(104)-231/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla, İddiaçı Cavabdehnə qarşı əldən çıxmış faydanın tutulmasına dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.