Məhkəmə qərarları › İş №2-2(102)-244/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-244/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ləğ v prosesində olan “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər biri ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 fevral tarixli 2-2(103)61/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsinə əsasən “Bank of Azerbaijan” ASC (bundan sonra- ASC) Cavabdeh MMC-yə (bundan sonra- MMC) 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 97300 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2. 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsinə əsasən ASC MMC - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 150000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 3. 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsinə əsasən ASC MMC - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 120000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 4. 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsinə əsasən ASC MMC - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 60000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 5. 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsinə əsasən ASC MMC - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 18200 manat məbləğində kredit verməyi, sonuncu isə məbləği və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.

6. Ləğv prosesində olan ASC-nin 11 fevral 2017-ci il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, MMC-nin həmin tarixə 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 m anat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat, 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla ümumilikdə 50893,14 manat, 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla ümumilikdə 7662,50 manat məbləğində borcu vardır.

7. ASC-nin MMC-yə ünvanladığı 14 dekabr 2015-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun hesabına kreditin ödənilməsi məqsədilə 13 oktyabr 2015-c i il tarixdə 105200 manat, 27 oktyabr 2015-ci il tarixdə 26200 manat, 08 dekabr 2015-ci il tarixdə 33584 manat və 30000 manat məbləğində ödənişlər olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Ləğv prosesində olan ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-dən 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat, 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 m anat cərimə olmaqla ümumilikdə 50893,14 manat, 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla ümumilikdə 7662,50 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh MMC arasında bağlanmış 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 97300 manat, 29 noyabr 2011-ci il tar ixli, 68K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 150000 manat, 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 120000 manat, 13 dekabr 2011ci il tarixli, 72K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 60000 manat, 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 18200 manat, məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürm üşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

10. Hazırda borclunun 11 fevral 2017-ci il tarixə banka ödənilməmiş borcu 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat, 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla ümumilikdə 50893,14 manat, 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla ümumilikdə 7662,50 manat təşkil edir. 11. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 22(81)-25/2019 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Məhkəmə - mühasibatlıq ekspertizasının 10 yanvar 2020-ci il tarixli, 30430 №-li rəyinə əsasən: - MMC-nin ASC-yə 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə borcu müddətin son una – 19 mart 2014- cü il tarixə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu olmaqla ümumilikdə 119070,81 manat müəyyən edilir; MMC-nin ASC-yə 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – 29 noyabr 2013-cü il tarixə 150000 manat əsas borc, 26885,49 manat faiz borcu olmaqla ümumilikdə 176885,49 manat müəyyən edilir. Həmin müqavilə üzrə 27 oktyabr 2015-ci il tarixdə 26200 manat məbləğində ödəniş edilmiş və faiz borcuna silinmişdir. Lakin hesablamalar 29 noyabr 2013-cü il tarixə (müqavilə müddətinin sonunadək) aparıldığından 26200 manat məbləğində ödəniş nəzərə alınmamışdır; - MMC-nin ASC-yə 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – 30 noyabr 2013-cü il tarixə 120000 manat əsas borc, 23226,42 manat faiz borcu olmaqla ümumilikdə 143226,42 manat müəyyən edilir. Həmin müqavilə üzrə 27 oktyabr 2015-ci il tarixdən 08 dekabr 2015-ci il tarixədək 168784 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 81207,60 manat əsas borca, 85576,40 manatı isə faiz borcuna silinmişdir. Lakin hesablamalar 30 noyabr 2013-cü il tarixə (müqavilə müddətinin sonunadək) aparıldığından 168784 manat məbləğində ödəniş nəzərə alınmamışdır; - MMC-nin ASC-yə 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – 13 dekabr 2013-cü il tarixə 60000 manat əsas borc, 10267,09 manat faiz borcu olmaqla ümumilikdə 70267,09 manat müəyyən edilir; - MMC-nin ASC-yə 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – 22 dekabr 2013-cü il tarixə 3802,12 manat əsas borc, 1193,78 manat faiz borcu olmaqla ümumilikdə 4995,90 manat müəyyən edilir.

13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 fevral tarixli, 2-2(113)-10/2020 saylı qətnaməsi ilə Ləğv prosesində olan ASC-nin MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilərək, 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu, 7000 manat dəbbə pulu olmaqla olmaqla ümumilikdə 126070,81 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 685,49 manat faiz borcu, 10000 manat dəbbə pulu olmaqla ümumilikdə 160685,49 manat pul vəsaiti MMC-dən tutularaq Ləğv prosesində olan ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim F.Qasımov ).

14. Məhkəmə müəyyən etmişdir ki, 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li müqavilə üzrə iddia müddəti 13 dekabr 2016-cı il tarixdə, 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li müqavilə üzrə iddia müddəti 22 dekabr 2016-cı il tarixdə başa çatmış, iddia ərizəsi ilə məhkəməyə təxminən 2 ay sonra – 07 mart 2017-ci il tarixdə müraciət edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, 13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li və 22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li müqavilələr üzrə keçdiyindən iddia həmin hissədə rədd edilməlidir.

15. Məhkəmənin qənaətinə görə 19 mart 2012-ci il tarixli, 24K/12 №-li, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li və 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqavilələri üzrə əsas və faiz borcunun məbləği hesablanarkən məhkəmə mühasibatlıq ekspertizası nın 10 yanvar 2020-ci il tarixli, 30430 №-li rəyində qeyd olunan məbləğlər əsas götürülməlidir.

16. Belə ki, 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – 19 mart 2014-cü il tarixə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu olmaqla ümumilikdə 119070,81 manat pul vəsaiti, 29 noyabr 2011ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 27 oktyabr 2015-ci il tarixdə aparılmış və faiz borcuna silinmiş 26200 manat hesablanmış faiz borcundan çıxılaraq (26885,49-26200) faiz borcunun məbləği 685,49 manat müəyyən olunmalı, müddətin sonuna – 29 noyabr 2013-cü il tarixə 150000 manat əsas borc, 685,49 manat faiz borcu olmaqla ümumilikdə 150685,49 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə 19 mart 2012-ci il tarixli, 24K/1 2 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borca 36553,37 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borca 36681,49 manat cərimə hesablanmasını əsaslı hesab etməyərək eyni zamanda vurğulamışdır ki, 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ödənildiyindən həmin müqavilə üzrə cərimə hesablanmamalıdır. Məhkəmə hesab etmişdir ki, 19 mart 2012-ci il tarixli, 24K/12 №- li kredit müqaviləsi üzrə hesablanmış 36553,37 manat dəbbə pulunun məbləği azaldılaraq 7000 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə hesablanmış 36681,49 manat cərimənin məbləği azaldılaraq 10000 manat məbləğində müəyyən edilməlidir.

18. Həmçinin o da göstərilmişdir ki, müqavilələr üzrə öhdəliklər cavabd eh tərəfindən ilk dövrlərdən tam icra olunmamış, yəni, hər 2 müqavilə üzrə sonuncu ödəniş 25 sentyabr 2012-ci il tarixdə aparılmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə hətta müqavilələrin müddəti bitdikdən təxminən 3 il keçdikdən sonra müraciət olunmuş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır.

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 372.2, 375.2, 427.3, 462.1, 463.1 -ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

20. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

21. Həmçinin həmin qətnam ədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilən hissəsində rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 04 fevral tarixli 2-2(103)-61/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 fevral tarixli, 2-2(113)-10/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

23. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh tərəfin həmin müqavilələrə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə iddianın rədd edil məsi qanuni və əsaslıdır.

24. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 462.1, 377.2, 375.2, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasını, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya instansiya məhkəməsi məhkəmə iş üzrə qətnamə çıxararkən hər hansı əsas mövcud olmadan 30 noyabr 2011-ci il tarixli 69K/11 kredit müqaviləsi üzrə borc məbləğinin olmaması qənaətinə gəlmişdir. Məhkəmədə mövcud olan bütün sənədlərdə borc məbləğinin olması aşkar şəkildə görünür. 17 yanvar 2020-ci il tarixli 9169 saylı ekspert rəyində qeyd edilən müqavilə üzrə kredit müqaviləsinin müddətinin sonuna olan borc məbləği öz əksini tapmışdır. Digər tərəfdən ləğv prosesində olan ASC tərəfindən təqdim edilən maliyyə arayışında isə iddia tarixinə olan borc məbləği təsbit edilmişdir. Əgər məhkəmə müvafiq ödənişlərin edilməsinə əsaslanırsa, bu ödənişlər ləğv prosesində olan ASC tərəfindən nəzərə alınmışdır. Müvafiq hesablamaların aparılması bu sahədə xüsusi bilik tələb edir. Mövcud vəziyyətdə ekspert rəyi, bank tərəfindən təqdim edilən maliyyə arayışı əsas götürülməlidir, çünki bu sənədlər uyğun sahədə xüsusi biliyi olan şəxslər tərəfindən təqdim edilir. Kommersiya işinə baxan hakimin isə bu sahədə xüsusi bilikləri yoxdur. Ləğv prosesində olan ASC tərəfindən maliyyə arayışı hazırlanarkən bütün ödənişlər nəzərə alınmış və borc məbləğinin olması öz əksini tapmışdır. Ödənişlər edildikdə əsas, faiz, cərimə borcundan proporsional qaydada silinir. 28. 29 noyabr 2011-ci il tarixli, 68K/11 saylı kredit müqaviləsi üzrə faiz borcunun 685,49 manat təşkil etməsi hansı sübutlar əsasında müəyyən deyil. Əgər cavabdeh tərəfindən edilmiş ödənişlərə istinad edilərək, belə qənaətə gəlinmişdirsə, qeyd edirik ki, ləğv prosesində olan ASC tərəfindən bütün kredit müqavilələri üzrə maliyyə arayışları 2017-ci il tarixində təqdim edilmişdir. O tarixədək edilən bütün ödənişlər nəzərə alınmışdır. Maliyyə arayışının təqdim edildiyi tarixdən daha sonra isə hər hansı ödəniş həyata keçir ilməmişdir. 29. 19.03.2012-ci il tarixli 24K/12 saylı və 29.11.2012-ci il tarixli 68K/11 saylı kredit müqavilələri üzrə iddia tələbinin ləğv prosesində olan ASC tərəfindən təqdim edilən maliyyə arayışına uyğun, ekspert rəyinə uyğun təmin edilməsi qanunsuzdur.

30. Hesab edilmişdir ki, ayrı-ayrı kredit müqavilələri üzrə hakim tərəfindən müstəqil hesablamaların aparılması tamamilə qanunsuzdur. Ən azından ekspert qarşısında sual daha düzgün qoyula bilərdi. Belə ki, ekspertiza hesablaması həm müqavilə müddətinin sonuna, həm də iddia tarixinə olmaqla hər iki formada aparıla bilərdi. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə - mühasibatlıq ekspertizasının 10 yanvar 2020-ci il tarixli, 30430 №-li rəyinə istinad edərək məhkəmə tərəfindən 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə hesablanmış 36553,37 manat dəbbə pulunun məbləği azaldılaraq 7000 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə hesablanmış 36681,49 manat cərimənin məbləği azaldılaraq 10000 manat məbləğində müəyyən edilməsi qeyd olunur.

33. Şikayətdə vurğulanır ki, birinci instansiya məhkəməsi məhz bu məbləğdə dəbbə pulunun saxlanılmasını və necə hesablanmasını əsaslandırmamış və bu hissədə qanunsuz və ədalətsiz nəticəyə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsi də bu səhv olan nəticəni təkrarlamışdır. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. d) Məhkəmə icraatı iştirakçısının izahatı

34. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

35. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

36. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

37. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. İş üzrə tərəflər apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyinə görə hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416 -cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər gös tərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....”. Maddə

373. İddia müddətləri “.... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir......” Maddə

375. İddia müddətinin tətbiqi “...... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddi a müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır......” Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.......” Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilə nin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zər ər vurulduğunu sübuta yetirməyə borclu deyildir......” Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır......” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarı İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 fevral tarix li, 2-2(103)-61/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

42. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, 2011-ci il 13 dekabr tarixli, 72K/11 saylı və 2011-ci il 22 dekabr tarixli, 74K/11 saylı kredit müqavilələri üzrə iddia müddətinin tətbiq edilməsi əsassızdır. Çünki 2011-ci il 22 dekabr tarixli, 74K/11 saylı kredit müqaviləsinin bitmə tarixi iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında, digər sənədlərdə və 2020-ci il 17 yanvar tarixli, 9169 saylı ekspert rəyində 2014-cü il 22 dekabr tarixi olaraq qeyd edilmişdir. Belə olduğu təqdirdə iddia müddəti keçmiş hesab edilə bilməz.

43. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin də düzgün olaraq göstərmişdir ki, 13.12.20 11-ci il tarixli 72K/11 №-li kredit müqaviləsi üzrə iddia müddəti -13.12.2016-cı il tarixdə, 22.12.2011-ci il tarixli, 74K/11 №-li müqavilə üzrə isə iddia müddəti - 22 dekabr 2016- cı il tarixdə başa çatmış olur. İşdən isə görünür ki, iddiaçı həmin müqavilələr üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə – 07.03.2017-ci il tarixdə müraciət etmiş, bununla da üç illik iddia müddətini ötürmüşdür.

44. Cavabdeh tərəfin həmin müqavilələrə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə iddianın rədd edilməsi qanuni və əsaslıdır. Bu baxımdan apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində bununla bağlı dəlillərini əsassız hesab edir.

45. Məhkəmə kolleg iyası iddiaçının kassasiya şikayətində göstərdiyi 24K/12 saylı, 2012-ci il 19 mart tarixli və 2012-ci il 68K/11 saylı kredit müqavilələri üzrə tələblərin ekapert rəyinə uyğun təmin edilməsinin qanunsuz olması ilə bağlı dəlilini də əsassız hesab edir və məhkəmənin ekspert rəyinin qeyd olunan nəticələrini sübut əhəmiyyətli məlumatlar kimi qəbul etməsi ilə razılaşır.

46. MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna mali k olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Məhkəmə Kollegiyası həmçinin onu da vurğulayır ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Bu baxımdan işə kassasiya qaydasında baxan məhkəmə cavabdehin 2012-ci il 19 mart tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə dəbbə pulunun hesablanması ilə bağlı dəlili ilə də razılaşmayaraq hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən hesablanan cərimə məbkəğləri də ədalətli və mütənasib olmaqla əsas borc məbləğlərinə faiz nisbətilə müəyyənləşdirilmişdir. Beləliklə işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 fevral tarixli, 2-2(103)-61/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 fevral tarixli, 2-2(103)-61/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar