Məhkəmə qərarları › İş №2-2(102)-244/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-244/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” QSC-nin Cavabdeh1 qarşı ilk, Cavabdeh1 “X1 Olmayan Kredit Təşkilatı” QSC və Cavabdeh2 ASC-yə qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, satıcının əşyanı vermək vəzifəsi, öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” QSC-nin Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair i lkin iddiası, Cavabdeh1 iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” QSC və Cavabdeh2 ASC-yə qarşı müqavilələrin ləğv edilməsi və pulun tutulması tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-193/2023 nömrəli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KM-GT21/0001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 Cavabdeh2 QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi məqsədilə və aldığı malların təhvil-təslim aktlarını və ya qaimələrini BOKT-a təqdim etmək şərti ilə illik faiz dərəcəsi 7% olmaqla 12 ay müddətinə 45.983 man at məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 1.4-cü bəndinə əsasən, kreditorun razılığı ilə BOKT tərəfindən kredit məbləğini birbaşa Cavabdeh2 QSC-nin bu müqavilənin 1.6-cı bəndində göstərilmiş bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur.

2. Cavabdeh1 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-yə 45.983 manat əsas, 3.004,37 manat faiz və 9.408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58.395,89 manat bоrcu vardır (əsas: 2022-ci il 24 oktyabr tarixli PCM-22/0094-1 saylı maliyyə arayış). 3. 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, 2021-ci il 30 avqust tarixinə kimi hesablanmış 1.904,26 manat faiz məbləği Cavabdeh2 QSC tərəfindən ödənilmişdir (əsas: maliyyə arayışının qeyd hissəsi).

4. Cava bdeh2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 21/001-AİSCO-KA-P.L. saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.3.2-ci bəndinə əsasən, alıcının əgər satıcı malları, müqavilə ilə nəzərdə tutulan vaxtdan gec verərsə və ya verməkdən imtina edərsə, müqavilənin icrasından imtina etmək və ödənilən vəsaiti geri tələb etmək hüququ vardır.

5. Cavabdeh2 QSC ilə Cava bdeh1 arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 21/001-AİSCO-KA-P.L. saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokoluna əsasən, 32 ton vahidinin qiyməti 810 manat, cəmi 25.920 manat Ammofos/Evroxim (12:52NP) 50 kq istehsalçı Russia olan məhsulun, 32 ton vahidinin qiyməti 430 manat, cəmi 13.760 manat Ammonium Sulfat/Rustavi (21:24 NC) 50 kq istehsalçı Gürcüstan olan məhsulun, 9 ton vahidinin qiyməti 480 manat, cəmi 4.320 manat Karbamid marka B/SOCAR 40 kq istehsalçı Azərbaycan olan məhsulun və 3,6 ton vahidinin qiyməti 1.650 manat, cəmi 5.940 manat Kalium Nitrat/İCL Nova (13-0-46 N-K) 25 kq SOP 3 istehsalçı İsrael olan məhsulun, yəni 49.940 manat məbləğində məhsulun 2021-ci il 1 fevral tarixinədək çatdırılması müəyyən edilmiş dir. Həmin protokolun: - 1-5-ci bəndlərinə əsasən, mallar cədvəldə göstərilən çatdırılma müddəti çərçivəsində müştərinin anbar təslimi satıcı tərəfindən alıcıya təhvil verilir. Alıcı öz vəsaiti hesabına malların vaqondan və ya tırdan boşaldılması və təhvil almasını həyata keçirir. Hazırkı qiymət razılaşma protokolundakı göstərilən malların 100% müqavilə məbləği qabaqcadan ödənilir. Alıcı AKİA tərəfindən təqdim edilən fermer kartı ilə 3.957 manat avans şəklində 1 iş günü ərzində alıcıya ödəyir. Ödənişin digər hissəsi 2021-ci il 1 fevral tarixinədək "xxxx" QSC tərəfindən 45.983 manat avans şəkilində alıcının əvəzindən satıcının bank hesabına ödənilməlidir. Həmçinin protokolun 5-ci bəndində Cavabdeh2 QSC ilə "xxxx" QSC arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən alıcı ilə bağlanan 2021 -ci il 25 yanvar tarixli qeyd edilən müqavilə “KTA-QM21/001” nömrəsinə şamil olunur.

6. Cavabdeh1 tərəfindən 2021-ci il 15 fevral tarixində Cavabdeh2 QSC-nin hesabına 10.000 manat köçürülmüş, həmin məbləğin 6.043 manatı Cavabdeh1 qaytarılmış, 3.957 manat saxlanılmışdır (əsas: “Kapital Bank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarış).

7. Cavabdeh2 QSC ilə "xxxx" QSC arasında bağlanmış 2020-ci il 16 noyabr tarixli KTAQM21/001 saylı əməkdaşlıq müqaviləsinə əsasən, Cavabdeh2 QSC ilə "xxxx" QSC arasında əməkdaşlıq münasibətlərinin qurulması, "xxxx" QSC-nin əməkdaşlıq münasibətləri çərçivəsində Cavabdeh2 QSC-nin həyata keçirdiyi satışlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur.

8. Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 ötürülmüş qaimələr: - 2021-ci il 2 fevral tarixli 889822 nömrəli elektron qaiməyə əsasən 25.920 manat, - 2021-ci il 2 fevral tarixli 909197 nömrəli elektron qaiməyə əsasən 5.940 manat, - 2021-ci il 4 fevral tarixli 006630 saylı elektron qaiməyə əsasən 4.320 manat, - 2021-ci il 4 fevral tarixli 026827 nömrəli elektron qaiməyə əsasən 13.760 manat, - 2021-ci il 2 mart tarixli 157886 nömrəli elektron qaiməyə əsasən isə 1.620 manat

9. Cavabdeh2 ASC tərəfindən təqdim olunmuş 8 ədəd təhvil-təslim aktları: - 2021-ci il 1 fevral tarixli KS001399 nömrəli - 2021-ci il 1 fevral tarixli KS000001 nömrəli - 2021-ci il 1 fevral tarixli KS000002 nömrəli - 2021-ci il 2 fevral tarixli KS001397 nömrəli - 2021-ci il 2 fevral tarixli KS001398 nömrəli - 2021-ci il 3 fevral tarixli KS001507 nömrəli - 2021-ci il 4 fevral tarixli KS001396 nömrəli - 2021-ci il 2 mart tarixli KS0 01394 nömrəli

10. Həmin aktlarda müvafiq olaraq 200, 950, 2.450, 4.000, 9.000, 16.000, 16.0000 və 32.000 kq olmaqla malların təhvil verilməsi göstərilmiş, təhvil aldı/anbardar qrafasında imzalar əks olunmuş, təhvil alan kimi Cavabdeh1 göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 11. “X1 Olmayan Kredit Təşkilatı” QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) qarşı 2022-ci il 24 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KMGT-21/0001 nömrəli kredit müqaviləsi üzrə 45.983 manat əsas borc, 3.004,37 manat faiz borcu, 9.408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58.395,89 manat borcun, ödənilmiş 400 manat məbləğində mediasiya xə rcinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsi § 1 və 2-də göstərilənlərlə əsaslandırılmışdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinə uyğun olaraq cavabdeh tərəfə aldığı malların əvəzini ödəməkdən ötrü Cavabdeh2 ASC-yə (bundan sonra – "xxxx") 45.983 manat pul ödənilmişdir. Belə ki, cavabdeh ASC müstəqil bir şirkət olaraq aralarında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin şirkət təchizatçı şirkətdir, əgər gübrə alan şəxslərin nağd ödəmək imkanı yoxdursa onlar alıcı tərəfin əvəzinə həmin məbləği təchizat şirkətinə ödəyir. Cavabdehin əvəzinə də tərəflərindən 45.983 manat pul cavabdeh ASC-yə köçürülmüşdür. Bu səbəbdən ayrılan kredit borcluya verilməmiş, birbaşa cavabdeh ASCnin hesabına köçürülmüşdür ki, həmin vəsait müqavilədə nəzərdə tutulmuş məqsəd üçün istifadə edilsin. Kredit müqaviləsinə əsasən 1 il ərzində ilk 6 ayın faizinin təchizatçı şirkət tərəfindən ödənilməsi, sifarişçi yerdə qalan 6 ay ərzində isə məbləğin tam ödənilməsini öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin cavabdeh tərəfindən nə əsas məbləğ, nə faiz məbləği, nə də ki, cərimə məbləğləri ödənilməmişdir. Bununla əlaqədar cavabdehlə şifahi və yazılı qaydada dəfələrlə əlaqə saxlanılmışdır, lakin danışıqlar heç bir nəticə verməmişdir.

14. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 nöm rəli, cavabdeh ASC ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 21/001-AİSCO-KA-P.L nömrəli alqı-satqı müqaviləsinin ləğv olunmasını, 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 tələb edilən 45.983 manat əsas, 3.004,37 manat faiz, 9.408,52 manat cərimə borcu olmaqla 58.395,89 manat borcun, 400 manat mediasiya xərcinin cavabdeh ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 3.957 manat pulun cavabdeh ASC-dən tutularaq Cavabdeh1 geri qaytarılması, satıcı cavabdeh ASC qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49.940 manat pul vəsaitinin faizi olan (2023-cü il 30 mart tarixli bank uçot dərəcəsini əsas götürüb hesablanmaqla) 4.369,75 manat pulun və ödənilmiş 100 manat rüsumun cavabdeh A SC-dən tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi qeyri-dəqiq olmaqla yanaşı, müqavilə şərtlərinə görə 12 aylıq faizin bir hissəsini, yəni 2021-ci il 28 yanvar tarixindən 2021-ci il 31 avqust tarixinədək olan hissəsi cavabdeh ASC tərəfindən ödənilməlidir. Lakin iddiaçı həmin faiz məbləğini də Cavabdeh1 tələb etmişdir. Həmçinin kredit təşkilatı müqavilə üzrə əsas və faiz borcunu tələb edir ki, bu hal da kredit müqaviləsinin ləğvi üçün əsasdır. Bundan başqa cərimə məbləği də çox şişirdilmiş və həddən artıq mütənasib olmayan həddə hesablanmışdır. Cavabdeh ASC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi də ləğv edilməlidir. Belə ki, cavabdeh ASC müqavilədə göstərilən malları təqdim etməmişdir. Cavabdeh ASC-nin məhkəməyə təqdim etdiyi malların təhvil-təslim aktı saxtadır və həmin aktlardakı imzalar Cavabdeh1 məxsus deyildir. Bundan başqa həmin saxta aktlarda göstərilmiş mallarla müqaviləyə əlavə edilmiş protokolda göstərilən malların miqdarında və sayında uyğunsuzluqlar vardır. Göründüyü kimi, satıcı öz öhdəliyini icra etməməsi nəticəsində Cavabdeh1 tərəfindən kredit borcu ödənilməmişdir. Bu səbəbdən də həmin kredit borcunun üzərinə faiz və cərimə borcu hesablanmışdır ki, bu da cavabdeh ASC-nin təqsirli hərəkətlərinin nəticəsidir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağlayaraq pul götürmüşdür. Həmin kredit məbləği iddiaçı tərəfindən onlara ödənilmişdir. Kredit məbləğinin ilkin 6 ayının faizini ödəməyi onlar öhdəsinə götürmüş və pulu iddiaçıya ödəmişlər. Onlar da öz növbəsində Cavabdeh1 istehsal etdikləri məhsullardan göndərmiş, öz öhdəliklərini yerinə yetirmişlər. Bu faktı təsdiq edən sənədlər də mövcuddur. Onların ölkənin müxtəlif yerlərində, demək olar ki, hər rayonda anbarları mövcuddur. Sifariş verildiyi zaman məhsul ən yaxın anbardan şifariş verən şəxsə çatdırılır. Malın verilməsini təsdiq edən təhvil-təslim aktı tərtib olunur, təhvil-təslim aktında istehsalçı yazısının qabağında anbardarın, sürücü yazısının qabağında məhsulu aparan şəxsin, təhvil alan yazısının qabağında isə ya sifarişçinin, ya da onun nümayəndəsinin imzası olur. Akta kim imza atıbsa, deməli malı da həmin şəxs qəbul etmişdir. Məhsul hansı anbardan çıxırsa imzanı həmin anb arın anbardarı atır. Təhvil-təslim aktında məhsulun qiyməti yazılmır, yalnız miqdarı qeyd edilir. 001399 nömrəli təhvil-təslim aktının əslini tapıb məhkəməyə təqdim edə bilməsələr də, həmin aktın kserosurəti və digər aktların əsilləri məhkəməyə təqdim edilmişdir. Təhvil-təslim aktları onu göstərir ki, Cavabdeh1 məhsullar təhvil verilmiş, lakin o, ilkin iddia üzrə iddiaçı qarşısında öz öhdəliyini yerinə yetirməmişdir. Təhvil-təslim aktı mal anbardan çıxarkən tərtib olunduğu üçün həmin aktda malı sifariş edən şəxsin adı malı təhvil alan şəxs kimi yazılır, malların təhvil alınması barədə imza çəkilir. O cümlədən, elektron vergi hesab fakturaları təqdim olunmuş və onlar geri qaytarılmayaraq təsdiq olunmuşdur. Odur ki, vətəndaş malları təhvil almış, lakin götürdüyü krediti ödəməmişdir.

17. Məhk əmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, cavabdeh ASC-nin işçisidir. Cavabdeh1 mal verilən zaman işə təzə girmişdir. Dəqiq tarixi yadında qalmasa da, Ağdaş anbarından mal aparmışdır. Ancaq malı hansı istiqamətə, hansı rayona, yəni hara apardığını və kimə verdiyini xatırlamır. Ancaq həmin şəxsi görsə bəlkə xatırlaya bilər.

18. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli e-2-2(115)-2361/2022 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertiza təyin olunaraq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 mart tarixli 4/66 nömrəli məhkəməxəttşünaslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2021 -ci il 1 fevral tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətində “Təhvil aldı/anbardar” qrafasında əks olunmuş imza, 2021-ci il 3 fevral tarixli KS001507 nömrəli təhvil-təslim aktında “Təhvil aldı/anbardar” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş 2021-ci il 1 fevral tarixli KS000001 nömrəli, 2021-ci 1 fevral tarixli KS000002 nömrəli, 2021-ci il 2 fevral tarixli KS001397 nömrəli, 2021-ci il 2 fevral tarixli KS001398 nömrəli, 2021-ci il 4 fevral tarixli KS001396 nömrəli, 2021-ci il 2 mart tarixli KS001394 nömrəli təhvil-təslim aktlarında “Təhvil aldı/anbardar” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

20. Gəncə Kommersiya Məhkəməsinin 2023-ci il 22 may tarixli e-2-2(115)- 74/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunaraq, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsi üzrə yaranmış 45.983 manat kredit borcu, 3.004,37 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 49.487,37 manat məbləğində borc və ödənilmiş 400 manat mediasiya xərcinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, cavabdeh ASC ilə Cavabdeh1 arasında bağlanmış korporativ satış üzrə alqısatqı müqaviləsi üzrə 45.620 manat pulun cavabdeh ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi, ilkin və qarşılıqlı iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir (hakim – G.Quliyeva).

21. Məhkəmə ilkin iddia ilə bağlı işin hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas məbləği və faiz məbləğini iddiaçıya ödəməmişdir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etdiyindən, iddiaçının verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri Cavabdeh1 tələb etməsi əsaslıdır.

22. Məhkəmə, eyni zamanda ilkin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq ilkin iddianın həmin hissədə qismən təmin edilməli olması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun ilkin iddiada göstərilən həcmdə tutulması Cavabdeh1 əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir e tmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə Cavabdeh1 üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 9.408,52 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, § 9-da göstərilən təhvil-təslim aktları sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Bundan başqa, 2021-ci il 1 fevral tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətindəki təhvil alan şəxsin Cavabdeh1 məxsus olması ekspert tərəfindən müəyyən edilsə də, məhkəmə hesab etmişdir ki, həmin akt da şübhələrdən kənar mötəbər sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Belə ki, cavabdeh ASC tərəfindən həmin aktın əsli məhkəməyə təqdim edilə bilməmiş və həmin aktın kserosurəti isə oxunaqlı vəziyyətdə olmamışdır, yəni həmin akta 32.000 kq məhsulun təhvil verilməsi görünsə də, hansı məhsul olması və hansı məbləğdə olması müəyyən edilməmişdir.

24. Həmçinin məhkəmə qeyd etmişdir ki, 2021-ci il 3 fevral tarixli KS001507 nömrəli təhvil-təslim aktında təhvil alanın Cavabdeh1 olması iş materialları ilə təsdiq olunur. Həmin akta əsasən 2021-ci il 3 fevral tarixdə cavabdeh ASC tərəfindən 225 ədəd, 9.000 kq Karbamid marka B/SOCAR məhsulu (qiymət razılaşması protokoluna əsasən 9 ton miqdarda Karbamid marka B/SOCAR 40 kq istehsalçı Azərbaycan olan məhsulun vahidinin qiyməti 480 manat olmaqla 4.320 manat təşkil etməsi müəyyən olunur) Cavabdeh1 təhvil verilmişdir. Cavabdeh1 həmin məhsulun dəyərini müqavilədən kənar nağd şəkildə ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iş materialları ilə də belə bir hal müəyyən olunmamışdır.

25. Bundan başqa tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etmək vəzifəsini daşımışdır. Məhsulun tam olaraq alıcıya təhvil verilməsini təsdiqləyən başqa hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh ASC məhkəmə iclasında Şahid1 şahid qismində dindirilməsini xahiş etmiş və məhkəmə də həmin şəxsi şahid qismində dindirmişdir. Lakin şahid ifadəsində cavabdeh ASC-nin əməkdaşı olduğunu, sonuncuya məxsus Ağdaş rayonunda yerləşən anbardan məhsul götürdüyünü, ancaq həmin məhsulu hara apardığını və kimə təhvil verdiyini xatırlamadığını bildirmişdir.

26. Odur ki, həm Cavabdeh1 tərəfindən, həm də iddiaçı tərəfindən cavabdeh ASC-yə ümumilikdə köçürülmüş 49.940 manat pul vəsaitindən təhvil verilmiş məhsulun dəyəri olan 4.320 manat çıxılmaqla qalan məbləğ 45.620 manat pul sonuncudan tutularaq Cavabdeh1 ödənilməlidir.

27. Cavabdeh1 qarşılıqlı iddia tələbində satıcı tərəfindən əvvəlcədən ödənilmiş malı vermək vəzifəsini icra etmədiyinə görə köçürülən məbləğdən faizlər ödənilməsini məhkəmədən xahiş etsə də, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış a lqı-satqı müqaviləsində əvvəlcədən ödənilmiş malı vermək vəzifəsini icra etmədiyinə görə müqavilə məbləğindən faizlər hesablanaraq ödənilməsi ilə bağlı müddəa yer almamışdır. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir.

28. Bundan başqa məhkəmə qarşılıqlı iddianın həm kredit müqaviləsinin, həm də alqısatqı müqaviləsinin ləğv olunmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KMGT-21/0001 nömrəli kredit müqaviləsinin müddəti 2022-ci il 28 yanvar tarixində, cavabdeh ASC ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 21/001-AİSCO-KA-P.L nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinin müddəti isə 2022-ci il 25 yanvar tarixdə başa çatdıqlarına görə həmin müqavilə lərin ləğvi ilə bağlı hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

29. Həmçinin qarşılıqlı iddia ərizəsində iddiaçının artıq məbləğdə faiz borcu tələb etdiyi bildirilmiş, lakin iddiaçının nümayəndəsinin izahatı (bax § 13) və işdə olan sənədlərdən ilkin iddia üzrə faiz məbləğinin yalnız kredit müqaviləsinin bitmə müddətinə deyil, kredit müqaviləsinin bitmə müddətinə və bitəndən sonra maliyyə arayışının tərtib olunduğu tarixədək hesablanmadığı müəyyən edilmişdir.

30. Məhkəmə hesab etmişdir ki, 400 manat mediasiya xərci də Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

31. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad olunmuş, ona görə də ilkin iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 238.46 manat dövlət rü sumu Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir.

32. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 138 manat ekspertiza xərci cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 567, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və qa rşılıqlı iddianın həmin hissələrdə də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

35. Cavabdeh ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh ASC ilə Cavabdeh1 arasında bağlanmış korporativ satış üzrə alqısatqı müqaviləsi üzrə 45.620 manat pulun cavabdeh ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 238,46 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 138 manat ekspertiza xərcinin cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

36. Gəncə Apellyasiya Məhkəməsini n 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-193/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın 3.504,37 manat pulun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla cavabdeh ASC-dən 3.504,37 manat məbləğində pulun tutularaq Cavabdeh1 ödənilməsi, cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər –L.Süleymanov və A.Hüseynzadə).

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin olunmuş hissəsinin mübahisələndirilməsinə dair dəlilinə cavab olaraq § 5-də göstərilənlərə istinadən, b irinci instansiya məhkəməsinin qarşılıqlı iddianın qeyd olunan hissədə təmin etməkdə haqlı olması qənaətinə gəlmişdir. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən 3.957 manat, iddiaçı tərəfindən 45.983 manat, cəmi 49.940 manat məbləğində vəsait cavabdeh ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh1 bildirdiyinə görə cavabdeh ASC tərəfindən ona yalnız bir dəfə mal təhvil verilmiş və o, təqdim edilmiş təhvil-təslim aktlarından yalnız birinə imza etmişdir. Birinci instansiya məhkəməsində işin icraatı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən qeyd olunan hal təsdiq edilmiş, (bax § 19) digər təhvil-təslim aktlarının isə başqa şəxs və ya şəxslər tərəfindən imza edildiyi göstərilmişdir. 2021-ci il 1 fevral tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətind əki imzanın Cavabdeh1 məxsus olması göstərilsə də, həmin aktın əsli məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamadır.

38. Cavabdeh1 apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası § 5-də göstərilənlərə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ASC tərəfindən müqavilədə göstərilən məbləğin onun hesabına iddiaçı və Cavabdeh1 tərəfindən tam şəkildə köçürülməsinə baxmayaraq cavabdeh ASC tərəfindən bir dəfə mal təhvil verilmiş, sonuncu müqavilədə nəzərdə tutulan digər malları verməmiş, üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Cavabdeh1 malların ona verilməməsinə görə iddiaçı ilə aralarında bağlanmış 2021-ci il 28 yanvar tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdi r.

39. Cavabdeh ASC-nin Cavabdeh1 malları verməməsinə görə sonuncu iddiaçıya ödəniş etməmiş və ödəniş olunmadığına görə Cavabdeh1 3.004 manat məbləğində faiz borcu və 500 manat cərimə borcu hesablanmışdır. Nəticə etibarilə Cavabdeh1 3.504 manat məbləğində zərər dəymişdir. Ona görə də məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayəti ilə qismən razılaşaraq hesab etmişdir ki, Cavabdeh1 3.504 manat məbləğində dəymiş maddi zərər cavabdeh ASC-dən tutulmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 567, 568.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Cavabdeh ASC kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismə n – qarşılıqlı iddianın təmin olunan hissəsində tam ləğv olunması, cavabdeh ASC ilə Cavabdeh1 arasında bağlanmış korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 45.620 manat pulun və 3.504 manat pulun cavabdeh ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi hissəsində tam rədd olunması, iş üzrə ödənilmiş 138 manat ekspertiza xərcinin Cavabdeh1 özünə aid edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansniya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh ASC-nin kassasiya şikayətinin dəlilləri 42. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6-cı maddəsi üzrə Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 2022-ci il 20 oktyabr tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiya sında iştirak edən tərəflər iddiaçı və Cavabdeh1 olmuşdur. Göründüyü kimi, cavabdeh ASC mediasiya sessiyasında tərəf kimi iştirak etməmişdir, cavabdeh ASC-yə mediasiya təklifi göndərilməmişdir, o, mediasiya təklifini almamışdır, mediasiya sessiyasında iştirak etməmişdir. 43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi üzrə - Cavabdeh1 birinci instansiya məhkəməsinə 279,50 manat dövlət rüsumu ödəməli olduğu halda Cavabdeh1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermişdir. Həmin ərizədə konkret olaraq 45.983 əsas, 3.004,37 faiz, 9.408,52 cərimənin, cəmi 58.395,89 manat, 400 manat mediasiya xərcin, 49.940 manat pulun faizi olan 4.369,758 mana t pulu da cavabdeh ASC-dən tələb etmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddianın məbləği ümumilikdə 63.165,65 manat təşkil edir. Qeyd olunan məbləğdən 10.000 çıxsaq və 0,3 %-ə vursaq, üstünə də 120 manat gəlsək dövlət rüsumunun məbləği 279,50 manat təşkil edəcəkdir. Göründüyü kimi, məhkəmələr tərəfindən dövlət rüsumunun az ödənilməsinə fikir verilməmişdir.

44. MPM-in 88, 155.1-ci maddələri üzrə - Cavabdeh1 ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verməyə haqlı idi, lakin həmin qarşılıqlı iddia cavabdeh ASC-yə qarşı verildiyi üçün qanun pozuntusuna yol verilmişdir. Çünki ilkin iddiada cavabdeh ASC iddiaçı olmamışdır. Yəni ilkin iddia üzrə iddiaçı cavabdeh ASC olmadığından qarşılıqlı iddia üzrə cavabdeh də ola bilməzdi.

45. Gəncə Kommersiya Məhkəməsinə c avabdeh ASC tərəfindən 2023-cü il 20 aprel tarixində vəsatət verilmişdir. Həmçinin vəsatətdə malların daşımasını həyata keçirmiş 3 nəfər sürücünün və korporativ satış üzrə mütəxəssisin, ümumilikdə 4 nəfər şəxsin şahid qismində dindirilməsi xahiş olunmuş, lakin məhkəmə təkcə bir nəfəri dindirmiş, digər 3 nəfər isə məhkəmə tərəfindən dindirilməmişdir. Bundan başqa, həmin vəsatətdə məhkəmədən cavabdeh ASC-nin işçisi Şahid2 ********** nömrəsi ilə Cavabdeh1 işlətdiyi ********** nömrəsi arasında olan yazışmaların müvafiq operatordan tələb edilərək məhkəməyə cəlb olunması xahiş olunmuş, lakin məhkəmə həmin vəsatətə qiymət verməmişdir.

46. Cavabdeh ASC tərəfindən malların Cavabdeh1 təhvil verilməsini təsdiq edən 889822, 909197, 006630, 026827, 157886 nömrəli elektron qaimələr mövcuddur. Onlar Azər baycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Qaydalara uyğun olaraq müvafiq elektron qaimə fakturada hər hansı düzəliş edilmədikdə və ya ləğv edilmədikdə bu, malların faktiki olaraq təhvil-təslim edilməsi kimi qiymətləndirilməlidir. Həmin qaimələrdən bir daha sübut olunur ki, cavabdeh ASC öz üzərinə düşən vəzifələri icra etmişdir. Gəncə Apellyasiya Məhkəməsi elektron qaimələrə hüquqi qiymət verməmişdir.

47. İş materiallarında olan 2023-cü il 6 mart tarixli ekspert rəyinə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, həmin rəyin nəticə hissəsindən görünür ki, 2021-ci il 1 fev ral tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətində “təhvil aldı/anbardar” qrafasında əks olunmuş imza və 2021-ci il 3 fevral tarixli KS001507 nömrəli təhvil-təslim aktında “təhvil aldı/anbardar” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Lakin, buna baxmayaraq məhkəmə həmin aktları sübut kimi qəbul etməmiş, digər aktları isə sübut kimi qəbul etmişdir. Məhkəmə özü öz qərarında ziddiyyətlərə yol vermişdir. Ziddiyyətlər yuxarı instansiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır.

48. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 16 avqust tarixli 2-2(102)439/2022 nömrəli qərarı üzrə - Həmin məhkəmə qərarında “elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması”na istinad olunmuşdur. X2 Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının (“Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi...) 3.4-cü bəndinə istinad etmişdir. Nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi isə məhkəmə təcrübəsinin vahidliyini pozmuş, elektron qaimələr məhkəmə tərəfindən nəzərə alınmamışdır. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydaları”nın (“Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi...) 3.4-cü bəndi tətbiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdeh1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz t əqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələrinin hər birində iş üzrə 4-5 məhkəmə iclası keçirilib. Məhkəmələr cavabdeh ASC-yə şahidlərin gətirilməsi üçün kifayət qədər imkan yaratmışdır. Həmin şahidlər də ifadələrində heç nə xatırlamadıqlarını bildirdilər. Elektron qaimələrə münasibətdə qeyd etdikləri halları da qəbul etmirlər. Belə ki elektron qaimələr avtomatik olaraq təsdiqlənir, təhvil-təslim aktı mövcud deyil. Onların məhkəməyə təqdim etdikləri saxta təhvil-təslim aktında göstərilən rəqəmlərə diqqət edəndə görünür ki, müqavilədə göstərilən məhsullarlla da eynilik təşkil etmir. Bundan əlavə aktın birində göstərirlər ki, bir maşında guya bir dəfəyə 32 ton məhsul göndərilməsi göstərilib, bu halda mümkün ola bilməz, maksimum bir maşın 16-18 ton mal götürə bilər. Kassasiya baxışının hədləri

50. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qarşılıqlı iddia üzrə cavabdeh ASC-dən 45.620 manat və 3504.37 manat pulun tutulması hissəsində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

52. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdak ılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və pro sessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

56. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hall arını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

58. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin hazırki qərarın §42-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 dekabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

60. Həmçinin kassasiya şikayətinin hazırki qərarın §46-47-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən malların təhvil verilməsinə dair sübutetmə yükü düzgün olaraq müəyyən olunmuş, buna dair işdə olan sübutlara, o cümlədən təhvil-təslim aktlarına, həmin aktların həqiqiliyinə və mötəbərliliyinə dair iş üzrə verilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə, həmçinin işdə olan elektron qaimələrə düzgün hüquqi qiymət verilmişdir.

61. Belə ki, mübahisələndirilən hissədə ekspert rəyini nəzərə alan məhkəmə hesab etmişdir ki, § 9-da göstərilən təhvil-təslim aktları sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Bundan başqa, 2021-ci il 1 fevral tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətindəki təhvil alan şəxsin Cavabdeh1 məxsus olması ekspert tərəfindən müəyyən edilsə də, məhkəmə hesab etmişdir ki, həmin akt da şübhələrdən kənar mötəbər sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Belə ki, cavabdeh ASC tərəfindən həmin aktın əsli məhkəməyə təqdim edilə bilməmiş və həmin aktın kserosurəti isə oxunaqlı vəziyyətdə olmamışdır, yəni həmin akta 32.000 kq məhsulun təhvil verilməsi görünsə də, hansı məhsul olması və hansı məbləğdə olması müəyyən edilməmişdir.

62. Həmçinin məhkəmənin qənaətinə görə tərəflər arasında bağlanılmış alqı-satqı müqavilə şərtlərinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etmək vəzifəsini daşımış, lakin məhsulun tam olaraq alıcıya təhvil verilməsini təsdiqləyən başqa hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

63. Kassasiya şikayətinin hazırki qərarın §44-də göstərilən dəlilləri də əsassızdır. Belə ki, hazırki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh ASC arasında əməkdaşlıq müqaviləsi bağlanmış, həmin münasibətlər çərçivəsində sonuncunun həyata keçirdiyi satışlara iddiaçı tərəfindən maliyyə dəstəyinin göstərilməsi müəyyənləşdirilmişdir. Həmçinin iddiaçı i lə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, sonuncuya cavabdeh ASC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi məqsədilə 45983 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, tərəflər kredit məbləğinin birbaşa cavabdeh ASC-nin hesabına köçürülməsi, kredit məbləğinin illik 7% olmaqla 2021-ci il 31 avqust tarixinə kimi cavabdeh ASC tərəfindən, 2021-ci il 1 sentyabr tarixdən etibarən Cavabdeh1 tərəfindən ödənilməsi, habelə borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq həyata keçirməsi ilə bağlı razılaşmışlar.

64. Göründüyü kimi faktiki olaraq tərəflər arasında üçtərəfli öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı Cavabdeh1 cavabdeh ASC-dən almalı olduğu malları maliyyələşdirmiş və buna görə ayrıla n krediti birbaşa cavabdeh ASC-nin hesabına köçürmüş və hazırda da həmin kredit borcunun Cavabdeh1 tutulması barədə ilk iddia irəli sürmüş, eyni zamanda iddiaçı ilə yanaşı cavabdeh ASC-yə qarşı da irəli sürülmüş qarşılıqlı iddia ərizəsi məhz MPM-in qarşılıqlı iddianın qəbul edilməsi şərtlərini tənzimləyən 156.1-ci maddəsinin tələblərinə uyğun olaraq qaldırılmışdır.

65. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizənin icraata qəbul edilməsi qeyd olunan prosessual hüquq normalarının tələblərindən kənarlaşma kimi dəyərləndirilməməlidir.

66. Kassasiya şikayətinin hazırki qərarın §45-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdeh ASC tərəfindən birinci instansiya məhkəməsində 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verilmiş, vəsatətdə cəmi 3 şahidin əlaqə vasitələri qeyd olunmuş, məhkəmə tərəfindən də vəsatət qismən təmin edilərək, 2 şahidin məhkəmə iclasına çağırılaraq dindirilməsi qərara alınmışdır.

67. Göründüyü kimi şikayətin həmin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, işə baxan məhkəmələr tərəfindən prosessual qanunvericiliyin tələblərinin pozulması əsasları müəyyən edilməmişdir.

68. Kassasiya şikayətinin hazırki qərarın §48-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, malların təhvil verildiyini birbaşa təsdiqləməli olan sübutların, yəni təhviltəslim aktlarındakı imzaların Cavabdeh1 məxsus olmadığı ekspert rəyi ilə müəyyən edildiyi halda cavabdeh ASC tərəfindən Cavabdeh1 göndərilmiş elektron qaimələrin həmin halı təsdiqləyən sübut kimi qəbul edilməsi yolverilməzdir.

69. Beləliklə, məhkəmə koll egiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

70. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 3 sentyabr tarixli 2-2(104)-193/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar